Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2598/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Firmasına qarşı iş üzrə QƏRARİ Açar sözlər: “dəymiş ziyanın ödənilməsi” 20.06.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Həsənov Vüqar Təvəkgül oğlundan (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlundan və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Firmasına qarşı ”dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 mart 2023-ci il tarixli, 2(103)1882/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsin in inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh Firması (bundan sonra – cavabdeh) arasında bağlanmış xx.xx.2018-ci il tarixli beh müqaviləsinə əsasən iddiaçı cavabdehə 7.000 manat məbləğində beh verməyi, cavabdeh isə ünvan 1 ünvanında inşa etdiyi 16 mərtəbəli, 5 bloklu binanın 3-cü blokunda 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 153,5 kv.metr olan 122 saylı 3 otaqlı mənzili iddiaçıya satmağı öhdəsinə götürmüşdür.
2. Bundan sonra tərəflər arasında xx.xx.2018-ci il tarixli, 302 nömrəli müqavilə bağlanmış, müqavilənin 1.1 və 2.1-ci bəndlərinin tələblərinə əsasən cavabdeh ümumi sahəsi 153,5 kv.m olan həmin mənzili iddiaçının mülkiyyətinə verməyi, iddiaçı isə həmin mənzilin hər kvadrat metri üzr ə 840 manat olmaqla, cəmi 128.940 manat məbləğində vəsait ödəməyi öhdəsinə götürmüşdür.
3. Həmin müqavilənin 2.10-cu bəndinə əsasən mənzilin ümumi sahəsi bayır divarlarının sahəsinini hamısı, qonşu ilə olan ara divarın sahəsinin yarısı, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri, ara divarlar, sütunların yerləşdiyi sahələr), habelə eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır.
4. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən iddiaçının adına xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmış Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, ev 133, 133A, 133B, 135, 135A, mənzil 133B, M2, m.2-nin ümumi sahəsi 128,55 kv.m göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktlar ı: a)Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəfindən cavabdehə artıq ödənilmiş, mənzilin 24,95 kv.m. hissəsinin dəyərini təşkil edən 20.958 manat məbləğində pulun, həmçinin məhkəməyə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 2 ünvanında yerləşən 3 otaqlı ümumi sahəsi 153,5 kv.m olan mənzilin cavabdehdən satın alınaraq mülkiyyətinə verilməsi ilə əlaqədar müqavilə bağlanması niyyəti ilə onunla cavabdeh arasında xx.xx.2018-ci il tarixdə beh müqaviləsi bağlanmışdır. Daha sonra aralarında həmin mənzilin alqı-satqısına dair xx.xx.2018-ci il tarixli 302 nömrəli alqı-satqı müqaviləsi bağlanm ışdır. Qeyd olunan müqavilənin 1.1 və 2.1-ci bəndlərinin tələblərinə əsasən cavabdeh ümumi sahəsi 153,5 kv.m olan həmin mənzili onun mülkiyyətinə verməyi, o isə həmin mənzilin hər kvadrat metri üzrə 840 manat olmaqla, cəmi 128.940 manat məbləğində pul vəsaiti ödəməyi öhdələrinə götürmüşlər. Həmin müqavilənin 2.10-cu bəndinə əsasən bu müqavilə üzrə mənzilin ümumi sahəsi bayır divarlarının sahəsinin hamısı, qonşu ilə olan ara divarının sahəsinin yarısı, yerləşmələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri, ara divarla sütunların yerləşdiyi sahələr) habelə eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Kassa mədaxil orderindən görünür ki, o, öz öhdəliyinə əməl edərək həmin mənzilin dəyərini təşkil edən 128.940 manat məbləğində pul vəsaiti tam şəkildə cavab dehə ödəmiş və bununla bağlı cavabdeh tərəfindən ona maliyyə arayış təqdim edilmişdir. Həmin sənədlər əsasında onun tərəfindən mənzil sahəsinə dair xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə edilmişdir. O çıxarışa nəzər yetirərkən mənzilin ümumi sahəsinin müqavilənin 1.1-ci bəndində müəyyən ediləndən fərqli olaraq ümumi sahəsinin 153,5 kv.m deyil, 128,55 kv.m olduğunu aşkar etmişdir. Beləliklə, cavabdeh tərəfindən müqavilə şərtləri pozularaq ümumi sahəsi 153,5 kv.m olması nəzərdə tutulan mənzil əvəzinə 128,55 kv.m mənzil ona təhvil verilmişdir. Bununla da cavabdeh öz öhdəliyini pozaraq ona 24,95 kv.m az ölçüdə mənzil vermişdir. Mənzilin bir kvadrat metrinin dəyərinin 840 manat olduğu nəzərə alınaraq 24,95 kv.m-nin dəyəri 20.958 manat təşkil edir. Beləliklə, cavabdeh öz öhdəliyini lazımınca icra etməməklə ona 20.958 manat məbləğində zərər vurmuşdur. Müqavilənin 2.10cu bəndində mənzilin ümumi sahəsinin hesablanmasının fərqli qaydası nəzərdə tutulsa da, həmin şərt onun həqiqi iradə ifadəsini əks etdirməmişdir. Bundan əlavə, müqavilədə mənzilin sahəsinin hesablanmasının fərqli qaydası nəzərdə tutulsa da, bu qayda qanunvericiliklə imperativ olaraq müəyyən edilən şərtə uyğun gəlmədiyinə görə etibarsızdır.
7. Cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsinə dair ərizə və iddia ərizəsinə qarşı etiraz təqdim edilmişdir.
8. İddia müddətinin tətbiq edilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri baxımından mənzildə yerləşən bəzi sahələr (eyvan, lociya və s.) 0,3 əmsala vurulmaqla hesablanır. Buna görə də mənzilin müqavilədəki faktiki sahəsi ilə hüquqmüəyyənedici sənəddəki sahənin fərqli olması normaldır. Eyni zamanda, müqavilədə əks olunmuş ümumi sahənin müəyyən hissəsi mənzilin ara divarlarının yerləşdiyi sahəyə düşür və çıxarışda həmin sahə nəzərə alınmadığı üçün mənzilin çıxarışdakı ümumi sahəsi ilə müqavilədəki ümumi sahə arasında fərqin yaranması təbiidir. Buna görə də iddia tamamilə əsassızdır. Lakin bununla yanaşı, iddia tələbi üzrə müddət keçmişdir. Belə ki, iddia tələbinin hallarından məlum olur ki, iddiaçı mənzilin sahəsinin faktiki olaraq az olduğunu və bununla da artıq pul ödəyərək ziyana düşdüyünü bildirmişdir. Beləliklə, iddia tələbindən məlum olur ki, əskik sahəyə görə pulun iddiaçıdan alınmasının heç bir qanuni və müqavilə əsası olmamışdır. Bu hal həqiqət olmasa da, iddia tələbinin əsasını təşkil edir və iddiadan belə anlaşılır ki, cavabdeh həmin məbləği əsassız əldə etmişdir. İddianın əsaslandırıldığı hal konkret olaraq əsassız varlanma görüntüsü yaradır və buna görə də həmin münasibətlərə əsassız varlanma ilə bağlı normalar tətbiq edilməlidir. Belə olduqda Mülki Məcəllənin 1095-ci maddəsinə uyğun olaraq iddia müddəti keçmiş olur və iddianın rədd edilməsi üçün hüquqi əsas yaradır. Həmin maddəyə görə “əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir”. Bununla yanaşı, hazırkı mübahisəyə əsassız varlanmadan irəli gələn müddətin deyil, müqavilədən irəli gələn mübahisələr üzrə qa nunla müəyyən edilmiş iddia müddətinin tətbiqi fikri ortaya atılarsa, yenə də iddia müddəti ötürülmüş hesab edilməlidir. Belə ki, müqavilədən göründüyü kimi iddiaçı mənzili xx.xx.2018-ci ildə almışdır. İddia isə xx.xx.2022-ci ildə imzalanmışdır. Beləliklə də mənzil satıldığı tarixdən etibarən iddiaçının bu mənzilə daxil olmaq, ölçü işi aparmaq və s. hüquqları faktiki olaraq mövcud olmuşdur. İddiaçı hüququnun pozulduğunu bilməli olduğu vaxtdan heç bir tədbir görməmiş və məsələ barədə heç bir iddia qaldırmamışdır. Bundan əlavə, iddiaçı iddia ərizəsində qeyd edir ki, xx.xx.2019-cu il tarixdə mənzilin mülkiyyət hüququna dair çıxarışını almış və həmin vaxt mənzilin sahəsinin 128,55 kv.m olmasını aşkar etmişdir. Beləliklə, iddiaçının özünün etiraf etdiyi xx.xx.2019-cu il tarixdən hesabladıqda ye nə də həm əsassız varlanma, həm də müqavilə tələbləri üzrə iddia müddətinin axımı keçmiş olur.
9. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı mülkiyyət hüququna dair çıxarışa istinad edərək mənzilin sahəsinin 24,95 kv.m əskik olduğunu bildirmişdir. Mövcud qanunvericiliyə əsasən mənzilin bəzi sahələri (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri, balkon, lociya, terras, şüşəbənd və eyvanlar) azalma əmsallarına vurulmaqla hesablanır. Mənzilin DƏDRX tərəfindən tərtib edilmiş texniki pasportunda azalma əmsalına vurulan sahələrin ümumi ölçüləri göstərilir. Hazırkı iş materiallarına mənzilin texniki pasportu əlavə edilmədiyindən, həmin ölçünün dəqiq olaraq neçə kv.m təşkil etməsi barədə fikir bildirmək mümkün deyildir. Odur ki, iddiaçı mənzilin mülkiyyət hüququna dair çıxarışı deyil, texniki p asportu əsas götürərək, iddia tələbini bu ölçü üzərindən əsaslandırmış olsa idi, başa düşülən hesab edilə bilərdi. İddiaçı isə həmin azalma sahələrini nəzərə almadan, mülkiyyət hüququna dair çıxarışdakı göstəriciləri əsas götürmüşdür. Halbuki, mənzilin texniki göstəriciləri (sahə, mənzillərin yerləşməsi, ölçüləri və s.) yalnız texniki pasport əsasında müəyyənləşdirilə bilən məlumat hesab edilir. İştirakları olmadan keçirilmiş məhkəmə iclaslarında təyin edilmiş və aparılmış tikinti-texniki ekspertiza zamanı azalma əmsalları nəzər alınaraq müəyyən edilmiş ümumi sahə 130,15 kv.m təşkil etmişdir. Ekspertiza qarşısında qoyulmuş ikinci suala uyğun olaraq mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə şaxtaların və beton sütunların yerləşdiyi sahə daxil edilməklə ümumi sahəsi 153,75 kv.m olmaqla mənzilin müqavilədə qeyd edilmiş ümumi sahəsinə bərabər olmuşdur. İddiaçı müqavilənin 2.10-cu bəndinin iddiaçının həqiqi iradəsini əks etdirmədiyini bildirmişdir. Qeyd edilənlərlə yanaşı iddiaçının tələbini əsaslandırdığı hallar cavabdehin əsassız varlanma formasında artıq pul vəsaiti əldə etməsi anlamına gəlir. Belə ki, iddiaçının qeyd etdiklərindən belə aydın olur ki, mənzilin sahəsi 128,55 kv.m olduğu halda müqavilədə 153,5 kv.m sahə qeyd edilsə də arada olan fərq (24,95 kv.m) üçün üçün pul alınmasının heç bir hüquqi (qanuni) və faktiki (müqavilə) əsası olmamışdır. Bu cür tələb isə xaraktercə əsassız varlanmadır. İddiaçının tələbindən irəli gələn münasibətlərə əsassız varlanma ilə bağlı normalar tətbiq edilməlidir. Belə olduqda 1095-ci maddəyə uyğun olar aq iddia müddəti keçmiş olur və iddianın rədd edilməsi üçün hüquqi əsas yaradır. Həmin maddəyə görə “əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir”. Hətta müqavilədən irəli gələn tələblər üzrə iddia müddəti tətbiq ediləcək olarsa, yenə də çıxarışın alındığı vaxtdan 3 il keçdikdən sonra iddia qaldırdığını əsas götürərək müddətin ötürülməsi qənaətinə gəlmək olar. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra edərək, 153,5 kv.m sahəni iddiaçıya təhvil vermişdir. Bu fakt həm iddia ərizəsində, həm də tikinti-texniki ekspertizaya dair rəydə öz təsdiqini tapmışdır.
10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır.
11. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 oktyabr 2022-ci il tarixli, 10/5014 saylı rəyinə əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən ünvan 3 ünvanında yerləşən 3 otaqlı mənzilin ümumi sahəsinin (yaşayış və köməkçi sahə ilə birgə) 130,15 kv.m təşkil etdiyi müəyyən edilir. ünv an 3 ünvanında yerləşən 3 otaqlı mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə şaxtaların və beton sütunların yerləşdiyi sahə daxil edilməklə ümumi sahəsinin 153,75 kv.m təşkil etdiyi müəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, ünvan 2 ünvanında yerləşən 3 otaqlı mənzilin qanunvericiliyin (müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmış layihə-plan və s. uyğun) tələblərinə uyğun tikilib-tikilməməsini müəyyən etmək mümkün olmamışdır.
12. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 08 dekabr 2022-ci il tarixli, 2(005)-2830/2022 nömrəli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddiaçının cavabdehə qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir.
13. Birinci instan siya məhkəməsi toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, hazırki işdə tərəflər bağladıqları müqavilənin şərtlərini (mənzilin ümumi sahəsini, və dəyərini) azad şəkildə özləri razılaşdırmış və üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər. Belə olan halda, həmin şərtlərin formal əsaslarla və mülahizələrlə icra edilmədiyi, bu səbəbdən də artıq ödənişin olması faktının qeyd edilməsi yolverilməzdir.
14. Birinci instansiya məhkəməsi iddia müddətinin tətbiq edilməsinə dair ərizəyə hüquqi qiymət verərək qeyd etmişdir ki, hazırkı iddia tələbi mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı olduğundan həmin tələbə iddia müddəti şamil edilməməlidir.
15. Birinci instansiya məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 29, 59, Azərbaycan Respublikası Mülk i Məcəllənin 6, 152.1, 384.0.4, 385.1, 390, 421.1, 421.2, 437.1, 568.1, 577.1, 578.1, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 119, 217.4, 218.1, 220.5-ci maddələrinə, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
16. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki qanunvericiliyin əsas prinsiplərindən sayılan müqavilə azadlığı sərhədsiz deyil. Mülki Məcəllənin 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlarla müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydala ra uyğun gəlməlidir. Cavabdehi isə ölçüsü normativ hüquqi aktla müəyyən edilən tələblərə cavab verməyən mənzili iddiaçıya təqdim etməklə həmin maddənin tələblərini pozmuşdur. Məhkəmə isə imperativ qaydalara cavabdeh tərəfindən əməl edilməməsinə hüquqi qiymət verməmişdir. Həmin imperativ qaydalar Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli, 07 nömrəli qərarının 1.2-ci bəndi ilə müəyyən edilmişdir. Həmin qaydaların tələbləri tikinti fəaliyyətinin subyekti kimi cavabdeh üçün məcburidir. Məhkəmə qətnaməsində göstərilən nəticələr yalnız müqavilə azadlığına istinad edilməklə əsaslandırılmış, qanunvericiliyin imperativ normaları tətbiq edilməmiş, bu isə məhkəmənin düzgün olmayan nəticəyə gəlməsinə səbəb olmuşdur.
18. Məhkəmə kollegi yasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək orada göstərilənlərə uyğun izahat vermiş və həmçinin bildirmişdir ki, çıxarış əldə edildikdən sonra 25 kv.m fərqin olduğu aşkar edilmişdir. Daha sonra tərəfindən iki dəfə bununla bağlı Əmlak Komitəsinə müraciət edilmişdir. Birinci dəfə belə fərqin olmasının mümkünsüzlüyü ilə bağlı imtina verilmişdir. ASAN xidmətə də müraciət etmiş, orada da belə halın mümkünsüz olduğunu bildirmişlər. Ona verilmiş suallara cavab olaraq bildirdi ki, mənzil alınan zaman o, iştirak edirdi. Müqavilənin şərtləri ilə tanış olmuş, lakin şəxs mənzilə daxil olan zaman çıxarışda qeyd edilən sahənin olmaması ehtimalını müəyyən edə bilmir.
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instans iya məhkəməsi) 2(103)-1882/2023 nömrəli, 06 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və X3) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləğinin iddiaçıya aid edilməsi qət edilmişdir.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qanunvericilikdə mənzillərin ümumi sahəsinin hesablanma qaydaları müəyyən edisə də, tərəflər qarşılıqlı razılıq əsasında həmin qaydalardan fərqlənən mənzilin ümumi sahəsinin hesablama qaydasını müəyyən etmiş və bu qayda onlar arasında bağlanmış müqavilədə əks olunmuşdur.
21. Eyni zamanda, iddiaçının cavabdeh tərəfindən təklif edilən mənzildə müqaviləni imzalamamışdan öncə ölçmə işləri aparma q imkanı olmuş, lakin o, bunu etməmiş, cavabdeh tərəfindən təklif olunan müqavilə şərtini qəbul etmişdir. 22.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, qanunvericiliyin mənzillərin ümumi sahəsinin hesablanması ilə bağlı müddəaları alqı-satqı münasibətinə girən subyektlərin müqavilə azadlığı çərçivəsində satılan əşyanın sahəsini öz razılaşmalarına uyğun şərtləşdirmək sərbəstliyini aradan qaldırmır. Hazırkı işdə tərəflər bağladıqları müqavilənin şərtlərini (mənzilin ümumi sahəsini, və dəyərini) azad şəkildə özləri razılaşdırmış və üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər.
23. Məhkəmə kollegiyası mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası nın Mülki Məcəlləsinin 6.1.5, 390.1, 390.2, 390.3, 390.5, 385.1, 386.1, 568.1, 577.1, 578.1, 752.1, 752.2, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1, 59.2, 59.3, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 103.1, 384.0.1, 385.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri 24.İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayətinin məzmununa uyğun olaraq əsaslandırılmış və əlavə olaraq qeyd olunmuşdur ki, apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 81-ci maddə sinin tələbini pozaraq qanunu və onun əsasında qəbul edilən mərkəzi icra hakimiyyəti orqanının normativ hüquqi aktını hazırkı işə tətbiq etməmişdir. Halbuki, qeyd olunan qaydalarin tələbləri tikinti fəaliyyətinin subyekti kimi cavabdeh üçün məcburidir. Nəticədə, məhkəmə düzgün olmayan məhkəmə qətnaməsi qəbul etmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 26.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi
27. Maddə 59.1. Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
28. Maddə 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhl iz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır.
29. Maddə 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsi
30. Maddə 6.1.5. Müqavilə azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir.
31. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
32. Maddə 386.1. Öhdəl iyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
33. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
34. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanm ış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir.
35. Maddə 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir.
36. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.
37. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
38. Maddə 577.1. Alıcıya verilməli əşyaların miqdarı alqı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqq ında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər.
39. Maddə 578.1. Satıcı alqı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər.
40. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
41. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazır lanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 45.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdır ılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 46.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
47. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
48. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
49. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mü bahisənin hüquqi aktlara təsir göstərə bilər.
50. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəmsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiya məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 52 Kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd olunmalıdır ki, iddia tələbinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 752.1 və 766-cı maddələrinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. 53 Qeyd edilməldir ki, baxılan işin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal - podratçının müqavilə öhdəliklərini pozaraq sifarişçiyə miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal verib-verməməsinin müəyyənləşdirilməsidir. Bu baxımdan apellyasiya instansiy ası məhkəməsi işin faktiki halları üzrə düzgün hüquqi dəyərləndirmə aparmışdır. Müqavilənin mühüm şərtlərini tərəflər müəyyən etmiş və onlar arasında olan münasibətlər məhz həmin müqavilə daxilində nizamlanmalıdır.
54. Şəhərsalma və Tikinti Məcəlləsinin təyinatı şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən etməkdən ibarətdir.
55. Qeyd olunan tənzimləmənin fiziki və hüquqi şəxslər arasında bağlanmış podrat münasibətlərinə eyni qaydada tətbiq edilməsi mülki qanunvericiliyin müqavilə hüquq subyektlərinin bərabərliyi, iradə sərbəstliyi və müqavilələr azadlığı prinsiplərinin pozulmasına səbəb ola bilər. 56 Məhkəmə kollegiyası qeyd o lunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
57. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1882/2023 nömrəli, 06 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.