Məhkəmə qərarları › İş №2(102)-2604/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2604/2022

16.05.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2604/2022 16.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər “xxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2604/2022 (açar sözlər: hərrac nəticələrinin etibarsız hesab olunması, tələbin hüquqi əsasını olmaması) Bakı şəhəri, 16 may 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər “xxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı “hərracın nətic əsinin etibarsız hesab olunması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9954/2021 nömrəli, 05 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı1 kassasiya şikayətinə 16 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Şirvan Apellyasiya Məhkəməsi tərəfindən 2(106)-24/2018 nömrəli iş üzrə verilmiş 13.04.2018-ci il tarixli icra vərəqəsinə görə borclu İddiaçı2 tələbkar Cavabdeh2 ASC-nin xeyrinə kredit müqaviləsi üzrə cəmi 58.785,82 ABŞ dolları məbləğində pul tutulub, tutma borclu İddiaçı1 məxsus olan, Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi, ev № 36-da yerləşən 58 №li mənzilə yönəldilib. Mənzilin ilkin satış qiyməti 280.000 manat müəyyən edilib.

2. Yasamal Rayon İcra və Probasiya Ş öbəsinin sifarişi əsasında "xxxx" MMC mənzilin satılması üzrə hərrac keçirib. Birinci hərrac 26.02.2021-ci il tarixə, təkrar hərrac isə 17.03.2021-ci il tarixə təyin olunub. Mənzil birinci hərraca 280.000 manat qiymətlə çıxarılıb. Bundan sonra mənzil həmin qiymətindən 15 faiz aşağı qiymətə - 238.000 manata təkrar hərraca çıxarılıb, təkrar hərrac baş tutmadığına görə hərracın təşkilatçısı banka təklif edib ki, mənzili təkrar hərracdakı satış qiymətindən 25 faiz aşağı qiymətə - 178.500 manata alsın. Bank təklifi qəbul edib. Hərracın təşkilatçısı 02.04.2021-cı il tarixdə “Hərracın yekunları barədə” 28/05 nömrəli protokol tərtib etməklə bunu rəsmiləşdirib, habelə həmin tarixdə bankla alqı-satqı müqaviləsi bağlanıb, bank mənzili 178.500 manata əldə edib.

3. Mübahisə hərracın düzgün keçirilməməs i barədədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçılar İddiaçı2 və İddiaçı1 oglu cavabdehlər “xxx” MMC və "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Şirvan Apellyasiya Məhkəməsinin 13.04.2018-ci il tarixli 2(106)-24/2018 saylı icra vərəqəsi əsasında Bakı şəhəri, İ.Qutqaşınlı küçəsində yerləşən 36 saylı evin 58 saylı mənzili üzrə cavabdeh “xxx” MMC-nin təşkil etdiyi hərracların etibarsız sayılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. İddiaçılar tələblərinu onunla əsaslandırmışlar ki, 12.11.2018-ci il tarixdə verilmiş icra vərəqəsi üzrə Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru “xxx” MMC-yə 15.04.2019-cu il tarixdə 40989/18 nömrəli hərracın keçirilməsi haqqında sifariş ünvanlayaraq, ipoteka predmti olan mənzil üzrə 280000 manat ilkin qiymətlə hərracın keçirilməsini xahiş etmişdir.

6. Cavabdeh “xxx” MMC-nin 30.03.2021-ci il tarixli 01/1785 saylı ipoteka predmetinin əldə olunmasına dair təklif məktubundan məlum olmuşdur ki, sözügedən mənzil üzrə icra orqanının 27.01.2021-ci il tarixli başqa bir sifariş məktubu da olmuşdur. Həmin məktubdan sonra hərracın baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin 30.03.2021-ci il tarixli nömrəsində elan dərc edilmişdir. Daha sonra “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq, ipoteka predmeti təkrar hərracdakı satış qiymətindən 25% az olmayan qiymətlə, yəni 178.500 manat olmaqla ipoteka saxlayana, yəni Cavabdeh2 ASCyə təklif olunmuşdur. İcra məmurunun verdiyi məlumata gö rə, ipoteka saxlayan təklifi qəbul etmişdir.

7. Hərrac qanunsuz olmuşdur. Belə ki, “İpoteka haqqında” Qanunun 41.2-ci maddəsində nəzərdə tutulmuş qayda pozulmuş, hərrac təşkilatının seçilməsi ipoteka qoyanla ipoteka saxlayanın qarşılıqlı razılığı ilə baş verməmişdir. 8. “İpoteka haqqında” Qanunun 61.1-ci maddəsində görə hərrac təşkilatı ilə icra şöbsəi arasında müqavilə bağlanmalıdır. Lakin belə bir müqavuilə bağlanmayıb. 9. “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinin tələbinə görə hərrac təşkilatı sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair KİV-də və özününü rəsmi internet saytında elan dərc etdirməli və ipoteaka qoyana bu barədə bildiriş verməlidir. Bu tələbə də əməl edilməyib. 10. “İpoteka haqqında” Qanunun 43.1-ci maddəsinin tələbləri pozulub, hərracın baş tutmaması barədə düzgün elan verilməyib. 11. “İpoteka haqqında” və “İcra haqqında” Qanunlarda əmlakın tələbkara təkilif edilməsi hüququ hərrac təşkilatına verilməyib. Buna görə də “xxx” MMC-nin tələbkara ünvanlandığı 30 mart 2021-ci il tarixli təklif məktubu qanunsuzdur.

12. Cavabdeh2 QSC-nin nümayəndəsi iddiaya etiraz olaraq göstərib ki, hərrac qanunvericiliyə uyğun keçirlmiş, iddiaçılara lazımi qaydad məlumat verilmişdir.

13. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2519/2021 saylı, 23 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin olunmaması, ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir. (hakim Gültəkin Əsədova)

14. Birinci instansiya məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki, Respublika Xammal və Əmtəə Birjası Cavabdeh1 açıq hərra cın keçirilməsinə dair bildirişləri ilə Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi, 488-489-cu məhəllə, ev 36-nın 4-cü mərtəbəsində 58 saylı mənzilin açıq auksion formasında satışa çixarılmasına dair keçiriləcək hərracın vaxtı və yeri barədə iddiaçı məlumatlandırılmışdır.

15. Birinci instansiya məhkəməsi işin faktiki hallarına əsasən hesab etmişdir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 hazırkı iddiası əsassızdır, iddiaçılar iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz hüquqi təsdiqini tapmamışdır. Qeyd edilənlər baxımından iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir.

16. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 269.1, 317.1, 319.1, 416, “İpoteka haqqında” Qanunun 34.1.1-34.1.4, 39.2, 41.1-41.5, 42.1, 44 və 53-cü maddələri ilə əsaslandırmışdır. b) apellyasiya instansiyası məhkəməsində icraat

17. İddiaçı1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayəti iddia tələbinin dəlillərinə uğyun əsaslandırılıb.

19. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9954/2021 saylı, 05 noyabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı1 apellyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23.06.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Namiq Cəfərov (sədrlik edən və məruzəçi), Emin Mehdiyev, Xəyal Sarıyev)

20. Apellyasiya instansiyası məhkəməsi qeyd ed ir ki, iddia ərizəsində iddia olunur ki, hərrac keçirilərkən “İpoteka haqqında” Qanunun 41.2-ci maddəsinin tələbi pozulub. Həmin maddədə qeyd olunub: “Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Qanuna uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Qanuna uyğun olaraq verir”. Lakin bu müddəa “İpoteka haqqında” Qanuna sonradan əlavə edilib və 30.12.2018-ci il tarixdə qüvvəyə minib. İpoteka predmetinə tutma yönəldilməsi barədə icra vərə qəsinin tarixi isə daha əvvələ - 13.04.2018-ci il tarixə aiddir.

21. İddia ərizəsində daha sonra iddia olunur ki, hərrac keçirilərkən “İcra haqqında” Qanunun 61.1-ci maddəsinin tələbi pozulub. Belə ki, həmin maddədə qeyd olunub: “Borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir”. İddiaçı iddia edir ki, "xxxx" MMC ilə icra şöbəsinin arasında müqavilə bağlanmayıb. Lakin müqavilənin olub-olmadığının hazırkı mübahisənin düzgün həlli üçün əhəmiyyəti yoxdur, çünki müqavilənin olmaması öz-özlüyündə iddiaçının hüququnun və ya qanuni mənafeyinin pozulmasına səbəb ola bilməz.

22. İddia ərizəsində daha sonra iddia olunur ki, hərrac keçirilərkən “İpoteka haqqında” Qanunu n 42.1-ci maddəsinin tələbi pozulub. Belə ki, həmin maddədə qeyd olunub: “Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir”. İddiaçı iddia edir ki, “xxx“MMC kütləvi informasiya vasitələrində elan dərc etməyib və ipoteka qoyana bildiriş göndərməyib. Lakin iş materiallarından müəyyən olunur ki, “xxx“ MMC kütləvi informasiya vasitəsində elan dərc edib və ipoteka qoyana bildiriş göndərib.

23. İddia ərizəsində daha sonra iddia olunur ki, hərracın baş tutmamış elan edilməsinə münasibətdə “İpoteka haqqında” Qanunun 43.1-ci maddəsinin tələbi pozulub. Belə ki, həmin maddəyə görə hərracın təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində“və özünün rəsmi internet saytında“məlumat dərc etdirir. İddiaçı iddia edir ki, "xxxx" MMC qanunun bu tələbini pozub, hərracın baş tutmamasını düzgün qaydada elan etməyib. Lakin “xxx” MMC-dən məhkəmə daxil olmuş sənədlərdən müəyyən olunur ki, hərracın baş tutmadığı barədə məlumat qanunamüvafiq qaydada dərc olunub.

24. İddia ərizəsində daha sonra iddia olunur ki, satılmamış əmlakın tələbkara təklif olunması hüququnun hərrac təşkilatına aid olması qanunvericilikdə müəyyən edilməyib. Bu barədə icra məmuru müvafiq qərar qəbul edərək tələbkara təklif göndərir. “xxx” MMCnin tələbkara ünvanladığı, ipoteka predmetinin əldə olunmasına dair mək tub qanunsuzdur. Apellyasiya instansiyası məhkəməsi bununla bağlı qeyd edib ki, bu məsələni “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsi tənzimləyir. 43.7-ci maddəyə həmin Qanunun digər maddələri ilə qarşılıqlı əlaqədə izah verdikdə aydın olur ki, satılmamış əmlakın tələbkara hərrac təşkilatçısı tərəfindən təklif edilməsi qanuna uyğundur.

25. Apellyasiya instansiyası məhkəməsi apellysiya icraatı zamanı İddiaçı1 vəkilinin hərrac təşkilatının bildirişlərinin iddiaçıya çatdırılması barədə qəbzlərdəki imzaların iddiaçıya məxsus olmaması, bu səbədən məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatətinə münasibətdə qeyd edib ki, bu hal iddianın əsasını təşkil etmir, habelə birinci instansiya məhkəməsində icraat zaman bu barədə vəsatət qaldırılmayıb. Kassasiya şikayətinin və ona etir azın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. İddiaçı1 (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tamamilə ləğv edib, işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

27. Kassator şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Cavabdeh2 ASC oğlu (vəkil X1) kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi sübutları düzgün qiymətləndirmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Buna görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 5 noyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmalıd ır. Tədbiq edilən hüquq “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Maddə 41.3. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hər raca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Maddə 41.4. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Maddə 41.5. Hərrac açıq auksion formasında keçirilir. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 (beş) iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 (iyirmi) təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 (otuz) təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 (üç) faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 (beş) faizi məbləğində beh ödəməlidir. Maddə 44. “İpoteka haqqında” Qanunun müəyyən ed ilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiy a instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını“qismən ləğv edə və ya“tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması“apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.“ Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəb ul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

30. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

31. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnam ə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.

34. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

35. İddia tələbi hərracın etibarsızlğı barədədir və iddiaçı tələbini əsası kimi hərrascın qanunverciliyə uyğun qaydada keçirilməməsinə (hərrac təşkilatı ilə icra qurumu arasında müqavilə bağlanmamasına, hərrac təşkilatının seçilməsi ilə bağlı ipoteka saxlayanla ipoteka qoyan arasında qarşılıqlı razılıq olma masına, hərrac barədə KİV-də elan verilməməsinə, ipoteka saxlayana bildiriş göndərilməməsinə, əmlakın əldə edilməsi təklifinin hərrac təşkilatı tərəfindən göndərilməsinə) istinad edib.

36. İşin məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən hallarına görə isə iddiaçının istinad etdiyi bu hallar təkzib edilmiş, habelə hərrac barədə KİV-də elan verilməsi, ipoteka saxlayan İddiaçı1 bildiriş göndərilməsi təsdiq edilmişdir.

37. Həmçinin hərrac barədə bildirişdəki imzanın ona məxsus olmaması barədə İddiaçı1 vəsatətini təmin etməyən apellyasiya məhkəməsi bunu həm də onunla əsaslandırıb ki, birinci instansiya məhkəməsində icraat zaman bu barədə vəsatət qaldırılmayıb.

38. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyasının gəldiyi nəticəni yuxarıda qeyd edilən madd i və prosessual hüquq normalarının tələbi baxımından düzgün hesab edir.

39. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9954/2021 nömrəli, 5 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar