Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3475/2025 10.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Bakı şəhəri 45 saylı notariat ofisi, Cavabdeh1, Cavabdeh4, X7, Cavabdeh5, Cavabdeh3 və X16 qarşı mülki iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): vərəsələrin miras paylarının müəyyən edilməsi ilə bağlı mübahisələr Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Bakı şəhəri 45 saylı notariat ofisi, Cavabdeh1, Cavabdeh4, X7, Cavabdeh5, Cavabdeh3 və X16 qarşı “miras əmlaka bütünlüklə pay hüququnun tanınması” tələbinə dair Bakı Ap ellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)3165/2025 nömrəli, 2025-ci il 4 avqust tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə 10 dekabr 2025-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları
1. Bakı şəhəri, Sahil qəsəbəsi, Bakı prospekti, 10 saylı evin 1 saylı mənzilinə dair X8 mülkiyyət hüququ xx.xx.1992-ci il tarixdə 803 nömrə ilə dövlət reyestrində qeydiyyata alınmışdır.
2. X13 xx.xx.1993-cü il tarixə Bakı şəhərində 8 saylı dövlət notariat kontorunda təsdiq etdirdiyi vəsiyyətnamə ilə ünvan 1 ünvanda yaşayan qızı İddiaçı vəsiyyət etmişdir.
3. X13 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir.
4. İddiaçı, X19 və X9 (xx.xx.2022-ci il tarixdə vəfat etm işdir) X8 övladlarıdır.
5. X3 ailə üzvləri Cavabdeh3 (arvadı), Cavabdeh1, Cavabdeh4, Cavabdeh7, Cavabdeh5dır.
6. Cavabdeh2 xx.xx.2022-ci il tarixdə notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, xx.xx.2022-ci il tarixdə vəfat etmiş anası X4 qalmış mirası qəbul etdiyini, özündən başqa İddiaçı da vərəsə olduğunu bildirmişdir. 7. xx.xx.2022-ci il tarixdə notarial qaydada təsdiq edilmiş miras payın bağışlanması müqaviləsinə əsasən Cavabdeh2 xx.xx.2022-ci il tarixdə vəfat etmiş anası X4 qalmış miras payını bacısı İddiaçı mülkiyyətinə vermişdir.
8. Cavabdeh3 xx.xx.2023-cü il tarixdə notarial qaydada təsdiq olunmuş ərizə ilə müraciət edərək xx.xx.2022-ci il tarixdə vəfat etmiş qayınanası X4 qalmış miras əmlakın xx.xx.2022-ci il tarixdə vəfat etmiş əri X5 çatası məcburi payından imtina etmişdir.
9. Cavabdeh3 xx.xx.2023-də vəfat etmişdir.
10. Cavabdeh1 və Cavabdeh5 xx.xx.2023-cü il tarixdə notarial qaydada təsdiq olunmuş ərizələr ilə, xx.xx.2022-ci il tarixdə vəfat etmiş nənələri X4 qalmış miras əmlakdan xx.xx.2022-ci il tarixdə vəfat etmiş ataları X5 çatası məcburi paydan imtina etmişlər.
11. İddiaçi İddiaçı Bakı şəhəri 45 saylı notariat ofisinə müraciət edərək vəsiyyətnamə qoyulan zaman – xx.xx.1993-cü il qüvvədə olmuş qanunvericiliyə əsasən tək ona bütövlükdə əmlak barədə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir.
12. Bakı şəhəri 45 saylı notariat ofisinin xx.xx.2023- cü il tarixli 259 nömrəli cavab məktubunda Mülki Məcəllənin 1146, 1194-cu maddələrinə istinad olunmaqla ona bildirilmişdir ki, vəsiyyətnamə qoyanın 2022-ci ildə vəfat etdiyi nəzərə alınaraq ərizəsinə vəsiyyətnamə qoyulan zaman qüvvədə olmuş qanun deyil, vərəsəlik açılan vaxt qüvvədə olan qanun tətbiq olunmalıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı cavabdeh Bakı şəhəri 45 saylı notariat ofisinə qarşı (Cavabdeh1, Cavabdeh4, X7, Cavabdeh5, Cavabdeh3, X19 mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «vəsiyyət üzrə vərəsəlik hüquququn tanınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi 10 saylı evin 1 saylı mənzilindən ibarət daşınmaz əmlaka vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. İddiaçı sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsa sən ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi 10 saylı evin 1 saylı mənzili və həyətyanı torpaq sahəsinə qanun üzrə vərəsələrin məcburi pay hüquqları müəyyən edilmədən vəsiyyətnamə üzrə yalnız özünün vərəsəlik hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1993-cü ildə X2 Əminə Baloğlan qızına Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi 10 saylı evin 1 saylı mənzilini vəsiyyət etmişdir. 2022-ci ilin yanvar ayının 29-da X13 vəfat etmişdir. İddiaçı notariusa vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı ərizə ilə Bakı şəhəri 45 saylı notariat ofisinə müraciət etmişdir. Bakı şəhəri 45 saylı notariat ofisi xx.xx.202 3-cü il tarixli, 259 nömrəli məktubu ilə ona bildirmişdir ki, 1 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarına əsasən İddiaçı iki qardaşı məcburi pay hüququna malikdirlər.
16. İddiaçı hesab etmişdir ki, notariusun mövqeyi yanlışdır. Çünki notarius tətbiq olunmayan maddi hüquq normasına istinad etmişdir. Vəsiyyətnamə 1993-cü ildə verildiyindən, vəsiyyət edən o vaxt qüvvədə olmuş qanuna uyğun olaraq öz iradəsini ifadə etmişdir. Ona görə də, bu gün qüvvədə olan qanun həmin vəsiyyətnamənin icrasına mane ola bilməz. Belə ki, onun qardaşları 1993-cü ildə mövcud olan qanuna əsasən məcburi pay hüququna malik deyillər. Yeni qanunun tətbiqi halında onun vərəsəlik hüququ pozulur.
17. Məhkəmə tərəfindən iddia ərizəsində müstəqil iddia tələbi irəli s ürməyən şəxslər kimi göstərilən - Cavabdeh1, Cavabdeh4, Cavabdeh7, Cavabdeh5, Cavabdeh3, X19 cavabdeh kimi işə cəlb edilmişlər.
18. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(002)103/2025 nömrəli qətnaməsi ilə (hakim K.B.Əsədov) iddia tələbi qismən təmin edilmiş, İddiaçı Bakı şəhəri, Sahil qəsəbəsi, Bakı prospekti 10 saylı evin 1 saylı mənzili üzərində vəsiyyətnamə üzrə 12/14 hissədə pay hüququnun müəyyən edilməsi, cavabdehlər Cavabdeh4 və Cavabdeh7 hər birinin Bakı şəhəri, Sahil qəsəbəsi, Bakı prospekti 10 saylı evin 1 saylı mənzili üzərində 1/14 hissədə məcburi pay hüquqlarının müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
19. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, X13 2022-ci ilin yanvar ayının 29-da vəfat etdikdə onun adına vəsiyyətnamə qoyduğu şəxslə birlikdə 7 vərəsəsi (iddiaçı və cavabdehlər) qalmışdır. Cavabdehlərin məcburi payları 1/14 nisbətində olmuşdur.
20. Məhkəmədə müəyyən edilmişdir ki, 2022-ci il yanvar ayının 29-da vəfat etmiş X4 miras qalmış əmlaka İddiaçı vəsiyyət üzrə vərəsəlik hüququ və digər cavabdehlər Cavabdeh4 və Cavabdeh7 məcburi pay hüquqları vardır. Başqa vərəsələrin məcburi paylarını iddiaçıya bağışlaması və məcburi paylarından iddiaçının xeyrinə imtina etmələri nəticəsində iddiaçının miras əmlak üzərində payı 12/14, digər vərəsələr Cavabdeh4 və Cavabdeh7 hər birinin məcburi payı 1/14 hissə təşkil edir.
21. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan SSR Mülki Məcəlləsinin 537, 538ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146, 1193, 1194, 1196, 1202.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
22. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.
23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı iki qardaşı var idi. Qardaşı olan Cavabdeh2 İddiaçı xeyrinə vərəsəlikdən imtina etdikdə, 45 nömrəli notarius paydan imtina etdiyi üçün qanunla müəyyən olunmuş iki ayın keçməsilə əlaqədar üçüncü ayına təsadüf etdiyindən onun məcburi payından yox, məcburi payın qəbul edilmiş kimi rəsmiləşdirərək İddiaçı xeyirinə 45 nömrəli notariat ofisində payın bağışlaması kimi rəsmiləşdirmişdir. İddiaçı digər qardaşı olan X10 anaları İddiaçı üçün bütün əmlaklarını vəsi yyət etdiyinə görə qanunla müəyyən etdiyi üç ay və ən axır altı ay ərzində mirası qəbulu üçün qanunla müəyyən olunmuş müddətində notariat ofisinə müraciət etməmişdir. Hətta vərəsəliyi faktiki olaraq qəbul etmək niyyətində olmamışdır və Bakı şəhəri Kürdəxanı qəsəbəsində ailəsilə daima yaşayaraq xx.xx.2022 tarixdə vəfat etmişdir. Onun ölümündən sonra onun uşaqları və arvadı vərəsəliyin qəbulu ilə notariat ofisinə müraciət etməmiş, hətta arvadı Narxanım, qızları Elnarə və Gülnar notariusda təsdiq olunmuş şəkildə İddiaçı xeyrinə imtina ərizələrini yazmışlar. X6 arvadı Cavabdeh3 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Qeyd etmək lazımdır ki, Cavabdeh1 anası və atası ilə Kürdaxanı qəsəbəsində yaşayırdı və hazırda yaşayır. Cavabdeh5ə 2009-cu ildə ərə gedərək Hacıqabul rayonun Rəncbəri kəndinə köçmüşdür və ailəsi ilə orda yaşayır. Notariat ofisinə vərəsəliklə bağlı müraciət etməmişdir və niyyətində deyil. Novruzova (Babayeva) Gülnar 2023-cü ildə Kürdəxanı qəsəbəsindən ərə qetmiş, Tərtər rayona köçmüş və hazırda orda ailəsi ilə yaşayır. X6 oğlu Ramin ailəsi ilə Hacıqabul və diqər rayonda evində yaşayır. Notariat ofisə vərəsəliklə bağlı ərizə ilə müraciət etməmişdir. Bakı şəhəri, Sahil qəsəbəsi üzrə Bələdiyyənin arayışı ilə X6 ailəsi anası Babayeva Nənəbacının evində qeydiyyatda olsalar da, faktiki olaraq uzun müddətdir ki yaşamırlar. Həmin ünvanda İddiaçı ailəsi ilə yaşayır. Cavabdehlər Cavabdeh4 və Cavabdeh7 notariat ofisinə vərəsəliklə bağlı müraciət etməmişdir və faktiki orada yaşamırlar. Yəni nə faktiki, nə formal şəkildə mirası qəbul etməmişlər. Məhkəmə notariat orqanın səhv ini təkrar etməklə 1 sentyabr 2000-ci ildə qanuni qüvvəsini almış yeni Mülki Məcəllənin müddəalarını tətbiq etməklə, qanunun tələblərinə əməl etmədən hüququn tətbiq edilməsində səhv buraxıb, tətbiq edilməli olan və digər normativ hüquqi aktı tətbiq etməyib və həmin qanunu səhv təfsir etmişdir
24. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3165/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər - Məhəmməd Rüstəmli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Səadət Səlimova) iddiaçının apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(002)103/2025 nömrəli qətnaməsinin miras əmlak üzərində pay hüquqlarının müəyyən edilməsi ilə bağlı hissədə dəyişdirilməsi, İddiaçı Bakı şəhəri, Sahil qəsəbəsi, Bakı pro spekti 10 saylı evin 1 saylı mənzili üzərində 28/30 hissədə pay hüququnun müəyyən edilməsi, cavabdehlər Cavabdeh4 və Cavabdeh7 hər birinin Bakı şəhəri, Sahil qəsəbəsi, Bakı prospekti 10 saylı evin 1 saylı mənzili üzərində 1/30 hissədə məcburi pay hüquqlarının müəyyən edilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.
25. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi 10 saylı evin 1 saylı mənzili ilə bərabər həyətyanı torpaq sahəsinə də qanun üzrə vərəsələrin məcburi pay hüquqları müəyyən edilmədən vəsiyyətnamə üzrə yalnız özünün vərəsəlik hüququnun müəyyən edilməs i barədə qətnamə çıxarılmasını xahiş etsə də, işdən miras qoyanın mülkiyyətində həyətyanı torpaq sahəsinin də olduğu müəyyən edilmir. Beləliklə, miras aktivinə hər hansı torpaq sahəsi daxil olmadığından ona dair vərəsələrin hüquqları tanına bilməz.
26. İşdən müəyyən olunur ki, mərhum X8 vərəsələri vəsiyyətnamə üzrə İddiaçı, qanun üzrə vərəsələri isə onunla bərabər X19 və X9 olmuş, Qaraoğlan Babayev xx.xx.2022-ci il tarixdə vəfat etdiyindən ona çatası məcburi pay hüququ vərəsələri Cavabdeh1, Cavabdeh4, Cavabdeh7, Cavabdeh5, Cavabdeh3 keçmişdir.
27. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi hazırda qüvvədə olan mülki qanunvericiliyin normalarını tədbiq etməklə vərəsələrin dairəsini düzgün müəyyən etsə də, miras əmlak üzərində pay hüquqları düzgün müəyyən olunmamışdı r.
28. Belə ki, mülki qanunvericiliyin normalarına əsasən vəsiyyət edənin uşaqlarının vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.
29. Beləliklə, İddiaçı vəsiyyətnamə üzrə miras əmlakda payı 3/6, onun və qardaşları X19 və X3 hər birinin mirasda məcburi payı 1/6 olmuşdur. Cavabdeh2 öz payını iddiaçıya bağışladığı üçün və iddiaçının da məcburi payı nəzərə alındıqda onun mirasda payı 5/6 təşkil edir. X3 5 vərəsəsinin olduğu nəzərə alındıqda onların hər birinin mirasda payı 1/30 təşkil edir. Onlardan üçü (Cavabdeh3, Cavabdeh1 və Cavabdeh5) miras əmlakdan imtina etdikləri üçün iddiaçının miras əmlakda payı 28/30, digər vərəsələr Cavabdeh4 və Cavabdeh7 hər birinin məcburi payı isə 1/30 hissə təşkil edir.
30. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçı qardaşlarının mirasda məcburi payının olduğunu qardaşı Cavabdeh2 onun payını bağışlama müqaviləsi əsasında qəbul etməklə də təsdiq etmişdir. Qanunvericiliyə əsasən bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etdiyi andan bağlanmış sayılır.
31. Məhkəmə kollegiyası iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 1133.1, 1133.2, 1145, 1146, 1151, 1193, 1194, 1196 və 1252-ci maddələrinə, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarı və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 v ə 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarında qeyd edilən hüquqi mövqeyə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
32. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollügiyasının xx.xx.2025-ci il tarixli 2(103)-3165/2025 nömrəli qətnaməsinin ləğv edilməsini, yeni qərar qəbul olunmaqla iddianın təmin edilməsini xahiş etmişdir.
33. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə analoji məzmunda əsaslandırılmaqla qeyd edilmişdir ki, notarius və işə baxmış məhkəmələr maddi hüquq normalarını pozmaqla tətbiq olunmayan 1.09.2000-ci ildə qüvvəyə minmiş Mülki Məcəlləni tətbiq etməklə İddiaçı vərəsəlik hüququnu pozmuşlar. Notar ius yeni qanunu tətbiq etsə və Əminənin iki qardaşına məcburi pay hüququ versə, onda Əminənin vərəsəlik hüququ pozulur, yəni ona ziyan yetirilir və onun vəziyyəti pisləşir. Qardaşları qanuna və analarıın iradəsinə zidd olaraq əsassız varlanırlar, məcburi payı əldə etməklə əmlak hüquqlarına sahib olurlar və Əminənin vəsiyyət edənin (mirasqoyanın) əmlakına tam sahib çıxması hüququ pozulur. Normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə, bərabər münasibətə) əsaslanmalıdır.Bu müddəa (hüququ) məhkəmə və cavabdeh notariat ofisi tərəfindən pozulmuşdur. Digər tərəfdən, İddiaçı başqa notariat orqanına heç kim müraciət etməmişdir. Faktiki olaraq mirası qəbul etməmişdir. Yeni Mülki Məcəllənin vərəsəliyi qəbul etmə müddəti 3 ay, vərəsəlikdən imtina 2 ay müddətində müəyyən etdiyi hal da mənkəmə digər vərəsələrə məcburi payın bölgüsünü aparmışdır. İşə baxmış məhkəmələr, miras qoyanın 29 yanvar 2022-ci ildə vəfat etdiyi məqamda və onun ölümündən sonra heç kimin məcburi payın qəbulu üçün müraciəti olmadığına baxmayaraq, qanunu pozaraq məcburi paylar müəyyən etmişdir. Qeyd etmək lazımdır ki, hazırkı mübahisə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 dekabr 2023cü il tarixli qərarın təsiri altına düşmür. Ona görə ki, 1993-cü ildə miras qoyan Babayeva Nənəbacı 29 yanvar 2022-ci ildə vəfat etmişdir. Beləliklə, İddiaçı vərəsəlik hüququ pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
35. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlan an elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
36. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
37. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
38. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
39. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
40. Maddə 1151. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.
41. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.
42. Maddə 1194. Məcburi payı tələb etmək hüququ mirasın açıldığ ı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər.
43. Maddə 1196. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır.
44. Maddə 1252. Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarı
45. Qeyd olunmalıdır ki, miras əmlakdan vərəsələrə çatası pay, o cümlədən məcburi pay miras açıldıqdan sonra müəyyən edildiyinə görə, həmin payı tələb etmək hüququ da miras açıldıqdan sonra həyata keçirilir. Məhz bu halda, mirasın açıldığı andan mirasda məcburi pay almaq hüququ olan şəxsin (şəxslərin) vəsiyyətnamə üzrə vərəsədən (vərəsələrdən) məcburi payın ödənilməsini tələb etmək hüququ yaranır və vəsiyyətnamə üzrə miras payı almış bütün vərəsələr həmin məcburi payı ödəməyə borcludurlar. Belə ki, Mülki Məcəllənin 1194-cü maddəsinə müvafiq olaraq məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublik ası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarı
46. Vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı müraciətdə qaldırılan məsələyə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, qanunvericinin müəyyə n etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Azərbaycan Respub likasının Mülki Prosessual Məcəlləsi
47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
51. Ma ddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
52. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
53. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
54. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin ape llyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
55. Hazırki kassasiya şikayətində iddiaçı tərəfindən qətnamə iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirildiyindən apellyasiya məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
56. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normalarının tələblər i pozulduğuna görə kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilməlidir.
57. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi Bakı şəhəri, Sahil qəsəbəsi, Bakı prospekti, 10 saylı evin 1 saylı mənzilinə dair X8 mülkiyyət hüququ xx.xx.1992-ci il tarixdə 803 nömrə ilə dövlət reyestrində qeydiyyata alınmışdır. X13 xx.xx.1993-cü il tarixdə Bakı şəhərində 8 saylı dövlət notariat kontorunda təsdiq etdirdiyi vəsiyyətnamə ilə mənzilini həmin ünvanda yaşayan qızı İddiaçı vəsiyyət etmiş və xx.xx.2022-ci il tarixdə vəfat etmişdir.
58. Onun vəfatından sonra İddiaçı, X19 və X9 vərəsə olaraq qalmışlar. İddiaçı miras açıldıqdan sonra tək vərəsə olaraq mirası faktiki qəbul e tmiş və ona sahiblənmişdir. Digər vərəsə olan qardaşları X19 və X9 mirasın qəbulu üçün müraciət etməmiş, mirası faktiki qəbul etməmişlər.
59. X1 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. X3 vərəsə olan ailə üzvləri Cavabdeh3 (arvadı), Cavabdeh1, Cavabdeh4, Cavabdeh7, Cavabdeh5dır.
60. İddiaçı mirasın qəbulu üçün notariat kontoruna müraciət etmiş, lakin vəsiyyətnamə alan iddiaçıya izah edilmişdir ki, ondan başqa məcburi pay almaq hüququ olan vərəsələr olduğundan mirasın qəbulu barədə şəhadətnamə verilməsi mümkünsüzdür.
61. Məhkəmə tərkibi qeyd edir ki, işin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan apellyasiya məhkəməsinin miras qoyanın vərəsəsinin (Qaraoğlan Babayev) mirası qəbul etmədiyi halda onun iki vərəsəsinə ( Cavabdeh4 və Cavabdeh7) məcburi pay verilməsi ilə bağlı qənaəti düzgün olmamışdır.
62. Mülki qanunvericilik miras əmlakın başqa şəxslərə keçməsinin iki növünü müəyyən etmişdir. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
63. Vəsiyyət üzrə vərəsəlik zamanı miras əmlak vəsiyyətnamədə göstərilən şəxslərə keçir. Bu zaman vərəsəliyin şərtləri və qaydası vərəsəlik hüququnun əsas prinsiplərindən olan vəsiyyət etmək azadlığına uyğun olaraq miras qoyanın iradəsi ilə müəyyən edilir. Lakin nəzərə alınmalıdır ki, vəsiyyət etmək azadlığı prinsipi mü tləq xarakter daşımır. Belə ki, mülki qanunvericilikdə vəsiyyət üzrə vərəsəlik və vəsiyyət etmək azadlığı məcburi vərəsələr institutu ilə məhdudlaşdırılmışdır. Məcburi pay hüququ olan vərəsələrə vəsiyyətnamədən asılı olmayaraq mirasdan məcburi pay almaq hüququna malik olan şəxslər aiddir.
64. Mirasda məcburi pay – vərəsəlik hüququnun sosial-iqtisadi və əxlaqi yükü (dəyəri) olan ənənəvi hissəsidir. Mirasda məcburi payın anlayışı və ona hüququ olan subyektlərin dairəsi Mülki Məcəllənin 1193-cü maddəsində öz əksini tapmışdır. Həmin maddəyə müvafiq olaraq, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Məcbu ri payı tələb etmək hüququ isə mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər (Mülki Məcəllənin 1194-cü maddəsi).
65. Məhkəmə tərkibi qeyd edir ki, məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər.
66. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair 22 aprel 2014cü il tarixli qərarında olan mövqeyindən aydın olur ki, miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşın ar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133-cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir.
67. Eyni zamanda qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi Plenumunun mirasın formal və qeyri-formal qəbulu üsulları ilə əlaqədar artıq formalaşmış hüquqi mövqeyi mövcuddur. Belə ki, Mülki Məcəllənin 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etm əyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
68. Mirasın açıldığı zaman qüvvədə olan Mülki Məcəllənin 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Mirası qəbul etmə müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir (Konstitusiya Məhkəməsi Plenumunun T.Mənsurovun şikayəti üzrə 2011-ci il 5 dekabr tarixli Qərarı).
69. Mirasda məcburi pay hüququna müddətin şamil edilib-edilməməsi məsələsi ilə bağlı qeyd edilməlidir ki, Mülki Məcəllənin 1202.2-ci maddəsinə əsasən, məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və Vİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1194-cü maddələrinin həmin Məcəllənin 372, 373, 1166, 1202.2 və 1255-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 21 iyun 2024-cü il tarixli qərarı)
70. Göründüyü kimi, miras açılarkən mirasın qəbulunun şərtləndirən normalar qüvvədə olmuş, lakin apellyasiya instansiya məhkəməsi məcburi pay almaq hüququ olan vərəsənin və onun vərəslərinin miras əmlakı nə rəsmi, nə də qeyri-rəsmi olaraq qəbu l etməmələrinə baxmayaraq onlara məcburi pay ayırmaqla həmin vaxt qüvvədə olan maddi hüquq normalarının tələbini pozmuşdur. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir.
71. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu madələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3165/2025 nömrəli iş üzrə 04 avqust 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia təmin olunsun. İddiaçı Bakı şəhəri Sahil qəsəbəsi Bakı prospekti 10 saylı evin 1 saylı mənzili ü zərində tam pay hüququ müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir