Məhkəmə qərarları › İş №2(102)-645/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-645/2024

16.02.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-645/2024 16.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qanunsuz inşa edilmiş tikililərin sökülməsi, bağlanmış pəncərə boşluqlarının açılması, qeyri-yaşayış sahəsindən istifadəyə yaradılan manələrin aradan qaldırılması tələbinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qanunsuz inşa edilmiş tikililərin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı qanunsuz inşa edilmiş tikililərin sökülməsi, bağlanmış pəncərə boşluqlarının açılması, qeyri-yaşayış sahəsindən istifadəyə yaradıla n maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5824/2023 nömrəli, 25 oktyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********25-05301-083001 reyestr nömrəli Çıxarış sənədinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi 11F ünvanında inşa edilmiş hündür mərtəbəli yaşayış binasında yerləşən ümumi sahəsi 842,4 kv metr olan qeyriyaşayış sahəsi İddiaçı mülkiyyətinə verilmişdir.

2. Həmin qeyri-yaşayış sahəsinə dair xx.xx.2019-cu il tarixində tərtib olunmuş, 04/2940 invertar nömrəli Texniki Pasport sənədindən görünür ki, qeyri-yaşayış sahəsi 1 mərtəbəli binanın zirzəmisində yerləşməklə ümumi sahəsi 842,4 kv.metr təşkil edir.

3. İddiaçıya məxsus həmin qeyri-yaşayış sahəsinin üst mərtəbəsində cavabdehin istifadəsində olan qeyri-yaşayış sahəsi yerləşir. İddiaçıya məxsus qeyri-yaşayış sahəsinin pəncərəsinin qarşısında cavabdeh tərəfindən onun istifadəsində olan qeyri-yaşayış sahəsinin pilləkən meydançasının sağ və sol tərəfində, hündürlüyü 1.3 metr olan əlavə meydança inşa edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı – İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin qarşısında v ə üstündə Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş pilləkən sahəsinin sağ və sol tərəflərinin (hər iki tərəfdən eni 2 metr, uzunluğu 3 metr, hündürlüyü 1 metr ölçüdə olan meydançanın) Cavabdeh hesabına sökülməsi və İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin təbii havalandırma və işıqlandırma üçün quraşdırılmış pəncərə boşluqlarının açılması və qeyriyaşayış sahəsindən istifadəyə Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir

5. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən qeyri yaşayış sahəsinin qarşısında və üstündə Cavabdeh tərəfindən sonuncunun istifadəsində olan qeyri-yaşayış sahəsinin pilləkən meydanças ının sağ (8,3 metr x 4,9 metr) və sol (4,5 metr x 3,0 metr) tərəfində, hündürlüyü 1,3 metr olan əlavə meydançanın Cavabdeh hesabına sökülməsi və İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin təbii havalandırma və işıqlandırma üçün quraşdırılmış pəncərə boşluqlarının açılması və qeyriyaşayış sahəsindən istifadəyə Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyətindədir. Bu barədə ona xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçı qeyd edir ki, qeyri-yaşayış sahəsi 842,4 kv metrdən ibarət olmaqla binanın zirzəmisində yerləşir. Bu yaxınlarda iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin yuxarısında yerləşən qeyri-yaşayış sahəsinin sahibi Cavabdeh tərəfindən qanunsuz olaraq obyektin girişində pilləkən sahəsinin sağ və sol tərəflərində mişar daşı ilə hörmüş və nəticədə iddiaçıya məxsus obyektin təbii havalandırma və işıqlandırma üçün quraşdırılmış pəncərə boşluqları bağlanılmışdır. Bu barədə iddiaçı tərəfindən müvafiq orqanlara müraciət olunmuşdur. Həmin orqanlar tərəfindən təqdim edilmiş rəsmi sənədlərdən də görünür ki, ünvan 1 ünvanda yaşayış binasının birinci mərtəbəsində yerləşən qeyri-yaşayış obyektinin girişində pilləkən sahəsinin sağ və sol tərəfləri mişar daşı ilə hörülərək inşa olunduğu müəyyən olunmuş və yaşayış sahəsinin zirzəmi sahəsi təbii havalandırma və işıqlandırma üçün qur aşdırılmış pəncərə boşluqları bağlanılmışdır. Hazırda iddiaçı mülkiyyətində olan əmlakdan sərbəst istifadə edə bilmir. Bu da onun mülkiyyət hüququnu pozur. Dəfələrlə cavabdehə qanunsuz olaraq tikilmiş tikilinin sökülərək əvvəlki vəziyyətə gətirilməsi barədə müraciət edilsə də, heç bir nəticəsi olmamışdır.

7. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.

8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-525/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/692 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, Xətai rayonu, Süleyman Vəzirov küçəsi 11F saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinin qarısında və üstündə inşa edilmiş meydança tikilisinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş «Təsdiq: olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğuları yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə - razılaşdırılması Qaydalarının 4.1. və 4.2. bəndlərinin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. 2-ci sual üzrə ünvan 1 qeyri-yaşayış sahəsinin qarşısında və üstündə cavabdeh tərəfindən inşa edilmiş (pilləkən sahəsinin sağ və sol tərəflərində) meydança qeyri yaşayış sahəsinin təbii havalandırıma və işıqlandırma üçün quraşdırılmış pəncərə boşluqlarını qismən bağladığı müəyyən edilir.

9. Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə tərəflərin iştirakı keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, iddia ərizəsi verilən tarixə iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin qarşısında və üstündə cavabdeh tərəfindən inşa edilmiş pilləkan sahəsinin sağ və sol tərəfi tamamilə bağlı olmuş, məhkəmə gedişində pilləkan sahəsinin sağ və sol sahəsi qismən sökülmüşdür. Hətta həmin sahə söküldükdən sonra da cavabdeh tərəfində inşa edilmiş tikili iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin anbarında yerləşən iki pəncərəyə kölgə salır, oraya hava daxil olmasını qismən məhdudlaşdırır, anbarın birbaşa günəş işığı almasına mane olur.

10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-525/2023 nömrəli iş üzrə 05 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim Sahibə Hacıyeva) iddia təmin edilmiş, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən qeyri- yaşayış sahəsinin qarşısında və üstündə Cavabdeh tərəfindən sonuncunun istifadəsində olan qeyri-yaşayış sahəsinin pilləkən meydançasının sağ (8,3 metr x 4,9 metr) və sol (4,5 metr x 3,0 metr) tərəfində, hündürlüyü 1,3 metr olan əlavə meydançanın Cavabdeh tərəfindən sökülməsi və İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən qeyri- yaşayış sahəsinin təbii havalandırma və işıqlandırma üçün quraşdırılmış pəncərə boşluqlarının açılması və qeyri-yaşayış sahəsindən istifadəyə Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılması q ət edilmişdir.

11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********25-05301-083001 reyestr nömrəli Çıxarış sənədinə əsasən, verilmiş Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi 11F ünvanında inşa edilmiş hündürmərtəbəli yaşayış binasında yerləşən ümumi sahəsi 842.4 kv metr olan qeyriyaşayış sahəsi İddiaçı mülkiyyətinə verilmişdir.

12. Həmin qeyri-yaşayış sahəsinə dair xx.xx.2019-cu il tarixində tərtib olunmuş, 04/2940 invertar nömrəli Texniki Pasport sənədindən görünür ki, qeyri-yaşayış sahəsi 1 mərtəbəli binanın zirzəmisində yerləşməklə ümumi sahəsi 842.4 kv.metr təşkil edir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həmin qeyri-yaşayış sahəsinin üst mərtəbəsində cavabdehin istifadəsində olan qeyri-yaşayış sahəsi yerləşir. İddiaçıya məxsus qeyri-yaşayış sahəsinin pəncərəsinin qarşısında cavabdeh tərəfindən onun istifadəsində olan qeyri-yaşayış sahəsinin pilləkan meydançasının sağ və sol tərəfində, hündürlüyü 1.3 metr olan əlavə meydança inşa edildiyi aşkarlanmışdır. Göründüyü kimi cavabdehin mülkiyyətçi kimi iddiaçının hüquqlarının həyata keçirilməsinə mane törətməsi qanunsuzdur. İddiaçı mülkiyyətində olan əmlakdan sərbəst surətdə istifadə edə bilmir və bu iddiaçının mülkiyyət hüquqlarını pozur. Cavabdehin mübahisələndirilən əmlaka mülkiyyət hüququna əsas verən hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır.

13. Məhkəmə Azərbaycan Respublikas ı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/692 nömrəli, xx.xx.2023-cü il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə razılaşaraq və onu mötəbər sübut kimi qiymətləndirir.

14. Məhkəmə hesab etmişdir ki, hər bir şəxsin öz mülkiyyətində olan əmlakdan maneəsiz istifadə etmək hüququ qanunla qorunur. Bir şərtlə ki, belə istifadə üçüncü şəxslərə maneə yaratmasın. Hazırda sözügedən ünvanda cavabdeh tərəfindən inşa edilmiş tikili iddiaçının mülkiyyətindən sərbəst şəkildə istifadə etməsinə maneə yaradır.

15. Əksinə həmin tikilinin orada mövcud olması iddiaçının qeyri-yaşayış sahəsindən təyinatı üzrə istifadəsi ilə bağlı qanunla qorunun mənafeyinin pozulmasına şərait yaradır. Anbarda yerləşən həmin pəncərələrin qanuni məqsədi anbarın havalandırılması və işıqlandırılmasından iba rət olmaqla həmin sahədən sağlam şəraitdə istifadə etmək hüququnu ehtiva edir.

16. Belə ki, həmin tikilinin sökülməsində iddiaçının mənafeyi vardır və iddiaçının müvafiq iddia tələbi üzrə düzgün nəticəyə gəlinməsi üçün, həmin mənafe ilə cavabdehin mənafeyi arasında ədalətli balansın uzlaşıb-uzlaşmadığının müəyyənləşdirilməsi zəruridir. Cavabdehin mənafeyi ilə iddiaçının mülkiyyət hüququnun qorunması mənafeyi arasında ədalətli balans mövcud deyildir və inşa edilmiş özbaşına tikilinin iddiaçıya yaratdığı narahatçılıq onun mülkiyyət hüququnun pozuntusu kimi qəbul edilməlidir.

17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü, 16.1-ci, 18-ci, 152-ci, 157.4-cü, 157.8-ci, 158.1-ci, 1 58.4-cü, 170.2-ci, 171.1-ci, 171.2-ci, 180.1-ci, 180.4-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2ci, 77.1-ci, 88-ci, 97.1-ci, 101.7-ci, 103.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2(011)-525/2023 saylı qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin tam şəkildə ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Xətai Rayon Məhkəməsinin 2(011)-525/2023 sayalı qətnaməsi ilə cavabdehin hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki, həmin qətnamə ilə cavabdehin istifadəsində olan qeyri-yaşayış sahəsindən təyinatı üzrə istifadəsinə maneələr yaradılmışdır. Qeyd etmək ist əyir ki, əgər həmin pilləkən sahəsi sökülsə, həm qeyri-yaşayış sahəsindən vətəndaşların rahat şəkildə istifadəsinə, həm də onlara keyfiyyətli xidmət göstərilməsinə maneələr yaranacaqdır. Məhkəmə işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, sanki qabaqcadan müəyyən etdiyi qərarı məhkəmə zalında elan etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə prosesində bütün sübutlar lazımınca qiymətləndirilməmiş, işin faktiki hallarına düzgün qiymət verilməmiş bununla da qərəzli qətnamə qəbul edilmişdir. Məhkəmə tərəfindən işin hallarına tam, hərtərəfli və obyektiv qaydada baxılmamış işin həlli və ədalətli məhkəmə qərarının çıxması üçün əsas faktlar yoxlanılmamışdır. Belə ki, hazırki işin tam, hərtərəfli, obyektiv araşdırılması üçün məhkəmə tərəfindən hər iki qeyri-yaşayış sah əsinə obyektiv baxış keçirilməmiş, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinə aid olan həmin pəncərələrin hansı otaqlara açıldığı və həmin otaqların hansı məqsədlə istifadə edildiyi müəyyən edilməmişdir. Həmçinin həqiqətən həmin otaqlarların havalandırmaya və işıqlandırmaya ehtiyacının olması müəyyən edilməmişdir. Bildirir ki, əgər həmin otaqların havalandırmaq və işıqlandırmaq məqsədi ilə pəncərələri açılsa həm hava kütlələri asanlıqla, heç bir maneəyə rast gəlmədən otağa daxil olacaq, həm də pəncərə bağlı olduqda belə işıqlanan otaq daha da işıqlanmış olacaq. Diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən inşa edilmiş pilləkən sahəsinin iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsindən təyinatı üzrə istifadəyə maneə yaratdığını da bildirmişdir. Hal buki məhkəmə tərəfindən hazırki iş üzrə əhəmiyyətli olan bir sıra faktlar dəqiq və obyektiv şəkildə araşdırılsa idi, həmin pilləkən sahəsinin sözügedən qeyri-yaşayış sahəsindən həm təyinatı üzrə istifadəyə, həm də ora giriş-çıxışa heç bir mane törətmədiyini görə bilərdi. Cavabdeh hazırki iş üzrə cavabdeh hesab oluna bilməz. Birinci instansiya məhkəməsi sözügedən məsələ ilə bağlı AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/692 nömrəli, xx.xx.2023-cü il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyini də ədalətli şəkildə qiymətləndirməmiş və onu mötəbər sübut kimi qəbul etmişdir. Halbuki əgər birinci instansiya məhkəməsi hazırki məsələ ilə bağlı məhkəmə müstəvisində tam, hərtərəfli, obyektiv araşdırma aparsaydı, həmin ekspertiza rəyinin həqiqəti əks etdirmədiyini də görə bilə rdi. Buna görə də hesab edir ki, birinci instansiya məhkəməsi ədalətli qərar qəbul etmək istəmədiyi üçün hazırkı iş üçün mühüm əhəmiyyəti olan bütün faktları düzgün aydınlaşdırmamışdır.

20. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil çıxış edərək, apellyasiya şikayətini müdafiə etmiş, onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmiş, izahatında ona verilən suallara cavab olaraq bildirmişdir ki, iddiaçının mübahisələndirdiyi tikilini cavabdeh tikmişdir.

21. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti ilə razılaşmayaraq, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya insta nsiyası məhkəməsi) 2(103)-5824/2023 nömrəli mülki iş üzrə 25 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Fuad Abdıyev və Fərrux Qasımov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2(011)-525/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

23. Apellyasiya instansiya məhkəməsi birinci instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat apar ılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab etmişdir ki, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir.

24. Bundan başqa birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərəflərin iştirakı keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, iddia ərizəsi verilən tarixə iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin qarşısında və üstündə cavabdeh tərəfindən inşa edilmiş pilləkən sahəsinin sağ və sol tərəfi tamamilə bağlı olmuş, məhkəmə gedişində pilləkən sahəsinin sağ və sol sahəsi qismən sökülmüşdür. Hətta həmin sahə söküldükdən sonra da ca vabdeh tərəfində inşa edilmiş tikili iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin anbarında yerləşən iki pəncərəyə kölgə salır, oraya hava daxil olmasını qismən məhdudlaşdırır, anbarın birbaşa günəş işığı almasına mane olur.

25. Kollegiya qeyd etmişdir ki, iddiaçının mülkiyyətində olan Xətai rayonu, Süleyman Vəzirov küçəsi 11F saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinin qarşısında və üstündə inşa edilmiş meydança tikilisinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000ci il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğuları yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1. və 4.2. bəndlərinin tələblərinə uyğun olmadığı, həmin qeyri-yaşayış sahəsinin qarşısında və üstündə cavabdeh tərəfindən inşa edilmiş meydança qeyri yaşayış sahəsinin təbii havalandırma və işıqlandırma üçün quraşdırılmış pəncərə boşluqlarını qismən bağladığı, cavabdeh tərəfindən inşa edilmiş tikilinin iddiaçının mülkiyyətindən sərbəst şəkildə istifadə etməsinə maneə yaratmaqla iddiaçının qeyriyaşayış sahəsindən təyinatı üzrə istifadəsi ilə bağlı qanunla qorunan mənafeyinin pozulmasına şərait yaratdığı müəyyən edildiyindən qeyd olunan hallar müəyyən cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin iddiaçıya yaratdığı narahatçılıq, onun mülkiyyət hüququnun pozuntusu kimi qəbul edilməlidir.

26. Kollegiya həmçinin cavabdehin iş üzrə cavabdeh ola bilməməsi ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd etmişdir ki, məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili ona verilən suallara cavab olaraq bildirdi ki, iddiaçının mübahisələndirdiyi tikilini cavabdeh tikmişdir.

27. Kollegiya apellyatorun “iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinə aid olan həmin pəncərələrin hansı otaqlara açıldığı və həmin otaqların hansı məqsədlə istifadə edildiyinin müəyyən edilməməsi” ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, cavabdeh tərəfindən inşa edilmiş tikininin iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin havanlandırılması və işıqlandırılmasına maneə yaratması tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmışdır.

28. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ko nstitusiyasının 13-cü, 29cu, 60-cı, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü, 16.1-ci, 18-ci,152-ci, 157.4,157.8-ci, 158.1-ci, 170.2-ci, 171.1-ci, 171.2-ci, 180.1-ci, 180.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

30. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin dəlillləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir.

31. Kassator şikayətini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16.1-ci, 171.1-ci, Azərbaycan Respublikasının Mülki Prosesual Məcəllənin 88-ci, 103.1-ci, 217-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

33. Maddə 13 Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

34. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar

35. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.

36. Maddə 18 Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata k eçirilir.

37. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

38. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

39. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.

40. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz.

41. Maddə 171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur.

42. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma v ə tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

43. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qə rəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkə məsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

53. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

54. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nət icələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

55. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, k assasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

56. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5824/2023 nömrəli iş üzrə 25 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar