Məhkəmə qərarları › İş №2(3-1)-19/2026

Ali Məhkəmə Qərardad — İş №2(3-1)-19/2026

29.01.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(3-1)-19/2026 29.01.2026 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinə qarşı qanunsuz tikilinin sökülməsi tələbi (açar sözlər: icraatın dayandırılması, mülkiyyət hüququnun müdafiəsi (neqator iddia), qanunsuz tikilinin sökülməsi, inzibati və mülki işlərin qarşılıqlı əlaqəsi, preyudisiallıq (başqa məhkəmə aktının həlledici əhəmiyyəti), qanuni qüvvəyə minmə) Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri Əliyev Zamiq Xudaverdi oğlu (məruzəçi hakim), Allahverdiyev Mehman Dünyamalı oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinə qarşı qanunsuz tiki linin sökülməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Şərur Rayon Məhkəməsinin 18 dekabr 2025-ci il tarixli, 2(110)-702/2025 nömrəli qərardadından cavabdehin vəkili-nümayəndəsi Vəkil2 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində icraat. a) Məhkəməyə müraciət və qəbul edilən məhkəmə aktı 1. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti "02" iyun 2025-ci ildə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinə qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan Şərur rayonunda yerləşən "Şərur rayon təcrübə zavodunun" əsas və köməkçi istehsalat binalarının qanunsuz zəbt edilməsinin qadağan olunmasın ı, əsas və köməkçi istehsalat binalarında aparılan qanunsuz təmir-tikinti işlərinin dayandırılmasını, istehsalat sahəsindəki qanunsuz tikililərin cavabdehin hesabına sökülməsini, əsas və köməkçi istehsalat binalarından iddiaçının istifadəsi zamanı maneələrin aradan qaldırılmasının cavabdehə həvalə olunmasını xahiş etmişdir (iş vərəqə 01-04).

2. İddiaçının tələbinin mahiyyəti ondan ibarət olmuşdu ki, Naxçıvan Muxtar Respublikası Şərur rayonunda yerləşən "Şərur" Təcrübə zavoduna məxsus istehsalat binaları Şərur Rayon Xalq Deputatları Məclisi İcraiyyə Komitəsinin 27 fevral 1992-ci il tarixli 88 nömrəli qərarı ilə "Nəsimi" Xarici-İqtisadi Əlaqələr və Kommersiya Konserninə (hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə) verilmiş, həmin qərar Naxçıvan MR Nazirlər Kabinetinin 13 mart 1992-ci il tarixli 74 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Sözügedən tikililər 01 aprel 1992-ci il tarixli akt əsasında iddiaçıya təhvil verilmiş və Naxçıvan MR Dövlət Əmlak Komitəsinin 29 sentyabr 1994-cü il tarixli 117 nömrəli qərarına istinadən verilmiş 005 qeydiyyat nömrəli Şəhadətnamə ilə əsas və köməkçi istehsalat binalarının “Nəsimi” Konserni tərəfindən alınması (mülkiyyət hüququ) təsdiq olunmuşdur.

3. İddiaçı bildirmişdir ki, uzun illər binalardan istifadə imkanı olmasa da, son dövrlər regionda aparılan iqtisadi islahatlar fonunda həmin əmlakdan səmərəli istifadə edərək istehsalat təşkil etmək niyyətində olmuşdur. Lakin əraziyə baxış keçirilərkən məlum olmuşdur ki, iddiaçıya məxsus əsas və köməkçi binalar zəbt edilmiş, orada Müdafiə Sənayesi Nazirliyinin vəzifəli şəxslərinin tapşırığı ilə qa nunsuz təmir-tikinti işləri aparılmaqdadır. İddiaçının qənaətinə görə, Müdafiə Sənayesi Nazirliyi tərəfindən mülkiyyətin zəbt edilməsi və qanunsuz tikinti işlərinin aparılması onun konstitusion hüquqlarını və mülki qanunvericiliyin tələblərini pozur.

4. Qeyd olunanlara əsasən, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus istehsalat binalarının qanunsuz zəbt edilməsinin qadağan olunmasını, cavabdeh tərəfindən aparılan təmir-tikinti işlərinin dayandırılmasını, qanunsuz tikililərin cavabdehin hesabına sökülməsini və mülkiyyətdən istifadəyə yaradılan maneələrin aradan qaldırılmasını tələb edir. Eyni zamanda bildirmişdir ki, 26 aprel 2025-ci il tarixli pretenziya məktubuna cavabdeh tərəfindən qanuni müddət ərzində heç bir cavab verilməmişdir.

5. İşə birinci instansiya məhkəməsində baxı larkən iddiaçının vəkili-nümayəndəsi 18 dekabr 2025-ci il tarixdə vəsatətlə məhkəməyə müraciət edərək, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin icraatında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsə və Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin Şərur Rayon Şöbəsinə qarşı cavabdehlərin üzərinə İddiaçı Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Şərur şəhərində yerləşən “Şərur” Təcrübə zavodunun istehsalat binaları üzəri ndə Naxçıvan Muxtar Respublikası Dövlət Əmlak Komitəsinin 29 sentyabr 1994-cü il tarixli, 117 nömrəli qərarına əsasən verilmiş Naxçıvan Muxtar Respublikası Əmlak Komitəsinin mülkiyyətə sahiblik haqqında 29 sentyabr 1994-cü il tarixli, 005 qeydiyyat nömrəli şəhadətnaməsinə əsasən mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına, reyestrdən çıxarışın və texniki pasportun, cizgi-planın verilməsi vəzifəsinin qoyulması tələbi barədə inzibati iş olduğunu bildirmiş və iş üzrə icraatın dayandırılmasını məhkəmədən xahiş etmişdir (iş vərəqə 133-134).

6. Şərur Rayon Məhkəməsinin (sədrlik edən Abil Orucəliyev) 18 dekabr 2025-ci il tarixli, 2(110)-702/2025 nömrəli qərardadı ilə vəsatət əsaslı hesab edilərək mülki iş üzrə icraatın dayandırılması qərara alınmışdır (iş və rəqə 142-144). b) Məhkəmə aktından verilmiş şikayət

7. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin vəkilinümayəndəsi Vəkil2 29 dekabr 2025-ci il tarixdə şikayətlə məhkəməyə müraciət edərək Şərur Rayon Məhkəməsinin 18 dekabr 2025-ci il tarixli, 2(110)-702/2025 nömrəli qərardadının ləğv edilməsini və iş üzrə icraatın təzələnməsi haqqında qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdi (iş vərəqə 152-154). c) Şikayətin əsaslandırılması

8. Cavabdeh tərəfin vəkili-nümayəndəsi şikayətini əsaslandıraraq qeyd etmişdi ki, mülki iş üzrə iddia tələblərinin həlli üçün iddiaçının mübahisəli daşınmaz əmlak üzərində qanunla tanınan mülkiyyət hüququnun mövcudluğu həlledici əhəmiyyət daşıyır. Amma onun belə bir hüququnun ehtimalı belə yoxdur. Çünki, ilkin olaraq iddiaçı “Nəsimi” Xaric iİqtisadi Əlaqələr və Kommersiya Konserninə aidiyyətini nə izah, nə də sübut etməmişdir.

9. İkincisi “Şərur” Təcrübə zavodunun harada yerləşməsi, onun Azərbaycan Respublikası Müdafiə Sənaye Nazirliyinə aidiyyəti barədə izah və sübut yoxdur.

10. Üçüncüsü Azərbaycan Respublikası Müdafiə Sənaye Nazirliyinin harada, hansı tikintinin apardığı və bunun onun hansı marağına toxunmasının izahı və sübutu yoxdur.

11. Dördüncüsü "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İnzibati-Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə mümkün sayılmayan iddia ərizəsinin bu işə aidiyyəti, qarşılıqdı əlaqəsi, baxılmasının mümkünsüzlüyü izah və sübut edilməmişdir. Bunlardan başqa artıq Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin 26 dekabr 2025-ci il tarixli, e-2-1(122)-1243/2025 nömrəli qərardadı ilə iddia ər izəsi geri qaytarılmışdır.

12. Şikayəti edən tərəf müraciətində işə baxan birinci instansiya məhkəməsinin maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər göstərməsə də, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi kimi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 254.1.4, 255 və 258-ci maddələrinə istinad etmişdir. ç) Şikayətə baxılması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə

13. Şərur Rayon Məhkəməsinin 30 dekabr 2025-ci il tarixli, 2(110)-702/2025 nömrəli qərardadı ilə məhkəmənin 18 dekabr 2025-ci il tarixli, 2(110)-702/2025 nömrəli qərardadından verilmiş şikayət təmin edilmədiyindən həmin məhkəmə aktı ləğv olunmamış və şikayətin mülki iş materialları ilə birlikdə baxılması üçün N axçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına göndərilməsi qərara almışdır (iş vərəqə 164-167).

14. X1 Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının icraatına “12” yanvar 2026cı ildə daxil olmuşdur. İİ. Şikayətə qarşı etirazın dəlilləri.

15. Şikayətə qarşı etiraz daxil olmamışdır. İİİ. Apellyasiya instansiyası məhkəməsində işə baxılmasının hədləri

16. Verilmiş şikayətin hüquqi həllinə keçməzdən öncə məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin nəzərinə çatdırır ki, şikayətə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmışdı.

17. Həmin prosessual normada qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraa t qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Yazılı icraat dedikdə isə həmin Məcəllənin 10.8-1-ci maddəsinə görə işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılması başa düşülür.

18. Həmçinin şikayəti iş materialları ilə birlikdə və qanunvericiliklə əlaqəli şəkildə tədqiq edərək kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci madd ələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci insta nsiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

19. Kollegiya verilmiş şikayəti yuxarıda qeyd edilən normanın tələbləri ilə qarşılıqlı şəkildə yoxlayaraq bildirir ki, cavabdeh tərəfin vəkili-nümayəndəsi Vəkil2 müraciəti mübahisələndirilən məhkəmə aktının tam ləğv edilməsinə yönəldiyindən, şikayətin obyekti tam həcmdə yoxlanılmalıdır. İV. Tətbiq edilən hüquqi aktlar a) Azərbaycan Respublikasının Konstitusiyası: 20. - 60-cı maddəsinin 1-ci bəndinə görə, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir; 21. - 129-cu maddəsinin 2-ci hissəsində qeyd edilir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. b) Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 22. - 3.1-ci maddəsi ndən görünür ki, məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır; 23. - 216.1 və 216.2-ci maddələrinə əsasən, işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. Məhkəmə qətnaməni Azərbaycan Respublikası adından çıxarır; 24. - 254.1 və 254.1.4-cü maddələrinin mahiyyətinə görə Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa məhkəmə iş üzrə icraatı dayandırmalıdı; 25. -256.0 və 256.0.3-cü maddələrinin tələbindən görünür ki, həmin Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan hal da məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər iş üzrə icraat dayandırılır; 26. - 258.1-ci maddəsinə əsasən, iş üzrə icraatın dayandırılması və onun təzələnməsi barədə məhkəmə qərardad çıxarır; 27. - 263.1-ci maddəsinə görə iş mahiyyəti üzrə həll edilmədikdə, məhkəmə aktları qərardad formasında çıxarılır. 28. -392.2-ci maddəsi ilə müəyyən edilir ki, apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. c) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 29. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz; 30. - 85.1-ci maddəsinə görə şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. ç) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları: 31. - "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarda formalaşdırılmış h üquqi mövqeyə görə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin «Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa» müddəası məhkəmə tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir; 32. - “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarında göstərilmişdir ki, icraata xitam verilməsi barədə qərardad iki halda qəbul edilir: iddiaçı iddiadan özü imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda. Məcəllənin 55.3-cü maddəsindəki qərardad (iddianın geri götürülmüş sayılması barədə) və həmin Məcəllənin 55.5-ci maddəsindəki qərardad (icraata xitam verilməsi barədə) iki ayrı-ayrı məsələni həll edir. Qanunverici həmin Məcəllənin 55.5-ci maddəsində yalnız icraata xitam verilməsi barədə qərardaddan şikayətin mümkünsüzlüyünü açıq və aydın müəyyən etdiyi halda, bu qaydanın həmin Məcəllənin 55.3-cü maddəsindəki qərardadla əlaqədar tətbiqini nəzərdə tutmadığından, həmin qayda İnzibati Prosessual Məcəllənin 55.3-cü maddəsi ilə şəxsin məhkəməyə müraciət etmək hüququnu nizamlamır və bu hüququn həcminə təsir etməməlidi. V. Apellyasiya instansiyası məhkəməsinin şikayəti qiymətləndirməsi və onun həllinə d air mövqeyi.

33. Kollegiya şikayətin dəlillərini işin faktiki halları və tətbiq edilməli olan hüquq normaları ilə qarşılıqlı əlaqədə tədqiq edərək ilk növbədə qeyd edir ki, mülki mühakimə icraatında iş üzrə icraatın dayandırılması institutu ədalət mühakiməsinin səmərəliliyini təmin etmək, ziddiyyətli məhkəmə aktlarının çıxarılmasının qarşısını almaq və başqa bir məhkəmə icraatında müəyyən ediləcək faktların hazırkı iş üçün preyudisial əhəmiyyətini nəzərə almaq məqsədi daşıyır. Lakin icraatın dayandırılması üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar, yəni maddi və prosessual bağlılıq mövcud olmalı və məhkəmə tərəfindən əsaslandırılmalıdır.

34. Məhkəmə kollegiyası belə hesab edir ki, təqdim edilmiş şikayətin dəlillərinə obyektiv qiymət verilməsi üçün həlli vacib olan əsas məsələ birinci instansiya məhkəməsi tərəfindən icraatın dayandırılması üçün prosessual əsasın (hazırkı mübahisə üzrə MülkiProsessual Məcəllənin 254.1.1-ci maddəsi) həqiqətən mövcud olub-olmamasını, yəni baxılan mülki işlə inzibati iş arasında sarsılmaz hüquqi əlaqənin və asılılığın tapılıbtapılmamasını yoxlamaqdan ibarətdir.

35. Qeyd edilməlidir ki, mülki iş üzrə iddiaçının tələbləri (zəbtin qadağan olunması, sökülmə və s.) öz mahiyyəti etibarilə mülkiyyət hüququnun müdafiəsinə yönəlmiş neqator iddia, yəni mülkiyyətçinin öz mülkiyyət hüququnun həyata keçirilməsinə mane olan hər hansı pozuntuların aradan qaldırılmasını tələb etmək xarakteri daşıyır. Belə bir iddianın təmin edilməsi üçün iddiaçının mübahisəli əmlak üzərində qanunla tanınan mülkiyyət hüququ təkzibedilməz şəkildə sübuta yetirilməsi mütləq ş ərtdir.

36. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin icraatında olan e-2-1(122)1243/2025 nömrəli işin predmeti isə məhz iddiaçının 1994-cü il tarixli şəhadətnaməsinə istinadən mübahisəli əmlak üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsinin müvafiq icra hakimiyyəti orqanı üzərinə qoyulmasıdır. Bu baxımdan, inzibati işin nəticəsi mülki iş üzrə aşağıdakı təsirlərə malik ola bilərdi: 37. - Birincisi iddia hüququnun subyektiv əsası baxımından inzibati məhkəmə qeydiyyat tələbini təmin edərsə, bu mülki işdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətçi statusunu rəsmi dövlət aktı ilə təsbit etmiş olardı. Əks halda, mülkiyyət hüququ qanunla tanınmayan şəxsin neqator iddiası mülki hüquq normaları baxımından per spektivsiz sayıla bilərdi. 38. - İkincisi isə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin həmin ərazidəki fəaliyyətinin qanunsuz zəbt və ya mülkiyyət hüququna müdaxilə kimi qiymətləndirilməsi üçün əmlakın hüquqi mənsubiyyəti barədə inzibati qaydada veriləcək qərar həlledici sübut rolunda çıxış etməli idi.

39. Qeyd edilənlərə görə kollegiya hesab edir ki, mülki işin mahiyyəti üzrə düzgün həlli birbaşa inzibati işin nəticəsindən, yəni iddiaçının mülkiyyət hüququnun dövlət tərəfindən tanınıb-tanınmamasından asılı idi. Bu səbəbdən, birinci instansiya məhkəməsi tərəfindən dayandırma qərardadı çıxarılan anda bu iki iş arasında sıx prosessual və maddi hüquqi əlaqə mövcud olmuşdur.

40. Yuxarıda qeyd edilən hüquqi asılılığı nəzərə alaraq kollegiya hesab edir ki, Şərur Rayon Məhkəməsi tərə findən mülki iş üzrə icraatın dayandırılması haqqında 18 dekabr 2025-ci il tarixli qərardadı çıxarıldığı anda qanuni və əsaslı olmuşdur.

41. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin tələbi imperativ xarakter daşıyır. Yəni əgər başqa bir iş (mübahisə üzrə inzibati mübahisə) həll edilməyincə mülki işə baxmaq mümkün deyildirsə, məhkəmə icraatı dayandırmağa borcludur. 18 dekabr 2025-ci il tarixə olan vəziyyətə görə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mübahisəli əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı məsələsi Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin icraatında olan işin predmeti idi. Həmin iş üzrə çıxarılacaq qərar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə münasibətdə mülkiyyət hüququnun tanınması və ya tanınmaması baxımından mülki iş üçün faktiki olaraq çıxarılacaq qərarın hüquqi əsasını təşkil edirdi.

42. Kollegiya vurğulayır ki, mülkiyyət hüququnun mövcudluğu və ya bu hüququn rəsmiləşdirilməsi ilə bağlı inzibati mübahisə davam etdiyi müddətdə, mülki məhkəmə tərəfindən "zəbtin dayandırılması" və ya "söküntü" tələbi üzrə hər hansı yekun nəticəyə gəlinməsi tərəflərdən birinin mülkiyyət hüquqlarının ciddi pozulması riskini yarada bilərdi. Bu səbəbdən, mülki və inzibati icraatlar arasında olan bu sıx əlaqə birinci instansiya məhkəməsi üçün icraatın dayandırılması üçün kifayət edən obyektiv əsas yaratmışdır.

43. Şikayəti verən tərəfin "iddiaçının mülkiyyət hüququnun ehtimalı belə yoxdur" və ya "hüquqi varislik sübut olunmayıb" kimi dəlilləri işin mahiyyəti üzrə baxış zamanı araşdırılmalı olan hallardır. İcraatın dayandırılması mərhələsində isə məhkəmə iddianın mahiyyətinə daxil deyil, yalnız başqa bir işin bu işə təsir edib-etməyəcəyini müəyyən edir. Bu baxımdan, birinci instansiya məhkəməsinin qərardadı qəbul edildiyi zaman MülkiProsessual Məcəllənin 254.1.4-cü maddəsinin tələblərinə tam uyğun olmuşdur.

44. İş materiallarının təhlili göstərir ki, Şərur Rayon Məhkəməsinin mülki iş üzrə icraatın dayandırılması haqqında 18 dekabr 2025-ci il tarixli qərardadı çıxarıldığı an mövcud olan prosessual vəziyyətə uyğun olaraq qanuni və əsaslı olmuşdur. Belə ki, həmin vaxt mülki mübahisənin predmeti olan əmlakla bağlı inzibati məhkəmə icraatı davam etməkdə idi.

45. Cavabdeh tərəf şikayətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin 26 dekabr 2025-ci il tarixli qərardadı ilə inzibati işə xitam verilməsini əsas gətirərək mülki iş üzrə icraatın təzələnməsini xahiş edir. Lakin kollegiya qeyd edir ki, prosessual qanunvericiliyin tələbinə görə, iş üzrə icraatın dayandırılmasına səbəb olmuş halın aradan qalxması faktı müvafiq məhkəmə aktının qanuni qüvvəyə minməsi ilə birbaşa bağlıdır.

46. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən, məhkəmə qərardadından şikayət vermə müddəti həmin aktın tərəflərə rəsmi qaydada təqdim olunduğu (verildiyi) gündən hesablanır. Hazırkı mülki işin materiallarında isə inzibati məhkəmənin 26 dekabr 2025-ci il tarixli qərardadının tərəflərə rəsmi qaydada təqdim edilməsini, habelə həmin aktın qanuni qüvvəyə mindiyini təsdiq edən hər hansı mötəbər sübut (məsələn: qanuni qüvvəyə minmə barədə qeyd və ya rəsmi sorğ u cavabı) mövcud deyil.

47. Beləliklə, kollegiya hesab edir ki, cavabdeh tərəf inzibati məhkəmənin qərardadına istinad edərək mülki iş üzrə icraatın təzələnməsini tələb etsə də, hazırkı mərhələdə həmin aktın tərəflərə rəsmi qaydada təqdim olunması və şikayət müddətinin keçərək qanuni qüvvəyə minməsini təsdiq edən sübutlar iş materiallarında mövcud deyil. Mülki prosessual qanunvericiliyin tələbinə görə, mülki işin icraatının dayandırılmasına səbəb olmuş "başqa bir iş üzrə çıxarılmış akt" yalnız qanuni qüvvəyə mindiyi andan etibarən dayandırma əsasını aradan qalxmış hesab etməyə hüquqi zəmin yaradır.

48. Bu səbəbdən, kollegiya müəyyən edir ki, birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış 18 dekabr 2025-ci il tarixli qərardad həmin vaxt mövcud olan şəraitə görə qanuni olduğundan dəyişdi rilmədən saxlanılmalıdır. Bununla belə, məhkəmə kollegiyası tərəflərə və birinci instansiya məhkəməsinə izah edir ki, mülki iş üzrə icraatın təzələnməsi üçün aşağıdakı prosessual hərəkətlərin yerinə yetirilməsi zəruridir:

49. Birinci instansiya məhkəməsi tərəfindən Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə rəsmi sorğu ünvanlanmalı və e-2-1(122)-1243/2025 nömrəli iş üzrə 26 dekabr 2025-ci il tarixli qərardadın qanuni qüvvəyə minib-minmədiyi dəqiqləşdirilməlidir;

50. Və ya tərəflər (iddiaçı yaxud cavabdeh) həmin qərardadın qanuni qüvvəyə mindiyini təsdiq edən rəsmi sənədi (məhkəmənin qeydi olan surəti) məhkəməyə təqdim etməlidirlər.

51. Yalnız qeyd olunan sübutlar əldə edildikdən və dayandırma əsasının tam aradan qalxdığı hüquqi yəqinliklə müəyyən olunduqdan sonra, birinci instans iya məhkəməsi MülkiProsessual Məcəllənin 257-ci maddəsinə uyğun olaraq öz təşəbbüsü və ya tərəflərin vəsatəti ilə mülki iş üzrə icraatı təzələməli və işə mahiyyəti üzrə baxmalıdır.

52. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulmamış, iş üzrə icraatın dayandırılması barədə əsaslı qərardad qəbul edilmişdir.

53. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək; qərardaddan v erilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək səlahiyyətləri vardır.

54. Göstərilənləri nəzərə alaraq kollegiya yekunda aşağıdakı nəticəyə gəlir: 55. - "Nəsimi LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinə qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Şərur Rayon Məhkəməsinin iş üzrə icraatın dayandırılması barədə 18 dekabr 2025-ci il tarixli, 2(110)-702/2025 nömrəli qərardadından cavabdehin vəkili-nümayəndəsi Vəkil2 tərəfindən verilmiş şikayət təmin edilməməli; 56. - Şərur Rayon Məhkəməsinin iş üzrə icraatın dayandırılması barədə 18 dekabr 2025-ci il tarixli, 2(110)-702/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

57. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.2-c i maddəsində apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilməsi qeyd edilib.

58. Həmçinin Mülki-Prosessual Məcəllənin 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin həmin Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

59. Kollegiya bildirir ki, qeyd edilən prosessual normaların tələbinə görə hazırkı məhkəmə aktı kassasiya şikayəti verilə bilən qərardadlar siyahısına aid edilmir. Vİ. Apellyasiya instansiyası məhkəməsinin şikayət üzrə gəldiyi nəticə Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında" Qanunun 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264 və 365-ci maddələrini rəhbər tutaraq q ə r a r v e r d i: "Nəsimi LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinə qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Şərur Rayon Məhkəməsinin iş üzrə icraatın dayandırılması barədə 18 dekabr 2025-ci il tarixli, 2(110)-702/2025 nömrəli qərardadından cavabdehin vəkili-nümayəndəsi Vəkil2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Şərur Rayon Məhkəməsinin iş üzrə icraatın dayandırılması barədə 18 dekabr 2025-ci il tarixli, 2(110)-702/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. İşdə iştirak edən şəxslərə izah edilsin ki, mülki iş üzrə icraatın təzələnməsi üçün Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 26 dekabr 2025-ci il tarixli, e-21(122)-1243/2025 nömrəli qərardadının rəsmi qaydada tərəflərə təqdim olunmasını və həmin aktın qanuni qüvvəyə minməsini təsdiq edən sübutlar (məhkəmənin müvafiq qeydi olan surəti və ya sorğu cavabı) birinci instansiya məhkəməsinə təqdim edilməlidir. Birinci instansiya məhkəməsinə tövsiyə edilsin ki, dayandırma əsasının aradan qalxıbqalmadığını yoxlamaq məqsədilə Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə rəsmi sorğu ünvanlasın və müvafiq sübutlar əldə edildikdən sonra Mülki-Prosessual Məcəllənin 257-ci maddəsinə uyğun olaraq iş üzrə icraatın təzələnməsi məsələsinə baxsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan kassasiya şikayəti verilməsi nə yol verilmir. Sədrlik edən: Zamiq Əliyev. Hakimlər: Mehman Allahverdiyev və Sənan Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar