Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2617/2024 17.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1736/2024 nömrəli, 29 noyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı İlyas oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 17 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı "xxxx" MMC-nin direktorunun (bundan sonra cavabdeh) 62/k saylı, 06 iyul 2020-ci il tarixli əmrinə əsasən 06 iyul 2020-ci il tarixdən "xxxx" MMC-də Mexaniki Emal Xidməti Mexaniki təmiri emalatxanasına (qərb sahəsi) “çilingər” işinə qəbul edilmişdir. İşə qəbul üçün əsas şəxsi ərizəsi və əmək müqaviləsi olmuşdur. 2. "xxxx" MMC-nin direktorunun 36/k saylı, 06 mart 2023-cü il tarixli əmrinə əsasən, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 06 mart 2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsiin 68-ci maddəsinin 2-hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi i lə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" MMC-nin direktorunun əmək müqaviləsinə xitam verilməsi barədə əmrinin ləğv edilməsi, əvvəlki işinə bərpa olunması və məcburi işburaxma günlərinə görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1985-ci il tarixdə bir mütəxəssis kimi Az.EİS-in təşəbbüsü ilə köçürmə ilə Alma-Atadan Azərbaycana dəvət olunmuş, 38 il burada müxtəlif vəzifələrdə vicdanla işləmiş, heç vaxt əmək intizamını pozmamışdır. Onunla bağlanmış əmək müqaviləsi müddətsiz olmuş, müqavilədə müddət göstərilməmişdir. Bundan əlavə onun gördüyü işlər yerinə yetirilməsi şərtlərinə görə daimi xarakterə malik olmuşdur. Ccavabdeh iddiaçının razılığı olmadan onunla bağlanmış müqaviləni birtərəfli qaydada pozmuşd ur. Heç bir işçiyə müqavilə bağlanarkən müqavilənin ikinci nüsxəsi verilməmişdir. Cavabdeh istədiyi vaxt istədiyi işçinin müqaviləsinə müddət yazıb onun kimi işdən azad etməkdədir.
5. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçı ilə 06 iyul 2020-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmış və 06 mart 2023-cü il tarixdə əmək müqaviləsinə müddətinin qurması əsası ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir.
6. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-2813/2023 nömrəli, 19 iyun 2023- cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim T.Xəlilova).
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı müddətli əmək müqaviləsinin bağlanmasına həmin müqaviləni imzası ilə təsdiq etməklə razılıq vermişdir. Əmək müqaviləsi bildirişinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsi bağlandığı tarixdən, yəni xx.xx.2020-ci il tarixdə cavabdeh tərəfindən bu barədə elektron informasiya sisteminə bildiriş yerləşdirmiş və həmin bildirişdə də iddiaçı ilə bağlanmış müqavilənin müddətli olması göstərilmişdir.
8. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.1, 45.4, 47 və 49.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
9. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır.
11. Bakı Apellyasiy a Məhkəməsi Mülki kollegiyasının 2(103)-5342/2023 nömrəli, 08 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Namiq Cəfərov (sədrlik edən və məruzəçi) İkram Şirinov, Elşən Kazımov) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2(004)2813/2023 saylı qətnaməsi ləğv edilərək, iddia qismən təmin olunmuş, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin xx.xx.2023-cü il tarixli, 36/k nömrəli əmri ləğv edilmiş, iddiaçının cavabdehdə əvvəlki işinə bərpa olunması, ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi və onunla bağlanmış əmək müqaviləsinin müddətsiz hesab olunması, iddianın zərərin əvəzinin ödənilməsinə dair hissəsinin isə rədd olunması qət edilmişdir.
12. Apellyasiya mə hkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, iddia tələbi iki səbəbdən əsaslıdır. Əmək müqaviləsinin tərtib edildiyi sənəd 2 vərəqlidir, müqavilənin müddətinə dair şərt 1-ci vərəqdə qeyd olunmuşdur və həmin vərəq iddiaçı (işçi) tərəfindən imzalanmamışdır. İddiaçı iddia etmişdir ki, müqavilə bağlanarkən onun mətnində müddət qeyd olunmamış, müqavilənin 1ci vərəqi sonradan dəyişdirilmişdir. Bir neçə vərəqdən ibarət sənədin tərtibi yolu ilə bağlanmış əmək müqaviləsinin imza olmayan vərəqindəki şərtin həqiqiliyinə dair mübahisə yaranıbsa, həmin şərtin həqiqliyini (müqavilə bağlanarkən bu şərtin müqavilənin mətnində qeyd olunduğunu) sübut etmə yükü işəgötürənin üzərinə düşür. Lakin cavabdeh bunu sübut edə bilməmişdir.
13. Məhkəmə kollegiyası qeyd et mişdir ki, iddiaçı müqavilənin nüsxəsi ona verilmədiyini, buna səbəbin isə müqavilənin 1-ci vərəqinin sonradan dəyişdirmək arzusu olduğunu bildirmişdir. Əmək müqaviləsinin nüsxəsinin işçiyə verildiyini sübut etmə yükü işəgötürənin üzərinə düşür. Ona görə də əmək müqaviləsinin imza olmayan vərəqindəki şərtin (müddətə dair şərtin) həqiqiliyinə dair şübhənin aradan qaldırılması mümkün deyil. Aradan qaldırılması mümkün olmayan belə şübhələr işçinin xeyrinə həll olunmalıdır.
14. Məhkəmə kollegiyası bildirmişdir ki, əmrin verilməsinə əsas işçinin ərizəsi olmuşdur. Əgər əmək müqaviləsinin müddətli bağlanmasına tərəflərin qarşılıqlı razılığı olmuşdursa, bu həmin ərizədə işçinin xahişi kimi qeyd oluna bilərdi, yəni ərizədə işçi işəgötürəndən xahiş edə bilərdi ki, onu müəyyən müddətə işə qəbul etsin. İddiaçı bildirmişdir ki, ərizə yazarkən müəyyən müddətə işə qəbul edilməsini xahiş etməmişdir. Cavabdeh isə bunun əksini, yəni iddiaçının belə məzmunda ərizə yazdığını sübut edə bilməmişdir. Bu isə onu təsdiq etmişdir ki, işçinin iradəsi əmək müqaviləsinin müddətsiz bağlanmasına yönəlmişdir.
15. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45, 47, 49 və 300-cü, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1 və 217.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya instansiya məhkəməsindəki birinci icraat
16. Cavabdeh kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş dir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi heç bir fakta əsaslanmadan işçinin yerinə yetirdiyi işin daima xarakterə malik olması qənaətinə gəlmişdir. Apellyasiya məhkəməsi işçinin işə qəbul olunması barədə ərizəsində müəyyən müddətə işə qəbul edilməsini xahiş etmədiyini əsas gətirərək işçinin iradə ifadəsinin müddətsiz bağlanmasına yönəldiyi qənaətinə gəlmişdir. Halbuki işçinin işə qəbulla bağlı ərizəsinə nəzər yetirsək ərizədə onun konkret olaraq müddətsiz əmək müqaviləsinin bağlanılmasına dair açıq-aydın iradə ifadəsi öz əksini tapmamış, ərizədə sadəcə olaraq işəgötürəndən onu işlə təmin edilməsi xahiş edilmişdir. Məhkəmə həmçinin öz qətnaməsində şəxsin iradəsinin motivlə müəyyənləşdirildiyini və işçinin izahatında əmək müqaviləsinin müddətinə (2 aya) münasibətdə motivinin olmadığı qənaətinə gəlmişdir. Hesab etmişdir ki, işçinin artıq sonradan, yəni onunla bağlanmış əmək müqaviləsinin işəgötürən tərəfindən xitam verildikdən sonra müqavilə bağlanan an müddətə münasibətdə motivinin olmamasını “iddiaçının marağına cavab verdiyi üçün” anlaşılan sayılmalıdır. Əksinə, iddiaçı əmək müqaviləsi bağlanan an məhz müddətsiz müqavilə bağlamağa dair motivinin olmasını təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. O hətta işə qəbulla bağlı ərizəsində belə işəgötürənlə konkret şəkildə müddətsiz müqavilə bağlamaq istəyini açıq formada bildirməmişdir. Məhz bu səbəbdən hesab etmişdir ki, əmək müqaviləsi bağlanan zaman müddətə münasibətdə motivin olmasını sübut edən yeganə dəlil işçinin əmək müqaviləsinə atdığı imza və onun şəxsi ərizə si sayılmalıdır. Məhkəmənin imzanın iradə ifadəsi sayılmaması barədə mövqeyinə münasibətdə bildirmişdir ki, iddiaçı öz növbəsində bunun əksini, yəni həqiqətən də əmək müqaviləsinə imzanın yanılma nəticəsində atdığını sübut edəcək hər hansı dəlil məhkəməyə təqdim etməmişdir. Halbuki çalışdığı 3 il ərzində əmək müqaviləsinin müddətli və ya müddətsiz olmasını bilmək imkanın (müəssisəsinin insan resursları şöbəsinə müraciət etmək, elektron informasiya sistemində əmək müqaviləsinin bildirişini əldə etmək) olduğu halda bunu etməməsi əksinə onun sonradan “şəratin dəyişməsi nəticəsində mövqeyini dəyişdirməsi” ehtimalını bir daha təsdiq etmişdir. Apellyasiya məhkəməsi bir neçə vərəqdən ibarət əmək müqaviləsinin imza olmayan vərəqindəki şərtin həqiqiliyini sübut etmək yükünün işəgötürənin üzərində o lduğunu qeyd etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi məhkəmənin qeyd etdiyi kimi 2 vərəq deyil, hər iki tərəfində müqavilənin şərtlərinin tam özündə əks etdirən 1 vərəqdən ibarət olmuşdur. İddiaçının 2 tərəfli vərəqin 2-ci səhifəsində işçi qrafasının altında imzası olduğu halda vərəqin 1-ci ön səhifəsində müqavilənin müddəti hissəsində sonradan işəgötürən tərəfindən hər hansı dəyişikliyin edilməsi qeyri-mümkündür. Çünki belə olan halda təbii olaraq vərəqin imza olan 2-ci tərəfi də dəyişilməli, yəni müqavilə yenidən imzalanmalı idi. Məhkəməyə təqdim edilən sənəd əmək müqaviləsinin əslinin surəti olduğu üçün iki vərəqdə çıxarılmışdır. Lakin apellyasiya instansiyası məhkəməsi qeyd edilən bu faktı ümumiyyətlə araşdırmamış, iddiaçı ilə bağlanılan əmək müqav iləsinin əslinə baxış keçirməmiş və bu hal öz növbəsində yekunda tam əsassız qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
18. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-4397/2023 nömrəli, 18 dekabr 2023-cü il tarixli qətnaməsi ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5342/2023 nömrəli, 08 sentyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qət edilmişdir (hakimlər Ə.Nurməmmədov - sədrlik edən və məruzəçi, Z.Babayev və A.Hüseynov).
19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işçi iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinin 2 vərəqədən ibarət olması, müqavilənin müddətinə dair şərtləri özündə ək s etdirən 1-ci vərəqəsinin dəyişdirilməsi qənaətinə gələn apellyasiya məhkəməsi işdə olan müqavilənin təsdiq edilmiş kserosurətinə əsaslanmış, müqavilənin həqiqətdə neçə vərəqədən ibarət olması və vərəqələrin dəyişdirilməsinin mümkünlüyünü müəyyən etmək üçün müqavilənin əslinə baxış keçirməmişdir. Cavabdeh MMC-nin nümayəndəsi isə tərəflər arasında bağlanmış əmək müqaviləsinin hər iki tərəfi yazılmaqla bir vərəqədən ibarət olduğunu, bu vəziyyətdə 1 vərəqədən ibarət olan müqavilənin vərəqələrinin dəyişdirilməsinin mümkün olmadığını göstərmişdir.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, əmək müqaviləsinin iddiaçı tərəfindən imzalanması onun həmin müqavilənin məzmunu ilə tanış olması, müqavilədə göstərilən şərtlərlə razılığını təsdiq etməsi və müqavilədə göstərilən halların onun iradəsinə uyğ un olması anlamına gəlir. Qanunvercilikdə əmək müqaviləsinin başqa formada tərtib edilməsi, təsdiqlənməsi nəzərdə tutulmamışdır. Tərəflər arasında əmək müqaviləsi bağlandığı 06 mart 2020-ci il tarixdə Elektron informasiya sisteminə eyni məzmunlu əmək müqaviləsi bildirişinin yerləşdirilməsi, uzun müddət keçməsinə baxmayaraq iddiaçının həmin bildirişə etirazının olmaması onun əmək müqaviləsinin şərtlərindən əvvəlcədən məlumatlı olmasını göstərən haldır ki, apellyasiya məhkəməsi bu halı da diqqətdən qaçırmışdır.
21. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42 (hissə 1), 44 (1-3-cü hissələr), 45 (1-4-cü hissələr), 47 ( “f” bəndi), 68 (1-2ci hissələr), 73 (hissə 1), 300-cü, Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 88, 106.1, 407.2, 416.1-c- maddəl ərinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
22. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, cavabdehin nümayəndəsi isə Ali Məhkəmənin qərarında göstərilənlərə istinadla apellyasiya şikayətinin əsassız olduğunu bildirmişdir.
23. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1736/2024 nömrəli, 29 fevral 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 2(004)-2813/2023 nömrəli, 19 iyun 2023- cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (hakimlər E.Həsənov- sədrlik edən və məruzəçi, S.Bəhrəmzadə və X.Mərdanova).
24. Məhkəmə kollegiyası qeyd etmişdir ki, b irinci instansiya məhkəməsi hüququ düzgün tətbiq etmiş, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə doğru nəticəyə gəlmişdir; nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsi əvvəlki apellyasiya baxışı zamanı buraxılmış səhvin mahiyyətinin nədən ibarət olduğunu dəqiq, aydın və inandırıcı formada izah etmişdir və qərardakı hüquqi mövqelərlə razılaşmamaq üçün əsas mövcud deyildir.
25. Təkrar apellyasiya baxışı zamanı kassasiya instansiyası məhkəməsinin göstərişinə uyğun olaraq tərəflər arasında bağlanmış əmək müqaviləsinin əslinə baxış keçirilmiş, müqavilənin hər iki tərəfi yazılmaqla bir vərəqədən ibarət olduğu, 1 vərəqədən ibarət olan müqavilənin vərəqələrinin dəyişdirilməsinin isə qeyri-mümkünlüyü müəyyənləşdirilmişdir.
26. Məhkəmə kollegiyası öz hüquqi mövq eyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42 (hissə 1), 45, 47, 68.1, 73.1, 330 (hissə 1)-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 81, 88, 217.3, 385-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
27. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
28. Kassasiya şikayəti iddia ərizəsinə və apellyasiya şikayətinə əsasən əsaslandırılmış və iddiaçı şikayətini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45, 47ci, Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikay ətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
30. Maddə 42 (1-ci hissə). Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
31. Maddə
45. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstəril ən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
32. Maddə
47. Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyə n mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) g öndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.
33. Maddə 68.
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır:...b) əmək müqaviləsinin müddətinin qurtarması.
34. Maddə 73.
1. Müddətli əmək müqaviləsinin müddəti qurtar dıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
2. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.
35. Mad də 300 (1-ci hissə). Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası k imi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
42. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
44. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
45. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
46. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, işəgötürənin 62/k saylı, 06 iyul 2020-ci il tarixli əmrinə əsasən iddiaçı 06 iyul 2020-ci il tarixdən cavabdehin Mexaniki Emal Xidməti Mexaniki Təmir Emalatxanasına (qərb sahəsi) “çilingər” işinə qəbul edilmiş və əmək müqaviləsi iki ay müddətinə bağlanmışdır. Lakin iki aylıq müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmədiyi üçün əmək müqaviləsi 06 mart 2023-cü il tarixədək uzadılmış və işəgötürənin 36/k saylı, 06 mart 2023-cü il tarixli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 06 mart 2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsiin 68-ci maddəsinin 2-hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması əsasına görə) xitam verilmişdir.
47. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi əsaslandırması ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı müddətli əmək müqaviləsinin bağlanmasına həmin müqaviləni imzası ilə təsdiq etməklə razılıq vermişdir. Əmək müqaviləsi bildirişinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsi bağlandığı tarixdən, yəni xx.xx.2020-ci il tarixdə cavabdeh tərəfindən bu barədə elektron informasiya sisteminə bildiriş yerləşdirmiş və həmin bildirişdə də iddiaçı ilə bağlanmış müqavilənin müddətli olması göstərilmişdir.
48. Həmçinin apellyasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi hüququ düzgün tətbiq etmiş, işin müəyyən olunmuş faktlarından tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, iddiaçı apellyasiya şikayətində onunla müddətsiz əmək müqaviləsinin bağlandığını və əmək müqaviləsinin 1-ci vərəqinin sonradan dəyişdirildiyini iddia etsə də, işdə bu barədə heç bir yazılı sübut yoxdur. Əksinə işdən görünür ki, təkrar apellyasiya baxışı zamanı tərəflər arasında bağlanmış əmək müqaviləsinin əslinə baxış keçirilmiş və müqavilənin hər iki tərəfi yazılmaqla 1 vərəqədən ibarət olduğu və 1 vərəqdən ibarət olan əmək müqaviləsinin vərəqələrinin isə dəyişdirilməsinin qeyri-mümkün olduğu müəyyən edilmişdir.
49. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda qeyd etmişdir ki, əmək qanunverciliyinin tələblərinə görə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə də əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Hazırkı halda tərəflər arasında belə bir müddətli əmək müqaviləsinin bağlanması isə mülki iş materialları ilə istisna olunmur.
50. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddianı rədd etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mübahisəyə düzgün tətbiq etmişdir.
51. Ona görə də kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri üzrə əlavə araşdırma aparmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.
52. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi q ə r a r a aldı: İddiaçı İlyas oğlunun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29 fevral 2024-cü il tarixli, 2(103)1736/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.