Məhkəmə qərarları › İş №2(102)-2656/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2656/2021

28.04.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2656/2021 28.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh x oğluna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: özbaşına tikilinin sökülməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Ələkbərov Orxan Malik oğlunun katibliyi, İddiaçı vəkili X3, Cavabdeh x oğlunun vəkili X5 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xnömrəli iş üzrə 04 noyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh x oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər Bakı şəhəri, Səbail rayonu, Murtuz Muxtarov küçəsində 0,10043 ha torpaq sahəsində yerləşən 7 nömrəli, 3 mərtəbəli binada qonşudurlar. İddiaçı ümumi istifadədə olan sahədə cavabdeh tərəfindən qanunsuz tikinti işləri aparılmaqla həmin sahədən istifadəyə məhdudiyyət yaradıldığını bildirərək aşağıdakı tələbləri irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı ərizə ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, M.Muxtarov 7, mənzil 21-də ümumi istifadədə olan və Cavabdeh x oğlu tərəfindən yerində tikilmiş özbaşına tikilinin, yükdaşıyan divarlar istisna olmaqla sökülməsi, cavabdeh tərəfindən sökülmüş pilləkənin və əvvəlki vəziyyətin cavabdehin hesabına bərpa edilməsi, iddiaçının mülkiy yətində olan mənzildən istifadəsinə cavabdeh tərəfindən yaradılmış maneələrin cavabdehin hesabına aradan qaldırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, 2006-cı ildə Reyhan Sultanovanın evi uçduqdan sonra iddiaçının və qonşusu Cavabdeh istifadəsində olan ümumi aynabənd və ümumi giriş qapısı olan dəhliz qəzalı vəziyyətə düşmüşdür. Dəfələrlə aidiyyətı təşkilatlara edilmiş müraciətlərə cavab olaraq vəsaitin olmamasını əsas gətirərək baxılmamış və nəticədə aynabənd (dəhliz) təmirsiz qalmışdır. Bundan istifadə edən Cavabdeh 2007-2008-ci illərdə iddiaçıdan heç bir razılıq almadan müvafiq layihə sənədləri və icazə olmadan, şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi pozmaqla ümumu istifadədə olan pilləkənləri sökər ək, pilləkənlərin və ümumi aynabəndin (dəhlizin) bir hissəsinin yerində 3 ( üç) mərtəbəli ev (birinci mərtəbəsi ofis, ikinci və üçüncü mərtəbə yaşayış evi olmaqla) tikmişdir. Pilləkənləri isə böyük bir sahə tutmaqla həyətə keçirmişdir. Ümumi aynabəndin (dəhlizin) yerdə qalan uçulmuş hissəsini, yəni iddiaçının mətbəxi ilə sanitar qovşağının qabağını iddiaçı təmir etməyə məcbur olmuşdur. Lakin qapı və pəncərə qoya bilməmişdir. Dəfələrlə ondan söküntü və tikinti işlərini dayandırmağı tələb etsə də, Məsməliyev buna məhəl qoymamış, sonra isə iddiaçıdan xahiş etmişdir ki, heç yerə şikayət etməsin, ümumi istifadədə olan pilləkənlərin o cümlədən zəbt etdiyi aynabəndin (dəhlizin) əvəzinə özünün giriş yolunu dəyişəcəyinə və ümumi dəhlizin yerdə qalan hissəsindən istifadə etməyəcəyinə söz vermişdir. Dəhlizin yerdə qalan bu hissəsi iddiaçının iki yaşayış otağının, mətbəxinin və sanitar qovşağının qarşısından keçir. Lakin cavabdeh verdiyi bu sözə əməl etməmişdir. Bu müddət ərzində qapısız qalmış aynabəndə və mətbəxdə dəfələrlə əşyalar itmiş, hər küçədən keçən iddiaçının sanitar qovşağından istifadə etmişdir. 2015-ci ilin yanvar ayının 22-də iddiaçı öz vəsaiti hesabına aynabəndin açıq qalan hissəsini bərpa edib, qapı qoymağa məcbur olmuşdur. Bu qapıdan müvəqqəti olsa da, yenə də əvvəlki kimi qonşu da istifadə edə biləcəkdi. Lakin cavabdeh Səbail rayon İcra Hakimiyyətinə, MİS-nə və sahə müvəkkilinə şikayət edərək iddiaçının qapı qoymaq üçün aparılmış tikilini sökməyi tələb etmiş, baxmayaraq ki, iddiaçı qapını qoyulma yerini onunla razılaşdırmışdır. Aralarında olan razılaşmadan xəbərsiz ol an təşkilatlar 23 yanvar 2015-ci ildə həmin tikilini sökmüş və iddiaçının evi yenə qapısız qalmışdır. Cavabdeh iddiaçını aldadaraq, onun humanistliyindən istifadə edərək ümumi istifadədə olan pilləkənin və dəhlizin yerində ev tikmişdir. O, iddiaçıya məxsus iki otağın, mətbəxin və sanitar qovşağının qarşısındakı dəhlizdən bu günə qədər istifadə edir. Halbuki qapısının yerini dəyişərək (buna imkan da var) iddiaçının təmir etdiyi dəhlizdən istifadə etməyəcəyinə söz vermişdi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 226-cı maddəsində göstərilir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi öz otaqlarını idarə etməkdə, onlardan istifadə etməkdə və bəzək-tamamlama işləri aparmaqda sərbəstdir, lakin o digər belə mülkiyyətçinin eyni hüquqları həyata keçirməsini çətinləşdirməməli və üm umi tikinti elementlərini, qurğuları zədələməməli, onların funksiyasını və ya zahiri görkəmini pisləşdirməməlidir. Yaşayış sahəsinin yenidən qurulması və ya yenidən planlaşdırılması tikinti 4. 5. 6. 7. norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında aparılır. Cavabdeh heç bir razılaşdırılma aparmadan tikinti norma və qaydalarına riayət etmədən özbaşına 3 (üç) mərtəbəli ev tikmişdir. Məhkəmənin 02 aprel 2015-ci il tarixli qərardadı ilə Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi, 07 may 2015-ci il tarixli qərardadı ilə Səbail rayon İcra Hakimiyyəti, 13 yanvar 2015-ci il tarixdə keçirilmiş iclasında isə xvə X1 cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürəməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur. Birinci inst ansiya məhkəməsinin 13 yanvar 2016-cı il tarixli iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, Cavabdeh tərəfindən tikilmiş tikililər iddiaçının öz mənzilindən istifadə etməsinə mane olmur, həmçinin onun hüquq və mənafeyinə toxunmur. Bu səbəbdən iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim A.Tağıyev) 26 yanvar 2016-cı il tarixli, xnömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Məhkəmə, Mülki Məcəllənin 180-cı maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, Cavabdeh hansı əsaslarla texniki pasportlarda tərəflərin ümumi istifadəsində olan dəhlizə daxil olmaq üçün nəzərdə tutulmuş pilləkəni sökməsi, onun yerinə dəhlizə daxil olmaq üçün sonradan pil ləkən quraşdırması, ümumi istifadədə olan dəhlizdə tikili inşa etməsi, o cümlədən mübahisəli tikiliyə dair mülkiyyət, istifadə və ya sahiblik hüququ üzrə hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Əksinə ekspert rəyi ilə sübut olunur ki, sökülməsi tələb olunan dəmir beton konstruksiyadan düzəldilmiş dördmarşlı pilləkən ümumiyyətlə texniki pasportlarda nəzərdə tutulmamış və pilləkənin dəhlizə daxil olan hissəsi texniki pasportlarda ümumi istifadədə olan bağlı şüşəbənd kimi göstərilmiş, cavabdeh tərəfindən sıxlaşdırılmış mənzillər daxilində aparılmış rekonstruksiya işləri nəticəsində tərəflərin ümumi istifadəsində olan dəhlizin şüşəbənd hissəsi sökülmüş və oradan giriş-çıxış yolu açılmış, eyni zamanda həmin dəhlizin və əvvəllər mövcud olmuş pilləkən qəfəsinin cavabdeh tərəfindən bağlanaraq istifadə olunması nəticəsində iddiaçın texniki pasportda göstərilən pilləkəndən istifadəsi mümkünsüz olmuşdur. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-İ.Şirinov (sədrlik edən və məruzəçi), T.Səmədov və A.Tanrıverdiyev) 04 noyabr 2020-ci il tarixli, X nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 yanvar 2016-cı il tarixli qətnaməsi onun apellyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

10. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2006-cı ildə qonşu X nın evinin uçması nəticəsində istifadəmizdə olan pilləkən qəfəsi yararsız vəziyyətə düşmüşdür. Dəfələrlə qonşular tərəfindən müvafiq orqanlara müraciətlər olsa da, vəsaitlərinin olmamasını əsas gətirməklə ümumi istifadədə olan pilləkən qəfəsini inşa etməmişlər. Qonşuların və müvafiq orqanların razılığı əsasında o, öz vəsaiti hesabına ümumi istifadədə olan mənzillərdən istifadə edilməsi üçün dəmir beton konstruksiyadan dördmarşlı pilləkən inşa etdirmişdir. Həmin vaxtı o, dəmir konstruksiyadan dördmarşlı pilləkəni inşa edərkən iddiaçı şəxsən razıl ıq vermişdir. Sonradan hansısa səbəbdən cavabdeh tərəfindən inşa edilmiş pilləkənin sökülməsinin onun maraqlarına toxunması qənaətinə gəlmişdir. Cavabdeh tərəfindən inşa edilmiş pilləkən söküləcəyi təqdirdə qonşuların və onun mənzilindən istifadə edilməsində çətinliklər olacaq. Çünki 2006-cı ildə dağılmış pilləkən iki il müddətində hər-hansı bir dövlət orqanı tərəfindən bərpa edilməmişdir. Cavabdeh yuxarıda sadaladığı halları məhkəmədə bildirsə də, məhkəmə həmin hallara qiymət verməmiş və öz qətnaməsi ilə onların hüquqlarının pozulması halı nəzərə almadan iddiaçının hüququnu əsas götürmüşdür. Məhkəmə tərəflərin iştirakı ilə mübahisəli əraziyə baxış keçirərkən cavabdeh tərəfindən inşa edilmiş tikililərin və pilləkənin iddiaçının hər-hansı marağına toxunmadığının şahidi olmuşdur. Lakin, qə tnamədə həmin hallara yox, texniki pasportlarda göstərilmiş pilləkənin olmadığını qeyd etmişdir. Cavabdeh tərəfindən inşa edilmiş tikililərin iddiaçıya öz mülkiyyətində olan evdən istifadə etməsinə məhdudiyyətlərin olması iş üzrə keçirilmiş ekspertiza və məhkəmənin mübahisəli əraziyə keçirtdiyi baxış zamanı öz əksini tapmamışdır. Qeyd edilənlər onu ehtiva edir ki, birinci və apellyasiya instansiya məhkəməsi prosessual hüquq normalarının tələblərini pozaraq iş üzrə tədqiq edilmiş sübutlar üzrə tam, hərtərəfli araşdırma aparmayaraq, işin faktiki hallarını düzgün müəyyən etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiy a şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.

14. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdi. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

15. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikili sayılır.

16. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tə rəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

17. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

20. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

21. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tən zimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

24. Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsindən verilmiş 14.02.1997-ci il tarixdə qeydiyyata alınmış Seriya MH 061285 saylı qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Səbail rayonu, M.Muxtarov küçəsindəki 7 saylı yaşayış evinin 21 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir.

25. Bakı şəhər İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsindən M.Muxtarov küçəsi, 7 saylı evin 21 saylı mənzilinə dair verilmiş 25.01.1997-ci il tarixli şəxsi mülkiyyətdə olan mənzilin texniki pasportunun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, sözügedən mənzilin ümumi sahəsi 41,5 kv.m, yaşayış sahəsi isə 27,5 kv.m təşkil edir.

26. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş MH seriyalı ******* №-li hüquqların X4 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Xnömrəli, 3 mərtəbəli binada 82.kv.m ümumi, 59.5 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 22 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə x oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində X nömrəli reyestr kitabının 32813 nömrəli vərəqində qeydiyyata alınmışdır.

27. Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsindən M.Muxtarov küçəsi, 7 saylı evin 22 saylı mənzilinə dair verilmiş 03.06.2005-ci il tarixli fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin texniki pasportunun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, sözügedən mənzilin ümumi sahəsi 82.0 kv.m, yaşayış sahəsi isə 59.5 kv.m, köməkçi sahəsi 22.5 kv.m təşkil edir.

28. Bakı şəhəri Səbail Rayonu İcra Hakimiyyətinin Başçısının 119 saylı, 16 may 2012-ci il tarixli sərəncamının təsdiq olunmuş surətindən görünür ki, həmin X2 X mülkiyyətində olan, M.Muxtarov küçəsi 7 saylı evin 22 saylı mənzilinin, birinci mərtəbədə yerləşən mövcud yaşayış sahəsi daxil olmaqla, altı otaqlı, yaşayış sahəsinin 128,4 kv.m, köməkçi sahəsinin 17,95 kv.m, ümumi sahəsinin 146,35 kv.m olduğu təsdiq edilmişdir.

29. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14193 saylı, 06 oktyabr 2015-ci il tarixli ekspert rəyində X Cavabdeh məxsus X in daxilindəki tikililərin ümumi sahəsinin 147,1 kv.m, o cümlədən yaşayış sahəsinin 86,3 kv.m və yardımçı sahənin 60,8 kv.m olduğu müəyyən edilir. Cavabdehə məxsus mənzilin mövcud vəziyyətinin və ölçülərinin Cavabdeh adına Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 09.03.2007-ci il tarixli, reyestr nömrəsi ********************005 olan Çıxarışda və 12.05.2005-ci il tarixli, inventar nömrəsi 194 3-5 olan texniki pasportda göstərilən ölçülərdən, yəni ümumi sahədən 65,1 kv.m, o cümlədən yaşayış sahəsindən 26,8 kv.m və yardımçı sahədən 38,3 kv.m artıq olmaqla, həmin mənzilin ölçülərinin və tikililərin planlı yerləşməsinin texniki pasportda göstərilən göstəricilərə uyğun olmadığı müəyyən edilir. Eyni zamanda qeyd olunur ki, texniki pasportda mənzilin yerləşmə mərtəbəsinin 2 olduğu göstərilməsinə baxmayaraq, faktiki olaraq cavabdehə məxsus tikililərin binanın 1 və 2ci mərtəbələrində, eləcə də həmin mərtəbələr arasındakı hissədə yerləşdiyi müəyyən edilir. Sökülməsi tələb olunan dəmir beton konstruksiyadan düzəldilmiş dördmarşlı pilləkənin ümumiyyətlə texniki pasportlarda nəzərdə tutulmadığı və pilləkənin dəhlizə daxil olan hissəsinin texniki pasportlarda ümumi istifadədə olan bağlı şüşə bənd kimi qeyd olunduğu müəyyən edilir. Bakı şəhəri, Səbail rayonu, Murtuza Muxtarov küçəsindəki 7 saylı evin İddiaçı məxsus 21 saylı mənzilin ümumi sahəsinin 55,7 kv.m, o cümlədən yaşayış sahəsinin 39,1 kv.m və yardımçı sahəsinin 16,6 kv.m olduğu müəyyən edilir. Cavabdeh tərəfindən sıxlaşdırılmış mənzillər daxilində aparılmış rekonstruksiya işləri nəticəsində iddiaçıya məxsus tikililərə ziyan dəyməsi müəyyən edilməsə də, tərəflərin ümumi istifadəsində olan dəhlizin şüşəbənd hissəsinin söküldüyü və oradan giriş-çıxış yolunun açıldığı, eyni zamanda həmin dəhlizin və əvvəllər mövcud olmuş pilləkən (hazırda ləğv olunub) qəfəsinin cavabdeh tərəfindən bağlanaraq istifadə olunması nəticəsində iddiaçının texniki pasportda göstərilən pilləkəndən istifadəsi mümkünsüz olmuşdur.

30. İşə baxan məhkəmə lər tərəfindən tərəflərin və onların nümayəndələrinin iştirakı ilə mübahisəli əraziyə keçirilən baxış zamanı müəyyən edilmişdir ki, n 21 saylı və 22 saylı mənzilləri sıxlaşdırılmış mənzillər olmaqla üç mərtəbəli binanın ikinci mərtəbəsində yerləşir. Hər iki mənzilə giriş tərəflərin ümumi istifadəsində olan dəhlizdəndir. Binanın daxili həyətindən həmin dəhlizə qalxmaq üçün betondan dördmarşlı pilləkən quraşdırılmışdır. Həmin pilləkənlə tərəflərin ümumi istifadəsində olan dəhlizə daxil olmaq mümkündür. Pilləkənlə dəhlizə daxil olduqda görünür ki, dəhlizin sağ hissəsində tikili inşa edilmişdir. Tərəflərin izahatlarından məlum olur ki, həmin tikili Cavabdeh tərəfindən tikilmişdir. Bundan başqa tərəflərə aid mənzillərə məxsus texniki pasportlarda göstərilmiş pilləkənin mövcud olmadığı təyin e dilmişdir.

31. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, Bakı şəhəri, Səbail rayonu, M.Muxtarov küçəsində yerləşən 7 saylı evin İddiaçı məxsus 21 saylı mənzilinə və Cavabdeh məxsus 22 saylı mənzilinə aid texniki pasportlarda tərəflərin ümumi istifadəsində olan dəhlizə daxil olmaq üçün nəzərdə tutulmuş pilləkən Cavabdeh tərəfindən sökülmüş, pilləkənin tərəflərin ümumi istifadəsində olan dəhlizə daxil olan hissəsi cavabdeh tərəfindən bağlanılaraq, həmin dəhlizdə cavabdeh tərəfindən tikili inşa edilmişdir. Bundan başqa dəhlizə daxil olmaq üçün cavabdeh tərəfindən qeyd olunan mənzillərin texniki pasportlarında nəzərdə tutulmayan və dəhlizə daxil olan hissəsinin texniki pasportlarda ümumi istifadədə olan bağlı şüşəbənd kimi göstərilmiş hissəsində dəmir beton kostruksi yadan dördmarşlı pilləkən düzəldilmişdir. 32. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin X saylı, 02 mart 2018-ci tarixli qərarı ilə İddiaçı cavabdeh Səbail Rayon İcra Hakimiyyətinə qarşı “16.05.2012-ci il tarixli sərəncamın ləğv edilməsi” tələbi təmin edilməmişdir.

33. Həmin qərardan iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1762/2019 saylı, 03 oktyabr 2019cu il tarixli qərarı ilə təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş və iddiaçının iddia tələbi təmin edilərək, Səbail Rayon İcra Hakimiyyətinin 16 may 2012-ci tarixli, 119 saylı sərəncamı ləğv edilmişdir.

34. Həmin qərardan üçüncü şəxsin verdiyi kassasiya şikayəti Ali Məhkəmənin İnzibati Kollegiyasının Xsaylı, 29 yanvar 20 20-ci il tarixli qərardadı ilə kassasiya mümkün sayılmamış, şikayətin qəbulundan imtina edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-X saylı, 03 oktyabr 2019cu il tarixli qərarı qanuni qüvvəyə minmişdir.

35. Apellyasiya instansiyası məhkəməsi işdəki sübutları qiymətləndirərək belə qənaətə gəlmişdir ki, məhkəmə-texniki ekspertizasının 06 oktyabr 2015-ci il tarixli rəyi ilə cavabdehə məxsus mənzilin mövcud vəziyyətinin və ölçülərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş çıxarış və texniki pasportda göstərilən ölçülərdən fərqli olduğu müəyyən olunmuşdur. Bundan əlavə, qeyd olunur ki, texniki pasportda mənzilin yerləşmə mərtəbəsinin 2 olduğu göstərilməsinə baxmayaraq, faktiki olaraq cava bdehə məxsus tikililərin binanın 1 və 2-ci mərtəbələrində, eləcə də həmin mərtəbələr arasındakı hissədə yerləşdiyi, cavabdeh tərəfindən sıxlaşdırılmış mənzillər daxilində aparılmış rekonstruksiya işləri nəticəsində tərəflərin ümumi istifadəsində olan dəhlizin şüşəbənd hissəsinin söküldüyü və oradan giriş-çıxış yolunun açıldığı, eyni zamanda həmin dəhlizin və əvvəllər mövcud olmuş pilləkən (hazırda ləğv olunub) qəfəsinin cavabdeh tərəfindən bağlanaraq istifadə olunması nəticəsində iddiaçının texniki pasportda göstərilən pilləkəndən istifadəsinin mümkünsüz olduğu müəyyən edilmişdir.

36. Kollegiya apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Belə ki, ümumi istifadədə olan sahədən ist ifadəyə yaradılan maneələrin aradan qaldırılması ilə bağlı tələbə yuxarıda qeyd edilən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur (§ 15-17).

37. İş üzrə toplanmış sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

38. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

39. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: x oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya M əhkəməsinin Mülki Kollegiyasının xnömrəli iş üzrə 04 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar