Məhkəmə qərarları › İş №2(102)-2620/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2620/2022

07.06.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2620/2022 07.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X2 nümayəndəsi İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, kəsici müddət Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, iddiaçı X2 nümayəndəsi İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10059/2021 nömrəli, 09 dekabr 2021ci il tarixli qətnaməsin dən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 07 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 963 saylı bağ sahəsi 06 iyul 2013cü il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən X2 mülkiyyətində olmuş və 12 iyul 2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən bağ sahəsi onun tərəfindən Cavabdeh2 30.000 manata satılmışdır.

2. Alqı-satqı müqaviləsi notariatda təsdiq edilmiş və müqavilə 22 yanvar 2013-cü il tarixli etibarnamə əsasında Firəngiz İsmayılovanı təmsil edən Cavabdeh1 tərəfindən bağlanmışdır.

3. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 05 aprel 2017-ci il tarixli qətnaməsi ilə X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş və bundan sonra Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının 12 iyul 2017-ci il tarixli sərəncamına əsasən, İddiaçı2 anası Firəngiz İsmayılovanın üzərində qəyyum təyin edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçının nümayəndəsi cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 22 yanvar 2013-cü il tarixli etibarnamənin Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 25 iyul 2017- ci il tarixli qətnaməsi ilə etibarsız hesab edilməsini əsas göstərməklə bağ sahəsinə dair 12 iyul 2013-cü il tarixli alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş 30 iyul 2013-cü il tarixli Reyestrdən Çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi işin yuxarıda qeyd edilən fak tiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, X5 onun anasıdır. Anası anadangəlmə dərin əqli zəifliyin, nitqin qüsuru ilə müşahidə olunan xəstəliyi ilə doğulmuşdur və hazırda birinci qrup əlildir. O, ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasının anlaya bilmir və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Anası və o artıq uzun illərdir ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 34 saylı evin, 30 saylı mənzilində yaşayırıq, mübahisə predmeti olan mənzildə pasport qeydiyyatında olmuşlar. Bir neçə il bundan öncə dayısı Cavabdeh1 X7 və İddiaçı2 qarşı Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 34 saylı evin, 30 saylı mənzilinə istifadə hüquqlarının itirilməsinə və ədalətli kompensasiya ödənilməklə mənzildən çıxarılmalarına dair ilk iddia ərizəsi ilə Xətai rayon Məhkəməsinə müraciət etmişdir. Bundan sonra ona məlum olmuşdur ki, dayısı Cavabdeh1 anası X2-psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan, öz hərəkətlərinin mənasını başa düşməyən doğma bacısının adından xx.xx.2013-cü il tarixdə etibarnamə almış və ona xx.xx.2014-cü il tarixdə mübahisə predmeti olan mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən çıxarış verilmişdir. Sözügedən mənzil babasının mülkiyyətində olmuşdur. Valideynləri ailə qurduqdan sonra babası mübahisəli mənzili yaşamaq üçün onlara vermişdir. O, həmin mənzildə anadan olmuş və anası ilə birlikdə bu günədək həmin mənzildə yaşayır. Babası vəfat etdikdən s onra nənəsi həmin mənzili özəlləşdirmiş və vəsiyyətnamə ilə anası və ona vəsiyyət etmişdir. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 34 saylı evin 30 saylı mənzilində yaşamalarına, mübahisə predmeti olan mənzildən istifadə hüquqularının olmasına və həmin mənzildə pasport qeydiyyatında olmalarına baxmayaraq, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh1 razılıqları olmadan, onlardan xəbərsiz mənzili özəlləşdirmişdir. Bütün yuxarıda göstərilən xüsusatlara istinadən onlar həmin iş üzrə qarşılıqlı iddia verərək, ilkin iddia tələbinin rədd edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilərək, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 34 saylı evin, 30 saylı mənzilə köçürülmələri və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşın maz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışın etibarsız hesab edilməsi və sözügedən mənzilə köçürülməyi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 25 iyul 2017-ci il tarixli, 2(011)-1472/2017 saylı qətnaməsi ilə Cavabdeh1 X5 və İddiaçı2 qarşı Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti 34 saylı evin, 30 saylı mənzilinə istifadə hüquqlarının itirilməsinə və ədalətli kompensasiya ödənilməklə mənzildən çıxarılmalarma dair ilk iddia ərizəsinin təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, Bakı şəhəri 43 saylı Dövlət Notariat Kontorunda təsdiq olunmuş X2 Cavabdeh1 verdiyi xx.xx.2013-cü il tarixli 7E/02-1670 reyestr nömrəl i etibamamənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 34 saylı evin, 30 saylı mənzilinin özəlləşdirilməsi etibarsız hesab edilməsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən Cavabdeh1 Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 34 saylı evin, 30 saylı mənzilinə dair verilmiş xx.xx.2014-cü il tarixli, RX seriyalı ******* saylı çıxarışın etibarsız hesab edilməsi, X5 və İddiaçı2 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 34 saylı evin, 30 saylı mənzilə köçürülməsi qət edilmişdir. Bu qətnamədən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh1 nümayəndəsi X16 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və ilk iddia tələbənin təmin edilməsi, qarşılıqlı iddia tələbinin isə rədd olunması ha qqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-186/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 25 iyul 2017-ci il tarixli 2(011)- 1472/2017 saylı qətnaməsinin ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh1 (apellyasiya şikayətinə) münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamədən kassasiya şikayəti verilməmişdir. Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 34 saylı evin, 30 saylı mənzildən əlavə nənəsi İsmayılova X17 məxsus Bakı şəhəri, Xəzər rayonu (keçmiş Əzizbəyov rayonu), Mərdəkan qəsəbəsi, Əncirli bağlar massivində yerləşən 963 saylı bağ sahəsi olmuşdur. Nənəsi İsmayılova X18 xx.xx.1997-ci il tarixdə Bakı şəhəri 36 saylı dövlət notariat kontorunda 2Bİ-01 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnaməsində özünə məxsus bütün əmlakları, eyni zamanda, Bakı şəhəri, Xəzər rayonu (keçmiş Əzizbəyov rayonu), Mərdəkan qəsəbəsi, Əncirli bağlar massivində yerləşən 963 saylı bağ sahəsini ünvan 1 ünvanında yaşayan anası xx.xx.1960-cı il təvəllüdlü X3 və ünvan 2 ünvanında yaşayan xalası X10 vəsiyyət etmişdir. Xətai rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 201 saylı sərəncama əsasən anası xx.xx.1960-cı təvəllüdlü X2 üzərində qəyyum təyin edildikdən sonra tərəfindən ərizə ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat arxivinə müraciət edilmişdir. Müraciətinə cavab olaraq, 05/01-i-69/13 saylı, 07 noy abr 2017-ci il tarixli məktub ilə 08 yanvar 1997-ci il tarixdə 2B-İ-01 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamənin dəyişdirilməsi və ləğv edilməsi barədə məlumat olmadığı, vəsiyyətnamənin arxivdə olduğu bildirilmiş və sözügedən vəsiyyətnamənin dublikatı təqdim olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladıqları ərizəyə verilmiş cavab məktubunda görünür ki, Bakı şəhəri, Xəzər rayonu (keçmiş Əzizbəyov rayonu), Mərdəkan qəsəbəsində yerləşən 0,21 ha torpaq sahəsi olan 963 saylı bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş X9 və İstismar Birliyi ilə X5 (sənəddə olduğu kimi) arasında 23.l2.l997-ci il tarixli, 5667 nömrəli müqavilə bağlanmışdır. Sözügedən torpaq sahəsinin 0. 11 ha hissəsi icarədarın və ailə üzvlərinin notarial qaydada təsdiq edilmiş razılıq ərizələrinə əsasən X8 adına keçirilmiş və həmin bağ sahəsinə 963A ünvanı verilmişdir. Daha sonra Xəzər rayonu (keçmiş Əzizbəyov rayonu), Mərdəkan qəsəbəsində yerləşən 963 saylı bağ sahəsinin 0,10 ha hissəsinin icarəyə verilməsinə dair keçmiş X9 və İstismar Birliyi ilə X5 arasında xx.xx.2002-ci il tarixli, 5667 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilə əsasında isə Bakı şəhəri, Xəzər rayonu (keçmiş Əzizbəyov rayonu), Mərdəkan qəsəbəsində yerləşən 963 saylı bağ sahəsi X2 adına dövlət reyestrindən qeydiyyatdan keçmişdir. Bu isə təsdiq edir ki, sözügedən 963 nömrəli bağ sahəsi həqiqətən də xüsusi mülkiyyət hüququ əsasında X3 məxsus olmuşdur. Lakin ərizədən ona belə məlum olmuşdur ki, sözügedən bağ sahəsi xx.xx.2013-cü il tarixdə, yəni Bakı şəhəri 43 saylı Dövlət Notariat Kontorunda təsdiq olunmuş X2 adından Cavabdeh1 xx.xx.2013-cü il tarixli 7E/02-167O reyestr nömrəli etibarnamə verilməsindən cəmi 6 ay sonra Cavabdeh1 tərəfindən həmin bağ sahəsinin 0.093802 hektardan ibarət olan hissəsi Bakı şəhərinin notariusu Əli.A.Hüseynov tərəfindən təsdiq edilmiş xx.xx.2013cü il tarixli 4-Ə-01/1048 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh2 adına özgəninkiləşdirilmişdir. Artıq qeyd etdiyi kimi Bakı şəhəri Xətai rayon Məhkəməsinin 25 iyul 2017-ci il tarixli, 2(011)-1472/2017 saylı qətnaməsi ilə X2 Cavabdeh1 Bakı şəhəri 43 saylı Dövlət Notariat Kontorunda verdiyi xx.xx.2013-cü il tarixli 7E/02-1670 reyestr nömrəli etibarnamə etibarsız hesab olunmuşdur. Bakı şəhəri Xəzər rayonu (keçmiş Əziz bəyov rayonu), Mərdəkan qəsəbəsində yerləşən 963 saylı bağ sahəsi isə həmin etibarnamə əsasında xx.xx.2013-cü il tarixdə özgəninkiləşdirilmişdir. Odur ki, göstərilən əsaslara görə hesab edir ki, xx.xx.2013-cü il tarixdə satıcı Cavabdeh1 və alıcı Cavabdeh2 arasında bağlanmış alğı-satqı müqaviləsi də etibarsız hesab olunmalı, xx.xx.2013-cü il tarixli 4Ə01/1048 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasən xx.xx.2013-cü il tarixdə Cavabdeh2 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfındən daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatdan keçmiş qeyd və çıxarış etibarsız hesab edilməli və Bakı şəhəri, Xəzər rayonu (keçmiş Əzizbəyov rayonu), Mərdəkan qəsəbəsində yerləşən 963 saylı bağ sahəsi müqavilədə qeyd olunmuş 0,10 hek tar sahə olaraq hüquqi vəziyyətə qaytarılaraq X2 mülkiyyət hüquqları tanınmaqla sahibliyinə verilməlidir.

6. Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin etibarsazlığı tələbinə dair mülki iş üzrə iddiaçı iddia ərizəsində xx.xx.2013-cü il tarixli 4-Ə-01/1048 reyestr nömrəli alqısatqı müqaviləsinin etibarsız hesab olunmasına və xx.xx.2013-cü il tarixli 4Ə01/1048 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixdə Cavabdeh2 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatdan keçmiş qeydin və çıxarışın etibarsız hesab olunmasına dair qətnamə qəbul edilməsini tələb etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 iyul 2017- ci il tarixli, 2(011)-1472/2017 saylı qətnaməsi ilə Cavabdeh1 cavabdehlər X3 və İddiaçı2 qarşı Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 34 saylı evin 30 saylı mənzilinə istifadə hüquqlarının itirilməsinə və ədalətli kompensasiya ödənilməklə mənzildən çıxarılmalarına dair ilkin iddia ərizəsinin təmin edilməməsi, qarşılıqlı iddia ərizəsinin təmin edilməsi, Bakı şəhəri 43 saylı Dövlət Notariat Kontorunda təsdiq olunmuş X2 Cavabdeh1 verdiyi 22 yanvar 2013-cü il tarixli, 7E/02–1670 reyestr nömrəli etibarnamənin etibarsız hesab edilməsi, Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 34 saylı evin 30 saylı mənzilinin özəlləşdirilməsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakı n Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Cavabdeh1 Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 34 saylı evin 30 saylı mənzilinə dair verilmiş 11 avqust 2014-cü il tarixli, RX seriyalı ******* saylı çıxarışın etibarsız hesab edilməsi, X2 və İddiaçı2 Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 34 saylı evin 30 saylı mənzilinə köçürülmələri qət edilmişdir. Həmin işə baxılarkən də X2 və İddiaçı2 xx.xx.2013·cü il tarixli 4-Ə–01/1048 reyestr nömrəli alqı-satqı müqaviləsindən xəbərlərinin olmasına baxmayaraq həmin müqaviləni mübahisələndirməmişdirlər. X1 və İddiaçı2 Cavabdeh1 ilə barışıq əldə etdiklərindən Xətai rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək 2(011)-1472/2017 saylı icra işinə xitam verilməsini xahiş etmişlər. İcra işinə xitam verildikdən sonra tərəflərin qarşılıqlı razılığı əsasında Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 34 saylı evin 30 saylı mənzilinin satışından əldə edilən 74000 manatın 37000 manatı X3 və İddiaçı2 verilmişdir. Lakin həmin evdə 6 nəfər qeydiyyatda olduğundan onlara daha az pul verilməli idi. Pul yarı bölündüyündən 06 may 2019-cu il tarixində X5 və İddiaçı2 ərizə yazaraq Cavabdeh1 qarşı heç bir iddia tələblərinin olmadığını bildirmişlər. Həmçinin Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 963 saylı bağ sahəsinin şatışından əldə edilən 30000 manat tam olaraq X3 və İddiaçı2 verilmişdir. Həmçinin xx.xx.2013-cü il tarixli, 4-Ə01/1048 reyestr nömrəli alqı-satqı müqaviləsi üzrə iddia müddəti keçdiyindən də iddia tələbi rədd edilməlidir.

7. Cavabdeh2 nümayəndəsi və vəkili iddia tələbini qəbu l etməyərək bildirmişdir ki, iddiaçı etibarsız sayılmasını tələb etdiyi Bakı şəhəri, Mərdəkan qəsəbəsi, sahəsi 0.093802 ha olan 963 nömrəli bağ sahəsinin alqı-satqısına dair cavabdehlər arasında bağlanmış xx.xx.2013-cü il tarixli 4-Ə-01/1048 reyestr nömrəli müqavilə barədə 2017-ci ildən məlumatı olub. Belə ki, onunla Cavabdeh1 arasında olan mənzilə dair mübahisə üzrə Xətai Rayon Məhkəməsinin icraatında olmuş 2(011)-1472/2017 nömrəli mülki iş üzrə həmin məhkəməyə təqdim etdiyi qarşılıqlı iddia ərizəsini əsaslandırarkən “Cavabdeh1 anasının adına olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əncirli bağ massivində yerləşən 963 saylı bağ sahəsini də qanunsuz mənimsəyərək satdığını” göstərmişdir. Qeyd olunanlara əsasən hazırkı tələb üzrə iddia müddətini tətbiq edilməsi və həmin müddətin ke çməsi ilə əlaqədar iddianın təmin olunmaması barədə qətnamə çıxarmasını xahiş etmişdir.

8. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim Z.M.Tağıyev) (bundan sonra – birinci instansiya məhkəməsi) 11 mart 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının cavabdehlərə qarşı iddia qaldırmağa subyektiv hüququ olsa da, tələb üçün qanunla müəyyən olunmuş 1 (bir) illik iddia müddətini üzrsüz səbəbdən buraxmışdır.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 347.1, 354, 368., 372, 373.1, 374.1, və 375-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

11. İddiaçının nümayəndəsi İsmayılova (Ağayeva) Tamara İlqar qızı qətnamədən apellyasiya şikayəti v erərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1740/2021 saylı mülki iş üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Ə.Sarıyev (sədrlik edən və məruzəçi), E.Ə.Mehdiyev və Ş.A.Məmmədova) iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia rədd edilmişdir.

13. Məhkəmənin iddianı rədd edərkən mövqeyi ondan ibarət olmuşdur ki, tərəflərin yaşadıqları Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 saylı evin 30 saylı mənzilinin özəlləşdirilməsi ilə əlaqədar onların arasında olan m übahisənin həlli üzrə qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 noyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçının mübahisəli bağ evinin 2013-cü ildə satılmasından məlumatlı olmasının müəyyən olunmasını, lakin buna baxmayaraq alqı-satqı müqaviləsinin etibarsız hesab olunması barədə məhkəmədə 2020-ci ildə iddia qaldırmasını və bununla da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsində müəyyən olunmuş 1 illik müddəti ötürməsini əsas göstərmişdir.

14. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı tərəfindən hazırkı iddia bir illik kəsici müddət ötürülməklə verildiyindən iddia təmin edilməməlidir.

15. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 337.1, 342.1, 346.1, 346.4, 354.1 və 354.2-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməs indəki birinci icraat

16. İddiaçının nümayəndəsi İsmayılova (Ağayeva) Tamara İlqar qızı qətnamədən kassasiya şikayəti verərək, iddianın təmin olunmayan hissəsində qətnamənin ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

17. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 14 iyul 2021-ci il tarixli, 2(102)-4300/21 saylı qərarı ilə (sədrlik edən və məruzəçi hakim İ.R.Xələfov, hakimlər G.A.Quliyev və Z.Ə.Əliyev) iddiaçının nümayəndəsinin kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.

18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, İddiaçı1 qardaşı Cavabdeh1 adına etibarnamə verərkən anlaqsız vəziyyətdə olmuş və sonuncu həm in etibarnamə əsasında, yuxarıda qeyd olunduğu kimi, həm mənzili özəlləşdirmiş, həm də bağ evini başqasına satmışdır. İşdən həmçinin görünür ki, İddiaçı1 tərəfindən 22 yanvar 2013-cü il tarixli etibarnamə verilərkən bağ sahəsi onun mülkiyyətində olmamışdır. İddiaçı1 bağ sahəsinə olan mülkiyyət hüququ 06 iyul 2013-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Həmin etibarnamədə, onun verilməsindən sonra yaranacaq mülkiyyət üzərində sərəncam vermək hüququnun başqasına etibar edilməsi nəzərdə tutulmamışdır.

19. Məhkəmə kollegiyası mübahisənin ədalətli və qanuni həlli üçün əhəmiyyət kəsb etməsini nəzərə alaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021 -ci il tarixli qərarında şərh olunmuş hüquqi mövqeyini diqqətə çatdırmağı zəruri hesab etmişdir.

20. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 346.1, 354.1 və 354.2-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-10059/2021 saylı mülki iş üzrə 09 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər T.S.Səmədov (sədrlik edən və məruzəçi), İ.S.Şirinov və A.V.Tanrıverdiyev) iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 arasında Bakı şəhəri 53 saylı Notariat Kontorunda bağlanmış Bakı şəhəri, Xəzər rayonu, Mərədəkan qəsəbəsi, sahəsi 0,093802 hektar olan 963 nömrəli bağ sahəsinin xx.xx.2013cü il tarixli, 4-Ə-01/1048 reyestr nömrəli alğı-saqı müqaviləsi etibarsız hesab edilmiş, həmin müqavilə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət reyestri haqqında daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına aparılmış qeydiyyat və onun adına verilmiş xx.xx.2013-cü il tarixli, seriya RX ******* nömrəli çıxarışın ləğv edilməsi qət edilmişdir.

22. Məhkəmə k ollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən işin faktiki hallarını kifayət qədər araşdırmamış, nəticədə hüququn tətbiqində səhv buraxmış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir.

23. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 346.1, 354.2-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. Cavabdeh2 (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qəra r qəbul edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarının tələblərini pozmuş, mülki qanunvericiliyin hansı normasının pozulması qətnamədə əsaslandırılmamışdır.

26. Kassator kassasiya şikayətinin dəlillərinin hüquqi əsası kimi Mülki Məcəllənin 140, 182.1, 346.1, 359.1, 354.2 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

28. Maddə 140.1. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

29. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər

30. Maddə 346.1 Fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

31. Maddə 346.4. Ruhi xəstə şəxsi n iradə ifadəsi real şəraitin düzgün qavranışına uyğun gəlmədikdə və şəxs məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıldıqda iradə ifadəsi etibarsızdır.

32. Maddə 354.1 Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

33. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəmə sinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarı

34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 346.1-ci maddəsinə uyğun olaraq fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özü və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası əsasında anlaqsızlığı sübuta yetirilərsə bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılm ası tələblərinə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istin ad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 417.1.4. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Kassasiya baxışının hədləri

41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətin dən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Aşağıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.

44. Kollegiya onu qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi kəsici müddətin keçməsi ilə bağlı məsələyə düzgün qi ymət verməmişdir.

45. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə xx.xx.1960-cı il tarixdə Bakı şəhərində doğulmuş X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. Bundan sonra Xətai rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 201 nömrəli sərəncamı ilə İddiaçı2 fəaliyyət qabiliyyəti olmayan anası X4 üzərində qəyyum təyin edilmişdir. Eyni zamanda işin halları ilə müəyyən olunur ki, Bakı şəhəri, Xəzər rayonu, Mərədəkan qəsəbəsi, sahəsi 0,093802 hektar olan 963 nömrəli bağ sahəsi X4 mülkiyyətində olmuşdur. X7 adından Bakı şəhəri 43 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli etibarnamə əsasında hərəkət edən Cavabdeh1 Bakı şəhəri, Xəzər rayonu, Mərədəkan qəsəbəsi, sa həsi 0,093802 hektar olan 963 nömrəli bağ sahəsini xx.xx.2013-cü il tarixli alğı-satqı müqaviləsi üzrə Cavabdeh2 satmışdır. Hazırda mübahisəli bağ sahəsi Cavabdeh2 mülkiyyətindədir.

46. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, həmin mülki iş üzrə qarşılıqlı iddia üzrə iddiaçı X2 qəyyumu İddiaçı2 mülki iş üzrə məhkəmə mübahisəsi zamanı Bakı şəhəri, Xəzər rayonu, Mərədəkan qəsəbəsi, sahəsi 0,093802 hektar olan 963 nömrəli bağ sahəsinin hazırkı mülki iş üzrə cavabdeh olan Cavabdeh1 tərəfindən satıldığından xəbəri olmuşdur. Belə ki, sözügedən qətnamədə qarşılıqlı iddia tələbinin əsaslandırılmasında qeyd edilmişdir ki, “Cavabdeh1 anasının adına olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Əncirli bağ massivində yerləşən 963 saylı bağ sahəsində mənimsəyərək satmışdır.

47. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

48. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

49. Göründüyü kimi, iddiaçı 2017-ci ildə Bakı şəhəri, Xəzər rayonu, Mərədəkan qəsəbəsi, sahəsi 0,093802 he ktar olan 963 nömrəli bağ sahəsinin Cavabdeh1 tərəfindən satıldığından məlumatlı olduğu halda, bir illik kəsici müddəti ötürməklə, xx.xx.2019-cu il tarixdə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

50. Yəni, iddiaçı tərəfindən hazırkı iddia bir illik kəsici müddət ötürülməklə verildiyindən, iddia təmin edilməməlidir.

51. Nəzərə alınmalıdır ki, qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmə k üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur.

52. Kəsici müddətin keçməsi iddianın rədd olunması üçün müstəqil əsasdır və bu, hüquqi müəyyənlik prinsipinə əməl olunması baxımından əhəmiyyətli olmaqla potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur. Eyni fikir Avropa İnsan Hüquqları Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında da ifadə olunmuşdur. Məsələn: “Stanyo Belçikaya qarşı” iş üzrə xx.xx.2009cu il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənli kdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli qərarında qeyd etmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblər üzrə Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulan iddia müddətləri, 2000-ci il sentyabrın 1-nə qədər yaranmış hüquq münasibətlərindən irəli gələn tələblər üzrə isə əvvəlki Mülki Məcəllənin 73-cü maddəsində göstərilən iddia müddətləri əsas götürülməlidir. Qərarda daha sonra qeyd edilmişdir ki, qanunveri ci başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

54. Azərbaycan Respublikası Konstitusiyası Məh kəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasınd a məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.

55. Qeyd olunanları nəzərə alaraq Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən yuxarıda göstərilənləri nəzərə almamış, kəsici müddəti tətbiq etməklə iddianı rədd etməli olduğu halda, iddianın təmin edilməsi barədə qətnamə qəbul etmişdir.

56. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Həmin qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi t ərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun.

57. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki apellyasiya instansiyası məhkəməsi iddia müddətini tənzimləyən maddi hüquq normalarını düzgün tətbiq etmədiyi üçün qətnamə ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia tələbi təmin edilməməlidir.

58. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10059/2021 nömrəli, 09 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin, iddiaçı X2 nümayəndəsi İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar