Məhkəmə qərarları › İş №2(102)-2616/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2616/2025

26.08.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2616/2025 26.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi cəlb edilməklə) iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər İspəndiyar Əsəd oğlu Şəfiyev (məruzəçi), Əhməd Abbas oğlu Əhmədov və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respub likası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi cəlb edilməklə) "qanunsuz olaraq zəbt edilmiş torpaq sahəsindən çıxarılma" tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 29 aprel tarixli 2(105)-398/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. RX ******* seriyalı xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatlı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Qusar rayonu Aşağı Ləyər kəndində yerləşən 2.19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun mülkiyyətində olan Qusar rayonu Aşağı Ləyər kəndində yerləşən 2.19 ha torpaq sahəsinin 0.32 ha hissəsindən çıxarılaraq həmin torpaq sahəsinin ona qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan torpaq sahəsini kolkosla hasara almış, orada yonca, həmçinin meyvə ağacları əkmişdir və istifadə etməyə davam etmişdir. Cavabdeh onun qonşusudur. O, 2021-ci ildə naxır növbəsindən qayıtdıqdan sonra cavabdehin qeyd olunan torpaq sahəsinin kol-kosdan hazırlamış çəpərin yandırıldığını, xeyli sayda meyvə ağaclarının çıxarıldığını görmüşdür. Cavabdeh on a torpaq sahələrinin ölçülərinin müəyyən edilməsi üçün guya mütəxəssis gətirdiyini, torpaq sahələri ölçülərkən guya onun cavabdehə məxsus torpaq sahəsinə girdiyini bildirmişdir. Cavabdeh təxminən 190 metr uzunluqda 16 metr enində, ümumi 0.32 hektardan çox onun torpaq sahəsini zəbt etmişdir. Dəfələrlə cavabdehə zəbt etdiyi torpaq sahəsindən çıxmasını bildirsə də, onun müraciətlərinə heç bir məhəl qoymamış, özbaşına hərəkətini davam etdirmişdir. Bundan sonra şübhə qalmaması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Mütəxəssislər tərəfindən torpaq sahəsi ölçülmüş və döngə nöqtələri yerində göstərilmişdir. Bu hal, yəni ona məxsus qanuni torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilərək istifadə olunması bir n öv 5 saylı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-213-34/2- 13712/2023 saylı cavab məktubu ilə də öz təsdiqini tapır. Artıq bu mütəxəssis rəyindən sonra da cavabdeh özbaşına hərəkətini xoşluqla dayandımadığı üçün, yəni ona məxsus torpaq sahəsindən çıxmaq istəmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

4. Məhkəmənin qərardadı əsasında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssis rəyində (17 iyul 2024-cü il tarixli 3-21-3-34/27653/2024 saylı məktubu ilə təqdim edilmiş) göstərilib ki, tərəflərin və mütəxəssisin iştirakı ilə mübahisələndirilən torpaq sahəsinin mövqeyi, ölçüləri və ərazinin koordinatları naturadan plana alınaraq kameral şəraitd ə, TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasında dəqiqləşdirilmişdir. Nəticədə müəyyən olunmuşdur ki, daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı, ********** qeydiyyat nömrəli və xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarışa əsasən İddiaçı məxsus Qusar rayonu Aşağı Ləyər kəndində yerləşən torpaq sahəsinin naturada ölçüləri 2.0 ha təşkil edir və həmin ölçü hüquq müəyyənedici sənəd uyğun deyildir. Cavabdeh və onun ailə üzvlərinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 2.8 ha olmaqla **********03 reyestr nömrəli çıxarış verilmişdir və naturada cavabdehin faktiki torpaq sahəsi 2.8 ha təşkil edir. Cavabdehin faktiki istifadəsində 2.8 ha torpaq sahəsinin olması nəzərə alınsa, cavabdeh tərəf indən iddiaçıya məxsus torpaq sahəsinin hər hansı bir hissəsindən istifadə edilmir.

5. Mütəxəssis rəyin “qeyd” hissəsində göstərib ki, İddiaçı məxsus torpaq sahəsi hüquq müəyyənedici sənəd üzrə 2.19 ha olmasına baxmayaq faktiki 2.0 ha təşkil edir yəni 0.19 ha azalmanın olması aşkarlanmışdır, torpaq sahəsində TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasına əsasən azalma mövcud deyildir, lakin həmin məlumat bazasına əsasən iddiaçıya məxus torpaq sahəsindən 0.127 ha hissəsinin cavabdehin faktiki istifadəsində olan 2.8 ha torpaq sahəsi ilə üst-üstə düşür. Cavabdeh Elşad oğluna məxsus 2.8 ha torpaq sahəsinin sərhədləri həmin torpaq sahəsinə müvafiq çıxarışın verilməsi zamanı naturada torpaq islahatı zamanı hazırlanmış xəritəyə əsasən göstərilmiş dir və cavabdehin torpaq sahəsinin faktiki sərhədləri həmin cizgilərdən kənarda yerləşmir, lakin həmin torpaq sahəsi TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasında dəqiqləşdirildikdə 0.21 ha azalma ilə uçota alınmışdır, TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasına əsasən həmin ərazidə yerləşən digər qonşu torpaq mülkiyyətçilərində də torpaq azalmaları qeydə alınmışdır.

6. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi yuxarıda qeyd olunan mütəxəssis rəyinə istinad edərək verdiyi 20 avqust 2024-cü il tarixli 3-16-16/1-10/6489 nömrəli ekspert rəyində göstərmişdir ki, mütəxəssis rəyindən görünür ki, daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı № ****** * saylı ********** qeydiyyat nömrəli və xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarışa əsasən İddiaçı məxsus Qusar rayonu Aşağı Ləyər kəndində yerləşən torpaq sahəsinin naturada ölçüləri 2.0 ha təşkil edir və həmin ölçü hüquq müəyyən edici sənədə uyğun olmadığı göstərilmişdir. Cavabdeh və onun ailə üzvlərinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 2.8 ha olmaqla **********03 reyestr nömrəli çıxarış verilmişdir və naturada cavabdehin faktiki torpaq sahəsi 2.8 ha təşkil etdiyi göstərilmişdir. Cavabdehin faktiki istifadəsində 2.8 ha torpaq sahəsinin olmasını nəzərə alınsa, cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin hər hansı bir hissəsindən istifadə edilmədiyi göstərilmişdir.

7. Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(029)-126/2024 nömrə li qətnaməsi ilə iddia təmin edilməmiş, iş 100 manat ekspertiza xərcinin İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir (hakim Əli Cəlilov).

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 17 iyul 2024-cü il tarixli 3-21-3-34/2-7653/2024 saylı mütəxəssis rəyini və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 20 avqust 2024-cü il tarixli 3-16-16/1-10/6489 nömrəli ekspert rəyini işin hallarını müəyyən edən əsas sübut kimi qəbul edir. Məhkəmə hesab edib ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi hallar iş materialları və ekspert rəyi ilə təkzib olunduğun dan iddia tələbi əsassızdır, iddiaçı tərəf öz iddiasının əsası kimi istinad etdiyi halları sübuta yetirməmişdir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152.5, 157.1, 157.2, 157.4-cü, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66, 67, 68-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən mülkiyyət hüququnun təsdiqlənmiş sənədlərlə pozulması faktının nəzərə almamışdır. Məhkəmə iddiaçının mülkiyyət hüququnu təsdiq edən RX seriyalı №098369 1 saylı, xx.xx.2017-ci il tarixli çıxarış olmasına baxmayaraq, torpaq sahəsindəki qanunsuz zəbt faktını rədd etmişdir. İş üzrə verilmiş 17 iyul 2024-cü il tarixli mütəxəssis rəyində, eləcə də, 20 avqust 2024-cü il tarixli ekspertiza rəyində iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə cavabdehin faktiki istifadəsində olan ərazi arasında 0.127 hektarlıq üst-üstə düşmə faktı müəyyən edilmişdir. Həmin sahələrin üst-üstə düşməsi faktı artıq cavabdehin iddiaçıya məxsus torpaq sahəsini qanunsuz sahiblənməsi faktını təsdiqləyir. Bu rəylər özlüyündə artıq iddiaçının iddiasının əsaslı olduğunu sübut etsə də nədənsə məhkəmə bu halı nəzərə almamış, əksinə olaraq cavabdehin qanunsuz hərəkətini əsaslandırmağa çalışmışdır. Məhkəmə bu məlumatları ziddiyyətli qiymətləndirərək, mülkiyyət hüququnun poz ulmaması barədə yanlış qənaətə gəlmişdir. Halbuki, qeyd edilən rəylərdə birbaşa olaraq iddiaçıya məxsus torpaq sahəsinin hüquqi sənədlərlə müəyyən edilmiş 2.19 ha, deyil faktiki 2.0 ha olduğu, yəni hüquqi sənədlərdə qeyd ediləndən 0.19 hektar az olduğu, həmçinin 0.127 hektar sahənin isə cavabdehin istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Məhkəmənin gəldiyi yanlış qənaətə əsaslansaq belə çıxır ki, cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi ilə hüquqi sənədlərində olan torpaq sahəsi eynilik təşkil etdiyindən (2.8 ha torpaq sahəsi həm sənəddə, həm də faktiki) zəbt olma faktı yoxdur. Bu qəbuledilməzdir. Birincisi iş üzrə rəylərlə artıq cavabdehin istifadəsində olan 0.127 hektar sahənin iddiaçının sənədlərində olan torpaq sahəsi ilə üst-üstə düşməsi art ıq məlumdur. İkincisi həmin rəylərlə iddiaçıya məxsus torpaq sahəsinin hüquqi sənədlərlə müəyyən edilmiş 2.19 ha deyil, faktiki 2.0 ha olduğu, yəni hüquqi sənədlərdə qeyd ediləndən 0.19 hektar az olduğu təsdiq edilmişdir. Onda sual olunur iddiaçının 0.19 hektar sahəsi bəs haradadır? Təbii ki, onun 0.127 hektar sahəsi iddiaçı tərəfindən zəbt edilmişdir. Onda digər bir hal ortaya çıxır. Cavabdehin hüquqi sənədlərdəki torpaq sahəsinin koordinatları ilə faktiki yerləşmə nöqtələri uyğun gəlirmi? Digər bir tərəfdən iddiaçının çatışmayan torpaq sahəsinin 0.127 hektar sahəsi iddiaçıda, bəs yerdə qalan 0.063 ha sahə harada yerləşir? Bu kimi halların araşdırılması üçün iş üzrə təkrar ekspertiza keçirilməli idi. İş materiallarında iddiaçıya məxsus torpaq sahəsinin çıxarışı ilə bərabər plan və ölçü sx emi də vardır ki, orada göstərilə X və Y koordinatları ilə 2.19 ha torpağın yerləşmə yerini dəqiq müəyyən etmək mümkündür. Lakin ekspert qarşısında qeyd edilən suallar qoyulmayıb. Bundan əlavə, iş üzrə mövcud olan həm mütəxəssis, eləcə də ekspert rəylərində iddiaçıya məxsus torpaq sahəsində TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasına əsasən azalma mövcud olmadığı, lakin həmin məlumat bazasına əsasən iddiaçıya məxsus torpaq sahəsindən 0.127 ha hissəsinin cavabdehin faktiki istifadəsində olan 2.8 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü qeyd edilmiş, cavabdehə məxsus 2.8 ha torpaq sahəsinin sərhədlərini həmin torpaq sahəsinə müvafiq çıxarışın verilməsi zamanı naturada torpaq islahatı zamanı hazırlanmış xəritəyə əsasən göstərildiyi və cavabde hin torpaq sahəsinin faktiki sərhədləri həmin cizgilərdən kənarda yerləşmədiyi, lakin həmin torpaq sahəsi TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasında dəqiqləşdirildikdə 0.21 ha azalma ilə uçota alındığı vurğulanmışdır. Bu hal məhkəmə qətnaməsində öz əksini tapmışdır. Göründüyü kimi məhkəmə bu hissəni də araşdırmamış bu azalmanın nədə ifadə olunduğu, iddiaçını torpaq sahəsinin azalmadığı halda 0.19 ha torpaq sahəsinin harada yeləşməsinin (0.127 ha başqa) müəyyən etməmiş ümumiyyətlə bunda maraqlı olmamışdır. Hesab edir ki, bu halların araşdırılması, ümumiyyətlə hər iki torpaq sahəsinə məxsus sənədlərində göstərilən koordinatlar üzrə yerləşmə yerləri dəqiq müəyyən edilməli, hansı hissədə təkrar üst-üstə düşməsi təkrar dəqiqləşdirilməli və əvvəlki rəylərdəki mövqe təsdiq edilərdə İddiaçının yerdə qalan 0.063 ha torpaq sahəsinin harada qalması müəyyən olunmalıdır. İşin tam, hərtərəfli və obyektiv araşdırılması, eləcə də mülkiyyət hüququnun qorunması üçün bu tədbirin görülməsi vacib və əhəmiyyətlidir. Hazırkı vəziyyətdə isə məhkəmənin çıxardığı bu qanunsuz qətnamə ilə cavabdeh iddiaçıya məxsus torpaq sahənin müəyyən hissəsini öz qanunsuz istifadəsinə keçirmiş və bununla da iddiaçının mülkiyyətinə qəsd etmiş olacaqdır. Göstərilən hal isə Mülki Məcəllənin 157-ci maddəsinin tələblərinin kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsi iddiaçının mülkiyyət hüququnu müdafiəsi ilə bağlı qərar qəbul etməli olduğu halda. bu maddənin tətbiqi lazımi qaydada həyata keçirməmişdir. Mütəxəssis və ekspertiz a rəylərində torpaq sahələrinin dövlət qeydiyyatında olan məlumatlar mübahisəli sərhədləri təsdiqlənsə də, bununla iddiaçının mülkiyyət hüququnun pozulduğunu təsdiqlənsə də, məhkəmə bu rəylər arasında uyğunsuzluq olduğu qənaətinə gəlmişdir ki, bu da sübutların səhv təhlil edilməsindən irəli gəlmişdir. Hesab edir ki, iş üzrə təkrar ekspertiza təyin edilməli, hər iki torpağa dair məlumatlar (hüquqi sənədlə faktiki yerləşmə koordinatları dəqiqləşdirilməli, üst-üstə düşmə nöqtələri müəyyən edilməli və s.) dəqiqləşdirilməli, əvvəlki məlumatlar təsdiqlənərsə ən azı rəylər nəzərə alınmaqla cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmiş 0.127 ha torpaq sahəsinin boşaldılıb iddiaçıya təhvil verilməsi təmin edilməlidir. İşin faktiki hallarında göstərilənlər aydın şəkildə əks olunsa da, məhkəmə qəb ul etdiyi mübahisəli qətnaməsində fərqli yanaşma nümayiş etdirmiş və bununla da qanunçuluq və ədalətlilik prinsiplərinin tələblərini pozmaqla belə bir qanunsuz qətnamə qəbul etmişdir. Belə olan halda hesab edirik ki, mübahisəli qətnamə ləğv edilməli, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Eyni zamanda məlumat üçün bildirilmişdir ki, iş materiallarında iddiaçı tərəfindən təqdim edilən "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli akt olsa da qətnamədə buna istinad edilməmiş, ümumiyyətlə belə bir sənədin olması sanki gizlədilmişdir. Halbuki həmin aktla da iddiaçıya məxsus torpaq sahəsinin döngə koordinatları naturada təyin edilmişdir. Bu halın gizlədilməsi də məhkəmənin bu işin araşdırılması və obyektiv həqiqətin üzə çıxarılmasında maraqlı olmad ığını sübut etməkdədir.

12. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 29 aprel tarixli, 2(105)-398/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək,Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(029)-126/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər – Fuad Məmmədov (sədrlik edən və məruzəçi), Lalə Rəhimli və Almaz Süleymanova).

13. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin göstərilən ekspert rəyini mövcud mübahisə üzrə mötəbər sübut kimi qiymətləndirməklə yuxarıda göstərilən nəticəyə gəlməsi əsaslı olmuşdur.

14. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd etmişdir ki, iş materiallarında olan ekspert rəyi ilə müəyyən olunmuş faktlar aydın, anlaşılan və mübahisənin mah iyyəti üzrə həll edilməsi üçün yetərli olduğundan təkrar ekspertizanın keçirilməsinə zərurət yoxdur.

15. Məhkəmə kollegiyası ekspert rəyini MPM-in 103-cü maddəsinə əsasən hazırkı iş üzrə mötəbər sübut kimi qiymətləndirmiş və hesab etmişdir ki, hazırkı halda apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir.

16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, digər tərəfdən işdə olan mütəxəssis rəyinin qeyd hissəsində göstərilmişdir ki, İddiaçı məxsus torpaq sahəsi hüquq müəyyənedici sənəd üzrə 2.19 ha olmasına baxmayaq faktiki 2.0 ha təşkil edir, yəni 0.19 ha azalmanın olması aşkarlanmışdır, torpaq sahəsində TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasına əsasən azalma mövcud deyildir, lakin həmin məlumat bazasına əsasən iddiaçıya məxus torpaq sahəsindən 0.127 ha hissəsinin cavabdehin faktiki istifadəsində olan 2.8 ha torpaq sahəsi ilə üst-üstə düşür. Cavabdeh Elşad oğluna məxsus 2.8 ha torpaq sahəsinin sərhədlərini həmin torpaq sahəsinə müvafiq çıxarışın verilməsi zamanı naturada torpaq islahatı zamanı hazırlanmış xəritəyə əsasən göstərilmişdir və cavabdehin torpaq sahəsinin faktiki sərhədləri həmin cizgilərdən kənarda yerləşmir, lakin həmin torpaq sahəsi TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasında dəqiqləşdirildikdə 0.21 ha azalma ilə uçota alınmışdır, TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasına əsasən həmin ərazidə yerləşən digər qonşu torpaq mülkiyyətçilərində də torpaq azalmaları qeydə alınmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, cavabdeh tərəf mübahisəli torpaq sahəsindən istifadə etmək üçün qüvvədə olan müvafiq hüquqmüəyyənedici sənədə malikdir. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisələndirilən torpaq sahəsinin üst-üstə düşən hissəsinin sənəd üzrə kimə məxsus olması dəqiq müəyyən edilmədən və plan-ölçü sənədləri üzrə uyğunsuzluqlar aradan qaldırılmadan, mövcud mübahisə üzrə cavabdehin qanunsuz sahib olması barədə iddiaçının hazırkı tələbi əsaslı hesab oluna bilməz. Odur ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi barədə iş üzrə düzgün nəticəyə gəlmişdir.

18. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.1, 157.2, 157.4, 157.8-ci maddələri nə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 68, 111-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 2.2, 16.1, 16.2, 23.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi mübahisəli qətnaməsində eynilə birinci instansiya məhkəməsinin buraxdığı səhvləri təkrarlamış və işin hallarına diqqət yetirmədən iddiaçının apellyasiya şikayətində göstərdiyi faktları nəzərə almamışdır. Məhkəmə öz qərarında tərəflərin torpaq sahələrinin üst-üs tə düşməsini bir daha təsdiq etmiş olsa da, bunun hansı hissədə olmasını müəyyən etmək üçün heç bir tədbir görməmiş, bunun üçün təkrarən ekspertiza keçirilməsinə zərurət olsa da bunu etməmişdir. Belə ki, hazırkı iş üzrə verilmiş 17 iyul 2024-cü il tarixli mütəxəssis rəyində, eləcə də 20 avqust 2024-cü il tarixli ekspertiza rəyində iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə cavabdehin faktiki istifadəsində olan ərazi arasında 0.127 ha torpaq sahəsinin üst-üstə düşmə faktı müəyyən edilmişdir. Ancaq həmin üst-üstə düşən torpaq sahələrinin məhz hansı hissədə olması, üstəgəl iddiaçıya məxsus yerdə qalan torpaq sahəsinin (0.19 ha (əksik olan sahəsi) - 0.127 ha = 0.063 ha torpaq sahəsinin) harada yerləşməsini müəyyən etmək üçün yenidən ekspertiza keçirilməsinə lüzum olmadığını bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi hərtərəfli, tam və obyektiv araşdırılmasında maraqlı olmamışdır. Əksinə məhkəmə birinci instansiya məhkəməsi tərəfindən gəlinən yanlış nəticəni sadalamaqla öz işini bitmiş hesab etmişdir. Halbuki, iddiaçının iddiasının əsaslı olmasının təsdiq edilməsi üçün təkrar olaraq ekspertizanın keçirilməsinə ciddi zərurət var idi. Məhkəmə isə iş üzrə mövcud rəylərdə göstərilən məlumatları ziddiyyətli kimi qiymətləndirərək iddiaçının mülkiyyət hüququnun pozulmaması kimi yanlış qənaətə gəlmişdir.

21. Apellyasiya instansiya məhkəməsi tərəfindən iş materiallarında olan sənədlərə (xüsusən, dövlət qeydiyyatı sənədlərinə və ekspert rəyinə) lazımi diqqət yetirilməmiş, cavabdehin qanunsuz zəbt etdiyi torpaq sahəsinin sərhədləri və faktiki istifadə etməsi barədə arqumentləri heç bir əsaslı sübutla təsdiq olunmadığı halda, məhkəmə bu əsassız arqumentləri qəbul etmişdir. Bu hal, tərəflərin prosessual hüquqlarının bərabərliyi prinsipinə ziddir və işin obyektiv araşdırılmasını təmin etməmişdir. Eyni zamanda məhkəmə mütəxəssis və ekspert rəyində göstərilən faktları düzgün qiymətləndirməmişdir. İş üzrə mövcud rəylər bir-birini təsdiq edən sübutlar olsa da, məhkəmə bu sübutların əhəmiyyətini düzgün dərk etməmiş, onları əsassız şəkildə ziddiyyətli kimi göstərmiş birinci instansiya məhkəməsinin mövqeyini təsdiqləmişdir. Bu hal sübutların hərtərəfli, tam və obyektiv qiymətləndirilməsi prinsipinin pozulmasına gətirib çıxarmışdır. Bundan əlavə məhkəmə təkrar ekspertiza təyin etməmişdir. Mübahisənin xüsusi bilik tələb edən hallarının müəyyən edilməsi üçün ekspertin dolğun rəyinin alınmasına zərurət olmasına baxmayaraq məhkəmə öz mülahizəsinə əsaslanmaqla belə bir qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə tərəfindən bu məqam da iş üzrə mövcud rəylərə verilən qiymət, prosessual hüququn obyektivlik prinsipinə uyğun olmamışdır. Apellyasiya məhkəməsi mübahisəli qətnaməsi ilə qanunçuluq, ədalətlilik, obyektivlik, tərəflərin prosessual hüquqlarının bərabərliyi prinsiplərini, eləcə də məhkəmə qərarlarının məntiqli və əsaslı olması barədə qanunvericiliyin tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

24. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

25. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

26. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

27. Maddə 157.4. Əgər mülkiyyət ə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

28. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

29. Maddə

68. Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı

30. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatında n keçirilməsindən sonra yaranır.

31. Maddə

111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması

1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun

32. Maddə 2.1.Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əm ələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.

33. Maddə 2.2.Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.

34. Maddə 16.1.Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir.

35. Maddə 16.2.Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır.

36. Maddə 23.1.Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə

37. Xidmətin vəzifələri 3.0.8. dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlum atın tam və düzgün olmasını təmin etmək; 3.0.29. vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək;... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərt ərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellya siya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

46. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosess ual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

48. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələ nən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

50. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

51. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

52. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfində n işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

53. Kassasiya şikayətinin dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmama sına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

55. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhb ər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 29 aprel tarixli 2(105)-398/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar