Məhkəmə qərarları › İş №2(102)-2650/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2650/2023

11.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2650/2023 11.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı BOKT Qapalı Səmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və X3 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: borcun tutulması tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı BOKT Qapalı Səmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və X3 qarşı borc tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 6 fevral 2023-cü il tarixli, 2(103)-1210/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayət inə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" ASC-nin Qaradağ filialı ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 390-19-xx.xx.2014-338 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh1 36 ay müddətinə illik 22 % dərəcəsi ilə 8.000 manat məbləğində kredit verilmişdir. 2. "xxxx" ASC ilə zamin zamin X4 arasında bağlanmış xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən zamin, yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. 3. "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidentinin 15 iyu l 2015-ci il tarixli 570 saylı Fərmanına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış «tələb hüququnun güzəşt edilməsinə dair» xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən "xxxx" ASCnin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh1 dair sənədlər SFK-625 saylı, 23 oktyabr 2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir.

5. İddiaçı QSC onun adından çıxış edən törəmə müəssisəsi olan «X6 Edilməsi Agentliyi» MMC tərəfindən xx.xx.2019-cu il tarixdə cavab dehlər Cavabdeh1 və X3 iddia ərizəsi ilə Qaradağ Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(002)-35/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir.

6. Cavabdeh1 apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(103)-6726/2021 saylı qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(002)-35/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

7. Cavabdeh1 kassasiya şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 09 fevral 2022-ci il tarixli, 2(102)-423/2022 saylı qərardadı ilə Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 07 iyul 2021-ci il tarixli, 2(103)-6726/2021 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı QSC-nin adı ndan çıxış edən törəmə müəssisəsi olan «X6 Edilməsi Agentliyi» MMC-nin cavabdehlər Cavabdeh1 və X3 qarşı «əsas borcun və faizin qaytarılması» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı BOKT QSC cavabdehlər Cavabdeh1 və X3 qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5.885,45 manat əsas borc, 1.452,10 manat faiz borcu olmaqla, cəmi 7.337, 55 manat pulun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı iddia tələbini işin yuxarıda göstərilən hallarına istinadən belə əsaslandırıb ki, cavabdeh kredit müqaviləsi üzrə bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Cavabdeh1 banka hazı rda olan borcu - 5.885,45 manat əsas borc, 1.452,10 manat faiz borcu olmaqla, cəmi 7.337,55 manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmişdir. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. Bundan başqa, borclunun kredit borcu Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının təsir dairəsinə düşmüşdür. Fərmanda göstərilən məsələlər öz həllini tapanadək Fərmanın müəyyən etdiyi qaydalara riayət etdikdən sonra borcun ödənilməsi ilə bağlı həll edilməmiş mübahisə qaldıqda, bu yenidən iddia tələbi ilə məhkəməyə müraciət etməyə mane olmur. Belə ki, analoji mübahisələr üzrə mübahisənin məhkəmədən kənar həlli qaydası qeyd olunan Fərmanla müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmamışdır. Çünki həmin Fərman məhz fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə üzləşmiş olduqları maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə verilmişdir. Yəni, Fərman vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddət bankların ziyanına ola bilməz. Bu səbəbdən hesab edirlər ki, İddiaçı QSC tərəfindən cavabdehə qarşı iddia qaldırılması üçün nəzərdə tutulmuş iddia müddəti ötürülməmişdir. Hesab edirlər ki, yuxarıda qeyd olunan halları nəzərə alaraq ilk dəfə iddia ərizəsi ilə vaxtında məhkəməyə müraciət edilməsi, həmçinin yenidən məhkəməyə müraciət edildiyi zaman iş üzrə iddia müddətinin ötürülməməsi məhkəmə tərəfindən üzürlü sayıla bilər.

10. Cavabdeh1 birinci instansiya məhkəməsinin hazırlıq iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, borcun restrukturizasiya olunması üçün dəfələrlə iddiaçıya müraciət etmiş, lakin nəticəsi olmamışdır.

11. Qaradağ Rayon Məhkəməsinin 2 noyabr 2022-ci il tarixli, 2(002)-1739/2022 saylı qətnaməsi ilə (hakim Kamran Əsədov) iddia qismən təmin edilmiş, 5885,45 manat əsas borc, 1452,10 manat faiz borcu olmaqla, cəmi 7337,55 manat pul vəsaitinin Cavabdeh1 İddiaçı BOKT QSC-nin xeyrinə tutulması, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.

12. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmiş dir ki, iddia qismən təmin edilməli, 5.885,45 manat əsas borc, 1.452,10 manat faiz olmaqla, cəmi 7.337,55 manat pul vəsaiti və ödənilmiş 93,38 manat məbləğində dövlət rüsumu Cavabdeh1 İddiaçı BOKT QSC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verildiyindən, hazırkı tələb üzrə öhdəliyin icra müddəti xx.xx.2018-ci il tarixdə bitdiyindən və iddiaçı tərəfindən qeyd olunan müddət ərzində zaminə qarşı iddia irəli sürülmədiyindən, X1 bankın xeyrinə hər hansı məbləğin tutulması mümkün deyil.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 442, 445, 447 və 448.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir.

15. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi onun təqdim etdiyi sübutları araşdırmadan, restrukturizasiya müqaviləsinin hansı səbəblərdən bağlanmadığını araşdırmadan qanunsuz və ədalətsiz qətnamə qəbul etmişdir. Halbuki, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına uyğun olaraq restrukturizasiya müqaviləsini bağlamağa hər an hazır olduğunu məhkəmənin diqqətinə israrla çatdırmışdır. Hakimin barışıq əldə edilməsi üçün təklifin ə əsasən yenidən iddiaçı təşkilatda olmuş, lakin bir daha ona məlum Fərmanın tələblərinə zidd restrukturizasiya şərtləri təklif olunmuş, təbii olaraq imtina edərək danışıq nəticələrini məhkəməyə bildirmişdir. Bu halın isbatına ehtiyac olmadığını işə baxan hakim nəzərə almamışdır. O, banka müəyyən məbləğdə ödənişlər etsə də, bank həmin pulları faizə çıxmış, əsas borcu əsassız olaraq artırmışdır. Belə ki, ödəniş pulları birinci növbədə əsas borca hesablanmalı olsa da, bank qanunun bu tələbinə əməl etməmişdir. Bank tərəfindən qanunun bu tələbi pozularaq, onun ödənişlərini əsas borca deyil, faiz borcuna hesablamaqla onun onsuz da ağır olan maddi durumunun daha da ağırlaşmasına səbəb olmuşdur. İş üzrə borc məbləğinin müəyyən edilməsi üçün məhkəmə mühasibatıq ekspertizası təyin edilməli olduğu halda etməmişdir. Məhkəmədə müəyyən olunmuşdur ki, iddiaçı ona restrukturizasiya tətbiq etməkdən imtina edir. Bu halda məhkəmə özü ekspertiza təyin edərək ödənilməli olan borcu, ümumiyyətlə ona aid borcun məlum Fərmana uyğun olaraq restrukturizasiya olunmalı olduğunu müəyyən edə bilərdi. Məhkəmə isə buna əhəmiyyət verməyərək iddia tələbini təmin etmişdir.

16. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək, restrukturizasiya ilə bağlı müraciət etsə də, İddiaçı BOKT QSC-nin razı olmadığını, ona 800 manat pul və zamin gətirməli olduğunu söylədiklərini, faizin silinməyəcəyini, sonradan İddiaçı BOKT QSC-nin Baş İdarəsinə rəsmi olaraq müraciət etdiyini, yenə də restrukturizasiya ilə bağlı xahişini təmin etmədiklərini bildirmişdir.

17. Məhkəmə iclasında iştirak edə n iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək, cavabdehin zaminliklə bağlı adam tapa bilmədiyini dediyini, xx.xx.2019-cu il tarixdə restrukturizasiyanın tarixinin bitdiyini, lakin həm pandemiya, həm də cavabdehin işsizliyi ilə əlaqədar 2020-ci ildə bir il restrukturizasiya etdiklərini bildirdiklərini, bir il yarım işin Qaradağ Rayon Məhkəməsinin icraatında qaldığını, cavabdehlə məsələni dəfələrlə müzakirə etdiklərini, cavabdehin öz şərtlərini irəli sürdüyünü, dövlət idarəsi olduğu üçün müəyyən edilmiş çərçivədən kənara çıxa bilmədiklərini qeyd etmişdir.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 6 fevral 2023-cü il tarixli, 2(103)-1210/2023 nömrəli qətnaməsi ilə (hakimlər - F.Ş.Talışinski (sədrlik edən və məruz əçi), A.N.İmanov və Q.A.Əsgərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, mübahisə edilən hissədə apellyasiya şikayətinin əsassız, ziddiyyətli və aidiyyəti olmayan dəlilləri formal mülahizə xarakteri daşıdığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilməlidir ki, cavabdehin özünün etirafı ilə ona restrukturizasiya təklif edildiyi, lakin onun şərtlərlə razılaşmayaraq bu təklifdən imtina etdiyi öz təsdiqini tapmış, iddiaçının isə Fərmanla bağlı mütləq vəzifələri müəyyən edilməmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquq i əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 385-390, 425.1, 427.3, 442, 443.1, 445, 448.1, 470-477, 560, 739, 741, 743 və 744cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 6 fevral 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

22. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsində iştirak edən iddiaçının nümayəndəsi bildirmişdir ki, xx.xx.2019-cu ild ə restrukturizasiya tarixinin bitdiyini, lakin həm pandemiya, həm də cavabdehin işsizliyi ilə əlaqədar 2020-ci ildə bir il restrukturizasiya etdiklərini, cavabdehin öz şərtlərini irəli sürdüyünü, dövlət idarəsi olduğu üçün müəyyən edilmiş çərçivədən kənara çıxa bilmədiklərini qeyd etmişdir. Halbuki, cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, iddiaçı onunla restrukturizasiya etmədiklərini bildirmişdir. Bu halların heç biri araşdırılmadan qətnamə qəbul edilmişdir.

23. İş üzrə borc məbləğinin müəyyən edilməsi üçün məhkəmə mühasibatlıq ekspertizası təyin edilməli olduğu halda məhkəmə bu halı tam araşdırmamışdır. Məhkəmədə müəyyən olunmuşdur ki, iddiaçı cavabdehə restrukturizasiya tətbiq etməkdən imtina edir. Bu halda məhkəmə özü ekspertiza təyin edərək ödənilməli olan borcu, ümumiyyət lə borcun məlum Fərmana uyğun olaraq restrukturizasiya olunmalı olduğunu müəyyən edə bilərdi. Məhkəmə isə buna əhəmiyyət verməyərək iddia tələbini təmin etmişdir.

24. Məhkəmə işə baxarkən bankın hansı səbəbə görə cavabdehlə restrukturizasiya müqaviləsi bağlamaqdan imtina etməsini araşdırmalı və ədalətli qərar qəbul etməli idi. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsində cavabdehə restrukturizasiya təklif edilsə də, cavabdehin həmin şərtlərlə razılaşmadığı qeyd edilmişdir.

25. Hazırkı işdə iddiaçı olan təşkilat İddiaçı BOKT QSC cavabdehə hansı formada restrukturizasiya şərtləri irəli sürdüklərini, onun hansı şərtlərlə razılaşıb razılaşmadığını sübut etməli idi. Bu halların heç biri araşdırılmadan qətnamə qəbul edilmişdir. Bununla da, MPM-nin 77.1, 77.3, 87.1-ci maddələrinin tələbləri pozulmu şdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

27. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

28. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

29. Maddə 386.1. Ö hdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

30. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

31. Maddə

445. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

32. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dair əsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

33. Maddə

739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haq qında Azərbaycan Respublikasi Prezidentinin Fərmanı 34.

5. Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki: 5.1. bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin; 5.2. bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin etsin. 35.

6. Banklara tövsiyə edilsin ki: 6.1. bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; 6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; 6.3. borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

40. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nətic ələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

42. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Kassasiya baxışının hədləri

43. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının dü zgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən məhkəmə aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi “1452,10 manat faiz borcu olmaqla cəmi 7.337 manat pulun Cavabdeh1 İddia çı BOKT QSC-nin xeyrinə tutulması” hissəsində ləğv edilməli, həmin hissədə yeni qərar çıxarılmaqla 1452,10 manat faiz borcunun tutulması barədə iddia təmin edilməməli, qalan hissədə (5885,45 manat əsas borcun və 93,38 manat dövlət rüsumunun tutulması) qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

46. Belə ki, tərəflər arasında yaranmış hüquq münasibətləri kreditlə bağlı yaranan mülki münasibətlərdir. Ona görə də işin hallarına tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, habelə qanunvericiliyin borcla bağlı müddəaları əsasında hüquqi qiymət verilməlidir. Bu baxımdan iddia tələbinin maddi hüquqi əsasını Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir.

47. İşə baxmış apelyasiya instansiyası məhkəməsi də mübahisənin həllinə həmin normanı tətbiq etmiş və haqlı olaraq, borcalanın tələb olunan əsas borcu ödəməli olduğu barədə nəticəyə gəlmişdir. Məhkəmənin bu hissədə gəldiyi nəticə qanuni və əsaslıdır.

48. Lakin apelyasiya instansiyası məhkəməsi faiz borcunun tutulması barədə tələbi təmin edərkən, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanının tələblərini nəzərə almamış, faiz borcunun tutulması barədə tələb rədd edilməli halda, səhvə yol verərək həmin hissədə iddianı təmin etmişdir.

49. Çünki tərəflər arasında bağlanmış kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğə və həm də digər əsaslara görə Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanının təsiri altına düşür. Həmin Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun silinməsi, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələri bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Dövlətin analoji kredit müqavilələri üzrə banklara maliyyə dəstəyi göstərilməsi barədə təklifindən iddiaçı bankın imtina etməsinə dair məlumat yoxdur. Nə qədər ki, iddiaçı bank Fərmanda qeyd olunan məsələlərlə bağlı dövlətin maliyyə dəstəyini qəbul etməyə razılıq vermişdir, onda, Fərmanda tövsiyə xarakteri daşıyan müddəaların icrası banklar üçün məcburidir.

50. Qalıq borcun restrukt urizasiya olunub-olunmaması borcluya dövlət vəsaiti hesabına güzəşt edilməsinin qarşısını ala bilməz, faiz və dəbbə pulunun silinməsi restrukturizasiyadan öncə atılmalı olan addımdır, lakin hazırki işin hallarından görünür ki, bank tərəfindən cavabdehin faiz borcu silinməmişdir.

51. Məhkəmə kollegiyası qeyd edir ki, kassatorun iddiaçı tərəfindən onunla borcun restrukturizasiyası barədə müqavilə bağlanmadığı barədə dəlilləri iddianın əsas borcun ödənilməsi hissəsində iddianın rədd olunması üçün əsas deyildir. Çünki restrukturizasiyanın məqsədlərindən biri də, əsas borcun güzşətli faizlə qaytarılması üçün müddət təyin olunmasından ibarətdir. Bu halda da əsas borc cavabdehə güzəşt olunmur və hər bir halda borcalan əsas borcu qaytarmalıdır.

52. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən faiz borcuna aid hissədə maddi və prosessual hüquq normaları pozulmuşdur. Bu hal MPM-nin 418.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin bu hissədə ləğv olunması üçün əsasdır.

53. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsi mümkündür.

54. Bununla yanaşı məhkəmə kollegiyası kassasiya şikayətinin digər dəlillərini təhlil edərək qeyd edir ki, kassatorun ekspertiza təyin olunmaması barədə dəlili əsasszıdır. Belə ki, əvvəla MPM-nin 97.1-ci maddəsinin tələbinə görə ekspertiza təyin olunması barədə vəsatət onu vermiş şəxs tərəfindən əsaslandırılmalıdr. Cavabdeh ekspertiza təyin olunmasını tələb etməsinə baxmayaraq, borcun düzgün hesablan madığı barədə hər hansı ağlabatan dəlil irəli sürməmiş, adi riyazi hesablama ilə mövqeyini izah etməmiş, özü tərəfindən edilən ödənişlərə dair hər hansı məlumat verməmiş, sübut təqdim etməmişdir. Borc məbləğinin sözügedən Fərmanın təsiri altına düşməsinin ekspertiza rəyi ilə müəyyən olunması barədə əsaslandırma isə aşıq-aşkar əsasszıdır. Çünki tərəflərin arasında bağlanmış müqavilənin adı çəkilən Fərmanın təsiri altına düşməsi ekspert rəyi olmadan da müəyyən edilir və bununla bağlı mübahisə yoxdur.

55. Eyni zamanda iddiaçının nümayəndəsi apelyasiya instansiyası məhkəməsində cavabdehin işsizliyi ilə əlaqədar 2020-ci ildə bir il restrukturizasiya etdiklərini bildirməsinə baxmayaraq, bu barədə işə hər hansı sənəd əlavə olunmamışdır.

56. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Az ərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu madələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 6 fevral 2023-cü il tarixli, 2(103)1210/2023 saylı qətnaməsi qismən – «1452,10 manat faiz borcu olmaqla cəmi 7.337 manat pulun Cavabdeh1 İddiaçı BOKT QSC-nin xeyrinə tutulması» hissəsində ləğv edilsin. Həmin hissədə yeni qərar çıxarılsın. İddia tələbi Cavabdeh1 1452,10 manat məbləğdə faiz borcunun tutulmasına aid hissədə təmin edilməsin. Qətnamə Cavabdeh1 İddiaçı BOKT QSC-nin xeyrinə 5885,45 manat əsas borcun və 93,38 manat dövlət rüsumunun tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar