Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2597/2020 22.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı və onun vəkili X4, Cavabdeh1 və onun vəkili Vəkil iştirak ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “cehiz əşyalarının və qızıl-zinyət əşyalarının naturada və ya əmlaklar olmadıqda onların dəyərinin qaytarılması” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(10 6)-3419/2019 nömrəli qətnaməsindən Cavabdeh1 kasasiya şikayəti üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər İddiaçı Cavabdeh1, X2 və Cavabdeh3 cehiz əmlakları və qızıl-ziynət əşyalarının naturada və ya əmlaklar olmadıqda onların cəmi dəyəri olaraq 21721 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 2(050)-1602/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 30 qram çəkidə komplekt qızıl sırğa üzük dəsti (üzük, 1 bilərzik, 1 sep və üzərində klonu, 2 ədəd sırğa) qiyməti 1600 manat, 1 ədəd 1 dəst 12 qram çəkidə sonsuzluq işarəsi üzük sırğa dəsti qiyməti 100 manat, 1 ədəd 12 qram çəki də yarpaq formalı qızıl bilərzik qiyməti 150 manat, 1 ədəd 10 qr çəkidə qırmızı qaş üzük qiyməti 200 manat, 1 ədəd 5 qram çəkidə nişan üzüyü qiyməti 450 manat, 1 ədəd 10 qram çəkidə tros sep (toyda hədiyyə verilib) qiyməti 900 manat, 1 ədəd 8 qram çəkidə qızıl sep klonu ilə birlikdə 450 manat, 1 ədəd 4 qram çəkidə “V” hərifli üzük qiyməti 200 manat, 1 ədəd 3 qram çəkidə qızıl üzük qiyməti 150 manat, 3 qram çəkidə ayrı üzük qiyməti 100 manat, 1 ədəd 4 qram çəkidə bant formalı üzük qiyməti 300 manat olan qızıl ziynət əşyaları və 4000 manat dəyərində 1 dəst mebel - 1ədəd taxt, 1 ədəd şifaner, 2 tumba, 1 güzgülü şkaf, 1 ədəd kamot, 1 böyük 1 balaça servant, 1 ədəd stend tv altığı, 1 ədəd divan 2 kreslo-birgə qiyməti 800 manat, 1 dəst mətbəx mebeli qiyməti 1700 manat, 1 ədəd kondisoner “Artel” qiyməti 350 manat, 1 ədəd paltaryuyan maşın “Samsung” qiyməti 470 manat, 1 ədəd dörd gözlü qaz peçi qiyməti 200 manat, 1 ədəd aspirator qiyməti 60 manat, 1 ədəd sok çəkən “Euroluks” qiyməti 60 manat, 1 ədəd peçka “Efba” qiyməti 120 manat, 1 ədəd ətçəkən maşın qiyməti 65 manat, 1 ədəd qoz çəkən qiyməti 10 manat, 1 ədəd tyorka qiyməti 8 manat, 1 ədəd mikser qiyməti 60 manat, 1 ədəd qaz piltəsi qiyməti 45 manat, 3 ədəd 2 metrlik xalça qiyməti 600 manat, 2 ədəd 1 metrlik xalça qiyməti 400 manat, 1 ədəd taxt döşəyi, 1 yorğan, 3 dəst yer döşəyi, 14 ədəd balış, 14 ədəd nalça qiyməti 1000 manat, 3 ədəd yorğan adi qiyməti 180 manat, 1 ədəd hazır silkon yorğan qiyməti 70 manat, 2 ədəd taxt üçün odeyal qiyməti 200 manat, 1 ədəd tək adamlıq odeyal qiyməti 80 manat, 1 ədəd uşaq odeyalı qiyməti 40 man at, 4 ədəd taxt üçün çexol qiyməti 30 manat, 3 ədəd prostina qiyməti 25 manat, 5 ədəd 3-ü zal otağı, 1-i yataq otağı və 1-i kuxna üçün lüstür qiyməti 250 manat, 7 ədəd karniz (zal, yataq otağı, orta otaq, kuxna) qimyəti 45 manat, 4 ədəd tül pərdə zal üçün qiyməti 150 manat, 1 ədəd yataq otağı üçün pərdə qiyməti 500 manat, 2 ədəd 1-i orta otaq, 1-i mətbəx pərdələr qiyməti 120 manat, 1 dəst stol üzlüyü qiyməti 100 manat, 3 ədəd sadə stol üzlüyü qiyməti 40 manat, 3 ədəd yer süfrəsi qiyməti 40 manat, 1 ədəd güldan güllər çiçəklə birgə (zalda aksesuar) qiyməti 70 manat, 2 ədəd naçnik qiyməti 65 manat, 1 ədəd gəlinlik lampası qiyməti 35 manat, 4 ədəd mişka- biri böyük, 3 balaça mişka qiyməti 60 manat, 2 ədəd divar saatı- biri mətbəx üçün, digəri sivunir saat qiyməti 50 manat, 2 ədəd xurustal gül dan qiyməti 60 manat, 1 ədəd qranit qazan dəsti qiyməti 180 manat, 1 ədəd nikkel qazan dəsti qiyməti 150 manat, 1 ədəd çaydan dəsti qimyəti 80 manat, 1 ədəd çuqun qablar dəst, yemək saxlamaq üçün qiyməti 100 manat, 1 ədəd biçaq dəsti qiyməti 32 manat, 1 ədəd orta boy biçaq dəsti qiyməti 40 manat, 1 ədəd çömçə dəsti (yanmayan plastikdən) qiyməti 22 manat, 1 ədəd un ələyən qiyməti 10 manat, 3 ədəd nikkel bodnus dəsti qiyməti 30 manat, 3 ədəd nikkel ləyən qiyməti 60 manat, 1 ədəd qaşiq camadan dəsti qiyməti 160 manat, 4 ədəd bulud qaşiği qiyməti 20 manat, 4 ədəd taxta qaşiq qiyməti 20 manat, 1 ədəd termos qiyməti 60 manat, 1 ədəd balaca çaynik qiyməti 15 manat, 1 ədəd kəpkir dəsti qiyməti 30 manat, 1 ədəd zibil qabi qiyməti 20 manat, 6 ədəd soyuducu bəzəyi qiyməti 30 manat, 1 ədəd dörd gözlü kartof soğan şkafi qiyməti 30 manat, 1 ədəd süpürkə xəkəndaz dəsti qiyməti 15 manat, 3 ədəd çörək qabi qiyməti 15 manat, 1 ədəd paltar səbəti qiyməti 15 manat, 2 ədəd paltar şpilkasi qiyməti 5 manat, 5 ədəd şüşə qablar və qənd qablari qiyməti 24 manat, 1 ədəd 24 dəst 4 cür ölcüdə maddona qablari (yemək servisi) qiyməti 250 manat, 1 ədəd maddonna çay dəsti qimyəti 70 manat, 1 ədəd 5 dəst ayri-ayri çay çaşka dəstləri qiyməti 50 manat, 12 ədəd 12 dəst böyük xurustal stəkan qiyməti 40 manat, 12 ədəd 12 dəst armudu stəkan qiyməti 24 ədəd, 12 ədəd dəst nəlbəkilər 2 cür qiyməti 18 manat, 1 ədəd 1 dəst tort qablari- 6 ədəd boşqabi, 1 ədəd tort qabi qiyməti 45 manat, 1 ədəd yuxa yayan qimyəti 35 manat, 2 ədəd oxlov qiyməti 20 manat, 1 ədəd plastik çörək tabaği qiyməti 20 manat, 1 ədəd ütü stolu 80 manat, 1 ədəd iynə sap dəsti qiyməti 8 manat, 2 ədəd plastik vanna qimyəti 20 manat, 1 ədəd alminum ləyən 20 manat, 1 ədəd paltar setkasi qiyməti 50 manat, 12 ədəd veşilka (6 dəmir, 6 plastik) qimyəti 15 manat, 1 ədəd kauçuk ləyən qiyməti 10 manat, 1 ədəd aftafa qiyməti 10 manat, 1 ədəd alminum tabağ qimyəti 15 manat, 6 ədəd stul çuxolu (xalçasi) qiyməti 45 manat, 1 ədəd 1 dəst 8 parça meyvə qabl və 2 konfet qabi qiyməti 160 manat, 1 ədəd ləpə qabi qiyməti 30 manat, 1 ədəd 3 dəst servant qablari qimyəti 200 manat, 1 ədəd 1 dəst servant qablari abedni qiyməti 200 manat, 1 ədəd su dolçasi istəkan dəsti ilə qiyməti 70 manat, 1 ədəd 1 dəst rumka dəsti ağ sadə 6 ədəd qiyməti 25 manat, 1 dəst rumka dəsti qiyməti 50 manat, 6 ədəd yekə bakal qimyəti 40 manat, 1 dəst yemək servis dəsti və çay kafe dəsti qiyməti 130 manat, 2 ədəd şamdan qiyməti 20 manat, 1 ədəd üzüm şəkilli şüşə suvenir qab qiyməti 30 manat, 1 ədəd xurustal külqabi böyük qiyməti 20 manat, 2 ədəd balaça xurustal kül qabi qiyməti 20 manat, 2 ədəd xurustal qənd qabi qiyməti 50 manat və 1 ədəd xurustal mürəbbə qabi qimyəti 20 manat olan cehizlik əşyalarının və ya qətnamə icra olunan vaxt olmayan əmlakın dəyəri, həmçinin ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı verilməsi qət edilmişdir. (hakim Habil Bəhmənov) Cavabdeh1apelyasiya şikayəti Şirvan Apelyasiya Məhkəməsinin 2(106)-3419/2019 saylı, xx xxxxxx 2019-cu iltarixli qətnaməsi ilə təmin edilməmiş, Masallı Rayon Məhkəməsinin 2(050)-1602/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdi rilmədən saxlanılmışdır. (hakimlər Qəzənfər Kərimov (sədrlik edən və məruzəçi) Zəki Babayev, Nüsrət Mirzəyev). Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlərr. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən obyektiv həqiqəti ifadə edən faktlar nəzərə alınmamış, qızıl-zinyət əşyalrının cavabdehlərdə olması halı sübut edilmədiyi halda, məhkəmə həmin hissədə iddianı təmin edən birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 və onun vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdaf iə edərək, şikayətin təmin edilməsi, qətnamənin qızıl-zinyət əşyalarına dair təmin edilmən hissəsinin ləğv, iddianın həmin hissdədə rədd edilməsi, barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili X1 şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilsə də, digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən digər cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansi yası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyasının qətnaməsini yalnız Cavabdeh1 (kassator) qızıl-zinyət əşyalarına aid hissədə mübahisələndirmişdir. Buna görə də kollegiya qətnaməni kassatorun şikayəti üzrə mübahisələndirilən hissədə yoxlayır. Məhkəmə kollegiyasıtərəfləri və onların vəkillərini dinləyib,kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən Cavabdeh1 (kassatorun) kassasiya şikayətitəmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassatora münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İddia ərizəsindən görünür ki, iddiaçı tələbinin faktiki əsası kimi Cavabdeh1lə nikaha girən vaxt ona hədiyyə edilmiş qızıl-zinyət əşyalarının əlindən alınmasına, tələb etməsinə baxmayaraq həmin qızılların satıldığı üçün ona qaytarılmamasına istinad etmişdir. Tələbinin hüquqi əsası kimi isə iddiaçı Milki Məcəllənin 225.2, Ailə Məcəlləsinin 34.1-ci maddələrini əsas götürmüşdür. Birinci instansiya məhkəməsi iddianı qızıl əşyalarına dair hissədə, qızılların qiymətinin cavabdeh tərəfindən olan etiraf edilən qiymətlə qismən təmin etmişdir. Qətnamədən görünür ki, apelyasiya instansiyası məhkəməsi iş materiallarına və tərəflərin izahatlarına istinadən Cavabdeh1 qızıl-zinyət əşyalarına aid hissədə verdiyi ziddiyətli izahat əsasında İddiaçı xx xxxx 2018-ci ildə evdən gedərkən qızıl-zynət əşyalarının evdə olması, 2018-ci ilin noyabr ayında bəzi əşyalarını götürmək üçün cavabdehlərin evlərinə gedən zaman qızılların saxlanıldığı yerdə olmamaması, Cavabdeh3 isə ona qızılları satdıqlarını deməsinə dair dəlillərini inandırıcı hesab edərək, qızıl əşyalarına aid hissədə iddianı qismən təmin edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamış, gəldiyi nəticəni də Mülki Məcəllənin 152.1 152.4, 157, 666.1, Ailə Məcəlləsinin 34.1, 34.2, Mülki Prosessual Məcəllənin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə əsaslandırmıdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi müəyyən etdiyi işin hallarına uyğun olaraq maddi və prosessual hüquq normalarını düzgün tətbiq və təfsir etmişdir. Belə ki, iddia tələbi digər cehiz əşyaları ilə yanaşı, iddiaçıya hədiyyə edilmiş qızılların və ya onların dəyərinin qaytarılması barədədir. İşin məhkəmələr tərəfindən müəyyən edilən mübahi səsiz halı ondan ibarətdir ki, tərəflər nikahda olublar, toy vaxtı iddiaçıya qızıl əşyaları hədiyyə edilib. İşin mübahisəli halı həmin qızılların iddiaçının özündə və ya cavabdehdə olması və qızılların qiyməti olmuşdur. Birinci instansiya məhkəməsi qızılların qiymətini cavabdehin etiraf etdiyi məbləğdə müəyyən etmişdir. İddiaçı buna etiraz etmədiyi üçün işin bu halı da artıq mübahisə doğurmur. Mübahisəli hal qızılların hazırda iddiaçının özündə və ya cavabdehdə olmasıdır. Apelyasiya məhkəməsi iş materiallarına, şahid ifadələrinə və Cavabdeh1 qızılzinyət əşyaları ilə bağlı verdiyi ziddiyyətli izahatlara əsasən iddia ərizəsində göstərilən qızılların cavabdehə olması qənaətinə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsi bu nəticəyə gələrkən müəyyən etmişdir ki, Cavabdeh1 əvvəlcə izahatında q ızılları banka girov qoyaraq pul götürməsini, pul ödənildikdən sonra qızılları iddiaçıya qaytarmasını deyib. Sonradan verdiyi izahatında Cavabdeh1 həmin qızılları başqa adamın adına girov qoymasını, daha sonra isə, ümumiyyətlə, qızılların iddiaçıda olması və gedərkən iddiaçının həmin qızılları özü ilə aparmasını göstərmişdir. Cavabdehin ziddiyyətli izahatı nəticəsində apelyasiya instansiyası məhkəməsi iddiaçının qızıl-ziynət əşyalarını xx xxxx 2018-ci ildə evdən gedərkən özü ilə aparmaması, 30 qramlıq komplekt qızıl-ziynət dəstinin, 10 qramlıq qırmızı qaşlı üzüyün və 10 qramlıq tros boyunbağının Cavabdeh1 tərəfindən lomarda girov qoyulması adı ilə iddiaçıdan alınmasını və qaytarılmamasını, habelə digər qızıl-ziynət əşyalarının 2018-ci ilin noyabr ayında gələrkən yaşadıqları mənzildə olmama sını sübut etməsini və bu halların digər izahat və şahid ifadələri təsdiq edilməsini müəyyən etmişdir. Məhkəmə kollegiyasi cavabdehin ziddiyyətli izahatı ilə bağlı apelyasiya instansiyasının gəldiyi nəticəni və dəyərləndirməni düzgün hesab edir. Ailə Məcəlləsinin 34.1 və 34.2.-ci maddələrinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Mülki Məcəllənin 157-ci maddəsinə görə isə mülkiyyətçinin ö zgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək kimi hüquqları vardır. Göründüyü kimi, apelyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi işin halları, qızıl-zinyət əşyalarına dair hissədə iddia tələbinin təmin olunmasını şərtləndirən hallardır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq, birinci instansiya məhkəməsinin qətnaməsini qızılzinyət əşyalarına dair tələb hissəsində dəyişdirmədən saxlamaqla, maddi hüquq normalarını düzgün tətbiq və təfsir etmiş, sübutları da Mülki Prosessual Məcəllənin 88-ci maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Bununla da müəyyən edilir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır. Kassasiya şikayətində istinad edilən digər dəlillər isə işin faktiki halları ilə əlaqəlidir. Qeyd edildiyi kimi apelyasiya instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına qiymət verilib. İşin faktiki halları kassasiya məhkəməsi tərəfindən araşdırılmadığından, eləcə də apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə razı olduğundan məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin həmin dəlillərinə ayrıca qiymət verilməsi və apelyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Hazırki işdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 418-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Beləliklə, Cavabdeh1 (kassatorun) kassasiya şikayətitəmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassatora münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh1 (kassatorun) kasasiya şikayəti təmin edilməsin. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(106)-3419/2019 nömrəli qətnaməsi kassatora münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlan
Məhkəmə qərarları › İş №2(102)-2597/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2597/2020
22.06.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver