Məhkəmə qərarları › İş №2(102)-2661/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2661/2024

11.09.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2661/2024 11.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: Əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi (İşə bərpa tələbi); ƏMin 70-ci maddəsinin ç bəndində nəzərdə tutulmuş əsaslarla) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehinə qarşı Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-205/2024 nömrəli, 30 yanvar 2024-cü tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazıl ı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 16 may 2016-cı il tarixdə Sumqayıt Tibb Mərkəzi X9in Təcili və X4 Kolonuna 1-ci dərəcəli sürücü vəzifəsinə işə qəbul edilmişdir.

2. İddiaçı xx.xx.2023-cü il tarixində Sumqayıt Tibb Mərkəzi 2 nömrəli xəstəxananın poliklinika şöbəsinin həkim-nevroloquna müraciət etmişdir. Müayinə olunduqdan sonra xəstəyə “Belə və digər şöbələrin falanqa arası disklərin radikulopatiya ilə zədələnməsi” diaqnozu qoyulmuş, ******* №-li xəstəlik vərəqəsi açılmış və müalicə təyinatı verilmişdir. Xəstəlik vərəqəsi xx.xx.2023-cü il tarixində bağlanmışdır. Xəstə xx.xx.2023-cü ildə sağalma ilə işə yazılmışdır. 3. 27.05.2023-cü il tarixli 148 №-li Sumqayıt Tibb Mərkəzi PHŞ-nin X5 X2 İttifaqı Komitəsinin iclas protokoluna əsasən, sürücü İd diaçı uzun müddət davamiyyəti pozaraq işə gəlməməsi ilə bağlı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə tutduğu vəzifədən azad olunması barədə məsələ müzakirəyə çıxarılmış, iclasda 6 nəfər iştirak etmiş, 4 nəfər lehinə, 2 nəfər əleyhinə qərar qəbul etmiş, sürücü İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə etiraz edilmədiyi qeyd edilmişdir. İddiaçı həmin iclasda iştirak etmişdir.

4. Sumqayıt Tibb Mərkəzi X9 Təcili və X4 Stansiyasının sürücüsü İddiaçı ilə bağlanmış 5EUDU8000102 nömrəli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə 309-K saylı əmrlə xitam verilmiş və Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən şəxs işdən azad edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraa t

5. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Sumqayıt Tibb Mərkəzi” X8 və Sumqayıt şəhər Səhiyyə şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Sumqayıt Tibb Mərkəzi” X9 direktoru tərəfindən İddiaçı barəsində xx.xx.2023-cü il tarixli, 309-K saylı əmrin qanunsuz hesab edilməsi və ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizə verərək, Sumqayıt şəhər Səhiyyə şöbəsinin cavabdehlər sırasından çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçı ərizəyə dəqiqləşmə verərək, Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Sumqayıt Tibb Mərkəzi” X9 direktorunun İddiaçı barəsində xx.xx.2023-cü il tarixli, 309-K saylı əmrinin ləğv e dilməsi, onun işə bərpa olunması və məcburi buraxılmış iş günlərinin əmək haqqının cavabdeh tərəfindən iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini işin yuxarıda göstərilən faktiki hallarına istinadla onunla əsaslandırılmışdır ki, cavabdeh təşkilat onu qərəzli olaraq müvafiq maddənin bəndi ilə işdən azad etmişdir. Belə ki, onun işə çıxmaması xəstəliyi ilə əlaqədar olmuş (bel fəqərələrinin qismən yana əyriliyi, yan çıxıntıların kənar kütlələri qismən sivridir), bu barədə iş yerinə onun tərəfindən məlumat verilmişdir. O, müvafiq əmrin verilməsini qanunvericiliyin müddəalarının və normalarının pozulması kimi qiymətləndirərək, məhkəməyə müraciət etmişdir. Həmin müddət üçün xəstəlik vərəqəsi bağladılmış, o, məcburi qaydada məzuniyyətə çıxarılmışdır. Buna baxmayaraq, cavabdeh təşkilat ona qarşı qərəzli münasibət göstərərək guya onun cavabdeh təşkilatı xəbərdar etmədiyi üçün belə bir əmr verməsini əsas tutur. Onun xəstəliyi ilə əlaqədar iş qabiliyyətinin zəifləməsi səbəbindən işdən çıxmaq fikri olsa da, hər hansı qanun pozuntusu və əmək intizamını pozacaq bir hərəkət etməmişdir. O, işlədiyi müddət ərzində heç bir əmək intizamını pozmamış, həmişə yaxşı işçilər arasında olmuş, öhdəsinə düşən işi vaxtında və layiqincə yerinə yetirmişdir. Kollektiv arasında hörməti olmuşdur. Müdiriyyət ailə vəziyyətinin son dərəcə ağır olduğunu bilərək onu işdən azad etmişdir. Yazdığı ərizə də cırılıb atılmışdır. Son vaxtlar mətbuat və sosial şəbəkələrdə yayılanlara əsaslanaraq bildirmişdir ki, işdən qanunsuz çıxarılanların yerləri satılırmış.

7. Cavabdehin n ümayəndəsi iddianı əsassız hesab edərək, iddia tələbini qəbul etməməyərək bildirmişdir ki, iddiaçı 32 gün üzrlü səbəblər olmadan iş buraxmışdır. Dəfələrlə işçinin özü və ailə üzvləri ilə əlaqə saxlanılmağa cəhd edilsə də, baş tutmamışdır. 32 gün sonra, yəni xx.xx.2023-cü il tarixində iddiaçı işə gələrək izahat yazmış və izahatında belində ağrılar olduğunu qeyd etmişdir, lakin onun məzuniyyətə çıxmaqla bağlı ərizəsi və bu ərizəyə əsasən məzuniyyət əmri mövcud deyildir.

8. X1 məhkəmə iclasında ifadə verərək, cavabdeh müəssisədə həmkarlar ittifaqı komitəsinin sədri vəzifəsində işlədiyini, iddiaçı olan işçinin işdən çıxarılmasına razılıq verilməsi ilə bağlı komitəyə təqdimatın daxil olduğunu bildirmişdir. Həmçinin həmin təqdimatla bağlı iclas keçirildiyini qeyd etmişdir. İclasın keçirilməsi il ə bağlı iddiaçı olan işçiyə məlumat verilmiş, onun iştirakı ilə iclas keçirilmiş, protokol tərtib olunmuşdur. Həmçinin iddiaçı olan işçinin heç vaxt komitəyə müraciət etmədiyini bildirərək, əlavə etmişdir ki, əgər iddiaçı vaxtında komitəyə müraciət etmiş olsaydı ona kömək edilərdi.

9. X3 ifadəsində göstərmişdir ki, o, cavabdeh müəssisədə şöbə müdiridir. İddiaçı intizamlı, tərbiyəli adamdır. İddiaçı 7-12 aprel tarixlərində işdə olmamış, 3 günlük bülletendə olmuşdur. İddiaçı rəhbərliyə xəbər vermədən işdən yayınmışdır. Həmin ərəfədə müəssisənin direktorunun əmri ilə sürücülərin narkoloji testi aparılırdı. İddiaçı da həmin ərəfədə işdə olmamışdır. Testin nəticəsi 3 nəfərdə müsbət çıxmışdır. 2 nəfərdə təkrar aşkar olunmadı deyə işə bərpa olunmuşlar. 10.Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4935/2 023 saylı mülki iş üzrə 14 sentyabr 2023cü il tarixli qətnaməsi ilə (hakim Əfqan Ələkbərov) iddia tələbi təmin edilməmişdir.

11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı-işçi ilə əmək münasibətlərinə xitam verilərkən, qanunvericiliyin tələblərinə riayət olunmuş, müvafiq əmr imzalanmış, işçiyə bu barədə məlumat verilməklə, onunla son haqq-hesab aparılmışdır. İddiaçı məhkəməyə əmək münasibətlərinə qanunsuz xitam verilməsi əsaslarına dair dəlillərini təsdiq edən heç bir mötəbər sübut təqdim etməmişdir. Ona görə də qeyd edilən əmrin ləğv və iddiaçının işə bərpa edilməsi üçün heç bir əsas yoxdur. 12.İddiaçı heç bir üzrlü səbəb olmadan otuz iki gün işə gəlməmiş və bununla da əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Cavabdeh işəgötürən tərəfindən həmkarlar ittif aqının razılığının alınması üçün təqdimat göndərilmiş və həmin təqdimata dair həmkarlar ittifaqı tərəfindən işçinin bu əsasla əmək müqaviləsinə xitam verilməsinə razılığı ifadə edən protokolqərardan çıxarış təqdim olunmuşdur. Həmçinin həmkarlar ittifaqının iclasının yeri və vaxtı barədə də işçiyə dəvət göndərilmiş, onun həmin iclasda iştirakı təmin olunmuşdur. Eyni zamanda, həmkarlar ittifaqı tərəfindən gəldiyi nəticəyə dair hər hansı əsaslandırılmış yazılı şəkildə qərar tərtib olunmuşdur. Beləliklə, iddiaçı tərəfindən Sumqayıt şəhər Səhiyyə şöbəsinin direktorunun onu işdən çıxarmaqda maraqlı olması barədə irəli sürülən həmin dəlillər məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, yalnız iddiaçının öz şəxsi mülahizələrinə əsaslanmışdır.

13. Məhkəmə digər tələblə bağlı qeyd etmişdir ki, əmək münasibətlərinə xitam verilməsində heç bir qanunsuzluq aşkarlanmadığından, iddiaçı işburaxmaya görə əmək haqqı hesablanmasını və ya digər zərərin əvəzini tələb etməkdə haqlı deyildir. 14.Məhkəmə eyni zamanda qeyd etmişdir ki, iddiaçının işdən azad edilməsi ilə bağlı sənədləşdirmə qanuna müvafiq qaydada aparılmış, bu zaman Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş bütün prosedurlara riayət olunmuşdur.

15. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə, 71-ci maddəsinin 2-ci hissəsinə, 72-ci maddəsinin “a” bəndinə, 80-ci maddəsinin 1 və 2-ci hissələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə əmək hüquqlarının pozulmasını istinad etdiyi halları araşdırmamış, işəgötürən tərəfindən idarə daxili sənədləşmə işlərini araşdırmamışdır

18. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (105)-205/2024 nömrəli, 30 yanvar 2024-cü tarixli qətnaməsi ilə (hakimlər İlqar Dəmirov (sədrlik edən və məruzəçi) Lalə Rəhimli və Fuad Məmmədov) apellyasiya şikayətini təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlamışdır.

19. Məhkəmə kollegiyası tərəfindən qeyd edilmişdir ki, iddiaçı apellyasiya şikayətini ona işə götürən tərəfindən öz hesabına məzuniyyət götürmək barədə ərizə yazdırılaraq məzuniyyətə buraxılmağı, işburaxma dövründə ona əmək haqqı hesablanması və s. kimi əsaslandırsa da, buna dair heç bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə, 71-ci maddəsinin 2-ci hissəsinə, 72-ci maddəsinin “a” bəndinə, 80-ci maddəsinin 1 və 2-ci hissələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) K assasiya şikayətinin dəlilləri

21. İddiaçı kassasiya şikayəti verərək (Vəkil) qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

22. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçının istinad etdiyi hallar tam araşdırılmamış, işəgötürən tərəfindən daxili araşdırma ilə bağlı prosessual hərəkətlərin qanunvericiliyin tələbləri baxımından yoxlanılmamışdır, qərar özündə həm maddi, həm də prosessual hüquq normalarının kobud şəkildə pozulmasını ehtiva edir, işin faktiki halları ilə ziddiyyət təşkil edir, o cümlədən əmək hüquq münasibətlərindən irəli gələn mübahisələrə dair işlər üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin bu sahədə qəbul etdiyi Qərarlarında öz əksini tapan hüquqi möv qelərə ziddir.

23. Şikayətdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə, 71-ci maddəsinin 2-ci hissəsinə, 72-ci maddəsinin “a” bəndinə, 80-ci maddəsinin 1 və 2-ci hissəsinə istinad edilməklə qeyd edilmişdir ki, müvafiq normalar iddiaçıya münasibətdə tətbiq olunmamışdır. Eyni zamanda, prosessual hüquq normalarının pozulmasının hüquqi əsası kimi Mülki Prosessual Məcəllənin 88 və 127-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi:

25. Maddə 70, “ç” bəndi. işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələri ni kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 26.Maddə 71, 2-ci hissə. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 27.Maddə 72, “a” bəndi. Özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfi ndən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.

28. Maddə 80, 1-ci hissə. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 29.Maddə 80, 2-ci hissə. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırıl mış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Maddə 300, 1-ci hissə. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 30.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 31.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 32.Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 33.Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 34.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 35.Maddə 407.2. Kassasiya şikayətində işin hallar ının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 36.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 37.Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 38.Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və y a düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri 39.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 40.Hazırkı kassasiya şikayətində qətnamə tam mübah isələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 41.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 42.Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. 43.Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 44.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Mə hkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-205/2024 nömrəli mülki iş üzrə 30 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar