Məhkəmə qərarları › İş №2(102)-2646/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2646/2025

03.09.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2646/2025 03.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətin müdafiəsi, özbaşına tikilinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyi cəlb olunmaqla) qanunsuz tikilinin sökülməsi və maneələrin aradan qaldırılması təl əbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 avqust 2020-ci il tarixli 2(103)-3742/2020 nömrəli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İşin halları

1. Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 35 ünvanında yerləşən qeyriyaşayış sahəsi İddiaçı1, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 35 (Yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 53A) ünvanında yerləşən qeyriyaşayış sahəsi İddiaçı2, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 35 saylı evin 9 saylı mənzili X4 mülkiyyətindədir. 2. 21.05.2018-ci il tarixdə 17 saylı MKİS-nin rəisi, mühəndisi və texniki tərəfindən tərtib edilmiş aktda qeyd olunur ki, Azadl ıq prosepkti, 35 saylı binaya yerində baxış keçirilib akt tərtib olunmuşdur. Azadlıq prospektindəki 35 saylı bina 4 mərtəbəli olmaqla 1913-cü ildə tikilmişdir. Baxış zamanı məlum olmuşdur ki, binanın 9 saylı mənzilində yaşayan X2 heç bir hüquq təsdiqedici sənəd olmadan binanın həyətinə giriş hissəsini tutmuş, dönər aparatı və digər əşyalar qoymaqla həmin sahədə kafe açmışdır. Dəfələrlə edilən şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq, N.Hüseynova binanın sakinlərinin gediş-gəliş yolunu boşaltmaqdan qəti imtina etmişdir. Aktı tərtib edənlər imzaları ilə təsdiq etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospe kti, 35 ünvanda qanunsuz olaraq heç bir icazə almadan girişdə qurulmuş dəmir pilləkənin sökülməsi, mənzillərin əsas giriş qapısında açılmış qəlyanaltının ləğv edilməsi, orada aparılmış yüngül konstruksiyalı arakəsmələr və quraşdırılmış avadanlıqların sökülməsi, girişin əvvəlki vəziyyətinin bərpa edilməsi və giriş-çıxışa maneçiliyin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

4. İddiaçıların nümayəndəsi və vəkili X3 iddia tələbini müdafiə edərək məhkəmə verdiyi izahatında bildirib ki, iddiaçılardan İddiaçı1 2004-cü ildən Azadlıq prospekti 35 ünvanda mənzilə sahib olmuş, həmin ünvanda ailəsi ilə birlikdə yaşamış, 2018-ci il tarixdə yaşayış sahəsini qeyri-yaşayış sahəsinə keçirmiş və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il tarixli RX seriyalı ******* saylı çıxarış almışdır. İddiaçılardan İddiaçı2 da Azadlıq prospekti 35 ünvanda (yeni qaydalarla Azadlıq prospekti 53 A) mənzil sahibi olmuş, 2018-ci ildə yaşayış sahəsini qeyri-yaşayış sahəsinə keçirmiş və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il tarixli RX seriyalı ******* saylı çıxarış almışdır. İddiaçıların mənzilinə əsas giriş Azadlıq prospektindəndir. Həmin əsas girişdən iddiaçılarla bərabər cavabdeh X2 da istifadə edir. Cavabdeh 2017-ci ildə mənzillərin əsas girişini bağlayıb orada məişət obyekti düzəltmişdir. Cavabdehin 2-ci mə rtəbədə yerləşən mənzilinə qalxmaq üçün həyətdən dəmir pilləkəni vardır. Cavabdeh bununla bərabər mənzillərin girişindən 2-ci dəmir pilləkən düzəltmiş və bu hərəkəti ilə əsas girişin yarısını bağlamışdır. Cavabdehə bu kifayət etməmiş, əsas girişi tam bağlayaraq orada yenidən planlaşdırma işləri aparmış, girişin önünü yüngül konstuksiyalarla b ağlayıb plastmas balaca qapı qoymuşdur. İçərisində isə kafe açmışdır. İddiaçılar mənzillərin həyətinə daxil olmaq üçün kafenin içindən keçib balaca cığırla getməyə məcburdular. İddiaçılar cavabdeh tərəfindən qanunsuz aparılan yenidən qurma və yenidən planlaşdırma işləri ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanlarına, o cümlədən Bakı şəhər Nəsimi Rayon İcra Hakimiyyətinə müraciət etmişlər. Bakı şəhər Nəsimi Rayon İcra Hakimiyyəti MənzilKommunal Tə sərrüfatı Birliyi xx.xx.2018-ci il tarixli KL-38 saylı məktubu ilə iddiaçılara bildirmişdir ki, sözügedən mənzilin sahibi Nübahar Hüseynovaya yol vermiş olduğu qanunsuzluğun ləğv edilməsi və həmin girişin boşaldılıb əvvəlki vəziyyətinin bərpa olunması barədə xəbərdarlıq edilmişdir. Bundan əvvəl qonşuların tələbi ilə Bakı şəhər Nəsimi rayon 17 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi və digər rəhbər işçilərinin iştirakı ilə həmin yerə baxış keçirilmiş və həqiqətən də cavabdeh tərəfindən heç bir müvafiq qaydada sənəd almadan binanın həyətinə giriş hissəsini bağladığı və orada kafe açması aşkar olunmuşdur. Cavabdehə dəfələrlə binaya girişin açılması və qanunsuz pilləkənin və digər maneələrin sökülməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq, o, bu tələbə məhəl qoymamışdır. Göstərilənlə rə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəməyə gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmənin qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 12 mart 2019-cu il tarixli 29066 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Nəsimi rayonu, Azadlıq prospekti 35 (yeni qaydalarla Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 53A) ünvana baxış zamanı binanın əsas giriş (blok) sahəsinin bir hissəsində arakəsmə divar hörülərək həmin sahənin təcrid olunduğu, təcrid olunmuş sahədə əlavə olaraq pilləkən marşı, eyni zamanda həmin sahəyə giriş üçün qapı bloku quraşdırıldığı, həmçinin binaya giriş sahəsində müvafiq avadanlıqlar qoyulmaqla qeyri-yaşayış sahəsi (kafe) kimi istifadə edildiyi müəyyən olunmuşdur. Binanın girişində cavabdeh X2 tərəfindən aparılmış tikinti-quraşdırma işlərinin tikinti norma və qaydalara uyğun olmadığı müəyyən edilmişdir. Tədqiq olunan sahədə cavabdeh X2 tərəfindən aparılmış tikinti-quraşdırma işlərinin binanın layihəsinə uyğun olmadığı, aparılmış tikintiquraşdırma işləri nəticəsində binanın ümumi girişinin bağlandığı və həmin binada yaşayan sakinlərə mənzillərinə keçmək üçün maneçilik yarandığı müəyyən edilmişdir.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 aprel 2019-cu il tarixli, 2(006)328/2019 nömrəli qətnaməsi ilə (hakim Pərviz Hüseynov) iddia təmin edilmişdir.

8. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək belə qənaətə gəlmişdir ki, iddia təmin edilməli, cavabdeh X2 tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 35 ünvanda mənzillərin əsas giriş qapısında açılmış qəlyanaltı (kafe) cavabdeh X2 tərəfindən ləğv edilməli, cavabdeh X2 tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 35 ünvanda girişdə qurulmuş dəmir pilləkən, həmin girişdə aparılmış yüngül konstruksiyalı arakəsmələr və quraşdırılmış avadanlıqlar cavabdeh X2 tərəfindən sökülməli, cavabdeh X2 tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 35 ünvana girişin əvvəlki vəziyyəti bərpa edilməli və giriş-çıxışa maneəçilik aradan qaldırılmalı, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 (bir yüz) manat cavabdeh X1 tutularaq dövlət büdcəsinə ödənilməlidir.

9. Məhkəmə öz m övqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1, 152.5,157.4,157.8,170.1,170.2-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasının yeri və vaxtı barədə ona heç bir məlumat verilməmişdir. Bundan başqa, mübahisəli ünvanda yerləşən mənzili o, uzun müddətdir ki, başqa şəxsə satmışdır və özü də həmin ünvanda yaşamır.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 avqust 2020-ci il tarixli 2(103)-3742/2020 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-328/2019 saylı 19 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia tələbləri təmin edilməmişdir.

13. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddia ərizəsində cavabdeh kimi göstərilmiş Cavabdeh iddia ərizəsində irəli sürülmüş tələblər üzrə cavabdeh hesab edilmədiyinə görə həmin iddia tələbləri rədd edilməli və bununla bağlı apellyasiya şikayətinin dəlilləri əsaslı hesab edilməlidir.

14. Belə ki, iş materiallarından göründüyü kimi Nəsimi rayonu, Azadlıq prospekti, 35 saylı evin 9 saylı mənzili xx.xx.2018-ci il tarixdən X4 mülkiyyətindədir. Lakin hazırki iddia əvvəlki mülkiyyətçi olan Cavabdeh qarşı irəli sürülmüşdür.

15. Göründüyü kimi iddia tələbləri buna cavab verməli olmayan şəxsə qarşı irəli sürülmüşdür.

16. Məhkəmə kollegiyası qeyd etmi şdir ki, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa olunmasına yol verilə bilər.

17. Beləliklə, iddia ərizəsində cavabdeh kimi göstərilmiş Cavabdeh iddia ərizəsində irəli sürülmüş tələblər üzrə cavabdeh hesab edilmədiyinə görə, həmin iddia tələbləri rədd edilməli və bununla bağlı apellyasiya şikayətinin dəlilləri əsaslı hesab edilməlidir.

18. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasın ın 04 may 2007-ci il tarixli qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. İddiaçı2 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 avqust 2020 tarixli, 2(103)-3742/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi əsassız olaraq zərər yetirən şəxs Nübahar Hüseynovanı cavabdehlikdən çıxararaq məsuliyyətdən azad etmiş, həmçinin cavabdehin hüquqpozmalarını iddiaçıların hüquqlarını pozmaması kimi qiymətləndirmişdir. Apellyasiya məhkəməsi əsas cavabdeh olan Nübahar Hüseynova ilə bərabər, yeni cavabdehi yəni, ondan mənzili almış yeni mülkiyyətçini işə cəlb edə bilərdi. Bununla da heç olmasa kimin tərəfindən hüquqpozmaların törədildiyinin araşdırılması qörüntüsünü yaradardı. Apellyasiya məhkəməsi maddi hüquq normalarını pozmaqla, iş üzrə qanuni olan birinci instansiya məhkəməsinin qətnaməsini qanunsuz və əsassız olaraq ləğv etmişdir.

21. Bina sakinlərinin binaya girişinin özbaşınalıqla bağlanması, dəmir pilləkən və arakəsmələrin quraşdırılması, binanın mühəndis-memarlıq və texniki layihəsinə müdaxilə edilməsi və dəyişdirilməsi nəinki inzibati, hətta cinayət məsuliyyətinə cəlb olunması üçün ciddi əsaslardır.

22. Həmçinin cavabdeh Nübahar Hüseynova 16 aydan sonra apelyasiya şikayəti verib və məhkəmə buna əhəmiyyət verməmişdir. Halbuki, cavabdeh Nübahar Hüseynova rayon məhkəməsində aparılan icraatdan xəbərdar idi.

23. Kassator öz mövqeyini 152.1, 152.5, 157.4, 157.8, 170.1, 170.2, 1096,1096.1, 1096.2, 1096.3, 1097, 1097.1-ci və Mülki Prossesual Məcəllənin 54, 54.1, 54.2, 54.3, 54.4, 88, 103, 103.2,106.1, 360-ci maddələrinəistinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

25. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etm əsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılma hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

26. İddiaçı apellyasiya məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: 27. 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 28. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 29. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 30. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hü ququdur. 31. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 32. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 33. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normaların və qaydalarını ciddi surətd ə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 34. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 35. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 36. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 37. 49.1-ci maddəsinə əsasən, öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. 38. 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. 39. 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 40. 54.1-ci maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və y a cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 41. 54.2-ci maddəsinə əsasən, iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. 42. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 43. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 44. 217. 4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 45. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 46. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 47. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 48. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

50. Belə ki, hüquq və azadlıqların müdafiəsinin ən mühüm elementi olan məhkəmə qarşısında iddiaçı və ya cavabdeh qismind ə iddia qaldırmaq və ya müdafiə olunmaq hüququnun realizəsi üçün, ilk növbədə, prosessual qaydalara dəqiq riayət olunması mütləqdir. Məhz bu məqsədlə Mülki Prosessual Məcəllə ilə qanunverici mülki məhkəmə icraatının ümumi qaydalarını, prinsip və şərtlərini təsbit etmiş, işdə iştirak edən şəxslərin, o cümlədən tərəflərin dairəsini və onlara qarşı irəli sürülmüş tələbləri, həmçinin hüquq və vəzifələrini müəyyən etmişdir.

51. Mülki Prosessual Məcəlləyə görə, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar (Mülki Prosessual Məcəllənin 50.1 və 50.3-cü maddələri). Qeyd edilməlidir ki, tərəflər konkret m übahisəli hüquq münasibəti üzrə bir-birinə əks olan maraqlara malik şəxslərdir.

52. Qanunun mənasına görə cavabdeh bir qayda olaraq iddiaçının hüququnu pozan, yaxud onun hüququnu mübahisələndirən tərəf olur. İddia ərizəsini qəbul edərkən məhkəmə cavabdeh kimi göstərilən şəxsin iddia üzrə cavab verməli şəxs olub-olmamasını müəyyən etməlidir.

53. Qeyd olunmalıdır ki, mülki dövriyyə iştirakçılarının subyektiv hüquq və vəzifələri qarşılıqlı münasibətlər əsasında yaranır. Bu münasibətlər müqaviləyə, qanunla müəyyən olunan əsaslara, ailə üzvü olaraq müəyyən olunan öhdəliklərə və s. əsaslanmış ola bilər. Hər bir halda iddiaçı ilə cavabdeh arasında hüquq münasibəti olmalıdır. Mülki proses iddiaçı ilə cavabdehin toqquşan hüquqlarının araşdırılması üzərində qurulur və onların qanuni hüquq və mənafel ərinin təsdiq edilməsinə xidmət edir. Buna görə də məhkəmə işə baxılarkən, mühakimənin doğru istiqamətdə getməsini təmin etmək üçün, ilk növbədə iddiaçı və cavabdehin müvafiq prosessual statusda tanınması üçün zəruri şərtlərin mövcudluğunu müəyyən etməlidir. Məhz buna görə də MPM-nin 167.1.4-cü maddəsində deyilir ki, hakim çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında birgə cavabdehlərin və birgə iddiaçıların və ya üçüncü şəxslərin işə daxil olması məsələsini, habelə əsl olmayan tərəfin əvəz edilməsi məsələsini həll edir.

54. Tərəflərin əsl tərəf olması məsələsi məhkəmə tərəfindən onların arasında yaranmış mübahisənin maddi-hüqiqi əsasını təşkil edən hüquq normasının təhlili əsasında həll olunur. MPM-in əsl olmayan tərəfin əvəz edilməsi qaydalarını müəyyən edən 54.1-ci maddəsinin hazırkı mülki işə aşağı instansiya məhkəmələrində baxılarkən qüvvədə olmuş redaksiyasına görə, əgər cavabdeh qanuna əsasən irəli sürülmüş tələbə cavab verməli olan şəxs deyildirsə, məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cavabdehi əsl cavabdeh ilə əvəz edə bilərdi.

55. Baxılan işdə də apelyasiya instansiyası məhkəməsi Cavabdeh iddia tələbinə cavab verməli olmayan şəxs olduğunu müəyyən etmişdir. Cavabdeh olmadığı barədə məhkəmənin gəldiyi nəticə əsaslı olub. Çünki sökülməsi tələb olunan pilləkən onun satdığı mənzilə qalxmaq üçündür və mənzillə bağlıdır. Pilləkənin sökülməsi və ya saxlanması Cavabdeh üçün hər hansı öhdəlik və vəzifə törətmir. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, cavabdeh mənzili satıb və mənzil artıq başqa şəx sin mülkiyyətindədir və sonuncu mülkiyyətçinin Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməmək, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri etmək hüququ var. Bu hüquqları yalnız həmin hərəkətlərin qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmaması, yaxud hüquqdan sui-istifadə olmaması ilə hüdudlaşdırılır.

56. Cavabdehin yuxarı instansiya məhkəməsində əsl cavabdehlə əvəz olunması qaydası müəyyən edilməmişdir.

57. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

58. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün t ərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

60. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 avqust 2020-ci il tarixli 2(103)-3742/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar