Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2622/2024 17.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi və işə bərpa, məcburi işə buraxmaya görə əmək haqqının ödənilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı tələbinə dair” mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)2185/2024 nömrəli, 16 aprel 2024-cü il tarixli qət naməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları
1. İddiaçı "xxxx" MMC-nin 3 iyul 2020-ci il tarixli əmrinə əsasən 2 ay sınaq müddəti ilə, işin birinci 1 ayı sınaq müddəti hesab edilməklə Mexaniki Emal xidmətinin istilik izolyasiya sahəsinə xadimə işinə qəbul edilmişdir.
2. Cavabdeh xx.xx.2023-cü il tarixli, 33/k saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmrinə əsasən, İddiaçı ilə bağlanmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hisssəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə m üraciət edərək, xx.xx.2023cü il tarixli, 34/k saylı əmrin ləğv edilməsi, iddiaçı ilə müddətsiz əmək müqaviləsi bağlanılmaqla, əvvəlki işinə bərpa olunması və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinadla tələbini onunla əsaslandırmışdır ki, bu sahədə 2000-ci ildən etibarən işləmiş və onun xəbəri olmadan 2020ci il tarixdə onunla müddətli əmək müqaviləsi bağlanmışdır. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə onun gördüyü iş daimi xarakter daşımışdır.
5. Daha sonra iddiaçı məhkəməyə vəsatətlə müraciət edərək birdirmişdir ki, mediasiyaya müraciət etdikdən sonra üzünə qaynar su tökülərək yanmışdır. Bu səbəbdən o, qanunla müəyyən edilmiş müddətdə məhkəməyə pozul muş hüquqlarının bərpası üçün müraciət edə bilməmişdir. Odur ki, tərəfindən iddia müddəti üzrlü səbəblərdən ötürülmüşdür.
6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya etiraz edərək məhkəmə tərəfindən iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 noyabr 2023-cü il tarixli 4/1763 saylı ekspert rəyinə əsasən, ekspertizaya təqdim edilmiş, İddiaçı adından olan “Əmək müqaviləsi (kontraktı)”nin arxa tərəfində “7.2 işçinin adı, atasının adı və soyadı göstərilməklə ünvanı, tel:” hissəsində “İmzası:” qrafasında olan imza İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiy a məhkəməsi) e-2(004)-160/2024 nömrəli, 10 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim Təhminə Xəlilova) iddia tələbi təmin edilmişdir.
9. Məhkəmə hesab etmişdir ki, iddiaçı ağır dərəcəli yanıqlar alması nəticəsində məhkəməyə qanunla müəyyən edilmiş bir ay müddətində müraciət edə bilmədiyindən, buraxılmış müddət bərpa edilərək mübahisəyə mahiyyəti üzrə baxılmalıdır.
10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh tərəfindən təqdim edilmiş müddətli əmək müqaviləsinin ekspert rəyinə əsasən saxta olması, iddiaçı tərəfindən imzalanmaması, beləliklə də tərəflər arasında əmək müqaviləsinin bağlanmaması təsdiq edilmişdir. Tərəflər arasında müddətli əmək müqaviləsi bağlanmadığından cavabdeh əsassız olaraq iddiaçını əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə işdən çıxarmışdır.
11. Məhkəmə hesab etmişdir ki, cavabdeh iddiaçı ilə əmək müqaviləsinin Əmək Məcəlləsinin 68-ci maddəsində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq əmək münasibətlərinə xitam verdiyindən, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmr ləğv edilməli, iddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə vəzifəsinə bərpa edilmədir. Bundan əlavə iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanmaması müəyyən edildiyindən və xadimənin əmək funksiyası (yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu) yerinə yetirilməsi şərtlərinə görə daimi xarakterə malik olduğundan və iddiaçı onunla müddətli əmək müqaviləsi bağlamağa razı olmadığından iddiaçı ilə müddətsiz əmək müqaviləsi bağlanmalıdır.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296, 3, 44, 45, 47, 300, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ötürülmüş iddia müddətinin bərpası ilə bağlı məhkəmənin mövqeyi əsassızdır, belə ki, iş materiallarında olan və eməhkəmə sisteminə yerləşdirilmiş və iddiaçının üz nahiyyəsində yanıq xəsarətlərinin olduğu fotoşəkillərin “whatsapp” proqramı vasitəsi ilə göndərilməsi aprel-may aylarında göstərilsə də, həmin fotoşəkillərin məhz həmin vaxt çəkilməsinə və iddiaçının qeyd edilən xəsarətləri həqiqətən aprel-may ayları aralığında almasına dair iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. İddiaçı həqiqətən də üz nahiyyəsindən yanıq xəsarətlərinin almasına dair sağlamlıq müəssisəsinin rəyi, ambulator və ya stasionar müalicə almasına dair sənəd və s. hər hansı sübut təqdim etməmişdir. xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, həmin tarixdə (iddiaçının yanıq xəsarətlərinin aldığını iddia etdiyi vaxt) keçirilən mediasiya sessiyasında iddiaçı şəxsən iştirak etmiş və mediasiya arayışını almışdır. İddiaçı iddia müddətini 3 aydan çox müddətə ötürmüşdür və həmin 3 aydan çox müddət məhz iddiaçının aldığı yanıq xəsarətləri sağaldıqdan sonrakı dövrü əhatə edir. MMC-nin yerinə yetirdiyi işin bütövlükdə daimi liyi birbaşa olaraq təsisçi tərəfindən verilən sifarişdən, həmçinin Cəmiyyətin gördüyü işlərə olan tələbatdan asılı olaraq dəyişməsi təbii olaraq işəgötürənin işçilərlə məhz müddətli əmək müqaviləsi bağlamaq zərurətini yaratmışdır. Ekspert rəyi istənilən halda iş üzrə yeganə mötəbər sübut sayılmamalıdır.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, may ayında mediasiya sessiyasında iddiaçı iştirak etmişdir, belə olan halda iddia ərizəsini vaxtında vermək imkanı var idi. İddiaçı tərəfindən həmin fotoşəkillər hazırlıq iclasında təqdim edilməmiş, son baxış günü məhkəməyə təqdim edilmişdir. İddiaçı iddia ərizəsində konkret onunla müddətsiz əmək müqaviləsi bağlanmasını qeyd etməmişdir. Müəssisədə iş da imi xarakterli deyil, “Azərenerji”-dən gələn sifarişdən asılı olaraq iş yükü dəyişdiyindən müddətli müqavilə bağlanılmışdır. Ekspertiza nəticəsində imzanın iddiaçıya məxsus olmadığı qeyd edilsə də, müəyyən situasiyadan emosianal stressdən və ya tələskənlikdən asılı olaraq insan fərqli imza çəkə bilər, yəni məhkəmənin yalnız bu fakta əsaslanaraq nəticəyə gəlməsi düzgün deyildir. Müəssisəsinin başqa bir işçisinin də iddiası olduğundan həmin işçi də iddiaçı ilə birlikdə eyni vəkilə müraciət etmişlər, həmin vəkil işi gecikdirdiyinə və sənədləri özündə saxladığına görə müddət ötürülmüş və vaxtında məhkəməyə müraciət etməmişlər, eyni vaxtda mediasiya sessiyasından keçmişlər, eyni vaxtda da iddia verilmişdir.
16. İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xa hiş etmiş və izahatında bildirmişdir ki, iddia ərizəsinin verilməsi üçün sənədləri vəkil Şəlalə Tağıyevaya vermiş, lakin həmin vəkil sənədləri özündə saxlamaqla məhkəməyə verməmişdir. Həmin vəkillə bağlı Vəkillər Kollegiyasına şikayət verilmiş, onun şikayəti əsasında İntizam Komissiyasının iclası keçirilmişdir.
17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 2(103)-2185/2024 nömrəli, 16 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Məhəmməd Rüstəmli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razıl aşaraq qeyd etmişdir ki, iddiaçı həqiqətən iddia ərizəsinin verilməsi üçün vəkil Şəlalə Tağıyevaya tapşırıq vermiş, yəni iradəsi iddia ərizəsinin verilməsinə yönəlmiş, lakin həmin vəkilin səhlənkarlığı nəticəsində iddia ərizəsi vaxtında verilməmişdir. Həmin vəkil barəsində isə şikayət ərizəsi ilə müraciət edilmişdir.
19. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı tərəfindən müddət üzrlü səbəbdən ötürüldüyündən, məhkəmə haqlı olaraq iddia tələbinə mahiyyəti üzrə baxmışdır.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı 5 ildən artıq müddətdə cavabdeh təşkilatda işləmiş və yerinə yetirdiyi işin daimi xarakter daşıması mübahisə doğurmamış, belə olan halda onunla əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalı idi. «Qarşılıqlı razılığa» gəldikdə isə, qanunun tələbinə görə, bu, tərə flərin hüquq bərabərliyi prinsipinə əsaslanmalı, bir tərəfin (işəgötürənin) digərinə (işçiyə) münasibətdə üstün mövqeyinə görə subyektiv yanaşmaya şərait yaratmamalıdır. Cavabdeh qanunun ona verdiyi hüquqdan sui-istifadə edərək iddiaçı ilə müddətli əmək müqaviləsi bağlamışdır ki, həmin müqavilənin də mötəbərliyi təsdiq olunmamışdır. Həmçinin, uzun illər eyni müəssisədə çalışmış işçi ilə 2 ay müddətinə əmək müqaviləsinin bağlanması real və işçinin mənafeyinə uyğun hesab edilə bilməz. Əmək müqaviləsində müddət təyin edilməsi isə iddiaçının istənilən vaxt rahatlıqla işdən çıxarılmasına nail olmaq məqsədinə xidmət etmişdir.
21. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45.1. 45.4, 45.5, 51, 296.2, 296.6 və 300-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassa siya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə yanaşı həmçinin onunla əsaslandırılmışdır ki, apelyasiya məhkəməsinin iddiaçının iddia ərizəsinin verilməsini vəkil Şəlalə Tağıyevaya tapşırmasını, yəni dolayısıyla onun iradəsinin iddia ərizəsinin verilməsinə yönəlməsini, lakin həmin vəkilin səhlənkarlığı nəticəsində iddia ərizəsinin vaxtında verilməməsini əsas gətirərək bu halı Əmək Məcəlləsinin 47.6-cı maddəsində qeyd edilən müddətin ötürülməsini üzürlü hal hesab etməyə əsas verən “digər obyektiv hal” kimi q iymətləndirməsi mövqeyi ilə aşağıdakılara əsasən razı deyildir: iddiaçı iddia müddətinin ötürülməsini məhz üzünün yanması ilə əlaqəndirmiş, apelyasiya məhkəməsində isə guya vəkil səhlənkarlığı nəticəsində iddia müddətinin ötürülməsini qeyd etmişdirdir. Lakin apelyasiya məhkəməsi iddiaçının müxtəlif üzrlü səbəblərə istinad etməsinin inadırıcı və mötəbər olmasına şübəhələr olduğu halada, bu ziddiyyətli hala düzgün hüquqi qiymət verməmiş və iddiaçının sonradan apelyasiya məhkəməsi zamanı qeyd etdiyi səbəbi (vəkil səhlənkarlığı) əsas gətirərək müddətin bərpa edilməli olması qənaətinə gəlmişdir. İddiaçının mediasiya üçün medisiya təşkilatına müraciət etməsi və sonradan iddia ərizəsini iddia müddətini ötürməklə olsa belə məhkəməyə təqdim etməsi özlüyündə “onu iradəsinin iddia ərizəsinin verilm əsinə yönəlməsini” göstərir və hesab etmişdir ki, bu işin mübahəsiz halıdır. Lakin iddia müddətinin ötürülməsi iddia ərizəsinin verilməsinə dair iradə ifadəsinin göstərilməsindən daha çox, iddia ərizəsinin verilməsi üçün iradə ifadəsi olduğu təqdirdə belə bu müddətin subyektiv səbəblərdən ötürülməsi ilə bağlı olan hal olmuşdur. Həmçinin apellyasiya instansiyası məhkəməsi cavabdeh təşkilatla iddiaçı arasında olan münasibətlərin həqiqi xarakterini müəyyən etməmiş, cavabadeh MMC-nin digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanılmadığı halını araşdırmamış, cavabdeh təşkilata işçilərlə bağlanılan müqavilələrin müddətli olub-olmamasına dair MMC-yə müvafiq sorğular göndərməmiş, məhkəmə araşdırması zamanı bu məsələlərə ümumiyyətlə toxunmamışdır.
24. Kassasiya şikayəti Azərbaycan Respublikas ının Əmək Məcəlləsinin 45.4, 45.5 və 47-ci maddəərinə, Azərbaycan Respublikası Konustitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2024-cü il tarixli Qərarına istinadla əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Əmək Məcəlləsi
26. Maddə 42 (1-ci hissə). Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
27. Maddə
45. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqavilə si hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
28. Maddə
47. Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmam ası ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müv afiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.
29. Maddə 68.
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilə r.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır:...b) əmək müqaviləsinin müddətinin qurtarması.
30. Maddə 73.
1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
2. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtar dığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.
31. Maddə 296.2. Fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
32. Maddə 300 (1-ci hissə). Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə... çıxarır. Mülki Prosessual Məcəllə
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda if adə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalar ının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılı. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual h üquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, iddiaçı hazırkı tələbini qanunla müəyyən olunmuş iddia müddətini üzürlü səbəbdən ötürmüşdür. Bu səbəbdən məhkəmə haqlı olaraq iddia müddətinin tətbiqinin istisna olması nəticəsinə gəlmişdir.
43. Apellyasiya instansiya məhkəməsi cavabdeh tərəfin digər dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçı 5 ildən artıq müddətdə cavabdeh təşkilatda işləmiş və yerinə yetirdiyi işin daimi xarakter daşıması mübahisə doğurmamış, belə olan halda onunla əmək müqaviləsi müddəti müəyyən edilmədən bağ lanmalı idi. «Qarşılıqlı razılığa» gəldikdə isə, qanunun tələbinə görə, bu, tərəflərin hüquq bərabərliyi prinsipinə əsaslanmalı, bir tərəfin (işəgötürənin) digərinə (işçiyə) münasibətdə üstün mövqeyinə görə subyektiv yanaşmaya şərait yaratmamalıdır. Cavabdeh qanunun ona verdiyi hüquqdan sui-istifadə edərək iddiaçı ilə müddətli əmək müqaviləsi bağlamışdır ki, həmin müqavilənin də mötəbərliyi təsdiq olunmamışdır. Həmçinin, uzun illər eyni müəssisədə çalışmış işçi ilə 2 ay müddətinə əmək müqaviləsinin bağlanması real və işçinin mənafeyinə uyğun hesab edilə bilməz. Əmək müqaviləsində müddət təyin edilməsi isə iddiaçının istənilən vaxt rahatlıqla işdən çıxarılmasına nail olmaq məqsədinə xidmət etmişdir.
44. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
45. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
47. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2185/2024 nömrəli, 16 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.