Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2596/2025 28.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, qanunla bu qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmadıqda Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi), Əhməd Abbas oğlu Əhmədov və İspəndiyar Əsəd oğlu Şəfiyevdən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2938/2025 nömrəli 2025-ci il 30 iyun tarixli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103 )-2938/2025 nömrəli 2025ci il 10 iyun tarixli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert rəyi daxil olanadək iş üzrə icraat dayandırılmışdır. Bu qərardaddan Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsinin 2025-ci il 30 iyun tarixli qərardadı ilə qanunla həmin qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmadığından geri qaytarılmışdır. Cavabdeh MMC sonuncu qərardaddan kassasiya şikayəti vermiş və şikayət apellyasiya instansiyası məhkəməsi tərəfindən iş materialları ilə birlikdə Ali Məhkəməyə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) tələblərinə cavab vermədiyindən, qeyri-mümkün hesab edilməlidir. Belə ki, MPM-in 402.2-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin apellyasiyanın qeyri-mümkün hesab edilməsi; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla); kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi; iş üzrə icraata xitam verilməsi; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsi və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şika yəti verilə bilər. Göründüyü kimi qanunvericilikdə iş üzrə icraatın dayandırılması barədə qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi həmin qərardaddan verilmiş şikayəti geri qaytarmaqda haqlı olmuşdur. Bununla belə nəzərə alınmalıdır ki, kassasiya şikayətinin qaytarılması barədə qərardadla şəxsin onun işinə kassasiya instansiyası məhkəməsində baxılması məsələsi həll edildiyindən, qanunverici bu hüququn əhəmiyyətini nəzərə alaraq belə qərardadlardan şikayət verilməsi qaydasını müəyyən etmişdir. Qanunun məqsədi kassasiya şikayəti verilməsi mümkün olan məhkəmə aktlarına kassasiya qaydasında baxılması imkanını səmərəli təmin etməkdən ibarətdir. Lakin prosessual qanunvericilikdə məhkəmə aktının özündən kassasiya şikayəti v erilməsi nəzərdə tutulmayıbsa, həmin aktdan verilmiş şikayətin qaytarılması barədə qərardaddan da şikayət verilə bilməz. Belə şikayətlərə kassasiya qaydasında baxılması MPM-in 402-ci maddəsinin məqsədlərinə cavab vermir və son illərdə kassasiya icraatının hədlərinin məhdudlaşdırılması istiqamətində aparılan qanunvericilik islahatlarına ziddir. Apellyasiya instansiyası məhkəməsinin hazırda mübahisələndirilən 2025-ci il 30 iyun tarixli qərardadı kassasiya şikayətinin geri qaytarılması barədə qərardad olsa da, apellyasiya instansiyası məhkəməsinin 2025-ci il 10 iyun tarixli qərardadından MPM-də kassasiya şikayəti verilməsi nəzərdə tutulmadığından, 2025-ci il 30 iyun tarixli qərardaddan da kassasiya şikayəti verilə bilməz. MPM-in 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402 -ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. MPM-in 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qeyrimümkün hesab edilməli və geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və MPM-in 404-1.2, 408.1.1 və 408.3cü maddələrini rəhbər tutaraq, QƏRAR A ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2938/2025 nömrəli 2025ci il 30 iyun tarixli qərardadından Cavabdeh MMC-nin verdiyi kassasiya şikayəti qeyrimümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2596/2025
Ali Məhkəmə Qərardad — İş №2(102)-2596/2025
28.07.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver