Məhkəmə qərarları › İş №2(102)-2602/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2602/2023

20.06.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahis
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2602/2023 20.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Mənzil – Tikinti Kooperativinə qarşı, üçüncü şəxs X10 İddiaçı qarşı iddia tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: sənədin etibarsız hesab edilməsi, mənzildən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı sənədlərin və mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının etibarsız hesab edilməsi barədə ilkin, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçünc ü şəxs X10 cavabdeh İddiaçı qarşı mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-262/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 20 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Mübahisəli mənzil Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 14 saylı binanın 23-cü mənzilidir (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzil).

2. İddiaçı (bundan sonra- iddiaçı) ilə "xxxx" ASC arasında imzalanan “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair” xx.xx.2011-ci il tarixli müqavilə bağlanmışdır.

3. Binəqədi rayonu, Binəqədi Bələdiyyəsi tərəfindən verilən yerli (bələdiyyə) vergilərin və ödənişlərin qəbulu üçün xx.xx.2014-cü ilə, 2013-cü ilin mart ayına aid olan qəbzlərə əsasən iddiaçı tərəfindən mübahisəli mənzil üçün 40 manat əmlak vergisi ödəmişdir. 4. "xxxx" ASC-nin Binəqədi filialı tərəfindən verilən 18 avqust 2016-cı il tarixli xəzinə mədaxil orderinə əsasən İddiaçı tərəfindən ünvan 2 ünvanı üçün 133,10 manat məbləğində əmlak vergisi ödənilmişdir. 5. 2018-ci ilə aid olan kassa mədaxil qəbzlərinə görə ki, İddiaçı tərəfindən kommunal xidmətlərə görə 50 manat ödəniş edilmişdir. 6. "xxxx" MTK üzvlərinin ümumi iclasının protokolundan 11 may 2018-ci il tarixli çıxarışa görə X21 (bundan sonra - üçüncü şəxs) öz ərizəsi əsasında MTK-ya üzv kimi qəbul edilmiş və mübahisəli mənzil ona verilmişdir. MTK tərəfindən X1 0 borcunun tam ödənilməsi və borcunun olmamasına dair xx.xx.2018-ci il tarixli maliyyə arayışı, həmçinin forma 2 arayışı verilmişdir. Forma 2 arayışında üçüncü şəxsin mübahisəli mənzildə yaşaması və mənzilin sahibi olması qeyd olunmuşdur. Həmin protokoldan çıxarış, forma 2 arayışı və verilmiş maliyyə arayışı əsasında mübahisəli mənzil xx.xx.2018-ci il tarixdə X10 mülkiyyətinə keçmişdir və hazırda mülkiyyətindədir.

7. İddiaçı ilə “Azəriqaz” İB arasında qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2021-ci il tarixli, AKX-03442xx/xx-2021 saylı müqavilə bağlanmışdır.

8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(001)478/2021 saylı qətnaməsinə əsasən X10 X13, X8 (iddiaçının ailə üzvləri) qarşı mənzildən çıxarılma və mə nzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddiası təmin olunmuş, X22, X14 və onların övladları İddiaçı Fazil qızı, X7 mübahisəli mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq X15 təhvil verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı məhkəməyə müraciət edərək, cavabdeh MTK üzvlərinin ümumi iclasının mübahisəli mənzilin üçüncü şəxsə verilməsi barədə 11 may 2018-ci il tarixli protokolunun, forma 2 arayışının, həmin mənzil üzərində sonuncunun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının etibarsız hesab edilməsi və məhkəməyə iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu qismində ödənilmiş 100 manat məbləğində pul vəsaitinin cavabdeh MTK-dan tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil MTK tərəfindən 2002ci ilin ortalarında kooperativə üzv qəbul edilməklə ona verilmişdir. Ümumi sahəsi 215,11 kvadrat metr olan həmin mənzilə görə 47,324 manat məbləğində pul vəsaitini ödəməli olduğu halda, 5000 manat borcu qalmaqla, həmin pul vəsaitinin 42324 manatını ödədikdən sonra Mənzil Tikinti Kooperativi üzvlərinin ümumi iclasının protokolundan çıxarışı və qəbzi də ona təqdim etmişdir. Sonradan tərəfindən xeyli məbləğdə pul vəsaiti sərf edilməklə mənzildə təmir işləri aparılaraq, təqribən 2003-cü ilin ortalarında oğlu X22, onun arvadı X14, övladları İddiaçı Fazil qızı və X16 ilə birlikdə həmin mənzilə köçmüşlər və orada yaşayırlar. Hal-hazıradək, yəni 19 il ərzində fasiləsiz olaraq həmin mənzildə ailəsi ilə bir yerdə yaşayır və bütün kommunal xərcləri ödəyir, nə MTK tərəfindən, nə də ki, başqa bir şəxs tərəfindən mənzillə bağlı onlara heç bir irad bildirilməmişdir. Lakin 2020-ci ilin əvvəllərində həmin mənzili rəsmiləşdirmək qərarına gəldikdə, MTK üzvlərinin ümumi iclasının protokolundan çıxarışın və qəbzlərin itirildiyini aşkar etdikdə oğlu Bakı şəhəri Baş Polis İdarəsinə müraciət etmişdir. Mənzilin sənədləri tapılmadığına görə dublikatının alınması üçün "xxxx" MTK-ya müraciət etsə də, cavabdeh mübahisəli mənzilə dair heç bir sənədin onda olmadığını bildirmişdir. Bununla da cavabdeh onların sənədlərinin itirildiyindən xəbər tutduqdan sonra mübahisəli mənzili ikinci dəfə satıb qanunsuz yolla qazanc əldə etmək qərarına gəlmişdir. Sonradan məlum olmuşdur ki, "x xxx" MTK tərəfindən onlara məxsus olan və qanuni əsaslarla yaşadıqları mənzil üzərində hüquqların qeydiyyatı üçün X21 adlı şəxsə (bundan sonra - üçüncü şəxs) saxta sənədlər verilmişdir. Həmin saxta sənədlərə əsasən mübahisəli mənzil üzərində üçüncü şəxs mülkiyyət hüququ əldə etmişdir. Sənədlərin saxtalaşdırıldığını həmin mənzil üzərində artıq onun hüququnu təsdiq edən kooperativ üzvlərinin ümumi iclasının protokolu və həmin mənzildə onun ailə üzvlərinin yaşadığı sübut edir. Bundan başqa, "xxxx" MTK-nın Habil Vahabova verdiyi 11 may 2018- ci il tarixli kooperativ üzvlərinin ümumi iclasının protokolundan çıxarışdan, maliyyə arayışından görünür ki, kooperativ üzvlərinin ümumi iclasının keçirilməsi, mənzilin dəyərinin ödənilməsi, həm də Habil Vahabovun guya ki, başqalarına məxsus mənzilə köçüb yaşaması eyni günə təsadüf edir. Bu da öz növbəsində həmin sənədlərin və hərəkətlərin eyni gündə aparılmasının mümkün olmadığını, yəni saxtalaşdırıldığını sübut edir. Bundan başqa "xxxx" MTK tərəfindən mübahisəli mənzilin 19 il əvvəl onlara verildiyi və həmin illər ərzində ailəsinin orada yaşaması nəzərə alınmamışdır. Beləliklə, "xxxx" MTK-nın rəhbərliyi qulluq mövqeyindən istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə mənzili aldatma və etibardan sui-istifadə yolu ilə üçüncü şəxsə satmışdır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının hüquqları pozulduğuna görə o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, Azərbaycan Respublikasında 2009-cu il oktyabrın 1-dən qüvvəyə minmiş Mənzil Məcəlləsindən əvvəl qüvvədə olmuş Azərbaycan SSR- in 1982-ci il 8 iyul tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan SSR Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Belə ki, İddiaçı MTK-dan verilmiş protokoldan çıxarışa əsasən 23 dekabr 2002-ci il tarixdə mübahisəli mənzilə köçən zaman 1982-ci ilin məcəlləsi hələ də qüvvədə idi. Beləliklə, qüvvədən düşmüş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 10-cu maddəsinin 2 və 4-cü abzaslarına əsasən vətəndaşlara dövlət və ictimai mənzil fondu evlərində, habelə mənzil-tikinti kooperativləri evlərində yaşayış sahələri müddətsiz istifadə üçün verilir. Qanunda nəzərdə tutulmuş əsaslarla və qaydada müəyyən edilən hallardan başqa, heç kim yaşadığı sahədən çıxarıla bilməz və heç kimin yaşadığı sahədən istifadə hüququ məhdudlaşdırıla bilməz.

11. Cavabdeh "xxxx" MTK (bundan sonra – cavabdeh və ya MTK) iddiaya etiraz ünvanlanaraq bildirilmişdir ki, üçüncü şəxs uzun müddətdir ki, mübahisəli ünvanında yerləşən mənzilin pulunu ödəmiş və 14 iyun 2018-ci il tarixdən həmin mənzilin mülkiyyətçisidir. O, cavabdehlər X13 va X8 qarşı mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair məhkəməyə müraciət etmiş, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə iddiası təmin edilmişdir. İşə baxan məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, mübahisəli mənzillə bağlı cavabdehlərin hər hansı sübutları mövcud deyildir. Bundan əlavə, iddiaçının hazırki iddia tələbini qaldırmağa dair heç bir subyektiv hüququ yoxdur. Nə iddiaçı, nə də onun ailə üzvləri hazırki mənzilə dair MTK ilə müqavilə bağlamamışlar, mənzilə görə MTK-ya heç bir ödəniş etməmişlər. Onların mənzilə dair heç bi r hüquqmüəyyənedici sənədləri yoxdur. Baxılan iş üzrə iddiaçı belə bir iddia qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olduğunu təsdiq etmək üçün ilk növbədə mübahisəli mənzilə və ya onun bir hissəsinə mülkiyyət hüququnu təsdiq edən sübutlar təqdim etməli idi ki, iddiaçı tərəfindən belə bir sübut təqdim edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2063/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçı X11 cavabdeh Azarbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X21 üçüncü şəxs qismində işə cəlb olunmaqla mübahisəli mənzilin mülkiyyət hüququnu təsdiq edən, ******* saylı çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası mümkün sayılmamışdır. Görü ndüyü kimi, hazırki iş üzrə iddiaçı və onun ailə üzvləri dəfələrlə mübahisəli mənzillə bağlı məhkəmələrə müraciət etsələr də, iddia tələbi iddiaçının subyektiv hüququnun olması səbəbindən rədd edilmişdir.

12. Üçüncü şəxs iddiaçıya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzildən iddiaçının çıxarılması və cavabdeh tərəfindən həmin mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Üçüncü şəxs iddiasını onunla əsaslandırılmışdır ki, o, uzun müddətdir ki, mübahisəli mənzilin pulunu ödəyib almışdır və 14 iyun 2018-ci il tarixdən həmin mənzilin mülkiyyətçisidir. Sözügedən mənzil ona tam pay hüququ ilə məxsusdur və onun xüsusi mülkiyyətindədir. Mübahisəli mənzildən başqa şəxslər, yəni cavabdeh İddiaçı və ailəsi qanunsuz olaraq istif adə etmişdir. Həmin şəxslərlə onun arasında heç bir müqavilə bağlanmamışdır, onun razılığı olmadan mənzilində qanunsuz olaraq yaşayırlar. Sonradan həmin şəxslərin mənzildən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, qanunin qüvvəsini almışdır. Hal-hazırda cavabdeh İddiaçı mənzildən çıxarılması zərurəti yaranmışdır. Belə ki, cavabdeh İddiaçı onun ailə üzvü deyil, qohumu deyil, onunla arasında heç bir hüquq münasibəti yaranmamış, heç bir müqavilə bağlanmamışdır. Cavabdehin bu mənzildə yaşaması və ya istifadə etməsi onun iradəsinə və mənafeyinə ziddir. Cavabdehin heç bir hüququ olmadan ona məxsus evdə yaşaması və ya istifadə etməsi, mənzilə sahiblik etməsi onun mülkiyyətçi kimi m ənafelərini pozur, o, öz mənzilindən istifadə edə, ona sahiblik edə bilmir. Mülkiyyətçi olaraq onun hüquq və mənafeləri təmin edilməli və cavabdeh mənzilindən çıxarılmalıdır. İddiaçı onun mənzilinə dair kommunal xidmətlərlə müqavilə imzalaması da qanunsuzdur. Qeyd edir ki, onun mülkiyyətçi hüquqlarının qəsdən pozulması Azərbaycan Respublikası Konstitusiyasına və qüvvədə olan digər qanunvericilik aktlarına əsasən yolverilməzdir.

14. İddiaçı tərəf üçüncü şəxsin iddiasına etiraz təqdim etmiş, etiraz iddia ərizəsində göstərilən xüsusatlarla əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının həmin mənzil üzərində hüquqları Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 179.1-ci maddəsinə dəyişiklik edilənə qədər yaranmışdır. Belə ki, 23 dekabr 2003-cü il tarixli 566İİQD nömrəli “Azər baycan Respublikasının Mülki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 3, maddə 123) ilə Məcəllənin 179.1-ci maddəsi yeni redaksiyada verilmişdir. Maddənin əvvəlki redaksiyasında deyilirdi: Daşınmaz əmlakın mülkiyyətçisi olmayan, lakin on il ərzində ona öz əmlakı kimi vicdanla, açıq və fasiləsiz sahiblik edən fiziki və ya hüquqi şəxs bu əmlaka mülkiyyət hüququ əldə edir (əldə etmə müddəti). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 179-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 28 yanvar 2002ci il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin daşınmaz əmlaka mülkiyyət hüququnu əldə etmə müddətini müə yyənləşdirən 179-cu maddəsinin hüquqi qüvvəsi 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərinə tətbiq olunmalıdır. Hesab edir ki, iddiaçı ailəsi ilə birlikdə 2002-ci ildən sonra mübahisəli mənzilə on il ərzində öz əmlakı kimi vicdanla, açıq və fasiləsiz sahiblik etdiyinə görə hazırki mübahisəyə həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 179.1-ci maddəsi tətbiq edilməli, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası rədd olunmalıdır.

15. Məhkəmə iclasında şahid qismində dindirilən X20 ifadəsində bildirmişdir ki, Zümrüd Ağayevanın yaşadığı mənzilə 2002-ci il tarixində gəlin gəlmişdir. Ev təmir olunduğundan 6 ay sonra mənzilə köçə bilmişlər. Mədinə xanımla qonşudurlar və Mədinə xanımın evi onların evi ilə eyni vaxtda təmir olunmuşdur. O, əri ilə ni şanlanan dövrdə əri mənzili 49000-50000 manata almışdır. 2002-ci ildən Mədinə xanım həmin ünvanda yaşayır. Evə verilən, işıq, qaz, su kimi kommunallar birbaşa Mədinə xanımın adınadır. Arada onun yoldaşı Mədinəgilin də ödənişlərini elekton qaydada aparmışdır. Lakin 2 il əvvəl yoldaşı ona demişdir ki, Mədinəgilin qaz və ya işıq qəbzləri başqa şəxsin adınadır. MTK-nın keçirilmiş iclasından məlumatı olmamışdır. Yaşadıqları mənzilin sənədlərini isə yoldaşı özünün səyi ilə almışdır. Belə ki, mənzillə bağlı ilk öncə onlara order, 2008-ci ildə isə çıxarış vermişlər.

16. Məhkəmə iclasında şahid qismində dindirilən X23 ifadəsində bildirmişdir ki, həmin binanın, 7-ci mərtəbəsində, 22 saylı mənzilə 2002-ci ildən köçüb yaşamışdır. Mədinə xanım və ailəsi də, onlarla bir vaxtda binaya köçmüşlər. Mədinə xanım tərəfindən mənzilin dəyərinin ödənildiyini görməmişdir. Ancaq bilir ki, mənzilə dair ödəniş edilmişdir. Özlərinin yaşadıqları mənzili oğlu MTK-dan almışdır. Mənzillərinə dair sənədləri MTK-dan problemsiz bir şəkildə almışlar. Mədinə xanım ona evlərinə dair sənədlərini sürücünün itirdiyini demişdi. Hazırda Mədinə xanım oğlu ilə yaşayır. Habili isə ümumiyyətlə mənzildə görməmişdir. MTK-nın müvafiq iclası keçirilən zaman ona məlumat verilməmişdir.

17. Məhkəmə tərkibinin, iddiaçı, eyni zamanda cavabdehin nümayəndəsi, Vəkil1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs, eyni zamanda iddiaçı X10 nümayəndəsi, Vəkil3 iştirakı ilə 01 aprel 2022-ci il tarixində saat 11:00-da mübahisəli mənzildə yerində müayinə keçirilmişdir.

18. Yerində müayinə zamanı müəyyən edilmiş dir ki, mübahisəli mənzil 5 otaqlıdır və 190 kvadrat metrdən ibarətdir. Mənzil təmirlidir, lakin mənzilin hazırki vəziyyətindən təmirin uzun müddət əvvəl edildiyi müəyyən olunur. Mənzildə X22, həyat yoldaşı X14 və uşaqları yaşayır. İddiaçı həm bu mənzildə, həm də həmin binanın 2-ci mərtəbəsində yerləşən 4 saylı mənzildə (həyat yoldaşı X24 ilə birlikdə) yaşayır.

19. Yerində müayinə zamanı iddiaçının nümayəndəsi bildirmişdir ki, bu mənzil iddiaçıya həyat yoldaşı Hüseyn Hüseynov tərəfindən alınmışdır. MTK iddiaçının adına olan sənədləri ortaya çıxarmayaraq, mənzili Habil Vahabova vermiş və sonuncu da mənzilə dair çıxarış almışdır. Mənzil 2002-ci ildən Mədinə xanıma məxsus olmuşdur. Əgər mənzilə dair iddiaçının və onun ailə üzvlərinin heç bir hüququ yox idisə, nəyə görə 17 il ərzində onların b urada yaşamağına göz yumulmuşdur. Mənzil onlara məxsus olmasaydı, onlara heç binanın həyətinə girməyə belə icazə verməzdilər.

20. Yerində müayinə zamanı üçüncü şəxs və nümayəndəsi Vəkil3 bildirmişdir ki, bu mənzil üçüncü şəxsin mülkiyyətindədir. Bununla bağlı onun çıxarışı vardır. İddiaçı və onun ailə üzvləri qanunsuz olaraq mənzilə daxil olmuş və uzun müddət burada yaşamışlar. Fazil Hüseynovun və ailə üzvlərinin mənzildən çıxarılması ilə bağlı məhkəmə qətnaməsi qəbul edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi qüvvədə qalmışdır. Hazırda mənzildə yaşayan şəxslər mənzili qanunsuz olaraq zəbt etmişlər və mənzildən çıxarılmalıdırlar.

21. İddiaçı tərəf məhkəməyə X4, X9, X3 və digərlərini iştirakı ilə tərtib edilən akt təqdim etmişdir. Həmin akta görə, onlar mübahisəli mənzilin X17 məxsus olduğunu və bu mənzildə onun ailəsi ilə birlikdə yaşadığını təsdiq edirlər. Mübahisəli mənzil X17 məxsusdur. Bu mənzildən də, onun ailə üzvləri istifadə edərək, yaşayırlar. Hər iki mənzilin Hüseynovlar ailəsinə məxsus olduğunu, ailə üzvləri tərəfindən dəfələrlə təmir edildiyini, bütün kommunal xərclərin Hüseynov Fazil, İddiaçı, Hüseynov Hüseyn tərəfindən qarşılandığının şahidi olmuşlar. X5 və X18 tanımadıqlarını tərtib edilmiş aktla, öz imzaları ilə təsdiq etmişlər.

22. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-751/2022 nömrəli iş üzrə 19 aprel 2022-ci il tarixli qətnaməsinə (hakim İ.Ə.Əliyev) əsasən ilk iddia rədd, üçüncü şəxsin iddiası təmin edilmişdir.

23. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsasl andırmışdır ki, iddiaçı subyektiv hüququnun olduğunu iki dəlillə əsaslandırır. Birincisi, iddiaçı mübahisəli mənzilə dair MTK-ya pul ödədiyini, bunun məntiqi davamı olaraq ona müvafiq order, maliyyə arayışı və sair sənədlərin təqdim edildiyini, nəticədə MTK-nın həmin mənzili onun sahiblik və istifadəsinə verdiyini bildirir. Lakin işin müəyyən edilən hallarından görünür ki, həmin istinad olunan sənədlər nə iddiaçıda, nə cavabdehdə mövcuddur. Eyni zamanda itirilmə ilə bağlı Polis orqanına müraciət edilməsi isə həmin sənədləri əvəz etmir. İddiaçı müvafiq sənədləri təqdim etməmiş və həmin sənədləri itirdiyinə istinad etməklə MTK ilə onun arasında hüquqi münasibətlərin yaranmış olması faktını təsdiq etməyə çalışmışdır. İddiaçının bu cəhdi uğursuzdur və istinad olunan hallar həmin faktı təsdiq edə bilməz.

24. İkincisi, iddiaçı təqribən 20 il müddətində mübahisəli mənzildən fasiləsiz və etirazsız istifadə etdiyini bildirir və Mülki Məcəllənin qüvvədən düşmüş 179.1-ci maddəsinə əsasən mülkiyyət hüququnu əldə etdiyinə istinad edərək, hazırki tələbi irəli sürməkdə haqlı olduğunu iddia edir. Lakin həmin əldə etmə müddəti o daşınmaz əmlaklara aiddir ki, onların mülkiyyətçisi olmasın. İşin halları ilə müəyyən edilir ki, iddiaçının 2001-2002-ci ildən həmin daşınmaz əmlaka sahiblik etməsi tədqiq edilmiş sübutlarla (şahid ifadələri, kommunal ödənişlərlə bağlı qəbzlər) təsdiq olunsa da, lakin mübahisələndirilən mənzil və onun tərkib hissəsi olan yaşayış sahəsi MTK-ya məxsus olmuş, sonradan pay haqqını ödəmiş üçüncü şəxsə (ikinci iddiaçıya) verilmişdir. Məhkəmə iddiaçının bu dəlilini də əs assız hesab etmiş və iddiaçının mənzilə dair sənədlərin etibarsız hesab edilməsi barədə iddia irəli sürmək üçün subyektiv hüququnun olmadığı qənaətinə gəlmişdir.

25. Məhkəmə üçüncü şəxs X10 cavabdeh İddiaçı qarşı mənzildən çıxarılma və mənzilin boşaldılması tələbini isə əsaslı hesab etmiş və qənaətini onunla əsaslandırmışdır ki, əmlak iddiaçının mülkiyyətindədir, lakin cavabdeh iddiaçının etirazına baxmayaraq əmlaka faktiki sahiblik etməyə davam edir və cavabdehlərin sahibliyi qanunsuzdur. Belə ki, tərəflər arasında mənzildən istifadə ilə bağlı və ya mənzilə dair hüquqlarını təsdiq edən hər hansı müqavilə işin faktiki halları ilə müəyyən edilmir, odur ki, mülkiyyətçi həm öz əmlakını tələb etməkdə, həm də mülkiyyət hüquqlarından sərbəst şəkildə və öz mülahizəsinə uyğun istifadə etməsinə tör ədilən maneələrin aradan qaldırılmasını tələb etməkdə haqlıdır.

26. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2, 152.5 və 157.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

27. İddiaçı apellyasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv edilərək, öz iddiasının təmin olunması və üçüncü şəxsin iddiasının rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

28. Apellyasiya şikayəti iddia ərizəsinin arqumentlərinə uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, mübahisə predmeti olan mənzil cavabdeh tərəfindən 2002ci ilin ortalarında kooperativə üzv qəbul edilməklə ona verilmiş, 47324 manat məbləğində pul vəsaitini ödəməli olduğu halda, 5000 manat borcu qarajla əvəzləşdirm əklə 42,324 manat ödədikdən sonra Mənzil Tikinti Kooperativi üzvlərinin ümumi iclasının protokolundan çıxarışı və ödəniş qəbzi ona təqdim olunmuş, təqribən 2003-cü ilin ortalarından ailə üzvləri ilə birlikdə həmin mənzilə köçərək orada yaşamışlar. Məhkəmə iclasında şahid qismində ifadə vermiş şəxslər MTK tərəfindən heç vaxt kooperativ üzvlərinin ümumi iclaslarının xüsusilə də X1 üzv qəbul edilmədiyini və mübahisəli mənzilin ona verilmədiyini, hətta bu barədə iclasın keçirilmədiyini və hətta iclas barədə heç bir məlumatın verilmədiyini bildirmişlər. Məhkəmə baxışı iclasında dindirilmiş digər şahid Hüseyn Hüseynovun ifadəsi ümumiyyətlə məhkəmənin qətnaməsində göstərilmədiyinə görə prosessual qanunun tələbləri hakim tərəfindən kobud surətdə pozulmuşdur. Bundan başqa "xxxx" MTK tərəfindən müba hisəli mənzilin 20 il əvvəl İddiaçı verildiyi və həmin illər ərzində ailənin orada yaşaması kooperativin sədri tərəfindən vəzifəsindən sui-istifadə edilməklə və sadəcə tamah məqsədi ilə nəzərə alınmamışdır. Hətta mənzilə dair heç bir sənədi olmasa idi belə, onun həmin mənzil üzərində hüquqları Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 179.1-ci maddəsinən dəyişiklik edilənə qədər yaranmışdır.

29. Bundan başqa məhkəmə MPM-in tələblərinə zidd olaraq üçüncü şəxs qismində işə özünün cəlb etdiyi, qarşılıqlı iddia vermək hüququna malik olmayan Habil Vahabovun qarşılıqlı iddia ərizəsini icraata qəbul etmişdir və ona baxaraq təmin etmişdir. Halbuki, MPM-in 57.2-ci maddəsinə əsasən müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iddianın əsasını və predmetini dəyişdirmək, iddia tələblərinin mi qdarını artırmaq və ya azaltmaq, iddiadan imtina etmək, iddianı etiraf etmək, qarşılıqlı iddia vermək, məhkəmə qətnaməsinin məcburi icrasını tələb etmək hüquqları istisna olmaqla, tərəfin prosessual hüquqlarından istifadə edir və onun prosessual vəzifələrini daşıyırlar. Beləliklə, məhkəmə məlum olmayan səbəblərdən qanunvericiliyin tələblərinə və sübutlara məhəl qoymadan ədalətsiz və əsassız qətnamə qəbul etməklə onları çox acınacaqlı bir vəziyyətə düçar etmişdir. Binəqədi Rayon Məhkəməsi məhkəmə iclasında şahid qismində ifadə vermiş şəxslərin, MTK tərəfindən heç vaxt kooperativ üzvlərinin ümumi iclaslarının keçirilmədiyi, iddiaçı kooperativə üzv qəbul edilmədiyini və mübahisəli mənzilin ona verilmədiyini, iclas barədə heç bir elan və məlumatın verilməildiyini bildirmələrinə baxmayaraq, həm in faktları məhkəmə araşdırmadan iddiaçının mövqeyindən çıxış edərək qərəzli qətnamə çıxarmışdır. Məhkəmə Habil Vahabovun heç vaxt mübahisəli mənzildə olmaması, ona baxış keçirməməsi həmin mənzilin texniki pasportunu məhkəməyə təqdim etməməsi, mənzilin yerləşdiyi yerin harada olduğunu belə bilməməsi və mənzilin dəyərinin ödənilməsini təsdiq edən kassa mədaxil orderinin məhkəməyə təqdim etməməsi səbəblərini araşdırmadan, yalnız kooperativin tərtib etdiyi uydurma maliyyə arayışını əsas götürmüşdür.

30. Cavabdeh MTK tərəfindən apellyasiya şikayətinə etiraz təqdim olunmuşdur və etiraz onunla əsaslandırılmışdır ki, qanuni qüvvəyə minmiş qətnamələrin qəbul edildiyi iş üzrə əqdin etibarlılığı yoxlanıldığı halda, əlavə olaraq yenidən iddia qaldırmaq yolverilməzdir. Belə ki, “Əqdə əsaslanan iddiala ra baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli, 02/2022 saylı Qərardadı ilə müəyyən edilmişdir ki, məhkəmənin icraatında əqdə əsaslanan iddialar olduğu halda, işdə iştirak edən şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Əqdə əsasl anan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Beləliklə, mülki prosessual qanunvericiliyin qeyd edilən tələbləri baxımından belə qənaət hasil olur ki, əqdə əsaslanan iddialara baxıldığı halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsi tələblərinin irəli sürülməsi və onlara baxılması yolverilməzdir.

31. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – F.H.Qasımov (sədrlik edən və məruzəçi), F.V.Abdıyev və M.Ə.Rüstəmli) 2(103)-262/2023 nömrəli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə özünün cəlb etdiyi, qarşılıqlı iddia vermək hüququna malik olmayan Habil Vahabovun qarşılıqlı iddia ərizəsinin mülki prosessual qanunvericiliyin tələblərinə zidd olaraq icraata qəbul edilməsinə dair apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, MPM-in hər hansı bir norması işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb olunmuş şəxsin müstəqil tələb irəli sürməsinə qadağa qoymur. Məcəllənin 57.2-ci maddəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin qarşılıqlı iddia vermək hüququnun olmamasının qeyd edilməsi onun məhz həmin statusda (müstəqil tələb irəli sürməyən üçüncü şəxs) qarşılıqlı iddia vermək imkanını istisna edir.

33. Ümumiyyətlə, iddiaçının həm iddianın, həm də apelyasiya şikayətinin əsasını təşkil edən hallar ondan ibarətdir ki, mübahisə predmeti olan mənzil cavabdeh tərəfindən 2002-ci ilin ortalarında kooperativə üzv qəbul edilməklə ona verilmiş, 47324 manat məbləğində pul vəsaitini ödəməli olduğu halda, 5000 manat borcu qarajla əvəzləşdirməklə 42,324 manat ödədikdən sonra Mənzil Tikinti Kooperativi üzvlərinin ümumi iclasının protokolundan çıxarışı və ödəniş qəbzi ona təqdim olunmuş, təqribən 2003-cü ilin ortalarından ailə üzvləri ilə birlikdə həmin mənzilə köçərək orada yaşamışlar. Lakin qeyd olunan xüsusatları təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Həmin hallarla bağlı iddiaçı birinci instansiya məhkəməsində tədqiq olunmuş şahid ifadələrinə istinad etmiş, həmçinin, apelyasiya şikayətində qeyd olunan xüsusatların araşdırılması üçün digər şahid ifadəsinin zəruri olduğunu bildirmişdir. Lakin iddiaçının istinad etdiyi hallar daşınmaz əmlak üzərində hüquqların yaranması üçün əsas yaratdığından məhkəmə kollegiyası hesab etmişdir ki, bu xüsusatların, şahid ifadələrinin iddiaçının həmin mənzil üzərində hər hansı hüququnun yaranması üçün sübut kimi qəbul olunması Mülki Prosessu al Məcəllənin 81-ci maddəsi (Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz) ilə ziddiyyət təşkil edir.

34. Apellyasiya şikayətinin digər dəlilləri (iddiaçının ailə üzvləri ilə birlikdə 20 il ərzində fasiləsiz olaraq həmin mənzildə yaşaması, bütün kommunal xərcləri ödəməsi, halhazıradək nə cavabdeh MTK tərəfindən, nə də ki, başqa bir şəxs tərəfindən mənzillə bağlı onlara heç bir irad bildirilməməsi) ilə bağlı məhkəmə kollegiyası onu qeyd etmişdir ki, bu xüsusatlar da iddiaçının mənzil üzərində hər hansı hüququnun yaranması üçün əsas ola bilməz.

35. Apellyatorun daşınmaz əmlak üzərində hüququn yaranmasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin qüvvədən düşmüş 179-cu maddəsi ilə əsa slandırmasını da məhkəmə əsaslı hesab etməmişdir. Belə ki, bu norma qüvvədən düşməklə yanaşı qüvvədə olduğu müddət ərzində də həmin normanın tətbiqi üçün zəruri olan dispozisiya şərtləri mövcud olmamışdır.

36. İddiaçının daşınmaz əmlak üzərində hər hansı hüququ yaranmadığından məhkəmə kollegiyası bu qənaətə gəlmişdir ki, onun hazırkı iddianı irəli sürmək üçün subyektiv hüququ mövcud deyil və buna görə də, apelyasiya şikayətinin digər dəlilləri kimi istinad edilən hallar – MTK tərəfindən hüquqların qeydiyyatı üçün Habil Vahabova eyni gündə 11 may 2018-ci il tarixli kooperativ üzvlərinin ümumi iclasının protokolundan çıxarış, maliyyə arayışı, və Forma-2 arayışı verilməsi, həmin sənədlərə əsasən mübahisəli mənzil üzərində sonuncunun mülkiyyət hüququnun qeydə alınması, kassa mədaxil orderinin təqdim olunmaması və digər xüsusatlar qətnamənin ləğvi üçün əsas ola bilməz.

37. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası ilə bağlı gəldiyi qənaəti də əsaslı hesab etmişdir. Belə ki, hazırkı situasiyada Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtləri mövcuddur, yəni, iddiaçı əşyanın mülkiyyətçisidir və əşya cavabdehin qanunsuz sahibliyindədir. Buna görə də, mülkiyyətçi öz əmlakını tələb etməkdə haqlıdır.

38. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinə, Mənzil Məcəlləsinin 113.1 və 113.2-ci, Mülki Məcəllənin 139.1, 139-1.1.6, 140, 152.5 və 157.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

39. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək apelyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apelyasiya baxışına göndərilməsini xahiş etmişdir.

40. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

41. X10 vəkili Vəkil4 kassasiya şikayətinə etiraz təqdim edərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

42. X2 iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

43. Maddə 10.1. Sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır.

44. Maddə 390.7. Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir.

45. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

46. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

47. Maddə 404.3. Əgər müqa vilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır.

48. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkə məsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

54. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

55. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

56. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

57. Hazırkı kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyindən məhkəmənin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

58. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, mübahisələndirilən qətnamə ləğv edilərək iş yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

59. Məhkəmələr iddianı o əsasla rədd etmişlər ki, iddiaçı həmin mənzil üzərində hər hansı hüququnun yaranmasını sübut edə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçının ailə üzvləri ilə birlikdə 20 il ərzində fasiləsiz olaraq həmin mənzildə yaşaması, bütün kommunal xərcləri ödəməsi, hal-hazıradək nə cavabdeh MTK tərəfindən, nə də ki, başqa bir şəxs tərəfindən mənzillə bağlı onlara heç bir irad bildirilməməsi də iddiaçının mənzil üzərində hər hansı hüququnun yaranması üçün əsas ola bilməz.

60. İşin hallarına görə iddiaçı MTK ilə aralarında müqavilə bağladığını, lakin sənədlərin itirildiyini, MTK isə iddiaçı ilə heç bir müqavilə bağlanmadığını bildirmişdir. Mənzil uzun müddətdir ki, iddiaçının sahibliyində və istifadəsindədir.

61. Məhkəmə kollegiyası qe yd edir ki, iddiaçının ailə üzvləri ilə birlikdə 20 il ərzində fasiləsiz olaraq həmin mənzildə yaşaması, bütün kommunal xərcləri ödəməsi, həmin dövrdə nə cavabdeh MTK tərəfindən, nə də ki, başqa bir şəxs tərəfindən mənzillə bağlı onlara heç bir irad bildirilməməsi iş üçün mühüm əhəmiyyət kəsb edən faktiki hallardır.

62. Belə ki, MTK-nın 2003-cü ildən mübahisəli mənzili iddiaçıya təhvil verməsi, sonuncunun həmin mənzili təmir etməsi və uzun illər orada yaşamasına MTK-nın etirazının olmaması, əksinə iddiaçı və ailə üzvlərinin mənzilə, mənzilin təmirinə və mənzildə yaşamağa buraxılmasının, MTK-nın razılığı olmadan mümkün olmamasını nəzərə almamışdır.

63. Məhkəmələr nəzərə almamışlar ki, iddiaçı öz ailəsi ilə birlikdə mübahisəli mənzildə 20 il ərzində fasiləsiz yaşamış, MTK tərəfindən bu illər ərzində iddiaçıya qarşı mənzildən çıxarılma, pul tələbi və ya bu kimi digər iddialar qaldırılmamışdır.

64. Bundan başqa, iddiaçı mübahisəli mənzildə yaşadığı dövr ərzində kommunal xidmətlərin göstərilməsi ilə bağlı həmin xidmətləri göstərən qurumlarla ("xxxx" ASC, “Azəriqaz” İB) müvafiq müqavilələr bağlamış, həmin qurumlar tərəfindən ona kommunal xidmətlər göstərilmiş, iddiaçı isə öz növbəsində həmin xidmətlərə görə haqq ödəmişdir. Bundan əlavə, iş materialları ilə iddiaçının mübahisəli mənzillə bağlı əmlak vergisi ödəyicisi olması da təsdiqini tapmışdır. Halbuki, bütün bunlar yalnız MTK-nın razılığı əsasında həyata keçirilə bilərdi. Məhkəmələr iddiaçı tərəfindən təqdim edilmiş kommunal xidmətlərlə əlaqədar iddiaçı ilə “Azəriqaz” İB və iddiaçı ilə "xxxx" ASC arasında bağlanmış müqavilələr in əsasında duran sənədlər, həmçinin həmin müqavilələrin bağlanması üçün MTK tərəfindən verdiyi razılıq ərizələrini sözügedən qurumlardan tələb etməmiş, bununla da tam və hərtərəfli araşdırma aparmaqdan yayınmışdır.

65. Məhkəməyə təqdim edilmiş "xxxx" ASC-nin Binəqədi Sukanal İdarəsinin 3 fevral 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, iddiaçı ilə müqavilə xx.xx.2011-ci ildə bağlanmışdır. Mənzilə müqavilə bağlanması sudan istifadə qaydalarına uyğun olan bütün sənədlər toplusunu təqdim etməsi əsasında həyata keçirilmişdir.

66. Həmçinin Binəqədi rayonu Binəqədi bələdiyyəsi tərəfindən verilmiş 30 yanvar 2023-cü il tarixli arayışa görə "xxxx" MTK-nın rəhbərliyi tərəfindən 2017-ci ildən onlara təqdim olunmuş siyahı əsasında Ə.ünvan 3 ünvanda İddiaçı əmlak vergisi ödəyicisi kimi elektr on sistemdə qeydiyyatdadır.

67. Göründüyü kimi, MTK iddiaçının mübahisəli mənzildə yaşamasına nəinki etiraz etməmiş, əksinə onun yaşamağına razılıq verərək müvafiq şərait yaratmış, kommunal xidmət və əmlak vergisi ilə bağlı müvafiq razılıqlar da vermişdir.

68. Həmçinin iş materiallarında iddiaçı tərəfindən 2018-ci ili də əhatə edən yaşadığı 20 ilə yaxın müddət ərzində, kommunal xərclərin davamlı olaraq ödənilməsi barədə ödəniş qəbzləri, 2021-ci il tarixdə “Azəriqaz” İB ilə bağlanmış müqavilə təqdim edilməsinə, bununla da iddiaçının həmin müddətdə mübahisəli mənzildə yaşamasının tam şəkildə sübuta yetirilməsinə, hətta iddiaçının və ailəsinin bu günə qədər mübahisəli mənzildə yaşamaqda davam etməsinin işin mübahisəsiz halı olmasına baxmayaraq, MTK tərəfindən hansı əsasla X10 mübahisəli mənzi ldə yaşamasına dair 11 may 2018-ci il tarixli forma N 2 arayışının verilməsini araşdırmamışdır.

69. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının müqavilə və ya maliyyə arayışını təqdim edə bilməməsi MTK ilə aralarında razılığın olmaması anlamına gəlməməlidir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı MTK-ya məxsus mənzilə 2003-cü ildən tərəflər arasında mübahisə baş verən dövrə qədər fasiləsiz və etibarsız sahiblik etmişdir. Əşya üzərində sahibliyin olması, şəxsin əşyaya fiziki olaraq malik olması, əşyaya yaxın bir vəziyyətdə olmaqla onu təsir dairəsində saxlamasıdır.

70. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, mənzili iddiaçıya MTK tərəfindən təhvil verilmədən, MTK-nın razılığı olmadan iddiaçının həmin mənzildə təmir işləri apararaq uzun müddət yaşaması, həmin mənzildən fasiləs iz istifadə etməsi və mənzilə fasiləsiz sahiblik etməsi, MTK-nın razılığı olmadan həmin mənzildə kommunal xidmətlərin göstərilməsinə dair müqavilələrin bağlanması qeyri-mümkündür. Buradan belə qənaətə gəlmək olar ki, tərəflər arasında müəyyən şərtlər və öhdəliklər mövcud olmuş, həmin öhdəliklər icra edilərək mənzil iddiaçıya MTK tərəfindən təqdim edilmişdir. Bu illər ərzində MTK-nın iddiaçıya qarşı pul tələbi irəli sürməməsi həmin mənzilin dəyərinin ödənilməsini istisna etmir.

71. Ona görə də mübahisəli mənzilə dair iddiaçı ilə müqavilə bağlamamasını və sonuncunun mənzilin dəyərini ödəməməsini sübut etmək yükünü MTK daşıyır.

72. Qanunvericiliklə müəyyən edilmişdir ki, əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəfl ərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir. (MM, maddə 390.7)

73. Qanunvericiliyin tələblərinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. (MM, maddə 425)

74. Göründüyü kimi, iddiaçı ilə MTK arasında olan müqavilə münasibətləri işgüzar adətlərlə şərtləndirilməlidir. Lakin məhkəmələr tərəfindən bu xüsusat nəzərə alınmamışdır.

75. Qeyd olunmalıdır ki, mülki hüquq münasibətlərinə girən subyektlərin müqavilə azadlığı çərçivəsində, qan unvericiliyə və işgüzar adətlərə uyğun qaydada bağladıqları müqavilələrin etibarlılığı prezumpsiyası qəbul olunur. Bu o deməkdir ki, belə bir əqdlə əmlak hüququ əldə etmiş tərəf bağladığı müqavilənin etibarlı olduğunu sübuta yetirməyə borclu deyil. Əksinə qanunvericiliyə və işgüzar adətlərə uyğun şəkildə bağlanmış müqavilənin etibarsızlığını iddia edən tərəf öz iddiasını sübuta yetirməlidir.

76. Beləliklə, mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələrin göstərilənləri çəkişmə prinsipinə uyğun olaraq yoxlamadan, yuxarıda göstərilən formal mülahizələrlə iddianı rədd etmələri qanuni və əsaslı olmamışdır.

77. Bundan başqa, işə baxan məhkəmələr tərəfindən bir sıra prosessual pozuntulara da yol verilmişdir. Belə ki, işə baxan birinci instansiya məhkəməsi 1 aprel 2022-ci ildə yerində müayinə keçirmi ş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Həmin protokoldan müəyyən olunur ki, heç bir statusa malik olmayan X11 (iddiaçının əri qismində) və X12 (iddiaçının oğlu qismində) izahatları alınmış və bu izahatlar birinci instansiya məhkəməsinin qətnaməsinə daxil edilmişdir.

78. Bununla da MPM-in 5, 15 və 22-ci fəslinin tələbləri pozulmuşdur. Belə ki, MPM-in 47.2-ci maddəsinə görə məhkəməyə şifahi və yazılı izahatlar vermək işdə iştirak edən şəxslərin malik olduğu hüquqdur. Həmin Məcəllənin 220.3-cü maddəsinə görə qətnamənin təsviri hissəsində iddiaçının tələbi, cavabdehin etirazları və ya mülahizələri və işdə iştirak edən digər şəxslərin izahatları göstərilməlidir.

79. MPM-in 271.1-ci maddəsinin məzmununa görə, protokol məhkəmə iclasının və ya ayrıca prosessual hərəkətin bütün mühüm anlarını əks etdirməlidir. Həmin Məcəllənin 271.2-ci maddəsində məhkəmə iclasının protokolunda göstərilməli olan imperativ tələblər müəyyən edilmişdir. Həmin imperativ tələblərdən biri məhkəmə iclas protokolunda işdə iştirak edən şəxslərin, nümayəndələrin və vəkillərin ərizələri, vəsatətləri və izahatlarının göstərilməsidir. (maddə Məcəllənin 271.2.9-cu maddəsi)

80. X24 və X22 işdə iştirak edən şəxslər deyil və onlardan iddiaçının əri və iddiaçının oğlu qismində izahatın alınaraq protokola daxil edilməsi ilə birinci instansiya məhkəməsi tərəfindən MPM-in 271.2.9-cu, qətnaməyə daxil edilməsi ilə 220.3-cü maddəsinin tələbləri pozulmuşdur. Apelyasiya instansiyası məhkəməsi isə bu hala əhəmiyyət vermədən qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlmişdir.

81. Bundan başqa, apelyasiya instansiyası məhkəməsinin özü tərəfindən də prosessual pozuntuya yol verilmiş, 17 fevral 2023-cü il tarixli protokolun giriş hissəsində məhkəmə tərkibi qeyri-dəqiq göstərilmişdir. Belə ki, həmin hissədə məhkəmə tərkibində olan hakimlər qismində Fərrux Qasımovun sədrliyi ilə Xəyal Sarıyev və Məhəmməd Rüstəmlidən ibarət tərkib göstərilsə də, ardıcıl olaraq Fərrux Qasımovun sədrliyi ilə Fuad Abdıyev və Məhəmməd Rüstəmlidən ibarət tərkib göstərilmişdir.

82. Bununla da MPM-in 271.2.3-cü maddəsinin tələbləri pozulmuşdur. Həmin maddəyə görə, işə baxan məhkəmənin adı, hakim, məhkəmənin tərkibi və məhkəmə iclasının katibi məhkəmə iclas protokolunda göstərilməlidir.

83. Qeyd edilənlər, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmadığına, qətnamənin iş üz rə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığına, nəticə etibarilə yuxarıda sadalanan maddi hüquq normaları ilə işin faktiki halları arasında uyğunluğa (uyğunsuzluğa) dair hüquqi dəyərləndirmə aparılmadığına dəlalət edir.

84. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.

85. Məhkəmə kollegiyası vurğula yır ki, mübahisənin mahiyyətinə qiymət vermədən, aidiyyəti maddi hüquq normalarını yoxlamadan, sadəcə bəzi qanunvericilik normalarının sadalanması ilə iddianın əsassız olması barədə qənaəti əks etdirən qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir.

86. Bu qaydalara riayət edilməməsi həm İnsan Hüquqlarının və X19 X6 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun, həm Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun pozulmasına dəlalət edir

87. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında dəfələrlə qeyd edilmişd ir ki, tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar).

88. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar).

89. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edil ən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

90. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunvericiliyin tələblərinə əməl olunmadan qəbul edildiyi və əsaslandırılmadığı üçün ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.

91. Təkrar apellyasiya baxışı zamanı tərəflərin izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib-edilməməsi əsasla ndırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir.

92. Ona görə də qətnamə ləğv edilməli, iş yenidən yuxarıda göstərilən hallar araşdırılmaqla baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

93. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-262/2023 nömrəli, 17 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar