Məhkəmə qərarları › İş №2(102)-2604/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2604/2023

20.06.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2604/2023 20.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Xı iş üzrə QƏRARİ Açar sözlər: apellyasiya şikayəti üzrə apellyasiyanın qeyri-mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *4 aprel 2023-cü il tarixli, 2(*07)573/2023 saylı qərardadından Maraqlı şəxs verdiyi kassasiya şikayəti üzrə işə 20 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Qax rayon X7 arasında bağlanmış əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Qax rayon X4 direktorunun 3* oktyabr 2022-ci il tarixli, 47 saylı əmrinin ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının hesablanıb ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Qax Rayon Məhkəməsinin *4 fevral 2023-cü il tarixli, 2(024)-9/2023 saylı qətnaməsi ilə (hakim M.Qarayev) iddia təmin edilərək, cavabdeh X direktorunun İddiaçı işdən azad edilməsi barədə 3* oktyabr 2022-ci il tarixli, 47 saylı əmrinin ləğv edilməsi, İddiaçı X “komputer proqramçısı” vəzifəsinə bərpa edilməsi və İddiaçı məc buri iş buraxmaya görə 3* oktyabr 2022-ci il tarixdən əmək haqqının ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Maraqlı şəxs apellyasiya şikayəti verilmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *4 aprel 2023-cü il tarixli, 2(*07)573/2023 saylı qərardadı ilə (hakimlər M.Əsədli sədrlik edən, məruzəçi, Ə.Məcidov və E.Mehdiyev) iş üzrə Qax Rayon Məhkəməsinin *4 fevral 2023-cü il tarixli, 2(024)-9/2023 saylı qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın qeyri-mümkün hesab edilməsi qərara alınmışdır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Maraqlı şəxs hazırda XX5 İddiaçı ə vvəl işlədiyi “komputer operatoru” vəzifəsində işləmişdir. Maraqlı şəxs apellyasiya şikayəti verərək sözü gedən qətnamənin onun qanunla qorunan maraqlarına toxunduğunu bildirsə də, bunu təsdiqləyən sübutları apellyasiya şikayətinə əlavə etməmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin iclasında çıxış edən cavabdeh X direktoru vəzifəsini əvəz edən X* İddiaçı işə bərpa edilməsinə, iddianı qəbul edərək təmin edilməsinə etiraz etməmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qeyd edilən halları araşdırmadan, özünü qəbul edilən qətnamə ilə maraqlarına toxunan şəxs hesab edən Maraqlı şəxs apellyasiya şikayəti vermək hüququnun olmasını lazımi şəkildə əsaslandırmadan, bir sözlə apellyasiya şikayətinin MPM-ə uyğunluğunu yoxlamadan şikay əti baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, iş üzrə Qax Rayon Məhkəməsinin *4 fevral 2023-cü il tarixli, 2(024)-9/2023 saylı qətnaməsi Maraqlı şəxs hüquqlarına toxunmamışdır. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89, 357, 36*, 363, 364, 366-cı maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri Maraqlı şəxs (Vəkil2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi, apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdi r. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı işdən azad edilmişdir. O, işdən azad edildikdən sonra iş ahəngi pozulmaması üçün onun vəzifəsinə yeni bir işçi işə götürülmüşdür. Həmin işə götürülən şəxs apellyasiya şikayəti verən Maraqlı şəxs olmuşdur. Maraqlı şəxs artıq 6 aydan çoxdur X5 “komputer proqramçısı” vəzifəsində işləmişdir. Əmək Məcəlləsinin 74-cü maddəsinin tələblərinə əsasən İddiaçı mübahisə etdiyi məhkəmə qətnaməsi ilə əvvəlki işinə bərpa edilərsə əmək müqaviləsi üzrə tərəflərin iradəsindən asılı olmayaraq Maraqlı şəxs əmək müqaviləsinə xitam veriləcəkdir. Maraqlı şəxs ilə əmək müqaviləsi bağlayan direktor x məhkəmə icraatı başlandığı vaxt X işləmədiyi üçün onun yerinə təyin edilmiş yeni direktor X məhkəmə mübahisəsi barədə Maraqlı şəxs məlumat verməmişdir. Məhkəmə iclas pro tokollarından göründüyü kimi, yeni direktor X İddiaçı işə bərpa edilməsinə etiraz etmədiyini bildirmişdir. Yeni direktor X vəzifə səlahiyyətlərini aşaraq rəhbəri olduğu təşkilatın mövqeyinə zidd hərəkət etmiş və əmək mübahisəsi üzrə təşkilatın mövqeyini müdafiə etməmiş, lazımi əmr və sənədləri məhkəməyə təqdim etməmiş və məhkəmə gedişatı barədə çıxarılacaq məhkəmə qərarının hüquqlarına toxunan şəxs Maraqlı şəxs məlumat verməmişdir. Kassator qeyd etmişdir ki, məhkəmə şikayətin mümkünlüyü yoxlayarkən inzibati icraatda olan praktikadakı kimi məhkəmə iclası təyin etməli və tərəfləri dəvət edərək qətnamənin Maraqlı şəxs hüquq və vəzifələrinə toxunması üçün lazım olan sənədləri işə əlavə edərək yekun qərardad çıxarmalı idi. Lakin, Şəki Apellyasiya Məhkəməsi heç bir araşdırma aparmadan bir-başa q eyri-mümkün hesab edilmə barədə qərardad çıxarmışdır. Məhkəmənin qərardadından belə çıxmışdır ki, Maraqlı şəxs yenidən apellyasiya şikayəti ilə Qax Rayon Məhkəməsinə müraciət edə və qətnamənin onun hüquq və vəzifələrinə toxunmasını təsdiq edən sənədləri şikayətinə əlavə etməlidir. Bu da süründürməçiliyə səbəb olur. Kassator qeyd etmişdir ki, məhkəmənin qərardadından göründüyü kimi, şikayət verən şəxs Maraqlı şəxs ödəmiş olduğu dövlət rüsumuna qiymət verilməmişdir. Əgər onun şikayəti baxılmadan geri qaytarılırsa (mümkün hesab edilmirsə) dövlət rüsumu ona geri qaytarılmalı idi. Apellyasiya instansiyası məhkəməsi öz qərardadında rüsumun geri qaytarılmasına qiymət verməmiş və rüsumun ona geri qaytarılmasını təmin etməmişdir. Kassator şikayətini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü m addəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 57.*, **4, 357, 366-cı maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin *0.8-* və 4*4-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 357.*. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçi lər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 357.2. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Maddə 36*.*.6. Apellyasiya şikayətində şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar da göstərilməlidir. Maddə 364.2. Apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 36*-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Maddə

366. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra *5 gün müddətində apell yasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 4*6.*. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 4*7.*.*. Kassasiya məhkəməsi işə baxarkən apell yasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Maraqlı şəxs kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərardadı tam mübahisələndirildiyindən, qərardad ın əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanıldı. Kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Maraqlı şəxs kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, onun apellyasiya şikayəti üzrə apellyasiyanın qeyri-mümkün hesab edilməsi üçün əsasların olmadığını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, apellyasiya instansiyası məhkəməsi, işin hallarını nəzərə alıb, yuxarıda sadalanan maddələrin tələblərini əsas tutub qeyd etmişdir ki, Maraqlı şəxs birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermək hüququna malik deyil. Belə ki, əvvəla o, işdə iştirak edən şəxs olmayıb. Digər tərəfdən, Mülki Prosessual Məcəllənin 357.* və 357.2-ci maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyas iya şikayəti verə bilər. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Sadalanan maddələrin mənasına görə, yalnız aşağıda göstərilən hallardan biri olduqda Maraqlı şəxs birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermək hüquq əmələ gəlmiş olur: birincisi, qətnamə onun hüququna toxunsun; ikincisi, qətnamə onun vəzifəsinə toxunsun. Hazırki işdə isə qeyd olunan hallardan heç biri mövcud deyil və sözügedən qətnamə ilə iddiaçı əvvəlki işinə bərpa edilib və Maraqlı şəxs hazırki iş üzrə tərəf olmayıb. Mülki Prosessual Məcəllənin 366.* və 366.2-ci maddələrinin mənasına görə, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra *5 gün müddətində apellyasiya nın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Apellyasiyanın mümkünlüyünü şərtləndirən belə prosessual əsaslara apellyasiya şikayətinin bu şikayəti vermək hüququna malik olmayan şəxslər tərəfindən verilməsi də daxildir. Mülki prosessual qanunvericiliyə görə, işə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların mövcud olub-olmaması iki mərhələdə yoxlanılır: birincisi, apellyasiya şikayətini aldıqdan sonra birinci instansiya məhkəməsi tərəfindən (MPM-in 364-cü maddəsi). İkincisi, apellyasiya şikayəti apellyasiya instansiyası məhkəməsinə daxil olduqdan sonra bu məhkəmə tərəfindən (MPM-in 366-cı maddəsi). Göründüyü kimi, əgər a pellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, apellyasiya icraatı mərhələsində də qəbul olunmamış hesab edilə bilər. Burada apellyasiyanın qəbul olunmamış hesab edilməsi onun qeyri-mümkünlüyünü ehtiva edir. Apellyasiyanın mümkünlüyü üçün əsasların olmaması dedikdə - işə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların mövcud olmaması başa düşülür. Bu baxımdan, kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, Maraqlı şəxs birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar olmadığından, apellyasiya instansiyası məhkəməsi, apellyasiya şikayətini qəbul olunmamış hesab etməklə düzgün nəticəyə gəlib, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq edib. Ona görə də kassasiya instansiyası məhkəməsi, Maraqlı şəxs kassasiya şikayətinin dəlilləri üzrə əlavə araşdırma aparmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 4*6, 4*7 və 4*9-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Maraqlı şəxs kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *4 aprel 2023-cü il tarixli, 2(*07)-573/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar