Məhkəmə qərarları › İş №2(102)-2631/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2631/2022

24.05.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2631/2022 24.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar Hacı X9 və İddiaçı2 X15 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: alğı-satqı müqaviləsinin aldatma əsası ilə etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu, (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçılar Hacı X9 və İddiaçı2 cavabdehlər X15 və Cavabdeh2 qarşı “payın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 avqust 2021-ci il tarixli, 2(103)-7097/2022 nömrəli qətnaməs indən iddiaçılar Hacı X9 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinə 24 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalı X2 məxsus olmuşdur. M.Bayramov xx.xx.2003-cü il tarixli alğı-satqı müqaviləsi bağlamaqla, "xxxx" MMC-nin nizamnamə kapitalının 50 faizini “X18 Limited” Ticari Şirkətinə satmışdır.

2. X1 (50% pay) və İran İslam Respublikasının hüquqi şəxsi “X18 Limited” Ticari Şirkəti (50% pay) olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) xx.xx.2004-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmışır.

3. Bakı şəhəri 26 saylı notariat kontorunda xx.xx.2014-cü il tarixdə rəsmiləşdirilmiş “Payın alğı-satqı müqaviləsi”n ə əsasən, “X18 Limited” Ticari Şirkətinin payçıları İddiaçı1 Əbdullah və İddiaçı2 MMC-nin nizamnamə kapitalında onlara məxsus 50% payın 25%-ni X19, 25%-ni Cavabdeh2 hər birinə 5000 manata satmışlar.

4. Eyni zamanda müqavilənin bağlanmasından bir gün əvvəl, 5 fevral 2014-cü il tarixində razılaşma protokolu imzalanmışdır. Protokolda "xxxx" MMC-nin şəriki “X18 Limited” Ticari Şirkətinin rəhbəri olan İddiaçı2 həmin MMC-də sahib olduğu 50 faiz payın 25 faizinin X3, 25 faizinin isə YYYa satılması, sonuncuya satılan payın alıcının xahişi ilə Cavabdeh2 adına rəsmiləşdirilməsi, həmçinin İ.Məmmədova satılmış payın dəyərinin ödənilməmiş hissəsinin "xxxx" MMC-yə ödənilməli olması barədə razılaşma əks olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı lar Hacı X9 və İddiaçı2 cavabdehlər X14 və Cavabdeh2 qarşı iddia ərizəsi (sonradan iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə) ilə məhkəməyə müraciət edərək, onlarla cavabdehlər arasında xx.xx.2014-cü il tarixdə bağlanmış və Bakı şəhəri 26 saylı notariat kontorunda rəsmiləşdirilmiş payın alğı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

6. İddiaçılar iddia tələblərini belə əsaslandırmışlar ki, 2004-cü ildə yaradılmış "xxxx" MMC-nin təsisçiləri olaraq MMC-nin səhmlərinin 50% payına Məcdiyə Bayramov, 50% payına onlar sahib olmuş, MMC-nin maliyyə vəziyyətini və öz şəxsi maliyyə vəziyyətlərini yaxşılaşdırmaq məqsədilə müəssisəyə yeni payçı gətirmək qərarına gəlmiş, X13 Federasiyasında yaşayan dostu X11 adlı şəxsi gətirərək YYYun 1.350.00 0 manata 25% payı ondan (Məciddən), 25% payı isə onlardan alacağını bildirmiş, xx.xx.2014-cü il tarixdə 26-cı notariat kontorunda bağlanmış “payın alğı-satqı müqaviləsi”nə əsasən özlərinə məxsus 50% payın 25%-ni X19, qalan 25%-ni YYYun yaxın qohumu olan Cavabdeh2 satılmasını rəsmiləşdirmişlər. Alğı-satqı müqaviləsində onlara məxsus payların guya cavabdehlərin hər birinə 5000 manata satıldığı göstərilmiş, əslində isə YYYla aralarında onun tərəfindən 25% səhmə görə ümumilikdə 773.000 ABŞ dollarının ödəniləcəyi razılaşdırılmış, payın 25%-i faktiki olaraq YYYa satılmış, sadəcə YYYun təklifinə əsasən formal olaraq alğı-satqı əməliyyatı Cavabdeh2 adına aparılmışdır. O cümlədən, tərəflər arasında xx.xx.2014-cü il tarixdə bağlanmış razılaşma protokoluna əsasən bu pulun 195.000 ABŞ dolları hissəsi YYY tərəfindən MMC-nin fəaliyyətinin genişləndirilməsi üçün sərmayə qoyuluşu şəklində MMC-yə ödənilməli olmuş, lakin nə YYY, nə də Cavabdeh2 tərəfindən səhmlərə görə hər hansı ödəniş edilməmişdir. Başqa sözlə, cavabdehlər tərəfindən aldadılmış və MMC-də olan payları faktiki olaraq YYY tərəfindən mənimsənilmişdir. Dəfələrlə bu məsələnin sülh yolu ilə həllinə cəhd etsələr də, cavabdehlərlə razılaşma əldə etmək mümkün olmamışdır. Artıq bir ildən çoxdur ki, onlara kompensasiya verməklə razı salacaqlarını bildirərək heç bir yerə şikayət etməmələrini bildirmiş, sonuncu dəfə 800 000 manat təklif etmişlər ki, bu məbləğ onların həmin MMC-də olan payının ancaq yarısının kompensasiyasını təşkil edir. İş o yerə çatmışdır ki, YYY və onun adamları MMC-nin qanun üzrə 25%, faktiki isə 50%-nə sahib olsal ar da, onların nümayəndələrini hətta müəssisənin ərazisinə də buraxmırlar. Tərəflər arasında xx.xx.2014-cü il tarixdə bağlanmış müqavilədə göstərilən 5000 manat dəyər görüntü xarakterlidir və qalıq 195.000 ABŞ dollarının YYY tərəfindən müəssisənin fəaliyyətinin genişləndirilməsi üçün sərmayə qoyuluşu şəklində MMC-yə ödənilməli olması barədə xx.xx.2014-cü il tarixdə bağlanmış razılaşma protokolu da əqdin görüntü xarakterli olmasını, MMC-nin 25% dəyərinin real qiymətini əks etdirməməsini sübuta yetirir. Göründüyü kimi xx.xx.2014-cü il tarixli müqavilə formal xarakter daşımış və cavabdehlər tərəfindən onun şərtləri yerinə yetirilməmişdir. Cavabdehlər nə səhmlərin dəyərini ödəmiş, nə də MMC-nin fəaliyyətini genişləndirmək üçün ödəyəcəklərini öhdəlik kimi götürdükləri pulu MMC-yə köçürməmişlər. Bütün bunlar cavabdehlərin müqavilə öhdəliklərini yerinə yetirmədiklərini sübuta yetirir və onlar vacib əhəmiyyətli yanılmanın təsiri altında hərəkət etdiklərindən payın alğı-satqısına dair bağlanmış müqavilə etibarsız hesab edilməlidir.

7. Cavabdehlər və üçüncü şəxslərin nümayəndələri birinci instansiya məhkəməsinin iclasında iştirak etməmişdir.

8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 fevral 2018-ci il tarixli qətnaməsi ilə (hakim Ramin Quliyev) iddia tələbi təmin edilmiş, Hacı X7 və İddiaçı2 "xxxx" MMC-nin “X18 Limited” Ticari Şirkətində olan 50% paylarının X14 və Cavabdeh2 5000 manata satılmasına dair Bakı şəhəri 26 saylı notariat kontorunda bağlanmış (təsdiq edilmiş) xx.xx.2014-cü il tarixli “payın alğı-satqı müqaviləsi”nin etibarsız hesab olunması qət edilmişdir.

9. Birinci in stansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıların cavabdeh "xxxx" MMCnin “X18 Limited” Ticari Şirkətində olan 50% paylarının cavabdehlərə 50.000 manata satılmasına dair alğı-satqı müqaviləsi bağlanarkən satıcılar aldadılmış, nizamnamə kapitalındakı pay formal olaraq satılmış, satılan payın dəyəri formal olaraq göstərilmişdir. Həmin məbləğ də iddiaçılara ödənilməmişdir. Notariat Kontorunda bağlanmış və təsdiq edilmiş payın alğı-satqı müqaviləsi bağlanarkən müqavilənin şərtləri tərəflərin iradə ifadəsi ilə müəyyən edilməmiş, cavabdehlərin iddiaçıları aldatmasına dair tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmişdir.

10. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.4, 324.5, 337.1, 337.2, 337.4, 340, 404.1, 404.2-ci maddələri ilə əsas landırmışdır.

11. Cavabdeh2 və 3-cü şəxs "xxxx" MMC-nin nümayəndəsi apellyasiya şikayətləri verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunmasını xahiş etmişlər. b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

12. Cavabdeh2 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, MMC-nin təsisçiləri xx.xx.2014-cü il tarixdə X4 (50% pay) və «X18 Limited» Ticari Şirkəti (50% pay) olmuşlar. «X18 Limited» Ticari Şirkətinin MMC-də olan 50% payının 25%-i Cavabdeh2 xx.xx.2014cü il tarixdə satılmışdır. Hazırda iş üzrə iddiaçı qismində «X18 Limited» Ticari Şirkəti yox, İddiaçı1 Əbdullah və İddiaçı2 çıxış edirlər. Həmin şəxslər şirkətin adından deyil, şəxsən öz adlarından iddia qaldırmışlar. İddiaçılar sərbəst iradələri ilə notariat qaydada MMC-nin nizamnamə kapitalındakı payının 25 %-ni 5000 manata satmışlar. Müqavilənin etibarsızlığı üçün hər hansı əsas yoxdur. Bundan başqa, iddiaçılar əqdin etibarsız hesab olunmasına dair qanunda nəzərdə tutulan iddia müddətini ötürmüşlər.

13. Üçüncü şəxs "xxxx" MMC-nin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılar tərəfindən heç bir pretenziya verilmədən, hər hansı etiraz və xəbərdarlıq edilmədən belə bir iddia qaldırmışlar. Notarial qaydada bağlanmış müqavilə qanunidir. İddiaçılar "xxxx" MMC-nin təsisçiləri olmamış, yalnız «X18 Limited» Ticari Şirkətinin təsisçiləri olmuşlar, üçüncü şəxs "xxxx" MMC-nin iddiaçılar qarşısında heç bir öhdəliyi yoxdur. Qətnamə əsassızdır, iddia müddəti də nəzərə alınmamışdır.

14. Bakı Apellyasiya Məhkəməsinin 13 iyul 2018-ci il tarixli, 2(103)-6625/2018 saylı qətnaməsi ilə (hakimlər M.Məmmədov (sədrlik edən və məruzəçi), E.Nağıyeva və H.Həmid) apellyasiya şikayətləri təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırması ilə razılaşmışdır.

16. Cavabdeh2 qətnamədən kassasiya şikayəti vermiş, şikayətini apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırıraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və yenidən baxılması barədə qərar çıxarılmasını xahiş etmişdir. c) Kassasiya instansiya məhkəməsində birinci icraat

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-490/19 saylı, 18 fevral 2019-cu il tarixli qərarı ilə (hakimlər M.Əhmədova (sədrlik edən və məruzəçi), Ə.Rüstəmov və Ə.Nurməmmədov) kass asiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən - Cavabdeh2 aid hissədə ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

18. Məhkəmə kollegiyası öz mövqeyini belə əsaslandırmışdır ki: «Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnamədə payın dəyəri formal olaraq 5.000 manat göstərilsə də, bu məbləğin iddiaçılara ödənilməməsini qeyd edərkən həmin mülahizəsini əsaslandırmamışdır. Müqavilənin 3.1-ci bəndində satıcı təsdiq edir ki, alıcı satılan payın bu müqavilənin yuxarıda göstərilən satış qiymətini satıcıya bu müqavilə imzalandığı anda ödəyir. Müqaviləyə əsasən isə müəyyən olunur ki, müqavilə bağlanarkən satıcılara 5000 manat ödənilmişdir.

19. Həmçinin notariat qaydasında bağlanmış əqdin aldatma nəticəsində bağlandığı nəticəsinə gələ bilmək iş üzrə həmin halları təsdiq edən çox ciddi və təkzibolunmaz mötəbər sübutlar mövcud olmalıdır. Belə sübutlar isə hazırki işdə mövcud olmamış, məhkəmə hər hansı ciddi və təkzibolunmaz mötəbər sübuta istinad etmədən yalnız konkret əsaslara söykənməyən ümumi mülahizələrdən çıxış etməklə iddianı təmin etmişdir.

20. İddiaçılar tələblərində xx.xx.2014-cü il tarixli razılaşmaya istinad edib, paylarının satılmasını 773000 ABŞ dollarına razılaşdıqlarını, alğı-satqı müqaviləsində məbləğin formal olaraq 5000 manat göstərildiyini bildirsələr də, məhkəmələr həmin razılaşmanın məzmununa qiymət verməmiş, razılaşmanın məzmununda qeyd edilən ödənilməmiş qalan 195000 ABŞ dolları "xxxx" MMC-nin xeyrinə ödənilməlidir cümləsinə əhəmiyyət verməmişlər. Halbuki müqav ilədən bir gün əvvəl imzalanmış razılaşma protokolunun məzmunu nəzərə alınmış olarsa, o zaman alıcılar tərəfindən satıcılara razılaşdığılmış məbləğin (773000 ABŞ dolları) 578000 ABŞ dolları hissəsinin ödənilmiş olduğu qənaətinə gəlmək olar (773000-195000=578000). Qalıq 195000 ABŞ dolları isə razılaşmanın şərtlərinə uyğun olaraq satıcıların deyil, "xxxx" MMC-nin xeyrinə ödənilməli idi.»

21. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, nə birinci instansiya məhkəməsi, nə də apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən olan etibarsız əqdlər üzrə müddətlərin ötürülməsi ilə bağlı məhkəməyə təqdim edilmiş ərizəyə münasibət bildirməmişdir.

22. Məhkəmə kollegiyası qənaətini Mülki Məcəllənin 347.1, 354.1, 354.2-ci maddələrinə istinadla əsaslandırmışdır. ç) Apellyasiya instansiyası mə hkəməsindəki ikinci icraat

23. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6823/2021 nömrəli, 10 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər X.Cəmilova (sədrlik edən və məruzəçi), İ.Xəlilov və İ.Kərimli) apelyasiya şikayəti təmin edilməmiş, mübahisələndirilən - iddianın Cavabdeh2 qarşı təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır.

24. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, xx.xx.2014-cü il tarixli razılaşma protokolunda qalıq borcun 195.000 ABŞ dolları məbləğində göstərilməsi tərəflər arasında bağlanmış payın alğı-satqı müqaviləsindəki nəinki 5000 manatın, həmçinin səhmlərin razılaşdırılmış dəyərinin ödənilməsi kimi qəbul edilə bilməz. Belə ki, əvvəla, müqavilədəki 5000 manat müəssisənin 50% payının dəyəri kimi reallığı əks etdirmir və qarşı tərəfi n məhz payları həmin qiymətə almaları barədə dəlili açıq-aşkar əsassızdır. Elə alıcı tərəfin payı məhz həmin qiymətə almasını israr etməsi aldatmanın əvvəlcədən düşünüldüyünü, planlaşdırıldığı qənaətini formalaşdırmışdır. Çünki ağlabatan müşahidə müəssisənin payının dəyərinin yüz dəfələrlə artıq olmasını şübhə altına aldığından apellyasiya icraatı zamanı iddiaçının vəkili və nümayəndəsi 1.000.000 manat ödəməklə həmin payı geri almağa hazır olduqlarını bildirmişlər. Bundan başqa, məbləğin formal olması sözügedən razılaşma protokolunda öz əksini tapmış 195.000 ABŞ dolları məbləğində qalıq borcun göstərilməsi və bunun protokolu tərtib edən şəxslər tərəfindən onun imzalanması ilə təsdiq olunmuşdur.

25. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, "xxxx" MMC-də pay haqqının 50%-i hələ x x.xx.2003-cü ildə 100.000.000 manata alğı-satqı olunmuşdur. Tərəflər arasında xx.xx.2014-cü il tarixdə bağlanmış əqd həqiqətən də aldadılma yolu ilə bağlandığından apellyasiya instansiyası məhkəməsi iddiaçıların xx.xx.2014-cü il tarixli alğı-satqı müqaviləsini bağlayarkən aldadıldıqları ilə bağlı dəlillərini inandırıcı hesab etmişdir.

26. Məhkəmə kollegiyası daha sonra bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən müvafiq qətnamə çıxarılana qədər, yəni xx.xx.2017-ci il tarixdə X20 ilə X11 arasında razılaşma müqaviləsi imzalanmışdır. Həmin razılaşma müqaviləsinə görə "xxxx" MMC-nin təsisçisi X11 öhdəsinə götürmüşdü ki, ilin sonuna qədər (xx.xx.2017-ci il) X17 "xxxx" MMC-dən tələb etdiyi ümumi zavodun 25% həcmində ona işıq və qazla təchiz olunmuş sex binası alıb versin və ya ümumi zavoddan 25% pay qüvvədə olan mülki qanunvericiliyə uyğun şəkildə bölünsün və X19 verilsin. Nəzərdə tutulan 25% həcmdə (yaxın ərazidə) işıq, qaz və istehsal üçün tələb olunan lazımi avadanlıqlarla təchiz olunmuş sex binası YYY tərəfindən alınıb X19 verildiyi halda heç bir əsaslı səbəb göstərmədən həmin əmlakı H.R.Əkbər qəbul etməkdən imtina edərsə, razılaşmanın 1-ci bəndi öz hüquqi qüvvəsini itirmiş hesab olunacaq. Göründüyü kimi, digər 25% paya münasibətdə tərəflər razılığa gəlmişlər və bu faktın mövcudluğu onu təsdiq edir ki, deməli, alğı-satqı edilmiş payın dəyəri ödənilməmişdir. "xxxx" MMC-nin təsisçisi X11 qeyd olunan razılaşma ilə X17 "xxxx" MMC-dən tələb etdiyi ümumi zavodun 25% həcmində payına uyğun olaraq ona işıq və qazla təchiz olunmuş sex binası alıb verməyi və ya ümumi zavodd an 25% payı qüvvədə olan mülki qanunvericiliyə uyğun şəkildə bölünərək X19 verilməsinə razılaşmışdır. Əqdin aldatma yolu ilə bağlanmasının təşkilində adı hallanan X11 həmin razılaşma ilə etiraf etmişdir ki, alğı-satqının dəyərini ödəməmişdir və onun əvəzini başqa yolla ödəyəcək.

27. Cavabdehin birinci instansiya məhkəməsinə təqdim etdiyi «iddia müddəti tətbiq edilərək iddiadan imtina edilməsi» barədə ərizəsinə münasibətdə apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçılar məhkəməyə müraciət etməklə bağlı qanunla müəyyən edilmiş bir illik müddəti ötürməmişlər. İddiaçılar iddia ərizəsində göstərmişlər ki, «artıq bir ildən çoxdur ki, bizə pul kompensasiya verməklə razı salacaqlarını bildirərək heç bir yerə şikayət etməməyimizi bildirirdilər. Son dəfə bizə 800.000 manat təklif etdil ər ki, bu məbləğ bizim həmin müəssisəmizdə olan payımızın ancaq yarısının kompensasiyasını təşkil edir». Bu hal həm də, YYY barəsində X20 tərəfindən Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə müraciətin xx.xx.2017-ci ildə olunduğu, bundan sonra da X20 ilə YYY arasında xx.xx.2017-ci ildə razılaşma müqaviləsinin bağlanması ilə təsdiq olunur.

28. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5, 666.2, 404.1, 404.2, 354.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. d) Kassasiya instansiya məhkəməsində ikinci icraat

29. Cavabdeh2 kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Cacabdeh kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişdir ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir.

30. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-53/20 saylı, 10 yanvar 2020-ci il tarixli qərarı ilə (hakimlər İ.Dəmirov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və Ə.Əhmədov) Cavabdeh2 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 10 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

31. Apellyasiya instansiya məhkəməs inin mövqeyi ilə razılaşan kassasiya instansiyası kollegiyası qeyd etmişdir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. e) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində İcraat

32. Cavabdeh2n Konstitusiya Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 01 dekabr 2020-ci il tarixli qərarı ilə Ali Məhkəmənin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416 və 418.1-418.3cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş və işə bu Qərarda ifadə edilmiş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır.

33. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki: «hazırkı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 10 iyul 2019-cu il tarixli qətnaməsində satılan payların dəyərinin müqavilədə real qiymətindən aşağı göstərilməsinin, müqavilənin formal olaraq Cavabdeh2 ilə bağlanılmasının, o cümlədən razılaşdırılmış məbləğin ödənilməməsinin müqavilənin yalan məlumatlar əsasında bağlanmasına və nəticədə onun etibarsızlığına səbəb olması qənaətinə gəlmişdir.

34. Lakin məhkəmənin gəldiyi bu qənaət Mülki Məcəllənin 339.2-ci maddəsinə və Konstitusiya Məhkəməsi Plenumunun aldatma nəticəsində bağlanmış əqdlərin etibarsızlığı ilə bağlı formalaşdırdığı hüquqi mövqelərinə uyğun olmamışdır.

35. Apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən müqavilənin etibarsız sayılmasına əsas verən halların hansı andan iddiaçılara məlum olması məsələsini müəyyən edərkən yalnız iddiaçıların ifadələrinə, iş üzrə cavabdeh X5 ilə digər şəxs İ.Məmmədov arasında mövcud olan hüquq münasibətlərindən irəli gələn pul tələbi ilə bağlı Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə verilmiş şikayət ərizəsinə və qeyd edilən tərəflər arasında bağlanmış 23 sentyabr 2017-ci il t arixli razılaşma müqaviləsinə istinad edərək əqdlərin etibarsızlığı ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddətin ötürülmədiyi qənaətinə gəlmişdir.

36. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv etməklə işi yeni apellyasiya baxışına göndərərkən qərarında göstərmişdir ki, 6 fevral 2014-cü il tarixli alğı-satqı müqaviləsinin bağlanmasından uzun müddət sonra, yəni 6 dekabr 2016-cı il tarixdə iddiaçılar məhkəməyə müraciət etmişlər.

37. Apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən müqavilənin etibarsız sayılmasına əsas verən halların hansı andan iddiaçılara məlum olması məsələsini müəyyən edərkən yalnız iddiaçıların ifadələrinə, iş üzrə cavabdeh X5 ilə digər şəxs İ.Məmmədov arasında mövcud olan hüquq münasibətlərindən irəli gələn pul tələbi ilə bağlı Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə verilmiş şikayət ərizəsinə və qeyd edilən tərəflər arasında bağlanmış 23 sentyabr 2017-ci il tarixli razılaşma müqaviləsinə istinad edərək əqdlərin etibarsızlığı ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddətin ötürülmədiyi qənaətinə gəlmişdir.

38. Lakin məhkəmə bu mübahisəyə aidiyyəti olmayan göstərilən münasibətlərin iddiaçılar ilə cavabdehlər arasında yaranmadığını, cavabdeh və digər şəxs arasında olan başqa münasibətlərdən irəli gəldiyini nəzərə almamış, bununla da yuxarıda göstərilən qanunvericilik normalarının tələblərinə əhəmiyyət verməmişdir.» ə) Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunda icraat

39. Azərbaycan Republikası Ali Məhkəməsinin Plenumunun 30 aprel 2021-ci il tarixli, 13(102)-6(k)/2021 saylı qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-53/2020 nömrəli, 10 yanvar 2020-ci il tarixli qərarı və onunla bağlı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6823/2019 saylı, 10 iyul 2019cu il tarixli qətnaməsi ləğv edilərək iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

40. Ali Məhkəmənin Plenumu qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 10 iyul 2019-cu il tarixli qətnaməsi ilə kassasiya instansiyası məhkəməsinin aldatmanın hansı hərəkətlərdə ifadə olunmasının mötəbər sübutlarla təsdiq edilməli olması və əqdin etibarsızlığı ilə bağlı müddətin tətbiqinə dair göstərişlərinin məcburiliyini nəzərə almamışdır. f) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

41. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 7097/2021 nömrəli, 12 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və F.Babayev) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə, yəni «"xxxx" MMCnin “X18 Limited” Ticari Şirkətində olan 25% payının Cavabdeh2 5000 manata satılmasına dair Bakı şəhəri 26 saylı notariat kontorunda bağlanmış və təsdiq edilmiş xx.xx.2014-cü il tarixli “payın alğı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi» tələbinin təmin edilməsi ilə bağlı hissədə ləğv edilmiş, Hacı X7 və İddiaçı2 Cavabdeh2 qarşı “payın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbi təmin edilməmişdir.

42. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki: «birinci in stansiya məhkəməsi satılan payların dəyərinin müqavilədə real qiymətindən aşağı göstərilməsinin, müqavilənin formal olaraq Cavabdeh2 ilə bağlanmasının, o cümlədən razılaşdırılmış məbləğin ödənilməməsinin müqavilənin yalan məlumatlar əsasında bağlanmasına və nəticədə onun etibarsızlığına səbəb olması qənaətinə gəlmişdir. Lakin məhkəmənin gəldiyi bu qənaət, Mülki Məcəllənin 339.2-ci maddəsinə və Konstitusiya Məhkəməsi Plenumunun aldatma nəticəsində bağlanmış əqdlərin etibarsızlığı ilə bağlı formalaşdırdığı hüquqi mövqelərinə uyğun olmamışdır.

43. Notariat qaydasında bağlanmış əqdin aldatma nəticəsində bağlanıldığı nəticəsinə gələ bilmək üçün iş üzrə həmin halları təsdiq edən çox ciddi və təkzibolunmaz mötəbər sübutlar mövcud olmalıdır. Birinci instansiya məhkəməsi isə, aldatmanın məhz hansı hərəkətlərdə ifadə olunması ilə bağlı öz mövqeyini ağlabatan mötəbər sübutlarla dəstəklənəcək qaydada əsaslandırmamış, ciddi və təkzibolunmaz mötəbər sübuta istinad etmədən yalnız konkret əsaslara söykənməyən ümumi mülahizələrdən çıxış etməklə iddianı təmin etmişdir.

44. İddiaçılar tələblərində xx.xx.2014-cü il tarixli razılaşmaya istinad edib paylarının satılmasını 773.000 ABŞ dollarına razılaşdıqlarını, alğı-satqı müqaviləsində məbləğin formal olaraq 5000 manat göstərildiyini bildirsələr də, birinci instansiya məhkəməsi həmin razılaşmanın məzmununa qiymət verməmiş, razılaşmanın məzmununda qeyd edilən ödənilməmiş qalan 195.000 ABŞ dolları "xxxx" MMC-nin xeyrinə ödənilməlidir cümləsinə əhəmiyyət verməmişdir. Halbuki müqavilədən bir gün əvvəl imzalanmış razılaşma protokolunun məzmunu nəzə rə alınmış olarsa, o zaman alıcılar tərəfindən satıcılara razılaşdırılmış məbləğin (773.000 ABŞ dolları) 578.000 ABŞ dolları hissəsinin ödənilmiş olduğu qənaətinə gəlmək olar (773.000 – 195.000 = 578.000). Qalıq 195.000 ABŞ dolları isə razılaşmanın şərtlərinə uyğun olaraq satıcıların deyil, "xxxx" MMC-nin xeyrinə ödənilməli olmuşdur. Bu vəsaitin ödənilmədiyi iddiası isə müqavilənin etibarsız sayılması üçün deyil, adı çəkilən MMC tərəfindən onun ödənilməsini tələb etməyə əsas verə bilər.»

45. Apellyasiya instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, iddiaçılar tərəfindən əqdin mübahisələndirilməsi üçün qanunda nəzərdə tutulmuş müddət də ötürülmüşdür. Birinci instansiya məhkəməsi iddia tələbinin 06 fevral 2014-cü il tarixli alğısatqı müqaviləsinin bağlanmasından uzun müddət sonra, yəni 06 dekabr 2016-cı il tarixində irəli sürülməsinə əhəmiyyət verməmiş, bununla bağlı məhkəməyə ünvanlanmış ərizəyə heç bir münasibət bildirməmiş, beləliklə də maddi hüquq normasının tələbini pozmuşdur.

46. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 324.1, 324.2, 324.4, 324.5, 337.1, 339.2, 354.2, 404-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

47. İddiaçılar Hacı X9 və İddiaçı2 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

48. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki: İ şə baxmış apellyasiya instansiyası məhkəməsi iş üzrə bir çox mühüm xüsusatları nəzərə almadan qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə tərəfindən mübahisələndirilən alğısatqı müqaviləsinin bağlanması zamanı iddiaçıların buna dair iradə ifadəsinin olubolmadığına baxılmaqla kifayətlənməsi və edilən iradə ifadəsinin aldadılma nəticəsində baş verib vermədiyini tam araşdırmaması maddi hüquq normalarının tələblərinə uyğun olmamışdır.

49. İddiaçılar xarici vətəndaş olmuş, Azərbaycan dilinə tam hakim olmamış və onları sərmayə yatırmaq, daha çox gəlir gətirmək adı ilə aldatmaq daha asan olmuşdur. İddiaçıların digər vəkili Lətifə Kərimova da cavabdehlərlə qanunsuz əlaqəyə girərək iddiaçıları aldatmışdır. Hətta bununla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrups iyaya qarşı Mübarizə Baş İdarəsində də müvafiq araşdırma aparılmış və L.Kərimovanın iddiaçıları aldatması faktı öz əksini tapmışdır.

50. Aldatma olmasaydı, yəni tərəflərə müəssisəyə sərmayə yatırmaq və s. tipli vədlər verilərək onlar aldadılmasaydı, əqd bağlanmazdı. Hətta məhkəmə iclasında guya 5000 manata aldığını bildirən cavabadehə həmin payı hal-hazırda bir milyon manata almaq istəyi bildirilsə də, onlar bu təkliflə razı olmamış, bununla da müqavilənin formal bağlanmasını sübut etmişlər. Müqavilədə qeyd olunan 5000 manat da iddiaçılara verilməmişdir, bununla bağlı cavabdeh tərəf məhkəməyə heç bir qəbz təqdim edə bilməmişlər. Lakin apellyasiya məhkəməsi buna da hüquqi qiymət verməmişdir.

51. Apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən müqaviləni notariat qaydada təsdiqlənməsin i, iddiaçılar tərəfindən imzalanıb imzalanmadığını, ümumiyyətlə mübahisə predmetinin olmaması, mülki iş üzrə iddia tələbinin məhz həmin müqavilənin aldadılma nəticəsində bağlanması səbəbindən irəli sürülməsini nəzərə almamışdır. Bundan başqa, iddia müddətinin axımı hüquqların pozulduğu andan başlanır, həmin an həm iddia ərizəsində, həm də məhkəmə proseslərində verilən izahatlarda da göstərildiyi kimi tərəflər arasında əldə olunmuş razılığa əsasən ödənilməli olan pul vəsaitinin ödənilməsində cavabdehlərin konkret olaraq imtina etdikləri an, yəni iddia ərizəsinin verildiyi dövrə təsadüf edir. Qanunla müəyyən edilmiş bir illik müddət ötürülməmişdir.

52. İddiaçılar kassasiya şikayətini Mülki Məcəllənin 324.5, 337, 339.2, 354.2, 427.2-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 9, 88-ci mad dələrinə istinadla əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

53. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Prosessual məsələlər

54. Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır.

55. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq

56. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 324.1. Əqd mülki h üquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərd ən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu an dan bir ay ərzində mübahisə edilə bilər. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

57. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qər ardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

58. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

59. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

60. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edi lərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

61. Hazırkı kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvini ehtiva etdiyinə görə, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyi şdirilməsi üçün əsas yoxdur.

63. Belə ki, iddiaçılar tələbinin faktik əsası kimi ona istinad ediblər ki, müqavilədə nizamnamədə olan payın cavabdehlərin hər birinə 5000 manata satıldığı göstərilmiş, əslində isə YYYla 25% səhmə görə ümumilikdə 773.000 ABŞ dollarının ödəniləcəyi razılaşdırılmış, o cümlədən, tərəflər arasında xx.xx.2014-cü il tarixdə bağlanmış razılaşma protokoluna əsasən bu pulun 195.000 ABŞ dolları hissəsi YYY tərəfindən MMC-nin fəaliyyətinin genişləndirilməsi üçün sərmayə qoyuluşu şəklində MMC-yə ödənilməli olmuş, lakin nə YYY, nə də Cavabdeh2 tərəfindən səhmlərə görə hər hansı ödəniş edilməmişdir. Başqa sözlə, cavabdehlər tərəfindən aldadılmış və MMC-də olan payları faktiki olaraq YYY tərəfindən mənimsənilmişdir. Yəni iddiaçılar müqavilənin aldadılma nəticəsində bağlandığ ına istinad etməklə, müqavilənin etibarsız sayılmasını xahiş etmişdir.

64. Bu iddia tələbinin maddi-hüquqi əsasını Mülki Məcəllənin 339.2-ci maddəsi təşkil edir. Həmin normanın məzmunundan görünür ki, aldatma iki formada həyata keçirilir: fəal hərəkət formasında (əqd iştirakçısına yalan, saxta məlumatların verilməsi) və passiv hərəkət formasında (əqd iştirakçısının hərəkətsizliyi - əqdin bağlanmasına mane ola biləcək hallar və faktlar barəsində qəsdən susmaqla).

65. Aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: Aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni müəyyən bir müqavilənin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır; Müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanmış olmalıdır. Belə ki, aldatma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı (Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərarı).

66. İddiaçılarn istinad etdiyi hal – razılaşdırılmış məbləğin ödənilməməsi – iddianın təmin olunması üçün əsas deyildir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 01 dekabr 2021-ci il tarixli qərarında da qeyd olunmuşdur ki, hazırkı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 10 iyul 2019-cu il tarixli qətnaməsində satılan payların dəyərinin müqavilədə real qiymətindən aşağı göstərilməsinin, müqavilənin formal olaraq Cavabdeh2 ilə bağlanılmasının, o cümlədən razılaşdırılmış məbləğin ödənilməməsinin müqavilənin yalan məlumatlar əsasında bağlanmasına və nəticədə onun etibarsızlığına səbəb olması qənaətinə gəlmişdir. Lakin məhkəmənin gəldiyi bu qənaət Mülki Məcəllənin 339.2-ci maddəsinə və Konstitusiya Məhkəməsi Plenumunun aldatma nəticəsində bağlanmış əqdlərin etibarsızlığı ilə bağlı formalaşdırdığı hüquqi mövqelər inə uyğun olmamışdır.

67. Apellyasiya instansiyası haqlı olaraq qeyd etmişdir ki, alğı-satqı müqaviləsi üzrə vəsaitin ödənilməməsi müqavilənin etibarsız sayılması üçün deyil, adı çəkilən MMC tərəfindən onun ödənilməsini tələb etməyə əsas verə bilər.

68. Bundan başqa, apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, yazılı və notariat qaydada bağlanmış əqdlərə münasibətdə prezumpsiya ondan ibarətdir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi məhz əqdin özündə yazılı formada göstərilən qaydada olmuşdur. Belə ki, tərəflər yazılı müqaviləni imzalamaqla orada göstərilən şərtlərin özlərinin iradə ifadələrini əks etdirdiyini qəbul edirlər, eləcə də, əgər müqavilə notariat orqanında bağlanmışdırsa, notarius müqaviləni təsdiq etmədən əvvəl onun məzmununu tərəflərə izah edir.

69. Məhkəmə k ollegiyası apelyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə də razılaşır və qeyd edir ki, əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Başqa sözlə, görünüşdə arzu edilən hüquqi nəticəni əmələ gətirən iradə ifadəsi əqd sayılır. Əqdin təməlini şəxsin nail olmaq istədiyi məqsədə yönələn iradə ifadəsi təşkil edir. İradə ifadəsinin qarşılıqlı şəkildə mövcudluğunu tələb edən konstruksiya müqavilə adlanır. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (Mülki Məcəllənin 389.1-ci maddəsi). Yəni müqavilə, təkcə iradə ifadəsinin mövcudluğunda deyil, həm də qarşlıqlı bəyan edilən iradənin əks tərəflə razılaşdırılması halında yaranır. Müqavilə tərəflərin hüquq və vəzifələr müəyyən etmək, dəyişmək və ya xitam vermək barədə tərəflərin qarşılıqlı olaraq razılığa gəldikləri şərtlərin toplusudur. Yazılı müqavilə isə, həmin şərtlərin (tərəflərin arzu etdikləri nəticəyə yönəlik iradə ifadəsini əks etdirən) kağız daşıyıcısıdır. Bu baxımdan, tərəflər arasında münasibətlərin tənzimlənməsində yazılı müqavilədə əksini tapmış şərtlərə etimad prinsipi gözlənilir. Etimad prinsipi birbaşa hüquqi müəyyənlik və son nəticədə ədalətlilik prinsipindən irəli gələn hüquqi zərurətdən yaranmışdır. Hazırki işdə yazılı müqavilənin şərtlərinə etimadı şübhə altına almağa imkan verən əsaslı sübut təqdim edilməmişdir. Nə qədər ki, tərəflərin arasında bağlanmlş alğı-satqı müqaviləsində ödənilməli olan məbləğlə bağlı qeyd-şərt nəzərdə tutulmaylb, öhdəlik aydın və qəti çəkildə əksini tapmıb, bu halda müqavilədə göstərilən məbləğdən artıq satılması barədə dəlili qəbul olunan deyildir.

70. Kassatorun iddia müddətinin keçməməsi haqqında dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, baxılan iş üzrə Konstitusiya Məhkəməsinin 1 dekabr 2020-ci il tarixli qərarında, apelyasiya instansiyası məhkəməsinin əvvəlkli qətnaməsində iddia müddətlərinin keçməməsi barədə gəlinən nəticə əsassız hesab edilərərk qeyd olunmuşdur ki, «Apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən müqavilənin etibarsız sayılmasına əsas verən halların hansı andan iddiaçılara məlum olması məsələsini müəyyən edərkən yalnız iddiaçıların ifadələrinə, iş üzrə cavabdeh X5 ilə digər şəxs İ.Məmmədov arasında mövcud olan hüquq münasibə tlərindən irəli gələn pul tələbi ilə bağlı Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə verilmiş şikayət ərizəsinə və qeyd edilən tərəflər arasında bağlanmış 23 sentyabr 2017-ci il tarixli razılaşma müqaviləsinə istinad edərək əqdlərin etibarsızlığı ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddətin ötürülmədiyi qənaətinə gəlmişdir. Lakin məhkəmə bu mübahisəyə aidiyyəti olmayan göstərilən münasibətlərin iddiaçılar ilə cavabdehlər arasında yaranmadığını, cavabdeh və digər şəxs arasında olan başqa münasibətlərdən irəli gəldiyini nəzərə almamış, bununla da yuxarıda göstərilən qanunvericilik normalarının tələblərinə əhəmiyyət verməmişdir».

71. Apelyasiya instansiyası məhkəməsinin iddia müddətinin ötürülməsi barədə gəldiyi nəticə, Konstitusiya Məhkəməsinin qərarında ifadə olunmuş mövqeyə və işi n hallarına uyğundur.

72. İddiaçıların vəkili Lətifə Kərimovanın cavabdehlərlə qanunsuz əlaqəyə girərək iddiaçıları aldatması, bununla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində də müvafiq araşdırma aparılması və L.Kərimovanın iddiaçıları aldatması faktının öz təsdiqini tapması barədə dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, işə bu cür sübut əlavə olunmayıb və apelyasiya instansiyası məhkəməsində də bu dəlil araşdırma predmeti olmayıb.

73. Kassasiya şikayətinin digər dəlilləri əsas etibarilə işin hallarının tam araşdırılmaması, sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması, qətnamədə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması barədə dəlillərdir ki, k assasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya icraatı müstəsna olaraq hüquqi məsələlərə baxmaqla məhdudlaşır.

74. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 12 avqust 2021-ci il tarixli, 2(103)7097/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar