Məhkəmə qərarları › İş №2(102)-2636/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2636/2025

26.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2636/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: iş üzrə icraata xitam verilməsi barədə 26.08.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 8 iyul 2025-ci il tarixli, 2(107)704/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 26 avqust 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 19 dekabr 2016-cı il tarixli “Do ğum haqqında” Şəhadətnaməyə əsasən, 12 dekabr 2016-cı il tarixdə doğulmuş X4 atası X6, anası Cavabdehdır.

2. Zaqatala Rayon Məhkəməsinin e-2(033)-1095/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən, iddia qismən təmin edilərək, X6 ilə Cavabdeh arasında 21 sentyabr 2013-cü il tarixdə bağlanmış nikah pozulmuş, tərəflərin uşaqları olan- 12 dekabr 2016-ci ildə doğulmuş X7 atası X3 himayəsində saxlanılmış, həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün 04 sentyabr 2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay 200 manat sabit pul məbləğində alimentin tutularaq X5 ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilmişdir. 3. 31.01.2025-ci il tarixli “Ölüm haqqında” Şəhadətnaməyə əsasən, X6 xx.xx.2025-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabınd a 55 nömrəsi ilə qeyd edilmişdir.

4. Zaqatala Rayon İHB-nın 12 fevral 2025-ci il tarixli sərəncamına əsasən, İddiaçı azyaşlı nəvəsi X7 üzərində uşağın razılığı ilə qəyyum təyin edilmişdir.

5. Astara rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş 19 may 2025-ci il tarixli məktuba əsasən, Zaqatala Rayon məhkəməsinin 20.11,2024-cü il tarixli icra sənədi xx.xx.2024-cü il tarixdə icraata daxil olmuş və həmin tarixdə də icraata başlamaq haqqında qərar qəbul edilərək, icra üçün borclu Cavabdeh göndərilmiş və sonuncu tərəfindən icra sənədi üzrə ümumilikdə 850 manat tələbkara aliment ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X2nun Cavabd eh ilə birgə nikahlarından 12 dekabr 2016-cı il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 246 (iki yüz qırx altı) manat sabit pul məbləğində alimentin və 50 manat ilkin mediasiya sessiyası üçün çəkilmiş xərcin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum X2nun Cavabdeh ilə birgə nikahlarından 12 dekabr 2016-cı il tarixdə X7 adlı övladları doğulmuşdur. X2 ilə Cavabdeh arasında olan nikah aktı Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuş və birgə nikahdan 12 dekabr 2016-cı il tarixdə doğulmuş X4 isə oğlu İlkin Məmmədovun himayəsində qalması qət edilmişdir. Buna səbəb isə keçmiş gəlini Cavabdeh 2019-cu il tarixdə oğlunu və nəvəsini tərk edərək yaşadıqları evdən getməsi, 2022-ci il tarixdən 2024-cü il tarixədək Türkiyə Respublikasında yaşaması, orada cinayət məsuliyyətinə cəlb edilərək həbs olunması, daha sonra barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək azadlığa buraxılması olmuşdur. Nəvəsi Davidi isə 3 yaşından oğlu və o, təkbaşına böyütmüşdürlər. Nəvəsinin hazırda 8 yaşı var, lakin bu yaşına qədər anası onunla maraqlanmamış, onun saxlanılmasında, təlim və tərbiyyəsində iştirak etməmişdir. Hazırda X2 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Azyaşlı nəvəsi onun yanındadır. Ona o tək başına baxır. Beləliklə, nəvəsinin anası Cavabdeh isə valideyn kimi valideynlik vəzifələrini yerinə yetirmir və harada olması məlum deyil. Oğlunun vəfatından xəbəri olsa da, nəvəsinin hazırki vəziyyəti ilə maraqlanmır. Ona görə də, yar anmış zərurətlə bağlı 12 dekabr 2016-cı il təvəllüdlü nəvəsi X4 üzərində qəyyum təyin edilməyi üçün Zaqatala Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Şurasına müraciət etmiş və Zaqatala Rayon İHB-ın 12 fevral 2025-ci il tarixli, 19 saylı sərəncamına əsasən azyaşlı nəvəsi X4 üzərində qəyyum təyin edilmişdir. Hazırda azyaşlı nəvəsi onun himayəsində yaşayır və ona təkbaşına baxır. Nəvəsinin baxıb böyüdülməsində hazırda cavabdehin heç bir köməyi yoxdur. Hesab edir ki, nəvəsinin böyüdülməsində cavabdehin də iştirakı vacibdir. Buna görə də, azyaşlı nəvəsinin yetkinlik yaşınadək saxlanması üçün cavabdehdən aliment tələb etmək fikrindədir. Bununla bağlı əvvəlcə Şəki şəhəri, 1 saylı Mediasiya Təşkilatına aliment tələbi ailə mübahisəsi ilə əlaqədar mediasiya üçün müraciət etmişdir. La kin xx.xx.2025-ci il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında cavabdeh iştirak etmədiyi üçün, mediasiya prosesi keçirilə bilməmişdir. Buna görə də, məhkəməyə müraciət etməli olmuşdur.

8. İddiaçı 02 may 2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X2nun cavabdehlə birgə nikahlarından 12 dekabr 2016-cı il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində alimentin və ilkin mediasiya sessiyası üçün çəkilmiş 50 manat xərcin cavabdeh X1 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

9. Zaqatala Rayon Məhkəməsinin 20 may 2025-ci il tarixli, e-2(033)-649/2025 nömrəli qərardadı ilə (ha kim V.Məmmədov) İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair iş üzrə icraata xitam verilmiş və iddiaçıya aidiyyəti üzrə Astara rayon İcra və Probasiya Şöbəsinə müraciət etmək hüququ izah edilmişdir.

10. Məhkəmə, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin e-2(033)-1095/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, 12 dekabr 2016-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 04 sentyabr 2024-cü il tarixdən başlayaraq, cavabdehdən hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq X5 ödənilməsi qət edilmişdir.

11. Hazırda iddiaçı, X2nun vəfat etməsinə və uşağın üzərində qəyyum təyin edilməsinə istinadən yenidən məhkəməyə müraciət edərək, mərhum X2nun cavabdehlə birgə nikahından 12 dekabr 2016-cı il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir.

12. Məhkəmə qeyd etmişdir ki, artıq tələb olunan alimentin cavabdehdən tutulmasına dair məhkəmə aktı qəbul olunmuş və həmin məhkəmə aktı qanuni qüvvədədir. Lakin, icra icraatında tərəf olan tələbkar vəfat etdiyindən faktiki olaraq icra icraatında sıradan çıxmış hesab olunur. Bu halda icra məmuru müvafiq qərar qəbul edərək sıradan çıxmış tərəflərin əvəz edilməsini təmin etməlidir. İcra məmurunun bu vəzifəsi “İcra haqqında” Qanunun 31ci maddəsindən irəli gəlir. Odur ki, artıq məhkəmə aktı ilə həll edilmiş məsələ üzrə yenidən borcluy a qarşı məhkəmə icraatı aparmaq, iddianı mahiyyəti üzrə həll edən məhkəmə aktı qəbul etmək yolverilməzdir.

13. Məhkəmə əlavə olaraq qeyd etməyi vacib hesab etmişdir ki, bu hal iddiaçının Zaqatala Rayon Məhkəməsinin e-2(033)-1095/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilən hüquq münasibətində iddiaçının hüquq varisi qismində tanınmasına dair aidiyyəti İcra Şöbəsinə müraciət etməsini istisna etmir. Həmçinin bu hal iddiaçının həmin qətnamə ilə tutulması qət edilmiş aliment məbləğinin indeksasiyası məqsədi ilə icra icraatı qaydasında aidiyyəti məhkəməyə müraciət etməsini də istisna etmir. Apellyasiya instansiyası məhkəməsində icraat

14. İddiaçı qeyd olunan qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermişdir.

15. Zaqatala Rayon Məhkəməsinin 4 iyun 2025-ci il tarixl i, e-2(033)-649/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir.

16. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 8 iyul 2025-ci il tarixli, 2(107)704/2025 saylı qərardadı ilə (hakimlər E.İsayev sədrlik edən, məruzəçi, Ə.Məcidov və Ə.İsabəyli) şikayət təmin edilməmiş, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 20 may 2025ci il tarixli, e-2(033)-649/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.

17. Məhkəmə kollegiya öz mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, artıq tələb olunan alimentin borcludan tutulmasına dair məhkəmə aktı qəbul olunmuşdur və qanuni qüvvədədir. Lakin, icra icraatında tərəf olan tələbkar vəfat etdiyindən faktiki olaraq icra icraatında sıradan çıxmış hesab olunur. Bu halda icra məmuru müv afiq qərar qəbul edərək sıradan çıxmış tərəflərin əvəz edilməsini təmin etməlidir. İcra məmurunun bu vəzifəsi “İcra haqqında” Qanunun 31-ci maddəsindən irəli gəlir. Odur ki, artıq məhkəmə aktı ilə həll edilmiş məsələ üzrə yenidən borcluya qarşı məhkəmə icraatı aparmaq, iddianı mahiyyəti üzrə həll edən məhkəmə aktı qəbul etmək yolverilməzdir.

18. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1 və 261.0.2-ci maddələrinin tələblərinə əsasən iş üzrə icraata xitam verilməlidir.

19. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, bu hal iddiaçının Zaqatala Rayon Məhkəməsinin e-2(033)-1095/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilən hüquq münasibətində iddiaçının hüquq varisi qismində tanınmasına dair aidiyyəti İc ra Şöbəsinə müraciət etməsini istisna etmir. Həmçinin bu hal iddiaçının qeyd olunan qətnamə ilə tutulması qət edilmiş aliment məbləğinin indeksasiyası məqsədi ilə icra icraatı qaydasında aidiyyəti məhkəməyə müraciət etməsini də istisna etmir.

20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir və qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur.

21. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0, 261.0.1, 261.0.2, 262.4, 398.0.1və 398.0.2, 400, 402-ci maddələrinə, “İcra haqqında” Qanunun 31-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kass asiya şikayətinin dəlilləri

22. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apeyllasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

23. Şikayət onunla əsaslandırılmışdır ki, birinci və apellyasiya instansiyası məhkəmələri öz qərardadlarını onunla əsaslandırmışlar ki, Zaqatala Rayon Məhkəməsinin e-2(033)-1095/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə cavabdehdən alimentin tutularaq X5 ödənilməsi nəzərdə tutulduğundan, hazırki mübahisəyə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olması əsası ilə baxıla bilməz. Həmçinin qeyd olunan məhkəmələr əsaslandırmağa çalışmışlar ki, X3 öldüyü üçün iş üzrə i cra sənədinə xitam verilməməli, hazırkı iş üzrə iddiaçı hüquq varisi kimi tanınmalı idi. Bu səbəbdən də iddiaçıya hüquq varisi kimi tanınmaq məqsədi ilə İcra Şöbəsinə müraciət etməsi tövsiyyə olunmuşdur. İddiaçı ümumiyyətlə heç X3 vərəsəsi, dolyasıyla da hüquq varisi olmaya da bilərdi. İddiaçı hazırki iddianı qaldırmağa əsas verən, 12 dekabr 2016-ci ildə doğulmuş X4 qəyyumu olmasıdır. “İcra haqqında” Qanunun 20.1.3-cü maddəsinə əsasən, tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə icra sənədi üzrə icraata xitam verilir. Aliment almaq və ver mək hüququ şəxsi xarakterli hüquq və vəzifə olduğundan vərəsəlik üzrə başqasına keçməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Şəki Apellyasiya Məhkəməsi işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, hazırki mübahisəyə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olması əsası ilə xitam verilə bilməzdi. Çünki, Zaqatala Rayon Məhkəmə sinin xx.xx.2024-cü il tarixli icra sənədi üzrə tələbkar X6 ölmüşdür və Ailə Məcəlləsinin 113.2.4-cü maddəsinə istinadən iş üzrə icraata xitam vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

25. Maddə

60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 22.Maddə 261.0.1. Hakim iş üzrə icraata iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə xitam verir. 23.Maddə 261.0.2. Eyni tərəflər ara sında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa. 24.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 25.Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 26.Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri 27.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 28.İddiaçının kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən, apellyasiya instansiya sı məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi 29.Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tələblərini hazırkı mübahisəli məsələyə düzgün tətbiq edib və işdə, iddiaçının kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. 30.İddiaçı, kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qərardad qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkə məsi onun bu dəlilləri ilə razılaşmır. 31.Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş Zaqatala Rayon Məhkəməsinin e2(033)-1095/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, 12 dekabr 2016-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 04 sentyabr 2024-cü il tarixdən başlayaraq, cavabdehdən hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq X5 ödənilməsi qət edilmişdir. 32.Hazırda iddiaçı, X2nun vəfat etməsinə və uşağın üzərində qəyyum təyin edilməsinə istinadən yenidən məhkəməyə müraciət edərək, mərhum X2nun cavabdehlə birgə nikahından 12 dekabr 2016-cı il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay m inimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. 33.Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, artıq tələb olunan alimentin cavabdehdən tutulmasına dair məhkəmə aktı qəbul olunmuş və həmin məhkəmə aktı qanuni qüvvədədir. Lakin, icra icraatında tərəf olan tələbkar vəfat etdiyindən faktiki olaraq icra icraatında sıradan çıxmış hesab olunur. Bu halda icra məmuru müvafiq qərar qəbul edərək sıradan çıxmış tərəflərin əvəz edilməsini təmin etməlidir. İcra məmurunun bu vəzifəsi “İcra haqqında” Qanunun 31-ci maddəsindən irəli gəlir. Odur ki, artıq məhkəmə aktı ilə həll edilmiş məsələ üzrə yenidən borcluya qarşı məhkəmə icraatı aparmaq, iddianı mahiyyəti üzrə həll edən məhkəmə aktı qəbul etmək yolverilməzdir. 34.Apel lyasiya instansiyası məhkəməsi, əlavə olaraq qeyd etmişdir ki, bu hal iddiaçının qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilən hüquq münasibətində iddiaçının hüquq varisi qismində tanınmasına dair aidiyyəti İcra Şöbəsinə müraciət etməsini, habelə həmin qətnamə ilə tutulması qət edilmiş aliment məbləğinin indeksasiyası məqsədi ilə icra icraatı qaydasında aidiyyəti məhkəməyə müraciət etməsini istisna etmir. 35.Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, prosessual hüquq normalarının tətbiqində səhvə yol verm əmiş və prosessual hüquq normalarının tələblərini hazırkı mübahisəli məsələyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. 36.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 8 iyul 2025-ci il tarixli, 2(107)704/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar