Məhkəmə qərarları › İş №2(102)-363/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-363/2025

25.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-363/2025 25.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Şəki Regional "ASAN xidmət” mərkəzində Notariat Ofisinə qarşı (X44 qızı və X15 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edildikləri) iş üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik hüququ, mirasda payların müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X3 ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)- 1001/2024 nömrəli, 24 sentyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh4 tərəfindən veri lmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. İddiaçı anası X39 qızı 2 avqust 2010-cu il tarixdə vəfat etmişdir;

3. Hacı-X17 Şəki şəhəri, Şəhriyar küçəsində yerləşən 64 saylı ev tam, Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 43 saylı mağazası və Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən qeyri-yaşayış binası üzərindəki hüquqlarının ½ hissəsi miras qalmışdır;

4. X39 qızı tərəfindən İddiaçı xx.xx.2000-ci il tarixli, 2V-31 reyestr nömrəli vəsiyyətnamə verilmiş, vəsiyyətnamə ləğv edilməmişdir və qüvvədədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı m əhkəməyə müraciət edərək cavabdeh Şəki Regional "Asan Xidmət” Mərkəzinin Notariat ofisinin Hacı-X17 miras qalmış ünvan 2nun xx.xx.2012-ci il tarixli 2v2/1456 saylı və ünvan 2nun xx.xx.2012-ci il tarixli 2v-1/159 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, onun mərhum anası HacıX17 miras qalmış Şəki şəhəri, Şəhriyar küçəs 64 saylı evin, Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən 43 saylı mağazanın, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən qeyri-yaşayış binasına vəsiyyətnamə üzrə vərəsəlik hüquqlarının tanınması, Hacı-X17 miras qalmış əmlakların ünvan 1 evin ona 10/12 hissədə, cavabdehlər Cavabdeh2 1/12 hissədə, Cavabdeh3 1/12 hissədə miras payın müəyyən edilməsi, Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən 43 saylı mağazaya münasibətdə ona ½ hi ssəsinin, Cavabdeh4 1/2 hissəsinin miras payın müəyyən edilməsi, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən qeyri-yaşayış binasına tam pay üzrə vərəsəlik hüququnun müəyyən edilməsi və payların dövlət reyestrində qeydiyyata alınmasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki şəhər Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, xx.xx.2010-ci il tarixdə vəfat etmiş anası Hacı-X17 Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 43 saylı mağaza, Şəki şəhəri M.Ə.Rəsulzadə prospektində qeyri-yaşayış binası, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi miras qalmışdır. ünvan 2nun xx.xx.2012-ci il tarixli 2v-2/1456 saylı qanun üzrə vərəsəlik hüq uqu haqqında şəhadətnaməyə əsasən Şəki şəhəri Ərazi İdarəsinin xx.xx.2012 tarixli 1322 nömrəi arayışına və çıxarışına əsasən 0,06 ha torpaq sahəsində yerləşən 474,7 kv.m. ümumi sahəsi, 157,7 kv.m yaşayış sahəsi, 317 kv.m. yardımçı sahəsi, 8 yaşayış otağından ibarət ünvan 1 evdən Cavabdeh2 1/5 hissədə, Cavabdeh3 4/5 hissədə bərabər irs almışdırlar. Anasından miras qalmış Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 43 saylı mağaza ünvan 2nun xx.xx.2012-ci il tarixli 2v-1/159 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən Cavabdeh4 adına rəsmiləşdirilmişdir. HacıX17 miras qalmış Şəki şəhəri M.Ə.Rəsulzadə prospektində qeyri-yaşayış binası xx.xx.2001-ci il tarixdə qeydiyyata alınmışdır və hazırda adınadır. Anası xx.xx.2000-ci il tarixli 2v-/31 reyestr nömrəli vəsiyyətnamə i lə ölən gününə qalmış özünə məxsus əmlakı, onun harada nədən ibarət olmasından asılı olmayaraq o, cümlədən Şəki şəhəri, Şəhriyar küçəsi ev 64 nömrəli evini ona vəsiyyət etmişdir. Buna baxmayaraq onun ailə üzvləri xx.xx.2012-ci il tarixdə açılmış vərəsəlik işində ünvan 2na təhrif olunmuş məlumatlar verərək xx.xx.2010-cu il tarixdə vəfat etmiş anasının vərəsələri kimi Cavabdeh4, X18, Hacı-X35, Cavabdeh3 göstərmişlər. Onun adını notariat kontoruna verməmişlər və onun vərəsə olmağını vərəsəlik dairəsindən gizlətmişlər. ünvan 2 cavabdehlərə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verdikdə vəsiyyətnaməni nəzərə almamış və miras paylarını düzgün müəyyən etməmişdir. Həmin hal Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 43 saylı mağazanın ünvan 2nun xx.xx.2012-ci il tarixli 2v-1/l59 sa ylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən Cavabdeh4 adına rəsmiləşdirdikdə də baş vermişdir. O 2023-cü ilin avqust ayında bilmişdir ki, anası ona vəsiyyətnamə vermişdir. Bundan sonra aidiyyatı üzrə sorğular vermiş və ona Şəki Regional "Asan Xidmət” Mərkəzinin Notariat ofisindən anası Hacı-X23 xx.xx.2000-ci il tarixli 2v-/31 reyestr nömrəli vəsiyyətnamənin ləğv olunmadığını və qüvvədə olduğu bildirilmişdir. Bundan sonra o, Şəki Regional "ASAN Xidmət” Mərkəzində Notariat ofisinə müraciət edərək mərhum anasının həm vəsiyyətnamə həm də qanun üzrə vərəsə kimi qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli 3821 nömrəli cavab məktubu ilə vərəsə şəhadətnaməsi verilərkən vərəsə olaraq onun nəzərə alınmadığını və bu səbəbdən hazırda ona şəhadətnamənin v erilməsinin mümkün olmadığını bildirərək, 2012-ci il tarixdə verilmiş şəhadətnamənin ləğv olunması və anasının vərəsəsi kimi tanınmağı üçün məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. ünvan 2nun xx.xx.2012ci il tarixli 2v-2/1456 saylı notariat işində vərəsələr Cavabdeh4, X28, X44 qızı miras qalmış mübahisəli evdən onlara düşən payı qəbul etməmişdirlər. Bununla belə həmin 3 pay Cavabdeh3 xeyrinə verilmişdir. Cavabdehlər nəinki onun yeri barədə məlumat verməmiş, ümumiyyətlə özlərini tam paylı vərəsə kimi elan edərək miras paylarını mənimsəmişlər.

7. Cavabdeh4 iddiaya etiraz edərək, etirazını onunla əsaslandırmışdır ki, iddiaçı qeyd edir ki, X32 qızı 2 iyun 2000-ci il tarixdə 2v-/31 reyestr nömrəli vəsiyyətnaməyə əsasən Hacı-X30 məxsus əmlakı, o cümlədən Şəki şəhəri, Şəhriyar küçəsi, 64 sa ylı evi ona vəsiyyət etmişdir. X39 qızı, X40 oğlu və onun arasında 22 avqust 2000-ci il tarixli üç tərəfli "Bəxşiş etmə” müqaviləsi bağlanmışdır. Həmin müqavilənin məzmununa əsasən mübahisəli evdə yaşayan X39 qızı, X40 oğlu və Cavabdeh4 öz aralarında ev bəxşiş etmə müqaviləsini tərtib etmişlər. Müqaviləyə əsasən Hacı-X12 İnvertar bürosunun 9 avqust 2000-ci il tarixli, 333 saylı arayış və qeydə alma vəsiqəsinə əsasən Şəki şəhəri, Şəhriyar küçəsindəki 764,92 kv.m. torpaq sahəsində yerləşən divarları çay daşı, üstü şifer, ümumi sahəsi 336,1 kv.m. əsas, yaşayış sahəsi 24295 kv. m. köməkçi sahəsi 123,5 kv. m, 10 otaqlı 64 saylı mülkün 2/3 hissəsini və X5 İnvertar Bürosunun 9 avqust 2000-ci il tarixli, 333 saylı arayış və qeydə alma vəsiqəsinə əsasən qeyd olunan ünvanda yerləşən 64 saylı, mənzil in 1/3 hissəsini həmin ünvanda yaşayan Cavabdeh4 bağışlamışlar. Cavabdeh4 göstərilən bəxşişi qəbul etmişdir. İddiaçının iddia etdiyi X39 qızı tərəfindən güya ona miras qalmış həmin evdən faktiki olaraq qüvvədə olan bəxşiş etmə müqaviləsinə əsasən onun xeyrinə imtina etmişdir. Belə olduğu halda mülki qanunvericiliyin tələblərinə əsasən iddiaçı həmin mirasa dair heç bir iddia edə bilməz. İddiaçı 23 il sonra miras payını qəbul etmək niyyətindədir. Qanunvericilik ümumi iddia müddətini 10 il müəyyən etdiyindən hazırkı iddia bununla da bir daha tam qanunsuz və əsassız olduğunu bir daha sübut edir. Bundan əlavə mirasın qəbulu ilə bağlı müddətinin üzürlü olaraq ötürülməsi üçün heç əsaslı dəlil və sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçı iddia etdiyi mübahisəli evdən faktiki istifadə etməmiş, h əmin evə faktiki sahiblik və istifadə hüququ belə yaranmamışdır. İddiaçının iddia ərizəsində göstərdiyi Şəki şəhəri, Rəsulzadə küçəsində 43 saylı mağaza və qeyri-yaşayış sahəsi ümumiyyətlə mövcud olmamışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmədən, 22 avqust 2000-ci il tarixli üç tərəfli "Bəxşiş etmə” müqaviləsinin nəzərə alınmasını və mülki məcəllənin 372-ci maddəsinə əsasən iddia müddətinin tətbiq olunaraq iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(075)-207/2024 nömrəli qətnaməsi ilə (hakim Elşən Vəliyev) iddianın qismən təmin edilməsi, ünvan 2nun xx.xx.2012-ci il tarixli, 2v-1/159 nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsi, Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən 43 s aylı mağazaya və Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən qeyri-yaşayış binasına münasibətdə ¼ hissədə İddiaçı, 1/4 hissədə Cavabdeh4, 1/4 hissədə Cavabdeh2 və 1/4 hissədə Cavabdeh3 paylarının müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı anası X39 qızı 2 avqust 2010-cu il tarixdə vəfat etmişdir. Ondan Şəki şəhəri, Şəhriyar küçəsində yerləşən 64 saylı ev, Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 43 saylı mağaza, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən qeyri-yaşayış binası miras qalmışdır.

10. Məhkəmə qeyd etmişdir ki, iddiaçı, Hacı-X23 notarial qaydada təsdiq edilmiş vəsiyyətnaməni əsas gətirərək, "vərəsəlik haqqında şəhadətnamələrin etibarsız hesab edilməsini, vərəslik hüququnu n tanınmasını, miras əmlaklardan vərəsələrin miras payının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Lakin iş materiallarında olan 22 avqust 2000-ci il tarixli "Bəxşiş etmə” müqaviləsindən görünür ki, iddiaçı Şəki şəhəri, Şəhriyar küçəsində yerləşən 64 saylı mənzildən ona düşən payı nə faktiki, nə də rəsmi olaraq qəbul etməmiş, eyni zamanada öz payına münasibətdə atası Cavabdeh4 bağışlamışdır. Cavabdeh4, Hacı- X49 və X15 Şəki şəhəri 1 saylı notariat kontoruna müraciət etdikləri ərizələrindən görünür ki, onlar Hacı-X23 vəfatından sonra miras qalmış Şəki şəhəri, Şəhriyar küçəsi, 64 saylı evdən onlara düşən payı qəbul etməmişlər. Cavabdehlər Cavabdeh3 və Hacı X6 şəhər 1 saylı Dövlət Notariat Kontoruna müraciət edərək, HacıX17 miras qalmış mübahisəli mənzili rəsmi olaraq qəbul etmişlər. Bu barədə cavabdehin Şəki şəhər 1 saylı Dövlət Notariat Kontoru tərəfindən onların adına 3 avqust 2012-ci, 2v2/1456 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

11. Məhkəmə həmçinin müəyyən etmişdir ki, X39 qızı 2 avqust 2010-cu il tarixdə ölmüşdür və onun öldüyü məqamda malik olduğu Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən qeyri-yaşayış binası onun miras əmlakı hesab olunur.

12. Məhkəmə hesab etmişdir ki, vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Şəki şəhəri, Şəhriyar küçəsi, ev 64 ünvanında yerləşən fərdi yaşayış evinə dair adına hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almışlar. Buna görə də İddiaçı iddiası ünvan 2nun 3 avqust 2012-ci il tarixli 2v-2/1456 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və Hacı-X17 miras qalmış ünvan 1 evin ona 10/12 hissədə, cavabdehlər Cavabdeh2 1/12 hissədə, Cavabdeh3 1/12 hissəsi miras payın müəyyən edilməsi hissəsində təmin edilməməlidir.

13. Məhkəmə qeyd etmişdir ki, bundan başqa, iddiaçı Cavabdeh4 özünü tək vərəsə kimi göstərərək Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən 43 saylı mağazaya münasibətdə mirası qəbul etdiyini əsas gətirərək, mirası qəbul etdiyindən məhkəməyə müraciət edərək, ünvan 2nun xx.xx.2012-ci il tarixli 2v-1/159 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsini, Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən 43 saylı mağazaya münasibətdə ona 1/2 hissəsinin, Cavabdeh4 1/2 hissəsinin miras payın müəyyən edilməsini xahiş etmişdir.

14. Məhəmə qeyd etmişdir ki, göründüyü kimi cavabdeh Hacı- X13 şəhəri, S.Rəhman küçəsində yerləşən 43 saylı mağazadan ibarət olan mirasın qəbul edilməsi üçün 7 may 2012-ci il tarixdə Şəki şəhər 1 saylı Dövlət Notariat Kontoruna ərizə ilə müraciət etmişdir. Cavabdeh4 ərizəsində digər vərəsələrin olması barədə məlumat verməmişdir. Lakin iş materiallarında, tərəflərin izahatlarından İddiaçı, Cavabdeh2, Cavabdeh3 və Hacı- X22 miras qoyan Hacı-X23 vərəsələri olması mübahisəsizdir. Notarius tərəfindən isə Cavabdeh4 başqa digər vərəsələrin mövcudluğu tam şəkildə araşdırılmamışdır.

15. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, mübahisələndirilən xx.xx.2012-ci il tarixli 2v-1/159 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qanunvericiliyin tələbləri pozulmaqla verildiyindən etibarsız hesab edilməli, həmin miras əmlakdan iddiaçının və c avabdehlərin payları müəyyən edilməlidir.

16. Məhkəmə hesab etmişdir ki, miras qoyan X39 qızı öldükdən sonra onun birinci növbə vərəsələri olan əri və uşaqları- İddiaçı, Cavabdeh2, Cavabdeh3, Hacı-X14-X17 miras qalmış Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən qeyri-yaşayış binasına münasibətdə bərabər paylarla, yəni hər biri həmin əmlaka münasibətdə 1/4 hissədə mirası qəbul etmiş sayılırlar.

17. Məhkəmə hesab etmişdir ki, miras əmlakda payın müəyyən edilməsinə dair hissədə iddia qismən təmin olunmalıdır.

18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1145, 1146, 1243.1, 1243.2, 1246, 1272-ci maddələrinə, Mülki Prosesual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X39 qızı tərəfindən X7 verilmiş xx.xx.2000-ci il tarixli, 2V-31 reyestr nömrəli vəsiyyətnamə ləğv edilməyib, qüvvədədir. Bu o deməkdir ki, iddiaçı anasının qanun üzrə və vəsiyyətnamə üzrə yəni hər iki əsasla vərəsəsidir.Onun anası tərəfindən X7 verilmiş xx.xx.2000-ci il tarixli, 2V-31 reyestr nömrəli vəsiyyətnamə ilə ölən gününə qalmış özünə məxsus əmlakı, onun harada nədən ibarət olmasından asılı olmayaraq o, cümlədən Şəki şəhəri Şəhriyar küçəsi ev 64 №-li evini oğluiddiaçı X7 vəsiyyət etmişdir. İddia ərizəsində qeyd olunan 3 əmlak ölən gününə xx.xx.2010-ci il tarix ə onun mülkiyyətində olmuşdur.Cavabdeh4, X44 qızı və X15 Şəki şəhəri 1 saylı notariat kontoruna müraciət etdikləri ərizələrindən görünür ki, onlar Hacı-X23 vəfatından sonra miras qalmış Şəki şəhəri, Şəhriyar küçəsi, 64 saylı evdən onlara düşən payı qəbul etməmişlər. Cavabdehlər Cavabdeh3 və Hacı-X6 şəhər 1 saylı Dövlət Notariat Kontoruna müraciət edərək, Hacı-X17 miras qalmış Şəki şəhəri, Şəhriyar küçəsi ünvanında yerləşən 64 saylı mənzildən rəsmi olaraq qəbul etmişlər. Bu barədə cavabdehin Şəki şəhər 1 saylı Dövlət Notariat Kontoru tərəfindən onların adına 3 avqust 2012-ci, 2v-2/1456 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.Əgər digər şəxsləri qanun üzrə vərəsə kimi qəbul edilmişdirsə, iddiaçının da həmin evdən qanun üzrə miras payı ayrılmalı idi. Lakin qüvvədə ol an vəsiyyətnamə mövcuddur, məhkəmə bu faktı qəbul etməsinə baxmayaraq, qərəzli qətnamə çıxarmışdır. İddiaçını vəsiyyətnamə üzrə vərəsə kimi qəbul etməyərək qanunvericiliyin tələblərini kobud şəkildə pozulmuşdur. O, iddia tələbində həmin mənzil üzrə cavabdehlərin mirası qeyriqanuni qəbul edilməsini mübahisələndirmiş və şəhadətnamənin etibarsız hesab edilməsini tələb etmişdir.Məhkəmə ona verilən vəsiyyətnaməni qüvvədə ola-ola onu görməzdən gəlib və hansısa bəxşiş müqaviləsini əsas gətirmişdir. Halbu ki, təqdim olunmuş sübutlardan görünür ki, xx.xx.1995-ci il tarixdə X4 1/3 hissəsi və Hacı-X30 2/3 pay müəyyən edilməklə 407/60 saylı qeydiyyat vəsiqəsi alınmışdır. xx.xx.2000-ci il tarixdə hər ikisi fərdi yaşayış evindən düşən payı Cavabdeh4 bağışlamışlar və onun adına 407/60 saylı qeydiyyat vəs iqəsi alınmışdır. Şəki 3 saylı DNK-nun xx.xx.2001-ci il tarixli, 3M-59 saylı bağışlama müqaviləsinə əsasən Cavabdeh4 həmin evi X8 yenidən bağışlamış və iddiaçının adına 407/60 saylı qeydiyyat vəsiqəsi alınmışdır. Şəki 3 saylı DNK-nın xx.xx.2002-ci il tarixli 4Ə122 saylı bağışlama müqaviləsinə əsasən ev yenidən Hacı-X30 bağışlanmış və onun adına 407/60 saylı qeydiyyat vəsiqəsi alınmışdır. (sonuncu bağışlama müqaviləsinə, iddiaçının adından, iddiaçının və ya iddiaçının ailə üzvülərinin xəbəri olmadan, razılıqları olmadan, evin sənədlərini götürüb, süni istifadə edərək, iddiaçi yox, Cavabdeh4 imza atmışdır.)Məhkəmə bəxşiş etmə müqaviləsinin və sonrakı bağışlama müqaviləsinin həqiqiliyini araşdırmamış halbuki, o, atasına heç bir etibarnamə verməmişdir.Qeydiyyat vəsiqəsi müammalı şəkildə vərəsə lik qəbulu ərəfəsində itdiyi üçün Hacı-X23 adına təkrar xx.xx.2012-ci il tarixli ********** qeydiyyat nömrəli, **********15-10301 reyestr nömrəli dövlət reyestrindən çıxarış qeydiyyata alınmışdır. Yəni həmin ev anasının ölən gününə qədər mülkiyyətində olub və vəsiyyətnamənin “ölən gününə qalmış özünə məxsus əmlakı, onun harada nədən ibarət olmasından asılı olmayaraq” iradə ifadəsinə uyğun olaraq iddiaçı X9 vəsiyyət etmişdir. Təqdim olunan sübuta əsasən vəsiyyətnamə qüvvədə olmasına və hakim bunu sübut qismində qəbul etməyinə baxmayaraq, onun vəsiyyətnamə üzrə vərəsə kimi hüquqlarını təmin etməmişdir. Məhkəməyə təqdim edilmiş sübutlardan açıq-aşkar olaraq görünürü ki, onun anasının bütün uşaqları vərəsə kimi təqdim olunmaqlarına baxmayaraq miras işinin açılması barədə ondan gizlədilmişdir.Vəsiyyətnamə 2000-ci ildə tərtib edilmişdir, lakin məcbur pay hüququ yalnız xx.xx.2002-ci il tarixdən sonra yaranmış vərəsəlik münasibətlərinə aid edilir. Buna görə də digər ailə üzvlərinin bu 3 əmlak üzərində məcburi pay hüququ mövcud deyil. Deməli onlar hamsı bilə-bilə məqsədli şəkildə mirasın qəbulu faktını ondan və notariusdan gizlətmişdilər. Vəsiyyətnamə qüvvədə ola-ola məhkəmə iclasların sayını artırmaqla müddətini uzatmışdır. Belə ki, cavabdeh heç bir əsası və aidiyyatı olmayan sənədləri poçt vasitəsilə göndərmiş və nəticədə hakim təşəbbüsü ilə məhkəmə iclaslarını təxirə salmışdır. Eyni zamanda onlar qüvvədə olan vəsiyyətnaməyə əsasən qeyd edilən əmlaklara vəsiyyətnamə və məcburi pay üzrə tərəflər arasında payların hansı qaydada bölüşdürülməsi barədə cavabdeh Şəki Regional “Asan Xi dmət” Mərkəzinin Notariat ofisinə sorğu verilməsi barədə vəsatət versələr də vəsatətləri təmin edilməmişdir. Belə olduğu halda həmin cavabdeh sadəcə formal olaraq iclaslarda iştirak etməməsi barədə məktub yazmaqla kifayətlənmişdir. Məhkəmə araşdırılmasında heç bir iştirakı olmamışdır və onun mövqeyi örgənilməmişdir. Həmçinin, Cavabdeh4 Məhkəmə-Hüquq Şurasına şikayət vermişdir. Şikayət məhkəməyə daxil olan vaxtda Cavabdeh4 müəmmalı şəkildə məhkəmədən şikayət vermədiyini bildirmişdir. Qətnamədən sonra isə ümumiyyətlə təşəkkür məktubu göndərmişdir. Məktubunda şikayət etdikdən sonra Şəki rayon məhkəməsinin hakiminin yəni Elşən Vəliyevin və sədrin onu qəbul etməsini bildirmişdir. Cavabdeh4 artıq hakimə əvvəlcədən süni vasitələrlə təsir göstərərək cavabdehə lazım olan qətnaməni qəbul etməyə məcb ur etmişdirMəhkəmə açıq aşkar olaraq tərəfi qəbul etməklə qərəzli mövqe tutmaqla bərabərlik prinsipini pozmuşdur.Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. İddia ərizəsində qeyd olunan 3 əmlak ölən gününə xx.xx.2010-ci il tarixə Hacı-X23 mülkiyyətində olmuşdur. Vəsiyyətnamə anasının iradəsini ifadə etməklə bir daha göstərir ki, ölüm anına o bütün əmlaklarını ona vəsiyyət edir. Bütün o, əmlakları o, özü almışdır və anasının adına keçirtmişdir və anasının da ona vəsiyyətmə verməsi həmin hallardan qaynaqlanır. Eyni zamanda Cavabdeh4 bildirmişdir ki, güya onun o evə aidiyyəti yoxdur. 2022-ci ildə o, atasına 1000 manat, bacısına isə 500 manat dostu ilə göndərmiş, pulun 1000 manatını Cavabdeh4 nümayəndəsi olan Qarayev Fərahim tərəfindən ona ç atdırılmasını, verilməsini tələb etmiş və 1000 manatı Qarayev Fərahim vasitəsi ilə ona çatdığını telefonla təsdiq etmişdi. 500 manat məbləğidə avqust ayında Cavabdeh2 verilmişdi. Beləliklə evin istismari və kommunal xidmətlərin xərclərini ödəmə məqsədi üçün ondan mütamadi tələb edilmişdi və təbii ki o, onlardan heç zaman ödənişlər haqqında izahat tələb etməmişdir.

21. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 sentyabr 2024-cü il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(075)-207/2024 nömrəli qətnaməsi iddianın rədd olunmuş “payların dövlət reyestrində qeydiyyata alınmasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki şəhər Ərazi İdarəsinə həvalə edilməs i” hissəsində ləğv edilmiş, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Şəki Regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə qarşı iddia tələbinin “payların dövlət reyestrində qeydiyyata alınmasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki şəhər Ərazi İdarəsinə həvalə edilməsi” hissəsində mülki iş üzrə icraata xitam verilmişdir.

22. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1001/2024 nömrəli, 24 sentyabr 2024-cü il qətnaməsi ilə (hakimlər Elçin Mehdiyev - sədrlik edən və məruzəçi, Ələddin Məcidov və Mahir Əsədli) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, vəsiyyatnamə üzrə vərəsəlik hüquqlarının tanınması, miras paylarının müəyyən edilməsi, tam pay üzrə vərəsəlik hüququnun müəyyən edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi” hissələrində ləğv edilmiş, həmin hissələr üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçının cavabdehlərə qarşı “vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, vərəslik hüququnun tanınması, miras əmlakdan vərəsələrin miras payının müəyyən edilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, Hacı-X17 miras qalmış əmlaka dair ünvan 2nun xx.xx.2012-ci il tarixli 2v-2/1456 nömrəli və ünvan 2nun xx.xx.2012-ci il tarixli 2v-1/159 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri etibarsız hesab edilmiş, Hacı-X17 miras qalmış ünvan 1 evdən İddiaçı 14/24 hissədə, cavabdehlər Cavabdeh2, Cavabdeh3, HacıX41 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sür məyən üçüncü şəxslər X24 və X16 hər birinin 2/24 hissədə, Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən 43 saylı mağazaya münasibətdə İddiaçı 7/24 hissədə, cavabdehlərdən Cavabdeh4 13/24 hissədə, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X24 və X16 hər birinin 1/24 hissədə, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən qeyri-yaşayış binasına münasibətdə İddiaçı 7/24 hissədə, cavabdehlərdən Cavabdeh4 13/24 hissədə, cavabdehlər Cavabdeh2, HacıX48 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X24 və X16 hər birinin 1/24 hissədə payları müəyyən edilmiş, iddianın qalan hissəsi təmin edilməmişdir.

23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın “qanun üzrə vərəsəlik hüququ haqqında şəh adətnamələrin etibarsız hesab edilməsi, vəsiyyatnamə üzrə vərəsəlik hüquqlarının tanınması, miras paylarının müəyyən edilməsi, tam pay üzrə vərəsəlik hüququnun müəyyən edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi” hissələrində apardığı hüquqi əsaslandırma, gəldiyi nəticə ilə tam razılaşmamış və mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən həmin hissələrdə tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmiş, nəticədə tam düzgün və əsaslı qətnamə çıxarılmamışdır.

24. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, mərhum Hacı-X17 Şəki şəhəri, Şəhriyar küçəsində yerləşən 64 saylı ev, Şəki şəhəri, M.Ə.Rəsulzadə k üçəsində yerləşən 43 saylı mağaza, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən qeyri-yaşayış binası miras qalmışdır. Miras qalmış əmlakların əldə edilməsi, mərhum X39 qızı ilə Cavabdeh4 birgə nikahları dövrünə təsadüf etsə də, həmin əmlaklardan yalnız Şəki şəhəri, Şəhriyar küçəsində yerləşən 64 saylı ev Hacı-X23 adına bağışlama qaydasında özgəninkiləşdirilmişdir. X39 qızı 6 iyun 2000-ci il tarixli vəsiyyətnamə ilə ölən gününə qalmış özünə məxsus əmlakı, onun harada nədən ibarət olmasından asılı olmayaraq, o cümlədən Şəki şəhəri, 31-ci rayon, Şəhriyar küçəsi, 64 nömrəli evini oğlu Hacı-X1 verilməsini vəsiyyət etmişdir. Hacı-X23 vəfatından sonra Şəki şəhər 1 saylı dövlət notariat kontoru tərəfindən Cavabdeh4 ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binasından (43 saylı mağaza) irs almal ı olmasına dair 7 may 2012-ci il tarixli, 2v-1/159 reyestr nömrəli, həmçinin Cavabdeh2 və Cavabdeh3 Şəki şəhəri, Şəhriyar küçəsi, 64 saylı evdən irs almalı olmalarına dair 3 avqust 2012-ci, 2v-2/1456 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələr verilmişdir. Lakin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilərkən miras qoyanın vərəsəsi olan iddiaçı cəlb edilməmişdir. Mirasqoyan tərəfindən iddiaçıya qanun üzrə vərəsəlik zamanı ala biləcəyi payın yarısından daha çox əmlak vəsiyyət edilmişdir.

25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən öz mövqeyini Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən 43 saylı mağazadan ibarət olan mirasın qəbul edilməsi üçün 7 may 2012-ci il tarixdə Şəki şəhər 1 saylı Dövlət Not ariat Kontoruna ərizə ilə müraciət etmiş Cavabdeh4 ərizəsində digər vərəsələrin olması barədə məlumat verilməməsi, iş materiallarında, tərəflərin izahatlarından İddiaçı, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 miras qoyan Hacı-X23 vərəsələri olmasının mübahisəsiz olması, Notarius tərəfindən Cavabdeh4 başqa digər vərəsələrin mövcudluğunun tam şəkildə araşdırılmaması ilə izah etsə də, mirasın kütləsinə daxil olan Şəki şəhəri, Şəhriyar küçəsi ünvanında yerləşən 64 saylı fərdi yaşayış evinə münasibətdə isə tam fərqli bir mövqe nümayiş etdirərək, iş materiallarında olan 22 avqust 2000-ci il tarixli "Bəxşiş etmə” müqaviləsindən iddiaçının həmin mənzildən ona düşən payı nə faktiki, nə də rəsmi olaraq qəbul etməməsi, eyni zamanada öz payına münasibətdə atası Cavabdeh4 bağışlamasının görünməsi, vərəsəl ik hüququ haqqında şəhadətnamə əsasında Şəki şəhəri, Şəhriyar küçəsi, ev 64 ünvanında yerləşən fərdi yaşayış evinə dair adına hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın alınması, Cavabdeh4, Hacı- X31 və X15 Şəki şəhəri 1 saylı notariat kontoruna müraciət etdikləri ərizələrindən onların Hacı-X23 vəfatından sonra miras qalmış evdən onlara düşən payı qəbul etmədiklərinin görünməsi, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 isə, Şəki şəhər 1 saylı Dövlət Notariat Kontoruna müraciət edərək, Hacı-X17 miras qalmış mənzili rəsmi olaraq qəbul etmələri ilə əsaslandırmışdır.

26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin əsaslandırılması və buna dair gəldiyi nəticə ilə tam razılaşmamış, əksinə iddiaçının apellyasiya şikayətinin əsas dəlillərindən olan iddiaçıya da həmin evdən qanun üzrə miras payı ayrılmalı olması, miras işinin açılmasının ondan gizlədilməsinə dair dəlilləri ilə razılaşaraq qeyd etmişdir ki, notariat ofisi cavabdehlərin adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən mirasqoyanın birinci növbəli vərəsələrindən olan iddiaçını da nəzərə almalı idi.

27. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının mirasda payların müəyyən edilməsi üzrə notariat əməliyyatlarına cəlb edilməməsi işin mübahisəsiz halı olmasına baxmayaraq, işə baxan birinci instansiya məhkəməsi bu pozuntunu qəbul etdiyi halda, fərdi yaşayış evinə münasibətdə verilmiş 3 avqust 2012-ci il tarixli, 2v-2/1456 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilməsində iddianın hansı səbəbdən rədd edilməli o lması əsaslandırılmamışdır.

28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, vərəsəlik hüququ əsas əmlak hüququ olaraq mülkiyyətin müvəqqəti deyil, davamlı olmasını və bu nöqteyi-nəzərdən miras qoyanın maraqları baxımından əmlakının özündən sonra vərəsələrinə keçməsini, qanun və ya vəsiyyət üzrə vərəsələr üçün isə vərəsəlik yolu ilə miras qoyanın miras əmlakını əldə edə bilmək imkanını ifadə edir. Bu iki element bir-birini tamamladıqda və yalnız birlikdə vərəsəlik konstitusion hüququn tərkib əlamətlərini yaradar.

29. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, mərhumun birinci növbə vərəsələrindən heç biri qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməmişlər.

30. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi 3 avqust 2012ci il tarixli, 2v-2/1456 reyes tr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsızlığına dair iddianı təmin etməməklə yanlış mövqedən çıxış etmişdir.

31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçının vəsiyyətnamə üzrə vərəsəlik hüquqlarının müəyyən edilməsinə dair iddiasının rədd edilməli olması barədə gəldiyi nəticə ilə razılaşmayaraq, apellyasiya şikayətinin isə iddiaçının anası X39 qızı tərəfindən X7 verilmiş xx.xx.2000-ci il tarixli, 2V-31 reyestr nömrəli vəsiyyətnamə ilə ölən gününə qalmış özünə məxsus əmlakı, onun harada nədən ibarət olmasından asılı olmayaraq o, cümlədən Şəki şəhəri Şəhriyar küçəsi ev 64 №-li evini oğlu-iddiaçı X7 vəsiyyət etməsi, həmin vəsiyyətnamənin ləğv edilməməsi, qüvvədə olması, iddiaçının anasının qanun üzrə və vəsiyyətnamə üzrə yəni hər iki əsasla v ərəsəsi olması, birinci instansiya məhkəməsinin iddiaçını vəsiyyətnamə üzrə vərəsə kimi qəbul etməyərək qanunvericiliyin tələblərini pozmasına dair dəlilləri ilə isə razılaşaraq qeyd etmişdir ki, işdə olan X39 qızı tərəfindən verilmiş, notarial qaydada təsdiq edilmiş 6 iyun 2000-ci il tarixli vəsiyyətnamədən görünür ki, o, ölən gününə qalmış özünə məxsus əmlakı, onun harada nədən ibarət olmasından asılı olmayaraq, o cümlədən Şəki şəhəri, 31-ci rayon, Şəhriyar küçəsi, 64 nömrəli evini oğlu Hacı-X1 verilməsinin vəsiyyət etmişdir.Sözügedən vəsiyyətnamə ləğv edilməmiş və qüvvədədir.

32. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlili ilə razılaşaraq qeyd etmişdir ki, birinci in stansiya məhkəməsi vəsiyyatnamə üzrə vərəsəlik hüquqlarının müəyyən edilməsinə dair iddia tələbini rədd etsə də, hansı səbəbdən həmin nəticəyə gəlinməsi aydınlaşdırılmamışdır.

33. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi xx.xx.2012-ci il tarixli, 2v-1/159 nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsi, mirasda vərəsələrin paylarının müəyyən edilməli olmasında doğru mövqedən çıxış etsə də, mirasqoyan tərəfindən iddiaçıya bütün mirasa dair vəsiyyətnamənin qoyulmasını diqqətə almamaqla, 3 avqust 2012-ci il tarixli, 2v-2/1456 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsızlığına dair hissədə iddia tələbi təmin edilməməklə, həmçinin vəsiyyətnamə də diqqətə alınmaqla vərəsələrin paylarının qanunvericilik lə müəyyən edilmiş qaydada müəyyən edilməsi təmin edilməməklə maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilən nəticələr işin hallarına uyğun olmamışdır.

34. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinin pozulması ilə verilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsızlığı, vəsiyyətnamə üzrə vərəsəlik hüquqlarının müəyyən edilməsi, mirasda payın müəyyən edilməli olması ilə razılaşsa da, hesab etmişdir ki, miras əmlakda paylar vərəsələrin hər birinin qanunla almalı olduqları həddə uyğun müəyyən edilməlidir.

35. Məhkəmə kollegiyasının qənaətinə görə, mirasın kütləsinə 3 əmlak daxil olmasına, onlardan yalnız ünv an 4 ünvanında yerləşən fərdi yaşayış evi mirasqoyan tərəfindən əvəzsiz əqd üzrə əldə edilməsinə baxmayaraq, digər əmlaklar, yəni Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən 43 saylı mağaza və Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən qeyri-yaşayış binası mirasqoyanla Cavabdeh4 birgə nikah münasibətlərində olduqları dövdə əldə edilməklə Cavabdeh4 da Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən 43 saylı mağaza və Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən qeyri-yaşayış binasına X39 qızı ilə yanaşı mülkiyyət payı yaranmışdır.

36. Məhkəmə kollegiyası Hacı-X23 adına qeydiyyata alınmış Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən 43 saylı mağaza və Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən qeyri-yaşayış binasında Cavabdeh4 da birgə nikahları dövründə əldə edilmiş əmlak kimi ½ hissə mül kiyyət payının olmasını qəbul etmişdir.

37. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən 43 saylı mağaza və Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən qeyri-yaşayış binası X39 qızı ilə Cavabdeh4 birgə nikahları dövründə əldə edilmiş əmlak olduğundan X39 qızı vəsiyyətnamənin məzmununa Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən 43 saylı mağaza və Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən qeyri-yaşayış binasının 1/2 hissəsini daxil etməkdə haqlı olmamışdır.

38. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mirasqoyan X39 qızı 2 avqust 2010-cu il tarixdə vəfat etməsinə baxmayaraq, hazırkı mübahisə üzrə mülki iş 2023-cü ilin oktyabr ayından Şəki Rayon Məhkəməsinin icraatında olduğundan mübahisənin həllində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenu munun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarına istinad olunmalıdır.

39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Cavabdeh4, X44 qızı və X15 Şəki şəhəri 1 saylı notariat kontoruna müraciət etdikləri ərizələrindən onların Hacı-X23 vəfatından sonra miras qalmış Şəki şəhəri, Şəhriyar küçəsi, 64 saylı evdən onlara düşən payı qəbul etməmələrinin görünməsinə dair dəlilini əsaslı hesab etməyərək qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susm anın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir.

40. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı halda mirasqoyanın vərəsələri tərəfindən vərəsəliyə çağırıldıqlarını bildikləri gündən qanunvericilikdə müəyyən edilmiş müddət ərzində mirasdan imtina etmələri halı müəyyən edilmədiyindən onların payları qanunvericilikdə müəyyən edilmiş qaydada müəyyən edilməlidir.

41. Məhkəmə kollegiyası hesab etmişdir ki, prossesual qənaət prinsipindən çıxış edərək, həmçinin vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həllinin məhkəmənin səlahiyyətində olması barədə Konst itusiya Məhkəməsi Plenumunun qərarındakı hüquqi mövqe nəzərə alınmaqla vərəsələrin vərəsəlik payları müəyyənləşdirilməlidir.

42. Mirasqoyana məxsus mirasın kütləsinə daxil olan əmlakların Şəki şəhəri, Şəhriyar küçəsində yerləşən 64 nömrəli evdən, Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən 43 saylı mağazanın və Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən qeyri-yaşayış binasının isə ½ hissəsindən ibarət olması müəyyən edilmişdir.

43. Məhkəmə kollegiyası qeyd etmişdir ki, miras qoyan X39 qızı tərəfindən xx.xx.2000ci il tarixli, 2V-31 reyestr nömrəli vəsiyyətnamə ilə Şəki şəhəri, Şəhriyar küçəsində yerləşən 64 nömrəli evinin, Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən 43 saylı mağazadan və Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən qeyri-yaşayış binasından isə özünə məxsus ½ hissəsinin iddiaçıya vəsiyyət edilməsində qanunvericiliyin tələblərinin pozulmadığı, həmçinin vərəsələrin mirasda məcburi paylarının olması nəzərə alınmalıdır.

44. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işdə olan sənədlər diqqətə alınmaqla mirasın açıldığı, yəni Hacı-X23 vəfat etdiyi 2 avqust 2010-cu il tarixə onun birinci növbə vərəsələri əri Cavabdeh4, övladları İddiaçı, Cavabdeh2, Cavabdeh3, X24 və X10, yəni 6 vərəsədən ibarət olmuşlar.

45. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, Hacı-X17 miras qalmış mübahisəli evdən iddiaçının vəsiyyətnamə və birinci növbə vərəsələrin mirasda məcburi pay hüquqlarının olması nəzərə alınmaqla cəmi 14/24 hissədə, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X24 və X16 hər birinin 2/ 24 hissədə miras payları müəyyən edilməlidir.

46. Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən 43 saylı mağazaya və Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən qeyriyaşayış binasına münasibətdə isə həmin əmlaklardan ayrılıqda ½ hissələrinin mirasın kütləsinə daxil olmaqla digər ½ hisələrinin cavabdehlərdən Cavabdeh4 mülkiyyət payını təşkil etməsi, həmin əmlakların ½ hissəsində İddiaçı vəsiyyətnamə üzrə və birinci növbə vərəsələrin mirasda məcburi pay hüquqlarının olması nəzərə alınmaqla Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən 43 saylı mağazanın və Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən qeyri-yaşayış binasının hər birindən İddiaçı ümumilikdə 7/24 hissədə, cavabdehlərdən Cavabdeh4 ümumilikdə 13/24 hissədə, cavabdehlər Cavabdeh2, Cava bdeh3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X24 və X16 hər birinin ümumilikdə 1/24 hissədə payları müəyyən edilməlidir.

47. Miras payları şərh edilən tərzdə müəyyən edilməli olduğundan məhkəmə kollegiyası hesab etmişdir ki, ünvan 2nun xx.xx.2012-ci il tarixli 2v-2/1456 nömrəli və ünvan 2nun xx.xx.2012-ci il tarixli 2v-1/159 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri verilərkən qanunvericiliyin tələbləri pozulmuşdur.

48. Bundan başqa, məhkəmə kollegiyası apellyasiya şikayətinin vəsiyyətnamənin 2000ci ildə tərtib edilməsi, lakin məcburi pay hüququnun yalnız xx.xx.2002-ci il tarixdən sonra yaranmış vərəsəlik münasibətlərinə aid edilməsi, buna görə də digər ailə üzvlərinin bu 3 əmlak üzərində məcburi pay hüququnun mövcud olmamasına dair d əlili ilə razılaşmayaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

49. Məhkəmə kollegiyası apellyasiya şikayətinin sonuncu bağışlama müqaviləsinə, iddiaçının adından, iddiaçının və ya iddiaçının ailə üzvlərinin xəbəri olmadan, razılıqları olmadan, evin sənədlərini götürüb, süni istifadə edərək, iddiaçi yox, Cavabdeh4 imza atması, məhkəmənin bəxşiş etmə müqaviləsinin və sonrakı bağışlama müqaviləsinin həqiqiliyini araşdırmaması, onun atasına heç bir etibarnamə verməməsinə dair dəlillərinə münasibətdə isə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İddiaçı tərəfindən bağışlama müqaviləsinin mübahisələndirilməməsi nəzərə alınaraq işə baxan birinci instansiya məhkəməsinin bağışlama müqaviləsinin həqiqiliyini araşdırmaq, bağlamada təmsilçilik üçün verilmiş etibarnamədəki imzanın həqiqiliyini yoxlamaq kimi bir vəzifəsi olmamışdır.

50. Məhkəmə kollegiyası həmçinin apellyasiya şikayətinin məhkəmə açıq aşkar olaraq tərəfi qəbul etməklə qərəzli mövqe tutmaqla bərabərlik prinsipini pozması, Şəki rayon məhkəməsinin hakiminin və sədrin onu qəbul etməsi, Cavabdeh4 hakimə əvvəlcədən süni vasitələrlə təsir göstərməsi, cavabdehə lazım olan qətnaməni qəbul etməyə məcbur etməsinə dair dəlillərinə münasibətdə qeyd etmişdir ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Q anununun 23-cü maddəsinin tələbinə görə şəxslərin qəbulu, təklif, ərizə və şikayətlərə baxılması sahəsində məhkəmənin işini təşkil edilməsi rayon (şəhər) məhkəməsinin sədrinin səlahiyyətlərindəndir. Lakin iş materiallarından işə baxan hakim tərəfindən cavabdehin qəbul edilməsi, qərəzli mövqe tutması, bərabərlik prinsipini pozması, cavabdehin hakimə əvvəlcədən süni vasitələrlə təsir göstərməsi, cavabdehə lazım olan qətnaməni qəbul etməyə məcbur etməsi halları müəyyən edilməmişdir.

51. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1, 3, 7-ci hissələrinə, Mülki Məcəllənin 1133.1, 1145, 1151.1, 1159.1, 1159.1.1, 1193, 1243.1, 1256, 1321.3, 1322-ci maddələrinə, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunun 57, 58, 59-cu maddələrinə istinad edərək əsasl andırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

52. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

53. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəhriyar küçəsində yerləşən 64 saylı ev miras qoyanın ölümünədək məhz onun mülkiyyətində olmuş, Cavabdeh4 də məhz həmin evdə qeydiyyatda olmaqla yaşamışdır. İddiaçı isə həmin evdə qeydiyyatda olmamaqla, uzun müddətdir ki, orada yaşamamış, yəni miras əmlakı faktiki olaraq qəbul etməmişdir. Bu hal həm də iddiaçı, miras qoyan və Cavabdeh4 arasında bağlanmış “bəxşiş müqaviləsi” ilə də öz təsdiqini tapmışdır.

54. Belə ki, həmin müqaviləyə əsasən, iddiaçı sözüged ən evin özünə aid 1/3 hissəsindən Cavabdeh4 xeyrinə imtina etmişdir. Beləliklə, iddiaçı sözügedən miras əmlakı qəbul etmək üçün notariat ofisinə ərizə ilə müraciət etməmiş, bundan başqa, əmlaka faktiki sahiblik və ifadə etməni də həyata keçirməmişdir. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin tələblərinə istinad edərək həmin əmlakla bağlı iddiaçının vərəsə kimi pay hüququnu tanısa da, işin faktiki hallarını nəzərə almamışdır. İşin faktiki halları isə ondan ibarətdir ki, iddiaçı ümumiyyətlə miras əmlakla bağlı tələb sahiblik və idarə etməni həyata keçirmədiyindən, ona miras əmlakdan pay ayrılmamalı, əmlak qalan vərəsələr arasında bölüşdürülməli idi. Məhkəmə 64 saylı evin bağışlanma qaydasında, yəni əvəzsiz olaraq miras qoyanın mülkiyyətinə keçməsini rəhbər tutaraq, həmin əmlakda C avabdeh4 mülkiyyət hüquqlarının olmadığı qənaətinə gəlmişdir.Halbuki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Pulik Hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin 22 may 2023-cü il tarixli məktubundan görünür ki, 64 saylı ev xx.xx.1991-ci il tarixdə Şakir Həsənov, Nikolay Danielyan və Roza Danielyanın adına qeydə alınmış, 11 mart 1991-ci il tarixdə Roza və Nikolay Danielyan evin özlərinə aid hissəsini Hacı-Ağayeva Rəfiqəyə bağışlamışlar.16 sentyabr 1992-ci il tarixdə evin 1/3 hissəsinin mülkiyyətçisi Şakir Həsənov özünə düşən payı Ofeyla Həsənovaya bağışlamış, 05 sentyabr 1995-ci il tarixdə Ofelya Həsənova öz payını “ev dəyişmə müqaviləsi”nə əsasən, Əkbərova Gülsüm ilə dəyişmişdir. Göründüyü kimi, artıq evin əvəzsiz əldə olunması halı ortadan tam qalxmışdır. 11 sentyabr 1995-ci il tarixdə Gülsüm Əkbərovanın və Rəfiqə Hacı-Ağayevanın adına qeydiyyat vəsiqəsi alınmış və 2 gün sonra, 13 sentyabr tarixində Gülsüm öz payını iddiaçıya bağışlamışdır. Beləliklə, evin 1/3 hissəsinin sahibi X68, 2/3 hissəsinin sahibi isə Rəfiqə Hacı-Ağayeva olmuşdur. 22 avqust 2000-ci il tarixdə bağışlama müqaviləsinə əsasən, Rüstəm və Rəfiqə 64 saylı evlə bağlı öz paylarını Cavabdeh4 bağışlamışlar. Aralarındakı “bəxşiş müqaviləsi” də həmin tarixdə bağlanmışdır. 04 may 2001-ci il tarixdə bağışlama müqaviləsinə əsasən, ev Şirəli tərəfindən Rüstəmə bağışlanmışdır. 17 avqust 2002-ci il tarixdə Şirəli Rüstəmin ona vermiş olduğu etibarnamə əsasında evi Rəfiqəyə bağışlamış və ölən günədək onun mülkiyyətində olmuşdur. Göründüyü kimi 11 mart 1991-ci ildə evin 2/3 hissəsi faktik i alğı-satqı, rəsmi adı isə “bağışlama” olan müqavilə əsasında Rəfiqə Hacı-Ağayevanın mülkiyyətə verilmiş, qalan 1/3 hissə isə 13 sentyabr 1995-ci il tarixdə iddiaçının mülkiyyətinə, yenə eyni əsaslarla verilmişdir. Yalnız bu tarixlərdən sonra evin ailədaxili şəxslər arasında bağışlanma müqavilələri əsasında mülkiyyətçisi dəyişmişdir.Bu işin faktiki hallarıdır və bu hallar onu göstərir ki, evin ilk öncədən əldə edilməsi heç də əvəzsiz qaydada aparılmamış və özgəninkiləşdirmə əməliyyatları Rəfiqə ilə Şirəlinin birgə nikah dövründə baş verdiyindən, həmin əmlak birgə mülkiyyət hesab edilməli, Rəfiqənin həmin əmlakla bağlı ½ hissədə hüquqları və bundan irəli gələn miras hüquqları olmalı idi.Belə ki, iş materiallarından müəyyən olunur ki, vəsiyyətnamə 06 iyun 2000-ci il tarixdə tərtib edilmiş, həmin vəsiyyətnamədə Rəfiqə Hacı-Ağayeva xüsusi olaraq 64 saylı evi oğlu Rüstəmin sərəncamına verildiyini göstərmiş və bundan cəmi 1 ay sonra, daha dəqiq 22 avqust 2000ci il tarixdə həmin evlə bağlı öz payını əri Cavabdeh4 bağışlamışdır. Təkrarən bildirilir ki, Rüstəm də həmin tarixdə evin özünə aid payını Şirəliyə bağışlamışdır.Bununla da, Rüstəm və Rəfiqənin həmin evlə bağlı mülkiyyət hüquqlarına xitam verilmişdir.Beləliklə, artıq vəsiyyətnamənin bu hissəsi miras qoyanın mülkiyyətində olmayan əmlaka aid statusunu almış, vəsiyyətnamə bu hissədə öz qüvvəsini itirdikdən sonra xx.xx.2001-ci il tarixdə ev Şirəli tərəfindən Rüstəmə, daha sonra xx.xx.2002-ci il tarixdə Rüstəmdən Rəfiqəyə bağışlanmışdır. Bu tarixdən sonrakı dövrə aid isə heç bir vəsiyyətnamə verilməmişdir.Bununla da, apellyasiya məhkəməsinin həmin vəsiyyətnaməni əsas tutmaqla əmlakdan iddiaçının xeyrinə vəsiyyət üzrə pay müəyyənləşdirməyi əsassız olmuşdur.Apellyasiya instansiyası məhkəməsi birmənalı, birtərəfli mövqe nümayiş etdirərək, həmin evin Rəfiqənin tam mülkiyyəti olması qənaətinə gəlməklə Cavabdeh4 hüquqlarını pozan qətnamə qəbul etmişdir.

55. Kassator şikayətini Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 1-ci hissəsinə, Mülki Məcəllənin 1243.2, 1151.2, 1162, 1225.1 və 340.1-ci maddəsinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

56. İddiaçının vəkili Vəkil1 kassasiya şikayətinə qarşı etiraz göndərərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyas ı

57. Maddə 29 (hissə 1). Hər kəsin mülkiyyət hüququ vardır.

58. Maddə 29 (hissə 3). Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

59. Maddə 29 (hissə 7) Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

60. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

61. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

62. Maddə 1 134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

63. Maddə 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər.

64. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

65. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

66. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.

67. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

68. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

69. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

70. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməl i hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

71. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

72. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

73. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelly asiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

74. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə MPM-nin 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində göstərilən dəlillər və şikayətin həddi ilə bağlıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

75. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tə rəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

76. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, mirasqoyan X39 qızı 2 avqust 2010-cu il tarixdə vəfat etmişdir. İddiaçı onun vəsiyyət üzrə vərəsəsidir. Hacı-X2 Rustamin adına tərtib etdiyi xx.xx.2000-ci il tarixli, 2V-31 reyestr nömrəli vəsiyyətnamə göstərmişdir ki, ölən gününə qalmış özünə məxsus əmlakı, onun harada nədən ibarət olmasından asılı olmayaraq ona vəsiyyət edir.

77. Hacı-X23 ölümü ilə açılmış miras kütləsinə Şəki şəhəri, Şəhriyar küçəsində yerləşən 64 saylı ev tam, Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 43 saylı mağazası və Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən qeyri-yaşayış binası üzərindəki hüquqlarının ½ hissəsi daxil olmuşdur.

78. Kollegiya cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız hesab edir, ona görə ki, iddiaçı və mirasqoyan bağışlama müqaviləsi ilə ev üzərindəki hüquqlarını daha əvvəl Cavabdeh4 hədiyyə etsələr də, sonradan həmin əmlak əvəzsiz qaydada tam olaraq mirasqoyanın fərdi mülkiyyətinə keçmiş və miras açıldığı anda ona məxsus olmuş əmlak kimi evin də üzərində vərəsəlik açılmışdır. İddiaçının adına verilmiş vəsiyyətnamədə isə mirasqoyanın ölən gününə qalmış, özünə məxsus əmlakın harada və nədən iba rət olmasından asılı olmayaraq iddiaçıya vəsiyyət edildiyi açıq şəkildə göstərilmişdir. Belə olan halda, iddiaçının vəsiyyət üzrə vərəsəliyi evə də şamil olunmuşdur.

79. Apellyasiya məhkməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarına istinad edərək mirasdan imtina etmədiyi üçün onu qəbul etmiş sayılan iddiaçının və digər vərəsələrin miras əmlak üzərindəki vərəsəlik paylarını müəyyən etmişdir. Bu zaman iddiaçıya düşən paylar vəsiyyətnamə üzrə, digər vərəsələrə düşən paylar isə mirasda məcburi pay qaydalarına uyğun olaraq yuxarıda göstərilən şəkildə müəyyən edil mişdir.

80. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və Cavabdeh4 dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır.

81. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

82. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

83. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

84. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1001/2024 nömrəli, 24 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edild

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar