Məhkəmə qərarları › İş №2(102)-2614/2025

Ali Məhkəmə Qərardad — İş №2(102)-2614/2025

04.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2614/2025 04.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, kassasiya şikayətinin məzmunu ilə bağlı tələblərə əməl edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə Cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)452/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən kassasiya şikayətini nəzərdən keçirərək Müəyyən etdi: Cavabdeh (vəkil-nümayəndə Vəkil2) Sumqayıt Apellyasiya Məhkəmə sinin Mülki Kollegiyasının 2(105)-452/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti Mülki Prosessual Məcəllənin normalarının tələblərinə cavab vermir. Kassasiya şikayətindən görünür ki, cavabdeh kassasiya şikayəti üçün qanunvericiliyin müəyyən etdiyi tələblərə əməl etməmiş, şikayət Mülki Prosessual Məcəllənin 3 saylı Əlavəsində müəyyən olunmuş lazımi məzmunda tərtib edilməmişdir. Belə ki, kassasiya şikayətində Mülki Məcəlləsinin 402.1-ci maddəsinin mətni qeyd edilmiş, lakin həmin maddi hüquq normasının düzgün tətbiq edilməməsinin və ya pozulmasının nədən ibarət olması şərh edilməyib, bununla da şikayətin məzmunu ilə bağlı tələblərə əməl olunmayı b. Halbuki kassasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarına istinad edilməklə kifayətlənilməməli, şikayət cədvəl formasında tərtib edilməklə, hər bir qrafada pozuntusu qeyd edilən maddi və prosessual hüquq normaları sıralanmaqla göstərilməli, hər bir qrafanın qarşısında həmin normaların düzgün tətbiq edilməməsinin nədən ibarət olması mütləq şəkildə şərh edilməli və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Həmçinin cavabdeh kassasiya şikayətinin “digər məsələlər” bölməsində iddiaçının tələbi, onun iddia ərizəsində hansı faktiki hallara istinad etməsi, işə baxan məhkəmələrin qətnamələrinin nəticə hissəsi, əlavə olaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsində müəyyən edilmiş hallar təsvir edilmişdir. Sonda isə işin faktiki hallarına dair izah verilmişdir. Başqa sözlə, cavabdehin kassasiya şikayətindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında yoxlanması üçün nə kimi dəlil irəli sürməsini müəyyən etmək olmur. Qeyd edilənlərdən göründüyü kimi kassasiya şikayəti mülki-prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə cavab vermir. Mülki Prosessual Məcəllənin 408.1.1-ci maddəsinə görə kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, kassasiya şikayəti imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya məhkəməsi tərəfindən qaytarılır. Bundan əlavə, Mülki Prosessual Məcəllənin 407.2-ci maddəsin ə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Məhkəmə kollegiyası izah edir ki, kassasiya instansiyası məhkəməsi fakt araşdırıcı məhkəmə deyil, o, hüquq məhkəməsi olaraq işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi də kassasiya şikayətini Mülki Prosessual Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamadan kassasiya instansiyasına göndər məklə həmin Məcəllənin 409-cu maddəsinin tələblərinə əməl etməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 409-cu maddəsinə görə apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyası şərh olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə kassasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından (şikayətin məzmunu ilə bağlı tələblərə əməl edilmədiyi üçün), onun icraata qəbulundan imtina edilməli, kassasiya şikayətinin qaytarılması məsəl əsinin həlli üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası onu da izah edir ki, şikayət verən şəxs prosessual müddətlərlə bağlı qanunvericiliyin tələblərini nəzərə almaqla Mülki Prosessual Məcəllənin 408.5-ci maddəsinə uyğun olaraq nöqsanları aradan qaldırdıqdan sonra yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. Şərh edilənləri və Mülki Prosessual Məcəllənin 407, 408.1.1 və 408.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh (vəkil-nümayəndə Vəkil2) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-452/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş Sumqayıt Apellyasiy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar