Məhkəmə qərarları › İş №2(102)-262/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-262/2022

15.03.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-262/2022 15.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh Xudadat qızına qarşı iş üzrə QƏRARİ iş № 2(102)-262/22 (Açar sözlər: tikilinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, Cavabdeh: Cavabdeh və vəkili Vəkil1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 may 2021-ci il tarixli, 2(103)4010/2021 saylı qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə işə 15 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasın da açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq, mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5166 saylı bağ sahəsi ilə qonşuluqda olan 5167 saylı bağ sahəsinin sərhəddində inşa edilən ortaq divara, daş hasara bitişik şəkildə cavabdeh tərəfindən inşa edilmiş təxminən 17,5 metr uzunluğunda tikilinin qanunsuz hesab edilməklə sökülməsi və cavabdehdən mənəvi zərərə görə 20.000 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 may 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim A.Z.Rzayev) iddia rədd edilib. Birinci instansiy a məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflərin bağ sahələri qonşuluqda yerləşir. 13 dekabr 2012-ci il tarixli Çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi 0,1174 ha torpaq sahəsində yerləşən 5167 saylı bağ sahəsi mülkiyyət hüququ üzrə cavabdehin, 11 aprel 2017-ci il tarixli Çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi 0,12 ha torpaq sahəsində yerləşən 5166 saylı bağ sahəsi isə mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınıb. Cavabdeh, iddiaçıya məxsus bağ sahəsi ilə sərhəddə yerləşən daş hasarın üzərində və öz mülkiyyətində olan torpaq sahəsində tikililər inşa edib və yalnız bu tikililərin tamamlanması işləri aparılarkən iddiaçı həmin tikiliyə razılığının olmadığını bildirib və hazırki mübahisə yaranıb. Lakin, iş üzrə keçirilmiş eksper tiza tədqiqatı ilə cavabdeh tərəfindən inşa edilmiş tikililərin onun mülkiyyətində olan torpaq sahəsində yerləşdiyi və mövcud olan tikililərin iddiaçının öz bağ sahəsindən istifadəsinə heç bir məhdudiyyət yaratmadığı müəyyən edilir. İddiaçı tələbini ortaq hasar üzərində inşa edilmiş tikililərə onun razılığının olmaması ilə əsaslandırsa da, mübahisə predmeti olan həmin tikililər iddiaçının 5166 saylı bağ sahəsini əldə edənədək artıq inşa edilmişdi və həmin mərhələdə yalnız dam örtüyündə müvafiq tamamlama işləri həyata keçirilirdi. Ona görə də iddia əsassız olduğundan təmin edilə bilməz və iddia, tikilinin sökülməsi hissəsində rədd edildiyi üçün mənəvi zərərin əvəzinin ödənilməsi hissəsində də iddia rədd olunmalıdır. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152.4, 170.1, 170.2ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər M.A.Məmmədov sədrlik edən, məruzəçi, X.A.Mərdanova və X.Ə.Sarıyev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 170.1, 170.2, 171.1, 171.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 04 iyun 2019-cu il tarixli qərarı ilə (hakimlər Ə.A.Mirzəliyev sədrlik edən, məruzəçi, T.A.Qoldman və G.A.Quliyev) kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 oktyabr 2018-ci il ta rixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılıb. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, ekspertin rəyinə görə tərəflərin bağ sahələrini ayıran daş hasar həmin bağ sahələrinin sərhəddində olduğu müəyyən edilir. Belə olan halda apellyasiya instansiyası məhkəməsinin ilk vəzifəsi cavabdehin sözügedən tikililəri inşa edərkən bu barədə qonşu kimi iddiaçının notariat qaydasında təsdiq edilmiş razılığını alıb-almadığını müəyyən etməli idi, lakin bunu da etməyib. Bundan başqa işə əlavə edilmiş fotoşəkillərdən görünür ki, cavabdeh torpaq sahələrinin sərhəddində ortaq divara-daş hasara bitişik şəkildə təxminən 17,5 metr uzunluğunda tikililər inşa edib, həmin tikililərin dam örtüyü təxminən 30.40 sm çıxıntı ilə iddiaçının həyətin ə uzadılıb və yağış sularının axıntısı iddiaçının həyətinə tərəf yönəldilib. Belə olan halda sözügedən tikililərin iddiaçının hüquqlarını məhdudlaşdırmaması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmək olmaz. Kassasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152.1, 170.2, 180.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Ş.Talışinski sədrlik edən, məruzəçi, R.Ə.Eyvazov və Z.Ə.Əliyev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 139-158, 170176-cı maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya instansiyası məhkəməsində ikinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 02 fevral 2021-ci il tarixli qərarı ilə (hakimlər İ.K.Xəlilov sədrlik edən, məruzəçi, Ə.Ə.Əliyev və M.T.Əhm ədova) kassasiya şikayəti təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 mart 2020-ci il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılıb. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 72.1-ci maddəsinə əsasən qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, normada söhbət qonşular arasındakı ortaq divardan deyil, onlara aid olmayan yanaşı divarda n söhbət gedir. Belə ki, normada qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divar sözündən istifadə edilir. Divar sərhəddə (iki qonşunun) inşa edilirsə və eyni zamanda onun üzərində tikinti işləri aparılırsa, deməli həmin divar qonşular arasındakı ortaq divar olmaqla həm də yanaşı divardır. Yanaşı divar o, halda ola bilərdi ki, cavabdeh qonşunun sərhəddindəki divardan qanunla müəyyən edilmiş məsafəni saxlamaqla başqa divar inşa etmiş olardı. Hətta, yanaşı divar olsaydı belə, həmin yanaşı divarlar arasında tikinti işləri aparılsaydı sözügedən maddənin dispozisiya şərtinə uyğun olaraq divarın həmin hissəsi ortaq divar sayılırdı. Nəzərə almaq lazımdır ki, ortaq divarın hüquqi rejimi yanaşı divarın hüquqi rejimindən daha ciddi hüquqi nəticəyə səbəb olur. Çünki bu divar yanaşı d ivar kimi qonşu divarından kənarda yerləşmir, qonşu torpaqları ayırdığı üçün qonşuluq hüququnun tətbiqinə əsas verir. Tərəflər arasında yanaşı divar olmadığından və mübahisəsi gedən divar ortaq divar sayıldığından mübahisəyə qonşuluq hüququnu nizama salan maddi hüquq normaları tətbiq edilməlidir. Qonşuluq hüququ ortaq divarda tikintinin aparılmasını heç bir halda qəbul etmir. Qonşuluq hüququ daşınmaz əmlakın mülkiyyətçisinin öz sahəsindən istifadə etməsində ona maneçilik yaratmayan, hüququnu əhəmiyyətsiz dərəcədə pozan, hədsiz olmayan təsirlərdən dözülməsini özündə ehtiva edir. Bu halda da əmlakdan istifadəyə maneə olmamalıdır. Normanın məzmunundan göründüyü kimi belə maneçiliklər qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərə dözümlülük göstərilməsini nəzərdə tutur. Ortaq divar üzərində tikinti aparılması həmin normanın dözümlülük anlayışı ilə ehtiva oluna bilməz. Çünki ortaq divarın zəbt edilməsi divarın digər mülkiyyətçisini (ortaq divar birgə mülkiyyətdir) ondan istifadə etməsinə maneçilik törədir, dözümlülük anlayışından kənara çıxaraq mülkiyyət hüquqlarını məhdudlaşdırır. Belə maneçiliyin əhəmiyyətli olması aşkardır. Qonşu tikilinin yağış sularının digər mülkiyyətçinin torpaq sahəsinə axıdılması, qonşunun həmin divar boyu istifadəsini məhdudlaşdırır, həmin divarın daim nəm olmasına şərait yaradır, divarın xarici görünüşünü pozur, tikilinin ümumi fonunu pozur və sair. Belə olan halda apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaq olmaz və işə yenidən baxan apellyasiya instansiy ası məhkəməsi ilk növbədə cavabdeh tərəfindən aparılan tikililərin birbaşa qonşu kimi iddiaçının hüququnu pozub-pozmadığını aydınlaşdırmalıdır. Kassasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 170.1, 170.2, 171.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər A.N.İmanov sədrlik edən, məruzəçi, Q.A.Əsgərov və V.N.Sadıqov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 may 2018-ci il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə qəbul edilməklə iddia qismən təmin olunub və iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5166 saylı bağ sahəsi ilə qonşuluqda olan 5167 saylı bağ sahəsinin sərhəddində inşa olunan ortaq divarda-daş hasara bitişik şəkildə cavabdeh tərəfindən inşa olunmuş sahəsi 31 kv.metr (4.5x6.8), sahəsi 11 kv.metr (3.7x2.8) və sahəsi 4 kv.metr olan (1.6x2.6) tikililərin cavabdehin hesabına sökülməsi və ondan mənəvi zərərə görə 300 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər qonşudurlar və 13 dekabr 2012-ci il tarixli Çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi 0,1174 ha torpaq sahəsində yerləşən 5167 saylı bağ sahəsi mülkiyyət hüququ üzrə cavabdehin, 11 aprel 2017-ci il tarixli Çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ s ahəsi 0,12 ha torpaq sahəsində yerləşən 5166 saylı bağ sahəsi isə mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınıb. Tərəflərin bağ sahələrini orta divar ayırır. Ekspert rəyi ilə müəyyən edilir ki, orta divar məhz qonşuların torpaqlarının kəsişmə sərhəddində inşa edilib. Cavabdeh orta divarın üstündə uzunluğu təxminən 17 metr olan tikili inşa edib və tikilinin dam örtüyü iddiaçının həyətinə tərəf təxminən 30-40 sm çıxarılıb. Həmin tikililər sahəsi 31 kv.metr (4.5x6.8), sahəsi 11 kv.metr (3.7x2.8) və sahəsi 4 kv.metr olan (1.6x2.6) üç tikilidən ibarətdir. Yağış suları iddiaçının həyətinə tərəfinə axır. Göründüyü kimi, qonşuluq hüququ ortaq divarda tikintinin aparılmasını heç bir halda qəbul etmir. Qonşuluq hüququ daşınmaz əmlakın mülkiyyətçisinin öz sahəsindən istifadə etməsində ona man eçilik yaratmayan, hüququnu əhəmiyyətsiz dərəcədə pozan, hədsiz olmayan təsirlərdən dözülməsini özündə ehtiva edir. Bu halda da əmlakdan istifadəyə maneə olmamalıdır. Mülki qanunvericiliyə görə, belə maneçiliklər qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərə dözümlülük göstərilməsini nəzərdə tutur. Ortaq divar üzərində tikinti aparılması həmin normanın dözümlülük anlayışı ilə ehtiva oluna bilməz. Çünki ortaq divarın zəbt edilməsi divarın digər mülkiyyətçisini (ortaq divar birgə mülkiyyətdir) ondan istifadə etməsinə maneçilik törədir, dözümlülük anlayışından kənara çıxaraq mülkiyyət hüquqlarını məhdudlaşdırır. Belə maneçiliyin əhəmiyyətli olması aşkardır. Qonşu tikilinin yağış sularının digər mülkiyyətçinin torpaq sahə sinə axıdılması, qonşunun həmin divar boyu istifadəsini məhdudlaşdırır, həmin divarın daim nəm olmasına şərait yaradır, divarın xarici görünüşünü pozur, tikilinin ümumi fonunu pozur və sair. Ona görə də tərəflərin bağ sahələrinin sərhəddində inşa olunan ortaq divarda-daş hasara bitişik şəkildə cavabdeh tərəfindən inşa olunmuş sahəsi 31 kv.metr (4.5x6.8), sahəsi 11 kv.metr (3.7x2.8) və sahəsi 4 kv.metr olan (1.6x2.6) tikililər cavabdehin hesabına sökülməlidir. Bundan başqa, birinci instansiya məhkəməsi iddianı mənəvi ziyanın tutulması hissəsində rədd etməkdə də haqlı olmayıb. Belə ki, cavabdehin təqsiri üzündən iddiaçının mənəvi sarsıntı keçirməsi və onun iztiraba məruz qalması işin mübahisə olunmayan hallarıdır. Cavabdeh, iddiaçının mülkiyyətində olan bağ sahəsinin sərhəddində inşa olunan ortaq divarda-daş hasara bitişik şəkildə tikililər inşa etməklə iddiaçı üçün maneə yaradan hərəkətlər edib. Bu səbəbdən də cavabdehin törətdiyi hərəkətlərin təhlükəlilik dərəcəsi, bunun nəticəsində iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri, ağırlığı, habelə cavabdehin əmlak vəziyyəti nəzərə alınmaqla iddiaçıya dəymiş mənəvi zərərin məbləği 300 manat müəyyən edilməlidir və bu məbləğ ağlabatan və ədalətli olmaqla mülki iş materiallarına tam uyğundur. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 170.1, 170.2, 171.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində üçüncü icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kass asiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Cavabdeh və vəkili Vəkil1 kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərd ar edilsə də üzrsüz səbəbdən məhkəmə iclasına gəlmədiyi üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən, ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə görə, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 171.1-ci maddəsində göstərilir ki, torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarını n və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Həmin Məcəllənin 240.1-ci maddəsinə əsasən, torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yox layır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdehin kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlillə ri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını düzgün müəyyən etsə də, işə əlavə edilmiş sübutlara tətbiq edilməli olan maddi hüquq normalarının təfsirində yol verib. Belə ki, işin mübahisə olunmayan hallarına görə, tərəflər qonşudurlar və 13 dekabr 2012-ci il tarixli Çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi 0,1174 ha torpaq sahəsində yerləşən 5167 saylı bağ sahəsi mülkiyyət hüququ üzrə cavabdehin, 11 aprel 2017-ci il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi 0,12 ha torpaq sahəsində yerləşən 5166 saylı bağ sahəsi isə mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınıb. Tərəflərin bağ sahələrini orta divar ayırır. Ekspert rəyi ilə müəyyən edilir ki, orta divar məhz qonşuların torpaqlarının kəsişmə sərhəddində inşa edilib. Lakin, cavabdeh orta divarın üstündə uzunluğu təxminən 17 metr olan tikili inşa edib və həmin tikilinin dam örtüyünü iddiaçının həyətinə tərəf təxminən 30-40 sm çıxardıb. Həmin tikililər sahəsi 31 kv.metr (4.5x6.8), sahəsi 11 kv.metr (3.7x2.8) və sahəsi 4 kv.metr olan (1.6x2.6) üç tikilidən ibarətdir və həmin tikililərdən axan yağış suları iddiaçının həyətinə tərəf axır. Hazırda iddiaçı, mülkiyyətində olan 5166 saylı bağ sahəsi ilə qonşuluqda olan 5167 saylı bağ sahəsinin sərhəddində inşa edilən ortaq divara, daş hasara bitişik şəkildə cavabdeh tərəfindən inşa edilmiş təxminən 17,5 metr uzunluğunda tikilinin qanunsuz hesab edilməklə sökülməsini və cavabdehdən mənəvi zərərə görə onun xeyrinə 20.000 manat pulun tutulmasını iddia edir. Cavabdeh isə iddiaçıya məxsus bağ sahəsi ilə sərhəddə yerləşən daş hasarın üzərində, öz mülkiyyətində olan torpaq sahəsində tikililər inşa etdiyini və yalnız bu tikililərdə tamamlama işləri apararkən iddiaçının həmin tikililərə razılığının olmadığını bildirib hazırki mübahisəni açdığını, inşa etdiyi tikililərin öz mülkiyyətində olan torpaq sahəsində yerləşdiyini və həmin tikililərin iddiaçının öz bağ sahəsindən istifadəsinə heç bir məhdudiyyət yaratmadığını göstərib, iddiaya etiraz edir. Əvvəla, mülki qanunvericiliyə görə, ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülki yyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin və sair (Mülki Məcəllənin 170-ci maddəsi). Maddənin mənasına görə, öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə hədsiz təsirlərdən çəkinməlidir və sözügedən normada hədsiz təsir anlayışı açıqlanır və təsirlərin mümkün dərəcəsi müəyyənləşdirilir. Belə konkretləşmənin hüquqi əhəmiyyəti ondan i barətdir ki, mümkünlük həddində olan təsirlərə qonşu dözməlidir. Digər tərəfdən, qeyd olunan normada qonşuya gedən qazın, qoxunun, səs-küyün, titrəyişlərin və digər oxşar amillərin yaratdığı təsirlər aşağıdakı hallarda yolverilən (dözümlü) hesab edilir: birincisi, qonşuya öz sahəsindən istifadə etməyə maneçilik törətmədikdə; ikincisi qonşunun hüququnu əhəmiyyətsiz dərəcədə pozduqda. Göründüyü kimi, bu iki halda qonşunun hüququnun əhəmiyyətsiz dərəcədə pozulmasına yol verilir. Lakin, belə təsirin adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədləri aşarsa, təsirə məruz qalan qonşu pul şəklində digər qonşudan pul şəklində müvafiq kompensasiya tələb edə bilər. Bu halda dözümlülüyün meyarı təsirin adi istifadədən əmələ gəlməsi, yolverilənlik dərəcəsi və qarşısının alına bilinməməsidir. Haz ırki halda, tərəflərin mülkiyyətlərində olan bağ sahələrini orta divar ayırır və həmin orta divar məhz qonşuların torpaqlarının kəsişmə sərhəddində yerləşir. Cavabdeh bilavasitə ortaq divarın üstündə uzunluğu təxminən 17 metr olan tikililər inşa edib və həmin tikililərin dam örtüyü iddiaçının həyətinə tərəf təxminən 30-40 sm çıxarılıb. Həmin tikililər isə sahəsi 31 kv.metr (4.5x6.8), sahəsi 11 kv.metr (3.7x2.8) və sahəsi 4 kv.metr olan (1.6x2.6) üç tikilidən ibarətdir və həmin tikililərdən axan yağış suları iddiaçının həyətinə tərəf axır. Kassasiya instansiyası məhkəməsi, sözügedən ortaq divarın tərəflərin mülkiyyətlərində olan bağ sahələrini ayırmasını, həmin ortaq divarın məhz tərəflərin torpaq sahələrinin kəsişmə sərhəddində yerləşməsini, habelə cavabdehin bilavasitə ortaq divarın üst ündə uzunluğu təxminən 17 metr olan tikililər inşa etməsini və həmin tikililərin dam örtüyünün iddiaçının həyətinə tərəf təxminən 30-40 sm çıxarılmasını nəzərə alaraq hesab edir ki, bu hallar iddiaçıya bilavasitə öz torpaq sahəsindən istifadə etməsinə elə bir maneçilik törətməsə də, onun hüququnu müəyyən dərəcədə pozur. Yəni, cavabdehə məxsus tikililərin dam örtüyündən yağış sularının iddiaçının həyətyanı torpaq sahəsinə axıdılması, onun həmin divar boyu torpaq sahəsindən istifadəsini məhdudlaşdırır, həmin divarın daim nəm olmasına şərait yaradır, divarın xarici görünüşünü və tikilinin ümumi fonunu pozur və sair. Belə olan halda sözügedən təsirlər adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədləri aşdığından, təsirə məruz qalan iddiaçı bilavasitə öz torpaq sahəsindən istifadə etməyə maneçilik törədən və onun hüququnu əhəmiyyətsiz dərəcədə pozan tikililərin sökülməsini cavabdehdən tələb etməkdə haqlı olub. Apellyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan maddələrin təfsirində səhvə yol verərək cavabdeh tərəfindən bilavasitə ortaq divarın üstündə inşa edilmiş uzunluğu təxminən 17 metr olan tikililərin və həmin tikililərin dam örtüyündən bilavasitə iddiaçının həyətinə tərəf keçən təxminən 30-40 sm çıxıntının iddiaçının hüququnu pozmasını nəzərə almayıb və iddianı, bağ torpaq sahələrinin sərhəddində inşa olunan ortaq divarda-daş hasara bitişik şəkildə cavabdeh tərəfindən inşa olunmuş sahəsi 31 kv.metr (4.5x6.8), sahəsi 11 kv.metr (3.7x2.8) və sahəsi 4 kv.metr olan (1.6x2.6) tikililərin onun hesabına sökülməsini qət etməklə, cavabdehin öz mülkiyyətində olan torpaq sah əsində daş hasara bitişik şəkildə inşa etdiyi sözügedən tikililərin iddiaçıya öz torpaq sahəsindən istifadə etməyə hansı maneçilik törətdiyini və həmin tikililərin onun hansı hüququnu əhəmiyyətli dərəcədə pozduğunu qətnamədə göstərməyib. Halbuki, Mülki Məcəllənin 180.3, 180.4 və 240.1-ci maddələrinin mənasına görə, torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən quru və ya uçura bilər, öz sahəsindən başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Maraqlı tərəfin müraciəti üzrə məhkəmənin qərarı ilə özbaşına tikinti o, vaxt sökülə bilər ki, həmin tikintinin saxlanılması maraqlı şəxsin hüququnu və qanunla qorunan mənafeyini pozs un və ya onun həyatı və sağlamlığı üçün təhlükə yaratsın. Bu baxımdan, kassasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin öz mülkiyyətində olan torpaq sahəsində inşa etdiyi tikililərin bilavasitə ortaq divarın üstünə düşən və uzunluğu təxminən 17 metr olan hissəsi, habelə həmin tikililərin dam örtüyünün bilavasitə iddiaçının həyətinə tərəf keçən təxminən 30-40 sm hissəsi istisna olmaqla, ortaq divarda-daş hasara bitişik şəkildə cavabdehin öz mülkiyyətində olan torpaq sahəsində inşa etdiyi sahəsi 31 kv.metr (4.5x6.8), sahəsi 11 kv.metr (3.7x2.8) və sahəsi 4 kv.metr olan (1.6x2.6) tikililər özbaşına tikili olsa belə iddiaçının tələbinə əsasən sökülə bilməz. Apellyasiya instansiyası məhkəməsi bu hala diqqət yetirməyib və yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini pozub və düzgün tətbiq etməyib. Ona görə də kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinə- iddianın tikilinin qanunsuz hesab edilməklə sökülməsi hissəsində dəyişiklik edilməli, cavabdehin öz mülkiyyətində olan torpaq sahəsində inşa etdiyi tikililərin bilavasitə ortaq divarın üstünə düşən və uzunluğu təxminən 17 metr olan hissəsi, habelə həmin tikililərin dam örtüyünün bilavasitə iddiaçının həyətinə tərəf keçən təxminən 30-40 sm hissəsi cavabdehin hesabına sökülməli, qalan mübahisələndirilən hissədə iddia rədd olunmalıdır. Kassasiya instansiyası məhkəməsi bu nəticəyə gələrkən həmçinin cavabdehin mülkiyyətində olan 5166 saylı bağ sahəsini iddiaçıdan əvvəl əldə etdiyini, mübahisə predmeti olan sözügedən tikililərin isə iddiaçının 5166 saylı bağ sa həsini əldə edənədək artıq inşa edildiyini və hazırki mübahisənin əslində həmin tikililərin dam örtüyündə müvafiq tamamlama işləri aparılarkən yarandığını də nəzərə alır. Cavabdehdən mənəvi zərərə görə iddiaçının xeyrinə 300 manat pulun tutulması tələbinə gəlincə isə kassasiya instansiyası məhkəməsi hesab edir ki, bu hissədə də apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaq olmaz. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarının 02-ci bəndində göstərilir ki, zərər çəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə- ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi r eaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə- onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Sözügedən Qərarın 2-ci bəndində məhkəmələrə tövsiyə olunub ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məb ləği ağlabatan və ədalətli olmalıdır. Əvvəla, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür və yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən və mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquqi məsuliyyətin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: birincisi, törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; ikincisi, törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; üçüncüsü, ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması. Göründüyü kimi mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu d avranışın nəticəsi deyildirsə, şəxs mülki məsuliyyətə cəlb oluna bilməz. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin, səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Mülki qanunvericiliyə görə, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir və mənəvi zərərin miqdarı mülki hüquq pozuntusu (delikt) törətmiş şəxsin təqsiri və ya zərərçəkənin subyekti v vəziyyəti nəzərə alınmadan obyektiv əsaslara görə müəyyən edilir. İztirab və sarsıntının nəticəsi olan zərər, zərərçəkənin hiss etdiyi fiziki və ya psixoloji ağrı şəklində ortaya çıxdığına görə təzminat bu ağrının dərəcəsinə mütənasib olmalıdır. Ağrının şiddəti obyektiv faktorlara görə dəyərləndirilir. Belə obyektiv faktorlara, törədilən hüquqazidd əməlin növü, ölçüsü, şiddəti, davam etdiyi müddət və onun zərərçəkən şəxsdə mənfi psixoloji reaksiyaya səbəb olması aiddir. Hazırki işdə qeyd olunan hallar istisna olunur və cavabdehin təqsiri üzündən iddiaçının mənəvi iztirab və fiziki sarsıntı keçirməsi və nəticədə ona 300 manat mənəvi zərər dəyməsi mülki iş materialları ilə təsdiq olunmur. Bundan başqa, kassasiya instansiyası məhkəməsi işin hallarını, eyni zamanda iddianın təmin olunan hi ssəsini nəzərə alıb hesab edir ki, sözügedən pozuntunun aşkar edilməsi mənəvi zərərə görə ədalətli kompensasiyanı özündə əhatə edir. Ona görə də bu hissədə iddia rədd olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 417.1.2, 417.1.4 və 417.2-ci maddələrinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi işə baxarkən: apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər; apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər; bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinə- iddianın tikilinin qanunsuz hesab edilməklə sökülməsi hissəsində dəyişiklik edilməli, cavabdehin öz mülkiyyətində olan torpaq sahəsində inşa etdiyi tikililərin bilavasitə ortaq divarın üstünə düşən və uzunluğu təxminən 17 metr olan hissəsi, habelə həmin tikililərin dam örtüyünün bilavasitə iddiaçının həyətinə tərəf keçən təxminən 30-40 sm hissəsi cavabdehin hesabına sökülməli, qalan mübahisələndirilən hissədə iddia rədd olunmalı, qətnamə- cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərə görə 300 manat pulun tutulması hissəsində ləğv edilməli, həmin hissədə yeni qərar qəbul edilməklə iddia rədd olunma lıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 may 2021-ci il tarixli, 2(103)-4010/2021 saylı qətnaməsinə- iddianın tikilinin qanunsuz hesab edilməklə sökülməsi hissəsinə dəyişiklik edilsin. Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi 0,1174 ha torpaq sahəsində yerləşən 5167 saylı bağ sahəsində inşa etdiyi tikililərin bilavasitə ortaq divarın üstünə düşən və uzunluğu təxminən 17 metr olan hissəsi, habelə həmin tikililərin dam örtüyünün bilavasitə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi 0,117 4 ha torpaq sahəsində yerləşən 5167 saylı bağ sahəsinə tərəf keçən təxminən 30-40 sm hissəsi Cavabdeh hesabına sökülsün. Qalan mübahisələndirilən hissədə iddia rədd olunsun. Qətnamə iddianın- Cavabdeh İddiaçı xeyrinə mənəvi zərərə görə 300 manat pulun tutulması hissəsində ləğv edilsin, həmin hissədə yeni qərar qəbul edilməklə iddia rədd olunsun. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar