Məhkəmə qərarları › İş №2(102)-26/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-26/2023

13.06.2023 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-26/2023 13.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh ASC-yə (maraqlı şəxslər Azərbaycan Respublikası Rabitə və Texnologiyaları Nazirliyinin “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinə və Maraqlı şəxs1 ASC) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əsli olmayan sənədlərin sübut kimi qəbul edilməsi, ödənilmiş pulun qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi hakim), Əhmədova Mehparə Tofiq qızı və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə, (maraqlı şəxslər AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinə), X11, X1, X10 və digər şəxslərə qarşı “mənzillərə onun mülkiyyət hüququnun tanınması, mənzillərə dair 18 sentyabr 2007-ci il tarixdə bağlanılmış alqı-satqı müqavilələrinin, maliyyə arayışları və kassa mədaxil orderləri bərpa olunmuş hesab olunması, cavabdehlərlə bağlanmış əqdlərin etibarsız hesab edilməsi, həmin mənzillərin onun sahibliyinə verilməsi barədə "ANT İnşaat Təmir-Tikinti” MMC-nin üzərinə öhdəlik qoyulması və s.” tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7486/2020 nömrəli iş üzrə 16 may 2022-ci il tarixli qətnaməsindən iddiaçı Ömərov Rauf Rüstəm oğlu və Cavabdeh MMC tərəfindən ayrı-ayrılıqda verilmiş kasasiya şikayətlərinə 13 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağ ıdakı qərarı qəbul etdi. İşin halları

1. Yasamal Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(004)-707/2011 saylı qətnaməsinə əsasən iddia təmin edilərək Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 533-cü məhəllədə yerləşən xx.xx.2007-ci il tarixli "ANT İnşaat Təmir-Tikinti” MMC ilə bağlanmış 337, 338, 340, 342, 343, 344, 345 nömrəli müqavilələrə əsasən alınmış 24, 25, 28, 31, 32, 35, 49 və xx.xx.2008-ci il tarixli 353, 354 nömrəli müqavilələrə əsasən alınmış 42 və 45 saylı mənzillər üzrə paylara X9 mülkiyyət hüququ tanınmışdır.

2. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(103)-2709/2012 saylı qətnaməsi ilə "ANT İnşaat Təmir-Tikinti” MMC və maraqlı şəxs Bakı Telefon Rabitəsi İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmiş, Yasamal Rayon Məh kəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə çıxarılmışdır: X9 "ANT İnşaat Təmir-Tikinti” MMC-yə qarşı iddiası təmin edilməmiş, "ANT İnşaat Təmir-Tikinti” MMC-nin qarşılıqlı iddiası təmin edilərək, adları çəkilən mənzillərə dair xx.xx.2007-ci il tarixli və xx.xx.2008-ci il tarixli müqavilələr etibarsız hesab edilmişdir. Qətnamə xx.xx.2013-cü il tarixdə icraya yönəldilmişdir.

3. Qeyd edilən qətnamə ilə İddiaçı 2007-ci ildə "Azəriqazbank” ASC-dən götürdüyü 500 000 manat kreditin təminatı kimi adları çəkilən mənzillərin girov kimi bankın kredit şöbəsinin müdiri X9 adına rəsmiləşdirildiyi, ona görə də mənzillərə dair bağlanmış müqavilələrin etibarsız olduğu, mənzillərin Cavabdeh MMC-yə qaytarılmalı olduğu müəyyən edilmişdir. İşə baxılarkən xətşünaslıq ekspertizası təyin edilmiş, eks pert rəyi ilə müəyyən olunmuşdur ki, mənzillərin dəyərinin X19 tərəfindən ödənilməsinə dair kassa mədaxil orderi qəbzlərində onların tərtibatı tarixinə münasibətdə düzəlişlər edilmişdir.

4. Həmçinin işə baxılarkən İddiaçı notarial qaydada təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizədə qeyd edilmişdir ki, 2007-ci ildə "xxxx" ASC ilə bağladığı 500.000 manatlıq kredit müqaviləsinin təminatı kimi Cavabdeh MMC-nin Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 533-cü məhəllədə tikdiyi binada 24, 25, 28, 31, 32, 35, 49, 42 və 45 saylı mənzillər girov qoyularaq, bankın kredit şöbəsinin müdiri X9 adına müqavilə bağlanmışdır. Kredit ödənişi ilə əlaqədar onun tərəfindən Cavabdeh MMC-dən onun ayrı-ayrı vaxtlarda götürdüyü 417 000 manat və 67 000 manat məbləğində özünə aid pul vəsaiti tam olaraq banka ödənilmişdir. Sözü gedən 9 ədəd mənzil götürdüyü kreditin təminatı kimi girov qoyulmuşdur.

5. Bundan başqa İddiaçı ayrıca bir icraatda Maraqlı şəxs1 ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, girov qoyduğu 9 mənzilin dəyəri qismində 1 517 655 manat məbləğində pul vəsaitinin ASC-dən tutulmasını xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(004)-1792/2031 saylı qətnaməsi ilə iddia təmin olunmamışdır. Qətnamədə qeyd edilmişdir ki, İddiaçı mənzillərin ona məxsus olması barədə mötəbər sübutları məhkəməyə təqdim etməmiş, təqdim olunan sənədlər surət olduğundan yazılı sübut kimi qəbul edilə bilməz.

6. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(103)-4192/2013 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdi rilmədən saxlanılmış,

7. Azərbaycan Respublikası Ali Məhkəmənin xx.xx.2014-cü il tarixli 2(102)-550/14 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsində icraat Birinci iddia üzrə

8. İddiaçı Cavabdeh MMC-yə (bundan sonra MMC), maraqlı şəxslər AR Rabitə və Texnologiyaları Nazirliyinin “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinə və digər şəxslərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MMC-nin inşa etdiyi və 18 sentyabr 2007-ci il tarixli müqavilələr əsasında ona məxsus Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 533-cü məhəllədə yerləşən 16 mərtəbəli binadan alınmış 24, 25, 28, 31, 32, 35, 42, 45, 49 saylı mənzillərə dair onun mülkiyyət hüququnun tanınması, həmin mənzillərə dair onun MMC ilə 18 sentyabr 2007-ci il tarixdə bağlanılan alqı-satqı müqavilələri, maliyyə arayışları və kassa mədaxil orderləri bərpa olunmuş hesab olunmaqla, həmin mənzillərin onun sahibliyinə verilməsi barədə MMC-nin üzərinə öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi üzrə İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 18 sentyabr 2007-ci il tarixdə MMC tərəfindən inşa olunan binada çox sayda mənzilləri pulu nağd şəkildə ödəməklə alqı-satqı müqavilələri əsasında almışdır. 03 oktyabr 2007-ci il tarixdə "xxxx" ASC-dən 500000 manat, 07 yanvar 2010-cu il tarixdə isə 236000 manat kredit almışdır. İkinci qeyd olunan kredit ilkin götürülən kreditdən kəsir qalan məbləğin tamamlanması üçün ayrılmışdır. Hər iki kredit müqaviləsinin 6.1-ci maddəsinə əsasən kredit təminatlı olaraq verilmişdir. Təminat kimi 03 oktyabr 2007-ci il tarixli İ-885 saylı ipoteka müqaviləsi və 07 yanvar 2010-cu il tarixli İ-2134 saylı ipoteka müqaviləsi çıxış etmişdir. Dünyada iqtisadi böhran baş verdiyindən və kreditin ödəməyə çətinlik çəkdikdən "xxxx" ASC-yə girov qoyduğu 24,25,28,31,32,35,27,30,49 saylı mənzillərdən 27 və 30 saylı mənzillərini satmış, onların yerinə 42 və 45 saylı mənzillərini xx.xx.2008-ci il tarixdə bağlandığı İ-885/A nömrəli ipoteka müqaviləsi və xx.xx.2008-ci il tarixli 885 saylı kredit müqaviləsinə Əlavə Razılıq № 1 və xx.xx.2008-ci il tarixli İ-885/A saylı İpoteka Müqaviləsinə 1 saylı Əlavəni "xxxx" ASC və MMC ilə bağlamışdır. Faktiki olaraq təminat qismində ona məxsus MMC-nin inşa etdiyi və 18 sentyabr 2007-ci il tarixdən müqavilə əsasında ona məxsus Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 533-cü məhəllədə yerləşən 16 mərtəbəli binadan alınmış 24, 25, 28, 31, 32, 35, 42, 45, 49 saylı mənzillər borcun ödənilməyəcəyi təqdirdə kreditin ödənilməsi üçün satılmaq məqsədi ilə, kredit ödəniləcəyi təqdirdə isə geri onun adına rəsmiləşdirilməsi üçün "xxxx" ASC-nın kredit şöbəsinin müdiri Həmidli Müşviqin adına rəsmiləşdirilmişdir. Bu mənzillərin təminat kimi qoyulması faktı qeyd olunan kredit müqavilələrinin 6.1-ci maddəsində, Bakı Apellyasiya Məhkəməsinin 07 noyabr 2012-ci il tarixli qətnaməsinin müəyyən etdiyi hissəsində öz əksini tapmışdır. Onun adına olan mənzillərə dair bütün sənədlərin əslləri (alqı-satqı müqavilələri, kassa-mədaxil orderləri, maliyyə arayışları və digərləri) "xxxx" ASC-yə və MMC-yə verilmişdir. Həmin mənzillər həmin tarixlər və nömrələr üzrə M.Həmidlinin adına rəsmiləşdirilmiş və beləliklə, M.Həmidli mənzillərin alıcısı kimi müqavilələrə sahib olmuşdur. 28 dekabr 2012-ci il tarixdə "xxxx" ASC-nin ona məktubu ilə kreditin bağlandığı bildirilmişdir. O, öz mənzillərini geri qaytarmağı xahiş etdikdə isə, "xxxx" ASC mənzilləri almadığını, krediti girovsuz verdiklərini bildirmişdir. Sonra ona məlum olmuşdur ki, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə M.Həmidlinin MMC-yə qarşı iddiası təmin olunmuşdur. Onun mənzilinə dair M.Həmidlinin mülkiyyət hüququ tanınmış və mənzillərin ona verilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il qətnaməsi ilə MMC-nin və Rabitə və Texnologiyaları Nazirliyinin "xxxx" İstehsalat Birliyinin apellyasiya şikayətləri və MMC-nin M.H əmidliyə qarşı qarşılıqlı iddiası təmin edilmişdir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ləğv olunmuş, M.Həmidli ilə MMC arasında (onun 9 ədəd girov qoyduğu) mənzillərinə dair alqı-satqı müqavilələri etibarsız hesab olunmuşdur. Məhkəmə qeyd etmişdir ki, M.Həmidli mənzillərin mülkiyyətçisi ola bilməz, ona görə ki, mənzillərin alınmasında iştirak etməmiş, pulu ödəməmişdir. Sadəcə, o, «Azəriqazbank”dan 0,5 milyon manat məbləğində kredit almışdır, kreditin təmini kimi mənzillərini «Azəriqazbank” ASC-yə vermiş, M.Həmidlinin adına rəsmiləşdirilmişdir. M.Həmidli ilə MMC arasında bağlanmış mənzillərə dair alqı-satqı müqavilələri (əqdlər) onun «Azəriqazbank” ilə kredit müqaviləsini pərdələmək məqsədini daşıdığı üçün əhəmiyyətsiz və nəticədə etibarsız hesab olunmu şdur. Öz mülkiyyət hüququnu müdafiə edərək o, "xxxx" ASC-yə qarşı maddi ziyanın ödənilməsi barədə iddia ilə məhkəməyə müraciət edib girov qoyduğu 9 mənzilin həqiqi dəyərinin məbləği 1.517.655 manatın cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə iş üzrə onun iddiası təmin olunmamışdır. Məhkəmə qeyd etmişdir ki, o, mənzillərin alqı-satqı müqavilələrinin və kassa-mədaxil orderlərinin əsillərini təqdim etməmiş, ziyanın olması barədə sübut təqdim etməmişdir. O, xx.xx.2013-ci il tarixli Bakı şəhər Yasamal rayon məhkəməsinin qətnaməsindən şikayət vermişdir və eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsinin izah edilməsinə dair ərizə ilə müraciət etmişdir. Bakı Apellyasiya Məhkə məsinin xx.xx.2013-cü il tarixli qərardadı ilə ərizə təmin olunmamışdır. Məhkəmə qeyd etmişdir ki, mənzillərə dair mülkiyyət hüququnun məsələsi baxılmamış müəyyən olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə onun apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 0.02.2014-cü il tarixli 2(103)550/14 saylı qərarı ilə onun kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2012ci il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur ki, onun «Azəriqazbank” ASC ilə kredit müqaviləsi, girov müqaviləsi, ipoteka müqavilələri, yalan əqdləri alqı-satqı müqavilələri əsasında əlaqələri mövcuddur. Yalan müqavilələr etibarsız sayıldıqdan sonra İddiaçı adına mənzillərə dair müqavilələr bərpa olunmalıdır və nəzərə alınsa ki, mübahisəli mənzillər faktiki olaraq İddiaçı tərəfindən "xxxx" ASC-yə girov qoyulmuşdur, həmin mənzillər "xxxx" ASC tərəfindən əsl sahibi ona qaytarılaraq və onun həmin mənzillərə dair mülkiyyət hüququ bərpa olunmalıdır. İddiaçı həmin mənzillərə dair 18 sentyabr 2007-ci il tarixli MMC ilə bağladığı alqı-satqı müqavilələri bərpa edilməklə onun mənzillərə dair mülkiyyət hüququ müəyyən olunmalıdır. Bu halda MPM-nin 217.3-cü maddəsinə uyğun olaraq tərəflər arasında münasibətlər nəzərə alınmalıdır. Maraqlı şəxs1 ASC-nin xx.xx.2012-ci il tarixli onun hesabdan çıxarışına əsasən xx.xx.2007-17.03. 2011-ci il əhatə dövrü üzrə o, 1 m ilyon 445 min 730 manat 44 qəpik ödəmişdir. Maraqlı şəxs1 ASC-nin xx.xx.2012-ci il tarixli onun hesabdan çıxarışına əsasən, xx.xx.2011-xx.xx.2012-ci il əhatə dövrü üzrə o, 172 min 482 manat ödəmişdir. Beləliklə, o, kreditin qaytarılmasına (əsas borc + faizlər +cərimələr) Maraqlı şəxs1 ASC-nin rəsmi sənədinə əsasən 03.10. 2007-ci il tarixdən xx.xx.2012-ci il tarixədək 1 milyon 618 min 212 manat 44 qəpik pul ödəmişdir. 1 milyon 618 min 212 manat 44 qəpik məbləğdən borc-kreditin 500 min manat məbləğini çıxmaqla, mənzillərin dəyəri kimi 1 milyon 517 min 665 manat nəzərə alınmaqla, onun zərəri 2 milyon 635 min 867 manat 44 qəpik təşkil edir.

10. Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə2 iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, İddiaçı iddia tələbinin heç bir hüquqi əsası yoxdur, ona görə də əsassız və qanunsuz olduğu üçün rədd edilməlidir. Belə ki, 2007-ci ilin avqust ayında MMC-nin öz sahibkarlıq fəaliyyətini genişləndirməsi məqsədi ilə İddiaçı 800 000 manat məbləğində borc pul almış, borcun birdəfəlik qaytarılması şirkət üçün həddindən atıq çətin olduğu üçün hər iki tərəfin qarşılıqlı razılığına əsasən qərara alınmışdır ki, İddiaçı bankdan kredit götürsün, əsas borc məbləği, faizlərin, cərimələrin ödənilməsi, həmçinin İddiaçı verdiyi borcun müqabilində onun özünün mənfəət əldə etməsini təmin etmək üçün bankın bütün məsrəflərini və İddiaçı mənfəətini MMC ödəsin. Bununla da, İddiaçı həmin şərtlərlə razılaşaraq "xxxx" ASC-dən xx.xx.2007-ci ildə 500 000 və xx.xx.2010-cu il tarixdə 236 000 manat məbləğində kredit götürmüş, kreditin bağlandığı xx.xx.2012-ci il tarixədək bankın b ütün əsas borc, faiz və cərimə borclarını MMC ödəmiş və həmin razılaşmada İddiaçı əlavə olaraq böyük məbləğdə qazanc əldə etmişdir. İddiaçı da kredit götürməkdə əsas məqsədi həm öz verdiyi borcun qaytarılması, həm də əlavə qazanc əldə etmək marağı olmuşdur. Bununla da, MMC İddiaçı aldığı borcun müqabilində 2 dəfədən çox ziyana düşərək 1 700 000 manatdan artıq məbləğdə pul vəsaitini banka ödəmişdir. Həmin pul vəsaitləri İddiaçı MMC-nin kassası vasitəsilə ödənilmiş, R. Ömərov qeyd edilən pulların çox hissəsini banka ödəmiş, bir hissəsini isə öz qazancı hesab edərək mənimsəmişdir. Kredit müddətinin uzanması isə MMC-ni böyük məbləğdə ziyana salmışdır. Qeyd edilən faktın sübutu kimi İddiaçı Cavabdeh MMC-dən götürdüyü pul vəsaitlərinin təsdiqedici sənədlər-kassa məxaric sənədləri məhkəməyə təq dim edilmişdir. İddiaçıla MMC-nin əlaqələrinin kökündə borc münasibətləri vardır. İddiaçı şirkətə verdiyi borcu artıqlaması ilə almasına baxmayaraq, əlavə olaraq 9 ədəd mənzilin ona verilməsini, həmin mənzillərə mülkiyyət hüququnu bərpa edilməsini tələb edir. Bu isə onun iddiasının qanuni və əsaslı olmadığını, İddiaçı özünün səmimi olmamasını, məhkəməni araşdırmasını yanlış istiqamətə yönəltməklə aldatma yolu ilə əlavə daşınmaz əldə etmək niyyətində olmasını təsdiq edir. Bundan başqa, İddiaçı iddia ərizəsində qeyd etdiyi kimi, Yasamal Rayon Məhkəməsinin qüvvədə olan xx.xx.2013-cü il tarixli qətnaməsi ilə onun hazırki iddia ərizəsində göstərdiyi 9 ədəd mənzilin dəyərinin - 1 517 655 manat məbləğində maddi ziyanın ödənilməsi tələbi məhkəmə tərəfindən təmin edilməmiş, məhkəmə qətnamədə alqı-s atqı müqavilələrinin və kassa mədaxil orderlərinin əsillərinin təqdim edilməməsi və ziyanın olması barədə sübutların təqdim edilməməsinə görə iddianı rədd etmişdir. Yasamal Rayon Məhkəməsinin qüvvədə olan xx.xx.2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş hallar üzrə məhkəmə araşdırması zamanı MMC 3-cü şəxs qismində iştirak etmişdir və iş üzrə müəyyən edilmiş həmin faktlar hazırki iş üzrə məcburi xarakter daşıyır. İddiaçı pul vəsaiti ödəyərək MMC-dən qeyd etdiyi 9 ədəd mənzili almamış, İddiaçı təqdim etdiyi kassa mədaxil orderlərinin kserosurəti onun 9 ədəd mənzil alması faktını sübuta yetirən hal kimi çıxış edə bilməz. Şərh edilənlərə əsasən İddiaçı iddiası əsaslı və qanuni olmadığı üçün onun iddia tələbi məhkəmə tərəfindən rədd edilməli, iddia təmin edilməməlidir. Bundan əlavə MMC tə rəfindən İddiaçı borc qaydasında qaytarılmış 1 700 000 manatdan artıq pul vəsaitini İddiaçı almasına baxmayaraq, bundan sonra 9 ədəd mənzilin ona verilməsini tələb etməsi, həmin mənzillərə mülkiyyət hüququnun tanınmasını tələb etməsi onun aldatma və etibardan sui-istifadə yolu ilə xüsusilə külli miqdarda əmlak əldə etməsi niyyətini sübuta yetirir. Ona görə də, İddiaçı əməlinə hüquqi qiymət verilməli, onun hərəkətlərində cinayət əlamətlərinin olmasını nəzərə alaraq, barəsində məhkəmə tərəfindən xüsusi qərardadın çıxarılması və müvafiq materialların araşdırılması üçün Baş Prokurorluğuna göndərilməsi zəruridir.

11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-892/2018 saylı, 05 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim Aytən Mirzəzadə) iddi a tələbi rədd edilmişdir.

12. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, həqiqətən tərəflər arasında borc münasibətləri yaranmış, "xxxx" ASC-nin kredit şöbəsinin müdiri Həmidli Müşviqin iddiası üzrə mülki işə apellyasiya qaydasında baxılarkən iddiaçı ərizə ilə məhkəməyə müraciət etmiş və ərizəsində qeyd etmişdir ki, "xxxx" ASC-dən 2007-ci ildə kredit götürmüş, kreditin ödənişi ilə əlaqədar cavabdehdən 417 000 manat və 67 000 manat pul almış və banka ödəmişdir. İddiaçı banka olan borcunu ödəmək üçün cavabdehdən yüksək məbləğdə pul götürdüyünü etiraf etmişdir. Həmçinin cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi 2008 və 2009-cu illərə aid çoxsaylı məxaric xəzinə orderlərindən görünür ki, iddiaçı cavabdehdən 52 812 manat, 150 000 manat, 120 000 manat və s. məbləğ lərdə “adler” adlı layihə üçün, "xxxx" ASC-yə kredit faizinin ödənilməsi üçün sistematik olaraq pul götürmüşdür. Cavabdehin iddiaçıya borcu olmasa idi, iddiaçıya cavabdehin kassasından yüksək məbləğlərdə pul verilməzdi. Mənzillərin dəyərinin iddiaçı tərəfindən cavabdehə ödənilməsi barədə kassa mədaxil orderi qəbzlərinə, iddiaçı həmin sənədlərin kserosurətini təqdim etmiş, mülki işin araşdırılması zamanı bu sənədlərin əslinin kimdə olması müəyyən edilməmişdir. Adları çəkilən sənədlər əsasında iddiaçının cavabdehdən həqiqətən 9 ədəd mənzil alması barədə qəti və birmənalı nəticəyə gəlmək mümkün deyildir. Həmçinin iddiaçının "xxxx" ASC-dən götürdüyü kreditin təminatı qismində bankın işçisi ilə həmin mənzillərin alqı-satqısına dair etibarsız əqdin bağlanması və Həmidli Müşviqin adına da analoji kassa-mədaxil orderi qəbzlərinin verilməsi belə nəticə yaradır ki, iddiaçının təqdim etdiyi qəbzlər də onunla cavabdeh arasında yaranmış borc münasibətlərinin təminatı kimi verilmişdir (belə bir təminat olmadan yüksək məbləğdə borcun verilməsi ağlabatan deyildir). Bundan başqa, iddiaçının bankdan kredit götürdüyü tarix, kreditin qaytarılma müddəti, iddiaçının cavabdehin kassasından pulları götürdüyü tarixlər və iddiaçının təqdim etdiyi mədaxil orderi qəbzlərinin tarixlərinin eyni dövrə (20072009-cu illər) təsadüf etməsi bu qənaəti daha da artırır.

13. Birinci instansiya məhkəməsi onu da qeyd etmişdir ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018-ci il tarixli 14809 saylı ekspert rəyi ilə müəyyən olunur ki, Həmidli Müşviqin adına olan qəbzlərdəki əlyazma mətnləri və im zalar, iddiaçının adına olan qəbzlərin kserosurətlərində əks olunmuş əlyazma mətnləri və imzalar eyni şəxs tərəfindən icra olunmuşdur. İstisna deyil ki, iddiaçı ilə cavabdeh arasında Həmidli Müşviqlə bağlanmış analoji müqavilələr imzalanmışdır. Lakin bir şəxsin eyni şirkətdən, eyni binada, eyni tarixdə 9 ədəd mənzil satın alması ağlabatan deyildir. İddiaçının 9 ədəd mənzilin özünə məxsus olduğunu və banka şəxsən girov qoyduğunu sübut edə bilməməsi qüvvədə olan məhkəmə qərarı - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(103)-4192/2013 saylı qətnaməsi ilə müəyyən olunmuşdur. Yəni mənzillərin iddiaçıya məxsus olmaması və iddiaçı tərəfindən banka girov qoyulmaması artıq məhkəmə qərarı ilə müəyyən edilmişdir. Beləliklə, iddiaçının cavabdehdən 9 ədəd mənzil alması sübut olunmur. On a görə də iddia tələbi təmin edilməməlidir.

14. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 82.3, 233.3-cü maddələri ilə əsaslandırmışdır.

15. Birinci instansiya məhkəməsinin 2(004)-892/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə (hakim Aytən Mirzəzadə) iddia tələbi ilə bağlı 2(004)-892/2018 saylı mülki iş üzrə cinayət əməllərinin əlamətlərinin aşkara çıxarılması barədə xüsusi qərardad çıxarılması və bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə xəbər verilməsi qərara alınmışdır.

16. Qətnamədən narazı qalan İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbu l edilməsini xahiş etmişdir. İkinci iddia üzrə

17. İddiaçı cavabdehlər X11, X1, X10, X12, X2, X13, X3, MMC-yə, AR Rabitə və Texnologiyaları Nazirliyinin “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinə və Maraqlı şəxs1 ASC-yə qarşı “mülkiyyət hüququnun müdafiəsi haqqında” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X20 ilə Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 533-cü məhəllədə yerləşən 16 mərtəbəli binada 24 və 25 saylı mənzillərə, cavabdeh X4 ilə həmin binanın 28 və 42 saylı mənzillərə, cavabdeh X15 ilə həmin binanın 31 saylı mənzilinə, cavabdeh X21 ilə həmin binanın 32 saylı mənzilinə, cavabdeh X6 ilə həmin binanın 35 saylı mənzilinə, cavabdeh X22 ilə həmin binanın 45 saylı mənzilinə cavabdeh X7 ilə həmin binanın 49 saylı mənzilinə dair cavabdeh MMC və dig ər cavabdehlərlə bağlanmış olan əqdlərin etibarsız hesab edilməsi, ona məxsus "ANT İnşaat Təmir-Tikinti” MMC-nin inşa etdiyi və 18 sentyabr 2007-ci il tarixli müqavilələr əsasında ona məxsus Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 533-cü məhəllədə yerləşən 16 mərtəbəli binadan alınmış 24, 25, 28, 31, 32, 35, 42, 45, 49 saylı mənzillərə dair onun mülkiyyət hüququnun tanınması, həmin mənzillərə dair onun MMC ilə 18 sentyabr 2007-ci il tarixdə bağlanılan alqı-satqı müqavilələri, maliyyə arayışları və kassa mədaxil orderləri bərpa olunmuş hesab olunmaqla, həmin mənzillərin onun sahibliyinə verilməsi barədə MMC-nin üzərinə öhdəlik qoyulması və ya onun tərəfindən mənzillərə görə ödənilmiş 1 milyon 618 min 212 manat 44 qəpik pul məbləğindən borc – kreditin 500000 manat məbləğini çıxmaqla, üstə gəl mənzillərin məbləğlərinin qiymətini 1 milyon 517 min 665 manat, nəticədə isə ona 2 milyon 635 min 867 manat 44 qəpiyin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. İkinci iddia tələbini əsaslandırılması birinci iddia tələblərinin əsaslandırılması ilə eyni olmuşdur.

19. İkinci iddia üzrə cavabdeh MMC məhkəməyə iddia ərizəsinə etiraz və yeni zamanda iddia müddətinin tətbiqi barədə ərizə ünvanlayaraq, iddia müddətinin ötürülməsi səbəbindən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-2790/2019 saylı, 21 may 2019-cu il tarixli qətnaməsi ilə (hakim Rəşad Cavadzadə) iddia rədd edilmişdir.

21. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslan dırmışdır ki, iddiaçı məhkəməyə mənzillərin dəyərinin onun tərəfindən cavabdehə ödənilməsi barədə kassa mədaxil orderi qəbzlərinin kserosurətini təqdim etmiş, mülki işin araşdırılması zamanı bu sənədlərin əslinin kimdə olması müəyyən edilməmişdir. Adları çəkilən sənədlər əsasında iddiaçının cavabdehdən həqiqətən 9 ədəd mənzil alması barədə qəti və birmənalı nəticəyə gəlmək mümkün deyildir. Göründüyü kimi, məhkəmə baxışı zamanı iddiaçı öz iddiasını sübut edən dəlilləri məhkəməyə təqdim etməmiş, sözügedən Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 533-cü məhəllədə yerləşən 16 mərtəbəli binadan 24, 25, 28, 31, 32, 35, 42, 45, 49 saylı mənzillərin öz mülkiyyətində olmasını sübut edə bilməmişdir. İddiaçının 9 ədəd mənzilin özünə məxsus olduğunu və banka şəxsən girov qoyduğunu sübut edə bi lməməsi qüvvədə olan məhkəmə qərarları - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07.11,2012-ci il tarixli qətnaməsi və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(103)-4192/2013 saylı qətnaməsi ilə də müəyyən olunmuşdur. Yəni mənzillərin iddiaçıya məxsus olmaması və iddiaçı tərəfindən banka girov qoyulmaması artıq məhkəmə qərarı ilə müəyyən edilmişdir.

22. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı isə “MMC və "AGBank” ASC ilə yanaşı bir neçə şəxsi cavabdeh qismində işə cəlb etməklə, yuxarıda qeyd olunmuş məhkəmə aktları ilə müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə, habelə tədqiq olunmuş sübutlara heç bir əlavə sübut təqdim etmədən yenidən məhkəməyə müraciət etmişdir. Beləliklə, iddiaçı öz tələbini nə əvvəlki məhkəmə aktlarında, nə də ki hal -hazırkı iş üzrə sübuta yetirə bilməmişdir.

23. Apellyasiya instansiya məhkəməsi məhkəmə hesab edib ki, iddia müddəti keçdiyindən və cavabdeh tərəf iddia müddətinin tətbiqi barədə ərizə verdiyindən iddia rədd olunmalıdır. İddiaçı iddia tələbində qeyd etdiyi mənzillərin alınması ehtimal edildiyi vaxtdan 10 ildən artıq, eyni zamanda, tərəflər arasında əvvəllər eyni məzmunda olan məhkəmə mübahisələrindən 6 ildən artıq müddət keçdikdən sonra iddia verməklə iddia müddətini ötürmüşdür.

24. Qətnamədən narazı qalan iddiaçı Ömərov X8 şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat

25. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10511/2019 saylı, 30 avqust 2019-cu il tarixli qərardadı ilə 2(103)-1017/2019 və 2(103)-10511/2019 nömrəli mülki işlərin birlikdə baxılması üçün bir icraatda birləşdirilmişdir.

26. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər – Vüqar Həsənov sədrlik edən və məruzəçi, Şərafət Məmmədova, Xəyal Sarıyev) 2(103)-1017/19 saylı, 19 noyabr 2019-cu il tarixli qərardadı ilə müəyyən tələblər eynilik təşkil etdiyindən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2790/2019 saylı, 21 may 2019-cu il tarixli qətnaməsi “İddiaçı məxsus MMC-nin inşa etdiyi və 18 sentyabr 2007-ci il tarixdən müqavilələr əsasında ona məxsus Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 533-cü məhəllədə yerləşən 16 mərtəbəli binadan alınmış 24, 25, 28, 31, 32, 35, 42, 45, 49 saylı mənzillərə dair onun mülkiyyət hüququnun tanınması, həmin mənzillərə dair İddiaçı MMC ilə 18 sentyabr 2007-ci il tarixdə bağlanılan alqı-satqı müqavilələri, maliyyə arayışları və kassa mədaxil orderlərinin bərpa olunmuş hesab olunmaqla, həmin mənzillərin onun sahibliyinə verilməsi barədə MMC-nin üzərinə öhdəlik qoyulması” hissəsində ləğv edilmiş, həmin hissədə iddia ərizəsi baxılmamış saxlanılmışdır.

27. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Vüqar Həsənov sədrlik edən və məruzəçi, Şərafət Məmmədova, Xəyal Sarıyev) 2(103)-1017/2019 saylı, 19 noyabr 2019-cu il tarixli qətnaməsi ilə Apellyasiya şikayətləri təmin edilməmiş, 1-ci iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-892/2018 saylı, 05 oktyabr 2018-ci il tarixli və 2-ci iş üzrə 2(004)-2790/2019 saylı, 21 may 2019-cu il tarix li qətnaməsinin «cavabdehlər X20, X5, X15, X21, X6, X22, X7, MMC-yə və digər cavabdehlərlə bağlanmış olan əqdlərin etibarsız hesab edilməsi və həmin mənzillərin boşaldılması və ya İddiaçı tərəfindən mənzillərə görə ödənilmiş 1 milyon 618 min 212 manat 44 qəpik pul məbləğdən borc- kreditin 500 min manat məbləğini çıxmaqla, üstə gəl mənzillərin məbləğlərinin qiymətini 1milyon 517 min 665 manat nəticədə isə İddiaçı 2 milyon 635 min 867 manat 44 qəpik ödənilməsinin» rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.

28. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

29. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(103)-4192/2013 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, sübut etmə yükü baxımından məhz iddiaçı iddiasında göstərdiyi mənzillərin ona məxsus olduğunu və həmin mənzilləri cavabdeh banka şəxsən özünün ipotekaya qoyduğunu sübut etməlidir. İddiaçı bununla bağlı hər hansı sübut təqdim etməmişdir, hər hansı mötəbər sübutla dəstəklənmədiyi halda isə yalnız şifahi bildirdiklərinə əsasən onun bu iddiasını əsaslı hesab etmək mümkün deyildir. Sözügedən qətnamə qanuni qüvvəsini almışdır. Hazırkı işin halları baxımından da iddiaçı mənzillərin ona məxsus olması və mənzillərin öz əmlakı kimi öz adından ipotekaya qoyulmasını sübut edə bilməmişdir. Hazırkı mübahisədə sübutetmə vəzifəsi iddiaçının üzərinə düşdüyündən iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hallar sübuta yetirilmədiyindən birinci instansiya məhkəməsinin gəldiyi nəticələr əsaslı hesab edilməlidir.

30. Bununla yanaşı id diaçı həmçinin tələbinin qanuni əsasını Mülki Məcəllənin XİV fəslində təsbit olunmuş əqdlərin etibarsızlığına dair müddəalara uyğun olaraq da əsaslandıra bilməmişdir. Belə ki, Mülki Məcəllənin ümumi yanaşmasına görə əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibinə görə; məzmununa görə; formasına görə; iradə və iradə ifadəsinə görə. Qeyd edildiyi kimi iddiaçı tərəfindən göstərilən hallardan hər hansı birinin mövcudluğuna dair sübutlar təqdim olunmamışdır. İddiaçı mənzillərin ona məxsus olması və onun tərəfindən ipoteka ilə yüklü edilməsini təsdiq edən sübutlara malik deyildir. Bu halda kollegiyanın qənaətinə görə iddiaçı subyektiv hüquqa malik olan şəxslər kimi hazırkı iddia tələbini irəli sürməkdə haqlı deyildir. Qanunvericiliyə əsasən hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

31. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər – Vüqar Həsənov sədrlik edən və məruzəçi, Şərafət Məmmədova, Xəyal Sarıyev) 2(103)-1017/2019 saylı, 19 noyabr 2019-cu il tarixli xüsusi qərardadı ilə hazırki mülki işlər üzrə cinayət əməllərinin əlamətlərinin aşkara çıxarılması barədə prokurora məlumat verilməsi, xüsusi qərardadın müvafiq tədbirlər görülməsi üçün Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsi qərara alınmışdır.

32. Qətnamədən narazı qalan İddiaçı kasasiya şikayəti verərək, Apellyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-1017/2019 saylı qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün Apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Kasasiya instansiyası məhkəməsində birinci icraat

33. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Zaur Əliyev - sədrlik edən və məruzəçi, Gündüz Quliyev, İlqar Xələfov) 2(102)-2330/2020 saylı, 23 iyul 2020-ci il tarixli qərarı ilə kasasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-1017/2019 saylı qətnaməsinin qismən, iddiaçının pul tələblərinə aid hissədə ləğv edilməsi və işin həmin hissədə yeni apellyasiya baxışına göndərilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

34. Kollegiya, pul tələbi istisna olmaqla, digər iddia tələblərinin həlli ilə bağlı apellyasiya insta nsiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirmişdir ki, kassasiya şikayətinin dəlilləri həmin hissələrdə qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir və iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Ona görə də həmin hissələrdə kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

35. Bununla belə, məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının pul tələblərinin lazımi qaydada araşdırılması təmin edilməmiş, bu tələbin rədd edilməsinə dair məhkəmə öz qənaətini qanunvericiliyin tələb etdiyi qaydada əsaslandırmamışdır.

36. İş materiallarında olan mədaxil orderlərinin surətindən görünür ki, İddiaçı tərəfindən xx.xx.2007-ci il tarixli, 1559 nömrəli qəbzlə 183.960 manat, xx.xx.2007-ci il tarixli, 1557 nömrəli qəbzlə 172.395 manat, xx.xx.2007-ci il tarixli, 1563 nömrəli qəbzlə 183.960 manat,...8.09.2007-ci il tarixli, 1558 nömrəli qəbzlə 172.395 manat,...09.2007-ci il tarixli, 1556 nömrəli qəbzlə 183.960 manat, xx.xx.2007-ci il tarixli, 1561 nömrəli qəbzlə 161.820 manat, xx.xx.2007-ci il tarixli, 1562 nömrəli qəbzlə 140.400 manat, xx.xx.2007-ci il tarixli, 1560 nömrəli qəbzlə 140.400 manat, xx.xx.2007-ci il tarixli, 1564 nömrəli qəbzlə 178.365 manat məbləğində pul vəsaitlərini "xxxx" ünvanı ilə qeyd edilən müxtəlif nömrəli mənzillərin əsas pay ödənişi kimi MMC-yə ödəmişdir. Apellyasiya instansiyası məhkəməsi iddia tələblərini bütövlükdə rədd edərkən mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı mənzillərin özünə məxsus olduğunu və şəxsən banka girov qoyduğu nu sübut edə bilməmişdir.

37. Kollegiya bildirir ki, iddiaçının qeyd edilən halları sübuta yetirə bilməməsi onunla MMC arasında mənzillərə dair müqavilə öhdəliyinin aşkar edilməməsinə dəlalət etsə də, bu hal pul tələblərinin rədd edilməsi üçün yetərli əsas deyil. Ona görə ki, pul tələbinin müqavilədən başqa digər əsaslarla irəli sürülməsi də mümkündür. Başqa sözlə, iddiaçının pul tələbləri müqavilə öhdəlikləri çərçivəsində haqlı sayılmadığı halda, həmin tələblərin qanundan irəli gələn öhdəliklər (əsassız varlanma, mülki hüquq pozuntusu və s.) çərçivəsində haqlı olub-olmaması araşdırılmalı və onlara müvafiq hüquqi qiymət verilməklə mübahisə bütövlükdə həll edilməlidir. Çünki, mövcud faktiki hallar göstərilməklə irəli sürülmüş pul tələblərinin hüquqi əsas(lar)ının tapılması, yəni hüququn tət biq edilməsi qanunvericilikdə müəyyən edilmiş hədlər çərçivəsində məhkəmənin vəzifəsidir. Mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (məhkəmə hüququ bilir) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıdığından tərəflərin faktlar barəsində hüquqi mövqeyi hakim üçün məcburi deyil. Məhkəmə iddiaçının ərizəsində əks etdirdiyi hüquqi mövqedən asılı ola bilməz. İddianın mümkün hüquqi əsaslarını özü nəzərdən keçirməklə iddiaçının tələbinə uyğun gələn qanuni əsas(lar)ı tapmalı və məhkəməyə bildirilən faktiki halların həmin əsas(lar)ın dispozisiya şərtlərinə uyğun olub-olmamasını yoxlamaqla mübahisəni həll etməlidir.

38. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının pul tələblərinin qanundan irəli gələn öhdəliklər çərçi vəsində əsaslı olub-olmamasına hüquqi qiymət verilməmiş, iddiaçı mənzillərin dəyərinin cavabdehə ödənilməsi barədə kassa mədaxil orderi qəbzlərinin kserosurətlərini təqdim etmiş, işin araşdırılması zamanı bu sənədlərin əslinin kimdə olması müəyyən edilməmişdir.

39. Məhkəmə kollegiyası bu yanaşmanı pul tələblərinin rədd edilməsi üçün kifayətedici əsaslandırma hesab etmir. Ona görə ki, yuxarıda qeyd edilən pul məbləğlərinin ödənilməsinə dair orderlərdəki məlumatların mötəbərliliyinin yoxlanılması, vəsaitin MMC-nin mühasibatlığına mədaxil edilib-edilmədiyinə dair halların aydınlaşdırılması üçün tərəflərə lazımi şərait yaradılmalı və bu araşdırmanın nəticəsindən asılı olaraq qənaətə gəlinməlidir. O da nəzərə alınmalıdır ki, mövcud mübahisə ilə bağlı əvvəlki məhkəmə qərarlarında sözügedən order lərin mötəbərliliyi ilə bağlı müəyyən edilmiş halların işin tərəfləri və tələbin predmeti baxımından preyudisial xarakterdə olub-olmaması qanunvericiliyə uyğun qaydada qiymətləndirilməlidir.

40. Yuxarıda qeyd edilən halların araşdırılması nəticəsində sözügedən mədaxil orderlərindəki pul məbləğlərinin ödənilməsi müəyyən edildiyi halda MMC-nin iddiaçı qarşısında hansı öhdəliyinin əmələ gəlməsi, bu öhdəliyin icra edilib-edilmədiyi, edilmədiyi halda iddiaçının pul tələblərinin təmin edilməsi üçün qanuni əsasların olub-olmaması və tələbin bu hissəsinin həlli üçün əhəmiyyət kəsb edən digər hallar araşdırılmaqla əsaslandırılmış qətnamə qəbul edilməlidir. c) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

41. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Xumar Mərdanova sədrlik edən və məruzəçi, Şeyda Məhərrəmova, Fuad Babayev) 2(103)-7486/2020 saylı, 24 noyabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2790/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)2790/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin pul tələbinə dair hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

42. Apellyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

43. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edib ki, iddiaçı mübahisəli mənzillərin dəyərinin cavabdehə ödənilməsi barədə məhkəməyə kassa mədaxil orderi qəbzlərinin kserosurətini təqdim etmişdir. Kollegiya tərəfindən həmin qəbzlərin əslinin təqdim olunması təklif edilsə də, iddiaçı həmin qəbzləri məhkəməyə təqdim etməmişdir. Bundan əlavə əvvəlki məhkəmə mübahisələri üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə mübahisəli pul vəsaitinin MMC-yə ödənilməsi öz təsdiqini tapmamışdır.

44. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşıyır və iddiaçının subyektiv mövqeyini əks etdirir.

45. İddiaçı (vəkili Nümayəndə1) kasasiya şikayəti verərək Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək yeni qərar qəbul edilməsini, onun cavabdeh MMC-yə və digərlərinə qarşı “mülkiyyət hüququnun müdafiəsi haqqında” pul tələbi hissəsində iddia ərizəsinin təmin edilməsi, onun tərəfindən MMC-yə ödədiyi Bakı şəhəri Yasamal rayonu, İ.Qutqaşmlı küçəsi 533-cü məhəllədə inşa edilmiş 16 mərtəbəli binanın 24 nömrəli mənzilə görə mədaxil orderinə 1559 qəbzi ilə ödənilmiş 183.960 manat, 25 nömrəli mənzilə görə mədaxil orderinə 1557 qəbz ilə ödənilmiş 172.395 manat, 28 nömrəli mənzilə görə mədaxil orderinə 1558 qəbz ilə ödənilmiş 172.395 manat, 31 nömrəli mənzilə gö rə mədaxil orderinə 1561 qəbz ilə ödənilmiş 161.820 manat, 32 nömrəli mənzilə görə mədaxil orderinə 1562 qəbz ilə ödənilmiş 140.400 manat, 35 nömrəli mənzilə görə mədaxil orderinə 1560 qəbz ilə ödənilmiş 140.400 manat, 49 nömrəli mənzilə görə mədaxil orderinə 1564 qəbz ilə ödənilmiş 178.365 manatın, mənzillərə dair bağlanmış xx.xx.2007-ci il tarixli 337, 338, 342, 343, 344, 345 saylı müqavilələr və həmin ünvandakı 42 mənzilə görə ödənilmiş 183.965 manat, 45 saylı mənzilə görə ödənilmiş 183.965 manat və bu mənzillərə dair bağlanmış xx.xx.2008-ci il tarixli 353, 354 saylı müqavilələrə əsasən cəmi 1 milyon 517 min 665 manat pul vəsaitinin ödənilmiş hesab edilməsi, ödənilmiş 1 milyon 517 min 665 manat pul vəsaitinə onunun mülkiyyət hüququ tanınması və cavabdeh MMC-dən tutularaq birdəfəlik qayd ada ona qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Kasasiya instansiyası məhkəməsində ikinci icraat

46. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Elşanə Vəliyeva- sədrlik edən və məruzəçi, Aqil Abbasov, Elşad Şamayev) 2(102)-2834/2021 saylı, 11 iyun 2021-ci il tarixli qərarı ilə kasasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-1017/2019 saylı qətnaməsinin qismən-mənzillərin dəyərinə görə ödənilmiş 1.517.665 manat pul tələbinə dair hissədə ləğv edilmiş və mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.

47. Kassasiya instansiyası qeyd etmişdir ki, hazırkı işdə isə iddiaçının pul tələblərinin qanundan irəli g ələn öhdəliklər çərçivəsində əsaslı olub-olmamasına hüquqi qiymət verilməmişdir. Pul məbləğlərinin ödənilməsinə dair orderlərdəki məlumatların mötəbərliliyinin yoxlanılması, vəsaitin MMC-nin mühasibatlığına mədaxil edilib-edilmədiyinə dair halların aydınlaşdırılması üçün tərəflərə lazımi şərait yaradılmalı və bu araşdırmanın nəticəsindən asılı olaraq qənaətə gəlinməlidir. O da nəzərə alınmalıdır ki, mövcud mübahisə ilə bağlı əvvəlki məhkəmə qərarlarında sözügedən orderlərin mötəbərliliyi ilə bağlı müəyyən edilmiş halların işin tərəfləri və tələbin predmeti baxımından preyudisial xarakterdə olubolmaması qanunvericiliyə uyğun qaydada qiymətləndirilməlidir. prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflə rin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. c) Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat

48. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8268/2021 saylı, 02 noyabr 2021-ci il tarixli qərardadı ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, məhkəmə ekspertiza mərkəzinin 4/1716 saylı, xx.xx.2022-ci il tarixli rəyində ekspertizaya təqdim edilmiş bəzi məxaric xəzinə orderlərində “Aldım imza” qrafalarındakı imzaların İddiaçı tərəfindən icra olunması, bəzi imzaların İddiaçı tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunması, bəzilərinin isə İddiaçı tərəfindən və ya başqa şəxs (şəxslər) tərəfindən icra olunub-olunmamamasını tədqiqat prosesinin təsviri hissəsinin 3-cü bəndində göstərilən səbəblərə görə müəyyən etməyin mümkün olmadığı göstərilmişdir.

49. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Elşən Kazımov sədrlik edən və məruzəçi, Akif İsgəndərov, İlham Kərimli) 2(103)-407/2022 saylı, 16 may 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2790/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2790/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi qismən, yəni iddia tələbinin hazırki apellyasiya icraatının predmeti olan - mənzillərin dəyərinə görə ödənilmiş 1.517.665 manat pul tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iddia təmin edilərək, cavabdeh MMC-dən 1.517. 665 (bir milyon beş yüz on yeddi min altı yüz altmış beş) manat tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

50. Apellyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, işin hallarından, həm də cavabdeh tərəfin məlumatları ilə təsdiq olunur ki, tərəflər arasında müxtəlif xarakterli mülki hüquq münasibətləri,o cümlədən borc münasibətləri olmuşdur. Qeyd olunan məxaric xəzinə orderləri də həmin münasibətlərə aid olmuşdur. Belə ki, cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi və məhkəmə xətşünaslıq ekspertizasının tədqiqat predmeti olan 2006, 2007, 2008 və 2009-cu illərə aid çoxsaylı məxaric xəzinə orderlərində iddiaçının cavabdehdən 52.812 manat, 150.000 manat, 120.000 manat və s. məbləğlərdə "adler" adlı layihə üçün, "xxxx" ASC-yə kredit faizinin ödənilməsi üçün sistema tik olaraq pul götürdüyü müəyyən edilsə də qeyd olunan məxaric xəzinə orderlərindəki məbləğlərin hazırki iddia üzrə tələb edilən məbləğlə heç bir bağlılığı və əlaqəsi yoxdur. Ən azından cavabdeh tərəf də bu orderlərdəki məbləğlərin iddiaçının təqdim etdiyi 9 ədəd qəbzdəki məbləğlərlə bağlı olmasını, başqa sözlə orderlərdəki məbləğlərin qəbzdəki məbləğlərin əvəzi olaraq iddiaçıya qaytarıldığını təsdiq etmir. Ona görə də bu rəyin hazırki iddianın əsaslılığı yaxud əsassızlığı baxımından heç bir əhəmiyyətli təsiri yoxdur.

51. Göstərilənlərlə yanaşı, apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilsə də iddia müddəti ötürülməmişdir. Çünki, iddiaçı zərərvurmadan əmələ gələn öhdəlik üzrə cavabdehdən pul tələb edir. Bu cür tələblər üzrə isə iddia müddəti isə Mülki Məcəllənin 373.1-ci maddəsinə əsasən on il təşkil edir. İddiaçının cavabdehə qarşı başlatdığı ilk iddia məhkəməyə 24 noyabr 2017-ci il tarixdə, digər iddia isə 14 mart 2019-cu il tarixdə daxil olmuşdur. İddiaçı Maraqlı şəxs1 ASCyə qarşı hazırki predmetlə eyni olan tələbi isə 2013-cü ildə irəli sürmüşdür. Demək, iddiaçı hüquqlarının pozulduğunu, yəni cavabdeh tərəfindən ona qarşı hüquq pozuntusu törədildiyini bildiyi vaxtdan 10 il keçməmiş hazırki iddianı irəli sürmüşdür. Ona görə də iddia müddəti ötürülmədiyindən iddia müddətinin tətbiqi barədə ərizə tətbiq edilməklə iddia rədd oluna bilməz.

52. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayıb ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları, h üquqdan sui-istifadə etməyin qadağan olunması institutlarının da yaranmasına da zərurət və əsas olmazdı. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

53. İddiaçı Ömərov Rauf Rüstəm oğlu (vəkili Nümayəndə1) kasasiya şikayəti verərək Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək xeyirinə cavabdeh MMCdən cəmi 4 milyon 900 min 163 manat 4775 qəpik ziyanın dəyəri olan pul məbləği cavabdehdən birdəfəlik olaraq tutularaq ona verilməsini xahiş etmişdir.

54. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən bank uçot dərəcələrini nəzərə almamış, İddiaçı dəymiş ziyanın məbləğinin 1 milyon 900 min 163 manat təşkil etdiyinə əhəmiyyət verməmiş, düzgün maddi hüquq normaları tətbiq etməmiş və natamam qətnamə qəbul etmişdir.

55. Cavabdeh MMC (vəkili X23) kasasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edilərək, Ömərov üstəm Rauf oğlunun mənzillərin dəyərinə görə ödənilmiş 1.517.665 manat pul tələbinə dair iddiasının təmin edilməməsi barədə yeni qərar qəbul etməyini xahiş etmişdir.

56. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının təqdim etdiyi mədaxil orderlərinin kserosurətlərini mötəbər sübut hesab etmişdir. Bununla da mülki prosessual qanunvericiliyin müddəalarını kobud pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi bu mübahisənin həllində heç də hamının qanun qarşısında bərabər olmamasını göstərmişdir. Belə ki, apellyasiya məhkəməsi öz mövqeyini əsaslandırmaq üçün iddiaçının təqdim etdiyi mədaxil orderlərinin surətlərini mötəbər hesab etmişdir bu da qanunsuz və əsassız qətnamənin çıxarılmasına gətirib çıxarmışdır. Yəni yüksək məbləğ əks olunan qəbzlərin əslinin deyil, kserosurətinin məhkəmə tərəfindən mötəbər sübut kimi qəbil etməsi yol verilməzdir və MPM-nin 89.3-cü maddəsinin tələbinə ziddir. Bu cür məhkəmə praktikası yaranarsa gələcəkdə sübutsuz iddiaların təmin edilməsinə yol açılacaqdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

57. Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

58. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

59. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidi r.

60. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

61. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

62. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

63. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

64. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

65. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

66. Maddə 417.1.3 Kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

67. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.

68. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəb ul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

69. Maddə

420. Kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kasasiya baxışının hədləri

70. Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin Apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

71. Hazırkı kasasiya şikayətində qətnamə iş üzrə iddiaçı və ca vabdeh tərəfindən mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

72. Məhkəmə kollegiyası iş materiallarını, kassasiya şikayətlərinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, MMC-nin kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, İddiaçı MMCyə qarşı pul tələblərinə dair iddiası rədd edilməli, İddiaçı kassasiya şikayəti təmin edilməməlidir.

73. İşin halları ilə müəyyən edilir ki, iddiaçı MMC-yə və digər şəxslərə qarşı ayrı-ayrı icraatda iki iddia verib.

74. Bakı şəhəri Yasamal Rayon Məhkəməsində qaldırdığı iddiada İddiaçı 9 ədəd mənzilə mülkiyyət hüquqlarının tanınmasını, həmin mənzillərə dair alğı-satqı müqavilələrinin, maliyyə ar ayışlarının, kassa-mədaxil orderlərinin bərpa edilmiş hesab edilməsini, mənzillərin onun sahibliyinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

75. Bakı şəhəri Yasamal Rayon Məhkəməsində qaldırdığı digər iddiada İddiaçı onun iddia etdiyi 24, 25, 28, 31, 32, 35, 42, 45, 49 saylı mənzillərə münasibətdə digər şəxslərlə bağlanmış alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsini, mənzillərin boşaldılmasını, mülkiyyət hüququnun tanınmasını, alğı-satqı müqavilələri, maliyyə arayışları və kassa mədaxil orderləri bərpa edilmiş hesab edilməklə həmin mənzillərin onun sahibliyinə verilməsi barədə öhdəliyinin cavabdehin üzərinə qoyulmasını və ya İddiaçı tərəfindən mənzillərə görə ödənilmiş 1 milyon 618 min 212 manat 44 qəpik pul məbləğindən borc - kreditin 500 min manat məbləğini çıxmaqla, üstə gəl mənzillərin qiymətinin cəmi 1milyon 517 min 665 manat olmaqla, ümumilikdə 2.635.867,44 manat pulun tutulmasını xahiş etmişdir.

76. İddiaçı verdiyi iddialarda 11 sentyabr 2007-ci il tarixli müqavilələrlə MMC-dən 9 ədəd mənzil aldığını, hər bir mənzilə dair MMC ilə ayrıca müqavilə bağladığını, mənzillərin pulunu tam ödədiyini, 3 oktyabr 2007-ci ildə "xxxx"-dan 500.000 manat, 7 yanvar 2010-cu ildə isə 236.000 manat kredit götürdüyünü, kreditə görə mənzilləri girov qoymaq üçün mənzillərə dair bütün sənədlərin əsllərini (müqavilələri, maliyyə arayışlarını və kassa-mədaxil orderləri) "xxxx" MMC-yə verdiyini göstərərək, iddia etdiyi 24, 25, 28, 31, 32, 35, 42, 45, 49 saylı mənzillərə münasibətdə digər şəxslərlə bağlanmış əqdlərin etibarsız hesab edilməsini, həmin mən zillərə dair bağlanmış müqavilələr, maliyyə arayışları, kassa mədaxil orderləri bərpa edilməklə, mülkiyyət hüququnun tanınmasını, mənzillərin ona təhvil verilməsinin təmin edilməsini və ya MMC-dən xeyrinə 2.635.867,44 manat pul tutulmasını xahiş etmişdir.

77. Qanuni qüvvədə olan məhkəmə aktları ilə pul tələblərinə dair hissə istisna olmaqla, qalan hissələrdə iddia tələbləri rədd edilib və hazırkı kassasiya baxışının predmetini pul tələblərinə dair iddianın qismən təmin edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən hər iki tərəfin verdiyi kassasiya şikayəti təşkil edir.

78. Hazırkı işə dair mübahisə üzrə, o cümlədən, qeyd edilən 9 ədəd mənzillə bağlı ayrıayrı icraatda baxılmış müxtəlif məzmunlu iddialar üzrə qanuni qüvvədə olan məhkəmə qətnamələri ilə, həmçinin hazırkı işin araşdırılması nəticəsində aşağıdakı hallar müəyyən edilir.

79. Hazırki iş üzrə mübahisəli hüquq münasibətləri yarandığı vaxta qədər iddiaçı ilə MMC arasında şifahi razılaşma əsasında iş birliyi olub. Belə ki, MMC iddiaçının onlara 800.000 manat məbləğində yatırım etdiyini etiraf etməklə bildirir ki, bu məbləği tam formada birdəfəlik qaytarmaq mümkün olmadığına görə MMC iddiaçıya təklif edib ki, kredit müqaviləsi bağlamaqla bankdan pul götürsün. Həmin müqavilə üzrə borcu qaytarmaq öhdəliyini isə MMC öz üzərinə götürüb. Bu məqsədlə iddiaçı "xxxx"dan iki kredit müqaviləsi (xx.xx.2007-ci il və xx.xx.2010-cu il) bağlamaqla 736.000 manat pul götürüb. MMC iddiaçıya verdiyi pulları sonuncu vaxtında kredit borcunun ödənilməsinə yönəltmədiyinə görə faiz məbləğinin artdığını, ona görə iddiaçıya 1.700.000 manat pul ödənildiyini göstərir, iddiaçı isə MMC-dən kredit üzrə borcları ödəməyə görə cəmi 484.000 manat pul aldığını etiraf edir. Lakin işin halları ilə müəyyən edilir ki, bu kreditlərə görə borcu ödəmək üçün MMC 2007-ci ildə (aylar üzrə bölünməklə) iddiaçıya 139.000 manat, 2008-ci ildə 445.000 manat, 2009-cu ildə 220.000 manat, 2010-cu ildə isə 300.000 manat olmaqla, cəmi 1.104.000 manat pul verib. Bu pullar hər ay üzrə konkret məbləğ göstərilməklə, kassa məxaric orderləri ilə iddiaçıya təhvil verilib.

80. Eyni zamanda, işin halları ilə müəyyən edilir ki, iddiaçının iddia etdiyi mənzillərə dair Azəriqazbankın işçisi Müşfiq Həmidlinin adına müqavilələr bağlanmış, onun adına hər bir mənzilə görə pulun ödənilməsinə dair kassa-mədaxil orderləri verilmiş və yuxarıda qeyd edilən kr edit müqavilələrinin təminatı kimi bankın verdiyi kreditin qaytarılması üçün həmin mənzillər M.Həmidli tərəfindən girov qoyulmuşdur.

81. Kredit müqavilələri üzrə verilmiş borc ödənildikdən sonra və bununla bağlı bank tərəfindən müvafiq arayış verildikdən sonra M.Həmidli mənzillərin ona təhvil verilməsi barədə MMC-yə qarşı iddia verib.

82. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3 mart 2012-ci il tarixli qətnaməsi ilə bu iddia təmin edilib. Həmin qətnamədən MMC-nin verdiyi apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin qüvvədə olan 7 noyabr 2012-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia rədd edilib.

83. Həmin işə apellyasiya instansiyası məhkəməsində baxılarkən İddiaçı məhkəmə kollegiyasına ünvanladığı notarial qaydada təsdiq ed ilmiş ərizədə onun götürdüyü kreditə görə mənzillərin M.Həmidli tərəfindən girov qoyulduğunu göstərmişdir.

84. Göründüyü kimi hazırki iş üzrə mübahisədən əvvəl İddiaçı mübahisə predmeti olan mənzillərin ona deyil, M.Həmidliyə məxsus olması faktını təsdiq etməsi onun qeyd edilən mənzillərə dair müqavilə bağlamasını və həmin mənzillərə görə pul ödəməsini istisna edir.

85. Eyni zamanda pul tələbləri istisna olmaqla, hazırkı iş üzrə iddia tələblərinin rədd edilməsi barədə qüvvədə olan məhkəmə qətnamələri onunla əsaslandırılıb ki, İddiaçı iddia etdiyi 9 ədəd mənzilə dair onunla MMC arasında müqavilə bağlanmasının, həmin müqavilələr üzrə pul ödəməsini sübuta yetirə bilməyib. Ona görə də, həmin mənzillərə dair digər şəxslərlə bağlanmış əqdlərin etibarsız hesab edilməsi, mənzilə dair müqavilələr, kassa mədaxil orderləri bərpa edilməklə, mənzillərin ona verilməsi öhdəliyinin MMC-nin üzərinə qoyulması tələbi təmin edilə bilməz.

86. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, iddiaçının pul tələbi 9 ədəd mənzilin onun mülkiyyətinə qaytarılmasına dair iddia tələbinin qeyri-mümkünlüyünə söykənir. Yəni verilmiş iddia tələbinin məzmunundan görünür ki, 9 ədəd mənzilə dair hüquqları təsbit edilməklə, həmin mənzilə dair MMC ilə onun adına bağlanmış müqavilələr, mənzillərə görə ödənilmiş pullara dair kassa-mədaxil orderləri bərpa olunduğu, lakin digər şəxslərə təhvil verildiyi üçün həmin mənzillərin onun mülkiyyətinə verilməsi mümkün olmadığı təqdirdə iddiaçı pul tələbinə dair iddiasının təmin edilməsini xahiş edir.

87. İddiaçının mübahisə predmeti olan 9 ədəd mənzilə münasibətdə hər han sı bir hüququnun olmaması sübutların olmaması (mənzilə dair MMC ilə iddiaçı arasında bağlanmış müqavilələr, mənzillərə görə pulun ödənilməməsinə dair sənədlər) əsası ilə qüvvədə olan qətnamə ilə rədd edildiyindən, pul tələblərinə dair iddianın təmin edilməsi MPM-in 82.3-cü maddəsinin göstərişləri baxımından mümkün sayılmamalıdır.

88. Bununla yanaşı, hazırda mübahisələndirilən qətnamənin məzmunundan görünür ki, işə üçüncü apellyasiya baxışında baxan məhkəmə kollegiyası pul tələblərinə dair iddianın qismən təmin edilməsinə dair gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, MMC-nin nümayəndəsi mənzilə dair pulların ödənilməsinə dair kassa-mədaxil orderlərinin onlar tərəfindən verildiyini, qəbzlərin əsllərini iddiaçıya təqdim etdiklərini etiraf etmişdir. Ona görə də həmin sənədlərin surət olmas ının əhəmiyyəti itir.

89. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi bu əsaslandırmanı cavabdehin nümayəndəsinin məhkəmə kollegiyasının iclasında suallara verdiyi cavablara istinadən əsaslandırarkən Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərini pozmuşdur.

90. Belə ki, qeyd edilən iclas protokolunda (5-ci cild, iş vərəq 49) cavabdehin nümayəndəsinin verilən suallara cavabından müəyyən olunur ki, sonuncu verdiyi izahatda 9 ədəd mənzilə münasibətdə pulun ödənilməsinə dair qəbzlərin MMC tərəfindən verilməsini, o cümlədən, həmin mənzilə görə pulların MMC tərəfindən qəbul edilməsini qəbul etmir. Eyni zamanda həmin iclasda cavabdehin nümayəndəsi “qəbzlərin əsllərini iddiaçıya təqdim etmişik” ifadəsini deyil, “bir daha bildirirəm ki, ortada borc münas ibətlərinin olması və pulun qarşı tərəfə ödənilməsi təsdiqini tapıb. Biz qarşı tərəfdən təxminən 800.000 manat civarında borc almışıq və mənim təqdim etmiş olduğum qəbzlər həmin borcun ödənilməsini təsdiq edir” ifadəsini işlətmişdir.

91. Yəni MMC-nin nümayəndəsi verdiyi izahatda iddiaçının istinad etdiyi 9 ədəd kassa mədaxil orderlərinin deyil, kredit borcunun ödənilməsinə görə aylar üzrə iddiaçıya ödədikləri pullara görə iş materiallarına əlavə etdikləri kassa məxaric orderlərinin onlar tərəfindən verildiyini göstərir.

92. Bununla yanaşı işə baxan apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni həmçinin onunla əsaslandırmışdır ki, məhkəmə xətşünaslıq ekspertizasının xx.xx.2018-ci il tarixli 14809 saylı rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı adına olan, 9 ədəd mənzillərə dair pu lun ödənilməsi barədə MMC tərəfindən verilmiş qəbzdəki mətn və imzalar və Həmidli Müşviqin adına olan kassa-mədaxil orderlərin əlyazma mətnləri və imzalar MMCnin vəzifəli şəxslərinə məxsusdur və eyni şəxslər tərəfindən icra olunmuşdur. Demək ki, bu qəbzlərin cavabdehin vəzifəli şəxsləri tərəfindən tərtib edildiyi və möhürü ilə təsdiq edildiyi üçün onların məzmunundakı məlumatların həqiqiliyi işin mübahisəsiz halına çevrilir. Başqa sözlə həmin qəbzlərin əsilləri aşkar olunmasa da onların cavabdeh tərəfindən tərtib edilməsi, imzalanması və möhürlənməsini cavabdeh tərəf də hər hansı bir formada mübahisələndirmir.

93. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qeyd edilən ekspert rəyini də bu qaydada qiymətləndirməklə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tə ləblərinə riayət etməmişdir.

94. Əvvəla, qanuni qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin 7 noyabr 2012-ci il tarixli qətnaməsi il MMC-nin 9 mənzilə münasibətdə Müşfiq Həmidlinin adına müqavilələr və həmin mənzillərə görə M.Həmidli tərəfindən pulun ödənilməsinə dair kassa mədaxil orderlərini tərtib və təsdiq etməsi işin mübahisə edilməyən halıdır.

95. Həmçinin işin hallarından görünür ki, İddiaçı təqdim etdiyi kassa-mədaxil orderlərinin əsli yoxdur və iki mənzilin nömrəsində fərqlər istisna olunmaqla İddiaçı təqdim etdiyi kassa-mədaxil orderləri, orderlərin tarixi, nömrəsi, hər bir mənzilin nömrəsi, hər bir mənzilə görə ödənilmiş pulun məbləği M.Həmidlinin adına tərtib edilmiş kassa-mədaxil orderləri ilə eyni olmaqla üst-üstə düşür.

96. Eyni zamanda nəzərə alınmalıdır ki, tərəflərin onun həqiqiliyini qəbul etməsi istisna olmaqla, Mülki Prosessual Məcəllənin 89-cu maddəsi surət olan sənədlərin sübut qismində qəbul edilməsini istisna edir. Ona görə də, sübut kimi qəbul edilməyən yazılı sənədlə bağlı ekspertin verdiyi rəy də hər hansı bir hüquqi nəticə yaratmır.

97. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi işin bütün hallarının araşdırılmasına baxmayaraq, apellyasiya instansiyası məhkəməsi həmin halları Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun düzgün qiymətləndirməmiş, pul tələblərinə dair iddianın rədd edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamalı olduğu halda, iddianın qismən təmin edilməsinə dair qətnamə qəbul etmişdir.

98. Mülki Prosessual Məcəllənin 417.1.4-cü maddəsinin məzumunundan görü ndüyü kimi kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.

99. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, İddiaçı MMC-yə qarşı pul tələblərinə dair iddiası təmin edilməməli, İddiaçı kassasiya şikayəti isə təmin edilməməlidir.

100. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin 16 may 20 22-ci il tarixli, 2(103)407/2022 saylı tarixli qətnaməsi ləğv edilsin. İddiaçı "xxxx" MMC-yə qarşı pul tələblərinə dair iddiası təmin edilməsin. İddiaçı kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar