Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2594/2022 11.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki, Kommersiya və İnzibati Kollegiyalarının qarışıq tərkibinin QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət qarışıq tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, e-2(004)1353/2022 saylı məhkəmə aidiyyəti haqqında qərardadından iddiaçı Azərbaycan Memarlıq və İnşaat Universitetinin şikayəti üzrə işə kassasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli qərardad ı ilə (sədrlik edən, hakim K.B.Xudayev) iddiaçı Azərbaycan Memarlıq və İnşaat Universitetinin Cavabdeh qarşı “balansında olan ünvan 1 ünvanda yerləşən giriş-çıxıq qapısına nəzarət edən mühafizə otağı kimi istifadə olunan qeyri-yaşayış sahəsindən cavabdehin və ona məxsus olan əşyaların çıxarılması” iddiasına dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddiaçı vergi ödəyicisi olan hüquqi şəxsdir, cavabdeh isə sahibkarlıq statusuna malik olan fiziki şəxsdir. Bu səbəbdən də tərəflərin subyektiv tərkibinə görə hazırki işə məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalıdır. Belə ki, hazırki mübahisə hüquqi şəxslə, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçi rən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxs arasında yaranıb. Həmçinin, mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranmış kommersiya mübahisəsidir. Ona görə də hazırki işə məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası MPM-nin 24.2, 25.1, 26.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı şikayət verərək iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli qərardadının ləğv edilib, mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. İddiaçı şikayətini belə əsaslandırıb ki, cavabdeh iddiaçıya məxsus o lan mühafizə otağını qanunsuz olaraq zəbt edərək oradan istifadə edir. Tərəflər arasında hazırki mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı deyil, cavabdehin qanunsuz hərəkəti ilə bağlı yaranıb. Yəni, cavabdehin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq hazırki mübahisə onun sahibkarlıq fəaliyyətindən irəli gəlmədiyindən işə məhkəmə aidiyyəti üzrə ümumi məhkəmədə baxılmalıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli qərardadı ilə iddiaçının şikayəti təmin edilməyib və şikayət mülki işlə birlikdə baxılması üçün Ali Məhkəməyə göndərilib. Kassasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, şikayətin dəlillərini araşdırıb hesab edir ki, aşağıdakılara görə şikayət qismən təmin edilməli, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməs inin 24 fevral 2022-ci il tarixli qərardadı ləğv edilməli, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 403-1.7-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Belə ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, ünvan 1 ünvanda yerləşən giriş-çıxıq qapısına nəzarət edən mühafizə otağı kimi istifadə olunan qeyri-yaşayış sahəsi iddiaçının balansındadır. Hazırda iddiaçı, sözügedən qeyri-yaşayış sahəsini cavabdehin zəbt edildiyini, sonuncunun orada hüquqi xidmət adı altında fəaliyyət göstərdiyini, dəfələrlə yazılı və şifahi formada tələb olansa da cavabdehin qeyri-yaşayış sahəsini könüllü boşaldıb ona təhvil vermədiyini və müxtəlif bəhanələr gətirərək bundan yayındığını göstərib, cavabdehin əşyaları ilə birlikdə sözügedən qeyri-yaşayış sahəsindən çıxarılmasını iddia edir. Cavabdeh isə sahibkarlıq statusuna malik olan fiziki şəxs olduğunu, habelə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə hazırki mübahisəli məsələyə dair artıq qanuni qüvvəyə minmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli qərardadının olduğunu, Bakı Kommersiya Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli qərardadı ilə iddiaçının ona qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması” barədə ilk, onun isə iddiaçıya qarşı “pul tələbinə” dair qarşılıqlı iddia tələblərinin baxılmamış saxlanıldığını, ilk və qarşılıqlı iddia ərizələrinin və ona əlavə edilmiş sənədlə rinin geri qaytarıldığını və hazırki işə məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsində baxılmalı olduğunu göstərib, iddia etiraz edir. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsində göstərilir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəm ə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Eyni zamanda, həmin Məcəllənin 31.1-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Sadalanan prosessual normaların mənasına görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir. Yəni, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə isə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələrində baxılır. Məhkəmə aidiyyəti dedikdə- mülki hüquqi münasib ətlərindən irəli gələn mübahisənin və ya digər hüquqi işin ümumi və ya kommersiya məhkəməsinin səlahiyyətinə aid olması başa düşülür. İşlərin kommersiya məhkəmələrinin yurisdiksiyasına aid edilməsinin əsas meyarları işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətinin xarakteri ilə bağlıdır. İşdə iştirak edən şəxslərin subyektiv tərkibinə hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər aiddir. Fiziki şəxs o, halda kommersiya məhkəməsinə aid olan mübahisənin subyekti hesab edilir ki, o sahibkarlıq fəaliyyətini həyata keçirsin və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə etmiş olsun. Nəzərə alınmalıdır ki, mübahisə o, va xt ümumi məhkəmənin yurisdiksiyasına aid edilə bilər ki, mübahisə şəxsin bilavasitə sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə bağlı yaranmamış olsun. Eyni hüquqi mövqe “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarında da təsbit edilib göstərilib. Həmin Qərarın 13-cü bəndinə görə, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-arılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı kooperativ mübahisələr aiddir. Həmin Qərarın 14-cü bəndin də isə göstərilir ki, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəali yyətindən kənar fəaliyyətin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibkarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Görünüdüyü kimi, iddiaçı vergi ödəyicisi olan hüquqi şəxs, cavabdeh isə sahibkarlıq statusuna malik olan fiziki şəxs olsalar da, hazırki mübahisə onlar arasında məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranmayıb. Belə ki, iddiaçının cavabdehə qarşı hazırki tələbi sözügedən qeyri-yaşayış sahəsindən o nun və ona məxsus olan əşyaların çıxarılmasından ibarətdir. Birinci instansiya məhkəməsi bu hala, həmçinin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə hazırki mübahisəli məsələyə dair artıq qanuni qüvvəyə minmiş Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 21 iyun 2021-ci il tarixli qərardadının olmasına və Bakı Kommersiya Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli qərardadı ilə iddiaçının cavabdehə qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması” barədə ilk, habelə cavabdehin iddiaçıya qarşı “pul tələbinə” dair qarşılıqlı iddia tələblərinin baxılmamış saxlanılmasına, ilk və qarşılıqlı iddia ərizələrinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına diqqət yetirməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 153.2.4-cü maddəsinə əsasən, eyni tərəflər arasında, eyni pre dmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 259.0.4-cü maddəsində göstərilir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa bu halda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 403-1.8.3-cü maddəsinə görə, kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı tamamilə ləğv edib, ərizəni yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərə bilər. Bu baxımdan, kassasiya instansiyası məhkəməsi şi kayətin dəlilləri ilə qismən razılaşıb hesab edir ki, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 fevral 2022ci il tarixli qərardadı ləğv edilməli, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalı və işə yenidən baxılarkən ilk növbədə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olubolmaması araşdırılmalı və yalnız bundan sonra iddia ərizəsi icraata qəbul olunmamışdırsa iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina etməli, yox əgər iddia ərizəsi icraata qəbul edilmişdirsə onda iddianın baxılmamış saxlanılması barədə qərardad qəbul edilməli, başqa məhkəmənin icraatında iş olmadıqda isə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmadığından hazırki müba hisəyə məhkəmə aidiyyəti üzrə ümumi məhkəmədə, yəni Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 403-1.2-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. Həmin Məcəllənin 403-1.6-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır. Şərh edilənlərə əsasən və Azərbaycan Respub likası MPM-nin 416-419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı Azərbaycan Memarlıq və İnşaat Universitetinin şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, e2(004)-1353/2022 saylı məhkəmə aidiyyəti haqqında qərardadı ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2594/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-2594/2022
11.04.2022 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver