Məhkəmə qərarları › İş №2(102)-2595/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2595/2025

27.10.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2595/2025 27.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə tələblər; əmək müqaviləsinə xitam verilməsinin əsasları; işçinin əmək hüquqlarını müdafiəsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2699 /2025 nömrəli, 2 may 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 27 oktyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı 27 sentyabr 2011-ci il tarixdən "xxxx" QSC-də müxtəlif vəzifələrdə işləmiş, 05 yanvar 2023-cü il tarixdən isə QSC-nin İnfrastuktur departamentinin Diaqnostika və monitorinq mərkəzinin X2 mühəndisi vəzifəsinə təyin edilmiş, onunla bir illik (05 yanvar 2024-cü il tarixədək) müddətli əmək müqaviləsi bağlanılmışdır.

2. İnfrastruktur Departamentində aparılmış struktur dəyişikliklərinin nəticəsi olaraq həmin departamentin Diaqnostika və Monitorinq mərkəzinin X2 mühəndisi ştat vahidləri ixtisar edilmiş və işəgötürənin 19 aprel 2023-cü il tarixli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı iddia ərizəsi ilə və daha sonra Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, işə bərpa olunması, müddətli əmək müqaviləsinin ləğv edilərək müddətsiz əmək müqaviləsi ilə əvəz edilməsi, 2022-ci il dekabr ayı və 2023-cü il fevral ayı işdə olmasına baxmayaraq qanunsuz heç bir əsas olmadan iş günlərinin yazılmadığına görə həmin günlərə görə ona pul ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 12 ildən artıq mühəndis vəzifəsində işləmişdir. Problemləri 2022-ci il dekabr ayında başlamışdır. Belə ki, ona bir illik əmək müqaviləsinin bağlaması tələb şəklində qoyulmuş, o, belə müqavilə bağlamaqdan imtina etmişdir. O, QSC-nin rəhbərinə yazılı qaydada bildirmişdir ki, Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü bəndinə görə onlar böyük ölçüdə işçilərin hüquqlarını pozurlar. İnfrastruktur Departamentinin rəisi yeri boşdur. Öz namizədliyini departament rəisi vəzifəsinə irəli sürür. Əgər onu Departamentin rəisi edərlərsə bir ilə qədər ADY idarəsində qatarların sabit cərəyandan dəyişən cərəyana keçməsini təmin edə bilməz. İşlədiyi bir il ərzində Departamentin rəisinə hər verdiyi 10 manat paketlə verdiyi puldan imtina edir. Bu sabit cərəyandan dəyişən cərəyana keçməklə qatarların orta sürətini 130-140-a çatdırır. Əgər bu dediklə rini həyata keçirə bilməsə öz ərizə ilə işdən çıxar, hansı ki, bu günə qədər qatarların orta sürəti 100-dür. Sabit cərəyandan da dəyişən cərəyana keçə bilməyiblər. Bu ərizədən sonra iddiaçıya qarşı haqsızlıq daha da güclənmiş, 23 dekabr 2022-ci ildə QSCnin müavini Zaman müəllim tərəfindən məktub almış, həmin məktubda onun 15 dekabr 2022-ci il və 19 dekabr 2022-ci il tarixlərində bütün iş günləri ərzində iş yerində olmadığı, işə gəlməməyi ilə bağlı əsaslı səbəblər olmasa Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən işdə çıxarılacağı bildirilmişdir. O, həmin günlər işdə olmağı barədə kifayət qədər faktlar göstərmişdir. 15 dekabr 2022-ci il tarixdən 27 dekabr 2022-il tarixə qədər iş günləri tabeldə yazılmamış və iddiaçı QSC-nin sədrinə bununla bağlı 18 ərizə göndərsə də, cavab verilməl idir. Kadrların rəisi iddiaçıya bildirmişdir ki, 1 illik əmək müqaviləsinə qol çəkməsə, onun iş günləri istənilən vaxt yazılmayacaqdır. 05 yanvar 2023-cü ildə iddiaçı məcbur qalaraq bir illik əmək müqaviləsinə qol çəkmişdir. Bundan sonra, şöbə rəisi Teymur müəllim bildirmişdir ki, iddiaçının ezamiyyətə getməsinə qərar veriləcək, ona göstəriş verilib ki, orada iddiaçı barəsində təqdimat yazsın. Belə ki, təzə alınan avadanlıqların bir neçəsi ora aparılacaq, iddiaçı bu avadanlıqların iş mexanizmini haqlı olaraq bilmir. O, biləndə ki, həmin aparatların texpasportları rus dilinə tərcümə olunub, o, idarəni qabaqlayaraq şöbə rəisinin dediklərini QSC-nin sədri Rövşən müəllimə yazılı bildirmişdir. O ərizəsində göstərmişdir ki, şöbə rəisinin bildirdiyi kimi texpasportlar Azərbaycan dilinə tərcümə ol unmalıdır. Dövlət dili Azərbaycan dili olduğuna görə, rus dilində hər hansı sənədlərin texpasportların olmağı qanunsuzluqdur, Azərbaycan dilinə hörmətsizlikdir. Həmin avadanlıqları gətirən şirkətlərin kurs keçməyini təmin etməlidirlər. Bundan sonra, bu avadanlıqlara icazə verən sertifikat təqdim olunmalıdır. Məhz bunları təmin etdikdən sonra, o, ezamiyyətə gedə bilər. Ezamiyyətə getməkdən imtina etmək ərizəsinin olmağına baxmayaraq, ərizədən bir həftə sonra onun ezamiyyə vərəqəsi yazılmışdır. İddiaçı ezamiyyətə getməmiş, səhər işə getmiş, ondan izahat alınmışdır. Departament rəisi Elçin müəllim iki dəfə planının baş tutmadığını görüb, onun mühəndis ştatını ləğv etməkdən ibarət üçüncü plana keçmişdir. İddiaçının işlədiyi Laboratoriya şöbəsində 4 eyni hüquqlu mühəndis ştatı, bir də şöbə rə isləri Teymur müəllimdir. Bu 4 mühəndisdən laboratoriyada 2011-ci ildən işləyən odur. Qalan 3 mühəndis 2017-ci şöbəyə gəliblər. Şöbə rəisi Teymur müəllim 2016-cı ildən gəlib. 2011-ci ildən 2016-cı ilə qədər 3 laboratoriya rəisi 6 mühəndis gəlib-gedib. Qalan 3 mühəndisdən birinin Rasim müəllimin 68 yaşı, o biri mühəndis Namiq müəllimin 63 yaşı var. 3-cü mühəndis isə Sevinc xanım analıq məzuniyyətindədir. İxtisara müharibə veteran olan iddiaçı, bir də 50 il Dəmir Yollarında iş stajı olan şöbə rəisi Teymur müəllim salınmışdır. İddiaçı Rasim müəllimdən, Namiq müəllimdən üstündür. X5 müharibəsi veteranı olmağı, hər iki eyni hüquqlu mühəndisdən - 2 il pensiya yaşına qalan Namiq müəllimdən 12 yaş, 32 il pensiya yaşına qalıb pensiyada olan Rasim müəllimdən isə 17 yaş cavan almağıdır. Həmçinin daha bir üstün cəhəti ondan ibarətdir ki, həmin şöbədə 2011-ci ildən mühəndis işlədiyi halda onların hər ikisi 2017-ci ildən gəliblər. Nədən o ixtisara düşür onlardan hər hansı biri yox? Baxmayaraq açıq şəkildə üstünlük onun tərəfindədir. Dəmir Yolları İdarəsində vakansiyada 30-dan artıq mühəndis vəzifəsi təklif edilir. İddiaçının ştatı ixtisara düşdükdən sonra Dəmir Yolları İdarəsinə kənardan mühəndis götürülür. İddiaçı 06 mart 2023-cü ildə sədrin müşaviri Aysel xanımın adına ərizə ilə müraciət edərək bildirmişdir ki, 2024-cü ilin yanvarında analıq məzuniyyətindən qayıdana qədər müvəqqəti olaraq onu həmin ştata keçirsinlər. Lakin, Aysel xanım məktubuna cavab verməmiş, əvəzinə ona elektromontyor vəzifəsi təklif edilmişdir.

5. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-mühasi batlıq ekspertizası üzrə 27 fevral 2024-cü il tarixli rəyinə əsasən, İddiaçı orta aylıq əmək haqqı nəzərə alınmaqla gündəlik əmək haqqı məbləği 2022-ci ilin dekabr ayı üzrə 23,25 manat, 2023cü ilin fevral ayı üzrə 41,89 manat təşkil etdiyi müəyyən edilmişdir.

6. Cavabdeh iddia ərizəsinə etiraz edərərək izahatında bildirmişdir ki, ADY-nin İnfrastruktur departamentində işçilərin sayının işin həcminə uyğunlaşdırılıması və kadr potensialının buna mütənasib stimullaşdırılmasının təmin edilməsi zərurəti ilə əlaqədar olaraq İnfrastruktur departamentinin bir sıra ştat vahidləri, həmçinin, iddiaçının tutduğu həmin deparlamentin Diaqnostika və Monitorinq Mərkəzinin X2 mühəndisi vəzifəsi üzrə mövcud olan 1 ştat vahidi ixtisar olunmuşdur. Dekabr ayında iddiaçı 7 gün işə gəlməmişdir. Fevral ayında isə 2 gün yazılmamış və bununla bağlı akt mövcuddur. Qeyd edilən 2 günü çıxmaqla fevral ayı tam ödənilmişdir. Dekabr ayı üzrə yeddi gün hesablanmamışdır. İddiaçının məvacibi 345 manat məbləğində olmuşdur. Dekabr ayında ödənilən 673 manat məbləğində pul isə son haqq-hesabla bağlıdır. Ştatları ixtisar etmək isə onların hüququdur. Həqiqətən də 500-dən çox işçi ixtisar olunmuşdur. İddiaçının tutduğu vəzifə ixtisar olunarkən Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən ona xx.xx.2023-cü il tarixli 90 nömrəli xəbərdarlıq məktubu təqdim edilmişdir. Məktubda xəbərdarlığı aldığı gündən 9 təqvim həftəsindən sonra iddiaçı ilə bağlanmış əmək müqaviləsinin AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv ediləcəyi barədə bildirilmişdir. İddiaçı təqdim edilmiş xəbərdarlıq məktubu il ə tanış olmuş və nüsxəsini qəbul etmişdir. Həmçinin, bildirir ki, ştat ixtisarı həyata keçirildikdən sonra iddiaçıya ADY-nin İnfrastruktur departamentinin Elektrik təchizatı xidmətinin 1 nömrəli Bakı elektrik təchizatı sahəsinin İ qrup 18 nömrəli Pirşağı təmas şəbəkəsində elektrik montyoru vəzifəsi təklif olunmuş, lakin iddiaçı bu təklifi qəbul etməmişdir. Bu hal iddiaçıya işəgötürən olaraq ADY tərəfindən üstünlük hüququnun tanınması kimi qiymətləndirilə bilər. Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən, işəgötürən 68, 69, 70, 71, 73, 74, 76 və 79-cu maddələrinin tələblərinə əməl etmədən əmək müqaviləsinə xitam verərsə işçi məhkəmə tərəfindən işə bərpa olunmalıdır. Hazırki mübahisədə həmin müddəalara işəgötürən tərəfindən tam formada əməl edilmişdir. Müşahidə edildiyi kimi işəgötürən tərə findən əmək müqaviləsinin ləğv edilməsi rəsmiləşdirilərkən qanunvericiliyin tələblərinə riayət edilmişdir. Qeyd edilənləri nəzərə alaraq o, məhkəmədən iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 aprel 2024-cü il tarixli, 2(006)202/2024 nömrəli qətnaməsi ilə (hakim A.İbadzadə) iddia rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının digər işçilərə nisbətdə işdə saxlanması üçün üstünlükləri vardır: müharibə veteranı olması, iş stajı və s. Məhkəmə qeyd edilən üstünlükləri qanuna zidd hesab etməmişdir. Lakin iş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş digər dəlillər iddiaçının qeyd etdiyi qədər də “qüsursuz” işçi olmadığını sübut edir. Həmçinin, İddiaçı işdən çıxarılma proseduru lazımınca yerinə yetirilmişdir. Belə ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətində işçilərin sayının işin həcminə uyğunlaşdırılması və kadr potensialının buna mütənasib optimallaşdırılmasının təmin edilməsi zərurəti ilə əlaqədar İnfrastruktur departamentinin Diaqnostika və monitorinq mərkəzinin 14 fevral 2023-cü il tarixli 13-1/3-34-10226/2023 nömrəli ştat cədvəlinə əsasən dəyişikliklər edilərək, bir sıra ştat vahidləri, o cümlədən X2 mühəndisi ştat vahidi ixtisar edilmişdir. Bununla əlaqədar, X2 mühəndisi İddiaçı tutduğu ştat vahidinin ixtisar edilərək, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam veriləcəyi barədə xəbərdarlıq bildirişi təqdim edilmiş, İddiaçı əmək müqaviləsinin ləğv edilməsini Həmkarlar İttifaqı Komitəsi tərəfindən razılıq verilmişdir. 19 aprel 2023-cü il tarixdən İddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilmiş və ona ödənilməli olan müvafiq ödənişlər edilmişdir.

9. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Konstitusiyanın 25 və 35- ci; Əmək Məcəlləsinin 10, 70, 72, 77, 78-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

10. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi, onun öz yerinə bərpa olunması, işdən çıxarıldığı tarixdən işə bərpa ediləcək tarixədək işdə olmadığı günlərinin əmək haqqının verilməsi, işdən çıxarıldığı dövrdə hər ay almadığı mükafat pulların, 950 manat məbləğində ona vurul muş maddi zərərin, cavabdehin qeyriqanuni hərəkətləri nəticəsində sağlamlığına vurulmuş 5.000 manat məbləğində zərərin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi və onunla bərabər 10.000-dən artıq işçi ilə bağlanmış müddətli əmək müqaviləsinin ləğv edilməsi və onlarla müddətsiz əmək müqavilələrinin bağlanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddiaçı apellyasiya şikayətini iddia ərizəsində istinad etdiyi eyni məzmunlu dəlillər ilə əsaslandırmışdır.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 sentyabr 2024-cü il tarixli, 2(103)-4008/2024 nömrəli qətnaməsi ilə (hakim C.Musayevanın sədrliyi və məruzəsi ilə, hakimlər F.Babayev və G.Axundova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi apellyasiya qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə ştatın ixtisarı əsası ilə xitam verilmişdir. Məhkəmə araşdırması zamanı əmək müqaviləsinə xitam verilməsində cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Belə ki, işçi-iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, ixtisarın məqsədəuyğunluğu məsələsi müzakirə edilmiş və gəlinən nəticə əsaslandırılmış, iddiaçı cavabdeh tərəfindən ştatın ixtisarı səbəbi ilə əmək münasibətlərinə xitam veriləcəyi barədə əmək stajına uyğun şəkildə vaxtında (doqquz təqvim həftəsindən əvvəl) xəbərdar edilmiş, həftənin bir iş günü əmək funksiyasının icrasından azad edil məklə yeni iş yeri axtarmaq üçün ona şərait yaradılmış, həmkarlar ittifaqı təşkilatına təqdimatla müraciət edilmiş və iddiaçının işdən azad edilməsinə qabaqcadan razılığı alınmışdır. Bundan başqa QSC tərəfindən 19 aprel 2023-cü il tarixli əmrin çıxarılması barədə iddiaçıya məlumat verilməklə onunla son haqq-hesab aparılmış, o cümlədən orta aylıq əmək haqqının azı 2 misli miqdarında işdənçıxarma müavinəti ödənilmiş, əmək kitabçasının təqdim edilməsi təmin edilmişdir. Qeyd edilməlidir ki, iddiaçıya ixtisas səviyyəsinə uyğun başqa vəzifədə işləməklə əmək münasibətlərinin davam etdirilməsi təklif edilmiş, o, təklif edilmiş vəzifədən imtina etdiyindən əmək münasibətlərinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir.

14. İddiaçının İnfrastruktur Departamentinin Diaq nostika və Monitorinq mərkəzinin X2 mühəndisi ştatı ləğv olunmuşdur. Belə olan halda, hazırda iddiaçının da işdə qalmaq üçün üstünlük hüququnu qiymətləndirməyə ehtiyac yoxdur. Bu qayda vəzifə bir və ya bir neçə ştat vahidini nəzərdə tutduğu təqdirdə tətbiq edilir.

15. İşçilərin sayının işin həcminə uyğunlaşdırılması və kadr potensialının buna mütənasib optimallaşdırılmasının təmin edilməsinə dair məsələnin həlli cavabdeh-hüquqi şəxsin diskresion səlahiyyətlərinə aiddir. Belə ki, müəssisə istehsalın və idarəçiliyinin təşkilini təkmilləşdirmək, təsərrüfat fəaliyyətini yaxşılaşdırmaq, artıq xərclərin qarşısını almaq məqsədilə öz strukturunu və ştat tərkibini müstəqil surətdə müəyyən etmək hüququna malikdir. İşçi ilə əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv ol unduqda və bununla bağlı məhkəmə mübahisəsi yarandıqda işə baxan məhkəmə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunub-olunmaması, işəgötürənin özünün diskresion səlahiyyətlərindən qərəzli şəkildə istifadə edib-etməməsinə dair məsələləri nəzərdən keçirməlidir.

16. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının tərəf olduğu əmək müqaviləsinə xitam verilməsində cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi, o cümlədən işəgötürənin iddiaçıya qarşı qərəzli münasibətdə olması halları aşkar edilməmişdir. İddiaçının cavabdeh tərəfindən işçilərin sayı azaldılmadığına, tutduğu vəzifənin ixtisar edilmədiyinə və s. dair irəli sürdüyü dəlilləri məhkəmə heç bir sübut növü ilə təsdiq edilməməklə əsassız və mülahizə xarakterli sayır.

17. Həmçinin mə hkəmənin qənaətinə görə, iddiaçının barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız sayıldığı üçün digər, yəni işə bərpa edilmə və s. məsələlərə hüquqi qiymət verilməsinə zərurət yoxdur.

18. İddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə ştatın ixtisarı əsası ilə xitam verilmişdir. Məhkəmə araşdırması nəticəsində işəgötürən tərəfindən əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunduğu müəyyən edilmiş, bununla da tərəflər arasında mövcud olmuş əmək münasibətlərinin bərpa edilməsi üçün əsaslar yaranmamışdır. Belə qənaətə gəlinmişdir ki, hazırkı vəziyyətdə iddiaçının onunla işəgötürən arasında bağlanmış müddətli əmək müqaviləsi mövcud deyildir, bu səbəbdən də sözügedən müqavilənin müddətsiz əmək müqaviləsi ilə əzəzləşdirilməsi də qeyri-mümkündür. İddiaçı QSC-də işləyən 10.000-dən artıq işçi ilə bağlanmış müddətli əmək müqavilələrinin ləğv edilməsini və onlarla müddətsiz əmək müqavilələrinin bağlanmasını tələb etmək üzrə subyektiv hüquqa, müqavilə tərəfi olmadığı üçün, malik deyildir.

19. Apellyasiya məhkəməsi iddiaçının apellyasiya şikayətində “işdən çıxarıldığı dövrdə hər ay almadığı mükafat pulların, 950 manat məbləğində ona vurulmuş maddi zərərin, cavabdehin qeyri-qanuni hərəkətləri nəticəsində sağlamlığına vurulmuş 5000 manat məbləğində zərərin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi”nə dair qətnamə çıxarılmasını tələb etməsi ilə əlaqədar qeyd etmişdir ki, həmin tələblərə, iddia ərizəsində irəli sürülmədiyindən və birin ci instansiya məhkəməsinin baxış predmeti olmadığından, münasibət bildirilməməli və iddiaçıya mübahisəli məsələ ilə bağlı ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququna malik olması izah edilməlidir.

20. Apellyasiya instansiyası məhkəməsi qətnaməni Əmək Məcəlləsinin 2.1, 11-ci maddələri, 70-ci maddəsinin “b” bəndi, 71-ci maddəsinin 1-ci hissəsi, 77-ci maddəsi, 78-ci maddəsinin 1-ci hissəsi, 79-cu maddəsi, 300-cü maddəsinin 1-ci hissəsi, Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 77.1 və 88-ci maddələri ilə əsaslandırmışdır. c) Kassasiya instansiyasındakı birinci icraat

21. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 sentyabr 2024-cü il tarixli, 2(103)- 4008/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti iddia ərizəsində göstərilən dəlillərə istinad edilməklə belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi, 78-ci maddəsinin 1-ci hissəsi, Mülki Prosessual Məcəllənin 9, 14, 217-ci maddələri pozulmuşdur.

23. Belə ki, məhkəmələr ştatların ixtisarını təsdiq edən sənədlərin mövcud olubolmadığını aydınlaşdırmamış, mübahisəli əmr qəbul edilərkən iddiaçının müharibə iştirakçısı olduğunu nəzərə almamış, peşəkarlıq səviyyəsi yoxlanılmamış, müvafiq işə keçirilməyi imkanı araşdırılmamışdır.

24. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-236/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 sentyabr 2024-cü il tarixli, 2(103)-4008/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakimlər X6 (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə).

25. Ali Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, xx.xx.2023-cü ildə qeydiyyata alınmış "xxxx" QSC-nin İnfrastruktur Departamentinin ştat cədvəlinə (cild 1, iş v. 49-53) əsasən, həmin departamentin Diaqnostika və monitorinq mərkəzinin Laboratoriyasında 1 yol üzrə aparıcı mühəndis, 2 elektrik təchizatı üzrə aparıcı mühəndis, 1 rabitə və işarəetmə üzrə aparıcı mühəndis, 1 rabitə və işarəetmə üzrə mühəndis, 4 elektrik təchi zatı üzrə mühəndis vəzifələri mövcuddur. xx.xx.2022-ci ildə qeydiyyata alınmış "xxxx" QSC-nin İnfrastruktur Departamentinin Diaqnostika və monitorinq mərkəzinin ştat cədvəlinə (cild 1, iş v. 211-212) əsasən, həmin mərkəzin X3 ixtisasları göstərilməməklə ümumilikdə 5 mühəndis vəzifəsi mövcud olmuşdur. Kassasiya instansiyası məhkəməsi əvvəlki və yeni ştat cədvəllərini müqayisə etdikdən sonra qeyd edib ki, iddiaçının işlədiyi iş yerində əvvəl 5 mühəndis ştat vahidi (ixtisaslaşma olmadan) mövcud olduğu halda, xx.xx.2023-cü il tarixli ştat cədvəli ilə mühəndis ştatları arasında ixtisaslaşma aparılmaqla, ümumi ştatların sayı 9-a çatdırılmışdır. Yəni iddiaçının tutduğu ştat (sadə mühəndis) yeni ştatı cədvəlində qeyd olunmasa da, faktiki olaraq mühəndis ştatlarının sayında ixtisar deyil, artım olm uşdur. Kassasiya instansiyası məhkəməsi daha sonra qeyd edib ki, ştat cədvəlində bir adla müəyyən olunan vəzifənin çıxarılması, lakin eyni funksiyaları həyata keçirən ştatların başqa adla əlavə edilməsi (saxlanılması) ixtisarın real olmamasının göstərcisidir. Göründüyü kimi, kassasiya instansiyası məhkəməsi mühəndis ştatlarının sayında ixtisar deyil, artım olduğunu müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

26. Bundan başqa, məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya məhkəməsi iddiaçının tutduğu vəzifə üzrə funksiyalarının nədən ibarət olmasını, işəgötürənin fəaliyyəti üçün həmin funksiyaların hazırda da zərurətin qalmasını, yeni ştat cədvəlində bu funksiyaları həyata keçirən başqa vəzifələrin mövcud olub-olmamasını araşdırmamış və iddiaçının tutduğu ştatın ixtisarının real olub-olmamasına hüquqi qiymət verməmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh bu halların araşdırılması üçün zəruri olan sübutları təqdim etmədiyinə görə, hesab olunur ki, iddiaçının tutduğu vəzifə üzrə funksiyalara zərurət aradan qalxmayıb, bu isə onu təsdiq edir ki, ştat ixtisarı real olmayıb.

27. Ali Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü bəndinə, 68-ci maddəsinin 1-ci hissəsinə, 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə, 70-ci maddəsinin “b” bəndinə, 71-ci maddəsinin 1ci hissəsinə, 77-ci maddəsinin 2-ci hissəsinə, 77-ci maddəsinin 3-cü hissəsinə, 78-ci maddəsinin 1-ci hissəsinə, 78-ci maddəsinin 2-ci hissəsinə; Mülki Prossesual Məcəlləsinin 9.1, 9.3, 14.2, 76.1, 76.2, 77.1, 88, 217.4, 218.1, 220.4, 392.1.5, 416.1 və 418.1-ci maddələrinə həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına və “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarına istinad etmişdir.

28. Kassasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

29. Təkrar apellyas iya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2699/2025 nömrəli, 2 may 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin olunması, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-202/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin qismən təmin olunması, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə "xxxx" QSC İnfrastruktur Departamenti rəisinin xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi, İddiaçınin əvvəlki vəzifəsinə - "xxxx" QSC-nin İnfrastruktur Departamentinin Diaqnostika və monitorinq mərkəzinin X2 mühəndisi vəzifəsinə bərpa olunması və ona məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi, İddiaçı əmək müqaviləsinin müddətsiz hesab olunması, 2022-ci ilin dekabr ayında əmək haqqı ödənilməyən iş günlərinə görə hər iş günü üçün 23,25 manat əmək haqqı, 2023-cü ilin fevral ayında 3 iş günü istisna olmaqla əmək haqqı ödənilməyən iş günlərinə görə hər iş günü üçün 41,89 manat əmək haqqı "xxxx" QSC tərəfindən İddiaçı ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi, ekspertiza xərci olan 150 manat məbləğində pulun "xxxx" QSC-dən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin nəfinə tutulması qət edilmişdir (hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə).

30. Apellyasiya məhkəməsi ilk növbədə qeyd etmişdir ki, ştatın ixtisarı real olmadığına görə, iddiaçı ilə bağlanamış əmək müqaviləsinin ləğv edilməsi üçün Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndində göstərilən əsas mövcud olmayıb. Ona görə də məhkəmə Əmək Məcəlləsinin 300-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmr ləğv olunmalı, iddiaçı əvvəlki vəzifəsinə bərpa olunmalı və ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməlidir.

31. İddiaçının əmək müqaviləsi müddətsiz hesab olunmalıdır. Belə ki, Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci hissəsinə görə, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. İddiaçının əmək müqaviləsi 1 il müddətinə bağlanıb (cild 1, iş v. 142). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2024-cü il tarixli qərarında qeyd o lunub: “İşçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə Konstitusiya Məhkəməsinin Plenumu məhkəmələrin diqqətini ona cəlb etməyi vacib hesab edir ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olubolmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar”. İddiaçının əmək kitabçasından (cild 1, iş v. 11-13) görünür ki, o, xx.xx.2011-ci ildən etibar ən "xxxx" QSC-də müxtəlif struktur bölmələrdə mühəndis vəzifəsində işləyib, bu müddətdə 3 dəfə əmək müqaviləsi ləğv edilsə də, ləğvlərin əsası işçinin təşəbbüsü olub, o cümlədən 1-ci ləğvdən 1 iş günü sonra, 2- ci ləğvdən 1 iş günü sonra, 3-cü ləğvdən 1 iş günü sonra iddiaçı ilə yenidən əmək müqaviləsi bağlanıb. 2011-2023-cü illərdə, yəni 12 il ərzində tərəflərin arasında mövcud olan münasibətlərin həqiqi xarakteri (bu müddət ərzində əmək müqaviləsinin bir dəfə də olsun müddətin bitməsinə görə ləğv edilməməsi) onu təsdiq edir ki, onların heç birinin müddətli əmək münasibətində olmaq niyyəti olmayıb, əmək müqaviləsinin müddətli bağlanması formal xarakter daşıyıb. Odur ki, Konstitusiya Məhkəməsinin şərhi və Əmək Məcəlləsinin 45-ci maddəsinin mənası əsas götürülməklə, əmək müqaviləsi müddət siz hesab olunmalıdır.

32. Məhkəmə daha sonra qeyd etmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/1000 nömrəli ekspert rəyinə görə, iddiaçının orta aylıq əmək haqqı nəzərə alınmaqla gündəlik əmək haqqının məbləği 2022-ci ilin dekabr ayı üzrə 23,25 manat, 2023-cü ilin fevral ayı üzrə 41,89 manat təşkil edir. İddiaçı bildirir ki, 2022-ci ilin dekabr ayında iş günlərində, 2023-cü ilin fevral ayında isə 3 iş günü istisna olmaqla qalan iş günlərində işdə olmasına baxmayaraq heç bir əsas olmadan onun iş günləri qeydə alınmayıb və həmin iş günlərinə görə əmək haqqı verilməyib. İddiaçı daha sonra bildirir ki, əgər həqiqətən işə gəlməmişdirsə, belə halda ona intizam tənbehi verilməli və ya əmək müqaviləsi ləğv edilməli idi, lakin bunların heç biri tətbiq edilməyib, çünki iş də olub. Cavabdeh 2022-ci ilin dekabr ayında və 2023-cü ilin fevral ayında işə gəlməməsinə görə iddiaçının barəsində hər hansı bir tədbir görüldüyünü təsdiq edən sübutu məhkəməyə təqdim etməyib. Məhkəmə həmçinin qeyd edir ki, işçinin işə gəlibgəlməməsi faktı mübahisəli vəziyyətlərdə digər işçilərin aktları ilə rəmiləşdirilə bilməz, belə vəziyyətdə işçinin özünün izahatı alınmalı və müvafiq əsas olduqda onun barəsində intizam tənbehi tətbiq edilməlidir. Lakin cavabdeh bunu etməyib. Ona görə də, hesab olunur ki, iddiaçı həmin aylardakı iş günlərində işdə olub, yalnız 2023-cü ilin fevral ayından 3 iş günü işdə olmayıb, bunu iddiaçının özü etiraf edir. Cavabdeh həmin aylardakı iş günlərinə görə hesablanmış əmək haqqının iddiaçıya tam ödənildiyini təsdiq edən sübutu məhkəməyə təqdim etmədiyinə görə, məhkəmə Əmək Məcəlləsinin 12 və 154-cü maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, həmin aylarda əmək haqqı ödənilməyən iş günlərinə (fevral ayında 3 iş günü istisna olmaqla) görə əmək haqqı iddiaçıya ödənilməlidir.

33. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci hissəsinə, 70-ci maddəsinin “b” bəndinə, 300-cü maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2024-cü il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 372, 384, 392 və 420-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. a) Kassasi ya şikayətinin dəlilləri

34. Cavabdeh (X7) qətnamədən kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 2(103)- 2699/2025 saylı qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş edirik. xahiş etmişdir.

35. Kassasiya şikayəti onunla əsaslandırmışdır ki, əmək qanunvericiliyinə əsasən işçilərin sayının işin həcminə uyğunlaşdırılması və kadr potensialının buna mütənasib optimallaşdırılmasının təmin edilməsinə dair məsələnin həlli ADY-nin diskresion səlahiyyətlərinə aiddir. Belə ki, müəssisə istehsalın və idarəçiliyinin təşkilini təkmilləşdirmək, təsərrüfat fəaliyyətini yaxşılaşdırmaq, artıq xərclərin qarşısını almaq məqsədilə öz strukturunu və ştat tərkibini müstəqil surətdə müəyyən etmək hüququ na malikdir. Məhz buna əsasən ADY-nin İnfrastruktur departamentində işçilərin sayının işin həcminə uyğunlaşdırılması və kadr potensialının buna mütənasib optimallaşdırılmasının təmin edilməsi zərurəti ilə əlaqədar olaraq İnfrastruktur departamentinin bir sıra ştat vahidləri ixtisar olunmuşdur. İddiaçının tutduğu vəzifə ixtisar olunarkən Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən ona xx.xx.2023-cü il tarixli 90 nömrəli xəbərdarlıq məktubu təqdim edilmişdir. Məktubda xəbərdarlığı aldığı gündən 9 təqvim həftəsindən sonra iddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv ediləcəyi bildirilmişdir. İddiaçı təqdim edilmiş xəbərdarlıq məktubu ilə tanış olmuş və nüsxəsini qəbul etmişdir. Ştat ixtisarı həyata keçirildikdən sonra iddia çıya ADY-nin İnfrastruktur departamentinin Elektrik təchizatı xidmətinin 1 nömrəli Bakı elektrik təchizatı sahəsinin İ qrup 18 nömrəli Pirşağı təmas şəbəkəsində elektrik montyoru vəzifəsi təklif olunmuş, lakin iddiaçı bu təklifi qəbul etməmişdir. Məhkəmə qeyd edir ki, ADY-də aparılmış ixtisar real olmamış, yeni ştat cədvəlində mühəndis ştatların sayında ixtisar deyil, artım olmuşdur. Lakin Məhkəmə bununla bağlı araşdırma aparmamış, işə birtərəfli yanaşmışdır. Belə ki, qeyd olunmalıdır ki, 2022-ci ilin okyabr ayında ADY-də 17.425 nəfər işçi işlə təmin edilmişdir. 2022-ci ilin oktyabr ayından başlayaraq işçilərin sayının işin həcminə uyğunlaşdırılması və kadr potensialının buna mütənasib optimallaşdırılmasının təmin edilməsi üçün ixtisarlar aparılmış və nəticədə 2025-ci ilin iyun ayında işçi lərin sayı azaldılaraq 15300 nəfər olmuşdur. Məhkəmə qeyd edir ki, mühəndis ştatlarında artım olmuş, lakin Məhkəmə 2023-cü ilin ştat cədvəlini bütövlükdə təhlil etməmişdir. Belə ki, təhlil nəticəsində müəyyən olunur ki, 2 laboratoriya - Yol elektrik laboratoriyası və İşarəvermə və rabitə üzrə laboratoriya ümumiyyətlə ləğv olunmuşdur. X3 iddiaçının işlədiyi mühəndis və digər ştatlar ləğv edilmişdir. İnfrastruktur Departamentinin Diaqnostika və monitorinq mərkəzində Laboratoriya yaradılmışdır. Qeyd olunan laboratoriyada aşağıda qeyd olunan mühəndis ştatları təsdiq edilmişdir: Yol üzrə aparıcımühəndis – 1 ştat vahidi

36. Elektrik təchizatı üzrə aparıcı mühəndis – 2 ştat vahidi Rabitə və işarəvermə üzrə aparıcı mühəndis – 1 ştat vahidi Rabitə və işarəvermə üzrə mühəndis – 1 ştat vahidi Elektri k təchizatı üzrə mühəndis – 4 ştat Mühəndis – 1 ştat vahidi. İlk baxışda artım görsənsə də, əslində heç bir artım olmamış, yalnız işçilərin sayının işin həcminə uyğunlaşdırılması və kadr potensialının buna mütənasib optimallaşdırılması təmin edilmişdir. Həmçinin, yeni yaradılmış laboratoriyada qeyd olunan mühəndis ştatlarının funskiyaları iddiaçının funksiyalarına uyğun deyildir. Bununla bağlı cavabdeh tərəfindən sübutlar təqdim olunsa da, məhkəmə tərəfindən araşdırılmamışdır. Qeyd olunmalıdır ki, məhkəmə iddiaçının ADY-nin Sədrinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəsini də nəzərə almamışdır. Belə ki, iddiaçı özü qeyd edib ki, o, obyektiv səbəblərə görə Diaqnostika Laboratoriyasında mühəndis vəzifəsini icra edə bilməyəcəkdir. İddiaçı işlədiyi vəzifədə əmək funksiyalarını yerinə yeti rə bilməməsi ilə bağlı ərizə ilə müraciət etdikdən sonra cavabdeh hansı əsasla ona yeni yaradılmış, funsksiyaları fəqli və daha mürəkkəb olan vəzifələri təklif etməsi ağlabatan və məntiqli deyildir. Cavabdeh iddiaçıya onun biliklərinə uyğun iş təklif etsə də, iddiaçı təklif olunan işdən imtina etmişdir. Lakin məhkəmə nədənsə bu məsələlərə əhəmiyyət verməmişdir.

37. Məhkəmə qeyd edir ki, işçinin işə gəlib-gəlməməsi faktı mübahisəli vəziyyətlərdə digər işçilərin aktları ilə rəmiləşdirilə bilməz, belə vəziyyətdə işçinin özünün izahatı alınmalı və müvafiq əsas olduqda onun barəsində intizam tənbehi tətbiq edilməlidir. Lakin cavabdeh bunu etməyib. Ona görə də, hesab olunur ki, iddiaçı həmin aylardakı iş günlərində işdə olub. İlk növbədə qeyd olunmalıdır ki, bir işçinin işə gəlməməsi hər zaman d igər işçilər və rəhbər tərəfindən aktlaşdırılır. Bunu qadağan edən hər hansı norma mövcud deyildir. İşçi isə izahat verməkdən imtina da edə bilər. İşəgötürən işçini intizam məsuliyyətinə cəlb edə və ya etməyə də bilər, bu onun hüququdur, vəzifəsi deyil. Məhkəmə qətnaməsində iddiaçının 2022-ci ilin dekabr və 2023-cü ilin fevral ayında hansı günlərdə işdə olması, hansı günlər üçün ona əmək haqqı ödənilməməsi və hansı günlər üçün (konkret tarix göstərilməklə) əmək haqqı ödənilməli olduğu müəyyən edilməmişdir. Məhkəmə sənədlərə diqqət yetirsəydi görərdi ki, iddiaçının özünün izahatı alınıb. Həminizahatda iddiaçı qeyd etmişdir ki, ezamiyyətə getməkdən imtina edir. Bu səbəbdən cavabdeh tərəfindən xx.xx.2023-cü il və xx.xx.2023-cü il üçün əmək haqqı haqlı olaraq ödənilməmişdir. Lakin məhkəmə hesa b edir ki, cavabdeh iddiaçını intizam məsuliyyətinə cəlb etmədiyinə görə iddiaçı işdə olmuş kimi qəbul edilməlidir. Ə m ə k qanunvericiliyinə əsasən əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. İşçi öz əmək funksiyalarını üzrlü səbəb olmadan yerinə yetirmirsə, intizam məsuliyyətinə cəlb edilib- edilməməsindən asılı olmayaraq, ona əmək haqqı ödənilmir. Bildiririk ki, işçini intizam məsuliyyətinə cəlb etmək işəgötürənin hüququdur, vəzifəsi deyildir. Bu səbəbdən cavabdehin iddiaçını intizam məsuliyyətinə cəlb etməməs i hüquqi nəticələr yarada bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

38. Kassasiya şikayətinə qarşı etiraz olaraq iddiaçı ərizə ilə məhkəməyə, məhkəmənin elektron idarəetmə sistemi vasitəsi ilə müraciət etmişdir.

39. Ərizəinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə və eləcə də bütün məhkəmə instansiyalarında verilən izahatlarla eynilik təşkil etmiş, ərizənin ümumən məzmununda kassasiya şikayətinin təmin olunmaması və apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması xahiş olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

40. Maddə 2; 3-cü bənd. Həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplə rinə əsaslanır.

41. Maddə 68; 1-ci hissə. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

42. Maddə 68; 2-ci hissə “a” bəndi. Tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarıdır.

43. Maddə 70; “b” bəndi. İşçilərin sayı və ya ştatları ixtisar edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

44. Maddə 71; 1-ci hissə. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.

45. Maddə 77; 2-ci hissə. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi i lə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.

46. Maddə 77; 3-cü hissə. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əmək haqqının azı iki misli miqdarında.

47. Maddə 78; 1-ci hissə. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır.

48. Maddə 78; 2-ci hissə. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nə ticəsində əlilliyi olan şəxslərə; məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə;https://e-qanun.az/framework/46943 kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

52. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə i clasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

55. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlill ərindən asılı olmayaraq yoxlanılmalıdır.

56. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

57. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

58. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

59. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

60. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

61. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəl illərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

62. Cavabdeh "xxxx" QSC-nin kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazda və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla iş üzrə Ali Məhkəmənin Mülki kollegiyas ının 2(102)-236/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarındakı göstərişlər nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

63. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ka ssasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

64. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşd ırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2699/2025 nömrəli iş üzrə 2 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar