Məhkəmə qərarları › İş №2(102)-2659/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2659/2020

22.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2659/2020 22.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, cavabdeh xxx iştirakı ilə, İddiaçı cavabdehlər xxx Vəkil oğluna və “xxxx” MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi və qeyri-yaşayış sahəsindən çıxarılma” tələbinə dair ilk, xxx edilməsi”nə dair və “xxxx” MTK-nın xxx qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiaları üzrə Bakı Apellyasiya Məhk əməsi Mülki Kollegiyasının 05 dekabr 2019-cu il tarixli 2(103)-12271/2019 nömrəli qətnaməsindən kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçıcavabdehlər xxx və “xxxx” MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MTK ilə bağlanmış 16 iyun 2008-ci il tarixli müqavilə ilə ona verilmiş Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən 44 kv.m. qeyri-yaşayış sahəsindənxxx çıxarılması, xxx həmin sahə üzrə verilmiş müqavilə və maliyyə arayışının etibarsız hesab edilməsibarədə qətnamə çıxarılmasını xahiş etmişdir. xxx da İddiaçı və “xxxx” MTK-ya qarşı qarşılıqlı iddia ərizəsi verərək, İddiaçı ilə “xxxx” MTK arasında bağlanmış 16.06.2008-ci il tarixli müqavilənin etibarsız hesab edilmə si barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin “xxxx” MTK xxx qarşı qarşılıqlı iddia verərək, MTK ilə xxx arasında bağlanmış 15.12.2013-cü il tarixli müqavilənin və eyni tarixli maliyyə arayışının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 may 2019-cu il tarixli, 2(011)-258/2019 saylı qətnaməsi ilə ilk iddia və “xxxx” MTK-nın qarşılıqlı iddiası təmin olunmuş, “xxxx” MTK ilə xx arasında xxx məhəllədə inşa edilən çoxmərtəbəli yaşayış binasının xxxx bağlanmış 15 dekabr 2013-cü il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin və xxx verilmiş 15 dekabr 2013-cü il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, xxx Vəkil oğlunun xxx qeyri-yaşayış sahəsindən (market) çıxarılması, xxx Vəkil oğlunun qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. (hakim Sərdar Mehrəliyev) Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12271/2019 saylı, 05 dekabr 2019-cu iltarixli qətnaməsi ilə cavabdeh xxx apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-258/2019 saylı iş üzrə 20 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Zaur Əliyev (sədrlik edən və məruzəçi) Fuad Talışınski, Rafael Eyvazov) Cavabdeh Vəkil oğlu və Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.12.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətn amə maddi və prosessual hüquq pozuntuları ilə qəbul edilmişdir. İş üzrə obyektiv araşdırma aparılmamış, qanunların tətbiqində səhvə yol verilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh xxx vəkilsiz iştirak etdiyi üçün MülkiProsessual Məcəllənin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq kassasiya baxışında onun izahatı dinlənilmədi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də iddiaçı və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən iddiaçı və 3-cü çəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya inst ansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətitəmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı iddia tələbinin əsası kimi onunla cavabdeh “xxxx” MTK arasında mənzil tikintisi ilə bağlı 16 iyun 2008-ci il tarixli müqaviləsi olmasını, müqaviləyə əsasən xxx məhəllədə inşa edilən çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən 44 kv.m. qeyri-yaşayış sahəsini pulunu ödəməklə alsa da, həmin sahədən istifadə etməsinə cavabdehlərin mane olmasını, üstəlik qeyd edilən sahə ilə bağlı cavabdeh xxx da daha sonrakı tarixə müqavil ə bağlanmasını və bu səbəbdən sonuncu ilə bağlanmış müqavilənin etibarsız olmasını göstərmişdir. xxx Vəkil oğlu qarşılıqlı iddiasında xxxx məhəllədə inşa edilən çoxmərtəbəli yaşayış binasının xxx qeyri-yaşayış sahəsinə dair onunla 15 dekabr 2013-cü ildə müqavilə bağlanmasına, 2008-ci ildə İddiaçılə bağlanan zaman qeyd edilən binanın 2-ci mərtəbəsində nə 40, nə 44 kv.metrlik q/yaşayış sahəsinin olmamasına, həmin sahəni aldığı vaxtdan oranı təmir edib istifadə etməsinə, bununla da İddiaçılə bağlanmış 16 iyun 2008-ci il tarixli müqavilənin etibarsız olmasına istinad etmişdir. “xxxx” MTK qarşılıqlı iddiasını xxx Vəkil oğlunun 15.12.2013-cü il tarixli müqavilə və maliyyə arayışına möhürlərin birbaşa deyil, texniki vasitələrdən istifadə edilməklə vurulması ilə əsaslandırmışdır. Qətnamədən görünü r ki, apelyasiya instansiyası məhkəməsi iş materiallarına, o cümlədən ekspert rəyinə əsasən “xxxx” MTK ilə xxx Vəkil oğlu arasında 15.12.2013-cü ildə müqavilə bağlanarkən xxx Vəkil oğlunun həm də MTK-nın icra orqanının rəhbəri olmaqla özü ilə müqavilə bağlamasını, bunun həm hüquqi şəxsin idarəçilik qaydalarına, həm də təmsilçinin özünün özü ilə əqd bağlaması qaydalrına zidd olmasını, eləcə də xxxx bağlanmış 15.12.2013-cü il tarixli müqavilə və MTK-nın verdiyi 15.12.2013-cü il tarixli maliyyə arayışında olan möhür əkslərinin birbaşa deyil, başqa sənədlərdə olan möhür əksindən rəqəmsal texniki qurğu (skaner və s.) vasitəsilə köçürülərək axınlı çap qurğusunda (printerdə) vurulmasını, bununla da “xxxx” MTK ilə xxx arasında bağlanmış 15.12.2013-cü il tarixli müqavilə və maliyyə arayışının gör ünüş üçün tərtiblənməklə etibarsız olmasını, həmçinin İddiaçı qeyri-yaşayış sahəsindən istifadə etməsinə maneələrin qanunsuz olmasını müəyyən edərək, ilk və MTK-nın qarşılıqlı iddiasını təmin, xxx qarşılıqlı iddiasını rədd edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamış, gəldiyi nəticəni də Mülki Məcəllənin 49-1, 157.4, 337, 340, 359.3-cü maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi işin müəyyən etdiyi hallarına uyğun olaraq mübahisəyə maddi hüquq normalarını düzgün tətbiq etmişdir. İlk iddia tələbi cavabdeh MTK-nın inşa etdiyi qeyri-yaşayış sahəsini müqavilə əsasında əldə edən iddiaçının həmin qeyri-yaşayış sahəsindən istifadəsinə cavabdeh MTK-nın və xxx yaratdığı maneələrin aradan qaldırılması, həmçinin həmin qeyri-yaşayış sahəsinə digər cavabdeh xxx bağlanan müqavilənin etibarsızlığı barədədir. x “xxxx” MTK-nın qarşılıqlı iddiası da xxx Vəkil oğlu ilə bağlanmış 15.12.2013-cü il tarixli müqavilədəki və sonuncuya verilmiş maliyyə arayışındakı möhürlərin birbaşa deyil, texniki vasitələrdən istifadə edilməklə vurulmaqla etibarsız hesb edilməsi barədədir. İlk iddia və “xxxx” MTK-nın qarşılıqlı iddia tələbi üzrə işin apelyasiya instansiyası tərəfindən müəyyən edilən halı da ondan ibarətdir ki, “xxxx” MTK ilə xxx Vəkil oğlu arasında 15.12.2013-cü ildə müqavilə bağlanarkən xxx Vəkil oğlu eyni zamanda MTK-nın icra orqanının rəhbəri olub, həmin müqaviləni həm satıcı kimi MTK-nın adından, həm də alıcı olaraq öz adından MTK-nın ümumi yığıncağının müvafiq qərarı olmadan xxx imzalayıb. Üstəlik, ekspert rəyi nə görə “xxxx” MTK ilə xxx arasında bağlanmış 15.12.2013cü il tarixli müqavilədə və MTK-nın verdiyi 15.12.2013-cü il tarixli maliyyə arayışında olan möhür əksləri birbaşa vurulmayıb, başqa sənədlərdə olan möhür əksindən rəqəmsal texniki qurğu (skaner və s.) vasitəsilə köçürülüb. Mülki Məcəllənin 49-1.2-49-1.3-cü maddələrinə əsasən, aidiyyəti şəxslə bağlanması nəzərdə tutulan əqdin dəyəri hüquqi şəxsin aktivlərinin 5 faiz və daha çox hissəsini təşkil etdikdə, həmin əqd hüquqi şəxs tərəfindən cəlb edilmiş müstəqil auditorun rəyi və hüquqi şəxsin iştirakçılarının ümumi yığıncağının sadə səs çoxluğu ilə qəbul edilmiş qərarı ilə bağlanılır. Həmin əqdə münasibətdə aidiyyəti şəxs olan iştirakçı məsələ ilə əlaqədar olan səsvermədə iştirak edə bilməz. Aidiyyəti şəxslə bağlanması nəzərdə tutulan əqd in dəyəri hüquqi şəxsin aktivlərinin 5 faizədək hissəsini təşkil etdikdə, həmin əqd hüquqi şəxsin nizamnaməsinə uyğun olaraq, onun iştirakçılarının ümumi yığıncağı, direktorlar şurası (müşahidə şurası) və ya “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallar istisna olmaqla, icra orqanı tərəfindən qəbul olunur. Bu halda iştirakçıların ümumi yığıncağında, direktorlar şurasının (müşahidə şurasının) və kollegial icra orqanının iclaslarında aidiyyəti şəxs olan iştirakçı (üzv) səsvermədə iştirak edə bilməz. Hüquqi şəxsin təkbaşına icra orqanının rəhbəri, habelə onun bu Məcəllənin 49-1.1.3-cü və 49-1.1.5-ci maddələrində göstərilən şəxsləri aidiyyəti şəxs qismində çıxış etdikdə onlarla hüquqi şəxs arasında əqd direktorlar şurasının (müşahidə şurasının), o olmadıqda is ə hüquqi şəxsin ümumi yığıncağının qərarı ilə bağlanılır. Mülki Məcəllənin 49-1.4-cü maddəsinə görə əqdin bu Məcəllənin 49-1.2-ci və 491.3-cü maddələrinin tələbləri pozulmaqla bağlanılması nəticəsində hüquqi şəxsə dəyən zərərə görə təqsiri olan şəxslər məsuliyyət daşıyır. Əqdin digər tərəfi əqdin bu Məcəllənin 49-1.2ci və 49-1.3-cü maddələrinin tələbləri pozulmaqla bağlandığını bildikdə hüquqi şəxs və ya onun istənilən iştirakçısı bu Məcəllənin 337.1-ci və 339-cu maddələrinə müvafiq olaraq həmin əqdi mübahisələndirə bilər. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uyd urma əqd əhəmiyyətsizdir. Mülki Məcəllənin 359.3-cü maddəsinə görə isə təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında brokerlik halı istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Mülki Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Bununla da görünür ki, apelyasiya instansiyası işin müəyyən edilmiş hallarına uyğun olaraq İddiaçı ilk, “xxxx” MTK-nın qarşılıqlı iddia tələbl əri üzrə mübahisəyə qeyd edilən maddi hüquq normalarını düzgün tətbiq və təfsir etmişdir. Çünki qeyd edilən maddi hüquq normalarının dispozitiv şərtləri işin müəyyən edilmiş hallarına uyğun gəlir. xxx isə qarşılıqlı iddia tələbini 2008-ci ildə İddiaçılə bağlanan zaman qeyd edilən binanın 2-ci mərtəbəsində nə 40, nə 44 kv.metrlik qeyri-yaşayış sahəsinin olmaması, həmin sahəni aldığı vaxtdan oranı təmir edib istifadə etməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, xxx qarşılıqlı iddia tələbi üzrə də apelyasiya instansiyasının gəldiyi nəticə düzgün olmuşdur. Çünki xxx qarşılıqlı tələbi ilk iddianın tam təmin edilməsini aradan qaldırmağa yönəlmişdir. Bu o deməkdir ki, ilk və ya qarşılıqlı iddialardan birinin təmin olunması digərinin təmin olunmasını istisna edir. Apelyasiya inst ansiyası da ilk iddianın təmin olunan hissəsində birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxladığı üçün ilk iddianın təmin olunma əsasları baxımından qarşılıqlı iddianın təmin edilməsi istisna olunur. Həmçinin apelyasiya instansiyası məhkəməsi sübutları Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır. Kassasiya şikayətində istinad edilən digər dəlillər isə işin faktiki halları ilə əlaqəlidir. Apelyasiya instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına qiymət verilib. İşin faktiki halları kassasiya məhkəməsi tərəfindən araşdırılmadığından, eləcə də apelyasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş hallarına dair gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə razı olduğundan məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin həmin dəlillərinə ayrıca qiymət verilməsi və apelyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Hazırki işdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 418-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh xxx Vəkil oğlunun kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 dekabr 2019-cu il tarixli 2(103)-12271/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar