Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2623/2024 14.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi) iş üzrə QƏRARİ Açar sözlər: mülki hüquqların və vəzifələrin əmələ gəlməsi, əsassız varlanma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1478/2024 nömrəli, 18 aprel 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şi kayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. İddiaçı (bundan sonra “iddiaçı”) ilə Cavabdeh ASC (bundan sonra “cavabdeh”) arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 479 saylı əmək müqaviləsinə əsasən cavabdeh şirkətdə "Korporativ katiblik şöbəsinin qarşılama üzrə köməkçisi” vəzifəsinə işə qəbul olunmuşdur;
3. Tərəflər arasında xx.xx.2020-ci il tarixdə bağlanılmış təhsil müqaviləsinə əsasən cavabdeh iddiaçının 2021-ci ilin yanvar ayından başlayaraq 9 ay müddətinə "EAE” universitetində “Marketinq və satış menecmenti” üzrə magistr ixtisas dərəcəsinə yiyələnməsi üçün 14.850 Avro məbləğində vəsaitin ödənilməsi barədə üzərin ə öhdəlik götürülmüş, eyni zamanda, tərəflər razılaşmışlar ki, iddiaçı təhsilini başa çatdırıb iş fəaliyyətini davam etdirdiyi tarixdən 3 il müddətində cavabdeh ilə bağlanılmış əmək müqaviləsini öz təşəbbüsü ilə ləğv etdikdə və yaxud işdən azad edildikdə (ixtisarla istisna olunmaqla) təhsil və ixtisas artırılması üzrə xərclənmiş məbləğin iş müddətinə proporsional şəkildə geri ödənilməsini təmin edəcəkdir;
4. Tərərflər arasında bağlanılmış xx.xx.2021-ci il tarixli bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 2.2.4-cü bəndinə əsasən kredit, faizlər, komissiyalar, banka ödənilməli olan ödənişlər, bankın reqress qaydada yönəltdiyi tələblər, müqavilə münasibətləri və qanunvericilikdə müəyyən olunan qaydada yaranmış borcların ödənilməsinə yönəldilən pul vəsaitlərini müştərinin bankda olan bütün hesablarından akseptsiz qaydada silmək bankın hüququ kimi müəyyən edilmişdir. Həmin müqavilənin xx.xx.2021-ci il tarixli, 1.1.4 nömrəli şərtlərinin qəbul edilməsi barədə razılıq ərizəsinə əsasən iddiaçı bankın internet saytında yerləşdirilən həmin müqavilənin bütün şərtlərini diqqətlə oxuduğunu, hüquq və vəzifələrini başa düşdüyünü və həmin şərtlərlə razı olduğunu bildirmişdir; 5. xx.xx.2022-ci il tarixdə iddiaçı ərizə ilə cavabdehə müraciət edərək onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və həmin tarixdə iddiaçının bank hesabına son haqq-hesab qeydi ilə 2.072.11 manat məbləğində vəsait köçürülmüş, xx.xx.2022-ci il t arixdə bu vəsait cavabdeh tərəfindən həmin hesabdan silinmişdir;
6. İddiaçının cavabdehə qarşı “işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(009)-315/2023 saylı qətnaməsi ilə rədd edilmiş, həmin qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir;
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-829/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh ASC-nin cavabdeh İddiaçı qarşı “çəkilmiş xərcin qaytarılması” barədə ilk iddiası təmin edilərək, iddiaçıdan xx.xx.2020-ci il tarixli “Təhsil müqaviləsi”nə əsasən təhsil xərci əvəz olaraq ödənilmiş 12.629,47 Avro məbləğində vəsaitin (ödəniş günü Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq), mediasi ya prosesi üçün ödənilmiş 50 manat xidmət haqqının, habelə 109 manat dövlət rüsumunun cavabdehin xeyrinə tutulması, İddiaçı Cavabdeh ASC-yə qarşı “Təhsil müqaviləsi”nin qismən etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun əmək haqqı kartından qanunsuz olaraq tutulan 2.072.11 manat, hər gecikdirilmiş gün (271 gün) üçün 1% olmaqla, cəmi 5.162,55 manat məbləğində ödəncin, 50 manat məbləğində mediasiya xidmətinin göstərilməsinə görə haqqın, cəmi 7.284,66 manat pulun Cavabdeh ASC-dən tutularaq onun xeyrinə ödənilməsini xahiş etmişdir.
9. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh ilə aralarında heç bir kredit və ya maliyyə öhdəliyi yaradan müqavilə mövcud olmamışdır. Şifahi olaraq cavabdeh bildirmişdir ki, tutulma aralarında bağlanmış təhsil müqaviləsi əsasında həyata keçirilmişdir. Onun cavabdehə borcu yoxdur. Onun maliyyə öhdəliklərinin olduğu düşünülsə belə, bu halda da əmək haqqına (son-haqqhesaba) 100% tutulmanın yönləndirilməsi şəxsi yaşayış üçün minimum dolanacaq imkandan məhrum etməklə əhalinin rifahının yüksəldilməsi, layiqli həyat səviyyəsinin təmin edilməsi, sosial müdafiə, əmək hüquqlarının qorunması sahəsində dövlət siyasətinə tamamilə ziddir. O, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhali nin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə müraciət etmişdir. Xidməti araşdırma nəticəsində o qənaətə gəlmişdir ki, mübahisəyə məhkəmə qaydasında baxıldığından məsələ Xidmətin səlahiyyəti çərçivəsində deyildir. Halbuki, məhkəmə qaydasında baxılan mübahisə onun tamamilə fərqli məzmunda olan tələbi (işə bərpa) ilə bağlı olmuşdur. O, cavabdehlə problemin mediator vasitəsilə həll edilməsinə çalışmış, xx.xx.2023-cü il tarixdə cavabdehə mediasiya təklifi göndərmişdir. xx.xx.2023-cü il tarixdə baş tutmuş mediasiya sessiyasında barışığa nail olunmamış və mediator tərəfindən razılığa gəlinməməsi barədə mediasiya arayışı təqdim edilmişdir. İşəgötürənin sərəncamı ilə işçinin əmək haqqından tutulmaların əsasları qanunvericiliklə müəyyən edilmişdir. Qeyd edilən əsaslardan heç birinin mövcud ol madığını, o cümlədən tutulma ilə bağlı məhkəmə qərarının olmadığını, habelə işçinin tutulmaya razılıq vermədiyini nəzərə alaraq, cavabdehin iddiaçının əmək haqqı kartından tutulmanı həyata keçirməsi tamamilə əsassız və qanunsuzdur.
10. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X1 iddiaya etiraz edərək, iddiaçının dəlillərinin əsassız olduğunu, cavabdeh tərəfindən pulun tutulması zamanı heç bir qanun pozuntusuna yol verilmədiyini, əmək haqqının ödənildiyini, daha sonra müqavilə şərtlərinə əsasən pulun hesabdan silindiyini göstərərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(009)-1754/2023 saylı, 7 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Rəna Qafarova) idd ia təmin edilməmişdir.
12. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək qeyd etmişdir ki, xx.xx.2020ci il tarixli 479 nömrəli Təhsil müqaviləsi hazırki iddianın predmeti olmasa da, tərəflər arasında yaranmış hazırki mübahisəyə məhz qüvvədə olan həmin müqavilənin şərtləri baxımından qiymət verilməlidir. Belə ki, işin araşdırılmış halları ilə hazırki iş üzrə tərəflərin qarşılıqlı razılığı əsasında mahiyyət etibarilə Əmək Məcəlləsinin 7-ci maddəsinin 4-cü hissəsində nəzərdə tutulan ixtisasa yiyələnmə ilə bağlı təhsil müqaviləsi bağlandıqdan sonra iddiaçı ilə ixtisasa yiyələnmənin şərtləri, qaydaları, müddəti və tərəflərin öhdəlikləri əldə edilən razılıq əsasında bağlanan ayrıca təhsil müqaviləsi ilə rəsmiləşdirilməsi, eyni zamanda tərəflər arasında bağlanmış Bank xidmətlərinin göstərilmə sinə dair müqaviləyə əsasən Müştərinin (iddiaçının) Bankda mövcud olan bütün hesablarından pul vəsaitinin akseptsiz qaydada silinməsi qaydası müəyyən edilmişdir. Həmin müqavilənin şərtlərinə əsasən işəgötürənin işçini öz vəsaiti hesabına təhsil almaq və biliklərini artırmaq üçün təhsil müəssisəsinə göndərmək və qarşılığında iddiaçı qayıtdıqdan sonra 3 il müddətində cavabdeh bankda fəaliyyətini davam etdirmək öhdəliyi götürmüşlər. Müqavilənin 2.4 və 2.5-ci bəndlərinə əsasən isə işçi təhsil dövründə hər hansı səbəbdən təhsilini davam etdirmədikdə, yaxud təhsilini bitirib işə başladıqdan 3 ildən tez öz təşəbbüsü ilə yaxud daxili intizam qaydalarını pozması və digər əsaslarla əmək müqaviləsinə xitam veriləcəyi təqdirdə işəgötürənə təhsili ilə bağlı xərcləri müvafiq nisbətlərdə qaytarmağı öhdəs inə götürmüşdür. Qanuni qüvvəsini almış Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)315/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, işçi öz təşəbbüsü ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün ərizə ilə işəgötürənə müraciət etmiş, işəgötürən isə öz növbəsində qanunvericiliyin tələbinə və əmək müqaviləsinin tələblərinə uyğun olaraq işçi ilə bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Bu səbəbdən işçinin Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə işdən azad olunmasında qanunvericiliyə zidd heç bir hərəkət olmamışdır.
13. Məhkəmə həmçinin qeyd etmişdir ki, işçi işdən çıxma ilə bağlı xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət etmiş, işəgötürən isə onu xx.xx.2022-ci il tarixdə işdən azad etmişdir. İşin materiallarından g örünür ki, iddiaçı sözügedən Müqavilənin 2.3, 2.4-cü və işçinin üzərinə əmək fəaliyyətinin davam etmədiyi təqdirdə maliyyə öhdəlikləri qoyan digər maddələri Azərbaycan Respublikasının Konstitusiyası, Əmək Məcəlləsi və Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq aktların tələblərini pozduğuna görə etibarsız hesab edilməli olmasına dair digər məhkəmənin icraatında olan mülki iş üzrə qarşılıqlı iddia versə də, onun bu iddiası rədd edilmişdir. Bu halın mövcudluğu məhkəməyə iddiaçının işə başladıqdan 3 ildən tez öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verildiyi üçün işəgötürənə təhsili ilə bağlı xərclərin müvafiq nisbətlərdə ödəmək kimi üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi, başqa sözlə cavabdehlə bağladığı müqavilənin sözügedən maddələrinə riayət etmək niyyətinin olmaması qənaətin ə gəlməsinə əsas vermişdir.
14. Məhkəmə qeyd edilənlərə əsasən hesab etmişdir ki, tərəflər aralarında bağlanmış xx.xx.2020-ci il tarixli Təhsil Müqaviləsinin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikləri və həmin müqavilə qüvvədə olduğu üçün onun hazırda müvafiq bəndlərinin digər məhkəmənin predmeti olmasından asılı olmayaraq cavabdeh iddiaçının son haqq-hesabını ödəməklə onun bank hesabına daxil olduqdan iki gün sonra iddiaçının artıq mülkiyyəti sayılan və köçürüldükdən sonra onun tərəfindən həmin mülkiyyətinə sərəncam vermədiyi pul vəsaitini sözügedən müqavilənin şərtlərinə uyğun şəkildə ödənilmiş təhsil xərcinin əvəzi olaraq pul vəsaitinin geri qaytarılmasına yönələn addım kimi iddiaçının bank hesabından silməkdə (geri qaytarmaqda) haqlı olmuşdur.
15. Məhkəmə i ddiaçının maliyyə öhdəlikləri məhkəmə tərəfindən öz təsdiqini tapacağı halda belə əmək haqqına (son-haqq-hesaba) 100% tutulmanın yönləndirilməsi şəxsi yaşayış üçün minimum dolanacaq imkandan məhrum etməklə əhalinin rifahının yüksəldilməsi, layiqli həyat səviyyəsinin təmin edilməsi, sosial müdafiə, əmək hüquqlarının qorunması sahəsində dövlət siyasətinə tamamilə zidd olmasına dair dəlillərinə hüquqi qiymət verməkdə davam edərək, onun yuxarıda qeyd edilən müqavilə üzrə cavabdeh qarşısında götürdüyü öhdəliklərdən yayınmasına cəhd və hüquqdan sui-istifadə kimi qiymətləndirmişdir.
16. Məhkəmə qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti olmamışdır. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının əmək haqqı hesabından 2.072.11 manat məbləğin qanunsuz olaraq tutulması tələbinə irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından əsassızdır.
17. Məhkəmə, iddiaçının əmək haqqı hesabından 2.072,11 manat məbləğin qanunsuz olaraq tutulması tələbinin əsassız olması təsdiqini tapdığı üçün digər törəmə iddia tələbləri olan hər gecikdirilmiş gün (271 gün) üçün 1% olmaqla cəmi 5.162,55 manat məbləğində ödəncin, 50 manat məbləğində mediasiya xidmətinin göstərilməsinə görə haqqın, cəmi 7.284.66 manat pulun Cavabdeh ASC-dən tutularaq İddiaçı xeyrinə ödənilməsi hissələri üzrə əlavə araşdırılmasına lüzum görməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab etmişdir.
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2, 7, 11, 68, 83, 173, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 16.1, 135, 389.1, 390.1, 399.1, 405.1, 560.1, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəmə sindəki icraat
19. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmısını xahiş etmişdir.
20. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə qeyd etmişdir ki, son haqq-hesab bank hesabına daxil olduqdan sonra artıq iddiaçının mülkiyyəti sayıldığına görə, işəgötürən əmək haqqı kartı üzərində əməliyyat etməkdə haqlı olmuşdur. Burada sual yarana bilər ki, əmək haqqı bank hesabına (əmək haqqı kartının bağlı olduğu hesaba) köçdükdən sonra mülkiyyət sayılırsa, Əmək Məcəlləsinin 175-ci maddəsi niyə mövcud olmuşdur. “Əqdə əsasən borclunun əmək haqqından akseptsiz qaydada tutmanın mümkün hədləri ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” Az ərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının xx.xx.2022-ci il tarixli Qərardadına əsasən əmək qanunvericiliyi şəxsin əmək haqqından tutulmaların aparılması hədlərini konkret əsaslar istisna olmaqla əmək haqqının 20 faizi həcmində məhdudlaşdırmışdır. Bu qaydanın tətbiq olunmasında əsas məqsəd şəxsin sosial müdafiəsini təmin etməklə ona yaşayış üçün minimum dolanacaq imkanı verməkdir. Ona görə də kreditora borclunun əmək haqqından qanunla müəyyən edilmiş hədlərdən artıq həcmdə akseptsiz qaydada tutmaq hüququ verən əqd və yaxud əqdin buna dair şərti şəxsin konstitusion hüquqlarına, mülki və əmək qanunvericiliyinin əsas prinsiplərinə və şərtlərinə, eyni zamanda dövlətin bu sahədə həyata keçirdiyi siyasətin məqsədlərinə ziddir. İşəgötürənin sərəncamı ilə işçinin ə mək haqqından tutulmaların əsasları qanunvericiliklə müəyyən edilmişdir. Qeyd edilən əsaslardan heç birinin mövcud olmadığını, o cümlədən tutulma ilə bağlı məhkəmə qərarının olmadığını, habelə işçinin tutulmaya razılıq vermədiyini nəzərə alaraq, cavabdehin iddiaçının əmək haqqı kartından tutulmanı həyata keçirməsi tamamilə əsassız və qanunsuz olmuşdur. Məhkəmə isə öz növbəsində mövcud maddi normaların nəinki düzgün tətbiq etməmişdir, onların mövcudluğunu inkar etmiş, sözügedən münasibətləri tamamilə fərqli yöndə şərh etmişdir. Məhkəmə iddiaçının pozulmuş əmək hüququnun bərpasını tələb etməsini hüquqdan suiistifadə kimi qiymətləndirmiş, bununla da iddiaçını fundamental insan hüquqlarından hesab olunan əmək hüququnun qorunması imkanından məhrum etmişdir.
21. Cavabdeh ASC apellyasiya şikayəti nə qarşı yazılı etiraz təqdim etmişdir. Cavabdeh etirazını işin faktiki hallarına, tərəflər arasında bağlanmış müxtəlif növlü müqavilələrə və aralarında olan məhkəmə mübahisələri üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edərək əsaslandırmışdır.
22. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1478/2024 nömrəli iş üzrə 18 aprel 2024-ci il tarixli qətnaməsi ilə (hakimlər Fuad Abdıyev – sədrlik edən və məruzəçi, Xəyal Sarıyev və Fərrux Qasımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
23. Məhkəmə kollegiyası qeyd etmdir ki, xx.xx.2020-ci il tarixli təhsil müqaviləsi üzrə iddiaçı tərəfindən öhdəliklərin lazı mi qaydada yerinə yetirilmədiyi, o cümlədən həmin müqaviləyə əsasən iddiaçının magistr ixtisas dərəcəsinə yiyələnməsi üçün cavabdeh tərəfindən ödənilmiş pulun xeyli hissəsinin ödənilmədiyi və ödənilməli olduğu artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə də öz təsdiqini tapmış, bununla da onun həmin müqavilə üzrə ödənilməli olan, lakin bugünədək ödənilməmiş məbləği ödəmək vəzifəsi yaranmışdır. İddia edilən məbləğin cavabdeh tərəfindən iddiaçının hesabından silinməsi zamanı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-829/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin hələ qanuni qüvvəsini almaması bu silinmənin qanunsuz olması anlamına gəlmir və həmin məbləğin tam şəkildə və ya hissəvi olaraq iddiaçıya qaytarılması üçün əsas yaratmış olmur.
24. Məhkəmə kollegiyası hesab etmişdi r ki, tərəflər arasında mövcud olan əmək münasibətlərinə xx.xx.2021-ci il tarixdə xitam verilmiş və həmin tarixdə də son haqq-hesab olaraq və hər hansı tutma aparılmadan 2.072,11 manat məbləğində pul vəsaiti iddiaçının hesabına köçürüldüyündən, həmin vaxt Əmək Məcəlləsinin bu sahəni tənzimləyən, o cümlədən iddiaçının istinad etdiyi 175-ci maddəsinin tələbləri pozulmamışdır. Belə ki, xx.xx.2021-ci il tarixdən sonra tərəflər arasında hər hansı əmək münasibətləri olmamış, onlar biri-digərinə münasibətdə artıq işəgötürən işçi statusunu itirmişdilər. Bu baxımdan həmin hadisədən iki gün sonra, yəni qeyd edilən məbləğin iddiaçının hesabından silinməsi zamanı bu məbləğ hüquqi nəticə etibarı ilə artıq əmək haqqı deyil, iddiaçının mülkiyyətini təşkil edən pul kütləsi olmuşdur. Bu baxımdan həmin sili nmənin qanuniliyinə hüquqi qiymət verilərkən bilavasitə işəgötürənlə işçi arasında yaranmış və mövcud olan əmək münasibətləri çərçivəsində işəgötürən tərəfindən ödənilən əmək haqqından tutulmalara yol verilən halları tənzimləyən Əmək Məcəlləsinin 175-ci, habelə hər hansı digər maddəsi tətbiq edilə bilməz.
25. Məhkəmə kollegiyası silinmənin qanuniliyinə münasibətdə iddiaçının bu tələbinin əsassız olduğunu hesab edərək qeyd etmişdir ki, iddiaçı ilə bank arasında bağlanılmış xx.xx.2021-ci il tarixli bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun (müqavilənin) 2.2.4-cü bəndinə əsasən iddiaçı kredit, faizlər, komissiyalar, banka ödənilməli olan ödənişlər, bankın reqress qaydada yönəltdiyi tələblər, müqavilə münasibətləri və qanunvericilikdə müəyyən olunan qaydada yaranmış borcl arın ödənilməsinə yönəldilən pul vəsaitlərinin bank tərəfindən onun bankda olan bütün hesablarından akseptsiz qaydada silinməsinə razılıq vermişdir. İddiaçı həmin müqavilənin təzyiq altında imzalamasını bildirməmişdir. Onlar bu müqaviləni sərbəst şəkildə iradələrini ifadə etməklə bağlamış və müqaviləni imzalamaqla onun bütün şərtlərini qəbul etdiklərini bəyan etmişlər. Nəzərə alınmalıdır ki, bu müqaviləni (şərtlər toplusunu) imzalamaqla yanaşı, iddiaçı həmin tarixdə bu şərtləri qəbul etməsi barədə ayrıca razılıq ərizəsi də imzalamış və həmin sənədin məzmununa uyğun olaraq ona aid hüquq və vəzifələri başa düşdüyünü təsdiq edərək, bu şərtlərlə razı olduğunu bildirmişdir. Bununla belə, qeyd edilən vəsaitin silinməsində hər hansı qanunsuzluq və ya özbaşnalıq olmamış, cavabdeh aralarında bağlan mış xx.xx.2021-ci il tarixli müqavilənin ona yaratdığı hüquqi imkanlardan istifadə etmiş və iddiaçının ona mövcud olan borcunun bir hissəsini bu qaydada əvəzləşdirmişdir.
26. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddia tələbinin "hesabdan silinmiş son haqqhesabın qaytarılması" hissəsinin təmin edilməməsi iddianın “hər gecikdirilmiş günə görə ödənişin verilməsi və mediasiya xərcinin ödənilməsi” ilə bağlı hissələrinin də təmin edilməməsini şərtləndirir. Belə ki, "hesabdan silinmiş son haqq-hesabın qaytarılması" tələbinin rədd edilməsi, hüquqi nəticə etibarı ilə iddianın digər hissələrinin də əsaslılığını tam aradan qaldırmış olur. Yəni həmin tələblər "hesabdan silinmiş son haqqhesabın qaytarılması" tələbinə münasibətdə törəmə tələblər qismində çıxış etmişdir.
27. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7, 68, 83, 173 və 175, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 390.1, 399.1, 405.1, 560.1, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. İddiaçı (vəkil X3) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
29. Kassasiya şikayəti iddia ərizəsinin məzmununa və apellyasiya şikayətinin dəillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə sübutları iş materiallarına əlavə etsə də, prosessual pozuntuya yol verərək təqd im edilmiş sübutları qiymətləndirməmişdir.
30. Kassasiya şikayəti Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 175-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə istinad edərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Cavabdehin nümayəndəsi kassasiya şikayətinə etiraz ünvanlayaraq, kassasiya şikayətinin əsassız olduğundan təmin edilməməsi və qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılmasını xahiş etmişlər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
32. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
33. Maddə 14.2. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi, habelə əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları sırasındadır.
34. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
35. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
36. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
37. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmam asına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instan siya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini n ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, iddiaçının cavabdehdən iddia ərizəsində göstərilən pul vəsaitini tələb etmək hüququ yoxdur. İşin müəyyən edilmiş hallarına görə cavabdehin iddiaçıya qarşı müqavilədən irəli gələn tələb hüququ olmuşdur. Bundan əlavə, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusuna əsasən bankın alacağı ilə bağlı iddiaçının hesabından pul vəsaitini akseptsiz silməyə hüququ var idi. Başqa sözlə, bankın hərəkətinin müqavilə əsası olduğu üçün sözügedən vəsaitin silinməsi cavabdeh baxımından əsassız varlanma təşkil etməmişdir.
47. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmə k səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
48. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
49. Məhkəm ə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
50. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
51. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1478/2024 nömrəli, 18 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvv