Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2645/2021 20.02.2021 ALİ MƏHKƏMƏ İşin icraata qəbul edilməsindən imtina haqqında QƏRARDAD Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Vəliyeva Elşanə Rafiq qızı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-27/2020 nömrəli, xx xxxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı X4 tərəfindən verilmiş şikayəti nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: İddiaçı X1 cavabdehlər “xxxx” MMC-yə, Cavabdeh2, X2 və Cavabdeh3 qarşı “müqavilənin bağlanmış hesab edilməsi, mənzildən çıxarılma və mənzilin istifadəyə verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx xxxxxxx 2020-ci il tarixdə iddiaçının nümayəndəsi X3 məhkəməyə ərizə ünvanlayaraq, məhkəmənin icraatında olan mülki işin baxılması üçün aidiyyətı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-27/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə, iddiaçının nümayəndəsinin işə baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə dair ərizə (vəsatət) rədd edilmişdir. Həmin qərardaddan iddiaçı X4 tərəfindən verilmiş şikayət Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-27/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə təmin edilməyərək şikayət mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq belə qərara gəlir ki, işin icraata qəbul olunmasından imtina edilməli və iş şikayətlə birlikdə Bakı şəhəri Binəqədi Ray on Məhkəməsinə geri qaytarılmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, şikayətə vəkilin orderi əlavə edilsə də, şikayət vəkil tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikası MPM-nin 403-1.2-ci maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. Həmin Məcəllənin 403-1.3-cü maddəsinə əsasən məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Həmin Məcəllənin 403-1.4-cü maddəsinə əsasən şikayətin qaytarılması məsələsi bu Məcəllənin 408-ci maddəsində nəz ərdə tutulmuş qaydada birinci instansiya məhkəməsi və ya kasasiya instansiyası məhkəməsi tərəfindən həll edilir. Şikayətin birinci instansiya məhkəməsi tərəfindən qaytarılmasına dair qərardaddan kasasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Azərbaycan Respublikası MPM-nin 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 408.1.1-ci və 408.1.3-cü maddələrinə əsasən həmin maddələrin tələblərinə əməl olunmadıqda kassasiya şikayəti geri qaytarılır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı X4 tərəfindən verilmiş kassasiy a şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.3-cü maddəsinin tələbləri pozulmaqla verildiyindən kassasiya şikayətinin icraata qəbulundan imtina edilməli, şikayət onun geri qaytarılması məsələsinin həlli üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 407.3, 408-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-27/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından iddiaçı X4 tərəfindən verilmiş şikayət icraata qəbul edilməsin. Şikayət geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-2645/2021
Ali Məhkəmə Qərardad — İş №2(102)-2645/2021
20.02.2021 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver