Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2643/2025 03.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh Oktay qızına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış yerinin müəyyən olunması; mənzilə köçürülmə və bununla bağlı maneələrin aradan qaldırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Oktay qızına qarşı “mənzilə köçürülmə və cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2596/ 2025 nömrəli, 13 may 2025-ci il tarixli qətnaməsindən Cavabdeh Oktay qızı tərəfindən verilmiş kassasiya şikayətinə 03 sentyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanına dair İddiaçı1 babası X15 adına 1963-cü il tarixli Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport vardır.
2. İddiaçı1 babası X21 9 dekabr 1967-ci il tarixdə, nənəsi Kinovaz Kərim qızı xx.xx.1995-ci il tarixdə, atası X22 isə xx.xx.2019-cu il tarixdə vəfat etmişlər. 3. ünvan 1 ünvanında X15 övladları yaşayır. Belə ki, İddiaçı1 xx.xx.1997-ci il tarixdən qeyd olunan ünvanda pasport qeydiyyatında olmaqla, anadan olduğu vaxtdan (x x.xx.1980) 2014-cü il tarixədək həmin fərdi yaşayış evində yaşamışdır.
4. İddiaçı1 ilə Cavabdeh Oktay qızı 2006-cı il tarixdə faktiki nikah, 2008-ci il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmuş və 2006-cı il tarixdən mübahisə predmeti olan evdə birlikdə yaşamışlar. Tərəflərin birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X7 anadan olmuşdur.
5. İddiaçı1 2014-cü ildə cavabdeh ilə münasibətləri pozulduğu üçün həmin tarixdən mübahisə predmeti olan mənzildən köçməklə başqa ünvanda kirayədə yaşayır. Qeyd olunan tarixdən isə Cavabdeh Oktay qızı həmin ünvanda qızı ilə birlikdə yaşayır.
6. İddiaçı1 ilə Cavabdeh Oktay qızı arasında nikaha xx.xx.2020-ci il tarixdə xitam verilmişdir.
7. İddiaçılar X13 ilə X4 xx.xx.2022-ci il tarixdə nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahlarından xx.xx.2 023-cü il təvəllüdlü X10 anadan olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Oktay qızına qarşı “mənzilə köçürülmə və cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək məhkəmədən azyaşlı övladları xx.xx.2023-cü il təvəllüdlü X10 ilə birlikdə ünvan 1 ünvanında yerləşən iki otaqlı mənzilə köçürülmələri və həmin mənzilə köçürülmələri üçün cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxxxx 1980-cı il tarixində ünvan 2 ünvanında anadan olmuş və 2020-ci il tarixinədək qeydiyyatda olduğu həmin ünvan da yaşamışdır. 2008-ci ildə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və 2020-ci ildə aralarındakı nikah məhkəmə qaydasında pozulmuşdur. Həmin nikahdan xx.xx.2007-ci il təvəllüdlü X7 adlı bir övladı var. Ayrılarkən cavabdehin xahişinə görə və qızı kiçik olduğundan o, müvəqqəti olaraq cavabdehin onun evində qalmasına etiraz etməmiş, özü isə qızının xatirinə evdən çıxmışdır ki, o sakit şəraitdə böyüsün. Hər ay məhkəmə qətnaməsi üzrə alimentini və digər xərclərini də ödəmiş, indi də ödəyir. Cavabdehlə ayrıldıqdan bir müddət sonra o, İddiaçı2 ilə ailə qurmuşdur və həmin tarixdən də onunla birlikdə başqa ünvanda kirayədə yaşayır. Hal-hazırda birgə nikahlarından xx.xx.2023-cü il təvəllüdlü X10 adlı bir övladı var. Onlar övladları ilə birlikdə yenə də kirayədə yaşayırlar. Lakin artıq ki rayədə yaşamağa maddi imkanı yoxdur. Daimi qeydiyyatda olduğu, babanənəsindən miras qalmış öz evinə köçmək istəsə də, cavabdeh buna imkan vermir. Hər dəfə gedəndə dava-dalaş salır, hətta iş polisə qədər gedib çıxır. Onun başqa bir yaşayış yeri yoxdur. Kiminsə evində kirayə yaşamağa isə maddi imkanı yoxdur. Həm də o, tək deyil artıq, həyat yoldaşı və bir körpə övladı da var. Mübahisələndırilən ev Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmasa da, onun həmin evdə daimi qeydiyyatı və yaşamaq hüququ vardır. Lakin cavabdehin ucbatından o, öz hüquqlarını həyata keçirə bilmir. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sözügedən ev xüsusi mülkiyyət hüququ əsasında dövlət reyestrində qeydiyyata alınmasa da, mövcud qanunvericiliyə əsasən, anası X5 həmin mənzilin pot ensial mülkiyyətçisidir. Cavabdeh ona məxsus evdə heç bir qeydiyyatı və ailə üzvü olmadan bu gün də yaşadığı halda, o, babanənəsindən ona qalan, doğulub böyüdüyü və daimi qeydiyyatda olmaqla yaşadığı, ona məxsus mənzil üzərində hüquqlarını həyata keçirə, ondan istifadə edib yaşaya bilmir.
10. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o cavabdehə həmin evdə yaşamağa müvəqqəti, uşaq böyüyənədək yaşaması üçün icazə vermiş, evdən özü gedərək kirayədə yaşamışdır. O, 2014-cü il tarixdə evdən bezdiyi, çox şeyləri gördüyü üçün getmişdir. Həyat yoldaşı onu anasına qısqanmışdır. Atası vəfat etdikdən sonra xoşagəlməz hadisə olmuşdur. O, iddia qaldırmış, evə köçmək istəmiş, işə baxan hakim ona bildirmişdir ki, “sənin həmin evdə yaşamaq hüququn va r, heç kim sənə heç nə deyə bilməz”. O da evə girmiş, söz-söhbət olmuş, polislər gəlmişlər. O, 2022-ci il tarixində ikinci dəfə evlənmişdir. İkinci nikahından bir övladı var. Yoldaşı mübahisə predmeti olan evdə yaşamamışdır. O, İddiaçı2 ilə faktiki 2015-2016cı il tarixlərində yaşamağa başlamışdır İddiaçı2 ilə toyunun nə vaxt olması dəqiq yadında deyil, toyları olduqdan sonra birlikdə yaşamağa başlamışlar. 2014-cü ildə evdən çıxdıqdan sonra hər gün işdən gəldikdən sonra gedib qızı ilə maraqlanmışdır. Mübahisə predmeti olan evdə uzağı 1 saat qalmışdır. 2019-cu il tarixindən sonra həmin evə getməmişdir. O anasının yanına getmiş, lakin həmin evə getməmişdir. 2019-cu ildən sonra uşaqla görüşmüşdür. Həmin evin qaz pulu onun tərəfindən ödənilmişdir.
11. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq izahatında bildirmişdir ki, İddiaçı1 2019-cu il tarixində baş vermiş xoşagəlməz hadisədən sonra evə getməmişdir. İddiaçı özü hazırda kirayədə yaşayır. İddiaçı həmin evdə böyüyüb başa çatmış, orada qeydiyyatdadır. İddiaçının həmin evdə köçüb yaşamaq hüququ var. Həmin ev ailəsi tərəfindən iddiaçıya verilib, ona məxsusdur. İddiaçı cavabdehə uşağa görə humanistlik edib yaşamasına icazə veribsə, bu onun istifadə hüququnun itirlməsi demək deyil. Cavabdeh iddiaçıya evə gəlməsinə, yaşamasına maneə olb. Evə gəlməməsinə əsaslı səbəb olmuşdur. Sadəcə bu səbəbi deməyə utanırlar.
12. Məhkəmə iclasında iştirak edən Cavabdeh Oktay qızı iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, 11 il əvvəl iddiaç ı onunla yaşaya-yaşaya o qadına görə evdən çıxıb getmişdir. Raminlə olan nikahları 2022-ci il tarixində pozulmuşdur. Onunla boşanmamış həmin qadınla toy etmişdir. O, da qadındır və onun da həyatında kimsə ola bilər. İddiaçı onları o qadına görə tərk edib getmişdir. Qoyub gedəndə, atıb gedəndə heç demirdi ki, utanır, indi isə deyir ki, deməyə utanır. Onda iddiaçı onun yanında yox idi. Hamının həyatında kimsə ola bilər. Ramin onunla qızı olan evə 2015-ci ildən 2019cu ilə qədər gəlib uşağı görmüşdür. Elə gün olub ki, qapıdan gəlib uşağı soruşub gedib. O, uşağı parka aparmış və Ramin parkada da uşağı görmüşdür. Ramin evdən çıxıb getsə də, bir-birlərini görürdülər. Ona iddiaçı 2019-cu ilə qədər pul vermişdir. Həmçinin qaz pulunu Ramin ödəyir, qazın pulunu ondan almamışlar, işıq pulunu isə özü ö dəyir.
13. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirmişdir ki, iddiaçı ilə cavabdeh 2014-cü il tarixində faktiki ayrılmışlar. İddiaçı 2014-2015-ci illərdə İlahə xanımla faktiki nikaha daxil olmuş, iddiaçının həyatında başqa xanım olmuşdur. 2019-cu ildən sonra iddiaçı mübahisə predmeti olan evə gəlməmişdir. Hal-hazırda 2025-ci il olduğuna görə 6 il müddətinə istifadə hüququ itirilmiş hesab olunur. Evin hal-hazırkı şəraiti iş materiallarına əlavə edilmiş fotoşəkillərdə də görünür ki, 2 bir-biri ilə iç-içə otaqlardan ibarətdir. Yataq otağına kənar giriş yoxdur. Həmin mənzildə iddiaçılar ilə cavabdehin birgə yaşaması mümkün deyildir. Çünki Mənzil Məcəlləsinə əsasən, bir şəxs üçün olan 12 kv.m yaşayış sahəsi nəzərdə tutulmuşdur. Bu baxımdan 5 nəfər in mübahisəli mənzilə köçürülüb yaşaması qeyri-mümkündür. Həm də iki ailənin yaşaması üçün reallıq olmalıdır. İş materiallarına əlavə edilmiş məhkəmə qərarından da görünür ki, tərəflər arasında münaqişəli vəziyyət yaranmış, iddiaçı CM-in 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. Məhkəmə icraatı dövründə tərəflər barışdığı üçün işə xitam verilmişdir. İddiaçılar oraya köçürüləcəyi halda bu hal davam edə bilər. Digər tərəfdən cavabdehin yetkinlik yaşına çatmayan övladı var. İki otaqlı mənzildə tərəflərin yaşaması qeyri-mümükündür. İstifadə hüququnun axımı şəxsin könüllü iradəsi əsasında qırılırsa müddət, o istifadə hüququnu itirmiş hesab olunur. Qonşuların ərizəsi də var ki, iddiaçı 2014-cü ildən orada yaşamamışdır. Mübahisəli mənzilin mülkiyyət hüququnun kimə məxsus olması müəyyən olunmayıb. Cavabdeh də uzun müddətdir ki, orada yaşayır. Yaşamaq özü istifadə hüququdur. İddiaçı könüllü olaraq 2014-cü ildən orada yaşamır. 2019-2023-cü ilə qədər polis mübahisə olana qədər iddiaçı özü kimsənin maneəsi olmadan evə gəlməmişdir. Milli mentaltitetə uyğun olaraq hər hansı qadın nikahda olan şəxsin keçmiş həyat yoldaşının yanına getməyinə razı olmaz. İddiaçının evə getməməsinin səbəbi ona evə getməsinə maneə yaradılması deyil də, onun arvadının təsiri və ya öz arvadına hörmət etdiyinə görə getməmişdir.
14. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, cavabdeh oğlunun evə gedib gəlməsinə mane olmuşdur. Dəfələrlə baş vermiş mübahisə zamanı polis gəlmişdir. Bir dəfə bundan öncə məhkəmədə cavabdehə qarşı iddia qaldırdıqları zaman hakim oğluna “sənin mübahisə predmeti olan evdə yaşamaq hüququn var, Sən evə girib yaşaya bilərsən” demişdir. Bundan sonra oğlu evə girmək istəmiş və cavabdeh isə dəhşətli hay-küy yaratmışdır. Buna görə də polislər gəlmişdilər. Oğlu onun həyat yoldaşı öldükdən sonra yəni, 2019-cu il tarixindən sonra baş vermiş hadisədən sonra həmin evə getməmişdir. Oğlu evdən çıxdıqda cavabdehə “evdə sakit yaşa, sənə heç kim heç nə deməyəcək”-deyə bildirmişdir. Ailədaxili mübahisə olmuşdur. Lakin baş vermiş hadisənin nə olduğunu demək istəmir. Çünki ayıbdır. Cavabdeh özü bunu yaxşı bilir. Oğlu bu hadisəni bildikdən sonra evə gəlməmişdir. Oğlu evə 2019-cu il tarixinədək gedib-gəlir, uşağı ilə maraqlanmışdır. Cavabdeh onun həyat yoldaşından çəkinirdi. O, əvvəlcə özü cavabdehə qarşı iddia qaldırmışdır. İddia tələbinə məh kəmədə baxılmışdır. Lakin onun cavabdehə uşaq olduğu üçün yazığı gəlmiş, buna görə də iddia ərizəsini geri götürmüşdür. Evin kommunalını oğlu ödəmişdir. Oğlu gedəndən sonra cavabdeh kommunal ödəniş etmir. Onlar da həyət ümumidir. Bir babanın adına olan həyətdə qapıları ayrı evlər var. Kiçik oğlunun, digər oğlunun orada evləri var. İddiaçı ilə cavabdeh rəsmi 2022-ci il tarixində boşanmışlar. 2019-cu il tarixinədək oğlu evə gələndə həm gəlib ona baş çəkir, həm də gedib öz qızını görürdü. O, 2019-cu il tarixinədək hər gün gəlirdi. 2019dan sonra onun yanına gəlmişdir. Babadan qalan əmlakda həmişə yoldaşı yaşayırdı. Həmin yaşayış sahəsinə ona görə çıxarış almamışlar ki, mübahisəli mənzilin yerləşdiyi ərazidə onların evindən başqa həm də qaynının övladlarına məxsus olan mənzillər var. Qayınının 4 uşağı var. Vərəsələr sayca çox olduğu üçün çıxarış almaq çətindir. Hazırda həyətin əsas yeri onlara məxsusdur.
15. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-231/2025 saylı mülki iş üzrə 28 yanvar 2025-ci il tarixli qətnaməsi ilə İddiaçı1 ünvan 1 ünvanında yerləşən iki otaqlı mənzilə köçürülməsi və Cavabdeh Oktay qızı tərəfindən İddiaçı1 həmin evdə yaşamasına və istifadəsinə yaradılan maneənin aradan qaldırılması, iddia tələbinin qalan hissədə və iddiaçı Cavabdeh Əliş qızının iddia tələbinin təmin edilməməsi qət edilmişdir (X24).
16. Birinci instansiya məhkəməsi işin faktiki halı olaraq müəyyən etmişdir ki, ünvan 1 ünvanı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Həmin fərdi yaşayış evinə dair İddiaçı1 babası X15 adına 1963-cü il tarixli Azərbaycan SSR Kommunal Təsər rüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport vardır.
17. Məhkəmə bununla bağlı ilk olaraq qeyd etmişdir ki, 1963-cü il tarixli texniki pasport ilə iddiaçının anası X3 adına olan “fiziki və hüquqi şəxslərin mülkiyyətində və ya istifadəsində olan əmlakın qiymətləndirilməsi və torpaq sahəsinin inventarlaşdırılması”na dair hesabat cədvəli müqayisəli tədqiq edildikdə torpaq sahəsinin və tikilinin ölçüsü arasında fərq olduğu müəyyən edilsə də, hazırkı mübahisə predmeti olan 2 otaqlı yaşayış sahəsinin texniki pasportda nəzərdə tutulub-tutulmaması mübahisə predmeti olmamış, həmçinin həmin yaşayış sahəsinin özbaşına tikili olması mübahisələndirilməmişdir.
18. Məhkəmə daha sonra qeyd etmişdir ki, həmin yaşayış sahənin y erləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə qanuni gözlənti hüququ olduğundan, həmin tikili özbaşına tikili olsa idi belə, mülki qanunvericiliyə əsasən ona mülkiyyət hüququnun əldə edilməsinə qanuni gözlənti hüququ vardır.
19. Məhkəmə həmçinin qeyd etmişdir ki, hazırkı mərhələdə məhkəmə tərəfindən qiymət verilməli olan digər məsələ həmin fərdi yaşayış evinə gözlənilən mülkiyyət hüququnun İddiaçı1 keçib-keçməməsi, onun tərəfindən miras əmlak kimi qəbul edilibedilməməsidir. Məhkəmə bu məqamda qeyd etməyi zəruri hesab edir ki, həmin fərdi yaşayış evinə “gözlənilən” mülkiyyət hüququ olduğundan miras kütləsinə daxil edilməlidir.
20. Məhkəmə işin müəyyən edilmiş faktiki halı olaraq həmçinin müəyyən etmişdir ki, İddiaçı1 babası X16 məxsus olmuş ünvan 1 ünvanı onun övladları aras ında faktiki bölünmüş və İddiaçı1 atası X22 öz ailəsi ilə birlikdə həmin ünvanda (öz payına düşən hissədə) yaşamışdır. X23 1967-ci il tarixdə, arvadı Kinavaz Kərim qızı 1995-ci il tarixdə, iddiaçının atası X22 2019-cu il tarixdə vəfat etmişdir. Yəni işin müəyyən edilmiş halı odur ki, həmin fərdi yaşayış evi faktiki olaraq İddiaçı1 atası X22 tərəfindən qəbul edilmiş və ölənədək həmin ünvanda yaşamışdır. Hazırda isə onun ailə üzvləri arvadı X6, digər oğlu həmin ünvanda yaşayır.
21. İşin məhkəmə araşdırması nəticəsində müəyyən edilmiş faktiki hallarına əsasən məhkəmə qeyd etmişdir ki, miras əmlak, yəni həmin əmlaka gözlənilən mülkiyyət hüququ İddiaçı1 tərəfindən faktiki olaraq qəbul edilmiş, həmin əmlaka faktiki olaraq yiyələnmişdir.
22. Məhkəmə işin müəyyən edilmiş faktiki halı olaraq daha s onra qeyd etmişdir ki, İddiaçı1 doğulduğu vaxtdan 2014-cü ilədək ünvan 1 ünvanında yaşamışdır. O, 2006-cı ildə Cavabdeh Oktay qızı ilə faktiki, 2008-ci il tarixdə rəsmi nikah münasibətinə daxil olmuşdur. Tərəflərin birgə nikahından xx.xx.2007-ci il təvəllüdlü X7 anadan olmuşdur. İddiaçı1 2014cü ilədək Cavabdeh Oktay qızı və qızı Nuranə ilə birlikdə həmin ünvanda yaşamış, 2014cü il tarixdən isə cavabdehlə faktiki olaraq ayrılaraq başqa ünvanda kirayədə yaşamağa başlamışdır. İddiaçı1 həmin mənzili daimi olaraq deyil, müvəqqəti olaraq tərk etmişdir. Həmin mənzili müvəqqəti tərk etməsinə səbəb isə onunla keçmiş yoldaşının arasında yaranan problemlər olmuşdur. Yəni, onun mənzildən çıxması başqa yaşayış sahəsinə sahib olması ilə bağlı deyil, məcburiyyət qarşısında qalmağı ilə bağlı olmuşdur. İdd iaçı cavabdehlə aralarında yaranmış problemlərlə bağlı, münasibətləri pozulduğu üçün onunla birlikdə yaşamaq istəməmiş, lakin qızının azyaşlı olmasını nəzərə alaraq, müvəqqəti olaraq evi özü tərk etmiş, mənzili tərk edərkən həmin ev ilə əlaqəsini itirməmiş, həmin evi cavabdehə bağışlamaq şəklində iradə ifadəsi olmamışdır. İşin tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, İddiaçı1 həmin ünvanla əlaqəsini itirməmiş, faktiki ayrıldığı vaxtdan hər gün evə gedib-gəlmiş, uşağı ilə maraqlanmış, həmçinin cavabdehə maddi köməklik də etmişdir. O cümlədən evin qaz pulu iddiaçı tərəfindən ödənilir. Lakin İddiaçı1 atası vəfat etdikdən sonra, yəni 2019-cu il tarixdən sonra Cavabdeh ilə aralarında mübahisəli vəziyyət yarandığı üçün həmin ünvana anasının yanına getmiş, lakin cavabdehin yaşadığı hazırk i mübahisə predmeti olan 2 otaqlı evə getməmişdir. Həmin tarixdən sonra isə İddiaçı1 mənzilə köçmək istəmiş, lakin cavabdeh tərəfindən maneələr yaradıldığı üçün məhkəməyə iddia tələbləri ilə müraciət edilmiş, lakin iddia ərizəsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyi üçün geri qaytarılmışdır.
23. Məhkəmə qeyd edilən faktiki halların həm İddiaçı1 və Cavabdeh Oktay qızının izahatları ilə, həmçinin şahid ifadəsi ilə öz təsdiqini tapdığını vurğulamışdır.
24. Məhkəmə işin müəyyən edilmiş digər halı ilə bağlı qeyd etmişdir ki, İddiaçı1 ilə Cavabdeh Oktay qızı arasında olan nikaha 18 noyabr 2020-ci il tarixdə xitam verilmişdir. Artıq cavabdeh iddiaçının ailə üzvü deyildir. Cavabdeh boşanmadan sonra da mübahisəli evdə uşağı ilə birlikdə yaşamaqdadır. İddiaçı1 Cavabdeh Oktay qızı ilə ayrıldıqdan sonra İddiaçı2 ilə faktiki nikah münasibətinə (deməsinə əsasən 2015-2016-cı illər), xx.xx.2022-ci il tarixdə isə rəsmi nikah münasibətinə daxil olmuş və tərəflərin birgə nikahından xx.xx.2023-cü il təvəllüdlü X10 anadan olmuşdur.
25. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçının həmin evlə əlaqəsini itirməməsi, həmin evə dair qaz pulunun onun tərəfindən ödənilməsi, o cümlədən həmin mənzilə köçürülməsi ilə bağlı etdiyi hərəkətlər onun həmin yaşayış sahəsini faktiki qəbul etməsini, onun tərəfindən idarə edilməsini, yiyələnməsini göstərən hərəkət kimi qiymətləndirilməlidir.
26. Məhkəmə nəzərə alınmalı hal kimi bildirmişdir ki, məhkəmə iclasında şahid qismində dindirilmiş İddiaçı1 anası X6 izahatında onu da qeyd etmişdir ki, həmin yaşayış sahəsi onlar tərəfindən, faktiki ola raq övladları arasında bölüşdürülməklə hər birinə öz payları verilmişdir. Hazırda cavabdehin yaşadığı ev də oğlu İddiaçı1 verilmişdir.
27. Məhkəmə həmçinin müəyyən etmişdir ki, iddiaçı onun ailəsinə məxsus olan yaşayış sahəsində uşağının azyaşlı olmasını nəzərə alaraq cavabdehə müvəqqəti yaşamaq üçün icazə vermiş, lakin uşaq böyüdükdən sonra İddiaçı1 həmin evə köçmək istədikdə cavabdeh buna maneə olmuşdur.
28. Bununla bağlı məhkəmə vurğulamışdır ki, aşkar surətdə görünür ki, cavabdeh iddiaçıya münasibətdə Konstitusiyanın 43-cü maddəsində nəzərdə tutulmuş qadağanedici normanı pozmuş və bu pozuntunun nəticələri hal-hazıra kimi davam edir.
29. İşin araşdırılmış hallarına və istinad edilən qanunvericilik aktları normalarına əsaslanaraq məhkəmə daha sonra qeyd etmişdir ki, İddiaçı1 həmin mübahi səli mənzildə yaşamaq hüququ, həmin yaşayış sahəsindən istifadə etmək və sahiblik etmək hüququ vardır. Lakin iddiaçının bu hüququ cavabdehin qanunsuz hərəkətləri nəticəsində pozulmuş, bu səbəbdən iddiaçı sahiblik və istifadə hüquqlarının həyata keçirilməsindən məhrum olmuşdur. Ona görə də, iddiaçının mübahisəli evdə yaşamaq hüququ təmin edilməli, onun həmin mənzil üzərində sahiblik və istifadə hüququnun həyata keçirilməsi ilə əlaqədar cavabdeh tərəfindən yaradılan maneələr qanunsuz hesab edilməli və o, həmin mənzilə köçürülməlidir.
30. Məhkəmə həmçinin İddiaçı1 “mənzilə köçürülmə” tələbini onun həmin mənzilə istifadə hüququnun yarandığı vaxtda qüvvədə olan qanunvericiliyin tələbləri baxımında yoxlayaraq belə nəticəyə gəlmişdir ki, həmin normaların tələbləri baxımından iddiaçının tələbinin faktiki halları onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşır.
31. Məhkəmə daha sonra bildirmişdir ki, işin müəyyən edilmiş halı odur ki, İddiaçı1 anadan olduğu vaxtdan ünvan 1 ünvanında yaşamışdır. Belə olan halda iddia tələbinin qanuni əsası qismində qeyd etdiyimiz kimi həmin mənzilin hüquqi statusu, həmin yaşayış sahəsinə dair 1963-cü il tarixli texniki pasport olması nəzərə alınaraq, Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələbləri baxımından əsasən 1964-cü il tarixli Mülki Məcəllənin aidiyyəti müddəaları tətbiq edilməlidir. İddiaçı1 ilə İddiaçı2 2015-2016-cı illərdə faktiki nikah münasibətinə, 2022-ci ildə isə rəsmi nikah münasibətinə daxil olmuşdur. İddiaçı2 həmin yaşayış sahəsində yaşamamışdır. O iddiaçı ilə ailə qurduqları vaxtdan başqa ünvanda kira yədə yaşamışlar.
32. Məhkəmə qeyd etmişdir ki, hazırda İddiaçı1 həmin yaşayış sahəsinə gözlənilən mülkiyyət hüququ vardır. Lakin hazırda həmin əmlak onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Nəzərə alınmalıdır ki, mülki qanunvericiliyə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı vaxtdan yarandığından İddiaçı1 hazırki işin faktiki halları baxımından həmin yaşayış sahəsinə dair sərəncamverici hərəkətlər edərək ailəsini köçürməsi onun hüququnun rəsmiləşdirilməsindən sonra mümkün olacaqdır. İddiaçı2 İddiaçı1 tərəfindən həmin əmlaka olan hüququ rəsmiləşdirildikdən sonra qüvvədə olan Ailə Məcəlləsinin 30.2-ci maddəsinə əsasən həmin yaşayış sahəsindən istifadə etmək hüququ yaranacaqdır. H azırda isə İddiaçı1 da həmin ünvanda yaşamır və həmin əmalaka olan hüququ rəsmiləşdirilməmişdir.
33. Məhkəmə iddiaçının tələbinin faktiki əsası qismində məhkəməyə bildirdiyi həmin ünvanda qeydiyyatda olması ilə bağlı dəlilinə münasibətdə isə qeyd etmişdir ki, İddiaçı2 hazırda mənzildə qeydiyyatda olması onun mənzilə istifadə hüququnun olması kimi qəbul edilə bilməz. Belə ki, “Yaşayış yeri və oluğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci hissəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyat yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qanunvericilikdə yaşayış yeri üzrə qeydiyyatın istifadə hüququ kimi hüquqi nəticə doğurması nəzərdə tutulmamışdır.
34. Məhkəmə həmçinin onu da n əzərə çatdırmağı zəruri hesab etmişdir ki, iddiaçı X1 barədə tələb irəli sürdüyü yaşayış sahəsi 2 otaqlı olmaqla, faktiki olaraq İddiaçı2 həm həmin yaşayış sahəsinin ölçüsü, həmçinin İddiaçı1 qızı və keçmiş arvadının həmin evdə yaşaması nəzərə alınaraq həmin ünvanda birlikdə yaşaması mümkün deyildir.
35. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu; Qüvvədən düşmüş 11 sentyabr 1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinin 101, 527, 528, 529, 532 və 552-ci; Mülki Məcəllənin 152, 157, 178, 180, 1151, 1159, 1243, 1255 və 1256-cı Mənzil Məcəlləsinin 8, 9 və 30-cu; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 107, 119, 217 və 218-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
36. Qətnamədən iddiaçılar apellyasiya şi kayəti verərək, qətnamənin qismən – iddianın təmin edilməyən hissədə ləğv edilməsini və iddianın tam təmin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
37. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçılar 2022-ci ildən bəri rəsmi nikaha daxil olmaqla ər-arvaddırlar və azyaşlı bir öladları var. Əgər məhkəmə İddiaçı1 həmin evin potensial mülkiyyətçisi qismində tanıyırsa, onda onun ailə üzvlərinin hüquqlarını da, AR Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən tanımalıdır.
38. Eyni zamanda cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv və iddianın rədd edilməsini xahiş etmişdir.
39. Cavabdehin apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçının mübahisəli ev üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da, iddiaçı mülkiyyət çi kimi göstərməklə, onun həmin evdən daimi istifadə hüququnun olduğunu qeyd etmişdir. Halbuki, məhkəmənin bu mövqeyi tamamilə əsassızdır və iddiaçının mənzil üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı müddətdə, onun mülkiyyətçi kimi daimi istifadə hüququna malik olduğunu qəbul etmək tamamilə əsassızdır. İddiaçı 2014-2015-ci illərdə İddiaçı2 ilə faktiki nikaha daxil olmuş və evdən çıxıb getmişdir. Övladını görmək üçün bəzən evə gəlib getsə də, 2019-cu ildən sonra iddiaçı mübahisə predmeti olan evə ümumiyyətlə gəlməmişdir. Hal-hazırda 2025-ci il olduğuna görə 6 il müddətinə istifadə hüququ itirilmiş hesab olunur. Evin halhazırkı şəraiti iş materiallarına əlavə edilmiş fotoşəkillərdən də görünür ki, 2 bir-biri ilə içiçə otaqlardan ibarətdir. Yataq otağı na kənar giriş yoxdur. Həmin mənzildə iddiaçı ilə cavabdehin birgə yaşaması mümkün deyildir. Çünki Mənzil Məcəlləsinə əsasən, bir şəxs üçün olan 12 kv.m yaşayış sahəsi nəzərdə tutulmuşdur. Bu baxımdan cavabdehin həmin evdə onlarla birlikdə yaşaması qeyri-mümkündür. Bundan başqa, cavabdehin həmin evdə yaşaya bilməsi üçün real şərait və imkanlar mövcud olmalıdır. İş materiallarına əlavə edilmiş məhkəmə qərarından da görünür ki, tərəflər arasında münaqişəli vəziyyət yaranmış, iddiaçı CM-in 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. İddiaçı oraya köçürüləcəyi halda eyni vəziyyət davam edə bilər.
40. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2596/2025 nömrəli, 13 may 2025-ci il tarixli qətnaməsi ilə iddiaçıların apellyasiya şikayətinin təmin edilməsi, cavabdehin apel yasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-231/2025 nömrəli iş üzrə 28 yanvar 2025-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə qismən – iddia tələbinin təmin edilməyən (İddiaçı2 xx.xx.2023cü il təvəllüdlü uşağı X10 ilə birlikdə ünvan 1 ünvanında yerləşən iki otaqlı mənzilə köçürülməsi və Cavabdeh Oktay qızı tərəfindən ona həmin evdə yaşamasına və istifadəsinə yaradılan maneə aradan qaldırılması) hissəsində ləğv edilməsi, iddianın həmin hissədə də təmin edilməsi, İddiaçı2 xx.xx.2023-cü il təvəllüdlü uşağı X10 ilə birlikdə ünvan 1 ünvanında yerləşən iki otaqlı mənzilə köçürülməsi və Cavabdeh Oktay qızı tərəfindən ona həmin evdə yaşamasına və istifadəsinə yaradılan maneənin aradan qaldırılması qət edilmişdir (hakimlər X8 (sədrlik edən və məruzə çi), X12 və X2 ibarət tərkibdə).
41. Apellyasiya instansiya məhkəməsi işin faktiki halları baxımından ilk növbədə müəyyən etmişdir ki, İddiaçı1 doğulduğu vaxtdan 2014-cü ilədək ünvan 1 ünvanında yaşamışdır. O, 2006-cı ildə Cavabdeh Oktay qızı ilə faktiki, 2008-ci il tarixdə rəsmi nikah münasibətinə daxil olmuşdur. Tərəflərin birgə nikahından xx.xx.2007-ci il təvəllüdlü X7 doğulmuşdur. İddiaçı1 2014-cü ilədək Cavabdeh Oktay qızı və qızı Nuranə ilə birlikdə həmin ünvanda yaşamış, 2014-cü il tarixdən isə cavabdehlə faktiki olaraq ayrılaraq başqa ünvanda kirayədə yaşamağa başlamışdır. İddiaçı1 həmin mənzili daimi olaraq deyil, müvəqqəti olaraq tərk etmişdir. Həmin mənzili müvəqqəti tərk eməsinə səbəb isə onunla keçmiş arvadının arasında yaranan problemlər olmuşdur. Yəni, onun mənzildən çıxma sı başqa yaşayış sahəsinə sahib olması ilə bağlı deyil, məcburiyyət qarşısında qalmağı ilə bağlı olmuşdur. İddiaçı cavabdehlə aralarında yaranmış problemlərlə bağlı, münasibətləri pozulduğu üçün onunla birlikdə yaşamaq istəməmiş, lakin qızının azyaşlı olmasını nəzərə alaraq, müvəqqəti olaraq evi özü tərk etmiş, mənzili tərk edərkən də həmin ev ilə əlaqəsini itirməmiş, həmin evi cavabdehə bağışlamaq şəklində iradə ifadəsi olmamışdır. İddiaçı1 həmin ünvanla əlaqəsini itirməmiş, faktiki ayrıldığı vaxtdan mütamadi olaraq evə gedibgəlmiş, uşağı ilə maraqlanmış, həmçinin cavabdehə maddi köməklik də etmişdir. O cümlədən evin qaz pulu iddiaçı tərəfindən ödənilir. Lakin İddiaçı1 atası vəfat etdikdən sonra, yəni 2019-cu il tarixdən sonra Cavabdeh ilə aralarında mübahisəli vəziyyət yarandığı üçün həm in ünvana (eyni həyətdə) anasının yanına getmiş, lakin cavabdehin yaşadığı hazırki mübahisə predmeti olan 2 otaqlı evə girməmişdir. Həmin tarixdən sonra isə İddiaçı1 mənzilə köçmək istəmiş, lakin cavabdeh tərəfindən maneələr yaradıldığı üçün məhkəməyə iddia tələbləri ilə müraciət edilmiş, lakin iddia ərizəsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyi üçün geri qaytarılmışdır. İddiaçı1 ilə Cavabdeh Oktay qızı arasında olan nikaha 18 noyabr 2020-ci il tarixdə xitam verilmişdir. Artıq cavabdeh iddiaçının ailə üzvü deyildir. Cavabdeh boşanmadan sonra da mübahisəli evdə uşağı ilə birlikdə yaşamaqdadır. İddiaçı1 isə digər İddiaçı2 ilə nikaha daxil olmuş və bu nikahdan Nuray adlı uşaqları doğulmuşdur.
42. Məhkəmə kollegiyası işin faktiki hallarına münasibətdə qeyd etmişdir ki, göründüyü kimi mübahisəli ev ünvan 1 ünvanı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Həmin fərdi yaşayış evinə dair İddiaçı1 babası X15 adına 1963cü il tarixli Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport vardır. 1963-cü il tarixli texniki pasport ilə iddiaçının anası X3 adına olan “Fiziki və hüquqi şəxslərin mülkiyyətində və ya istifadəsində olan əmlakın qiymətləndirilməsi və torpaq sahəsinin inventarlaşdırılmasına dair” hesabat cədvəli müqayisəli tədqiq edildikdə torpaq sahəsinin və tikilinin ölçüsü arasında fərq olsa da bu məsələ nə birinci instansiya məhkəməsində, nə də apellyasiya icraatında mübahisələndirilməmişdir. Real vəziyyətdə həmin həyətdə (ünvanda) üç yaşayış evi mövcuddur: birində uşağı ilə cavabdeh, ikincisində iddiaçının anası və üçüncüdə qardaşı yaşayır.
43. Kollegiya daha sonra qeyd etmişdir ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə qanuni gözlənti hüququ olduğundan, həmin tikili özbaşına tikili olsa idi belə, mülki qanunvericiliyə əsasən ona mülkiyyət hüququnun əldə edilməsinə qanuni gözlənti hüququ vardır.
44. Kollegiya birinci instansiya məhkəməsinin mübahisəli evə dair mövqeyini əsaslı hesab etmişdir.
45. Cavabdehin apellyasiya şikayətinə münasibətdə kollegiya qeyd etmişdir ki, İddiaçı1 mübahisə predmeti olan yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə qanuni gözlənti hüququ olduğundan həmin əmlaka köçürülməsinə dair iddia tələbi əsaslıd ır. Cavabdehin İddiaçı1 mübahisə predmeti olan fərdi yaşayış evindən çıxarılması üçün qanuni əsasları olmadığından, onun sonuncuya qarşı törətdiyi məhrumetmə (evə buraxmama) qanunsuzdur.
46. Kollegiya daha sonra bildirmişdir ki, İddiaçı1 mübahisəli mənzildə yaşamaq hüququ, həmin yaşayış sahəsindən istifadə etmək və sahiblik etmək hüququ vardır. Lakin iddiaçının bu hüququ cavabdehin qanunsuz hərəkətləri nəticəsində pozulmuş, bu səbəbdən iddiaçı sahiblik və istifadə hüquqlarının həyata keçirilməsindən məhrum olmuşdur. Ona görə də, iddiaçının mübahisəli evdə yaşamaq hüququ təmin edilməli, onun həmin mənzil üzərində sahiblik və istifadə hüququnun həyata keçirilməsi ilə əlaqədar cavabdeh tərəfindən yaradılan maneələr qanunsuz hesab edilməli və o, həmin mənzilə köçürülməlidir.
47. Kollegiya hə mçinin bildirmişdir ki, iddiaçının babası öldükdən sonra iddiaçının atası öz ailəsi ilə birlikdə həmin əmlakda yaşamağa davam etmiş, yəni həmin əmlakı faktiki olaraq qəbul etmişdir. Beləliklə, 1964-cü il tarixli Mülki Məcəllənin tələbləri baxımından həmin əmlaka mülkiyyətçinin ailə üzvü olaraq hüququ olmuşdur. Atasının ölümündən sonra isə birinci dərəcəli vərəsələrdən biridir.
48. Kollegiya vuğulamışdır ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri iddianın rədd edilməsi üçün əsaslı hesab edilə bilməz. İddiaçı1 ilə İddiaçı2 2022-ci ildə isə rəsmi nikah münasibətinə daxil olmuşlar.
49. Birinci instansiya məhkəməsinin “İddiaçı2 göstərilən hüquqları yalnız İddiaçı1 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan, bununla da “sərancam hüququ” yarandıqdan sonra reali zə oluna bilər” əsaslandırması ilə razılaşmayan kollegiya bununla bağlı qeyd etmişdir ki, qəbul olunmuş miras vərəsənin mülkiyyəti sayılır və bu rejim qanunun imperativ tələbi ilə müəyyən olunur. Yəni, hazırki vəziyyətdə mülkiyyət hüquqlarının yaranması üçün mirasın qəbul edilməsi kifayətdir. Həmin hüquqların daşınmaz əmlakın dövlət resetrində qeydə alınması isə daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılmasını təmin etmək məqsədini daşıyır. Odur ki, iddia tələbi həmin hissədə də təmin olunmalıdır.
50. Bundan əlavə kollegiya hesab etmişdir ki, iddi açıların birgə nikahından doğulmuş uşaqları Nuray da valideyinlərinin himayəsində olduğundan və azyaşlı uşaqların yaşayış yeri valideynlərinin yaşayış yeri hesab olunduğundan, o da valideyinləri ilə birgə mübahisəli mənzilə köçürülməlidir.
51. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu; Qüvvədən düşmüş 11 sentyabr 1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinin 101, 527, 528, 529, 532 və 552-ci; Mülki Məcəllənin 152, 157, 178, 180, 1151, 1159, 1243, 1255 və 1256-cı Mənzil Məcəlləsinin 8, 9 və 30-cu; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 107, 119, 217 və 218-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
52. Cavabdeh Oktay qızı (Vəkil3) qətnamədən kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollgiyasının 13 may 2025-cü il tarixli, “2(103)2596/2025” saylı qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
53. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə qismən, yəni İddiaçı1 mənzilə köçürülməsi hissəsi ilə razılaşmış, lakin digər İddiaçı2 azyaşlı qızı Nurayla birlikdə köçürülməsi hissəsinin rədd olunması ilə razılaşmayaraq göstərmişdir ki, İddiaçı1 mənzilə gözlənilən mülkiyyət hüququ vardır və bu hüquq mənzil miras əmlak kimi Ramin tərəfindən qəbul edildiyi andan yaranmışdır. Buna görə də o, AR Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələbinə əsasən ailə üzvlərini mənzilə köçürmək hüququna malik dir. Apellyasiya məhkəmə kollegiyasının bu mövgeyi ilə qətiyyən razılaşmaq olmaz, çünki, AR Mənzil Məcəlləsinin 30.4-cü maddəsində göstərilən hüquq yalnız mülkiyyətçiyə aid olan hüquqdur və İddiaçı1 işin hallarından göründüyü kimi mülkiyyətçi deyildir.
54. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin eləcədə başqa şəxsləri istifadə hüququ o zaman yaranır ki, bu hüquq reyestrdə qeydə alınmalıdır. İşin hallarından göründüyü kimi belə bir hüquq yoxdur və qeydə də alınmayıb. Məhkəmələr qətnamə qəbul edərkən işin bu halını da nəzərə almamışlar. İşin hallarından görünür ki, mübahisəli mənzil iç-içə olmaqla iki otaqdan ibarətdir və ümumi sahəsi taxminən 30 kv.metrə yaxındır. Mübahisəli evin yalnız bir giriş və çıxışı vardır. Məhkəmə qətnaməsinə əsasən iddiaçılar uşaqları Nurayla birlikdə mübahisəli mənzilə köçürüləsi olsalar həmin 30 kv.metrlik mənzildə adam başına təxminən 6 kv.m olmaqla 5 (beş) nəfər yaşamalı olacaq və həmdə iki münaqişəli ailə bir yerdə yaşayacaqdır. Məhkəmələr iddia tələbini təmin edərkən işin bu halını, yəni iki münaqişəli ailənin bir mənzildə necə yaşa biləcəklərini nəzərə almamış və həmçinin gələcəkdə bu iki münaqişəli ailələr arasında baş verə biləcək mənfi fəsadları görməməkdən gəlmiş, eləcədə qətnamənin gələcəkdə icrasının mümkün olub-olmayacağını hesaba almamışlar. Qeyd olunan halları aydınlaşdırmaq eləcədə iş üzrə əsaslı və obyektiv qətnamənin çıxarılması məqsədilə mübahisəli mənzilə baxış keçirilməli olduğu halda heç bir məhkəmə bunu etməmişdir.
55. Apellyasiya instansiya məhkəməsi hər iki iddiaçının iddia tələbini təmin etmək lə qətnaməsini, əsaslandıraraq göstərmişdir ki, mübahisəli mənzil miras əmlakdır və İddiaçı1 miras əmlakı faktiki qəbul etdiyindən mülkiyyətçi sayılır mülkiyyətçiyə aid olan bütün hüquqlardan istifadə etməkdə haqlıdır. Hesab edir ki, apellyasiya məhkəmə kollegiyası bu mövgeyi ilə göstərilən maddi hüquq normasının tələbini də pozmuşdur. Belə ki, qanunvericiliyin tələbindən görsənir ki, miras əmlak-miras qoyanın öldüyü günədək malik olduğu əmlak hüquqlarının toplusudur. Müvafiq reyestrdə qeydə alınmayan hüquq qanunvericiliklə qorunmur və müdafiə edilmir. Göründüyü kimi mübahisəli əmlaka ölən şəxsin, yəni miras qoyanın əmlak hüququ reyestrdə qeydə alınmadığından miras əmlak sayıla bilməz. Mübahisəli əmlaka ya miras qoyanın, yada iddiaçının hüququ reyestrdə qeydə alınmış olsaydı, onda apellyas iya məhkəməsinin mövgeyi ilə razılaşmaq olardı, hazırkı (faktiki) halda isə bu mümkün deyildir.
56. İddiaçı1 mülkiyyətçi olmadığından belə bir hüquqa da malik deyildir. Hesab edir ki, Apellyasiya məhkəmə kollegiyası gəldiyi nəticə ilə qanunvericilin tələbini bu hissədə də kobud şəkildə pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
57. Kassasiya şikayətinə qarşı iddiaçılar tərəfindən etiraz ərizəsi daxil olmuşdur.
58. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi tam qanuni və əsaslıdır, maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi şəraitində çıxarılmışdır və ləğv edilməsi üçün heç bir əsas yoxdur. İşimizi itirmişik və artıq kirayə haqqını ödəmək iqtidarında deyilik. Biz başsız ailə illərlə yaşayış yerindən məhrum olmuşuq və qap ılarda qalmışıq.
59. Hesab edir ki, kassasiya şikayətində yalnız işin faktiki halları sadalanmış və heç bir dəlil qeyd edilməmişdir.
60. Cavabdeh Oktay qızınun kassasiya şikayətinin təmin edilməməsinə və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
61. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
62. Maddə 13, İİ hissə. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.
63. Maddə 29, İ hissə. Hər kəsin mülkiyyət hüququ vardır.
64. Maddə 29, Vİİ hissə. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəllə si
65. Maddə 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
66. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
67. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmla ka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
68. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.
69. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhk əmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.
70. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
71. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.
72. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığ a götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.
73. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
74. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
75. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
76. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Qüvvədən düşmüş 11 sentyabr 1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəllə si
77. Maddə
101. Vətəndaşın şəxsi mülkiyyətində bir yaşayış evi və ya bir evin müəyyən hissəsi ola bilər. Bir yerdə yaşayan ər-arvadın və onların həddi-buluğa çatmayan uşaqlarının şəxsi mülkiyyətində onlardan birinə məxsus olan və ya onların hamısının ümumi mülkiyyətində olan bir yaşayış evi və ya onun müəyyən hissəsi ola bilər. Həmin maddənin ikinci hissəsində göstərilən vətəndaşlardan birinin və ya bir neçəsinin evin bir hissəsinə olan mülkiyyət hüququ, bu vətəndaşların qalanlarını həmin evin digər hissəsinə olan mülkiyyət hüququndan məhrum etmir.
78. Maddə
527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyаtа keçirilir. Vərəsəlik о vаxt qanun üzrə оlа bilər ki, о, vəsiyyətlə dəyişdirilməsin.
79. Maddə
528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır.
80. Maddə
529. Vərəsəliyin açıldığı yer, miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir.
81. Maddə
532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar.
82. Maddə
552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Həmin maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
83. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (ər i), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
84. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
85. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam veril dikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
86. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
87. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi isti nad etdiyi halları sübut etməlidir.
88. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
89. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
90. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
91. Maddə 416.1. Kassasiya instans iyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
92. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
93. Hazırkı kassasi ya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
94. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
95. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətlərinin dəlillərinə uyğun araşdırmalar aparılmış və səlahiyyətləri çərçivəsində işdə olan sübutlara hüquqi qiy mət verilməklə, yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırma ilə tam razılaşır.
96. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının köçmək istədiyi fərdi yaşayış evi 1963-cü ildə tikilmiş özbaşına tikili olsa da, o iddiaçının babasından qalmış ümumi evin bir hissəsini təşkil edir.
97. Məhkəmə tərkibi aşağı instansiya məhkəmələrinin müəyyən etdiyi mövqe ilə razılaşaraq qeyd edir ki, evin hissəsinə İddiaçı1 gözlənilən mülkiyyət hüququ vardır. Bu baxımdan iddiaçı öz arvadını və həmin nikahdan olan uşağını evin hissəsinə köçürmək hüququna malikdir. Cavabdeh isə buna mane olmaq hüququna malik deyil.
98. Kassasiya kollegiyası izah edir ki, Konstitusiyanın 43-cü maddəsi ümumi norma olmaqla, şəxsin yaşadığı evdən qanunsuz məhrum etməyə y önələn hər hansı hərəkəti qadağan edir. Bu normanı mənzilə köçürülməyə dair tələblərə tətbiq edərkən 3 halın aydınlaşdırılması zəruridir: 1) şəxs köçmək istədiyi yaşayış sahəsində yaşamışdırmı?; 2) şəxs yaşadığı sahədən məhrum edilmişdirmi?; 3) məhrum edilmə qanuni olmuşdurmu?.
99. Hazırkı işdə apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan halların üçünün də mövcudluğu müəyyən olunmuşdur. 100. “R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 noyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiyada təsbit olunmuş bu hüquq (yaşadığı mənzildən qanunsuz məhrum edilməsinin yolverilməzliyi) hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüququ öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir.
101. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, sübutların mahiyyətinə qiymətin verilməsi, işin hallarının düzgün müəyyən edilməməsi kassasiya icraatının baxış predmeti ola bilməz. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməs ini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
102. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual h üquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
103. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 may 2025-ci il tarixli, 2(103)-2596/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.