Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2650/2024 17.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X4 Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər:işçinin işəgötürənə vurduğu maddi və ya mənəvi ziyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 aprel 2024-cü il tarixli, 2(106)657/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 17 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X7 ********** saylı X2 Nömrəsi ilə (VÖEN:**********) sahibkarlıq fəaliyyəti ilə məşğul olur, ona məxsus mağazalarda ərzaq mallarının topdan və pərakəndə satışı həyata keçirilir.
2. X1 Samir Seymur oğlu ilə 01 iyul 2022-ci il tarixdə qanuna müvafiq şəkildə əmək müqaviləsi bağlayaraq onu Beyləqan rayonu, 1-ci Şahsevən kəndində yerləşən “Mandarin” marketə müdir vəzifəsinə işə qəbul edərək onu maddi məsul şəxs təyin edib və onunla əmək müqaviləsi ilə yanaşı maddi məsuliyyət haqqında müqavilə də bağlanıb.
3. Əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin 27 aprel 2023-cü il tarixli, 4K/08/2023 saylı əmrinə əsasən, mağazalar bölməsində market müdiri vəzifəsində işləyən Cavabdeh ilə bağlanılmış xxxxxxx000600 saylı əmək müqaviləsinə, AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilib və ona 01 iyul 2022-ci ildən 27 aprel 2023-cü il tarixədək istifadə etmədiyi məzuniyyət gününün, son haqqhesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə Şöbəsinə həvalə edilib. 4. 25 yanvar 2023-cü il tarixli üzləşmə Aktına əsasən, fiziki şəxs- İddiaçı, mühasib X5 və audit Akın Coşkun, digər tərəfdən Cavabdeh bu Aktı tərtib edirik ondan ötəri ki, fiziki şəxs- İddiaçı məxsus mağazada market müdiri vəzifəsində işləyən Cavabdeh işlədiyi dövrdə mağazadan 9.246,36 manat borc pul alıb və onun fiziki şəxs- İddiaçı məxsus mağazaya 9.246,36 manat borcu yaranıb. Cavabdeh isə həqiqətən 25 yanvar 2023-ci il tarixə fiziki şəxs- İddiaçı 9.246,36 manat borcunun olduğunu etiraf edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsin də icraat
5. İddiaçı X7 (bundan sonra- iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (bundan sonra- cavabdeh) tərəfindən vurulmuş 35.512,18 manat məbləğində ziyanın, 9.246,36 manat məbləğində borcun, 100 manat mediasiya xərcinin, cəmi 44.858,54 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh market müdiri işlədiyi dövr üzrə Beyləqan rayonu, 1-ci Şahsevən kəndində yerləşən “X” marketdə anbar qalığının yoxlanılması və ümumi mağaza sayının həyata keçrilməsi məqsədi ilə onun tərəfindən imzalanmış 26 yanvar 2023-cü il tarixli Əmrlə kommisiya təşkil olunmuşdur. Əmrə əsasən yaradılmış komisyanın biri də cavabdeh özü olmuşdur. Əlavə olaraq sözü gedən Əmrdə yoxlamanın 30 yanvar 20 23-cü il tarixədək yekunlaşması və yoxlamanın nəticəsi barədə Akt tərtib olunması qeyd olunmuşdur. Cavabdehin müdiri olduğu 1-ci Şahsevən kəndində yerləşən “Mandarin” marketdə anbar qalığının yoxlanılması və ümumi mağaza sayımının aparılması zamanı məlum olmuşdur ki, marketdə 35,512.18 manat məbləğində mal əksikdir. Yoxlamanın nəticəsi barədə tərtib olunmuş aktda marketdə 35512,18 manat məbləğində malın əksik olması qeyd olunmuş və cavabdeh də bu Aktı imzalamaqla ona etibar olunmuş əmlakdan (maldan) 35.512,18 manat məbləğdə əmlakın (malın) yerində olmaması və/və ya talanması faktını təsdiq etmişdir. X6 ərizə ilə müraciət edərək marketin müdiri vəzifəsində işləmiş cavabdehin göstərişi ilə sonuncuya müxtəlif vaxtlarda kassadan pul və marketdən müəyyən məhsullar verdiyini bildirmişdir.
7. C avabdeh iddianı qəbul etməmiş və məhkəmə iclasında izahat verərək göstərmişdir ki, o, 01 iyul 2022-ci il tarixdə Beyləqan rayonu, İ Şahsevən kəndində yerləşən “Mandarin” marketə müdir vəzifəsinə təyin edilmişdir. İşlədiyi müddət ərzində 01 iyul 2022-ci ildən 25 yanvar 2023-cü il tarixədək olan dövr ərzində iddiaçının imzası ilə təsdiq edilmiş üzləşmə Aktı tərtib olunmuşdur. Üzləşmə aktının tərtib olunmasında cavabdeh, mühasib X5, X12 Emrullah və o, iştirak etmişlər. Həmin üzləşmə Aktının tərtib olunması zamanı 9.246.36 manat borcunun olduğunu etiraf etmişdir. Bu barədə iştirakçıların imzası ilə üzləşmə aktı tərtib olunmuşdur. O, həmin aktla razılaşdığı üçün 25 yanvar 2023-cü il tarixli ərizə ilə cavabdehə müraciət edərək, yaranmış bu borcun hər ay əmək haqqından tutulmasını xahiş etmişdir. Aylıq əmək haqqı borcu ödəmək üçün yetərli olmadıqda və ya işdən çıxarıldıqda qalan borcu 15 gün müddətində ödəyəcəyini bildirmişdir. Həmin vaxtdan da əmək haqqı kartını iddiaçıya verilmişdir. İşdən çıxarıldığı vaxta kimi hər ay əmək haqqı kartından 800 manat olmaqla pul çıxarılmışdır. Buna baxmayaraq iddiaçı iddia ərizəsinə əlavə etmiş olduğu 28 yanvar 2023-cü il tarixli Aktda isə sayımdan əvvəl mal qalığının 203.213,36 manat olduğunu, sayımdan sonra isə anbarda olan mal qalığının 167.701,18 manat olduğunu bildirməklə, ondan 35.512,18 manat pul tələb etmişdir. Halbuki, üç gün əvvəl hətta mühasib X3 iştirakı ilə tərtib olunmuş 25 yanvar 2023-cü il tarixli Aktda borcun məbləğinin 9.246.36 manat olduğu məlum olmuş, bu barədə iddiaçının adına rəsmi ərizə verməklə əmək haqqından tutmaya razıl ıq vermişdir. Lakin, iddia ərizəsində 35.512,18 manat məbləğdə əmlakın yerində olmadığı və ya onun tərəfindən talandığı qeyd edilmişdir. Həmin Aktda onun adını məqsədli şəkildə özləri tərəfindən yalandan yazılmış və onun əvəzindən özləri tərəfindən imzalanmışdır. Beyləqan rayonu, İ Şahsevən kəndində yerləşən “Mandarin” marketə malların qaimə-faktura əsasında qəbul edilməsi, malların təhvil-təslim edilməsinə, o cümlədən 35.512,18 manat məbləğdə əmlakların qaimə-faktura əsasında qəbul edilməsi və ya malların təhvil-təslim edilməsi halları heç bir vaxt olmamışdır. Ziyanın nədən ibarət olması mülki iş materiallarından məlum deyil. Onun hal-hazırda iddiaçıya borcu qalmamışdır. Odur ki, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
8. Beyləqan Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli, e-2(020)-1840/2023 saylı qətnaməsi ilə (hakim S.İ.Seyfullayev) iddia təmin edilərək, cavabdehdən vurulmuş ziyana görə 35.512,18 manat, yaranmış borca görə 9.246,36 manat olmaqla, cəmi 44.758,54 manat pulun pulun tutulub iddiaçıya ödənilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə əsasən cavabdeh iddiaçıya məxsus marketə “Market müdiri” vəzifəsinə işə qəbul edilmiş və onlar arasında birinin digərinə vuracağı ziyana görə qarşılıqlı maddi məsuliyyət daşıyacaqlarına dair müqavilə bağlanmışdır. Sonradan işəgötürənin əmri ilə cavabdehlə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.
10. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, tərəflərin iştirakı ilə tərtib edilmiş və imzalanmış üzləşmə aktına əsasən cavabdeh iddiaçıya məxsus marketdən 9.246,36 manat məbləğində borc aldığını etiraf etmişdir. Tərəflərin iştirakı ilə tərtib edilmiş və imzalanmış digər üzləşmə aktına görə isə cavabdehin müdir olduğu marketdə ümumi yoxlama aparılmış və marketin anbarında 35.512,18 manat məhsul əskikliyinin olduğu müəyyən edilmişdir. Ona görə də iddia təmin edilməlidir.
11. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 1097.1-ci maddələrinin, Əmək Məcəlləsinin 192, 199, 200, 202, 205, 206-cı maddələrinin, habelə MPM-nin 14.2, 77.1, 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat
12. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdi.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin maddi ziyan vurulmasında təqsiri müəyyən edilməməsinə baxmayaraq, birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Eyni zamanda cavabdehin qanunvericiliyin tələbinə əsasən bir aylıq əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıması halına birinci instansiya məhkəməsi heç bir əhəmiyyət verməmişdir. Eyni zamanda fiziki şəxs kimi Füzuli rayonu, Vergilər Şöbəsində qeydiyyatda olan X4 cavabdehə qarşı iddia qaldırmaq hüququ yoxdur. Cavabdehə qarşı iddia yalnız "xxxx" MMC-nin adından qaldırıla bilərdi. Eyni zamanda yoxlamaya dair Aktlarda möhür yoxdur.
14. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 aprel 2024-cü il tarixli, 2(106)-657/2024 saylı qətnaməsi ilə (hakimlər- C.F.İmanov sədrlik edən, məruzəçi, P.T.Əhmədov və T.S.Kərimov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Beyləqan Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli, e-2(020)-1840/2023 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
15. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, 01 iyul 2022-ci il tarixdə iddiaçı cavabdehlə əmək mü qaviləsi bağlayaraq onu Beyləqan rayonu, İ Şahsevən kəndində yerləşən “Mandarin” marketə müdir vəzifəsinə işə qəbul edərək, onu maddi məsul şəxs təyin etmiş və onunla əmək müqaviləsi ilə yanaşı maddi məsuliyyət haqqında müqavilə də bağlamışdır. İşəgötürənin 27 aprel 2023-cü il tarixli, 4K/08/2023 saylı əmri ilə cavabdehlə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.
16. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, 25 yanvar 2023-cü il tarixli üzləşmə Aktına əsasən cavabdeh iddiaçıya məxsus marketdən 9.246,36 manat borc aldığını etiraf etmişdir. Həmçinin işə əlavə edilmiş 28 yanvar 2023-cü il tarixli Aktdan görünür ki, iddiaçıya məxsus “Mandarin” marketlər şəbəkəsinin İ Şahsevən şöbəsində yerləşən marketdə aparılan ümumi yoxlanış sayımına əsasən məlum olmuşdur ki, marketin anbarında 35.512,18 manat məbləğində məhsul əksik olmuşdur. Hazırda iddiaçı cavabdehin ona maddi ziyan vurduğunu iddia etmiş və Əmək Məcəlləsinin müvafiq müddəalarına, işçinin tam maddi məsuliyyəti haqqında müqaviləyə və yoxlamanın nəticələrinə uyğun olaraq maddi ziyanın əvəzini cavabdehdən tələb etmişdir.
17. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yuxarıda göstərilən mövqeyi ilə razılaşaraq, cavabdehin maddi ziyanın vurulmasında təqsirinin müəyyən edilməməsinə dair apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, iddiaçının iddia ərizəsinə əlavə etdiyi sənədlərlə müəyyən olunur ki, cavabdeh iddiaçıya maddi ziyan vurmuşdur. Eyni zamanda cavabdeh, iddiaçının ona etibar edərək maddi məsul şəxs təyin etməsinə baxmayaraq, əl avə olaraq yoxlama zamanı marketdən 9.246,36 manat pul vəsaitini borc götürdüyünü etiraf etmişdir. Ümumiyyətlə cavabdeh maddi məsul şəxs olduğu üçün marketdə hər bir mal üçün məsuliyyət daşımışdır. Məhsul başqa şəxs tərəfindən götürülsə belə, cavabdeh buna nəzarət etməli, bunun qarşısını almalı idi. Belə ki, cavabdeh özü də izahatında qeyd etmişdir ki, onunla işəgötürən arasında əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır.
18. Cavabdehin apellyasiya şikayətinin bir aylıq əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıması barədə dəlili ilə bağlı Məhkəmə kollegiyası qeyd etmişdir ki, əmək qanunvericiliyi işçinin bir aylıq əmək haqqı məbləğinədək məsuliyyət daşımasının konkret dairəsini müəyyən etmişdir və həmin hallardan biri də, şəxsin maddi məsul şəxs olması bar ədə müqavilənin bağlanmasıdır. Hazırkı halda cavabdehlə maddi məsul şəxs olması barədə müqavilə bağlanmış və cavabdeh də məsuliyyəti öz üzərinə götürmüşdür. Belə olan halda da apellyasiya şikayətinin qeyd edilən dəlili əsassız hesab edilir.
19. Cavabdehin apellyasiya şikayətinin fiziki şəxs kimi Füzuli rayonu, Vergilər şöbəsində qeydiyyatda olan iddiaçının cavabdehə qarşı iddia qaldırmaq hüququnun olmadığı, cavabdehə qarşı iddianın yalnız "xxxx" MMC-nin adından qaldırıla bilməsi barədə dəlili ilə bağlı Məhkəmə kollegiyası qeyd etmişdir ki, əmək qanunvericiliyinin tələbinə görə bu iddianı işəgötürən qaldıra bilər. İş materiallarına əlavə edilmiş əmək müqaviləsi bildirişindən də görünür ki, hazırkı iş üzrə cavabdeh ilə əmək müqaviləsi bağlamış şəxs iddiaçı olmuşdur. Belə olan halda da, apell yasiya şikayətinin qeyd edilən dəlili də əsaslı hesab edilə bilməz.
20. Məhkəmə kollegiyası cavabdehin yoxlama ilə bağlı Aktda möhürün olmaması barədə cavabdehin apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd etmişdir ki, cavabdehin izahatına görə iddia olunan 9.246,36 manat və 35.512, 18 manat pul vəsaitləri ayrı-ayrı məbləğlərdir. Belə ki, 9.246,36 manat pul vəsiti onun marketə olan şəxsi borcudur. Cavabdeh həmçinin izahatında göstərmişdir ki, anbardakı malların sayımında iştirak etmiş və anbarda 35.512,18 manat kəsrin olması müəyyən edilmiş və digər iştirakçılarla birlikdə Aktı imzalamışdır. Göründüyü kimi cavabdeh sözügedən Aktı imzaladığını göstərmiş və bununla da həmin aktın həqiqiliyini təsdiq etmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, cavabdehin apellyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.
21. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Əmək Məcəlləsinin 198, 199, 200-cü maddələrinə, habelə MPM-nin 385.1, 402.1-ci maddələrinin tələblərinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh (vəkilı Nümayəndə2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayəti ilə eynlik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya məhkəməsinin qətnaməsinin qəbul edilməsi zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2. və 1097-ci maddələrinə düzgün olmayaraq istinad edilmişdir. Belə ki, istər iddia ərizəsindən, istərsə işin materiallarına əlavə edilmiş Aktdan, istərsə də məhkəmə qətnaməsindən göründüyü kimi, “Mandarin” marketdə anbar qalığının yoxlanılması zamanı marketdə 35.512.18 manat məbləğində malın əskik gəlməsindən söhbət getmişdir. Anbardakı malların qəbul edilməsi və saxlanılması ilə əlaqədar olaraq cavabdehin hər hansı bir sənədə imza etməyini sübut edən sənəd iddiaçı tərəfindən işə əlavə edilməmişdir. Çünki malların qəbul edilməsi və saxlanılması anbardar tərəfindən həyata keçirilmişdir. Bunu sübut etmək üçün qaimə fakturalara baxmaq kifayət edir. Cavabdehin isə hər hansı bir qaimə fakturada və ya təhviltəslim aktında imzası olmamı şdır. Cavabdehin vəzifəsi ancaq mağazaya nəzarət etmək olmuşdur. Market müdirinin vəzifəsinin nədən ibarət olması məsələsi apellyasiya şikayətinə baxılması zamanı, ümumiyyətlə araşdırılmamışdır. Bu hal ancaq kağız üzərində olan bir işdir. Bu barədə işin materiallarına hər hansı bir təlimat əlavə olunmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsi tələb edə bilər, bir şərtlə ki, qanunla və ya müqavillədə zərərin əvəzinin daha az miqdarla ödənilməsi nəzərdə tutumasın.
26. Maddə 21.2. Zərəz dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hü ququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakdan məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
27. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmində ödənilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi
28. Maddə
191. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.
29. Maddə
192. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyəborcludurlar.
30. Maddə
192. Ziyan vurmaqda təqsirli olan tərəfcinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir.
31. Maddə
199. İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlə r üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işə götürənə qəsdən ziyan vurduqda.
32. Maddə
202. İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. İşəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır.
33. İşəgötürənə vurulan mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında bu Məcəllənin 290-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş prinsiplə məhkəmə tərəfindən müəyyən edilir.
34. Maddə
205. Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü ol araq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər.
35. Maddə
206. Əgər tərəflərdən birinə ziyanın vurulması ilə istər işçinin, istərsə də işəgötürənin hərəkət və ya hərəkətsizliyi nəticəsində cinayət tərkibi yaranmışdırsa, onda məhkəmə cinayət işi başlayaraq qanunvericiliklə müəyyən olunmuş qaydada istintaqın aparılmasının və ziyanın ödənilməsinin təmin olunması üçün müvafiq prosessual tədbirlər görür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
36. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
37. Maddə 14.2. Məhkəmə yalnız tə rəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmalıdır.
42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətna mə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
44. Maddə 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
45. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası m əhkəməsinin hüquqi mövqeyi
49. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddianı 9.246,36 manat pul tələbinə aid hissədə təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mübahisəyə düzgün tətbiq edib və işdə, cavabdehin kassasiya şikayətinə əsasən bu hissədə qətnamənin kassasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehdən iddiaçının xeyrinə 9.246,36 manat pulun tutulması hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
50. İddianın 35.512.18 manat pul tələbinə aid hissəsinə gəlincə isə kassasiya instansiyası məhkəməsi hes ab edir ki, bu hissədə apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni tam, hərtərəfli və obyektiv araşdırmayıb.
51. Belə ki, apellyasiya instansiyası məhkəməsi, iddianı 35.512,18 manat pul tələbinə aid hissədə təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayarkən, tərəflər arasında bağlanmış “Tam maddi məsuliyyət haqqında” 01 iyul 2022ci il tarixli müqaviləyə, habelə işə əlavə edilmiş 28 yanvar 2023-cü il tarixli Akta istinad edərək qeyd etmişdir ki, cavabdeh maddi məsul şəxs olduğu üçün marketdə hər bir mal itkisi üçün məsuliyyət daşıyır. Mal başqa şəxs tərəfindən götürülsə belə, cavabdeh buna nəzarət etməli və bunun qarşısını almalı idi. Ona görə də cavabdeh iddiaçıya vurduğu 35.512,18 manat məbləğində maddi ziyanı ödəməlidir.
52. Əvvəla, tərəflər ara sında bağlanmış “Tam maddi məsuliyyət haqqında” müqavilənin şərtlərinə görə, tərəflər maddi dəyərlərin saxlanılması məqsədilə, habelə aşağıda göstərilən tələblərin icra olunması şərti ilə müqavilə bağlayıblar və cavabdeh, tam məsuliyyətlə ona etibar edilmiş maddi dəyərlərin, qaimə, fakturada göstərilmiş maddi dəyərlərin qorunmasını, o cümlədən ona etibar edilmiş maddi dəyərlilərə, habelə edilmiş işlərə qayğı ilə yanaşmağı; heç bir halda işəgötürənə ziyan gətirməməyi; vaxtında rəhbərliyi onun himayəsində olan maddi dəyərlilərin təhlükəsizliyi barədə məlumatlandırmağı və lazımi hallarda təhlükəli vəziyyətin yanarma səbəblərini öyrənməyi və ona həvalə edilmiş maddi dəyərlərin inventarlaşdırılmasında iştirak etməyi öz öhdəsinə götürüb.
53. Həmçinin həmin Müqavilənin 4-cü bəndində göstərilir ki, maddi məsul şəxsin günahı olmadan ziyan dəyərsə, həmin şəxs buna görə cavabdeh hesab olunmur.
54. Digər tərəfdən, Əmək Məcəlləsinin 199-cu maddəsində işçinin hansı hallarda tam maddi məsuliyyət daşıdığı müəyyən edilib. Tam maddi məsuliyyət, yəni vurulmuş ziyanın tam həcmdə ödənilməsini nəzərdə tutur. Vurulmuş ziyanın tam həcmdə ödənilməsi o, halda işçinin üzərinə qoyula bilər ki, bu ziyan Əmək Məcəlləsinin 199-cu maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş olsun. Yəni, qanunverci tam maddi məsuliyyəti müəyyən edərkən müxtəlif xarakterli şəraiti, əmlakın dəyərini, işçinin hərəkət və hərəkətsizliyində ictimai təhlükəlilik dərəcəsini və sair halları nəzərdə tutur.
55. Əmək Məcəlləsinin 199-cu maddəsinin 1-ci hissəsində göstərilir ki, işçi qanuna zidd hərəkətləri ilə aşağıdakı hallarda vur duğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlamaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda və sair.
56. Normanın mənasına görə, tam maddi məsuliyyət haqqında müqavilələr bütün işçilərlə de yil, yalnız saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməyi öz üzərinə götürən, yəni maddi sərvətlərə bilavasitə xidmət göstərilməsi ilə bağlı vəzifələr tutan, yaxud işləri yerinə yetirən işçilərlə bağlanılır. Başqa sözlə, maddi məsuliyyətin əsası qismində işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığının təmin edilməməsi çıxış edir.
57. Apellyasiya instansiyası məhkəməsi, cavabdehlə bağlanmış “Tam maddi məsuliyyət haqqında” 01 iyul 2022-ci il tarixli müqaviləyə, habelə tərəflərin iştirak ilə tərtib edilmiş 28 yanvar 2023-cü il tarixli Akta əsaslanaraq, cavabdehdən iddiaçının xeyrinə maddi ziyana görə 35.512,18 manat pul tutarkən, cavabdehin qanuni zidd hərəkətlərinin nədən ibarət olması, iddia olunan məbləğdə əmlakın və d igər sərvətlərin həqiqətən cavabdehə təhvil verilib-verilməməsi, bunun hər hansı akt, elektron qaimə, faktura sənədləri ilə təsdiq olunub-olunmaması, ümumiyyətlə cavabdehin müdir olduğu marketdə anbardar vəzifəsinin nəzərdə tutulub-tutulmaması, başqa sözlə bilavasitə cavabdehin maddi məsuliyyətini şərtləndirən halların mövcud olub-olmaması və sair kimi hallar barədə heç bir araşdırma aparmayıb. Halbuki, sözügedən Aktda 35.512,18 manat məbləğində mal əksikliyi marketin bilavasitə anbarında aşkar edilib və həmin Aktla marketin anbarında mal əksikliyinə görə cavabdehin təqsirli olması müəyyən olunmayıb.
58. Əksinə, cavabdehin izahatından, apellyasiya və kassasiya şikayətlərinin dəlillərindən, habelə sözügedən Aktın məzmunundan görünür ki, “Mandarin” marketdə Zahid Əkbərov, Beyrək Cəlilzadə; Elnur Piriyev və Şaiq Qurbanov adlı dörd anbardar vardır və anbarların açarları cavabdehdə deyil, həmin şəxslərdə olmuşdur.
59. Belə olan halda kassasiya instansiyası məhkəməsi hesab edir ki, malın qalığının yoxlanılması zamanı anbarda mal əskikiliyinin əmələ gəlməsi və iddiaçı tərəfindən cavabdehə satış üçün və ya saxlanılması üçün qaimə ilə və ya təhvil-təslim aktları ilə hər hansı miqdarda və ya çeşiddə mal-materialın verilməsi mülki iş materialları ilə təsdiq edilmədiyi üçün, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı sayıla bilməz. Çünki, qanunun mənasına görə, işçi işəgötürənə vurduğu ziyana görə o, halda tam həcmdə maddi məsuliyyət daşıyır ki, ilk növbədə işəgötürən tərəfindən saxlamaq və başqa məqsədlər üçün hər hansı əmlakın və digər sərvətlərin işçiyə təhvil ver ilməsi mötəbər yazılı sübutlarla təsdiq olunmuş olsun və işəgötürənə məhz işçinin hər hansı qanuna zidd hərəkətləri nəticəsində maddi ziyan dəysin.
60. Hazırkı işdə olan sübutlar, marketin anbarında aşkar edilən 35.512,18 manat mal əksikliyinə görə açıq-aşkar cavabdehin təqsirli olması nəticəsinə gəlməyə əsas vermir. Ona görə də işə yenidən apellyasiya qaydasında baxılarkən, hazırkı mübahisənin obyektiv həlli üçün ilk növbədə iddiaçı tərəfindən iddia olunan məbləğdə malın marketin anbarına təhvil verilib-verilməməsi, həmin malın kimin tərəfindən, hansı qaydada, formada təhvil alınması, malı bilavasitə qəbul etmiş şəxslə (anbardarla) tam maddi məsuliyyət haqqında müqavilənin bağlanıb-bağlanmaması, marketin malı andardan hansı qaydada, formada götürməsi və sair hallar aydınlaşdırıldıqdan son ra, cavabdehin bu məsələdə təqsirli olubolmamasına hüquqi qiymət verilməlidir. Çünki, tərəflər arasında bağlanmış sözügedən müqavilənin özündə (4-cü bənd) göstərilir ki, maddi məsul şəxsin günahı olmadan ziyan dəyərsə, həmin şəxs buna görə cavabdeh hesab olunmur.
62. Apellyasiya instansiyası məhkəməsi, Əmək Məcəlləsinin 203-cü maddəsinin tələblərinə uyğun olaraq, iddiaçının ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl cavabdehdən hazırkı mübahisəli məsələyə dair yazılı izahat alıbalmadığını, dəymiş ziyanla cavabdehin hərəkətləri (hərəkətsizliyi) arasında səbəbli əlaqənin olub-olmadığını, habelə dəymiş ziyanın həqiqi miqdarını yoxlayıb-yoxlamadığını araşdırmayıb, bu halları yoxlamaq isə işəgötürənin qanundan irəli gələn vəzifəsi idi.
63. Nəzərə alınmalıdır ki, özü -özlüyündə işçidə hər hansı sərvətin, malın faktik surətdə əskik gəlməsi hələ onun maddi məsuliyyətinin yaranması üçün əsas ola bilməz. Maddi ziyanın ödənilməsini təmin etmək haqqında qərar qəbul edənədək işəgötürən əmtəəmaddi sərvətlərin yoxlanılmasını aparmağa borcludur və ziyanın vurulması faktı və onun miqdarı yoxlamanın nəticələri əsasında tərtib edilmiş sənədlərlə (təhvil-təslim aktları, elektron qaimələr, fakturalar və sair) təsdiqlənməlidir. Ziyanın yaranması səbəblərini və onun miqdarını təsdiq edən sənədlərin olmaması, işçinin maddi məsuliyyətə cəlb olunmasını istisna edir.
64. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi, sözügedən müqavilənin şərtlərini təfsir edərkən, yalnız müqavilədəki söz və ifadələrin hərfi mənasına əsaslanıb və həmin müqavilənin mövcudluğunu iddianı n bu hissədə təmin edilməsi üçün sözsüz əsas hesab edib, lakin cavabdehin təqsirlilik dərəcəsini, konkret şəraiti, ən əsası cavabdehin maddi vəziyyətini və iş üzrə əhəmiyyət kəsb edən digər halları tam, hərtərəfli və obyektiv araşdırmayıb və iddiaçıya dəymiş maddi zərərə görə, cavabdeh tam həcmdə maddi məsuliyyət daşısa belə, iddia olunan 35.512,18 manat məbləğində maddi ziyanın məbləğini azaltmaq istiqamətində hər hansı prosessual tədbirlər görməyib. Halbuki, Əmək Məcəlləsinin 206-cı maddəsində vurulan ziyanın ödənilməsi üçün hakimin görəcəyi prosessual tədbirlərdən bəhs olunur və həmin normada göstərilir ki, məhkəmə təqsirlilik dərəcəsini, konkret şəraiti, işçinin maddi vəziyyətini və iş üzrə əhəmiyyət kəsb edən digər halları nəzərə alaraq müəyyən olunmuş ziyanın məbləğini azalda...bilər.
65. Bu baxımdan kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşır və hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir.
66. Eyni hüquqi mövqe “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında d a ifadə olunub.
67. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.
68. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 aprel 2024-cü il tarixli, 2(106)-657/2024 saylı qətnaməsi qismən - Cavabdeh maddi ziyana görə 35.512,18 manat pulun tutulub İddiaçı verilməsi hissəsində ləğv edilsin, mülki iş həmin hissədə yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılsın. Qalan mübahisə ləndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.