Məhkəmə qərarları › İş №2(102)-2626/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-2626/2022

31.03.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2626/2022 31.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 QSC, Bakı Şəhəri Xəzər Rayon İcra Şöbəsi, Azərbaycan Respublikası Respublika Xammal və X1 Mərkəzi "xxxx" MMC-yə qarşı “hərracın nəticələrinin və yekun protokolun etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 noyabr 2021-ci il tarixli, 2(103)-10227/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək müəyyən etdi, İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Aleksandr Marxevka küçəsində 0,04 ha. torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 99.7 kv.m yaşayış, 105.6 kv.m köməkçi sahədən ibarət 3 saylı fərdi yaşayış evinə dair keçirilmiş hərracın və hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Novruzova, iş № 2(005)-1855/2021) İddiaçı cavabdehlər Cavabdeh 1 Qapalı Səhmdar Cəmiyyəti, Bakı şəhəri Xəzər rayon İcra şöbəsi, Azərbaycan Respublikası Respublika Xammal və X1 Mərkəzi “Külək» MMC-yə qarşı hərracın nəticələrinin və yekun protokolun etibarsız hesab edilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Sarıyev (sədrlik edən və məruzəçi), E.Mehdiyev və N.Cəfərov, iş № 2(103)-10227/2021) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(005)-1855/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Vəkil) k assasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2(103)-10227/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi və ya işin yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 130.3-cü maddəsinə əsasən isə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə ba xılmır və onları verən şəxsə qaytarılır. 403.1-ci maddəsinə əsasən bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. 405.0.1-ci maddəsinə əsasən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. 408.3-cü maddəsinə əsasən kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır. 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya ş ikayəti və iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki, İddiaçı kassasiya şikayəti müəyyən olunmuş müddət ötürülməklə verilmişdir. İşdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli 2(103)10227/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti 26 yanvar 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Ali Məhkəmənin Mülki kollegiyasının 16 fevral 2022-ci il tarixli 2(102)-1733/2022 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti MPM-in normalarının tələblərinə uyğun olmadığına görə qeyri-mümkün hesab edilmiş və mülki iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Qeyd olunan qətnamədən təkrar kassasiya şikayəti 05 mart 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Bu halda işin k assasiya məhkəməsinə göndərilməsi yalnız kassasiya şikayəti verən şəxsin eyni zamanda vermiş olduğu müddətinin bərpasına dair vəsatətinin təmin olunması halında mümkün ola bilədi ki, hazırkı işin halları baxımından isə belə vəsatətin verilməsi və məhkəmə tərəfindən təmin olunması müəyyən edilmir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qanunla müəyyən edilmiş 2 aylıq prosessual müddət ötürülməklə verildiyinə görə kassasiya şikayəti icraata qəbul edilə bilməz. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2(103)-10 227/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar