Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2658/2019 30.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27 noyabr 2018-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında ba xaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 14 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakim K.Əmirxanova) iddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 07.08.2013-cü il tarixli, 11-AZ-1 -0-402-13 nömrəli kredit müqaviləsinə əsasən 8095,83 ABŞ dolları məbləğində əsas, 1481,76 ABŞ dolları məbləğində faiz, 500 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla, ümumiliklə 10077,59 (on min yetmiş yeddi dollar, əlli doqquz sent) ABŞ dolları məbləğində borc vəsaitinin ödənişin icra edildiyi gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun “xxxx” İKB ASC-nin xe yrinə tutulması, Cavabdeh1 tutulmalı olan məbləğ borc öhdəliyinin təminatı kimi “xxxx” İKB ASC qarşısında girov ilə yüklü edilmiş 2006-ci il buraxılışlı, «X3» markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı, ban: xxxxx, xxxxx mühərrik nömrəli, qara rəngli avtomobilə yönəldilməsi, avtomobil açıq hərrac yolu ilə realizə edilməsi, avtomobilin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsaitin Cavabdeh1 verilməsi, qalan hissədə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən R.Qurbanov, hakimlər E.Nəbiyev və A.Hüseyn) Nərimanov rayon Məhkəməsinin 14 avqust 2018-ci il tarixli qətnaməsi qismən, yəni faiz və cəmi borcun tutulması hissəsində ləğv edilmiş, həmin hissədə iddia q ismən təmin edilmiş, faiz borcu 776,78 ABŞ dolları, cəmi borc isə 9372,61 ABŞ dolları məbləğində müəyyən olunmuş, qətnamə əsas kredit borcu və dəbbə puluna aid hissədə dəyişdirilmədən saxlanılmışdır.. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı “xxxx” İKB Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27 noyabr 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini x ahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı “xxxx” İKB ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada “xxxx” İKB ASC-nin xeyrinə 07 avqust 2013-cü il tarixli kredit müqaviləsi üzrə 8095,83 ABŞ dolları əsas borc, 4864,96 ABŞ dolları faiz borcu və 5615,51 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 18576,3 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, Cavabdeh1 və Cavabdeh2 tutulmalı olan məbləğ, yəni cəmi 18576,3 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun “xxxx“ İKB ASC qarşısında ipoteka ilə yüklü edilmiş və Cavabdeh1 mülkiyyətində olan **-SF-*** dövlət qeydiyyat nişanlı “X3” minik marka avtomobilin açıq hərrac vasitəsilə satılması hesabına yönəldilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin yönəldilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsi ümumi qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin mübahisələndirilməyən hallarına görə, “xxxx” İKB ASC ilə Cavabdeh1 arasında 07.08.2013-cü il tarixli 11-AZ-1-0-402-13 nömrəli kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən Cavabde h1 36 ay müddətinə illik 23% olmaqla 25000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi həmin tərəflər arasında 07.08.2013-cü il tarixli 11-AZ-1-0-402- 13 nömrəli ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh1 məxsus «X3» markalı **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka ilə yüklü edilmişdir. Həmçinin kredit müqaviləsinin təminatı kimi “xxxx” İKB ASC ilə Cavabdeh2 arasında 07.08.2013-cü il tarixli, 11-AZ-1-0-402-13 nömrəli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən zamin Cavabdeh2 borclu Cavabdeh1 bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyır. İddiaçı bildirir ki, Cavabdeh1 müqavilə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin kredit mü qaviləsi üzrə əsas kredit borcu 8095,83 ABŞ dolları, faiz borcu 4864,96 ABŞ dolları, cərimə 5615,51 ABŞ dolları, cəmi borc isə 18576,3 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə görə, borc (kredit) müqaviləsinə verilmiş anlayışdan görünür ki, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İşin m üəyyən olunmuş hallarına əsasən Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəsaitini banka ödəməli olduğu halda öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bu baxımdan mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tələbin ipoteka predmetinə yönəldilməsi hissəsində də iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılm asını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq no rmalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2658/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2658/2019
30.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver