Məhkəmə qərarları › İş №2(102)-2625/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2625/2023

03.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2625/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X1 Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmlak tələbi 03.08.2023 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki k0llegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu, Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 fevral 2023-cü il tarixli, 2(103)1638/2023 saylı qətnaməsindən Cavabdeh verdiyi kassasiya şikayəti üzrə mülki işə 03 avqust 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları: 23 noyabr 2001-ci il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən Bakı şəhəri, ünvan 1 evin 01 saylı mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə X adına qeydə alınmışdır. 07 yanvar 2019-cu il tarixdə X2 rəsmi nikah əsasında Cavabdeh ilə ailə qurmuş və sonuncunun atası X məxsus olan sözügedən evə gəlin köçmüşdür. Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin 06 iyun 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə X3 arasında bağlanmış nikah pozulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat İddiaçı X2 (bundan sonra) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin valideynlərinə məxsus olan Bakı şəhəri, ünvan 1 evin 01 saylı mənzilində qalmış ona məxsus 1 ədəd televizor, 1 ədəd paltaryuyan Samsung, 1 ədəd tozsoran, 1 ədəd ətçəkən maşını, 1 ədəd blender, 1 ədəd X6, 1 ədəd Galaxy qazan dəsti, 1 ədəd Galaxy qazan dəsti, 1 ədəd Şirli qazan dəsti, 1 ədəd mantı qazanı, 1 ədəd elektrik qazanı, 1 ədəd toster, 1 ədəd Vitek elektrik çaydanı, 1 ədəd servisçay-yemək dəsti+qaşıq dəsti, 3 dəst yorğan-döşək+4 dəst yastıq, 4 ədəd pastel dəsti+dəsmal dəsti, 1 ədəd uşaq beşiyi, 1 ədəd manej, 1 ədəd manej, 1 ədəd uşaq üçün oturacaq, 1 ədəd telefon İphone 5s, 1 ədəd Toshiba Kompüter, 1 ədəd pərdə, 1 ədəd meyvə+konfet qabları, 1 ədəd saat, 3 gündəlik yemək servisi, 2 dəst çay servisi, 3 ədəd meyvə qabları, 1 ədəd divan örtüyü, 1 ədəd qonaq dəsti, 1 ədəd yataq dəsti, 1 ədəd sandıq, 1 ədəd kalyaska, 1 ədəd lüstur, 1 ədəd elektrik soğançəkən, 1 ədəd şirəçəkən, 1 ədəd mikrodalğalı soba, 2 ədəd siri vedrə, 1 ədəd ütü stolu, 1 ədəd iri qazan, 1 ədəd paltar setkası, 1 ədəd uşaq vannası, 2 ədəd xalça, 1 ədəd xalça, 1 ədəd ütü, ümumi dəyəri 19615 manat, 1 ədəd nişan üzüyü, 1 ədəd uşaq qolbağı, 1 ədəd 5-lik, 1 ədəd 22,09 qram sep (boyunbağı sepi), 1 ədəd 4,65 qram sırğa, 1 ədəd 9,3 qram qolbaq, 1 ədəd 6,9 qram üzük, ümumi dəyəri 5.520 manat, həmin əmlaklar olmadıqda isə həmin əmlakların dəyəri qismində cəmi 25.135 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi işin yuxarıda sadalanan faktiki hallarına istinad edilməklə belə əsaslandırılmışdır ki, tərəflər arasında 07 yanvar 2019-cu il tarixdə nikah bağlanmış, iddiaçı cavabdehin valideynlərinə məxsus evə gəlin köçmüş və bütün cehiz əmlaklarını həmin evə yerləşdirmişdir. Aralarındakı nikah pozulduqdan sonra cavabdehdən ona məxsus əmla kları tələb etdikdə isə cavabdeh həmin əmlakların bir qismini, o cümlədən qızıl-zinət əşyalarını ona verməkdən imtina etmişdir. Cavabdehlə olan danışıqlar zamanı o, iddiaçıya məhkəmədən sonra qızıllarını qaytaracağını bildirsə də, sonradan həmin qızılları qaytarmaqdan imtina etmişdir. Məhkəmə iclasında cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, qarşı tərəfin adətlərinə görə başlıq pulu alınır və hansı əşyaları verirlərsə, təhvil-təslimdə qeyd olunur. Tərəflər arasında razılığa gəlindi ki, heç bir əşya verilməsin, onlar ayrılıqda öz evlərində yaşadıqda cehiz verərlər, yalnız yorğan-döşək kimi əşyalar verildi. Onların nikahları 3 ay içərisində oldu, iddiaçı da tamamilə əşyalı evə gəlin gəldi. O, evdə olan əşyaları qaytarmağa razıdır. Mebellər isə iddiaçı ilə birlikdə nika h dövründə dəyişdirilib. Təqdim etdiyi sənədlərdə aldığı mebellərin qiymətləri qeyd edilib. Köhnə mebelləri sex malları olduğu üçün ucuz qiymətə, 800 manata satmış və üstünə pul əlavə edərək yenisini almışdır. Həmçinin, bacısıgil iddiaçıya uşaq doğulanda qolbaq, onlar isə nişan üzüyü, sırğa, qolbaq üzük boyunbağıdan ibarət komplekti almış, beşlikdən xəbəri olmamışdır. Qızıllar daim iddiaçının özündə olub, gündəlik istifadə edirdi. Onlar istirahətə getdikdə də özündə idi. İddiaçı avqust ayının 26-da evi tərk etmiş və ona heç bir təzyiq, təsir olmamışdır. Həmin gün o, bütün günü anası ilə birlikdə xəstəxanada olmuşdur. İddiaçı anası ilə həmin gün evdə özlərinə süfrə açaraq yeyib-içiblər, uşağa aid nə varsa və qızılları götürüb gediblər. O, bunu evə qayıdanda öyrənmişdir. O, bir müddət sonra qızılların götürülməsilə bağlı polisə də müraciət etmişdir. Daha əvvəl müraciət etməməyinə səbəb isə onun səhv etdiyini anlayıb geri qayıdacağını düşünməyi olmuşdur. Hətta uşağın 2 ədəd uşaq arabası var idi, iddiaçı birini özü ilə aparmışdı, sonra isə o, digərini də aparıb vermişdir. Məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq Suraxanı rayon 32-ci polis bölməsindən göndərilmiş materiallara əsasən, cavabdeh həyat yoldaşı olan iddiaçı tərəfindən evdən qızıl-zinyət əşyaların və pulun aparılması barədə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş 07 iyul 2022-ci il tarixli qiymətləndirmə rəyinə əsasən, qiymətləndirməyə təqdim edilmiş cehiz əmlakların 2022-ci ilin iyun ayı üçün bazar qiyməti ümumilikdə 19.615 manat, qızılların dəyəri 5.520 manat, ümumil ikdə isə 25135 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri, Suraxanı rayon İcra şöbəsinin icra məmurları, hal şahidləri və borclu Cavabdeh iştirakı ilə tərtib edilmiş 1-ci akta əsasən,16(010)-33/2022 saylı, 04 oktyabr 2022-ci il tarixli icra sənədinin icra sənədinin icrası ilə əlaqədar borclu Cavabdeh yaşadığı Bakı şəhəri, ünvan 1 evin 01 saylı mənzilində olan tələbkar X məxsus icra sənədində qeyd olunan və yerində aşkar edilən əmlakların üzərinə həbs qoyulmuşdur. Aşkar edilməyən əmlaklar: nişan üzüyü, uşaq qolbağı, 5- lik, sep (boyunbağı sepi), sırğa, qolbaq, üzük, X6, 1 ədəd mantı qazanı, 1 ədəd elektrik qazanı, 1 ədəd toster, 1 ədəd Vitek elektrik çaydanı, 4 dəst yastıq, 4 ədəd pastel dəsti+dəsmal dəsti, 1 ədəd manej, 1 ədəd uşaq üçün oturacaq, 1 ədəd telefon İpho ne 5s, 1 ədəd Toshiba Kompüter, 3 gündəlik yemək servisi, 2 dəst çay servisi, 3 ədəd meyvə qabları, 1 ədəd qonaq dəsti, 1 ədəd yataq dəsti, 1 ədəd kalyaska, 1 ədəd lüstur, 1 ədəd elektrik soğançəkən, 1 ədəd şirəçəkən, 1 ədəd mikrodalğalı soba, 2 ədəd siri vedrə, 1 ədəd iri qazan, 1 ədəd ütü. Tərtib edilmiş 2-ci aktda isə göstərilmişdir ki, tələbkar X məxsus icra sənədində qeyd olunan və yerində aşkar olunan əmlaklara həbs qoyulmuşdur. Aşağıda qeyd olunan və icra sənədində göstərilən əmlaklar yerində aşkar edilmədi: qızıl nişan üzüyü, uşaq qolbağı, 5-lik, sep (boyunbağı sepi), qolbaq, üzük, X6, mantı qazanı, elektrik qazanı, toster (yandığı üçün atılıb), Vitek elektrik çaydanı, manej, telefon İphone 5s, Toshiba Kompüter, qonaq dəsti, yataq dəsti, elektrik soğançəkən, mikrodalğalı soba, siri vedrə, iri qazan, ütü. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 2(010)3969/2022 saylı qətnaməsi ilə (hakim T.Mahmudova) iddia qismən təmin edilmiş, Bakı şəhəri, ünvan 1 evin 01 saylı ünvanda qalmış iddiaçıya məxsus 1 ədəd televizor (1500 manat), 1 ədəd paltaryuyan Samsung (1500 manat), 1 ədəd tozsoran (250 manat), 1 ədəd ətçəkən maşını (250 manat), 1 ədəd blender (100 manat), 1 ədəd Galaxy qazan dəsti (260 manat), 1 ədəd Galaxy qazan dəsti (280 manat), 1 ədəd Şirli qazan dəsti (150 manat), 1 ədəd servis-çay-yemək dəsti+qaşıq dəsti, 3 dəst yorğan-döşək (800 manat), 1 ədəd uşaq beşiyi (350 manat), 1 ədəd manej (100 manat), 1 ədəd pərdə (550 manat), 1 ədəd meyvə+konfet qabları (150 manat), 1 ədəd saat (80 manat), 1 ədəd divan örtüyü (200 manat), 1 ədəd sandıq ( 380 manat), 1 ədəd ütü stolu (52 manat), 1 ədəd paltar setkası (90 manat), 1 ədəd uşaq vannası (63 manat), 2 ədəd xalça (300 manat), 1 ədəd xalça (250 manat), onlar naturada mövcud olmadıqda isə onların dəyəri olan cəmi 7.655 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ona məxsus əşyaları bunu özündə saxlamaq hüququ olmayan cavabdehdən tələb etməkdə haqlıdır. Lakin cavabdeh tərəfindən etiraf edilməyən və aktda göstərilən digər cehiz əşyalarının, yəni X6, 1 ədəd mantı qazanı, 1 ədəd elektrik qazanı, 1 ədəd toster, 1 ədəd Vitek elektrik çaydanı, 4 dəst yastıq, 4 ədəd pastel dəsti+dəsmal dəsti, 1 ədəd manej, 1 ədəd uşaq üçün oturacaq, 1 ədəd te lefon İphone 5s, 1 ədəd Toshiba Kompüter, 3 gündəlik yemək servisi, 2 dəst çay servisi, 3 ədəd meyvə qabları, 1 ədəd kalyaska, 1 ədəd lüstur, 1 ədəd elektrik soğançəkən, 1 ədəd şirəçəkən, 1 ədəd mikrodalğalı soba, 2 ədəd siri vedrə, 1 ədəd iri qazan, 1 ədəd ütünün mövcudluğunu iddiaçı sübut edə bilmədiyindən, həmin hissədə iddia təmin edilə bilməz. Həmçinin, məhkəmə iş materiallarında olan rəyi nəzərə alaraq, hesab etmişdir ki, həmin cehiz əşyaların dəyərinin sənədlərdə əks olunmuş qiymətlərə uyğun şəkildə qeyd edilməsi qanuna uyğundur. Belə ki, cavabdeh həmin sənədləri təkzib edəcək hər hansı sübuta istinad etməmişdir. Bundan başqa, məhkəmə iddia tələbinin mebellər (1 ədəd qonaq dəsti və 1 ədəd yataq dəsti) ilə bağlı hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin mebellər satılaraq əvəzinə yeni mebellər alındığı üçün iddiaçıya məxsus cehiz əmlaklar hesab oluna bilməz. Belə ki, iş materiallarında olan çeklərdən görünür ki, qeyd olunan mebellər 03 dekabr 2020-ci il tarixdə, yəni tərəflərin birgə nikah dövründə alınmışdır. Göründüyü kimi mübahisə predmeti olan mebel əşyaları tərəflərin nikah dövründə alındığı üçün onların ümumi birgə mülkiyyəti hesab olunur. Eyni zamanda, birinci instansiya məhkəməsi iddianın qızıl-zinət əşyaları tələbi ilə bağlı hissəsinə münasibətdə belə qənaətə gəlmişdir ki, qanunvericilik normaları iddiaçıya öz mülkiyyətində olan əmlakı, o cümlədən qızıl-zinət əşyalarını başqalarının qanunsuz sahibliyindən geri tələb etmək hüququ verir. bu hissədə iddianın əsasını təşkil edən hal sübutlarla, habelə tərəflərin məhkəməyə verdikləri izahatlarla qismən, yəni c avabdeh tərəfindən etiraf edilməyən bir ədəd beşlik istisna olmaqla öz təsdiqini tapmışdır. Həmçinin, iddiaçı sadaladığı qızıl-zinət əşyalarının cavabdehlə birlikdə yaşadığı evdən getdiyi zaman cavabdehdə qaldığını biri digərini tamamlayan mötəbər dəlillərlə sübut edə bilməmişdir. Hər hansı mötəbər sübutla dəstəklənmədiyi halda isə yalnız şifahi bildirilənlərə əsasən onun həmin tələbini əsaslı hesab etmək mümkün deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçının cavabdehlə birlikdə yaşadığı evdən gedərkən, ona heç bir maneənin olmaması və istədiyi əşyaları götürə bilməsi, evdən getmə şəraiti nəzərə alındığında isə onun qızıl-zinət əşyalarını həmin evdə saxlamış olduğu ağlabatan mühakimə əsasında inandırıcı deyildir. Göründüyü kimi iddiaçının evi tərk etməsi zamanı vəziyyətin gərgin olmam ası bu mülahizəni məntiqli hesab etməyə imkan verir. Belə ki, iddiaçının təqdim etdiyi fotoşəkillər özü-özlüyündə tələb edilən əşyaların cavabdehdə olduğunu təsdiq edən birmənalı sübut kimi qəbul oluna bilməz. Digər tərəfdən, məhkəmə tərəfindən sorğu edilərək tələb olunan polis materiallarından göründüyü kimi, cavabdeh iddiaçının getməsindən bir müddət sonra qızılların və pul məbləğinin iddiaçı tərəfindən aparılması ilə bağlı müraciət etmişdir. Buna görə də iddiaçı tələb etdiyi qızıl-zinət əşyaları ilə bağlı sübutlar təqdim edə bilmədiyindən iddia həmin hissədə rədd olunmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Mülki Məcəllənin 157.1, 157.2-ci maddələrinə, Ailə Məcəlləsinin 34.1, 34.2-ci maddələrinə, habelə Mülki Pro sessual Məcəllənin 2.1, 4.1, 14.2, 88, 106.3, 217.4, 218.3, 222.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus mebellərin cavabdeh tərəfindən satılaraq yeni mebel alınması, yeni mebellərin cavabdehə məxsus olması və onun mülkiyyətində qalması cavabdehin öz etirafı ilə, iddiaçıya məxsus mebellərin dəyəri isə ekspert rəyi ilə sübuta yetirilmiş, lakin məhkəmə bu hala düzgün qiymət verməmişdir. Cavabdeh iddiaçının əmlakı hesabına əsassız varlanmış, bu zaman iddiaçının cavabdehdən öz əmlakının dəyərini əsassız varlanma qaydasında tələb etmək hüququ yaranmışdır. Qızıl-zinət əşyaları ilə bağlı məhkəmə düzgün nəticəyə gəlməmişdir, cavabdeh izahatında qızıl-zinət əşyalarının mövcudluğunu, yataq otağında qabda olmasını etiraf etmiş, bu hissədə iddiaçı qızıl-zinət əşyalarının mövcudluğunu və cavabdehin evində olmasını sübut etmək vəzifəsindən azad olunmuşdur. Cavabdeh isə etirazının əsaslandığı hal kimi iddiaçının evdən gedərkən qızıl-zinət əşyalarını da özü ilə aparmasını bildirmiş, artıq onun bu halı sübut etmək vəzifəsi yaranmışdır. İddiaçı evdən həmişəlik getmək məqsədi ilə çıxmamışdır. Cavabdeh əmlakla əlaqədar 25 sentyabr 2021-ci il tarixdə “Whatsapp” mesajlaşma proqramı vasitəsi ilə səs göndərərək, “qızılları məhkəmədən sonra” veriləcəyini bi ldirmiş, iddiaçı da bu səsyazısını sübut kimi məhkəməyə təqdim etmişdir. Məhkəmə digər cehiz əşyalarına münasibətdə də düzgün olmayan nəticəyə gəlmiş, icra məmurunun aktı ilə mövcudluğu sübuta yetən bəzi əmlakların cavabdehdən alınması hissəsində iddianı rədd etmişdir. Məhkəmənin 04 oktyabr 2022-ci il tarixli qərardadı ilə iddiaçının cavabdehdən tələb etdiyi əmlaklar üzərinə həbs qoyulmuş və həmin qərardad icra edilərkən yalnız nişan üzüyü, uşaq qolbağı, 5-lik qızıl, sep, sırğa, qolbaq, üzük, Vest Mikser stolüstü, mantı qazanı, elektrin qazanı, toster, Vitek elektrik çaydanı, manej, telefon İphone 5S, Toshiba komputer, qonaq dəsti, yataq dəsti, elektrik soğançəkən, mikrodalğalı soba, şiri vedrə, iri qazan və ütü yerində aşkar edilməmiş, digər əmlaklar isə yerində olduğuna görə qalan bütün əmlakların üzərinə həbs qoyulmuş, bu barədə akt tərtib edilmişdir. Lakin məhkəmə iddiaçının tələb etdiyi və üzərinə həbs qoyulmuş 4 dəst yastıq, 4 ədəd pastel dəsti+dəsmal dəsti, 1 ədəd uşaq üçün oturacaq, 3 dəst gündəlik yemək servisi, 2 dəst çay servisi, meyvə qabları, kolyaska, lüsturlar, şirəçəkənin cavabdehdən alınması hissəsində iddianı rədd etmişdir. İddiaçı evdən gedərkən qızılları və ya hər hansı bir əşyanı özü ilə aparması üçün heç bir əsas olmamış, onların həmin zaman münasibətləri yaxşı olmuşdur. Tərəflərin münasibətləri iddiaçı öz anasının yanında qalandan sonra pozulmuşdur. Apelyasiya baxışı zamanı mülki iş materiallarında olan CD diskdəki səs yazıları dinlənilmiş və cavabdeh səs yazısının ona məxsus olduğunu bildirmişdir. Həmin səs yazılarında cavabdeh tərəfindən deyilir ki, “qızılları yox, qızılları məhkəmədən sonra. Qızıllar məhkəmədən sonra, amma qızıllara qədər nə varsa hamısını götürsün aparsın.” Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 28 fevral 2023-cü il tarixli, 2(103)1638/2023 saylı qətnaməsi ilə (hakimlər V.Sadıqov sədrlik edən, məruzəçi, M.Rüstəmli və A.İsgəndərov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə qismən (4 dəst yastıq, 4 ədəd pastel dəsti+dəsmal dəsti, uşaq üçün oturacaq, 3 gündəlik yemək servisi, 2 dəst çay servisi, meyvə qabları, lüstur (çılçıraq), şirəçəkən və qızıl-zinət əşyalarına aid hissədə) ləğv edilməsi, həmin hissədə iddia tələbinin qismən təmin edilməsi, dəyəri 1000 manat olan 1 ədəd nişan üzüyü; dəyəri 320 manat olan 1 ədəd uşaq qolbağı; dəyəri 500 manat olan 1 ədəd 5-lik; ümum dəyəri 3700 manat olan 1 ədəd 22,09 qram boyunbağı (1900 manat), 1 ədəd 4,65 qram sırğa (400 manat), 1 ədəd 9,3 qram qolbaq (800 manat) və 1 ədəd 6,9 qram üzükdən (600 manat) ibarət qızıl-bəzək dəsti, özləri olmadıqda isə dəyəri; 4 dəst yastıq, 4 ədəd pastel dəsti+dəsman dəsti (ümumi 800 manatın tərkibində), uşaq üçün oturacaq (170 manat), 3 gündəlik yemək servisi (120 manat), 2 dəst çay servisi (220 manat), meyvə qabları (100 manat), lüstur (250 manat), şirəçəkən (50 manat), onlar naturada mövcud olmadıqda isə dəyərinin cavabdehdən alınaraq iddiaçıya verilməsi və qətnamənin mübahisələndirilən qalan hissədə (mebellərə aid hissədə) dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin id dia tələbinin mebellərə aid hissəsində mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə iddianın rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Belə ki, iddiaçının cehiz olaraq gətirdiyi mebellər birgə nikah dövründə hər iki tərəfin qarşılıqlı razılığı ilə satılmış və əvəzinə yeni mebellər alınmışdır. Buna uyğun olaraq, ümumi birgə mülkiyyətdə olan əmlakın Mülki Məcəllənin 157.2-ci maddəsinə istinad edərək tələb edilməsi yolverilməzdir. Ona görə də bu hissədə iddia təmin edilə bilməz. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının ümumi birgə mülkiyyətdə olan əmlak üzərində payının müəyyən edilməsi və paya uyğun olaraq əmlakın tələb edilməsi barədə iddia qaldırmaq hüququ vardır. Yeni mebellərin alınmasına sərf olunan vəsaitin bir hissəsinin iddiaçının mebellərinin satışından əldə olun muş vəsait təşkil etməsi isə yeni mebellərə tərəflərin payı müəyyən olunarkən qeyri-bərabər (iddiaçının xeyrinə) bölgü üçün əsas ola bilər. Bundan başqa, məhkəmə kollegiyası qızıl-zinət tələbinə aid hissədə məhkəmənin gəldiyi nəticə ilə razılaşmayaraq hesab etmişdir ki, apellyasiya baxışı zamanı cavabdeh mülki iş materiallarında olan foto şəkillərdəki qızıl-zinət əşyalarının tələb edilən qızıl-zinət əşyaları ilə tam olaraq eynilik təşkil etdiyini və mövcudluğunu təsdiqləmişdir. Həmçinin, cavabdeh tərəf qızılların məhkəmədən sonra veriləcəyini bildirmişdir. Aşkardır ki, qızıllar cavabdehdə qalmışdır, qanunvericiliyin tələbinə əsasən isə həmin qızıllar iddiaçıya məxsus olmaqla onun mülkiyyətidir. Ona görə də iddiaçı haqlı olaraq cavabdehin qanunsuz sahibliyindən özünə məxsus həmin əmlakı təl əb edir. Apellyasiya instansiya məhkəməsi iddia tələbinin təmin edilməyən digər cehiz əşyalarına aid hissədə belə qənaətə gəlmişdir ki, birinci aktda aşkar edilməyən əşya kimi göstərilmiş – 4 dəst yastıq, 4 ədəd pastel dəsti+dəsman dəsti, uşaq üçün oturacaq, 3 gündəlik yemək servisi, 2 dəst çay servisi, meyvə qabları, kalyaska, lüstur, şirəçəkən – ikinci aktda aşkar edilməyən əşyalar sırasında göstərilməmişdir. Yəni bu sadalanan əşyalar evdə aşkarlanmışdır. Birinci instansiya məhkəməsi isə ikinci aktı nəzərə almadan birinci akta əsasən aşkarlanmamış əşyalara aid hissədə iddianı rədd etmişdir. Lakin tərəflərin iştirakı ilə tərtib edilmiş digər aktda aşkarlanmış əşyalar sırasında 4 dəst yastıq, 4 ədəd pastel dəsti+dəsman dəsti, uşaq üçün oturacaq, 3 gündəlik yemək servisi, 2 dəst çay servisi, meyvə qabları, kalyaska, lüstur (çılçıraq), şirəçəkən də olmuşdur. Kalyaskaya münasibətdə apellyasiya baxışı zamanı iddiaçı bildirmişdir ki, tələbi yoxdur, çünki cavabdeh özü sonradan kalyaskanı gətirib vermişdir. Digər tərəfdən, məhkəmə kollegiyası ikinci akta əsasən evdə aşkarlanmış digər əşyalara aid hissədə qeyd etmişdir ki, iddia tələbi həmin hissədə də təmin edilməli, həmin əşyalar - 4 dəst yastıq, 4 ədəd pastel dəsti+dəsman dəsti, uşaq üçün oturacaq (170 manat), 3 gündəlik yemək servisi (120 manat), 2 dəst çay servisi (220 manat), meyvə qabları (100 manat), lüstur (250 manat), şirəçəkən (50 manat), naturada olmadıqda isə dəyəri cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi 4 dəst yastıq, 4 ədəd pastel dəsti+dəsman dəstinin dəyəri ilə bağlı hesab etmişdir ki, iddia tələbində “servis-çay-yemək dəsti+qaşıq dəsti; 3 dəst yorğan-döşək+4 dəst yastıq və 4 ədəd pastel dəsti+dəsmal dəsti” olmaqla hamısının dəyəri birlikdə 800 manat göstərilmiş, birinci instansiya məhkəməsi servis-çay-yemək dəsti+qaşıq dəsti; 3 dəst yorğan-döşək dəstinə aid hissədə iddianı təmin edib, həmin əşyaların, naturada olmadıqda isə dəyərinin iddiaçıya verilməsini qət etmiş və həmin əşyaların dəyərini ümumi məbləğ olan 800 manat götürmüşdür. Hazırda isə 4 dəst yastıq və 4 ədəd pastel dəsti+dəsmal dəstinin də iddiaçıya verilməsi qənaətinə gəlindiyi üçün, onların da dəyəri ümumi məbləğə aid olan 800 manata daxildir. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 157.2, 225.1, 225.2-ci maddələrinə, Ailə Məcəlləsinin 34.1-ci maddəsinə, habelə Mülki Prosessual Məcəlləsnin 14.2, 77.1, 384.0.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh həm birinci, həm də apellyasiya instansiya məhkəməsində verdiyi izahatlarda birmənalı olaraq qeyd etmişdir ki, qızıl-zinət əşyaları iddiaçı tərəfindən götürülmüşdür. İddiaçının iddia tələbinin əsasını təşkil edən hallardan biri odur ki, qızıl-zinət əşyaları evdən çıxarkən onun tərəfindən götürülməmiş və cavabdehdə qalmışdır. Bu halı sübut etmək vəzifəsi birbaşa iddiaçının üzərində olduğundan iş materiallarında olan sübutlar və dəlillər həmin qızıl-zinət əşyalarının cavabdehdə olma halını sübut edə bilməmişdir. İş materiallarında olan sübutlar isə həmin halı sübut etmək üçün mötəbər sayıla bilməz. Apellyasiya instansiya məhkəməsi işdə olan sübutlara Mülki Məcəllənin 157-ci maddəsini tətbiq etməklə səhvə yol vermişdir. Belə ki, işdə olan sübutlarla qızıl-zinət əşyalarının cavabdehdə olması sübut olunmur, yəni iddiaçının heç bir əmlakı cavabdehin qanunsuz sahibliyində deyil, ona görə ki, qeyd olunan əşyalar iddiaçının özünə qaytarılmışdır. Məhkəmə bununla hüququn tətbiqində səhvə yol vermiş, iddiaçının olmayan əmlakının ca vabdehdən geri qaytarılmasını tələb edən məhkəmə aktı qəbul etmişdir. Bundan başqa, cavabdeh yalnız təqdim etdiyi şəkillərdə olan qızıl-zinət əşyalarının eyniliyi ilə bağlı hissəni təsdiq edir, həmin əşyaların cavabdehdə olmasını nə etiraf edir, nə də bu halı təsdiq edir. Belə ki, həmin fotoşəkillərdə olan qızıl-zinət əşyalarının cavabdehdə olması təsdiq olunmur, cavabdeh yalnız həmin əşyaların mövcud olduğunu qeyd edir,eyniliyini təsdiq edir, özündə saxlanılmasını etiraf etmir. Digər tərəfdən, qeyd olunan “CD” diskdə olan səs yazısı ilk növbədə qanunsuz əldə edilmişdir, eyni zamanda həmin səs yazısından tam aydın deyil. Halbuki, məhkəmə sübutlara qiymət verərkən ehtimallara əsaslana bilməz, qəbul edilmiş məhkəmə aktı isə qanuni və əsaslı olmalıdır. Lakin apellyasiya instansiya məhkəməsi t ərəfindən sözügedən normanın tələblərinin pozulması qanunsuz və əsassız qətnamənin qəbul edilməsilə nəticələnmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlik də əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtl ə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə

34. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklin də və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və də lillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdehin kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu gös tərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, 23 noyabr 2001-ci il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən Bakı şəhəri, ünvan 1 evin 01 saylı mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə X adına qeydə alınmışdır. 07 yanvar 2019-cu il tarixdə iddiaçı rəsmi nikah əsasında cavabdehlə ailə qurmuş və sonuncunun atası X məxsus olan sözügedən evə gəlin köçmüşdür. Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin 06 iyun 2022-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşmayıb qeyd etmişdir ki, iddiaçının ümumi birgə mülki yyətdə olan əmlak üzərində payının müəyyən edilməsi və paya uyğun olaraq əmlakın tələb edilməsi barədə iddia qaldırmaq hüququ vardır. Belə ki, apellyasiya baxışı zamanı cavabdeh mülki iş materiallarında olan foto şəkillərdəki qızıl-zinət əşyalarının tələb edilən qızıl-zinət əşyaları ilə tam olaraq eynilik təşkil etdiyini və mövcudluğunu təsdiqləmişdir. Həmçinin, cavabdeh qızılların məhkəmədən sonra veriləcəyini bildirmişdir. Aşkardır ki, qızıl-zinət əşyaları cavabdehdə qalmışdır və qanunvericiliyin tələbinə əsasən həmin qızıl-zinət əşyaları iddiaçıya məxsus olmaqla onun mülkiyyətidir. Ona görə də iddiaçı cavabdehin qanunsuz sahibliyindən özünə məxsus olan əmlakı geri tələb etməkdə haqlı olmuşdur. İddiaçının cavabdehə qarşı hazırki tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsin in dipozitiv şərtləri təşkil edir. Həmin maddənin mənasına görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Normanın mənasından da göründüyü kimi, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi məcmu şəkildə aşağıdakı hallar mövcud olduqda mümkündür: birincisi, əmlakın mülkiyyətçinin faktiki sahibliyindən çıxması; ikincisi, əmlakın naturada mövcud olması və başqasının sahibliyində olması; üçüncüsü, tərəflər arasında müqavilənin və yaxud sair öhdəliyin olmaması. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 157-ci maddəsi mülkiyyət hüququnun müdafiəsinin aşağıdakı üç üsulunu nəzərdə tutur: birincisi, mülkiyyət hüququnun tanınması; ikincisi, özgəsinin qanunsuz sahibliyindən əmlakın tələb edilməsi; üçüncüsü, mülkiyyətə qəsd və maneə lərə son qoyulmasının tələb edilməsi. Məhz mülkiyyətçi bu maddədə nəzərdə tutulmuş üsullardan istifadə edərək öz mülkiyyətində olan əmlakın hər cür pozuntulardan müdafiə edilməsini təmin edir. Mülkiyyətçinin öz əmlakını başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Mülkiyyəçinin öz əmlakını başqasının qanunsuz sahibliyindən tələb etməsi üçün məhkəməyə verdiyi iddia hüquq ədəbiyyatında vindikasiya iddiası adlanır. Vindikasiya iddiası (latın sözü olub, vimdecere- sözündəndir və zor tətbiq edəcəyini elan etmək mənasını verir) mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqav ilədən kənar tələbdir. Apellyasiya instansiya məhkəməsi həmçinin iddia tələbinin təmin edilməyən digər cehiz əşyalarına aid hissədə belə qənaətə gəlmişdir ki, birinci aktda aşkar edilməyən əşya kimi göstərilmiş – 4 dəst yastıq, 4 ədəd pastel dəsti+dəsman dəsti, uşaq üçün oturacaq, 3 gündəlik yemək servisi, 2 dəst çay servisi, meyvə qabları, kalyaska, lüstur, şirəçəkən – ikinci aktda aşkar edilməyən əşyalar sırasında göstərilməmişdir. Yəni bu sadalanan əşyalar evdə aşkarlanmışdır. Birinci instansiya məhkəməsi isə ikinci aktı nəzərə almadan birinci akta əsasən aşkarlanmamış əşyalara aid hissədə iddianı rədd etmişdir. Lakin tərəflərin iştirakı ilə tərtib edilmiş digər aktda aşkarlanmış əşyalar sırasında 4 dəst yastıq, 4 ədəd pastel dəsti+dəsman dəsti, uşaq üçün oturacaq, 3 gündəlik yemək serv isi, 2 dəst çay servisi, meyvə qabları, kalyaska, lüstur (çılçıraq), şirəçəkən də olmuşdur. Kalyaskaya münasibətdə apellyasiya baxışı zamanı iddiaçı bildirmişdir ki, tələbi yoxdur, çünki cavabdeh özü sonradan kalyaskanı gətirib vermişdir. Digər tərəfdən, məhkəmə kollegiyası ikinci akta əsasən evdə aşkarlanmış digər əşyalara aid hissədə qeyd etmişdir ki, iddia tələbi həmin hissədə də təmin edilməli, həmin əşyalar - 4 dəst yastıq, 4 ədəd pastel dəsti+dəsman dəsti, uşaq üçün oturacaq (170 manat), 3 gündəlik yemək servisi (120 manat), 2 dəst çay servisi (220 manat), meyvə qabları (100 manat), lüstur (250 manat), şirəçəkən (50 manat), naturada olmadıqda isə dəyəri cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi 4 dəst yastıq, 4 ədəd pastel dəsti+dəs man dəstinin dəyəri ilə bağlı hesab etmişdir ki, iddia tələbində “servis-çay-yemək dəsti+qaşıq dəsti; 3 dəst yorğan-döşək+4 dəst yastıq və 4 ədəd pastel dəsti+dəsmal dəsti” olmaqla hamısının dəyəri birlikdə 800 manat göstərilmiş, birinci instansiya məhkəməsi servis-çay-yemək dəsti+qaşıq dəsti; 3 dəst yorğan-döşək dəstinə aid hissədə iddianı təmin edib, həmin əşyaların, naturada olmadıqda isə dəyərinin iddiaçıya verilməsini qət etmiş və həmin əşyaların dəyərini ümumi məbləğ olan 800 manat götürmüşdür. Hazırda isə 4 dəst yastıq və 4 ədəd pastel dəsti+dəsmal dəstinin də iddiaçıya verilməsi qənaətinə gəlindiyi üçün, onların da dəyəri ümumi məbləğə aid olan 800 manata daxildir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan iddiaya etirazının dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 fevral 2023-cü il tarixli, 2(103)-1638/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qəra

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar