Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3874/2024 26.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (“X11” şirkətinin Azərbaycan Respublikasındakı filialı və Binəqədi rayonu X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxsər qismində cəlb edilməklə) qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-3874/2024 (Açar sözlər: özbaşına və qanunsuz tikilinin sökülməsi, cavabdehlərin torpaq sahəsindən çıxarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “özbaşına və qanunsuz tikilinin sökülməsi, cavabdehlər in torpaq sahəsindən çıxarılması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-97/2024 nömrəli, 30 iyul 2024-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 26 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. xx.xx.2007-ci il tarixli Sərəncamı ilə X4 tərəfindən Binəqədi Rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Qəsəbə ərazisindən istifadədə olan 400 kv.m., torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş İddiaçı alğı-satqı yolu ilə mülkiyyətinə ayrılmışdır. 2. 20.02.2006-cı il tarixli Sərəncamı ilə, X4 tərəfindən Binəqədi Rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudlarında Bakı şəhəri sakinləri X5 və X3 razılıq ərizələri və müraciətləri nəzərə alınaraq birincinin istifadəsinə ayrılmış ünvan cizgidə göstərilən fərdi yaşayış evi tikintisi üçün nəzərdə tutulmuş 600 kv.m. torpaq sahəsinin 400 kv.m-ni sahiblik və ondan istifadə hüquqları Bakı şəhər sakini X3 adına keçirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili Vəkil cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra cavabdehlər, yaxud ad, soyadı) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərə satılmış evlərin sökülməsi və özbaşına zəbt edilmiş torpaq sahəsindən həmin şəxslərin çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmı şdır ki, iddiaçı xx.xx.2007-ci il tarixində alğı-satqı yolu ilə Bakı şəhəri, Binəqədi rayonu, X4ndən Binəqədi qəsəbəsi ərazisindən 400 kv. metr torpaq sahəsi almış, lakin sonradan yaxınlıqdan keçən yüksək gərginlikli hava elektrik xəttinin yeri dəyişdirilərək həmin torpaq sahəsinin üstündən çəkilmişdir. Bu səbəbdən də, iddiaçı həmin sahədə fərdi yaşayış evi tikə bilmək üçün yüksək gərginlikli elektrik xəttinin yerinin dəqiqləşdirilərək torpağın altından çəkilməsini gözləməli olmuşdur. Lakin iddiaçı torpaq sahəsinə baş çəkdikdə, orada qanunsuz olaraq iki evin tikilmiş olduğunu müəyyən etmişdir. Buna görə də iddiaçı məhkəməyə müraciət etməli olmuşdur.
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(001)-52/2022 nömrəli, 31 avqust 2022-ci il tarixli qə tnaməsi ilə (hakim Günel Abbasova) iddia rədd olunmuşdur.
6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbi buna cavab verməli olmayan şəxslərə qarşı irəli sürüldüyünə görə əslində heç sübutlar araşdırılmadan iddia rədd olunmalıdır. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə t utur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
7. Həmçinin məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfin məhkəmədə verdiyi izahatlarında və iş materiallarına əlavə edilmiş sənədlərdə uyğusuzluq mövcud olub. Belə ki, iddiaçıya ayrılmış 400 kv.m. torpaq sahəsinin eskizində həmin sahədən elektrik xəttinin keçməməsi qeyd olunmuş və təsdiqlənmişdir. Lakin iş materiallarına əlavə edilmiş sənədlərdən isə müəyyən edilib ki, hazırda iddiaçının iddia etdiyi torpaq sahəsinin üzərindən “İ Poladtökmə” yüksək gər ginlikli hava elektrik xətti mövcuddur. Halbuki, sənədlərə nəzər yetirdikdə iddiaçı torpaq sahəsinin ayrılması barədə Sərəncam xx.xx.2007-ci il tarixdə verildiyi zaman həmin sahədən elektrik xəttinin keçməməsi qeyd olunsada, xx.xx.2019-cu il tarixli "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsinə ünvanlanmış məktubda göstərilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, DSK adlanan ərazisində X7 tərəfindən inşa edilmiş 2 ədəd fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin üzərindən keçən “İ Poladtökmə” hava elektrik verilişi xətti 2006-cı ildən "xxxx" ASC-nin balansında və istismarındadır. 110 kV-luq “İ Poladtökmə” hava elektrik verilişi xətti 1999-cu ildə çəkilərək Poladtökmə zavodunu qidalandırmaq məqsədi ilə istisma ra verilmişdir. 2007-ci ilin dekabr ayında 110/35/6 kV-luq ETK-4 yarımstansiyasının elektrik dayanıqlığını artırmaq məqsədi ilə “İ Poladtökmə” hava elektrik verilişi xəttindən ETK-4 yarımstansiyasına budaqlanma yolu ilə 110 kV-luq hava elektrik verilişi xətti çəkilən zaman həmin torpağın sahibi, eləcə də X4 tərəfindən torpağın məxsusluğu barədə heç bir məlumat verilməmiş, budaqlanma çəkilən zaman qeyd olunan ərazidə heç bir tikinti işləri aparılmamış və ərazi boş olmuşdur.
8. Odur ki, mübahisəli ərazinin məhz iddiaçıya aid olması əsaslı şübhələr yaradıb, çünki eskiz sxemdə hər hansı küçə adı, koordinatlar və s. müəyyənedici nöqtələr göstərilməmişdir. Bu hal isə özü-özlüyündə qeyri-müəyyənliyin əsasını təşkil edib.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
10. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamənin qəbul olunmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti iddia ərizəsində göstərilənlərə uyğun əsaslandırılmış, həmçinin qeyd olunmuşdur ki, qətnamə əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılıb. Məhkəmənin gəldiyi nəticələr işin hallarına uyğun deyil. Torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən bələdiyyə sərəncamı və s. sənədlər, eləcə də torpaq sahəsinin qanunsuz zəbt olunaraq onun üzərində özbaşına tikilinin aparı lmasını təsdiq edən və qüvvədə olan polisin qərarı var.
12. Məhkəmə kollegiyası tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 may 2024-cü il tarixli, 3-1616/2-10/9202 nömrəli ekspert rəyinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 03 may 2024-cü il tarixli mütəxəssis rəyinə əsasən - sözügeden mübahisəli torpaq sahəsinin üzərinə digər şəxslərə aid olan hasara alınmış iki hissədən ibarət torpaq sahələri və hər hissə üzərində yaşayış evləri mövcuddur. Sahələr mübahisəli oldğundan vizual baxış keçirilmişdir. Faktiki sahə 430 m2 təşkil edir. Torpaq sahəsinin kordinatları aşağıdakı kimidir: X=399353.8660, Y=4478505. 0460, X=399382.0530, Y=4478503.4370, X=399382.0100, Y=4478488.4250, X=399353.4310, Y=4478489.8200. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə bütövlükdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidir (Binəqədi Oil). Sahə bütövlükdə (6-35-110kVtlıq) yüksək gərginlikli elektrik xəttinin mühafizəsində yerləşir. Sahəyə dair cizgidə dəqiq istinadlar, istinad məsafələri, perimetrik ölçülər qeyd edilmədiyindən sənədin faktiki sahəyə aid olmasını müəyyənləşdirmək mümkün olmamışdır. Torpaq sahəsi Dövlət mülkiyyəti torpağıdır. Sahədəki tikililərin qeydiyyatı barədə məlumat yoxdur.
13. Məhkəmə kollegiyası tərəfindən “X12” şirkəti və X4 müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində icraata cəlb edilmişlər.
14. Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat verərək, mübahisəli ərazidə yerləşən evin sənədinin olmadığı, həmin evi ozünün tikmədiyini, başqasından tikili vəziyyətdə aldığını, sənədli evlərin qiymətinin baha olması səbəbindən başqa şəxsdən hazırkı evi hazır, tikili vəziyyətdə aldığını, evi alan zaman ərazinin mübahisəli oldğunu bilmədyini, ona bu barədə heç kimin məlumat vermədiyini, sonradan bu barədə məlumat əldə etdiyini, iddiaçını isə ilk dəfə məhkəmədə gördüyünü bildirərək, məhkəmə kollegiyasından şikayətin təmin olunmamasını xahiş etmişdir.
15. Üçüncü şəxs “X12” şirkətinin nümayəndəsi iş üzrə rəyə əsasən, eləcə də kadastr məlumatları əsasında həmin ərazinin bələdiyyənin mülkiyyətində olan ərazi olmadığını, neft ərazisi olmasını, qeyd olunan mübahisəli əraz inin bir hissəsinin bilavasitə “X12” şirkətinin nəzarətində olan əraziyə düşməsini və s. bildirərək, şikayətin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirmişdir.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-97/2024 nömrəli, 30 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Rəfeil Eyvazov (sədrlik edən və məruzəçi), Günay Axundova və Fuad Babayev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbinin hazırkı qətnamənin əsaslandırıcı hissəsində göstərilən əsaslarla təmin olunmaması qət edilmişdir.
17. Apellyasiya instansiya məhkəməsi ilk növbədə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mövqeyində mübahisəl i torpaq sahəsinin iddiaçıya məxsus olmasına əsaslı şübhələrin olmasını qeyd etmişdir ki, bu da əvvəlki hüquqi mövqeyi ilə ziddiyyət təşkil edib (əgər iddia həqiqətən əsl olmayan cavabdehlərə qarşı verilmişdirsə, o zaman iddia tələbləri məhz bu əsasa görə rədd olunmalı idi). Göründüyü kimi, məhkəmə qətnaməni lazımi qaydada əsaslandırmamış, iş üzrə tam və ətraflı araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmişdir.
18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı tərəfin təqdim etdiyi sənədlərə əsasən, X2 13 sentyabr 2007-ci il tarixli qərarı (sərəncamı) qəbul edilsə də, həmin vaxtı və ya sonradan səlahiyyətli orqanlar tərəfindən müvafiq torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi (torpaq sahəsinin planı və ölçüsü sənədinin tərt ib edilməsi və s.), habelə hüquqların dövlət qeydiyyatına alınması proseduru həyata keçirilməmişdir. İddiaçı iddia ərizəsinə yalnız bələdiyyənin özü tərəfindən tərtib olunmuş sxemi əlavə etmişdir ki, bu da yuxarıda qeyd edilən müvafiq yerquruluşu sənədlərini əvəz edə bilməz.
19. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi bələdiyyə qərarında göstərilən müvafiq torpaq sahəsinə dair dəqiq istinadlar, istinad məsafələri, perimetrik ölçülər qeyd edilmədiyindən sənədin faktiki sahəyə aid olmasını müəyyənləşdirmək, dolayısı ilə cavabdehlərin faktiki yaşadığı müvafiq torpaq sahəsinin iddiaçının bələdiyyə qərarında göstərilən torpaq sahəsinin hüdudları daxilində yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Beləliklə, ekspertiza rəyi ilə də iddiaçının əsaslandığı torpaq sahəsinin sərhədlərini yerində müəyyən etmək, həmçinin onun hər hansı hissədə zəbt olunmasını müəyyən etmək mümkün olmamışdır.
20. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, bununla yanaşı, ekspertiza rəyi ilə iddiaçının iddia etdiyi, yəni cavabdehlərin faktiki yaşadığı torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazi (Binəqədi Oil) olması, sahənin bütövlükdə (6-35-110 kVt-lıq) yüksək gərginlikli elektrik xəttinin mühafizəsində yerləşməsi, həmin torpaq sahəsinin Dövlət mülkiyyətində olan torpaq sahəsi olması da müəyyən edilmişdir. İddiaçı apellyasiya şikayətində həmçinin bələdiyyə qərarı ilə iddiaçının həmin qərarda göstərilən torpaq sahəsinə əşya hüquqlarının yaranmasını qeyd etmişdir.
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd edilə n dəlili ilə bağlı bildirmişdir ki, torpaq və digər qanunvericilik aktlarına uyğun olaraq bələdiyyə özünə məxsus olan torpaqların mülkiyyətə, istifadə və icarəyə verilməsində müstəsna səlahiyyətə malikdir. Həmçinin qeyd edilmişdir ki, cavabehlərin faktiki yaşadığı daşınmaz əmlaklar (torpaq sahəsi, onun üzərində inşa olunmuş fərdi yaşayış evləri) üzərində hər hansı əşya hüquqları qeydə alınmasa da, hazırki vəziyyətdə iddiaçının tələbi üzrə onların müvafiq torpaq sahəsindən çıxarılması, habelə tikililərin sökülməsi mümkün deyidir.
22. Apellyasiya instansiya məhkəməsi mövgeyinə görə, qanunun tələblərinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğu lar yalnız müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə sökülə bilər. Hazırki vəziyyətdə isə iddiaçı maraqlı tərəf kimi qəbul edilə bilməz. Bununla yanaşı, iddiaçı apellyasiya şikayətində xx.xx.2020-ci il tarixli Binəqədi RPİ-nin İŞnin cinayət işi üzrə icraata xitam verilməsi barədə qərara da istinad edərək, cavabdehlərin faktiki yaşadığı torpaq sahəsinin ona məxsus olmasını göstərmişdir. Beləliklə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və digər qərarı mülki işlərə baxan məhkəmələr üçün yalnız cinayətin törədilib-törədilməməsi və bu cinayətin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi hissəsində məcburi qüvvəyə malikdir. İlkin olaraq qeyd edilmişdir ki, iddiaçının təqdim etdiyi qərar məhkəmə tərəfindən qəbul edilməməklə, “sübutların qiymətlənd irilməsi və cinayət işi üzrə icraata xitam verilməsi haqqında” Binəqədi RPİ-nin İŞ-nin qərarıdır.
23. Məhkəmə kollegiyası sonda hesab etmişdir ki, iddianın qanuni həlli baxımından iddiaçının iddia etdiyi müvafiq torpaq sahəsinə əşya hüquqlarının mövcudluğu ilə yanaşı, həmin torpaq sahəsinin mülki və torpaq qanunvericiliyin tələbləri baxımından sərhədlərinin yerdə dəqiq müəyyən olunması (yuxarıda da qeyd edildiyi kimi, qanunvericiliyin tələblərinə uyğun müvafiq yerquruluşu işlərinin tamamlanması və s.) halının mövcudluğu müəyyən edilməlidir. Qeyd edilən hallar isə digər sübutlarla (izahatlar və s.) müəyyən edilməməklə, səlahiyyətli dövlət orqanlarının tərtib etdiyi müvafiq yerquruluşu sənədləri ilə müəyyən edilə bilər.
24. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 1 57.2, 180.1, 180.4-cü maddəsinə, Torpaq Məcəlləsinin 49.2, 65-ci maddəsinin 1, 2 və 3-cü bəndlərinə, 67-ci maddəsinin 1, 3 və 4-cü bəndlərinə, 68-ci maddəsinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 81, 82.4, 106.1, 107, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
25. Qətnamədən iddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, istinad edilən hüquqi əhəmiyyətli halların və sübutların tam araşdırılması ilə bağlı işin apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
26. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, X2 xx.xx.2007-ci il tarixli Qərarı ilə məhz Bələdiyyənin ərazisində 400 kv.m. torpaq sahəsini ayrılması faktı, həmçinin həmin torpaq sahəsinin toxunulmazlığı pozularaq, özbaşına aparılmış tikililər bütün hallarda qanunu istifadəçi və sahibinin iradəsinin pozulması ilə baş vermişdir, X2 iddiaçıya ayırdığı torpaq sahəsi X2 İnzibati Ərazisində olan vətəndaşların artıq ev tikib, məskunlaşdıqları yaşayış massivi ərazisində yerləşməklə, həmin ərazilərin yerli özünüidarəetmə orqanları Bələdiyyəyə əməli idarəçilik baxımından mövcud bölgü sxemi əsasında verilməsi, mübahisələndirilən torpaq sahəsinin həm bələdiyyə tərəfindən, həm də Sevil Atakişiyeva tərəfindən qanunsuz müdaxilədən özbaşına hərəkətlərdən qorunmasına hüquqi əsas verdiyi üçün hesab edi rik ki, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi düzgün olmayan və hüquq normalarının düzgün tətbiq edilməməsinə aid əhəmiyyətli xüsusatlardır. Məhkəmə qətnaməsində göstərilmişdir ki, iddiaçı tələblərini sübut etməli olduğu halda istinad etdiyi halları sübut edən hər hansı sübut təqdim etməmişdir. Halbuki məhkəməyə iddia tələbini sübut edən çoxsaylı təkzibedilməz sübut və sənəd təqdim edilmişdir. Əksinə cavabdehlər heç bir sübut təqdim edə bilməmişlər. Çünki onların belə bir sübutları yoxdur. Məhkəmə sübutları araşdırmağa, qiymətləndirməyə çox laqeyid yanaşmışdır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qanunsuzluqla çıxardığı qətnaməni ləğv etməyə məcbur olsa da, iddiaçını neytrallaşdırıb torpaq sahəsinin cinayətkarların istifadəsində qalmasını təmin etmək yolunu t utmuşdur. Binəqədi Rayon Məhkəməsi işi 3 ilə yaxın süründürəndən sonra və bu 3 ildə demək olar ki, heç bir araşdırma aparmadan yenə də, qanunsuz qeyriobyektiv, qərəzli qətnamə çıxarmışdır. Hətta qətnamədə özü göstərmişdir ki, sübutlar araşdırılmadan rədd edilməlidir. Bakı Apellyasiya Məhkəməsi də həqiqətən də, təqdim olunan çoxsaylı sübutları obyektiv, qərəzsis, tam, hərtərəfli araşdırmaq fikrindən uzaq olmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
27. Cavabdehin nümayəndəsi X6 iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
28. Maddə 139.1. Mülk iyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
29. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (vindikasiya barədə iddia). Vindikasiya iddiası mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir. Vindikasiya iddiasının irəli sürülməsi üçün (uğurlu olması üçün) - iddiaçı əmlakın mülkiyyətçisi olmalı, mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalı, mülkiyyətçinin mə hrum olduğu əmlak naturada mövcud olmalı və başqa şəxsin faktiki sahibliyində olmalı, lakin həmin şəxsin sahiblik hüququ olmamalıdır.
30. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
31. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
32. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.
33. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi.
34. Maddə 49.2. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqısatqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digə r əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır.
35. Maddə 65 bəndlər 1, 2 və
3. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır.
36. Maddə 65 bənd
4. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) b arədə müqavilənin ayrılmaz hissəsidir.
37. Maddə 67 bənd
1. Torpaq sahələri üzərində hüquqlar, o cümlədən hüquqi və fiziki şəxslərin, habelə dövlət orqanlarının və bələdiyyələrin hüquqları, onları yaradan əsaslar müdafiə olunmaq məqsədilə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində habelə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilməlidir.
38. Maddə 67 bəndlər 3 və
4. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.
39. Maddə 6
8. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
40. Maddə 111. 1-ci bənd. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. İkinci bəndinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Üçüncü bəndinə əsasən Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanun.
41. Maddə 8.0.1 Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlard a müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
44. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunm amasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
50. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
51. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya sı məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
52. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
53. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi ka ssasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
54. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən iddianın təmin edilməyən hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
56. Məhkəmə kollegiya sı hesab edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
57. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
58. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
59. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkə məsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
60. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
61. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-97/2024 nömrəli, 30 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.