Məhkəmə qərarları › İş №2(102)-2667/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2667/2021

24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2667/2021 24.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər xxxxxxx Cavabdeh3, X2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, ipoteka predmetinə tutma yönəldilməsi, kassasiya şikayətinin ekspert (mütəxəssis) rəyi ilə bağlı dəlilləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mül ki kollegiyasının 2(105)-68/2020 nömrəli iş üzrə 12 noyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh xxxxxxx tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 24 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra – iddiaçı və ya Bank) Sumqayıt filialı ilə xxxxxxxxx oğlu (bundan sonra – borcalan) arasında bağlanmış 29 may 2008-ci il tarixli, 03L000000932 saylı kredit xətti müqaviləsinə əsasən, sonuncuya 60 ay müddətinə 20.000 ABŞ dolları məbləğində kredit xətti açılmış, müqaviləyə və kredit razılaşmasına görə istənilən məbləğ 29 may 2013-cü il tarixdən gec olmayaraq verilməlidir. Bank ilə borcalan arasında bağlanmış kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilmə si haqqında 04 dekabr 2012-ci il tarixli, 932 saylı sazişə əsasən, Bank ilə borcalan arasında 29 may 2008-ci il tarixdə bağlanmış kredit xətti müqaviləsinin 1.1 və 1.2-ci bəndlərinə dəyişiklik və əlavələr edilməklə müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditin məbləği 50.000 ABŞ dolları, müddəti 175 ay müəyyən edilmişdir. Bank ilə borcalan arasında bağlanmış 29 may 2008-ci il tarixli kredit xətti müqaviləsi üzrə 02 dekabr 2016-cı il tarixli, 003R********** saylı kredit razılaşmasına əsasən, borcalana aylıq faiz dərəcəsi 2,3333% olmaqla 16 ay müddətinə 13.963 manat kredit verilmişdir. Bank ilə Cavabdeh5 arasında bağlanmış 03S000000895 saylı, 29 may 2008-ci il tarixli, X3 arasında bağlanmış 03S000011622 saylı, 28 iyul 2011-ci il tarixli, Cavabdeh3 arasında bağlanm ış 03S000020469 saylı, 27 fevral 2014-cü il tarixli zaminlik müqavilələrinə əsasən, Bank ilə borcalan arasında bağlanmış 29 may 2008-ci il tarixli kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün zaminlər bank qarşısında tam məsuliyyəti öz üzərlərinə götürmüşlər və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyırlar. Zaminlik müqavilələrinə dəyişiklik və əlavələr edilməsi haqqında sazişlərə əsasən, Bank ilə zamin Cavabdeh5 arasında bağlanmış 29 may 2008-ci il tarixli 03S000000895 saylı və X3 arasında bağlanmış 28 iyul 2011-ci il tarixli 03S000011622 saylı zaminlik müqavilələrinin preambulasına dəyişiklik və əlavə edilməklə həmin preambulada, kredit xəttinin məbləği 50.000 ABŞ dolları, kredit xəttinin müddəti 175 ay göstərilmişdir. 24 fevral 2014- cü il tarixli, 03M000001477 saylı ipoteka müqaviləsinə əsasən, Bank ilə borcalan arasında bağlanmış 29 may 2008-ci il tarixli kredit xətti müqaviləsi və bu kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşması üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək üçün Cavabdeh3 məxsus xxxxxxxxxxxxxxxnömrəli fərdi yaşayış evi (bundan sonra – ipoteka predmeti) ipoteka ilə yüklü edilmiş və ipoteka predmetinin qiyməti 21.966 manat müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh xxxxxxxxxxx oğlunun Bankla bağladığı 29.05.2008-ci il tarixli, 03L000000932 saylı kredit xətti müqaviləsinə xitam verilməsi, cavabdehlər xxxxxxxxxxxxxxxxxoğlundan, Cavabdeh5, Cavabdeh3 və X1 müştərək qaydada Bankın xeyrinə 003R********** saylı kredit müqaviləsi üzrə 13.963 manat məbləğində kredit borcu, 3561,41 manat məbləğində faiz borcu və 4096,11 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 21.620,52 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin ipoteka predmeti olan fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərracdan satılması və cəmi 21.620,52 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına Banka ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər xxxxxxxxxxxxxoğlundan, Cavabdeh5, Cavabdeh3 və X1 müştərək qaydada tutulması, ipoteka predmetinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh8, Cavabdeh6 və Cavabdeh7 həmin mənzilə istifadə hüquqlarının itirilməsi, onların həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, borcalan kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 05.01.2017-ci il tarixdən Banka qaytarmamışdır. Bankın 24731 saylı, 27 noyabr 2017-ci il tarixli maliyyə arayışına əsasən, borcalanın 02 dekabr 2016-cı il tarixli, 003R********** saylı kredit razılaşması üzrə 26 oktyabr 2017-ci il tarixə əsas borcu 13.963 manat, faiz borcu 3561,41 manat, cərimə borcu 4096,11 manat, cəmi borcu 21.620,52 manat təşkil edir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 17106 saylı, 31 avqust 2018-ci il tarixli rəyinə əsasən, hesabdan çıxarış məlumatları, 02 dekabr 2016-cı il tarixli, 003R********** saylı kredit razılaşmasının şərtləri nəzərə alınmaqla borcalanın 26 oktyabr 2017-ci il tarixə Banka olan borcu 17.481,63 manat, o cümlədən əsas borc üzrə 13.963,00 manat, faiz borcu üzrə 3518,63 manat müəyyən olunur. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(060)-1005/2018 nömrəli iş üzrə 26 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim N.Abıyev) iddia qismən təmin edilmiş, Bankla borcalan arasında bağlanmış 29.05.2008-ci il tarixli, 03L000000932 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər xxxxxxxxxxoğlundan, Cavabdeh5, Cavabdeh3 və X1 müştərək qaydada Bankın xeyrinə 003R********** saylı kredit müqaviləsi üzrə 13.963 manat məbləğində əsas, 3.518,63 manat məbləğində faiz və 50 manat məbləğində cərimə borcu olmaqla, cəmi 17.531 manat 63 qəpik məbləğində pulun tutulması, tutmanın Cavabdeh3 məxsus ipoteka predmeti olan fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin ilkin satış qiymətinin 21.966 manat müəyyən edilməsi, mənzilin açıq hərracdan satılması və onların satışından əldə edilən pul vəsaiti hesabına hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 17.531 manat 63 qəpik məbləğində pulun iddiaçıya ödənilməsi, qalan vəsaitin isə Cavabdeh3 qaytarılması, ipoteka predmeti satıldıqdan sonra cavabdehlər Cavabdeh3, Cavabdeh8, Cavabdeh6 və Cavabdeh7 mənzildən çıxarılmaları və mənzilin məcburi qaydada boşaldılması, iddianın qalan hissədə təmin olunmaması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının cavabdehlər xxxxxxxxxxxxxxoğlundan, Cavabdeh5, Cavabdeh3 və X1 müştərək qaydada iddiaçının xeyrinə tutulması, aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 150 manat məbləğində pulun sonunculardan müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etsə də, borcalan müqavilə üzrə öhdəliyini icra etməmiş, Banka ödənilməmiş borcu qalmışdır. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, borc borcalandan və zaminlərdən müştərək qaydada tutulmalıdır. Bununla belə, məhkəmə tələb olunan cərimə məbləğini tənasübsüz yüksək hesab edərək məbləği 50 manatadək azaltmışdır. Məhkəmə, həmçinin tərəflər arasında bununla bağlı mübahisə olmadığını qeyd edərək müqavilə üzrə razılaşdırılmış 21.966 manat qiyməti ipoteka predmetinin ilkin satış qiyməti kimi müəyyən etmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 279, 295, 317.1, 319.1, 421.2, 472.1, 472.2, 467, 739, 743-cü maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İpoteka haqqında” Qanun) 34.1.1, 39.3.3, 59.3, 59.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən cavabdehlər XXX oğlu, Cavabdeh3, Cavabdeh8, Cavabdeh6 və Cavabdeh7 apellyasiya şikayəti vermişlər. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Cavabdehlər birinci instansiya məhkəməsinin qətnaməsini 3.518,63 manat məbləğində faiz və 50 manat məbləğində cərimə borcunun tutulmasına dair hissədə, habelə tutmanın ipoteka predmetinə yönəldilməsi, evin ilkin satış qiymətinin 21.966 manat müəyyən edilməsi, mənzilin açıq hərracdan satılması, ipoteka predmeti satıldıqdan sonra cavabdehlərin mənzildən çıxarılması və mənzilin məcburi qay dada boşaldılması hissələrində mübahisələndirmişlər. İşin apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 11 mart 2020-ci il tarixli qiymətləndirmə hesabatında ipoteka predmeti olan fərdi yaşayış evinin dəyəri 35.000 manat, 08 oktyabr 2020-ci il tarixli qiymətləndirmə hesabatında 08.10.2020-ci il tarixə bazar dəyəri 29.000 manat, likvid dəyəri 23.000-24.000 manat göstərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-68/2020 nömrəli iş üzrə 12 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Abasov və F.Məmmədov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinə apellyasiya şikayəti üzrə ipoteka predmetinin açıq hərracda ilkin satış qiymətinə aid hissədə dəyişiklik edilmiş, Cavabdeh3 məxsus ipoteka predmetinin açıq hərracda ilkin satış qiyməti 24.000 manat məbləğində müəyyən edilmiş, qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 500 manat pulun cavabdehlər xxxxxxxxxxxxxxxx oğlundan, Cavabdeh3, Cavabdeh8, Cavabdeh6 və Cavabdeh7 tutularaq “xxxx” MMC-nin hesabına köçürülməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə, məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə istinad edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlərin kredit və zaminlik müqavilələri üzrə üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməmələri, borcalan tərəfindən müqavil ənin əhəmiyyətli dərəcədə pozulması, hazırkı öhdəlik hüquq münasibətlərinin məhz onun təqsiri üzündən pozulması işin mübahisəsiz halları olmaqla, həmin faktlar apellyasiya şikayətinin dəlilləri və mülki işin materialları ilə də inkar edilmədiyindən birinci instansiya məhkəməsi kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməklə, evin açıq hərracdan satılması və satışdan sonra cavabdehlərin evdən çıxarılması hissəsində düzgün nəticəyə gəlmişdir. Bununla belə məhkəmə hesab etmişdir ki, ipoteka predmeti olan fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiyməti ekspert rəyində qeyd olunan qiymət üzrə 24.000 manat müəyyən edilməlidir. Qətnamədən cavabdeh xxxxxxxxxxxxxxxoğlu kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə ic raatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tamamilə qanunsuz və əsassızdır. Məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş, gəldiyi nəticə üçün bütün faktiki halları aydınlaşdırmamışdır. Kassator göstərmişdir ki, əsas borcun tutulması hissəsində qətnamə ilə razıdır. Lakin qalan hissələrdə qətnamə əsassızdır. Belə ki, Bank tərəfindən faiz borcu şişirdilmiş və artıq hesablanmışdır. İş üzrə keçirilmiş ekspertiza rəyi ilə razı deyil. Hesab edir ki, faiz borcunun dəqiq müəyyən olunması üçün iş üzrə t əkrar ekspertiza keçirilməlidir. Tutmanın ipoteka predmetinə yönəldilməsinə dair hissədə də qətnamə ilə razı deyil. Çünki həmin ev onların yaşayış sahəsidir. Həmin evdə yaşayırlar və evin satılması nəticəsində onların hüquqları pozulacaqdır. Belə ki, onlar əsas borcu Banka ödəməkdən yayınmırlar. Lakin hesab edir ki, Bank da onlara müəyyən güzəştlər etməlidir ki, borcu hissə-hissə ödəsinlər. Şikayətdə, həmçinin qeyd olunmuşdur ki, ipoteka predmetinin ilkin satış qiyməti düzgün müəyyən olunmamışdır. Belə ki, hazırda ipoteka predmetinin qiyməti 80.000 manatdır. Ekspert əsassız olaraq evin qiymətini 24.000 manat müəyyən etmişdir. Məhkəmə isə ədalətli araşdırma aparmadan həmin məbləğlə razılaşmış və nəticədə qanunsuz qətnamə qəbul etmişdir. Hesab edir ki, məhkəmə bununla bağlı təkrar eksperti za təyin etməli idi. Evin ucuz qiymətə satılması onların mülkiyyət hüququnun pozulması ilə nəticələnəcəkdir. Bundan başqa, ipoteka predmeti satılmamış, münasibətlərə yeni mülkiyyətçi daxil olmamış, sabiq mülkiyyətçinin və onun ailə üzvlərinin yeni mülkiyyətçi qarşısında mənzili 1 ay ərzində tərk etməsi barədə öhdəliyin icra olunmaması halı baş verməmiş, mülkiyyətçi olmayan Bankın cavabdehlərin evdən çıxarılması tələbi də təmin oluna bilməz. Qeyd olunan hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Kassasiya şikayətinin əsası kimi, Azərbaycan Respublikası Konsitusiyasının 13, 43cü, Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 217.1-ci, Mülki Məcəllənin 6, “İpoteka haqqında” Qanunun 59.3, 59.3.1, 59.3.2, 59.4-cü maddələrinə istinad olunmuşdur. b) Kassasiya ş ikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməs i şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materi allarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (739-cu maddə). Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka sax layan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Əgər ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır (269.1, 295, 317, 319.1 və 319.6-cı maddələr). “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu (hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyada) Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda i sə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər bel ə öhdəlik götürmüş sayılırlar. Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətn aməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassator şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyini ümumi ifadələrlə qeyd etsə də, bunun nədən ibarət olması ilə bağlı mövqeyini əsaslandırmamışdır. Kassasiya şikayətinin iş üzrə verilmiş ekspert (mütəxəssis) rəyinin əsassız olması ilə dəlilinə münasibətdə nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlili yalnız ekspertizanın (qiymətləndirmənin) təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya rəylə bağlı tərəflərin əsaslandırılmış dəl illərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla və məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər. Eyni zamanda məhkəmə “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinin imperativ göstərişinə əsasən ipoteka predmetinə tutma yönəldildikdə və o satıldıqda cavabdehlərin yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli olduğu barədə nəticəyə gəlməklə həmin maddi hüquq normasını düzgün tətbiq etmişdir. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh xxxxxxxxxxxxxxxoğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-68/2020 nömrəli iş üzrə 12 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar