Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2626/2025 04.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisə, işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 29 aprel 2025-ci il tarixli 2(103)-1676/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən kassasiya şikayətinə 4 noyabr 2025-ci il tarixdə Ali Məhkəmənin b inasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İşçi İddiaçı ilə işəgötürən Azərbaycan Respublikası Cavabdeh arasında bağlanılmış 2 oktyabr 2013-cü il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı ilə MTTİ X8 üzrə mütəxəssisi vəzifəsinə işə qəbul edilməsinə dair müddətsiz əmək müqaviləsi bağlanmışdır.
2. Azərbaycan Respublikası Cavabdeh 30 oktyabr 2023-cü il tarixli, 2228/ş saylı əmrinə əsasən Nazirliyin Maddi-Texniki Təchizat İdarəsinin Ümumi şöbəsinin kadrlar üzrə mütəxəssisi İddiaçı öz xahişi ilə 30 oktyabr 2023-cü il tarixdən tutduğu vəzifədən azad edilmişdir.
3. İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinə ünvanladığı 26 noyabr 2023-cü il tarixli ərizədən müəyyən olunur ki, o, təzyiq altında verdiyi 30 oktyabr 2023-cü il tarixli ər izəsinin etibarsız hesab edilərək, tutduğu vəzifəyə bərpa olunmasını xahiş etmişdir.
4. Cavabdeh 18 iyul 2024-cü il tarixli, 318/2-Q-57/3-1/2024 saylı məktubundan müəyyən olunur ki, İddiaçı müraciəti əsasında Azərbaycan Respublikası Cavabdeh 30 oktyabr 2023-cü il tarixli, 2228/ş saylı əmrinin surəti ona göndərilmişdir.
5. İddiaçı tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirinə ünvanlanmış 01 noyabr 2023-cü il tarixli ərizədən müəyyən olunur ki, İddiaçı Nazirliyin strukturuna daxil olan qurumlar üzrə müvafiq işlə təmin edilməsini xahiş etmişdir.
6. Elektron sistemdən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Cavabdeh 30 oktyabr 2023-cü il tarixli, 2228/ş saylı əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi 13 noyab r 2023-cü il tarixdə sistemə daxil edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən qanunsuz azad edildiyi üçün onun işlədiyi Cavabdeh Maddi-Texniki Təchizat idarəsində kadrlar üzrə mütəxəssis vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanması və ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbini onunla əsaslandırmışdır ki, 2008-ci ildə Cavabdeh Maddi-Texniki Təchizat İdarəsi yaranmışdır. Həmin İdarə yarandığı gündən o, nazirin əmri ilə İdarənin kadrlar üzrə baş mütəxəssis vəzifəsinə işə qəbul olunmuş və daima həmin vəzifədə vicdanla çalışmışdır. Qüsursuz fəaliyyətinə görə rəhbərlik tərəfindən dəfələrlə Fəxri fərman və Fərql ənmə medalı ilə təltif olunmuşdur. 2023-cü ilin oktyabr ayında Cavabdeh Maddi-Texniki Təchizat İdarəsinin rəhbəriyi və Nazirliyin vəzifəli şəxsləri ona və digər işçilərə bildirmişdir ki, İdarədə aparılan struktur dəyişiklikləri ilə bağlı o və digər əməkdaşlar 30 oktyabr 2023-cü il tarixdən işdən çıxma və eyni zamanda 01 noyabr 2023cü il tarixdən işə qəbul olunma haqqında iki ərizə yazmılıdırlar. Bu zaman nazirliyin və İdarənin rəhbər işçiləri onu aldadaraq əmin etmişlər ki, bu şəxsən nazirin tapşırığıdır, idarənin bütün ştatı dövlət qulluğuna keçirilir, işdə azad olma haqqında əmr veriləndən dərhal sonra onun (digər işçilərin) işlədiyi vəzifəyə yenidən təyin olunmasına dair yeni əmr veriləcəkdir. O, cavabdehin bu yalan vədlərinə inanmış və digər işçilərlə birlikdə işdən çıxma və işə qəbul olunma haqqında iki ərizə yazıb kadrlar şöbəsinə təqdim etmişdir. Onun verdiyi ərizə əsasında X3 30 oktyabr 2023-cü il tarixli əmri ilə o “öz xahişi” ilə tutduğu vəzifədən azad edilmişdir. Bir müddətdən sonra onunla birgə ərizə vermiş bəzi işçilər yenidən işə qəbul olunmuş, bu zaman onu və digər işçiləri bir daha əmin etmişlər ki, növbə ilə onlar da işə bərpa olunacaqlar. Lakin, onun “işə qəbul olunma haqqında” ərizəsi icra edilməmiş və əmr verilməmişdir. Bunun səbəbini müəyyən etmək üçün o, dəfələrlə cavabdehə yazılı şəkildə müraciət etmiş, lakin müsbət cavab ala bilməmişdir. Aldadıldığını başa düşüb o, işdən çıxma haqqında ərizəni verdiyi tarixdən bir ay keçməmiş, Nazirliyin Kadrlar İdarəsinə işdən çıxma haqqında verdiyi ərizənin ləğv edilməsi (geri götürülməsi) haqqında yeni ərizə ver ib öz vəzifəsində əmək fəaliyyətini davam etmək niyyətində olduğunu bildirmişdir. İşəgötürən 1 ay müddətində işlədiyi vəzifəyə başqa işçinin götürülməsi haqqında onu rəsmi qaydada xəbərdarlıq etməmişdir. Cavabdehin barəsində etdiyi qanun pozuntuları yalnız qeyd edilənlər ilə bağlı olmamış, sistemli xarakter daşımışdır. Belə ki, cavabdeh onu aldadaraq “könüllü” olaraq işdən çıxmaq haqqında ərizə alandan sonra işdən azad olunmağı haqqında dərhal əmr vermiş və vəzifəsindən kənarlaşdırılmışdır. Bununla yanaşı, cavabdeh Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinin tələblərini pozaraq, işdən çıxma haqqında əmrin surətini uzun müddət ərzində ona verməkdən imtina etmişdir. O dəfələrlə cavabdehə ərizələr göndərmiş, əmrin surətini ona rəsmi qaydada təqdim edilməsini xahiş etmişdir. Lakin, cavabdeh əmr verməkdən boyun qaçırmışdır. Nəhayət, onun çoxsaylı şikayətlərindən sonra, cavabdeh barəsində olan əmri onun yaşadığı ünvana göndərməyə məcbur olmuşdur. İşdən azad olunma haqqında 30 oktyabr 2023-cü il tarixli əmrin surəti poçt vasitəsi ilə ona rəsmi olaraq 22 iyul 2024-cü il tarixdə təqdim edilmişdir. Bu fakt zərfin və poçt bildirişinin üzərinə vurulmuş o poçt ştampı ilə təsdiq olunur. Əmrin surətini alan kimi o dərhal cavabdehə mediasiya təklifi göndərmiş, lakin o onun təklifinə cavab verməmişdir, Bundan sonra o Bakı şəhəri 2 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Lakin cavabdeh mediasiyada iştirak etməkdən imtina etmiş və mediasiya baş tutmamışdır. Bu barədə Bakı şəhəri 2 saylı Mediasiya Təşkilatı tərəfindən 27 avqust 2024-cü il tarixli MŞB/-00854 saylı “Arayış" verilmişdir.
9. Cavabdeh tərəf iddia ərizəsinə etiraz təqdim edərək, bildirmişdir ki, Cavabdeh Maddi-Texniki Təchizat İdarəsinin Ümumi şöbəsinin kadrlar üzrə mütəxəssisi İddiaçı öz xahişi ilə 30 oktyabr 2023-cü il tarixdən tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 69-cu maddəsinin 5-ci bəndinə əsasən işçi ərizəsində əmək münasibətlərini yalnız dayandırmaq istədiyi günü qöstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. İddiaçı 25 oktyabr 2023-cü il tarixdə 30 oktyabr 2023-cü il tarixdən tutduğu v əzifədən azad edilməsi xahişi ilə fövqəladə hallar nazirinə müraciət etmişdir. Onun müraciəti əsasında İddiaçı Cavabdeh 2228/ş nömrəli 30 oktyabr 2023-cü il tarixli əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə uyğun olaraq tutduğu vəzifədən azad edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, İddiaçı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi”nə dair iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılması xahiş olunur.
10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 2(004)4932/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Azərbaycan Respublikası Cavabdeh İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair xx.xx.2023-cü il tarixli, 2228/ş nömrəli əmrin ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikası Cavabdehndə əvvəlki vəzifəsinə bərpa edilməsi, qətnamə qanuni qüvvəyə minənədək məcburi iş buraxmaya görə İddiaçı ödənilməmiş əmək haqqının cavabdeh Azərbaycan Respublikası Cavabdeh tərəfindən tutularaq iddiaçıya ödənilməsi qət etmişdir.(hakim Sultanova-Məmmədova Ayşən)
11. Birinci instansiya məhkəməsi ilk öncə onu qeyd etmişdir ki, cavabdeh tərəf etirazının əsası kimi iddiaçının öz xahişi ilə, yəni könüllü olaraq işdən azad olunmasını göstərilmişdir. Halbuki, uzun müddət MTTİ X8 üzrə mütəxəssisi vəzifəsində işləyən iddiaçının hansı motivlə öz xahişi ilə işdən azad olunmasını istəməsi müəyyən deyildir, bununla bağlı ağlabatan motiv yoxdur. Məlumdur ki, iddiaçı işəgötürənin yeni iş təklifi əsasında işdən çıxma ərizəsini yazmağa məcbur olub. Odur ki, qeyd olunan əmr ləğv edilməli və iddiaçı əvvəlki iş yerinə bərpa olunmalıdır.
12. Məhkəmə göstərmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən qüvvədə olan əmək qanunvericiliyinin tələbləri pozmuşdur.
13. Həmçinin iddiaçıya əmək müqaviləsinə xitam verilməsi barədə əmr gec verilmişdir, iddiaçının Nazirliyə çoxsaylı müraciətlərindən sonra sonuncuya əmrin surəti göndərilmiş, iddiaçı bundan sonra mediasiya müraciət etmiş, lakin cavabdeh mediasiyada iştirak etməkdən imtina etdiyindən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68, 69, 70, 71, 73, 74, 75, 76 və 300-cü maddəsinin 1-ci bəndinə və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyas ı məhkəməsindəki icraat
15. Cavabdeh Azərbaycan Respublikası Cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 2(004)-4932/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı öz xahişi ilə 30 oktyabr 2023-cü il tarixdən tutduğu vəzifədən azad edilmişdir. Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 69-cu maddəsinin 5-ci bəndinə əsasən işçi ərizəsində əmək münasibətlərini yalnız dayandırm aq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. İddiaçı 25 oktyabr 2023-cü il tarixdə 30 oktyabr 2023-cü il tarixdən tutduğu vəzifədən azad edilməsi xahişi ilə fövqəladə hallar nazirinə müraciət etmişdir. Etmiş olduğu müraciət əsasında İddiaçı Cavabdeh 2228/ş nömrəli 30 oktyabr 2023-cü il tarixli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə uyğun olaraq tutduğu vəzifədən azad edilmişdir. Eyni zamanda bildirir ki, birinci instansiya məhkəməsi iş materiallarında olan Nazirliyin əməkdaşlarının 25 oktyabr 2023-cü il tarixli işdən azad olunma barədə ərizələrini, habelə bəzi əməkdaşların 2023-cü ilin noyabr ayının əvvəlində yeni vəzifəyə təyin o lunmaları barədə Nazirliyin əmrlərini mötəbər sübut kimi qiymətləndirərək iddianın təmin edilməli olduğunu bildirmişdir. Belə ki, Cavabdeh sistemində eyni gün ərzində vəzifədən azad edilmə və ya vəzifəyə təyin edilmə barədə nazirliyin əmrlərinin olması tamamilə normal prosesdir. Məhkəmə qətnaməsində qeyd olunan digər şəxslərin vəzifəyə nə zaman təyin edildiyi, onların işdən azad olunma barədə nə zaman təşəbbüs göstərdiyi İddiaçı iddiasına münasibətdə mötəbər sübut kimi qiymətləndirilə bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1676/2025 nömrəli, 29 aprel 2025-ci il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şə həri Yasamal Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 2(004)-4932/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər X1 edən və məruzəçi, X6 və X2 ibarət tərkibdə)
18. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, işəgötürən iddiaçıya işlədiyi idarənin ləğv olunaraq yenisinin yaradılmasını elan edib ona idarənin digər 100 nəfərə yaxın işçi kimi öz təşəbbüsü ilə işdən çıxması və yeni yaradılmış idarədə işə qəbul olunması barədə ərizələr yazmağı bildirmiş, əks halda ərizə yazmayanların ixtisarla işdən çıxarılacağını elan etmiş, iddiaçı isə işəgötürənə güvənib bu ərizələri yazaraq ona təqdim etsə də, digər iş yoldaşları kimi yeni yaradılan idarədə işlə təmin edilməmişdir.
19. Göründüyü kimi himayəsində 3 yetkinlik yaşına çatmayan övladı olan iddiaçı öz iradə ifadəsi ilə işdən çıxması barədə ərizə yazmamış, ərizədə işdən azad olunmanın qeyd olunduğu tarix iddiaçının deyil, işəgötürənin müəyyən etdiyi tarix olmuş, belə bir ərizəni ona işəgötürən özünü qane edən məzmunda yazdırmış, ərizədə işçinin əmək münasibətlərinə xitam verilməsi tarixinin göstərilməsini tələb edən cavabdeh hələ 2023-cü ilin noyabr ayında aldadılaraq ərizə yazmasını ona bildirən iddiaçının müraciətlərinə heç bir münasibət bildirməmişdir.
20. Kollegiya tədqiq olunan sübutlara məcmu halında hüquqi qiymət verib belə nəticəyə gəlmişdir ki, hər hansı bir üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək yolverilməz olmaqla yanaşı qadağan olunan davranış olduğundan, iddiaçının işdən azad olunmasına dair yazdığı ərizənin onun öz iradəsinin ifadəsi olmaması iddiaçı ilə yanaşı, şahid ifadləri, cavabdehin nümayəndələrinin verdikləri izahatları və iş üzrə tədqiq olunan digər sübutlarla öz təsdiqini tapdığından, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün təqdim olunmuş sübutları tam, hərtərəfli araşdıraraq iddia tələbini təmin etməklə düzgün hüquqi nəticəyə gəldiyindən, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilmədiyindən apellyasiya şikayətinin dəlilləri cavabdeh tərəfindən mübahisələndirilən məhkəmə aktının ləğv edilməsi üçün əsas olmayıb.
21. Həmçinin, mülki işin sənədlərindən müəyyən olunur ki, birinci instansiya məhkəməsində iştirak edən cavabdehin nümayəndəsinin hazırkı mübahisəyə iddia müddətinin tətbiqi barədə hər hansı bir müraciəti təqdim olunmamış, hüquqşünasla təmsil olunan cavabdeh iddiaya qarşı etirazında, məhkəmə iclasında verilən izahatlarında, hətta apellyasiya şikayətində belə iddia müddətinin ötürülməsi ilə bağlı hər hansı nüansı qeyd etməmişdir. Ona görə də kollegiya cavabdehin nümayəndəsinin bu dəlilini də əsassız hesab etmişdir.
22. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, işə baxılması zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydası nda işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Məhkəmə tərəfindən iddia müddəti isə yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir.
23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyanın 12, 25, 26, 71-ci maddələrinə, Əmək Məcəlləsinin 2, 11, 12, 16, 68, 70, 83, 300-cü və Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 405-406-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
24. Cavabdeh Azərbaycan Respublikası Cavabdeh kassasiya şikayəti verərək, apelyasiya instansiya məhkəməsinin qətnaməsini ləğv və iddia tələbinin rədd olunmas ı barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırmışdır ki, iş üzrə cavabdeh əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq, qarşılıqlı razılıq əsasında 30 oktyabr 2023-cü il tarixli, 2228/ş saylı əmrinə əsasən iddiaçını tutduğu vəzifədən azad etmişdir. Cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələblərinə tam şəkildə riayət olunmuşdur. Həmçinin, işçinin götürülməsi barədə rəsmi qaydada yazılı xəbərdarlıq etməsi ilə bağlı xəbərdarlıq müddəti tədbiq edilən hallara şamil edilmişdir. Belə ki, iddiaçı cavabdehə müraciət edərək əmək münasibətlərinə xx.xx.2023-cü il tarixində xitam verilməsini xahiş etmiş və cavabdeh – işəgötürən tərəfindən xx.xx.2023-cü il tarixində müvafiq əmrlə münasibətlərə xitam verilmişdir. Həmin müddətdən sonra iddiaçı ilə c avabdehin arasında əmək münasibətlərinə qanunun tələblərinə uyğun olaraq xitam verilmiş və AR ƏM-nin 69.4-cü maddəsinin nəzərdə tutulan tələbləri tədbiq edilmişdir.
26. Lakin, iddiaçının iddia tələbi təmin edilən zaman apelyasiya instansiya məhkəməsi tərəfindən istinad olunan maddələr nəzərə alınmamışdır. Belə ki, apelyasiya instansiya məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, cavabdeh iddiaçıya qarşı ayıseçkiliyə yol vermişdir. Belə ki, qanunvericilik tələblərinə əsasən öz xahişi ilə işdən çıxmaq niyyəti olan işçiyə işəğötürən üçün yeni işlə təmin etmək öhdəliyi yaranmır.
27. Kassasiya şikayəti öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69, 287, 289, A z ə r b a y c a n Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarına və Mülki Prosess ual Məcəlləsinin 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. İddiaçı və vəkili Vəkil1 kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin 29 aprel 2025-ci il tarixli 2(103)-1676/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin a ) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. 69-cu maddəsinin 7-ci hissəsinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədəqorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əm ək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanu nlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apel lyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
29. Kassasiya şikayətində cavabdeh qətnaməni tam mübahisələndirib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.
30. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Mə hkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
32. Cavabdeh Azərbaycan Respublikası Cavabdeh kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazda, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
33. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya mə hkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
34. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, i şin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1676/2025 nömrəli iş üzrə 29 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.