Məhkəmə qərarları › İş №2(108)-58/2025

Ali Məhkəmə Qərardad — İş №2(108)-58/2025

12.03.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-58/2025 12.03.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə Hakimlər Əliyev Zamiq Xudaverdi oğlunun (sədrliyi və məruzəsi ilə), Allahverdiyev Mehman Dünyamalı oğlu və Kuimova Vera Gennadiyevnadan ibarət tərkibdə, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh qarşı gediş-gəliş yoluna maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə çıxarılmış Şahbuz Rayon Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 2(090)-4/2025 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü məhkəmənin inzibati binasında yoxlayıb müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı “16” sentyabr 2024-cü ildə Ş ahbuz Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, daşınmaz əmlakın hissəsinin mülkiyyətçisinin digər qonşuların sərbəst hərəkətinin məhdudlaşdırılmasına yönəlik hərəkətlərinin qanunsuz hesab edilməsi və habelə bağlanmış qapı və dəhlizin cavabdehin şəxsi vəsaiti hesabına sökülərək iddiaçıların sərbəst hərəkətinin təmin olunması, 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər (mülki iş İ cild, iş vərəqə 1-3). Şahbuz Rayon Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 2(090)-4/2025 nömrəli qətnaməsi ilə iddia rədd edilmiş, iddiaçılar tərəfindən iddia verilərkən ödənilmiş dövlət rüsumunun onlara aid edilməsi qət edilmişdir (mülki iş İİ cild, iş vərəqə 31-43). Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək iddia tələblərinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini kollegiyadan xahiş etmişlər (mülki iş İİ cild, iş vərəqə 52-61). Apellyasiya şikayəti Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının icraatına “10” mart 2025-ci ildə daxil olmuşdu. Apellyasiya şikayətini qanunvericiliyin tələbləri daxilində yoxlayan kollegiya ilkin olaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlarda n, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmçinin həmin Məcəllənin 364-cü maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin həmin Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Sözügedən Məcəllənin 366.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydası nda baxılmaq üçün prosessual əsasların olması daxildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələbindən çıxış edərək kollegiya qeyd edir ki, prosessual əsaslar dedikdə apellyasiya şikayətinin həmin Məcəllənin 357-ci (apellyasiya şikayəti vermək hüququ), 358-ci (apellyasiya qaydasında işə baxan məhkəmələr), 360-cı (apellyasiya şikayətinin verilmə müddəti), 361-ci (apellyasiya şikayətinin məzmunu) və 362-ci (apellyasiya şikayətinin verilməsi) maddələrində müəyyən olunmuş tələblərə riayət olunmaqla verilməsi başa düşülür. Bu baxımdan apellyasiyanın mümkünlüyü apellyasiya şikayətinin həmin normaların tələblərinə uyğun verilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 366.2-ci maddəsində göstərilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxd ursa, o, qəbul olunmamış hesab edilə bilər. Kollegiya daxil olmuş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 10-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir; - 10-1.3-cü maddəsinə görə kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; - 10-1.7-ci maddəsinin tələbinə əsasən “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 iyun tarixli, 1043 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamənin 6.1 və 6.1.11-ci bəndlərindən müəyyən edilir ki, informasiya sisteminin iştirakçıları və istifadəçiləri tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi informasiya sistemi vasitəsilə təmin edilir. Qeyd edilənlərə əsasən apellyasiya şikayəti elektron sənəd formasında tərtib edilməli olduğundan kollegiya bildirir ki, elektron sənədə dair tələblər və onun quruluşu isə “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununun 21 və 22-ci maddələri ilə tənzimlənir. Belə ki, həmin Qanunun 21.1-ci maddəsinə görə elektron sənəd aşağıdakı tələblərə cavab verməlidir: -texniki və proqram vasitələrinin köməyi ilə yaradılmalı, saxlanılmalı, emal edilməli, ötürülməli və qəbul edilməlidir; -bu Qanunun 22-ci maddəsində müəyyən edilmiş quruluşa malik olmalıdır; -identikləşdirməyə imkan verən rekvizitlərə malik olmalıdır; -texniki və proqram vasitələrinin kö məyi ilə əyani qavranılan (vizual) şəkildə təqdim olunmalıdır. Sözügedən Qanunun 22-ci maddəsinin tələbinə görə isə elektron sənəd ümumi və xüsusi hissələrdən ibarət quruluşa malikdir. Elektron sənədin məzmunu və ünvanlandığı şəxs barədə məlumatlar onun ümumi hissəsində qeyd edilir. Elektron sənədə əlavə edilən elektron imza (imzalar) və vaxt göstəricisi (göstəriciləri) elektron sənədin xüsusi hissəsində qeyd olunur. Qanunvericiliyin tələbindən görünür ki, apellyasiya şikayəti "Elektron məhkəmə" informasiya sistemindən istifadə qaydalarına uyğun, yaradılmış elektron kabinet vasitəsi ilə, yazılı formada, gücləndirilmiş elektron imzadan istifadə etmək şərtlərinə birlikdə əməl edilərək verildikdə onun icraata qəbul edilməsi mümkündür. İddiaçılardan İddiaçı1, İddiaçı2 və İddiaçı3 verdiyi apell yasiya şikayətini mülki prosessual qanunvericiliyin tələbləri daxilində yoxladıqda aydın olur ki, o qanunvericiliyin tələblərinə cavab vermir. Belə ki, mülki iş materiallarına əlavə edilmiş və iddiaçılardan İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayətini vizual şəkildə nəzərdən keçirərkən prosessual sənədin fiziki olaraq həmin iddiaçılar tərəfindən imzalaması, daha sonra sənədin PDF formatında hazırlanması müəyyən edilir. Həmçinin "Elektron məhkəmə" informasiya sistemindən həmin sənədin iddiaçılardan yalnız İddiaçı2 elektron imzası ilə Şahbuz Rayon Məhkəməsinə təqdim edilməsi, digər iddiaçıların isə onu elektron imzadan istifadə etmədən imzalaması aydın olur. Kollegiya bildirir ki, apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə mülki pros essual qanunvericiliyə uyğun elektron qaydada tərtib edilməli, elektron sənədin quruluşuna cavab verməli və o hər üç iddiaçı tərəfindən elektron imza vasitəsi ilə imzalanmalı idi. "Elektron məhkəmə" informasiya sisteminin imkanından istifadə etməklə hazırlanmış apellyasiya şikayətinin məzmunundan aydın olur ki, həmin prosessual elektron sənədin sonunda dövlət rüsumunun ödənilməsi, sənədi imzalayan şəxs haqqında, həmçinin işdə iştirak edən şəxslərin hüquqları, vəzifələrinin izahı və məhkəmə iclasında iştirak zamanı riayət olunmalı qaydalara dair məlumatlar öz əksini tapır. Qeyd edilən məlumatların həmin sənəddə öz əksi tapması isə Elektron kabinet üzrə istifadə Təlimatının 8.2 - 8.2.6-cı bəndlərində göstərilən ardıcıl hərəkətlərin həyata keçirməsinin nəticəsindən irəli gəlir. İddiaçı1, İddi açı2 və İddiaçı3 verdiyi apellyasiya şikayətini qanunvericiliyin yuxarıda qeyd edilən normaları ilə əlaqəli şəkildə tədqiq etdikdə görünür ki, apellyasiya şikayəti verən tərəf qanunvericiliyin tələbinə əməl etməmişdir. Kollegiya onu da bildirməyi zəruri hesab edir ki, apellyasiya şikayətinin "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə təqdim edilməsi özündə onun birbaşa elektron sənəd kimi qəbul edilməsini ehtiva etmir. Məhkəmə apellyasiya şikayəti verən şəxslərin nəzərinə çatdırır ki, mülki prosessual qanunvericiliyin tələbinə görə mülki məhkəmə icraatı üzrə hər instansiya məhkəməsində icraatın başlanmasına əsas olan prosessual sənəd var. Bu müvafiq olaraq birinci instansiya məhkəməsində iddia ərizəsi və ya ərizə, apellyasiya instansiya məhkəməsində apellyasiya şikayəti və ya şikayət, kassasiya instansiyası məhkəməsində isə kassasiya şikayətidir. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyin tələbindən aydın olur ki, icraatın başlanmasına əsas olan sənədlərin forma və məzmununa əməl edilməsi ilə bağlı qanunvericiliyin tələbləri imperativdir (MPM 149, 284-3, 361 və 407). Buna əməl edilməməsi isə müvafiq prosessual sənədin geri qaytarılması, habelə birinci instansiya məhkəməsində icraatın mərhələsindən asılı olaraq həm geri qaytarma, həm də baxılmamış saxlanılma ilə nəticələnir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 363.1 və 363.1.1-ci maddələrinin mahiyyətinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzal anmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır; - 363.1 və 363.1.5-ci maddələrinin mahiyyətinə görə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələbindən də görünür ki, apellyasiya şikayəti həmin Məcəllənin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Lakin birinci instansiya məhkəməsi a pellyasiya şikayətini qaytarmamış, baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi zamanı Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilmədiyindən, Şahbuz Rayon Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 2(090)-4/2025 nömrəli qətnaməsindən mülki iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Mülki-Prosessual Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 402.2-ci maddəsində apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaq la birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilməsi qeyd edilib. Həmçinin Mülki-Prosessual Məcəllənin 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin həmin Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 12.2, 263264, 358.0.3, 361, 365, 366, 402 və 405.0.2-ci maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh q arşı gediş-gəliş yoluna maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə çıxarılmış Şahbuz Rayon Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 2(090)-4/2025 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri- mümkün hesab edilsin və apellyasiya şikayəti mülki işlə birlikdə Şahbuz Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, o işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev Hakimlər: Mehman Allahverdiyev Vera Kuimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar