Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2625/2022 07.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil - Tikinti Kooperativi, Cavabdeh3, X3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin etibarsızlığı, mənzilin təhvil verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil - Tikinti Kooperativi, Cavabdeh3, X3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 qarşı müqavilələrin etibarsız hesab olunması, mənzilə sahiblik və istifadə hüququnun tanınması, mənzilin təhvil verilməsi və həmin mənzildən istifadə etməsinə maneçilik törədilməsinin qadağan edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10887/2021 nömrəli, 13 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 7 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh1 MTK-nın sədri Cavabdeh3 ilə (payçı) Cavabdeh3 arasında bağlanmış 29 dekabr 2009-cu il tarixli 56 saylı “yaşayış binasından mənzil alışı haqqında” müqaviləyə əsasən, Cavabdeh1 MTK-ya ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış masivində, MTK-nın təsisçiləri və payçılarının vəsaiti hesabına inşa edilən 1 otaqlı 68,6 kv.m 277 saylı mənzil C avabdeh3 satılmışdır.
2. Cavabdeh1 MTK-nin (sifarişçi) sədri Cavabdeh3 ilə (podratçı) X13 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 01 saylı Podrat Müqaviləsi ilə tərəflər razılığa gəlmişlər ki, “Sifarişçi” Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 126 saylı Sərəncamı ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “V” yaşayış massivində 4 girişli çoxmərtəbəli yaşayış binasının 1-2-3-4 girişlərində beton-mozaika işlərinin (hər kv. M üçün 10 AZN), 1- 2-3-4 girişlərdə blok və pilləkən qəfəsində malyar işləri (hər kv. Metr üçün 5 5 AZN), qarajların divar və tavan hissələrinin rənglənməsi (hər kv. M 5 AZN), qarajların yerinin beton plitə ilə döşənməsi (hər kv. Metr 10 manat), 1-2 girişlərdə 13-14-15 mərtəbələrdə və 3-4 girişlərdə isə bütün mərtəbələrdə binadax ili su və kanalizasiya xəttlərinin çəkilməsi işlərinin görülməsini “Podratçı”ya tapşırır. İşlərin başa çatdırılması üçün 5 aylıq müddət razılşdırılmışdır. “Sifarişçi” təşkilat yuxarıda adları çəkilən işlərin aparılmasına görə giriş 1, 13-cü mərtəbə, sahəsi 71,2 kv. metr təşkil edən 58 saylı və giriş 4, 8-ci mərtəbə, sahəsi 68.6 kv. metr təşkil edən 277 saylı mənzilləri verməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilınin 2.2-ci bəndinə və müqaviləyə Əlavə №1 olan razılaşma protokulana əsasən qeyd edilən mənzillərin satış müqaviləsi podratçı tərəfindən işlər tam başa çatdırıldıqdan və hər iki tərəfin təsdiqlədiyi AKT (forma 2) əsasında təhvil verildikdən sonra qüvvədə olacaqdır. Əks halda satış müqaviləsi birtərəfli qaydada MTK tərəfindən ləğv ediləcəkdir. 3. "xxxx" MTK-nin sədri Cavabdeh3 ilə İ ddiaçı arasında xx.xx.2013-cü il tarixli 29 saylı “yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh1 MTK-ya ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış masivində, MTK-nın təsisçiləri və payçılarının vəsaiti hesabına inşa edilən yaşayış binasında Cavabdeh3 adına olan, 1 otaqlı 68,6 kv.m 277 saylı mənzil İddiaçı adına keçirilmişdir. Cavabdeh1 MTK tərəfindən İddiaçı mənzilin dəyərinin tam ödənilməsi və borcunun olmaması barədə xx.xx.2013-cü il tarixli 35 saylı arayış verilmişdir.
4. Cavabdeh1 MTK üzvlərinin və “Payçı”larının ümumi yığıncağının 14 avqust 2013cü il tarixli Protokolu ilə qərarı ilə fiziki şəxs X13 ilə bağlanmış podrat müqaviləsinə əsasən podrat işləri tam görülmədiyi üçün, podrat müqaviləsinə əsasən işlər üçün verilmiş 277 saylı mənzil barədə X2 adına sənədləşdirilmiş xx.xx.2013-cü il tarixli 29 saylı alqı-satqı müqaviləsi və maliyyə arayışı ləğv və etibarsız hesab edilmişdir.
5. Cavabdeh1 MTK-nin sədri Cavabdeh3 14 avqust 2013-cü il tarixli 13 saylı Əmri ilə X5 adına sənədləşdirilmiş xx.xx.2013-cü il tarixli 29 saylı Müqavilə (giriş 4, mərtəbə 8, 1 otaqlı, 68,6 kv.m, 277 saylı mənzil) ləğv edilmişdir. Müqavilənin ləğvi üçün əsas olaraq X13 ilə bağlanmış xx.xx.2013-cü il tarixli Podrat müqaviləsi üzrə razılaşdırılmış işlərin tam görülməməsi göstərilmişdir.
6. Qeyd edilən müqavilə birtərəfli qaydada ləğv edildikdən sonra mübahisəli mənzil xx.xx.2013-cü il tarixli 53 saylı müqavilə ilə X1, xx.xx.2014-cü il tarixli 20 saylı müqavilə ilə Cavabdeh4, xx.xx.2018- ci il tarixli 22 saylı müqavilə Cavabdeh5, xx.xx.2019-cu il tarixli 32 saylı müqavilə ilə Cavabdeh2 adına keçirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil - Tikinti Kooperativi, Cavabdeh3, X3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 qarşı iddia və iddia tələbinin həcminin artırılmasına dair ərizələrlə məhkəməyə müraciət edərək, Cavabdeh1 Mənzil – Tikinti Kooperativi ilə Cavabdeh3 arasında 29 dekabr 2009-cu ildə imzalanmış 56 nömrəli, Cavabdeh1 MTK-nın yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında X4 ilə 07 oktyabr 2013-cu ildə imzalanmış 53 nömrəli, Cavabdeh4 ilə 19 fevral 2014-cü ildə imzalanmış 20 nömrəli, Cavabdeh5 ilə 28 dekabr 2018-ci ildə imzalanmış 22 nömrəli, Cavabdeh2 ilə 07 oktyabr 2019-cu ildə imzalanmış 32 nömrəli müqavilələrin etibarsız hesab olunması; onun (iddiaçının) Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivində inşa edilən yaşayış binasının İV giriş, 8-ci mərtəbəsində yerləşən, 68.6 kv.m sahəsi olan 277 saylı mənzilə İddiaçı sahiblik və istifadə hüququnun tanınması və həmin mənzilin ona təhvil verilməsi vəzifəsinin Cavabdeh1 Mənzil – Tikinti Kooperativinin üzərinə qoyulması və iddiaçının həmin mənzildən istifadə etməsinə maneçilik törədilməsinin cavabdehlərə və digər şəxslərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 Mənzil – Tikinti Kooperativi arasında bağlanmış 09 iyul 2013-cü il tarixli, 29 saylı Müqaviləyə əsasən, cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivində inşa edilən yaşayış binasının İV giriş, 8-ci mərtəbəsində yerləşən, 68.6 kv.m sahəsi olan 277 saylı mənzili təhvil verməyi öhdəsinə götürmüşdür. İddiaçı həmin müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra edərək, mənzilin dəyərini – 27.440 (iyirmi yeddi min dörd yüz qırx) manatı cavabdehə tam şəkildə ödəmiş və cavabdeh tərəfindən təqdim olunmuş 09 iyul 2013-cü il tarixli, 35 nömrəli Mənzilin dəyərinin tam ödənilməsi və ünvan barədə Arayış ilə cavabdehə heç bir borcu qalmaması təsdiq edilmişdir. Artıq 8 ilə yaxın müddət keçməsinə və yaşayış binasının tikintisinin başa çatmasına baxmayaraq, bu günədək həmin mənzil cavabdeh tərəfindən iddiaçıya təhvil verilməmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivində inşa edilən yaşayış binasının İV giriş, 8-ci mərtəbəsində yerləşən, 68.6 kv.m sahəsi olan 277 saylı mənzilə dair cavabdehlə Cavabdeh3 arasında 29 dekabr 2009-cu ildə imzalanmış 56 nömrəli, Cavabdeh1 MTK-nın yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında: X3 ilə 07 oktyabr 2013-cu ildə imzalanmış 53 nömrəli, Cavabdeh4 ilə 19 fevral 2014-cü ildə imzalanmış 20 nömrəli, Cavabdeh5 ilə 28 dekabr 2018-ci ildə imzalanmış 22 nömrəli, Cavabdeh2 ilə 07 oktyabr 2019-cu ildə imzalanmış 32 nömrəli müqavilələr məhkəməyə təqdim edilmişdir. Bu müqavilələrdən aydın olur ki, onlar saxtadır, sadəcə görünüş üçün bağlanmışlar və cavabdeh bununla iddiaçının mülkiyyət hüquqlarını kobud şəkildə pozulması məqsədini güdür. Belə ki, Cavabdeh3 ilə 29 dekabr 2009-cu ildə imzalanmış 56 nömrəli müqavilə görünüş üçün bağlandığından uydurma əqddir. Müqavilənin MTK-nın sədri Cavabdeh3 ilə özü arasında imzalanması faktı onun qanuna zidd olmasını təsdiq edir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Lakin adı çəkilən “müqavilədə” iki tərəfin razılaşdırılmış iradə ifadəsi mövcud olmadığından, mülki qanunvericiliyin tələbinə görə, o, bağlanmış hesab edilə bilməz. X3 ilə 07 oktyabr 2013-cu ildə imzalanmış 53 nömrəli, Cavabdeh4 ilə 19 fevral 2014-cü ildə imzalanmış 20 nömrəli, Cavabdeh5 ilə 28 dekabr 2018-ci ildə imzalanmış 22 nömrəli, Cavabd eh2 ilə 07 oktyabr 2019-cu ildə imzalanmış 32 nömrəli müqavilələr isə iddiaçı ilə cavabdeh arasında 09 iyul 2013-cü ildə imzalanmış müqavilədən, həmçinin iddiaçı tərəfindən mənzilin dəyərinin tam ödənilməsindən sonra, beləliklə də iddiaçının həmin mənzilə dair sərəncam və istifadə etmək hüququ yarandıqdan - müvafiq olaraq 3 ay, 1 il, 5 il, 6 il keçdikdən sonra bağlanmışdır. Yəni cavabdeh artıq mülkiyyətində olmayan əmlaka dair sərəncam verməyə çalışdığından bu müqavilələr qanuna uyğun hesab edilə bilməz.
9. Məhkəmə iclasında cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinin nümayəndəsi qismində izahat verən onun vəkili X8 iddia tələbi ilə razılaşmayaraq göstərmişdir ki, "xxxx" Mənzil Tikinti Kooperativi ilə X13 arasında podrat müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən podratçı MTK-nın inş a etdiyi binanın 1,2,3,4-cü mərtəbələrində işlər görülməsini öhdəsinə götürmüşdür. Bunu müqabilində MTK podratçı X9 və onun xahişi ilə digər bir şəxsin adına müvafiq olaraq 58 və 277 saylı mənzillərin verilməsini öhdəsinə götürmüşdür. Həmin müqavilədə nəzərdə tutulan işlərin yerinə yetirilməsinə görə 277 saylı mənzil İddiaçı adına rəsmləşdirilmişdir. Əslində isə sonuncu mənzilə görə heç bir ödəniş etməmiş və formal xarakter daşıyan müqavilə "xxxx" MTK-nın rəhbərliyinin protokolu və əmri ilə qüvvədən düşmüş hesab edilmişdir. Belə olan halda mübahisəli mənzillə bağlı bütün sonradan bağlanmış müqavilələr qanuna uyğun və etibarlı müqavilələr hesab edilməlidilər.
10. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi qismində izahat vermiş onun vəkili X10 iddia tələbini qəbul etməyərək izahatında bildirmi şdir ki, mübahisəli mənzil Cavabdeh2 tərəfindən Cavabdeh4 30590 manata alınmış, bundan sonra isə kooperativin sədri Cavabdeh3 tərəfindən həmin mənzilin onun adına keçirilməsinə dair 32 saylı müqavilə bağlanmışdır. Belə olan halda isə Cavabdeh2 Azərbaycan Respublikası Mülki Məcəllənin 182-ci maddəsinin tələblərinə görə vicdanlı alıcıdır. Belə ki, sonuncu aldığı vaxtdan mənzilə sahiblik etməyə başlamış və 20000 manatdan artıq vəsaiti mənzilin təmirinə xərcləmişdir. Digər tərəfdən İddiaçı 09 iyul 2013-cü il tarixdə daşınmaz əmlakla bağlı imzaladığı müqavilənin bağlanmasından 8 il ötdükdən sonra mübahisələndirir, bu isə ona dəlalət edir ki, o, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsi ilə nəzərdə tutulmuş müddəti ötürmüşdür. Belə olan halda bu əsaslara görə də iddiaçının tələ bi əsassız olduğuna görə təmin edilmməlidir
11. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim A.Qasımov) 15 iyul 2021-ci il tarixli, 2(010)-1879/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 Mənzil – Tikinti Kooperativi ilə yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında X4 ilə bağlanmış 53 nömrəli müqavilə; Cavabdeh1 Mənzil – Tikinti Kooperativi ilə yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında Cavabdeh4 ilə 19 fevral 2014-cü ildə bağlanmış 20 nömrəli müqavilə; Cavabdeh1 Mənzil – Tikinti Kooperativi ilə yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında Cavabdeh5 ilə 28 dekabr 2018-ci ildə bağlanmış 22 nömrəli müqavilə; Cavabdeh1 Mənzil – Tikinti Kooperativi ilə yaşayış binasından alınmı ş mənzilin başqa şəxsin adına keçirilməsi haqqında Cavabdeh2 ilə 07 oktyabr 2019-cu ildə imzalanmış 32 nömrəli müqavilələr etibarsız hesab olunmuş, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivində inşa edilən yaşayış binasının İV giriş, 8-ci mərtəbəsində yerləşən, 68.6 kv.m sahəsi olan 277 saylı mənzilə sahiblik və istifadə hüquqlarının tanınması və həmin mənzilin ona təhvil verilməsi vəzifəsinin Cavabdeh1 Mənzil – Tikinti Kooperativinin üzərinə qoyulması, İddiaçı həmin mənzildən istifadə etməsinə maneçilik törədilməsinin cavabdehlərə qadağan edilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, "xxxx" MTK ilə payçı İddiaçı arasında bağlanmış 09 iyul 2013-cü il ta rixli kooperativ binada mənzilil alınması haqqında müqaviləyə əsasən kooperativ tərəfindən sözügedən mənzilin payçıya verilməsi, payçı tərəfindən isə mənzilin qəbul edilərək qabaqcadan müəyyənləşdirilmiş ümumi dəyəri – 27440 manatın vaxtında ödənilməsini öhdəsinə götürərək, xx.xx.2013-cü il tarixli 35 saylı arayışa əsasən isə iddiaçının "xxxx" MTK-nə borcu qalmaması ona dəlalət edir iddiaçı sözügedən mübahisəli mənzillə bağlı əmlak hüquqlarını əldə etmişdir.
13. Bununla belə məhkəmə iddia tələblərini qismən əsaslı hesab etmiş və bu nəticəyə gəlmişdir ki, Cavabdeh1 Mənzil – Tikinti Kooperativi ilə Cavabdeh3 arasında 29 dekabr 2009-cu ildə imzalanmış 56 nömrəli müqavilənin etibarsız hesab olunması barədə iddia tələbi bu mənada əsassızdır ki, hüquqi şəxs hesab olunan "xxxx" MTK Azərbaycan Res publikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malik olan mülki-hüquq münasibətlərinin iştirakçısıdır və Mülki Məcəllənin 390.1.-ci maddəsinin müddəalarına uyğun olaraq azad surətdə müqavilə bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirmək və bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlamaq səlahiyyəti olmuşdur. Belə olan halda Cavabdeh1 Mənzil – Tikinti Kooperativi ilə fiziki şəxs Cavabdeh3 arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar mövcüd olmadığına görə həmin müqavilənin etibarsız hesab edilməsi hissədə iddia tələbi əsassızdır.
14. Həmçinin məhkəmə hesab etmişdir ki, iddia çı iddia tələbində cavabdehlərlə yanaşı, digər şəxslərin iddiaçıya mənzildən istifadə etməsinə maneçilik törədilməsinin qadağan edilməsini tələb etmiş, lakin həmin şəxslərin konkret kimlərdən ibarət olduğunu göstərməmişdir.
15. Qeyd olunmalıdır ki, mülki işlər üzrə məhkəməm icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu baxımdan iş üzrə tərəf olmayan şəxslərin üzərinə hər hansı vəzifə qoyula, iddiaçı tərəfindən cavabdeh qismində cəlb olunmamış və dairəsi qeyri-müəyyən olan şəxslərə yönəlmiş iddia tələbi təmin oluna bilməz.
16. Cavabdeh "xxxx" MTK-nin nümayəndəsinin iddianın əsassız olması barədə dəlilləri ilə razılaşmayaraq məhkəmə qeyd etməyi zəruri hesab et mişdir ki, iddiaçıya məxsus olan mənzillə əlaqədar bağlanmış müqavilə ləğv edilmədən "xxxx" MTK-nin cavabdeh X4 ilə 07 oktyabr 2013-cu ildə imzalanmış 53 nömrəli, Cavabdeh4 ilə 19 fevral 2014-cü ildə imzalanmış 20 nömrəli, Cavabdeh5 ilə 28 dekabr 2018-ci ildə imzalanmış 22 nömrəli, Cavabdeh2 ilə 07 oktyabr 2019-cu ildə imzalanmış 32 nömrəli müqavilələr bağlana bilməzdi. Mübahisəli mənzil iddiaçıya məxsus olduğu halda, qeyd edilən mənzillə bağlı hər hansı bir razılaşmalar (müqavilələr) bağlanarkən iddiaçının iradə ifadəsinin zəruri olduğu halda, onun iştirakları olmadan, həmin müqavilənin tərəfi olmayan şəxslər, yəni cavabdehlər X4 ilə 07 oktyabr 2013-cu ildə imzalanmış 53 nömrəli, Cavabdeh4 ilə 19 fevral 2014-cü ildə imzalanmış 20 nömrəli, Cavabdeh5 ilə 28 dekabr 2018-ci ildə imzalanmış 22 nömrəli, Cavabdeh2 ilə MTK arasında sonrakı tarixlərdə müqavilələr bağlanaraq, iddiaçıya məxsus mənzil cavabdehlərə satılmışdır. Bununla da mübahisəli mənzilə dair qeyd edilən müqavilələr qanunvericiliyin tələbləri pozulmaqla bağlanmışdır.
17. Məhkəmə cavabdehin dəlilləri ilə əlaqədar onu da qeyd etmişdir ki, "xxxx" MTK ilə payçı İddiaçı arasında bağlanmış 09 iyul 2013-cü il tarixli kooperativ binada mənzil alınması haqqında müqavilə rəsmləşdirildikdən sonra cavabdehin nümayəndəsi bildirdiyi qaydada (Cavabdeh1 MTK üzvlərinin və “Payçı”larının ümumi yığıncağının 14 avqust 2013-cü il tarixli Protokolu ilə 277 saylı mənzil barədə X2 adına sənədləşdirilmiş xx.xx.2013-cü il tarixli 29 saylı alqı-satqı müqaviləsi və maliyə arayışı ləğv və etibarsız hesab edilməsi və "xxxx" MTK-nin sədri Cavabde h3 14 avqust 2013-cü il tarixli 13 saylı Əmri əsasında) müqavilənin birtərəfli qaydada ləğv edilməsi qanuna zidd və yolverilməzdir.
18. Eyni əsaslarla məhkəmə Cavabdeh2 müqavilə bağladığı zaman vicdanlı alıcı olduğuna dair dəlilləri ilə razılaşmayaraq bir daha qeyd etmişdir ki, iddiaçının iradə ifadəsinin zəruri olduğu halda, onun iştirakı olmadan sonrakı, o cümlədən Cavabdeh2 ilə MTK arasında müqavilələr bağlanması ona dəlalət edir ki, mənzilə dair qeyd edilən (sonrakı) müqavilələr qanunvericiliyin tələbləri pozulmaqla bağlanmışlar.
19. Cavabdeh2 iddia müddətinin tətbiq edilməsi dəlillərinə gəldikdə isə qeyd olunmalıdır ki, iddiaçının tələbi əşya hüququ ilə bağlıdır və iddia müddəti tətbiq edilmir.
20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 43.1, 152, 157.2, 17 8.8, 324.1, 324.4, 337.1, 384.0.4, 390.1, 421.1, 423-cü, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 223.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, vicdanlı alıcı olmasına baxmayaraq məhkəmə buna hüquqi qiymət verməmişdir. Bundan başqa məhkəmə iddia müddəti tətbiq etməklə iddi anı rədd etməli olduğu halda, iddia müddətini tətbiq etməməklə əsassız qətnamə çıxarmışdır.
23. Qətnamədən həmçinin Cavabdeh3 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Cavabdeh3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qeyd edilən mənzil podratçı X6 xx.xx.2013-cü il tarixli müqavilə ilə görəcəyi işlərin əvəzi olaraq İddiaçı adına rəsmiləşdirilmişdir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən mənzilin verilməsinin qüvvədə olması üçün hər iki tərəfin imzaladığı akt tərtib olunmalı olduğu halda belə bir akt tərtib edilməmişdir. Ona görə də həmin mənzilin verilməsi qüvvədə deyildir.
25. Bu faktı həmçinin “Sifarişçi” və “Podratçı” təşkilatlar arasında razılaşma protokolu sübut edir. Həmin razılaşm a protokolunda qeyd edilmişdir ki, İddiaçı formal verilmiş 68,6 kv.m. mənzil, 4 -cü giriş, 8 ci mərtəbə, 277 mənzilin satış müqaviləsi, “podratçı” tərəfindən işlər tam başa çatdırıldıqdan, təqdim edilən Akt (forma 2) əsasında təhvil verildikdən sonra qüvvədə olacaqdır. Əks halda satış müqaviləsi "xxxx" MTK tərəfindən birtərəfli qaydada ləğv ediləcəkdir. 26. “Podratçı” tərəf işin başa çatdırılması barədə Akt (forma 2) təqdim etməyib. Belə olan halda "xxxx" MTK da yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında 29 saylı müqavilənin qanuna uyğun olmasından söhbət gedə bilməz.
27. Göründüyü kimi Mülki Məcəllənin 759-cu maddəsinə əsasən podratçı işləri natamam gördüyündən xx.xx.2013-cü il tarixli podrat müqaviləsini, bu müqaviləyə əlavə olunan razılaşma protokoluna ə sasən verilmiş mənzilin ləğv edilməsinə dair MTK-nın ümumi yığıncağının xx.xx.2013-cü il tarixli protokolu və qeyd olunan protokolun əsasında MTK-nın sədri tərəfindən verilmiş əmr qanuna uyğun olmuşdur.
28. Bundan başqa müqavilənin bağlanmasından 8 il keçmiş və iddiaçı bu müddət ərzində mənzili tələb etməmiş, bununla bağlı nə MTK-ya nə də başqa quruma şikayət etməmişdir ki, bu hal iddiaçının yuxarıda qeyd edilənlərlə razı olduğunu təsdiq edir.
29. Həmçinn 8 il keçdiyindən iddia müddəti də ötürülmüşdür.
30. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10887/2021 nömrəli, 13 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Talışınski (sədrlik edən və məruzəçi), R.Eyvazov və Ş.Məmmədova) Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmiş, Bakı şəhə ri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1879/2021 saylı işi üzrə 15 iyul 2021-ci il tarixli qətnaməsi qismən – təmin edilən hissədə - ləğv edilmiş və həmin hissədə iddia tələbləri rədd edilmişdir.
31. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, mənzil tikintisi üzrə kooperativdə mənzil (pay) sahibi olmaq üçün kooperativ üzvü olması və kooperativin səlahiyyətli orqanı tərəfindən şəxsin payçı hüquqları tanınmalıdır. Hazırki mübahisəli munasibətlərdə iddiaçının kooperativin üzvü olması barədə sübutlar təqdim edilməmiş, (hətta onun üzv olduğu təqdirdə belə) əksinə kooperativin səlahiyyətli yığıncağı tərəfindən iddiaçı ilə bağlanmış müqaviləyə xitam verilmişdir. İddia predmeti olmadığından qeyd edilən qərarın və ona müvafiq əsaslanan əmrin müzakirə edilmə si prosessual cəhətdən yolverilməzdir. Lakin mübahisələndirilməyən (məhz bu yığıcağın qərarı ilə) iddiaçının müqaviləsinə birtərəfli qaydada xitam verilməsi və tələbin sahibiylə bağlı olduğunu nəzərə alaraq qeyd edilməlidir ki, iddiaçı ilə bağlanan müqavilədə birtərəfli qaydada münasibətlərə xitam verilməsi nəzərdə tutulmuş, qanunvericilik isə Müqavilənin dəyişdirilməsi və ləğv edilməsini Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmadığı halda, tərəflərin razılaşması ilə mümkün olduğunu təsbit etmişdir. Qeyd edilən kimi, müqavilənin ləğv edilməsinə əsas olmuş qərar və əmr iddia predmeti olmadan və ləğv edilmədən iddiaçının subyektiv hüquqlarının olmadığı və digər şəxslərin mənzil üzrə müqavilələrin etibarsızlığının müzakirəsini belə yolverilməz edir. Digər tərəfdən isə iddi açının mənzilə hüquqları hüquqi cəhətdən mövcud olmayan müqavilə əsasında tanınmışdır. O ki, qaldı cavabdehlərin müqavilələrinin qanuni olub-olmamasına, bu məsələ müstəsna olaraq müqavilə tərəflərinin onu tanınmasına və bu mənzilə hüquqları olan üçüncü şəxslərə aiddir. İddiaçının isə belə hüquqları mövcud olmamış, yazılarda səhv olsada onun bu hüquqlarına qeyd edilən "Badu-Kubə” MTK üzvlərinin və "Payçı”larının ümumi yığıncağının 14 avqust 2013-cü il tarixli qərarı ilə xitam verilmişdir.
32. Bundan başqa iddiaçının nümayəndəsinin izahatından bəlli olmuşdur ki, müqavilə imzalanan zaman mənzil təqdim edilmiş lakin sahibliyinə verilməmişdir və bu imtina məhz müqavilənin imzalandığı tarixi ərəfələrdə baş vermişdir. Deməli iddiaçıının sahiblik əsasında iddia müddətinin tədbiq edilmədiyi istinad lar, onun sahiblik hüququ olmadığından, əsassızdır. İddiaçı Ədalət Qəmbərovun adına yazılmış müqavilənin əhəmiyyətsiz olduğunu və digər cavabhelərlə bağlanan əqdlərin etibarsızlığını müdafiə etdiyindən bu növ iddiaların verilməsi haqqında qanunvericiliklə müəyyən edilmiş müddətlərin gözlənilməsi və tədbiqi müzakirə edilməlidir. Qanunvericilik şəxsin əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilməsini ehtiva etmişdir. İddiaçının özünün mövqeyindən bəlli olur ki, iddiaçının nöqtəyi nəzərindən ona hüquqlarını ötürən şəxsin səlahiyyətsiz olmuşdur, bununla da müqaviləsinin imzalandığı tarixdən hüquqlarının pozulmasına əsas olmuş halları bilməli olmuşdur. Onun münasibətləri MTK ilə deyil sadəcə vətəndaşla yaranmış və koope rativə üzv olmadan mənzil hüquqlarının ötürülməsi barədə formal müqavilə imzalanmışdır. Bununla yanaşı, mənzil üzrə pul vəsaitlərinin ödənilməsini təsdiq edən maliyyə mühasibat sənədləri də təqdim edilməmiş, borcun olmaması barədə xx.xx.2013cü il tarixli arayışda isə mənzilin Ədalət Qəmbərovun adından İddiaçı adına keçirildiyi göstərilmiş, bu da MTK-ya münasibətdə müqavilənin formal olduğunu bir daha təsdiq etmişdir. Beləliklə, mübahisə predmeti üzrə subyektiv hüquqları olmayan iddiaçı 2013 ildən hüquqlarının pozulduğunu bilmiş (bilməli olmuş) və daşınmaz əmlaklar üzrə bağlanılan iddia müddətlərin ötürməzdən öncə əqdlərin etibarlığının mübahisə edilməsi üzrə qanunla müəyyən edilmiş müddətləri ötürmüşdür.
33. Məhkəmə kollegiyası qeyd etmişdir ki, "Badu-Kubə” MTK-nin sonradan (Sifarişçi) adl anacaq sədri Cavabdeh3 ilə (podratçı) X13 arasında bağlanmış xx.xx.2013- cü il tarixli 01 saylı Podrat Müqaviləsində, Müqaviləyə Əlavə №1 olan razılaşma protokolunda iddiaçının iştirak etməməsi, mənzilin işlərin görülməsinə təminat olması barədə müddəanın iddiaçı ilə bağlanmış müqavilədə öz əksini tapmaması, habelə X13 ilə iddiaçının hüquqi bağlılığının müəyyən edilməməsi əsası ilə iddiaçının podrat müqaviləsindən irəli gələn subyektiv mülki məsuliyyətinə qiymət verilməsi mümkün deyildir. Bu hallar iddiaçı ilə bağlanılan müqavilənin ləğvinə yönəlmiş Badu-Kubə” MTK üzvlərinin və "Payçı”larının ümumi yığıncağının 14 avqust 2013-cü il tarixli qərarının müzakirəsinə aid ola bilər ki, bu qərar da iddianın predmeti olmamış və nədənsə iddiaçı bu qərarı mübahisələndirməmişdir. Bununla belə iddiaya aid hissədə nəzəzə alınmalıdır ki, X7 işə cəlb edilməsi biləvasitə iddiaya aid olmadığından onun cəlb edilməsi də müzakirə predmeti ola bilməz idi. Ümumiyyətlə iddiaçı, bəzi qaranlıq qalan xüsusatlara aydınlıq gətirilməsi üçün bir sıra prosessual hərəkətlərin edilməsindən çəkinmişdir. Halbuki, iddianın və ona cavab verməli olan şəxslərin prosessual dairəsinin müəyyən edilməsi, habelə mötəbər və təksibedilməz sübutların təqdim edilməsi iddiaçının müstəsna səlahiyyətlərinə aiddir.
34. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 24, 29cu, Mülki Məcəllənin 139-1.1.6., 109- 113, 146, 152-164, 337-354, 357, 358, 372-388, 404, 420, 421.3, 560, 646-654-cü, Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 6.0.9, 8.0.5, 109-118-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13, 14.2, 14.3, 15, 50, 52, 76.1, 77.1, 80 - 82, 106.2, 119, 217.4, 372, 385, 386, 388, 390-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
35. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
36. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı mənzilin dəyər ini tam ödəməklə əmlak hüquqları əldə etdiyindən MM-in 384-cü maddəsinə əsasən hazırkı mübahisəyə iddia müddəti şamil edilə bilməz. Həmçinin iddia müddəti yazılı qaydada verilmiş ərizə ilə tətbiq edildiyi halda cavabdehlər bu cür ərizə verməmişlər.
37. Apelyasiya instansiyası məhkəməsi iddiaçının münasibətlərinin MTK ilə deyil sadəcə vətəndaşla yarandığını qeyd etsə də, xx.xx.2013-cü il tarixli müqavilədən görünür ki, həmin müqavilə MTK-nın blankında tərtib edilmiş, MTK-nın sədri Cavabdeh3 tərəfindən imzalanmış və MTK-nın möhürü ilə təsdiq edilmişdir.
38. Bununla yanaşı apellyasiya instansiyası məhkəməsi səlahiyyətsiz şəxsin (MTKnın) mənzilə dair sərəncam verməsini səlahiyyətli şəxsin (iddiaçının) icazəsi ilə həyata keçirilməsi və ya sonuncu tərəfindən bəyənilməsi ilə etibarlı olması görün tüsü yaratmağa çalışmış, lakin nəzərə almamışdır ki, MTK ilə iddiaçı arasında xx.xx.2013-cü ildə müqavilə bağlanmış, mənzilin dəyəri iddiaçı tərəfindən tam ödənilmiş, MTK ilə digər cavabdehlər arasında bağlanmış müqavilələr isə iddiaçının mübahisəli mənzilə mülkiyyət hüququ yarandıqdan sonra sonuncunun icazəsi olmadan və xx.xx.2013-cü il tarixli müqavilə qarşılıqlı şəkildə və ya məhkəmə qaydasında ləğv edilmədən bağlanılmışdır.
39. Eyni zamanda xx.xx.2013-cü il tarixli müqavilədə onun bir tərəfli qaydada ləğv edilməsinin yalnız bir halı-mənzilin dəyərinin onu alan payçı tərəfindən ödənilməməsi və mənzilin qəbul edilməməsi nəzərdə tutulmuşdur ki, hazırkı işdə belə bir hal yoxdur. Belə ki, xx.xx.2013-cü il tarixli arayışdan görünür ki, iddiaçı mənzilin dəyərini tam olaraq ödəmişdir.
40. Bund an başqa iddiaçı digər cavabdehlərlə bağlanmış müqavilələrdən hazıkı iş birinci instansiya məhkəməsinin icratında olarkən məlumat almış və onları qanunla nəzərdə tutulmuş müddəti ötürmədən mübahisələndirmişdir
41. Bundan əlavə MTK ilə X13 arasında podrat müqaviləsi xx.xx.2013-cü ildə iddiaçı ilə MTK arasında alqı-satqı müqaviləsi isə xx.xx.2013-cü ildə yəni, podrat müqaviləsinin bağlanmasından 5 aya yaxın müddət keçdikdən sonra bağlanmışdır. Podrat müqaviləsi üzrə görülməli işlərin isə 5 ay müddətinə yekunlaşdırılması nəzərdə tutulmuşdur. Göründüyü kimi podrat müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyi halda həmin podrat müqaviləsi üzrə görülməli işlərin əvəzində xx.xx.2013-cü il tarixli müqavilənin bağlanması ağlabatan deyildir.
42. Apelyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edi lən halları nəzərə almamış və düzgün olmayan qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
43. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
44. İddiaçı xx.xx.2022-ci il tarixli yazılı vəsatət verərək hazırkı kassasiya şikayətinə şifahi icraatda baxılmasını xahiş etmişdir.
45. Əsaslar olmadığından vəsatət təmin edilməmişdir. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
46. Maddə 152 Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etm əyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
47. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
48. Maddə 157.8 Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
49. Maddə 178.8 Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.
50. Maddə 324.1 Əqd mülki hüquq münasib ətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
51. Maddə 324.4 Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
52. Maddə 337.1 Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
53. Maddə 354.2 Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.
54. Maddə 372.1 Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
55. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir.
56. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
57. Maddə 375.2 Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
58. Maddə 384.0.4 Mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərin, özü də bu pozuntular sahiblikdən məhrumetm ə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir
59. Maddə 421.1 Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
60. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.
61. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsi
62. Maddə 112.1 Mənzil -tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Mülki Prossesual Məcəllə
63. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
64. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
65. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
66. Maddə 217.1 Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
67. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
68. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
69. Maddə 416 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
70. Maddə 417.1.3 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
71. Maddə 418.1 Maddi və pro sessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. 72. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 384.0.4- cü maddəsi ilə bağlı qeyd etmişdir ki, bu maddədə iddia müddətinin şamil edilmədiyi hallar müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, MM-in 384.0.4-cü maddəsi müqavilədən irəli gələn tələb etmək hüququnu deyil, əşya hüquqları ilə bağlı halları tənzimləyir. Əşya hüquqları tam və məhdud əşya hüquqları olaraq iki əsas qrupa ayrılır: tam əşya hüququ - mülkiyyət hüququ; məhdud əşya hüquq ları - servitut, uzufrukt, tikintiyə vərəsəlik, girov və ipoteka. Bu hüquqların xüsusiyyəti ondan ibarətdir ki, bu hüquqlardan istifadə edilməməsi onların aradan qalxmasına səbəb olmur və hər kəsə qarşı tələbin irəli sürülmə imkanı da hər hansı bir müddətlə məhdudlaşdırılmır. Əşya hüquqlarının iddia müddətinə tabe olmaması prinsipi hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biridir və Konstitusiyanın 29-cu maddəsinin, 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin müddəalarının təmin edilməsinə xidmət edir. Kassasiya baxışının hədləri
73. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
74. Hazırkı kassasiya şikayətlərində iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
75. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
76. Belə ki, apelyasiya insan siyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. (66-67)
77. İşin mübahisələndirilməyən hallarından görünür ki, 29 dekabr 2009-cu il tarixli 56 saylı “yaşayış binasından mənzil alışı haqqında” müqaviləsi ilə Cavabdeh1 MTK-ya ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış masivində, MTKnın təsisçiləri və payçılarının vəsaiti hesabına inşa edilən 1 otaqlı 68,6 kv.m 277 saylı mənzil Cavabdeh3 satılmış, daha sonra Cavabdeh3 ilə İddiaçı arasında xx.xx.2013-cü il tarixli 29 saylı “yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında” müqavilə bağlanmış və həmin müqaviləyə əsasən qeyd edilən 277 saylı mənzil İddiaçı adına keçirilmişdir. Cavabde h1 MTK tərəfindən İddiaçı mənzilin dəyərinin tam ödənilməsi və borcunun olmaması barədə xx.xx.2013-cü il tarixli 35 saylı arayış verilmişdir.
78. Göründüyü kimi İddiaçı xx.xx.2013-cü il tarixli mənzilin dəyərinin tam ödənilməsi barədə arayış verildiyi vaxtdan həmin mənzilə münasibətdə sonuncunun mülkiyyət hüquqları yaranmışdır.
79. Belə ki, Mülki Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan 178.8-ci maddəsinə əsasən Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.
80. Eyni zamanda Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər.
81. Həmçinin Konstitusiya Məhkəməsi Plenumunun M.Hüseynovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2015-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə payçı tərəfindən mənzilin dəyəri tam ödənildiyi halda həmin payçı qeyd edilən mənzilə mülkiyyət hüququ əldə etdiyindən sonra dan həmin mənzilin onun razılığı olmadan satılması mülki qanunvericiliyin normalarına uyğun deyildir.
82. Göründüyü kimi, mənzilin dəyərini tam ödəməklə İddiaçı həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir. Belə olan halda, Cavabdeh3 mülkiyyətində olmayan əşya (mənzil) barədə sərəncam verməsi (həmin mənzil barədə xx.xx.2013-cü il tarixli 53 saylı, xx.xx.2014-cü il tarixli 20 saylı, xx.xx.2018-ci il tarixli 22 saylı, xx.xx.2019-cu il tarixli 32 saylı alqı-satqı müqavilələrinin bağlanması) mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olmamışdır.
83. Qeyd edilən hal hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün mühüm əhəmiyyətə malik olsa da apellyasiya instansiyası məhkəməsi bu halı nəzərə almamı ş və həmin hala hüquqi qiymət verməmişidir.
84. Bundan başqa cavabdehin hazırkı iddia tələbinə etirazının dəlili ondan ibarət olmuşdur ki, mübahisəli mənzilin iddiaçının adına keçirilməsinə əsas Badu-Kubə” MTK ilə (podratçı) X13 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 01 saylı Podrat Müqaviləsi olmuş, lakin sonuncu podrat müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyindən mübahisəli mənzilin iddiaçının adına keçirilməsi barədə xx.xx.2013-cü il tarixli 29 saylı müqaviləyə MTK tərəfindən xitam verilmişdir.
85. Bununla bağlı iddiaçı X13 ilə əlaqəsinin olmadığını və mübahisəli mənzili dəyərini tam ödəməklə əldə etdiyini bildirmişdir.
86. Belə olan halda apellyasiya instansiyası məhkəməsi iddiaçının X13 ilə hər hansı bir əlaqəsinin olub-olmamasını araşdırmalı olduğu halda, qeyd edilən h alı araşdırmamış və həmin hala hüquqi qiymət verməmişdir.
87. Həmçinin qeyd edilməlidir ki, iddiaçının X13 ilə hər hansı bir əlaqəsinin olduğu müəyyən edildiyi halda nəzərə alınmalıdır ki, xx.xx.2013-cü il tarixli 01 saylı X15-Kubə” MTK ilə (podratçı) X13 arasında bağlandığı halda da, mübahisəli mənzilin alqı-satqısı barədə xx.xx.2013-cü il tarixli 29 saylı müqavilə isə mənzilin mülkiyyətçisi olan Cavabdeh3 ilə iddiaçı arasında bağlanmışdır.
88. Bundan əlavə apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə iddia müddətinin ötürüldüyünə istinad etsə də nəzərə almamışdır ki, hazırkı iddia tələbi əşya hüququ ilə bağlıdır.
89. Azərbaycan Respublikası Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqı nda tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. 90. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 384.0.4- cü maddəsi ilə bağlı qeyd etmişdir ki, bu maddədə iddia müddətinin şamil edilmədiyi hallar müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, MM-in 384.0.4-cü maddəsi müqavilədən irəli gələn tələb etmək hüququnu deyil, əşya hüquqları ilə bağlı halları tənzimləyir. Əşya hüquqları tam və məhdud əşya hüquqları olaraq iki əsas qrupa ayrılır: tam əşya hüququ - mülkiyyət hüququ; məhdud əşya hüquqları - servitut, uzufrukt, tikintiyə v ərəsəlik, girov və ipoteka. Bu hüquqların xüsusiyyəti ondan ibarətdir ki, bu hüquqlardan istifadə edilməməsi onların aradan qalxmasına səbəb olmur və hər kəsə qarşı tələbin irəli sürülmə imkanı da hər hansı bir müddətlə məhdudlaşdırılmır. Əşya hüquqlarının iddia müddətinə tabe olmaması prinsipi hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biridir və Konstitusiyanın 29-cu maddəsinin, 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin müddəalarının təmin edilməsinə xidmət edir
91. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır.
92. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin məzmununa görə maddi və prosessual hüquq norma larının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
93. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10887/2021 nömrəli, 13 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.