Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2640/2022 07.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh4 qarşı ilk, Cavabdeh4 Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına qarşı qarşılqılı tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı-nin cavabdehlə r Cavabdeh1-yə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh4 qarşı (X5 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə ilk, Cavabdeh4 İddiaçı-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10120/2021 nömrəli mülki iş üzrə 07 dekabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 07 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" ASC (bundan sonra - Bank) ilə Cavabdeh1 (onun adından təsisçisi və direktoru kimi Cavabdeh3, bundan sonra - MMC) arasında bağlanmı ş xx.xx.2012-ci il tarixli, 3981 saylı kredit müqaviləsinə əsasən, Bank tərəfindən MMC-yə 12 ay müddətinə, illik 16 % dərəcəsi ilə 300.000 manat məbləğində kredit xətti açılmışdır. xx.xx.2012-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh3 həmin kredit müqaviləsi üzrə MMC-nin öhdəliklərinə görə Bank qarşısında birgə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür.
2. Eyni zamanda, xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh5 ona məxsus Abşeron rayonu, Fatmayı kəndində yerləşən 1 ha torpaq sahəsini (likvid dəyəri 150.000 manat müəyyən edilməklə), xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh7 ona məxsus ünvan 1 ünvanında yerləşən 1 saylı mənzili (likvid dəyəri 115.000 manat müəyyən edilməklə), xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh6 on a məxsus ünvan 2 ünvanında yerləşən 34 saylı mənzili (likvid dəyəri 64.000 manat, bazar dəyəri 75.000 manat müəyyən edilməklə) və xx.xx.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh3 ona məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini və istifadəsində olan 0,00995 ha torpaq sahəsini (likvid dəyəri 127.000 manat, bazar dəyəri 150.000 manat müəyyən edilməklə) ipoteka ilə yüklü edərək, Bankın xx.xx.2012-ci il tarixli, 3981 saylı kredit müqaviləsindən irəli gələn tələb hüququna təminat vermişlər. Həmin müqavilələr üzrə Bankın ipoteka hüquqları daşınmaz əşyaların rəsmi reyestrində qeydiyyata alınmışdır.
3. Bankla MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında 1 nömrəli Əlavəyə əsasən, kredit xətinin məbləği 200.000 manat artırılaraq, 500.000 manat məbləğində, müqavilə müddəti 24 ay artırılmaqla 36 ay (xx.xx.2015-ci il tarixədək) və xx.xx.2014-cü il tarixli 2 nömrəli Əlavəyə əsasən, kredit xətinin məbləği 200.000 manat artırılaraq, 700.000 manat məbləğində, müqavilə müddəti 12 ay artırılmaqla 48 ay (xx.xx.2016-ci il tarixədək) müəyyən edilmişdir. xx.xx.2015-ci il tarixli Əlavəyə əsasən isə xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə əsas borcun məbləği 548.115 manat müəyyən edilməklə 16 ay müddətinə (xx.xx.2016-cı il tarixədək), illik 8 % dərəcəsi ilə ödəniş planı üzrə hissə-hissə qaytarılması razılaşdırılmışdır. 4. xx.xx.2014-cü il tarixdə Bankın MMC-yə qarşı xx.xx.2014-cü il tarixli, 6785 saylı kredit müqaviləsindən irəli gələn tələb hüququna təminat verilməsi barədə Bankla Cavabdeh4 və Cavabdeh8 arasında ayrı-ayrılıqda ipoteka müqavilələri bağlanmış və Bankın ipoteka hüquqları daşınmaz əşyaların rəsmi reyestrində qeydiyyata alınmışdır.
5. Bankla Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 7662 saylı kredit müqaviləsinə əsasən, sonuncuya 24 ay müddətinə, illik 16 % dərəcəsilə 150.000 manat məbləğində kredit verilmişdir. Eyni tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh3 ona məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini (likvid dəyəri 127.000 manat, bazar dəyəri 150.000 manat müəyyən edilməklə) ipoteka ilə yüklü edərək, Bankın tələb hüququna təminat vermişdir. İpoteka daşınmaz əşyaların rəsmi reyestrində qeydiyyata alınmışdır.
6. Bankla İddiaçı QSC (bundan sonra - iddiaçı) arasında bağlanmış tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən, Bankın problemli aktivlərinin tələb hüququ iddiaçıya ötürülmüş, xx.xx.2017-ci il tarixli, S-29 saylı təhvil-təslim aktına əsasən, MMC tərəfindən, xx.xx.2017-ci il tarixli, S-FK-186 saylı təhviltəslim aktına əsasən isə Cavabdeh2 tərəfindən götürülmüş kredit borcuna dair sənədlər iddiaçıya təhvil verilmişdir. Bundan sonra, iddiaçı kredit müqavilələri üzrə borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi barədə cavabdehlərə xəbərdarlıq etmiş və ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişləri daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər MMC-dən və Cavabdeh3 müştərək qayda da onun xeyrinə cəmi 739.670,61 manat (əsas borc 548.115 manat; faiz borcu 191.555,61 manat) kredit borcunun tutulması; tutmanın digər cavabdehlər Cavabdeh5, Cavabdeh7, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh8 məsus ipoteka predmeti olan daşınmaz əşyalara yönəldilməsi, həmin əşyaların açıq hərracda satılması və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunacaq vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin MMC-yə və Cavabdeh3 məxsus olan daşınar və daşınmaz əşyalara (o cümlədən texnika və nəqliyyat vasitələrinə) yönəldilməsi, həmin əşyalar üzərində cavabdehlərin mülkiyyət hüquqlarına xitam verilməsi, iddiaçının mülkiyyət hüquqlarının tanınması, müvafiq orqanların üzərinə iddiaçının həmin əşyaların yeni mülkiyyətçisi kimi qeydiyyata alı nması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması; Cavabdeh2 onun xeyrinə cəmi 193.773,33 manat (əsas borc 150.000 manat; faiz borcu 43.773,33 manat) kredit borcunun tutulması; tutmanın digər Cavabdeh3 məxsus ipoteka predmeti olan daşınmaz əşyaya yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunacaq vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2 məxsus olan daşınar və daşınmaz əşyalara (o cümlədən texnika və nəqliyyat vasitələrinə) yönəldilməsi, həmin əşyalar üzərində cavabdehin mülkiyyət hüquqlarına xitam verilməsi, iddiaçının mülkiyyət hüquqlarının tanınması, müvafiq orqanların üzərinə iddiaçının həmin əşyaların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hə rəkətlərin edilməsi öhdəliyinin qoyulması; iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər MMCdən, Cavabdeh2 və X1 müştərək qaydada tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehlər kredit və zaminlik müqavilələri ürzə öhdəliklərini lazımınca icra etməmiş və banka tələbdə göstərilən məbləğlərdə borcları qalmışdır. Ona görə də, həmin borcun tutulmasını və tutmanın ipoteka predmetlərinə yönəldilməsini tələb edir.
9. Cavabdeh4 müqavilədən irəli gələn tələblər üzrə 3 illik iddia müddətinin tətbiqi barədə ərizə vermiş, həmçinin qarşılıqlı iddia və onun dəqiqləşdirilməsi barədə ərizələr ilə müraciət edərək, Bankla arasında bağlanm ış xx.xx.2014-cü il tarixli, 097/14 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Qarşılıqlı iddia belə əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən ona məxsus mənzili 1 il müddətinə Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Müqavilə müddətinin bitməsindən 4 il keçməsinə baxmayaraq, Bankın müqaviləni ləğv etməməsi səbəbindən əmlakı üzrərində sərəncam vermək hüququndan məhrum olmuşdur. Eyni zamanda, MMC ilə Bank arasında sonradan əldə olunmuş razılaşmalardan, müqavilə müddətinin uzadılmasından xəbərdar olmamışdır.
11. Cavabdeh MMC-nin nümayəndəsi ərizə ilə müraciət edərək, xx.xx.2012-ci il tarixli, 3981 saylı kredit müqaviləsi üzrə ipoteka predmeti olmuş Cavabdeh7 məxsus mənzilin Bakın razılıq məktubu əs asında satıldığını və əldə olunmuş vəsaitin 130.000 manat hissəsinin kreditin ödənilməsinə yönəldildiyini, lakin iddiaçı tərəfindən həmin məbləğin borcdan çıxılmadığını bildirərək, bununla bağlı sənədlərin ekspertiza tədqiqatına təqdim olunmasını xahiş etmişdir.
12. Ərizəyə əlavə olunmuş xx.xx.2015-cü il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh7 ona məxsus ipoteka predmeti olan mənzili 135.000 manata X3 (iş üzrə üçüncü şəxs) satmışdır. Həmin tarixdə Bank tərəfindən verilmiş məktublara və alıcının razılıq ərizəsinə əsasən ipoteka hüququ qüvvədə qalmaqla əməliyyat aparılmış, mənzilin satış qiymətindən 130.000 manat Bakın nümayəndəsi X4, qalan 5000 manat isə cavabdehə ödənilmişdir. Bank, həmin məbləği aldıqdan və Bank tərəfindən rəsmi məktu b verildikdən sonra əmlakı ipoteka yüklülüyündən azad edərək, alıcının mülkiyyətinə verilməlidir.
13. Eyni zamanda, xx.xx.2014-cü il tarixli, AN-İ ******* saylı torpaq sahəsinin alqısatqı müqaviləsindən görünür ki, Cavabdeh5 ona məxsus Abşeron rayonu, Fatmayı kənində yerləşən 1 ha torpaq sahəsini 40.000 manata digər Cavabdeh3 satmışdır.
14. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışlarından görünür ki, MMC-nin xx.xx.2017-ci il tarixli təhvil-təslim aktı əsasında iddiaçıya verilmiş borcu - 548,115 manat əsas, 191.555,61 manat faiz olmaqla cəmi, 739.670,61 manat; Cavabdeh2 xx.xx.2017-ci il tarixli təhvil-təslim aktı əsasında iddiaçıya verilmiş borcu isə – əsas borcdan 477,10 manat ödəniş edilməklə 149.552,90 manat əsas, 43.773,33 manat faiz olmaqla, cəmi 193.29 6,23 manat təşkil edir.
15. İş üzrə təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizası üzrə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 fevral 2021-ci il tarixli, 9/4226 saylı ekspert rəyinə əsasən (aparlmış ekspertizanın dəyəri 200 manat), MMC-nin krediti üzrə hesabdan çıxarış məlumatları, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi, həmin müqaviləyə bağlanmış xx.xx.2013-cü il tarixli 1 saylı əlavə, xx.xx.2014cü il tarixli 2 saylı əlavə və xx.xx.2015-ci il tarixli əlavənin şərtləri nəzərə alınmaqla xx.xx.2017-ci il tarixə (təhvil-təslim aktının tarixi) banka olan borc cəmi 603.703,95 manat (əsas borc: 548.115 manat, faiz borcu: 55.588,96 manat); Cavabdeh2 krediti üzrə isə hesabdan çıxarış məlumatları, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin ş ərtləri nəzərə alınmaqla xx.xx.2017-ci il tarixə (təhvil-təslim aktının tarixi) banka olan borc 208.906,67 manat (əsas borc: 150.000,00 manat, faiz borcu: 58.906,67 manat) təşkil edir. Ekspert qarşısında qoyulmuş sualda göstərilən 25 iyun 2014-cü il tarixli 6785 saylı kredit müqaviləsi üzrə sənədlər təqdim edilmədiyindən (müqavilə, çıxarış və.s.) müqavilə üzrə borc qalığını müəyyən etmək mümkün olmamışdır. MMC-nin və Cavabdeh2 Banka olan borcu ümumilikdə 812.610,62 manat (əsas borc: 698.115 manat, faiz borcu: 114.495,63 manat) təşkil edir.
16. İş üzrə təyin olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə daxil olmuş "xxxx" MMC-nin 01 fevral 2021-ci il tarixli, QXM-338-1-6 M saylı qitmətləndirmə hesabatlarına əsasən (aparlmış tədqiqatın dəyəri 2000 manat), Cavabdeh3 məxsus ipoteka predmeti olan 0,00995 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin bazar dəyəri 330.000 manat, likvid dəyəri 300.000 manat; Cavabdeh5 məxsus torpaq sahəsinin bazar dəyəri 220.000 manat, likvid dəyəri 210.000 manat; Cavabdeh7 məxsus mənzilin bazar dəyəri 145.000 manat, likvid dəyəri 135.000 manat; Cavabdeh6 məxsus mənzilin bazar dəyəri 120.000 manat, likvid dəyəri 100.000 manat; Cavabdeh4 məxsus mənzilin bazar dəyəri 95.000 manat, likvid dəyəri90.000 manat və Cavabdeh8 məxsus mənzilin bazar dəyəri 145.000 manat, likvid dəyəri 135.000 manat məbləğində müəyyən edilmişdir.
17. Bundan sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdehlər MMC-dən və Cavabdeh3 müştərək qaydada onun xeyrinə cəmi 493.870,61 manat (əsas borc 302.315 manat; faiz borcu 191.555,61 m anat) kredit borcunun tutulması; tutmanın ipoteka predmeti olan digər cavabdehlər Cavabdeh7, Cavabdeh4 və Cavabdeh8 məxsus daşınmaz əşyalara yönəldilməsi, həmin əşyaların açıq hərracda satılması və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsi; satışdan əldə olunacaq vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin MMC-yə və Cavabdeh3 məxsus olan daşınar və daşınmaz əşyalara (o cümlədən texnika və nəqliyyat vasitələrinə) yönəldilməsi, həmin əşyalar üzərində cavabdehlərin mülkiyyət hüquqlarına xitam verilməsi, iddiaçının mülkiyyət hüquqlarının tanınması, miivafıq orqanların üzərinə iddiaçının həmin əşyaların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması; Cavabdeh2 onun xeyrinə 74.596,23 manat (əsas borc 30.822, 90 manat; faiz borcu 43.773,33 manat) kredit borcunun tutulması, tutmanın həmin cavabdehə məxsus olan daşınar və daşınmaz əşyalara (o cümlədən texnika və nəqliyyat vasitələrinə) yönəldilməsi, həmin əşyalar üzərində cavabdehin mülkiyyət hüqaqlarına xitam verilməsi, iddiaçının mülkiyyət hüquqlarının tanınması, müvafiq orqanların üzərinə iddiaçının həmin əşyaların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması; iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər MMC-dən, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh3 xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqavilələrinə əsasə n ona məxsus ipoteka predmeti olan Abşeron rayonu, Fatmayı kəndində yerləşən 1 ha torpaq sahəsini və ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini və Cavabdeh6 qızı isə xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən ona məxsus ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən 34 saylı mənzili Banka hədiyyə etmiş və həmin əşyalar daşınmaz əmlakın dövlət reyestrində sonuncunun adına qeydiyyatdan keçmişdir.
19. İddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2021-ci il tarixli maliyyə arayışlarından görünür ki, həmin tarixə borc MMC-nin krediti üzrə - əsas borcdan 245.800 manat silinməklə, 302.315 manat əsas, 191.551,61manat fazil olmqla, cəmi 493.870,61 manat; Cavabdeh2 krediti üzrə isə - əsas borcdan 119.177,10 manat silinməklə 30.822,90 manat əsas, 43.773,33 manat faiz olmaqla, cəmi 74.596,23 manat təşkil edir.
20. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-46/2021 nömrəli iş üzrə 09 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim V.Quliyev) ilk iddia qismən təmin edilərək, iddiaçının xeyrinə cavabdehlər MMCdən və Cavabdeh3 müştərək qaydada 302.315 manat əsas və 114.495,63 manat faiz olmaqla, cəmi 416810,63 manat borcun tutulması, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin cavabdehlər MMC-dən, Cavabdeh3, Cavabdeh2 tutulması, ilk iddianın qalan hissədə, qarşılıqlı iddianın isə bütövlükdə rədd oluması, cavabdehlər MMC-dən, Cavabdeh3, Cavabdeh2 aparılmış mühasibatlıq ekspertizası tədqiqatının dəyəri kimi 200 manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, qiymətləndirmə ekspertizası tədqiqatının də yəri kimi 2000 manat tutularaq "xxxx" MMC-nin hesabına köçürülməsi qət edilmişdir.
21. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçının son iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsindən də göründüyü kimi, cavabdehlər MMC və Cavabdeh3 əsas borca görə 302.315 manat, faiz borcuna görə 191.555,61 manat tələb edilməkdədir. Bununla belə, iş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 9/4226 saylı eksperti rəyindən və kredit müqavilələrindən göründüyü kimi, Bankla müqavilələr borclu qismində MMC və Cavabdeh2 arasında bağlanmışdır və Cavabdeh3 cavabdeh MMC-nin direktoru və təsisçisidir. Odur ki, iddiaçı MMC və Cavabdeh3 pul məbləğini tələb etməkdə haqlıdır.
22. Məhkəmə, cavabdeh tərəfin borcun bir hissəsi ödənildiyindən da ha az hesablanmalı olması barədə məhkəmə iclasında etirazına münasibətdə qeyd etmişir ki, xx.xx.2021-ci il tarixli eksperti rəyi ilə əsas borcun 698.115,00 manat, faiz borcunun isə 114.495,63 manat müəyyən edilməsinə baxmayaraq, iddiaçı tələbinin həcmini azaltmışdır. İpotekaya qoyulmuş Cavabdeh7 məxsus mənzil xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X2 mülkiyyətinə verilmişdir. Müqavilənin 5-ci bəndinə görə, həmin mənzil Bankda girovda olmaqla, əməliyyat alıcının razılığı əsasında ipoteka hüququ qüvvədə qalmaq şərtilə aparılır, 130.000 manat Bankın nümayəndəsi X4, 5000 manat isə satıcıya ödəniləcək, Bank həmin məbləği aldıqdan sonra isə əmlak ipotekadan azad olunacaqdır. Bu hal, məhkəmə iclasında üçüncü şəxs X2 və iddiaçının nümayəndəsinin izahatı ilə də təs diqini tapmışdır.
23. Eyni zamanda, cavabdeh tərəf məhkəmə iclasında iddiaçı ilə Cavabdeh3 və Cavabdeh6 arasında bağlanmış 03 fevral 2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqavilələrinə istinad edərək, borcun bir hissəsinin ödənildiyini bildirsə də, bu müqavilələrin hansı məbləğdə borcun ödənilməsini təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.
24. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehlər MMC-nin və Cavabdeh3 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Cavabdehlər kredit müqavilələri ilə götürdükləri öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da, müqavilənin şərtlərini pozmuşlar. Buna görə də, öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, iddiaçıya kredit müqaviləsi üzrə yaranmış əsas borca görə 302.315 manat, faiz borcuna görə isə 191.555,61 manat ödəməlidirlər.
25. Məhkəmə, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə münasibətdə isə vurğulamışdır ki, tərəflər arasında razılaşma olduğundan hazırda iddia tələbində tutmanın yönəldilməsi ilə bağlı əmlakın həcmi azaldılaraq, Cavabdeh4 və Cavabdeh8 mülkiyyətində olan mənzillərə yönəldilməsi xahiş olunmuşdur. Bununla belə, bank tərəfindən bu mənzillərin ipotekaya qoyulmasına əsas olmuş xx.xx.2014-cü il tarixli, 6785 saylı kredit müqaviləsinin iş üzrə ekspertizanın keçirilməsi zamanı məhkəmə tərəfindən xx.xx.2020-ci il tarixli rəsmi məktubla iddiaçıdan tələb edilməsinə və məhkəmə iclasında iddiaçının nüma yəndəsi vasitəsilə tələb edilməsinə baxmayaraq, məhkəməyə təqdim edilməmişdir. İddiaçı bunun səbəbini həmin müqaviləni əldə edə bilməməsi ilə izah etmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli rəyindən də göründüyü kimi, sözügedən kredit müqaviləsi təqdim edilmədiyindən borc məbləğini müəyyən etmək mümkün olmamışdır. Odur ki, tutmanın qeyd edilən mənzillərə yönəldilməsinə əsas olan xx.xx.2014-cü il tarixli, 6785 saylı kredit müqaviləsi təqdim edilmədiyindən, əsas öhdəliyin mövcudluğu sübut olunmur. Bu səbəbdən də, iddia həmin hissədə əsaslı hesab edilə bilməz.
26. Məhkəmə bu hissələrdə mövqeyini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 269.5, 317.1, 385.1, 386.1, 421.1, 421.2, 442, 445, 448.1, 460.3, 739, 741-ci, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 77.1, 119-cu maddələrinə istinadla əsaslandırmışdır.
27. Cavabdeh4 tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə vəsatətə və qarşılıqlı iddiaya münasibətdə isə Məhkəmə, Mülki Məcəlləninn 373.2, 373.3, 375.1, 375.2, 376, 377.2, 399.3-cü maddələrinə istinadla iddia müddətinin tətbiq edilməsinin mümkünsüzlüyü qənaətinə gələrək, qeyd etmişdir ki, qarşılıqlı iddia tələbi Mülki Məcəllənin 421.2-ci maddəsinin dizpozisiya şərtləri ilə həm yuxarıda qeyd edilən əsaslara görə, həm də bu normanın əsaslılığını müəyyən edən mülki qanunvericliyin müddəaları ilə uzlaşmır. Belə ki, qeyd edilən maddədən göründüyü kimi, müqaviləninin ləğvi barədə tələbin əsaslılığı bağlanmış müqavilə şərtlərinin əhəmiyyətli dərəcədə pozulması nəticəsində əmələ gəlmiş olur. İşin hallarından da görünür ki, məhkəməyə öhdəliyin bank tərəfindən yerinə yetirilməməsinə dair hər hansı sübut təqdim edilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
28. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ilk iddiaya aid hissədə ləğv edilməsini, ilk iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş və şikayətini iddiaçı tərəfindən tələb olunan dəqiqləşdirilmiş borc məbləğini azaldılmasına baxmayaraq, məhkəmənin bununla bağlı heç bir əsaslandırma aparmaması, eyni zamanda cavabdehlərlə bağlanmış ipoteka müqavilələrinin iş materiallarına əlavə olunmasına baxmayaraq, iddianın bu hissədə tam rədd olunmasının əsassız olması ilə əsaslandırmışdır.
29. Cavabdeh4 apellyasiya şikayəti verərək, qətnamənin qarşılıqlı iddianın rədd olunması hissəsində ləğv edilməsini, qarşılıqlı iddiasının təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətini belə əsaslandırılmışdır ki, Bankla arasında bağlanmış ipoteka müqaviləsinin müddətinin bitməsinə və ipotekanın əlavə qeydinin aparılmamasına baxmayaraq, məhkəmə iddia müddətinin tətbiqini əsassız saymaqla yanlış nəticəyə gəlmiş, iddianın rədd olunması barədə qanunsuz qətnamə qəbul etmişdir.
30. Digər Cavabdeh2 da apellyasiya şikayəti verərək, qətnamənin ondan məhkəmə xərclərinin tutulması hissəsində ləğv edilməsini xahiş etmiş və şikayətini iddianın ona münasibətdə rədd olunduğu və tərəfindən ekspertizanın keçirilməsi brədə heç bir vəsatət verilmədiyi halda ondan məhkəmə xərclərinin tutu lmasının əsassız olması ilə əsaslandırmışdır.
31. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında apellyasiya şikayətini müdafiə edərək, həmçinin bildirmişdir ki, iş üzrə ekspertiza ilk iddia tələbi üzrə keçirilib, halbuki, cavabdehlər bankın tələb etdiyi məbləğlərlə razılaşaraq, özlərinə məxsus əmlakı borcun əvəzi kimi verdiklərindən iddia tələbində həmin əşyaların müqavilədə qeyd olunan dəyərləri həcmində azalma olmuşdur. Ekspert rəyi isə azalmadan sonra qalan borc məbləği ilə bağlı olmadığından əsassızdır.
32. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-10120/2021 nömrəli iş üzrə 07 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Q.Əsgərov (sədrlik edən və məruzəçi), A.İmanov və V.Sadıqov) apellyasiya şikayət ləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə vurğulamışdır ki, iddiaçı MMC-nin borcunun 77.059,98 manat azaldılması və Cavabdeh2 74.596,23 manat borcun tutulması tələbinin rədd olunması hissəsində qətnmaənin əsaslandırılmadığını bildirsə də, özü də iddia tələbinin dəqiqiləşdirilməsi barədə verdiyi ərizədə ekspertiza rəyi ilə müəyyən edilmiş borc məbləğini hansı səbəblərə görə azaltmasını açıqlamamışdır. Lakin müəyyən edilir ki, iddiaçının borc məbləğini azaltmasının səbəbi ipoteka predmetlərindən 3 ədədinin ona bağışlanması olmuşdur. B irinci instansiya məhkəməsi qeyd edilən halları nəzərə alaraq iddiaçı tərəfindən tələb edilən borc məbləğini azaltmaqda haqlı olmuşdur.
34. Məhkəmə kollegiyası, Cavabdeh2 münasibətdə iddianın rədd olunmasını əsaslı sayaraq, qeyd etmişdir ki, iddiaçı həmin cavabdehdən xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 193.773,33 manat borc tələb etmişdir. İşdən müəyyən olunur ki, həmin kredit müqaviləsinin təminatı olan Cavabdeh3 məxsus fərdi yaşayış evi xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsi əsasında iddiaçıya bağışlanmış və əmlak bağışlanmasından öncə qiymətləndirici tərəfindən 300.000 manat qiymətləndirilmişdir. Göründüyü kimi, iddia tələbi 193.773,33 manat olduğu halda, həmin borcun təminatı kimi iddiaçıya bağışlanmış ipoteka predmetinin qiyməti 300.000 manatdır. Belə olan halda, id dianın Cavabdeh2 münasibətdə rədd olunması əsaslı olmuşdur.
35. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi, iddiaçının borcun təminatı kimi iki ədəd ipoteka predmetinə tutma yönəldilməsi tələbini rədd etməkdə də haqlı olmuşdur. Belə ki, iddiaçı əsas öhdəliyin mövcudluğunu sübuta yetirə bilmədiyindən, həmin kredit müqaviləsi ilə yüklü edilmiş ipoteka predmetlərinə tutma yönəldilə bilməz.
36. Apellyasiya instansiya məhkəməsi, qarşılıqlı iddiaçı Cavabdeh4 apelyasiya şikayətinin dəlillərinə münasibətdə bildirmişdir ki, şikayətdə işin halları sadalansa da, qətnamədəki qanunsuzluğun nədən ibarət olması əsaslandırılmamış, prosessual hüquq normalarının pozuntusunun nədən ibarət olması göstərilməmişdir. Göründüyü kimi, şikayətin dəlilləri formal mülahizələr olmaqla, qətnamənin həmin hissədə ləğv, qarşılıqlı iddianın isə təmin edilməsi üçün əsas təşkil etmir.
37. Kollegiya, Cavabdeh2 apelyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd etmişdir ki, iş materialları ilə müəyyən edilir ki, apellyator kredit müqaviləsi ilə borclu olmuş və həmin müqavilə üzrə hazırkı icraat çərçivəsində araşdırmalar aparılmış, ekspertizalar keçirilmiş, qiymətləndirici rəyləri alınmışdır. Apellyatorun kredit borcunun ipoteka predmetinin bağışlanılmasından sonra yekun məhkəmə aktının çıxarılması müəyyən olunduğu üçün, birinci instansiya məhkəməsi məhkəmə xərclərini həmin cavabdehə də aid etməkdə haqlı olmuşdur. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
38. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qət naməsinin ilk iddianın təmin edilməyən hissəsində ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
39. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmaqla, əlavə olaraq göstərilmişdir ki, apellyasiya məhkəməsi işin müəyyən edilmiş hallarına və iş üzrə toplanmış sübutlara düzgün hüquqi qiymət verməmiş və mübahisəli hüquq münasibətinə maddi hüquq normalarını düzgün tətbiq etməməklə yanlış nəticəyə gəlmişdir. Belə ki, məhkəmə MMC-nin borcunun azaldılmasını və Cavabdeh2 borcun tutulmasının rədd olunmasını 3 ədəd ipoteka predmetinin iddiaçıya bağışlanması ilə əsaslandırsa da, sözügedən bağışlama müqavilələrində əşyaların iddiaçı ilə razılaşdırılmış dəyərləri əks olunmuşdur. Qəbul edilmiş əşyalarla bağlı borcun azaldılması səla hiyyəti isə iddiaçıya məxsus olmuşdur. b)
40. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
41. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
42. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
43. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmun u ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
44. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.
45. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
46. Maddə
741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun q aytarılması ilə bir vaxtda ödənilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
47. Maddə
33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
48. Maddə 34.1.2 Əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu verir.
49. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. A zərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini y oxlayır.
54. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
55. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiym ətləndirilməməlidir.
56. Hazırkı kassasiya şikayətində qətnamə yalnız ilk iddianın təmin olunmayan hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
58. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək s əlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
59. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etməklə qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Şikayətin digər dəlilləri isə məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
60. Qeyd olunanları nəzərə alaraq, Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
61. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10120/2021 nömrəli mülki iş üzrə 07 dekabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə (ilk iddianın təmin olunmayan hissəsində) dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.