Məhkəmə qərarları › İş №2(102)-262/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-262/2024

15.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-262/2024 15.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ İş № 2(102)-262/24 (Açar sözlər: kredit müqaviləsi üzrə borcun qaytarılması) Bakı şəhəri, 15 yanvar 2024-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Məmmədov Vidadi Məmməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi və borcun qaytarılması” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-561/2023 nömrəli, 12 aprel 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə 15 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 24 avqust 2021-ci il tarixli, MK/40568/82/15 saylı kredit müqaviləsinə əsasən, Bank Cavabdeh1 36 ay müddətinə illik 24 faizlə 25000 manat məbləğində nağd pul krediti vermişdir.

2. Müqavilə həmçinin zamin Cavabdeh2 tərəfindən də imzalanmış, o, zamin kimi Bank qarşısında borclu Cavabdeh1 ilə eyni həcmdə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür.

3. İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli arayışına əsasən xx.xx.2021-ci il tarixli müqavilə üzrə Cavabdeh1 İddiaçı ASC-yə 23.529,67 manat əsas, 3498,85 manat faiz və 633,03 manat məbləğində cərimə borcu vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı ASC (bundan sonra “iddiaçı” və ya “Bank”) cavabdehlər Cavabdeh1 (bundan sonra “cavabdeh-borclu”) və Cavabdeh2 (bundan sonra 2cavabdeh-zamin”) qarşı iddia ərizəsi ilə Beyləqan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərlə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə 23.529,67 manat məbləğində əsas, 3498,85 manat məbləğində faiz, 633,03 manat məbləğində cərimə borcu olmaqla, cəmi 27661,55 manat borcun və 174 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, borclu ilə iddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli nəğd pul layih əsi müqaviləsinə əsasən, Bank borcluya 36 ay müddətinə, illik 24 faiz olmaqla 25000 manat məbləğində kredit vermişdir. Hazırda borclu ödəniş cədvəlinə əsasən ödəməli olduğu krediti və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə, kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir.

6. Kredit müqaviləsinə əsasən, kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Zaminlə bağlanmış zaminlik müqaviləsinə əsasən, zamin bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıyır və kreditin qaytarılması ilə bağlı borclunun bütün öhdəliklərini icra etməlidir.

7. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəl lənin 428.4, 442, 445.2.1, 448, 449.4, 465.2, 472.1, 472.2 və 501-ci maddələrinə istinad etmişdir.

8. Cavabdehlər birinci instansiya məhkəməsində iştirak etməmişlər.

9. Beyləqan Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 2(020)-1267/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsi ləğv edilmiş, cavabdehlərdən müştərək qaydada 23.529,67 manat əsas, 3498,85 manat faiz borcu, 60 manat məbləğində cərimə borcu olmaqla, cəmi 27.088,52 manat məbləğində kredit borcunun və 160 manat ödənilmiş dövlət rüsumunun tutulub Banka ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 14 manatın iddiaçıya aid edilməsi qət edilmişdir. (hakim Ramiz Nurullayev)

10. Birinci instansiya məhkəməsi iş materiallarına və məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsasən müəyyən etmişdir ki, bankla borclu arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 25.000 manat məbləğində kredit verilmiş, müqavilə həmçinin zamin tərəfindən də imzalanmış və zamin kimi Bank qarşısında borclu ilə eyni həcmdə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İddiaçının xx.xx.2022-ci il tarixli arayışına əsasən borclunun banka 23.529,67 manat əsas, 3498,85 manat faiz və 633,03 manat məbləğində cərimə borcu vardır.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, borclu bankla bağladığı kredit müqaviləsinin şərtlərinə əməl etməmiş, nəticədə banka borcu yaranmışdır.

12. Birinci instansiya məhkəməsi dəbbə pulunun tənasübsüz surətdə çopx hesablanmasını qeyd edərək həmin məbləği azaltmışd ır.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21,442, 443.1, 445.1, 445.2.1, 448, 449.1, 462, 467, 470.1, 472.1, 472.2, 472.3-cü, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdeh-borclu apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın qismən təmin edilməsi hissəsində dəyişdirilməsi, onun banka olan əsas və faiz borcunun real qalıq məbləğinin müəyyən edilməsi və 60 manat cərimə borcuna aid hissədə qətnamənin ləğv edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qismən əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İddiaçı ilə onun arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən ona 36 ay müddətinə illik 24 faiz olmaqla 25000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Müəyyən gecikmələr olsa da, cavabdeh-borclu tərəfindən kredit müqaviləsi üzrə ödəmələr həyata keçirilmişdir və onun banka 23529,67 manat məbləğində əsas borcunun qalması mümkünsüzdür. Belə ki, bank tərəfindən kredit müqaviləsi üzrə qalıq borc və faiz düzgün hesablanmamış, məbləğlər şişirdilmiş və bu amil məhkəmə tərəfindən araşdırılmamış, məhkəmə yalnız iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışı və digər sənədlərlə kifayətlənmiş, qalıq borc məbləğinin konkret olaraq nə qədər olması aydınlaşdırılmamışdır. Ödənişlər edilərkən məbləğlər şişirdilmiş faiz borclarına v ə əsassız cərimələrə silinmiş, əsas borca hesablanmamışdır. Bütün bunların aydınlaşdırılması üçün məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi vacib idi. Həmçinin, kredit müqaviləsinin müddəti bitməmiş, borcun ödənilməsi üçün müəyyən vaxt qalmışdır. Borclu heç vaxt borcun ödənilməsindən yayınmaq məqsədi güdməmiş, onun ödənilməsinə təşəbbüs göstərmişdir. Məhkəmə tərəfindən qeyd edilən faktlar nəzərə alınmamış, ətraflı araşdırma aparılmadan ədalətsiz qətnamə qəbul edilmişdir.

16. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-561/2023 saylı, 12 aprel 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Samir Mayılov (sədrlik edən və məruzəçi), İlha m Əsədov, Tofiq Heydərov)

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və apellyasiya şikayətinin dəlillərinə qəbul etməyərək göstərmişdir ki, Cavabdeh1 birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə iclasından xəbərdar olmuş, o, 04 noyabr 2022-ci il tarixində teleqramla məhkəməyə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının başqa vaxta keçirilməsini xahiş etmişdir. Həmin teleqrama uyğun olaraq məhkəmə iclası təxirə salınmış, lakin məhkəmənin növbəti – 28 noyabr 2022-ci il tarixli iclasında da Cavabdeh1 iştirak etməmiş, öz etirazlarını bildirməmişdir. O, bunun üçün imkanı olsa da, iddia tələbinə apellyasiya şikayətində irəli sürdüyü etirazlarını birinci instansiya məhkəməsi tərəfindən araşdırma aparılarkən bildirməmiş, bundan sonra apellyasiya şikayətində borc məbləğinin düzgün hesablanmamasına dair formal mülahizələrini ifadə etmiş, lakin öz mülahizələrini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Bununla yanaşı, məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılsa da, o, apellyasiya məhkəməsinin iclasında da iştirak etməmişdir.

18. Ödənilmiş məbləğlərin yalnız faiz və cərimə borcuna hesablanması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, Bankla borclu arasında bağlanmış 24 avqust 2021-ci il tarixli kredit sazişində nəzərdə tutulmuş Şərtlərin 8.4-cü bəndində tərəflər müştəri tərəfindən ödənilən məbləğin ilk növbədə banka dəyən zərərin, sonra hesablanmış cərimən in və kredit üzrə hesablanmış faizlərin və komisyon haqların, ən nəhayət, kreditin ödənilməsinə yönəldilməsinə dair razılığa gəlmişlər. Həmin müddəaya uyğun olaraq, kredit müqaviləsi üzrə edilmiş ödənişlər yalnız əsas borca hesablanmamış, həm də borclunun ödəməli olduğu faiz və cərimə borcunun da ödənilməsinə hesablanmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi həmçinin onu da qeyd etmişdir ki, cavabdeh-borclu apellyasiya şikayətində tərəfindən ödənişlərin həyata keçirildiyini bildirsə də, kredit müqaviləsi üzrə ödənişlərin edilməsi faktını təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmiş, ödənişlərin edildiyini özündə əks etdirən çek, qəbz və ya digər sənədlə öz etirazını əsaslandırmamışdır. Əksinə, cavabdeh-borclu iş üzrə mühasibatlıq ekspertizasının keçirilməsini tələb etməklə, sübu tetmə yükünü öz üzərindən atmağa çalışmışdır. İddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarışda isə cavabdeh tərəfindən edilmiş ödənişlər aydın şəkildə əks olunduğundan, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə zərurət yoxdur.

20. Həmçinin, hazırkı iş üzrə iddiaçı tərəfindən əsaslı olaraq tələb edilən əsas və faiz borcu məbləğinin azaldılması iddiaçının mülkiyyət hüququnun pozuntusu hesab olunacaqdır. Təsadüfi deyildir ki, MM-in 467-ci maddəsi ilə qanunverici məhkəmələrə yalnız dəbbə pulunun azaldılması səlahiyyətini vermişdir. İş materiallarından da görünür ki, iddiaçı kredit müqaviləsi üzrə 633,03 manat cərimə borcunun tutulmasını tələb etmiş, birinci instansiya məhkəməsi isə Mülki Məcəllənin 467-ci maddəsinə istinad etməklə, tənasübsüz surətdə yüksək dəbbə pulunun h əcmini azaldaraq cərimə borcuna aid hissədə iddianı cəmi 60 manat məbləğində təmin etmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə birinci instansiya məhkəməsi tərəfindən tutulması qət edilmiş 60 manat məbləğində cərimə işin halları nəzərə alındıqda tənasübsüz surətdə yüksək hesab edilə bilməz. Borclu müqavilə ilə gecikmə zamanı hesablanmış cərimə məbləğlərini ödəməyi öhdəsinə götürdüyündən, cərimə borcunun daha da aşağı salınması və ya ümumiyyətlə ləğv edilməsi kreditor olan iddiaçının əmlak mənafelərinə zərər vurmuş olacaqdır. Odur ki, birinci instansiya məhkəməsi cərimə borcuna aid hissədə də düzgün nəticəyə gəlmişdir.

22. Birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən əsas və faiz borcunun tam, cərimə borcunun isə qismən təmin edilməsi maddi və prose ssual hüquq normalarının pozulması kimi qiymətləndirilə bilməz.

23. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni kimi Mülki Məcəllənin 385, 390, 442, 465, 467, 739-cu, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217-ci maddələri və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarı ilə əsaslandrımışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

24. Cavabdeh-borclu (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayətində qeyd olunmuşdur ki, Bankla borclu arasında bağlanılmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin şərtləri 22 dekabr 2021-ci il tarixində borclunun ziyanına dəyişdirilərək 17 yanvar 2022-ci il tarixindən 15 avqust 2024-cü ilədək hər ay 980.82 manat, 26 avqust 2024-cü ildə isə 1596.10 manat ödəməyə məcbur edilmişdir. Qətnamədə 24 avqust 2021-ci il tarixli kredit müqaviləsinin 8.4-cü bəndinə istinad edərkən cavabdeh tərəfindən ödənilmiş ilkin ödənişlər üzrə artıq ödənilmiş məbləğlərin nəzərə alınaraq əsas kredit məbləğindən silinməməsi, xx.xx.2021-ci il tarixindən etibarən cavabdehin ziyanına olaraq kredit müqaviləsinin şərtlərinin dəyişdirilməsinə məcbur edilməsi halına heç bir əhəmiyyət verilməmişdir. İş materiallarından göründüyü kimi, ilkin ödənişlər zamanı artıq ödənilmiş kreditlərin taleyi düzg ün həll olunmamış, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin şərtləri 17 yanvar 2022-ci il tarixindən etibarən dəyişdirilmişdir. Qeyd olunan bu hallara məhkəmə tərəfindən heç bir əhəmiyyət verilməmişdir. Cavabdehin məhkəmədə iştirakı təmin olunmamışdır. Çünki borclu qeydiyyatda olduğu ünvan üzrə yaşamır. Qətnamə MPM-nin 14-cü maddəsinin tələbinə uyğun qəbul edilməmiş, iş hərtərəfli, tam və obyektiv araşdırılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdə n çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməs i, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Maddə

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəz ərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni q ərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələ rək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

28. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının predmeti və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız borclunun apellyasiya şikayəti üzrə olduğu üçün qətnaməni tam yoxlanılması dedikdə, apellyasiya baxışının predmeti olan hissə başa düşülür.

29. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiy yətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmiş, şikayətin dəlillərinə tam qiymət vermişdir.

32. İddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, kredit borcunun q aytarılması barədədir.

33. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, iddiaçı bankla cavabdeh-borclu arasında kredit müqaviləsi bağlanıb, kredit müqaviləsi üzrə cavabdehə kredit verilib, cavabdeh kredit müqaviləsi üzrə öhdəlikləri icra etməyib.

34. Apellyasiya instansiyası məhkəməsi borc məbləğinin şişirdilməsi və bu məqsədlə mühasibatlıq ekspertizasının təyin edilməli olması barədə cavabdehin dəlillərini əsassız saymışdır. (hazırki qərarın 17-19-cu bəndləri)

35. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsinə görə işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

37. Göründüyü kimi, qanunvericilik ekspertiza təyin edilməsi üçün əsaslandırılmış vəsatətin verilməsini mühüm şərt kimi irəli sürmüşdür.

38. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə tərəfinin ekspertiza təyin edilməsi barədə dəlili özü-özlüyündə ekspertiza keçirilməsi üçün əsas sayıla bilməz. Bütün hallarda mübahisə tərəfi bu və və ya digər halın müəyyən edilməsi üçün ekspertiza təyin edilməli olması barədə vəsatətini əsaslandırmalıdır.

39. Hazırki işdə isə cavabdeh borc məbləği ilə razı olmadığını ümumi sözlərlə ifadə etmiş və apellyasiya instansiyası məhkəməsi də düzgün olaraq borcun dəqiqləşdirilməsi məqsədilə ekspertizanın təyin olunmasına ona görə zərurət görməyib ki, ekspertizanın təyin olunması üçün real əsaslar mövcud olmalı, təqdim olunmuş sübutlarla tələb olunan məbləğ arasında uyğunsuzluq müəyyən edilməlidir.

40. Bankla borclu arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin şərtlərinin 22 dekabr 2021-ci il tarixində borclunun ziyanına dəyişdirilməsi barədə kassasiya şikayətini dəlilləri ilə bağlı qeyd edilməlidir ki, bu dəlil yeni olmaqla, işin faktiki hallarının araşdırılmasına yönəlmişdir ki, belə dəlillərə də kassasiya icraatında baxılmır.

41. Apellyasiya instansiyası məhkəməsində iştirakının təmin edilməməsi barədə kassasiya şikayətinin dəlilinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, bu dəlil də əsassızdır, çünki məhkəmə iclasının vaxtı və yeri barədə göndərilmiş poçt bildirişi cavabdehə qeydiyyatda olduğu ünvan üzrə çatdırılsa da, məhkəmə iclasında iştirak etməmiş və qabaqcadan da apellyasiya məhkəməsinə bu barədə məlumat verm əmişdir. Məhkəmə iclasında iştirak etməməsinin məsuliyyətini cavabdeh özü daşıyır. Mülki Prosessual Məcəllənin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə görə də işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur.

42. Həmçinin Mülki Prosessual Məcəllənin 146-cı maddəsinə görə məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır v ə çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Bu səbəbdən borclunun qeydiyyatda olduğu ünvan üzrə yaşamaması barədə dəlili də əsaslı sayıla bilməz.

43. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq yuxarıda qeyd edilən maddi hüquq normalarına əsasən iddianı qismən təmin edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Çünki işin müəyyən edilmiş halları həmin normaların dispozitiv şərtlərinə uyğun gəlir, eləcə də sübutlar prosessual qaydalara uyğun qiymətləndirilib.

44. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barəd ə şikayətin dəlilləri əsassızdır.

45. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-561/2023 nömrəli, 12 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar