Məhkəmə qərarları › İş №2(102)-2624/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2624/2025

04.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2624/2025 04.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: borc müqaviləsi üzrə pulun tutulması və tutmanın cavabdehin mülkiyyətinə yönəldilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pulun tutulması və tutmanın cavabdehin mülkiyyətinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 5 may 2025-ci il tarixli 2(103)-2739/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 4 noyabr 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı Cavabdeh xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən 12 ay müddətinə 13300 manat borc vermişdir. 2. 15 fevral 2016-cı il tarixli sadə yazılı formada bağlanmış müqavilənin məzmununa görə xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə borc alan tərəfindən müqavilə öhdəliklərinə əməl edilmədikdə borclu Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, məhəllə 500-də yerləşən 2b nömrəli 21 nömrəli mənzilin 1/3 hissəsini kreditor İddiaçı istədiyi şəxsə sataraq borc məbləğini götürməli, qalan hissəni isə Cavabdeh verməlidir. Borc qaytarılanadək çıxarışın əsli kreditor İddiaçı saxlanılacaqdır.

3. Bakı şəhəri 46 saylı notariat kontoru tərəfindən xx.xx.2017-ci il tarixdə Cavabdeh 13300 manat pulun İddiaçı xeyrinə tutulması barədə icra qeydi verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, pul məbləğinin ödənilməsini gecikdirdiyi üçün Cavabdeh 5097 manat pulun tutulması, tutmanın Cavabdeh Yasamal rayonu, Parlament prospekti, məhəllə 500-də yerləşən 2b nömrəli 21 nömrəli mənzilin 1/3 hissəsi payına yönəldilməsi və həmin payın açıq hərracda satılaraq borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı iddia tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən onunla əsaslandırmışdır ki, icra qeydi 7 ildir icrada olmasına baxmayaraq icr a olunmamışdır və bununla da tələbkarın pula olan mülkiyyət hüquqları pozulmaqda davam edir. Cavabdeh Kredit müqaviləsi üzrə öhdəliklərin son icra müddətindən, yəni xx.xx.2017ci il tarixindən hazırki tarixədək 13300 manat pulun qaytarılmasını təmin etməmişdir. Cavabdeh hazırki tarixədək gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməlidir. Gecikdirilmiş vaxt 7 il 8 aydır. Bir il üçün gecikdirilmiş faiz məbləği 13300 x 5%: 100 = 665 manat, bir ay üçün gecikdirilmiş faiz məbləği 665:12 = 55,4 manat təşkil edır. Cavabdeh pul məbləğinin ödənilməsini 92 ay gecikdirmişdir ki, bununla da gecikdirmə faizi 92 x 55,4 = 5097 manat təşkil edir və bu məbləğ borcludan tutulmalıdır.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-421/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Fariz Əlizadə) iddia qismən təmin edilmiş, cavabdehdən 5097 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.

7. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış 16 fevral 2016-cı il tarixli sadə yazılı formada bağlanmış müqavilə ipoteka müqaviləsi deyildir. Mahiyyəti üzrə və forma baxımından (notarial qaydada təsdiq edilməsi tələbi) həmin münasibət ipoteka münasibəti deyil, “müqavilə azadlığı” kontekstindən tərəflərin iradə ifadəsi kimi nəzərə alınır. Həmin müqavilə ipoteka müqavilə olmadığından hazırki iddia tələbi üzrə tələbin həmin əmlaka yönəldilməsi istisna olunur. Odur ki, iddia tələbi sözügedən hissədə əsassızdır. Lakin, müvafiq icra sənədi üzrə icra orqanı tərəfindən məcburi icra hərək ətləri qaydasında borclunun əmlakının üzərinə həbs qoyulması, əmlakın açıq hərracda satılmaqla kreditorun tələbinin təmin edilməsi yolveriləndir. Bununla bağlı tələbkar icra orqanına müraciət etməlidir. Tərəflər arasında bağlanmış 16 fevral 2016-cı il tarixli sadə yazılı formada bağlanmış müqavilə üzrə müqavilə öhdəliklərinin icra edilməsi ilə bağlı məhkəməyə müraciət edilə bilər.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390 və 445.7-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən – iddianın təmin olunan hissəsində ləğv edilməsini, həmin hissədə iddianın rədd olunması barədə yeni qətnamə çıxarıl masını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, icrа hərəkətləri bоrclunun mülkiyyətində оlаn QАZ-24 mаrkаlı аvtоmаşınа yönəldilmişdir. Həmin аvtоmаşının üzərinə həbs də qоyulmuşdur. Lаkin tələbkаr qеyd еdir ki, Yаsаmаl rаyоn məhkəməsinin xx.xx.2019-cu il tаriхli qərаrdаdı ilə QАZ-24 mаrkаlı **-HV-*** dövlət qеydiyyt nişаnlı аvtоmаşının üzərinə аncаq özgəninkiləşdirilməsi qаdаğаn оlunmаqlа həbs qоyulmuşdur. Burаdа qеyd оlunmаlıdır ki, аvtоmаşının üzərinə həbs qоyulmаsı оnun özgəninkiləşdirilməsinə qаdаğаn qоyulmаsı аnlаmındа dеyil. Аvtоmаşının üzərinə həbs qоyulmаsı məhz həmin аvtоmаşının sахlаnılаrаq durаcаğа qоyulmаsını və dаhа sоnrа qiymətləndirilərək hərrаcdаn sаtılmаsını еhtivа еdir. О ki, qаldı pаylı mülkiyyətdə оlаn pаyın sаtılаrаq bоrcun ödənilməsinə y önəldilməsi ümumiyyətlə icrа оlunаn hərəkət dеyildir. Bеlə ki, pаylı mülkiyyətin sаtılmаsı pаylı mülkiyyətə dаir Mülki Məcəllənin müvаfiq mаddələri ilə tənzimlənir. Pаylı mülkiyyət yаlnız digər pаylı mülkiyyətçilərin rаzılığı ilə sаtılа bilər. Bеlə bir rаzılıq isə əvvəlcədən əldə оlunmаmışdır. Bаşqа sözlə, nоtаriusun icrа qеydinə əsаsən tutulmаlı оlаn pulun bu günə qədər tutulmаmаsı cаvаbdеhin günаhı ucbаtındаn dеyil, icrа оrqаnının hərəkətsizliyi nəticəsində bаş vеrmişdir. Məhkəmə cаvаbdеhin məhkəməyə vеrdiyi izаhаtını mötəbər sübut kimi qəbul еtməkdən əsаssız оlаrаq imtinа etmişdir. Bununlа dа həmin sübutlаrа hüquqi qiymət vеrməkdən bоyun qаçırmаqlа səhv nəticəyə gəlmişdir.

11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2739 /2025 nömrəli, 5 may 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Ə.İsgəndərov (sədrlik edən və məruzəçi), S.R.Səlimova və M.Ə.Rüstəmli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdeh birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmənin hazırlıq iclasında iştirak etmiş, iddianı qismən qəbul etdiyini, səhhətində yaranmış problemlər səbəbindən öhdəliyini icra etmədiyini bildirmişdir. Beləliklə, müvafiq icra sənədi üzrə hər hansı ödənişin ödənilməməsi mülki işin mübahisəsiz halıdır.

13. Məhkəmə hesab etmişdir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdikləri halları məhkəmə tərəfind ən təmin olunan hissədə sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları göstərilən hissədə sübut edə bilməmişdir. Digər tərəfdən, cavabdeh icra qeydinin icra olunmamasının səbəbini icra şöbəsinin üzərinə qoysa da, məhkəmə onun tələbkara ödənilməli olan borcunun olduğunu bilə-bilə könüllü icra etməməsini icradan yayınma kimi qiymətləndirmişdir. Apellyasiya şikayətinin digər dəlilləri iddianın təmin olunmayan hissəsi ilə bağlı olduğundan və həmin hissə apellyasiya baxışının predmetini təşkil etmədiyindən məhkəmə həmin dəlillər üzrə hər hansı araşdırma aparılmasına və qiymət verilməsinə lüzum görməmişdir.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1, 390.5 və 445.7-ci maddələrinə istinadən əsaslandırmışdır. Kassasiya şikayətin in və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

16. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının istinad etdiyi dəlillərin hər hansı biri üzrə araşdırma aparması müəyyən edilmir.

17. Kassasiya şikayətinin sonunda hazırkı mülki işə işdə iştirak edən şəxslərə mələumat verilməklə açıq məhkəmə iclasında baxılması xahiş edilmişdir. b)

18. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kassasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır. Tətbiq ed ilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

20. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.

21. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdı rmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş d əlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

27. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

28. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edi lmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Cavabdehin kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya ins tansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

31. Cavabdeh kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazda, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

32. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, b ütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol veri lmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

33. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kol legiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2739/2025 nömrəli iş üzrə 5 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar