Məhkəmə qərarları › İş №2(102)-2665/2024

Ali Məhkəmə Qərardad — İş №2(102)-2665/2024

12.08.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2665/2024 12.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh X2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin forması və məzmunu, kassasiya şikayətinin geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh X2 qarşı qanunsuz zəbt edilmiş torpaq sahəsinin boşaldılması və zəbt olunmuş torpaq sahəsində aparılmış qanunsuz tikilinin sökülməsi tələbinə dair Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-16/2024 nömrəli iş üzrə 4 aprel 2024- cü il tarixli q ətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı cavabdeh X2 qarşı qanunsuz zəbt edilmiş torpaq sahəsinin boşaldılması və zəbt olunmuş torpaq sahəsində aparılmış qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə ailə üzvlərinin mülkiyyətinə verilmiş, ümumi birgə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, Lənkəran rayonunun Osaküçə kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı 0,64 ha torpaq sahəsinin cavabdeh X3 tərəfindən qanunsuz olaraq zə bt edilmiş hissəsinin zəbtdən azad edilməsi, zəbt edilmiş torpaq sahəsindəki qanunsuz tikililərin sökülərək torpaq sahəsinin istifadələrinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Lənkəran Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(049)-73/2020 nömrəli iş üzrə 8 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Məmmədov) iddia tələbi təmin edilmişdir.

3. Cavabdeh apellyasiya şikayəti təqdim edərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-1446/2021 nömrəli iş üzrə 18 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər S.Mayılov (sədrlik edən və məruzəçi), İ.Əsədov və N. Mirzəyev) apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər – İsmayıl Xəlilov (sədrlik edən və məruzəçi), Ələsgər Əliyev və Mehparə Əhmədova) 2(102)6169/2021 nömrəli iş üzrə 30 noyabr 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin 18 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.

6. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-16/2024 nömrəli, 4 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Cahid İmanov (sədrlik edən və məruzəçi), Samir Həsənov və Tale Kərimov) cavabdeh X1 nümayəndəsi Nümayəndə1 tərəfindən verilm iş apellyasiya şikayəti təmin edilərək, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(049)-73/2020 saylı qətnaməsinin ləğv olunması, iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı cavabdeh X2 qarşı qanunsuz zəbt edilmiş torpaq sahəsinin boşaldılması və zəbt olunmuş torpaq sahəsində aparılmış qanunsuz tikilinin sökülməsi tələbinə dair iddiasının təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 150 manat ekspertiza xərcinin İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının hesabına ödənilməsi qət edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

7. İddiaçı (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməs inə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 8.Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə

9. Maddə 407.1.4. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir.

10. Maddə 408.1.1. Kassasiya şikayəti kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1- ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

11. Maddə 417.1.7. Kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

12. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-16/2024 nömrəli iş üzrə 4 aprel 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-2665/2024 nömrəli iş üzrə 8 iyul 2024-cü il tarixli qərardadı ilə mümkün hesab edilərək icraata qəbul edilmişdir.

13. İş öyrənilərkən müəyyən edilmişdir ki, kassasiya şikayəti MPM-in tələblərinə zidd olaraq icraata qəbul edilmişdir.

14. Belə ki, İddiaçı kassasiya şikayətində məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərməmiş, kassasiya şikayəti işin faktiki hallarına istinadən əsaslandırılmamışdır.

15. Eyni zamanda qeyd edilir ki, kassasiya şikayətində baxılan işə aid olmayan digər işin faktiki halları və bununla bağlı maddi hüquq normaları daxil edilm işdir.

16. MPM-in 407.1.4-cü maddəsinə əsasən şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir.

17. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı kassasiya şikayəti MPM-in tələblərinə cavab vermədiyindən geri qaytarılmalıdır.

18. Ona görə də işin icraata qəbul edilməsinə dair qərardad ləğv edilərək, kassasiya şikayəti məhkəmə baxışından çıxarılmalı, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

19. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əs asən və MPM-in 407.1.4, 408.1.4 və 417.1.7-ci maddələrini rəhbər tutaraq, Qərara aldı Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının işin icraata qəbul edilməsi barədə 2(102)-2665/2024 nömrəli iş üzrə 8 iyul 2024-cü il tarixli qərardadı ləğv edilsin. Mülki iş kassasiya baxışından çıxarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar