Məhkəmə qərarları › İş №2(102)-2648/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2648/2024

01.08.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2648/2024 01.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar X2 və İddiaçı2 Cavabdeh Mırzəağa qızına qarşı; müstəqil tələb irəli sürən üçüncü şəxs X3 Cavabdeh Mırzəağa qızına qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-2648/2024 (Açar sözlər: kassasiya şikayətinin qaytarılması, prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçılar X2 və İddiaçı2 Cavabdeh Mırzəağa qızına qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, vərəsəlik hüququnun tanınması, mira s əmlakın vərəsələr arasında bölünməsi və miras əmlakdan payın verilməsi”, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 Cavabdeh Mırzəağa qızına qarşı “miras əmlakın vərəsələr arasında bərabər payda bölünməsi və miras əmlakdan payın verilməsi” tələbinə dair iddiaları ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1222/2024 nömrəli, 30 may 2024cü il tarixli qərardadından İddiaçı1 (Vəkili Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 01 avqust 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçılar X5 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri 52 saylı notariat ofisin in X1 adına verdiyi xx.xx.2020-ci il tarixli, reyestrdə 2V-14 nömrə ilə qeyd edilmiş “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin ləğv edilməsi, bununla bağlı hüquqi nəticələrin etibarsız sayılması, vərəsəlik hüquqlarının tanınması, cavabdehin istifadəsində olan 0,18 ha torpaq sahəsinin və üzərində ümumi sahəsi 74,0 kv.metr olan tikililərin - miras əmlakın vərəsələr arasında bölünməsi və həmin miras əmlakda paylarının müəyyən olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X6 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 52 saylı notariat ofisinin X1 adına verdiyi xx.xx.2020-ci il tarixli, reyestrdə 2V-14 nömrə ilə qeyd edilmiş “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” nin ləğv edilməsi, bununla bağlı hüquqi nəticələrin etibarsız sayılması, vərəsəlik hüququnun tanınması, cavabdehin istifadəsində olan 0,18 ha torpaq sahəsinin və üzərində ümumi sahəsi 74,0 kv.metr daşınmaz əmlak olan tikililərin (miras əmlakın) vərəsələr arasında bölünməsi və həmin miras əmlakdan məcburi payının müəyyən olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

3. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(007)-1262/2023 nömrəli, 05 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ülkər Yusifova) iddiaçılar Hacıəzız Mahmudov və İddiaçı2, eləcə də üçüncü şəxs Dərviş Mahmudovun iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur. Apellyasiya instansiyası məhkə məsindəki icraat:

4. Qətnamədən İddiaçı1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-1222/2024 nömrəli, 01 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Məmməd Məmmədov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iş üzrə yeni qətnamə çıxarılması, Hacıəzız Mahmudovun və İddiaçı2 Cavabdeh qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, vərəsəlik hüququnun tanınması, miras əmlak ın vərəsələr arasında bölünməsi və miras əmlakdan payın verilməsi”, habelə müstəqil tələb irəli sürən üçüncü şəxs X3 Cavabdeh Mırzəağa qızına qarşı “miras əmlakın vərəsələr arasında bərabər payda bölünməsi və miras əmlakdan payın verilməsi” tələblərinin təmin edilməməsi, iddia ərizələrinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğlərinin onları ödəmiş şəxslərin özlərinə aid olunması qət edilmişdir.

6. Qətnamədən İddiaçı1 (Vəkili Vəkil2) kassasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələblərinin təmin edilməsi barədə qərar qəbul olunmasını, yaxud mülki işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1222/2024 nömrəli, 03 aprel 2024-cü il tarixli qərardadı ilə iddiaçı Hacıəzız Mahmudovun apellyasiya instansiya məhkəməsinin qətnaməsindən verdiyi kassasiya şikayəti Mülki Prosessual Məcəlləsinin 407.1.4 və 408.1.5-ci maddələrinin tələblərinə (maddi və prosessual hüquq normalarının pozulmasının yaxud düzgün tətbiq olunmamasının nədən ibarət olması göstərilmədikdə) cavab vermədiyi üçün geri qaytarılmışdır.

8. Qərardaddan İddiaçı1 (Vəkili Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qərardadının ləğv olunmasını və apellyasiya məhkəməsinin 01 fevral 2024-cü il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilib mahiyyəti üzrə baxılması barədə qərardad qəbul olunmasını xahiş etmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1222/2024 nömrəli, 30 may 2024-cü il tarixli qərardadı ilə (hakimlər Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Məmməd Məmmədov) İddiaçı1 apellyasiya instansiya məhkəməsinin 03 aprel 2024-cü il tarixli qərardadından verdiyi kassasiya şikayəti geri qaytarılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı İddiaçı1 nümayəndəsi Vəkil2 elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilmiş, kassasiya şikayəti isə xx.xx.2024-cü il tarixdə elektron sistemə yüklənmişdir və qanunla müəyyən edilmiş müddət ötürülməklə verildiyindən, eləcə də buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təqdim edilmədiyindən geri qaytarılmalıdır.

11. Apellyasiya instansiya məhkəməsi qəra rdadını Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 130.3, 135.5, 135.6, 135.7 və 408.1.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

12. Qərardaddan İddiaçı1 (Vəkili Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin 30 may 2024-cü il tarixli qərardadının ləğv edilməsini və apellyasiya məhkəməsinin 01 fevral 2024-cü il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilib mahiyyəti üzrə baxılması barədə qərardad qəbul olunmasını xahiş etmişdir.

13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsinin 03 aprel 2024-cü il tarixli qərardadının 06 aprel 2024-cü il tarixdə elektron kabinetə yerləşdirilməsi barədə məlumatı olmamı ş və bununla bağlı vəkilə SMS gəlməmişdir. Həmin qərardadı xx.xx.2024-cü il tarixdə elektron kabinetdən götürmüş və 10 may 2024-cü il tarixdə kassasiya şikayətini apellyasiya instansiya məhkəməsi vasitəsi ilə Ali Məhkəməyə göndərmişdir. Həmin qərardad İddiaçı1 vaxtında göndərilməyib və qanuna müvafiq qaydada təqdim edilməyib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

14. Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə qarşı qarşı yazılı etiraz verərək, kassasiya şikayətinin dəlillərinin əsassız olmasını qeyd etmiş, kassasiya şikayətinin təmin edilməməsini apellyasiya instansiya məhkəməsinin 30 may 2024-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəll əsi.

15. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.

16. Maddə 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir.

17. Maddə 10-1.8. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcı da olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir.

18. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.

19. Maddə 128.2. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir.

20. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

21. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları ver ən şəxsə qaytarılır.

22. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

23. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).

24. Maddə 134.1.5. Məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir.

25. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır.

26. Maddə 135.5. Bu Məcəllənin 135.2, 135.3, 135.6 və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

27. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

28. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min man atdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

29. Maddə 402.2.2 və 402.2.3. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında və kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər.

30. Maddə 405.0.1. Apellyasi ya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

31. Maddə 405.0.2. Apellyasiya instansiyası məhkəməsinin qərardadından işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində kassasiya şikayəti verilə bilər.

32. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

35. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

36. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının qanunu.

37. Maddə 3.2. İnformasiya Sisteminin istifadəçiləri tərə findən sənədlər “Elektron kabinet” vasitəsilə PDF, ADOC və EDOC formatında “Proses iştirakçısının Elektron kabineti”ndən istifadə qaydalarında nəzərdə tutulmuş prosedurlar üzrə gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə göndərilir.

38. Maddə 5.2. Sənədlərin elektron dövriyyəsi zamanı göndərilən sənədlərin gücləndirilmiş elektron imza ilə təsdiq edilməsi tələb olunur. Kassasiya baxışının hədləri:

39. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırı lmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. İddiaçı1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayətini müddət bitmədən verməsi barədə kassasiya şikayətinin dəlilləri əsassızdır.

43. Apellyasiya instansiya məhkəməsinin də qərardadında qeyd etdiyi kimi, iş materiallarından olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, apellyasiya instansiya məhkəməsinin 03 aprel 2024-cü il tarixli qərardadı xx.xx.2024-cü il tarixdə İddiaçı1 nümayəndəsi Vəkil2 məxsus şəxsi elektron kabinetinə yerləşdirilmiş və bununla da qərardaddan kassasiya şikayəti verilməsi üçün prosessual müddətin axımı başlamışdır. Apellyasiya instansiyası məhkəməsinin qərardadından isə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 kassasiya şikayətini 10 may 2024-cü il tarixdə elektron kabinet vasitəsi ilə vermişdir. Beləliklə, kassasiya şikayəti müddət ötürülməklə verilmiş, buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət verilməmişdir.

44. Məhkəmə kollegiyası eyni zamanda İddiaçı1 nümayəndəsi və vəkili Vəkil2 kassasiya şikayətinin - 03 aprel 2024-cü il tarixli qərardadının 06 aprel 2024-cü il tarixdə elektron kabinetə yerləşdirilməsi barədə məlumatının olmaması, bununla bağlı vəkilə SMS gəlməməsi, həmin qərardadı xx.xx.2024-cü il tarixdə elektron kabinetdən götürərək 10 may 2024-cü il tarixdə kassasiya şikayətini elektron sistemə yerləşdirməsi barədə dəlillərinə münasibət bildirərək həmin dəlilləri əsassız hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 135.5-ci maddəsinə əsasən həmin Məcəllənin 135.6-cı maddəsində nəzərdə tutulmuş halda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-cı maddəsində isə qeyd olunmuşdur ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan ke çmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

45. Qeyd olunan normaların məzmunundan aydın görünür ki, apellyasiya instansiya məhkəməsinin qətnamə və qərardadı “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmiş İddiaçı1 vəkili və nümayəndəsi Vəkil2 məxsus şəxsi elektron kabinetə yerləşdirildiyi tarixdən, həmin qərardad ona rəsmi qaydada verilmiş hesab edilir.

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qərardaddan kassasiya şikayətinin müddət ötürülməklə verildiyini qeyd etməklə əsaslı olaraq şikayətin geri qaytarılması barədə qənaətə gəlmişdir.

47. İnsan Hüquqları üzrə A vropa Məhkəməsi “Ryabıx Rusiyaya qarşı” və “Kot Rusiyaya qarşı” işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Yenidən araşdırma gizli şikayəti təşkil etməməli və məsələyə iki baxışın mövcudluğunun sadəcə olaraq mümkünlüyü yenidən baxılma üçün əsas deyildir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər.

48. Həmçinin Avropa Məhkəməsi “Akif Həsənov Azərbaycana qarşı” qərarında göstərmişdir ki, “Hətta Bakı Apellyasiya Məhkəməsi onu məhkəməyə çağırmamış olsa və onun məhkəmə baxışında iştirakını təmin etməmiş olsa belə (həmçinin qərarın surətini ərizəçiyə verməmiş olsa da), bu faktlar ərizəçinin özünün müvafiq orqanlardan öz şikayətinin nəticəsi barədə məlumat almaq üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir.” 49. “X4 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onlar ın mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

50. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadından 10 gün müddət ərzində kassasiya şikayətinin verilməməsi və prosessu al müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə, qətnamə və qərardad qanuni qüvvəyə minir, qətnamə icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur.

51. Buraxılmış müddətin bərpası haqqında ərizə verilərkən onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları göstərilməlidir. Həmin müddətdə müvafiq prosessual hərəkətləri yerinə yetirməsinə maneçilik yaradan istənilən həyati hal üzürlü səbəb hesab edilə bilər. Bu zaman konkret haldan çıxış etmək zəruridir. (məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, müddətli xidməti ezamiyyət və s.). İddiaçı1 nümayəndəsi və vəkili Vəkil2 isə qərardadın ona məxsus şəxsi elektron kabinetə xx.xx.2024-cü il tarixdə yerləşdirilməsinə və bununla da ona rəsmi qaydada verilməsinə baxmayaraq, rəsmi qaydada təqdim edilməsindən 1 ay 4 gün müddət keçdikdən sonra 10 may 2024-cü il tarixdə qərardaddan kassasiya şikayətini elektron sistemə yükləmiş, bu halda buraxılmış müddətin bərpası haqqında ərizə verməyə belə lüzum görməmişdir.

52. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin qaytarılmalı olmasından ibarət apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz.

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı maddi və prossesual hüquq normalarının pozulmasına yol verilmədiyindən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

54. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1222/2024 nömrəli, 30 may 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar