Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2651/2021 25.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Cavabdeh1 MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi ) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçı, vəkili Bəgülov Rasim Ayaz oğlunun, Cavabdehin vəkili X7 və nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Cavabdeh1 MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərp a və əmək haqqı” tələbinə dair Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7837/2020 nömrəli, 10 noyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflər arasında əmək münasibətləri olmuş, iddiaçı Ağcabədi TKQ-nin rəis müavini vəzifəsində işləyirmişdir. İşdə qumar oynanılması səbəbilə cavabdeh təşkilat 31.05.2020-ci il tarixli k/ə № 509 saylı əmri ilə 31.05.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam vermiş və o, tutduğu vəzifədən azad edilmişdir. İddiaçı əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının tutulması üçün məhkəməyə müraciət etmi şdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Cavabdeh1 MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal rayon məhkəməsinə müraciət edərək, 31.05.2020-ci il tarixli k/ə № 509 saylı əmrinin ləğv edilməsi, onun Ağcabədi TKQnin rəis müavini vəziləsinə işə bərpa olunması, habelə əsassız olaraq işdən çıxarıldığı vaxtdan işə bərpa olunduğu vaxtadək məcburi iş buraxma müddəti üçün əmək haqqının tutalaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi belə əsaslandırılmışdır: o, 2007-ci ildən Cavabdeh1 MMC-nin Ağcabədi TKQ-də müxtəlif vəzifələrdə, o cümlədən sonuncu dəfə Ağcabədi TKQ-nin rəis müavini vəzifəsində işləmiş, işlədiyi müddətdə heç bir nöqsana yol verməmiş, hər hansı cəza almamışdır. Buna baxmayaraq cavabdeh təşkilatın 31,05.2020-ci il tarixli k/ə № 509 saylı əmri ilə 31.05.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və o, tutduğu vəzifədən azad edilmişdir. Buna səbəb hazırda qovşağın rəis vəzifəsini icra edən Elməddin Mamedovun guya onun və daha 5 əməkdaşın qovşağın inzibati binasında qumar oyunu təşkil etmələri barədə məlumatı olmuşdur. Cavabdeh təşkilat heç bir ətraflı araşdırma aparmadan yuxarıda qeyd edilmiş mübahisəli əmri vermişdir. Halbuki, 24.04.2020-ci ıl tarixdə Elməddin Mamedov ərizə ilə Ağcabədi rayon polis şöbəsinə müraciət edərək qovşağın inzibati binasında söyülməsi, iş otağının dağıdılması və tərəflərindən qumar oyununun təşkil edilməsi barədə məlumat vermiş və bundan irəli gələrək Ağcabədi RPŞ-nin İB-də araşdırma aparılmışdır. Aparılmış araşdırmanın nəticəsi olaraq Ağcabədi RPŞ-nin İB-nin baş müstəntiqi, polis mayoru X15 04.05.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə X2 əməlində cinayət tərkibi olmadığı üçün cinayət işi başlanması rədd edilmiş, sonuncunun barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təbdir görülməsi, X11, İddiaçı Alik oğlu, X16, X17, X12 və X4 əməllərində Azərbaycan Respublikasının İXM-nin 525-ci maddəsinin tərkibi olmadığından barələrində inzibati icraat başlanılması rədd edilmişdir. Buna baxmayaraq 27 gün sonra hazırki mübahisəli əmr ve rilmişdir. Hesab edir ki, Cavabdeh1 MMC-nin 31.05.2020-ci ıl tarixli k/ə № 509 saylı əmri əsassızdır və ləğv edilməlidir. Belə ki, işdən çıxarılma barədə əmrin Əmək Məcəlləsinin 84-cü maddəsi ilə müəyyən edilmiş forma və məzmununa cavabdeh tərəfindən əməl edilməmişdir. Mübahısəli əmrdə həmçinin müəssisənin hüquqi ünvanı ümumiyyətlə qeyd edilməmiş, onun ata adı «Afik» əvəzinə «Afiq» kimi göstərilmişdir. Faktiki olaraq mübahisəli əmr ona aid edilməmişdir. Həmkarlar ittifaqı komitəsi tərəfindən hər hansı araşdırma aparılmadan, onun izahatı alınmadan, dəvət edilmədən, ümumiyyətlə bu barədə ona hər hansı xəbərdarlıq edilmədən həmkarlar ittiaqı komitəsi onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə işdən azad edilməyinə öz razılığını vermişdir. İddia ərizəsinə ə lavə edilmiş həmkarlar ittifaqı komitəsinin üzvləri ilə telefon danışıqlarından da aydın şəkildə görünür ki, komitənin verdiyi rəy formal xarakter daşıyır, hər hansı iclas keçirilməmiş, işin faktiki halları araşdırılmamış, tərəflər dəvət edilmədən mübahisəli rəy verilmişdir. Xüsusi ilə vurğulayır ki, Ağcabədi RPŞ-nin İB-nin baş müstəntiqi, polis mayoru X15 04.05.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə onun əməlində Azərbaycan Respublikasının İXM-nin 525-ci maddəsinin tərkibi olmadığından barəsində inzibati icraat başlanılması rədd edilmişdir. Faktiki olaraq mübahisəli əmrdə onun törətmədiyi inzibati xəta əsas göstərilməklə onunla bağlanmış əmək müqaviləsinə 27 gün sonra Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə xitam verilmişdir. Halbuki onun əməlində inzibati xətanın tərkibi olmamışdır. Ümumiyyətlə Respublika ərazisində hökm sürən «COVİD19» virusu ilə əlaqədar olaraq tətbiq edilmiş sərt karantin rejimi ərəfəsində onunla bağlanmış əmək müqaviləsinə bu cür sərt formada xitam verilməsi dövlətin siyasətinə uyğun deyil. Cavabdeh tərəfindən mübahisəli əmr ona rəsmi olaraq təqdim edilməmiş, əmək kitabçası bu günə qədər ona təhvil verilməmişdir.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 avqust 2020-ci il tarixli, 2(004)-3608/2020 saylı qətnaməsi ilə (sədrlik edən hakim T.Axundov) iddia tələbi rədd edilmişdir.
5. Məhkəmə iddia tələbini rədd edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 68, 70, 71, 72, 186, 311-ci maddələrinə istinad etmişdir.
6. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh İddiaçı apellyasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apelyasiya Məhkəməsi MK-nın 10 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər- X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və F.Babayev, iş No 2(103)-7837/20 saylı mülki iş) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 avqust 2020ci il tarixli, 2(004)-3608/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
8. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.
9. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən İddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
10. İddiaçı kasasiya şikayəti verərək qətnamənin ləğv olunaraq, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayəti belə əsaslandırılmışdır: işdən çıxarılma əmrinin verilməsinə səbəb olmuş qumar oyununu oynamamışdır. İşdən çıxarılma əmri Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin forma və məzmununa riayət eilmədən qəbul edlmişdir. Həmkarlar İttifaqı Komitəsi tərəfindən hər hansı araşdırma aparılmamış, izahatı alınmamış, ümumiyyətlə bu barədə hər hansı xəbərdarlıq edilmədən işdən azad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İddiaçı və iddiaçının vəkili Bəgülov Rasim Ayaz oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barəd ə qərar qəbul edilməsini xahiş etmişlər.
14. Cavabdehin vəkili X18 və nümayəndəsi X1 şikayətini qəbul etməyərək qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etmişlər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsinin; 15. 70-ci maddəsinin «ç» bəndinə görə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilmə əsaslarından biri də işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasıdır. 16. 71-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
17. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinə görə aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya mad dələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ə rzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai təhlükəli əməllərə yol verməsi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
21. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzg ün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini rədd edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayan apellyasiya məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.
23. Belə ki, məhkəmələr müəyyən etmişlər ki, Ağcabədi RPŞ-nin 04 may 2020-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi barədə» qərarı ilə X2 əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işi başlanması rədd edilməsi, toplanmış material üzrə X6 barəsində inzibati tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-nə göndərilməsi, X11, İddiaçı Afiq oğlu, X16, X17, X9 və X5 əməllərində Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsinin tərkibi olmadığından barələrində inzibati icraat başlanması rədd edilməsi qərara alınmışdır. Ağcabədi RPŞ-nin 30 iyul 2020-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi barədə» qərarı ilə X6, İddiaçı Afiq oğlu, X11, X17, X16, X9 və X5 əməllərində cinayət tərkibi olmadığından barələrində Azərbaycan Respublikası CPM-nin 39.1.2.-ci maddəsinə əsasən cinayət işi başlanması rədd edilməsi, X6 barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinin nəzərə alınması, İddiaçı Afiq oğlu, X11, X17, X16 və X3 barələrində Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə inzibati iş üzrə icraat açılmasından ötrü qəbul edilmiş qərarın surəti Ağcabədi RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Həmin qərardan məhkəmə nəzarəti qaydasında Həsənov X20 Rayon Məhkəməsinə şikayət vermişdir. Ağcabədi Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli 6(017)04/2020 saylı qərarı ilə Ağcabədi RPŞ-nin İstintaq bölməsinin müstəntiqi X10 HK-1/1102 nömrəli material üzrə “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 30 iyul 2020ci il tarixli qərarı qanuni hesab edilmişdir.
24. «Əmək müqaviləsinə xitam verilməsi haqqında» 31.05.2020-ci il tarixli, k/ə № 509 saylı əmrdən görünür ki, toplanmış materialları (izahatları və digər sübutları) və Qovşağın həmkarlar ittifaqı komitəsinin razılığını (Əmək Məcəl ləsinin 80-ci maddəsinin 1ci hissəsinin tələbinə əsasən) nəzərə alaraq, Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndində nəzərdə tutulmuş intizam tənbehinin verilmə hüququnu rəhbər tutaraq əmr edilir ki, Həsənov X21 TKQ-nin rəis müavini 31.05.2020- ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) onunla bağlanmış əmək müqaviləsinə xitam verilməklə vəzifəsindən azad edilsin.
25. Kassasiya şikayətinin dəlili ilə bağlı qeyd edilir ki, X14 Həmkarlar İttifaqı Komitəsi Ağcabədi TKQ-nın Həmkarlar İttifaqı Komitəsinin üzvlərinin 21.05.2020-ci il tarixində keçirdiyi onlayn iclasın 01 saylı protokoluna əsasən, Ağcabədi TKQ-nın rəsi müavini vəzifəsində işləyən İddiaçı, texnik vəzifəsində işləyənlər X9, X17 və elektrik montyoru vəzifəsində işləyən X13 ilə Cəmiyyət arasında mövcud olan əmək müqavilələrinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir. Belə olan halda həmkarlar ittifaqının iddiaçının tutduğu vəzifəsindən azad edilməsi barədə razılığının olmaması öz təsdiqini tapmamışdır.
26. Eyni zamanda işə baxan məhkəmələr iddiaçının işdən çıxarılması səbəbləri ilə bağlı sübutları tədqiq etmiş və həmin hallar öz təsdiqini tapmışdır. İş yerində iddiaçının etmiş olduğu hərəkətlər əmək fəaliyyəti zamanı yol verilmiş kobud səhv hesab olunmaqla işəgötürənin, müəssisənin qanuni məna feyinə ciddi xələl gətirən hərəkətlərdir. Qanunda nəzərdə tutulan xələl gətirmə dedikdə təkcə maddi zərər vurulması başa düşülməməli, eyni zamanda müəssisənin işgüzar nüfuzuna, mənafeyinə zərər yetirən hər bir hərəkət başa düşülməlidir.
27. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
28. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7837/2020 nömrəli iş üzrə 10 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul e