Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2668/2024 21.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər-Abşeron rayon İcra Hakimiyyəti, Abşeron rayon Saray Bələdiyyəsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi) iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyətin müdafiəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Əhmədov Əhməd Abbas oğlun dan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-608/2023 nömrəli, 11 dekabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,0269 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 487 nömrəli reyestr kitabının 29 nömrəli vərəqində qeydiyyata alınmışdır. Hüquq sahibləri X2, X3, X4 və İddiaçıdur;
3. Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,040097 ha torpaq sahəsi xüsusi mülkiyyət hüquq u əsasında İddiaçı adına ********** qeydiyyat nömrəsi, **********05 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 529 nömrəli reyestr kitabının 13 nömrəli vərəqində qeydiyyata alınmışdır;
4. Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,025 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 adına ********** qeydiyyat nömrəsi, **********06 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 501 nömrəli reyestr kitabının 20 nömrəli vərəqində qeydiyyata alınmışdır;
5. Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,1114 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına ********** qeydiyyat nömrəsi, **********44 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 196 nömrəli reyestr kitabının 21 nömrəli vərəqində qeydiyyata alınmışdır;
6. Cinayət işinin b aşlanmasının rədd edilməsi barədə xx.xx.2019-cu il tarixli qərarı ilə, İddiaçı Abşeron RPİ-yə ərizə ilə müraciət edərək, Abşeron rayon, Saray qəsəbəsində yerləşən ona məxsus olan torpaq sahəsinin bələdiyyə tərəfindən zəbt edilərək üçüncü şəxslərə satılması barədə məlumat vermişdir. Onun müraciəti əsasında toplanmış material üzrə işin başlanması rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh2 zəbt etdiyi torpaq sahəsinin özəlləşdirilməsinin etibarsız hesab edilərək xx.xx.2014-cü il tarixli RX ******* seriyalı ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi və Cavabdeh1 zəbt etdiyi torpaq sahəsinin özəlləşdirilməsinin etibarsız hesab edərək xx.xx.2011-ci il tarixli MA ******* ser iyalı ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi, torpaq sahəsində aparılmış tikintinin cavabdehlərin vəsaiti hesabına sökülməsi və mülkiyyətində olan torpaq sahəsinin özgəsinin, yəni cavabdehlərin qanunsuz sahibliyindən azad etməklə ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı 1990-cı ildə dövlət tərəfindən Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük yaşayış massivində kənd-təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Lakin, həmin dövrdə maddi vəziyyəti pis olduğundan torpaq sahəsinə daş hasar çəkdirə bilməmişdir. Ona verilmiş 0,040097 hasahəsinə xx.xx.2014-cü il tarixdə, Saray qəsəbəsində yerləşən 0,0269 ha torpaq sahəsinə xx.xx.2019-cu il tarixdə çıxarış almışdır. Təxminən 3 il əvvəl həmin torpaq sah ələrinə baş çəkmək üçün gedərkən torpaqlarının tanımadığı şəxslər tərəfindən hasara alındığını görmüşdür. Sonradan ona məlum olmuşdur ki, ona məxsus olan torpaq sahəsinin bir hissəsində Cavabdeh2 qeyri -.qanuni zəbt edərək xx.xx.2014-cü il tarixli RX ******* serialı ********** qeyydiya nömrəli çıxarış almış, bir hissəsini isə Cavabdeh1 qeyri qanuni zəbt edərək xx.xx.2011-ci il tarixli MA ******* serialı ********** qeydiyyat nömrəli çıxarış almışlar və bir hissəsində isə yol çəkilmişdir. Dəfələrlə aidiyyatı qurumlara o cümlədən Saray bələdiyyəsinə müraciət etmişdir. Saray bələdiyyəsində ona bildirmişdilər ki, həmin torpaq sahəsinin bir hissəsinin yol çəkilişi planına düşdüyündən, digərinin başqa şəxslərə satıldığını bildirdilər. Əvəzinə ona başqa bir ərazidə torpaq sahəsinin veriləcəyini bildirmişdilər. Lakin sonradan bu məsələ ilə bağlı iddiaçıya heç bir köməklik göstərilmədiyi üçün şikayyət etmək qərarına gəlmişdir. Mülkiyyətində olan torpaq sahələri, Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt olunmuş və Abşeron rayon, Saray bələdiyyəsinin qeyriqanuni əməlləri ilə alqı-satqı yolu ilə ona məxsus torpaqları alaraq özəlləşdirərək çıxarış əldə etmişlər.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 sentyabr 2022-ci il tarixli 10/5404 nömrəli rəyindən görünür ki, “Abşeron rayonu, Saray kəndi "Saray" təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) vardır. Həmin uyğunsuzluqlar Azərbaycan Respublikasında torpaq münasibətlərinin t ənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalarına, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250 nömrəli Sərəncamı ilə "Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin təmin olunmasına dair Tədbirlər Planına əsasən ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra qərardadın suallarını cavablandırmaq mümkün olacaqdır.”
10. Abşeron Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 1 noyabr 2022-ci il tarixli, 2(012)-74/2022 nömrəli qətnaməsi ilə (hakim - Cəmilə Səfiyeva) iddia təmin edilməmişdir.
11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus torpaq sahələrinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Saray kəndi "Saray" təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) vardır. Həmin uyğunsuzluqlar Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalarına, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250 nömrəli Sərəncamı ilə "Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin təmin olunmasına dair Tədbirlər Planı'na əsasən ərazidə aparılmış yerquruluşu iş ləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra qərardadın suallarını cavablandırmaq mümkün olduğu bildirilmişdir. Göründüyü kimi hələ iddiaçıya məxsus torpaq sahələrinin yerləşmə yerini müəyyən etmək mümkün deyildir.
12. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İ və İİ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə, Torpaq Məcəlləsinin 111- ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
13. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin ed ilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssis rəyi qərəzli və əsassız olmuşdur. Belə ki, iddiaçı dəfələrlə 4 saylı Abşeron Ərazi İdarəsinə şikayət edərək mütəxəssis göndərilməsini tələb etmiş, süründürməçiliyə son qoyulmasını tələb etmiş, şikayətlər etmişdir. Ən maraqlısı budur ki, rəyə əsasən nə iddiaçının nə də ki cavabdehlərin yerində sürüşmə olmamışdır. Torpaq sahələri yerindədir. 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisi isə bunu gördüyü və bildiyi halda buna sürüşmə adı qoyaraq iddiaçının hüquqlarının pozulması ilə nəticələnən rəy vermişdir. Həm iddiaçıya həm də cavabdehə rəsmi dönmə nöqtələri və koordinatları qeyd edilən aktlar, şəhadətnamələr verilmişdir. Hazırda həmin şəhadətnamələr əsasında t orpaq sahələrinə elə həmin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən çıxarış verilmişdir. Hüquq Əmlak Məsələləri X1 Cəmiyyətinin xx.xx.2021-ci il tarixli mütəxəssis rəyindən də aşkar surətdə müəyyən edilir ki, tərəflər öz torpaq sahəsini istifadə edir. Heç kimin mülkiyyət sənədləri bir-birinin üstünə düşmür. Sadəcə cavabdehlər iddiaçının torpaq sahəsinin bir hissəsini zəbt etmişlər qalan hissəsi isə bələdiyyə tərəfindən yol kimi istifadəyə ayrılmışdır. Hətta məhkəmə iclasında cavabdehlər iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsini iddiaçının payçı olan digər qohumlarından aldıqlarını, buna dair alqı- satqı müqaviləsi olduğunu da bildirdilər. Bütün bunlara baxmayaraq iddia təmin edilməmişdir. 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssis rəyinin iddiaçının tələblərinə heç bir aidiyyəti yox dur. Tərəflərin hər birinin mülkiyyətində olan torpaq sahələri faktiki olaraq yerindədir. Lakin cavabdehlər iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsini zəbt ediblər. Zəbt edilən yerə sürüşmə adı qoymaqla rəyin verilməsindən yayınma, həm qərəzli, həm də rəy verənin maraqlarının olmasına dəlalət edir. Göründüyü kimi işə baxan məhkəmə hərtərəfli araşdırma aparmamış, kifayət qədər əsaslı olması təsdiqlənən iddia tələbini rədd etmişdir.
15. Apellyasiya icraatı zamanı əldə edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-10/5987 nömrəli rəyində qeyd olunmuşdur ki, qərardadın birinci sualı üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023cü il tarixli 3-213-32/2-9037/2023 nömrəli mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası DƏDRX tərəfindən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli. xx.xx.2013-cü il tarixli çıxarışa əsasən X3, Nümayəndə1, X4 və İddiaçı məxsus olan Abşeron rayonu, Saray qəsəbəsində sənəd üzrə yerləşən 0.0269 ha torpaq sahəsinin faktiki yerində mövcud olmadığı müəyyən olunmuşdur. Mütəxəssis rəyinə əsasən, ərazidə sənəd üzrə torpaq sahələri ilə faktiki torpaq sahələri arasında ümumi DWG sürüşmə fərqi mövcud olduğundan qərardadın 3-cü sualının cavablandırılması mümkün olmamışdır. Qərardadın 4-cü sualı üzrə mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası DƏDRX tərəfindən hüquqlar ın Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli, xx.xx.2014-cü il tarixli çıxarışa əsasən Cavabdeh2 məxsus olan Abşeron rayonu, Saray qəsəbəsində sənəd üzrə yerləşən 0.025 ha torpaq sahəsinin plan və ölçüdə göstərilən koordinatları ilə faktiki torpaq sahəsinin koordinatlarının üst-üstə düşmədiyi müəyyən olundu. Qərardadın 5-ci sualı üzrə mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası DƏDRX tərəfindən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli, xx.xx.2011-ci il tarixli çıxarışa əsasən Cavabdeh1 məxsus olan Abşeron rayonu, Saray qəsəbəsində sənəd üzrə yerləşən 0.1114 ha torpaq sahəsinin plan və ölçüdə göstərilən koordinatları ilə faktiki torpaq sahəsinin koordinat larının üst-üstə düşmədiyi müəyyən olundu. Qərardadın 6-cı sualı üzrə mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası DƏDRX tərəfindən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən İddiaçı verilmiş **********05 nömrəli çıxarışa əsasən sənəd üzrə torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının 0.0122 ha hissəsinin Cavabdeh2 faktiki istifadəsində olan torpaq sahəsi ilə, 0.0145 ha hissəsinin yol ilə üst-üstə düşdüyü müəyyən olundu. Həmçinin mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası DƏDRX tərəfindən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli, xx.xx.2013-cü il tarixli çıxarışa əsasən X3, Nümayəndə1, X4 və İddiaçı məxsus olan Abşeron rayonu, Saray qəsəbəsində sənəd üzrə yerləşən 0.026 9 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının 0.0206 ha hissəsinin Cavabdeh1 faktiki istifadəsində olan torpaq sahəsi ilə, 0.0048 ha hissəsinin yol və 0.0015 ha hissəsinin digər torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olundu.
16. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Ayaz Mahmudov - sədrlik edən və məruzəçi, Lətifə Məmmədova və Səyyad Qafari) 2(105)-608/2024 nömrəli, 11 dekabr 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni “çıxarışlar əsasında iddiaçının mülkiyyətində olan torpaq sahələrindən cavabdehlərin faktiki istifadə etdiyi hissələrdən çıxarılmaması və həmin hissələrin iddiaçıya qaytarılmaması” hissələrinin təmin edilməməsi hissəsində ləğv edilmiş, həmin hissə üz rə yeni qətnamə qəbul edilməklə, iddia bu hissədə qismən təmin edilmiş, **********05 reyestr nömrəli çıxarış əsasında İddiaçı məxsus olan torpaq sahəsinin Cavabdeh2 faktiki istifadəsində olan 0.0122 ha hissəsi və xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli (**********03 reyestr nömrəli) çıxarış əsasında iddiaçıya (onun ailə üzvlərinə) məxsus olan torpaq sahəsinin Cavabdeh1 faktiki istifadəsində olan 0.0206 ha hissəsi zəbtdən azad edilməklə, həmin hissələinr iddiaçıya qaytarılması, qətnamənin mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
17. Apellyasiya instansiya məhkəməsinin mövqeyinə görə iddia tələbinin mahiyyətindən və ifadə tərzindən görünür ki, tələb torpaq sahəsinin zəbti ilə bağlı ilə olmaqla, bir neçə hissədən – özəlləşmənin, onun əsasın da cavabdehlərin adına verilmiş çıxarışların etibarsız hesab edilməsi, tikintinin sökülməsi və cavabdehlərin zəbt etdikləri torpaq sahəsinin azad edilməsi və iddiaçıya qaytarılmasından ibarətdir. Tələblər özlüyündə tam aydın və dəqiq ifadə olunmamış, birinci instansiya məhkəməsi də sonadək bu şəkildə verilmiş iddiaya mahiyyəti üzrə baxaraq yekun qərar qəbul etmişdir.
18. İddiaçının tələbinin bir hissəsi, yəni iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsindən cavabdehlərin istifadə etməsi əsaslandırılmış ekspert rəyi ilə qismən sübut olunmuşdur. Yəni **********05 nömrəli çıxarışa əsasən (0,040097 ha torpaq sahəsi) iddiaçıya məxsus olan torpaq sahəsinin 0.0122 ha hissəsinin Cavabdeh2 faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməklə sonuncu tərəfindən istifadə olunması, RX seriy alı ******* nömrəli, xx.xx.2013cü il tarixli çıxarışa əsasən (0.269 ha torpaq sahəsi) koordinatlarının 0.0206 ha hissəsinin isə Cavabdeh1 faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşərək, sonuncunun istifadəsində olması müəyyən olunmuşdur.
19. İddiaçıya məxsus torpaq sahələrinin yola düşən və ya digər şəxslər tərəfindən istifadə olunmasına gəldikdə isə apellyasiya instansiya məhkəməsi bildirmişdir ki, hazırkı iş üzrə cavabdehlər qeyd olunan hissələrlə bağlı cavabdehlik daşımayan şəxslərdir. Eyni zamanda apellyasiya instansiya məhkəməsi iddia tələbinin tikililərin sökülməsi ilə bağlı hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, həmin tikililərin nədən ibarət olması və məhz sözügedən hissələrdə yerləşməsi barədə hər hansı sübut iş materillarında mövcud deyildir.
20. Apellyas iya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşaraq qeyd etmişdir ki, iddiaçı tərəfin mübahisələndirilən torpaq sahəsi üzərində mülkiyyət hüququnun olmasına baxmayaraq, cavabdeh tərəfin qismən (rəydə göstərilən hissələr həddində) müdaxiləsi ilə qarşılaşır ki, bu da iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir.
21. Apellyasiya instansiya məhkəməsinin tədqiqi zamanı həmçinin müəyyən edilmişdir ki, iddiaçının xüsusi mülkiyyətində olan, barəsində mübahisə gedən torpaq sahələrindən istifadə və sahibliyə yönəlmiş torpaq sahəsinə daxil olmağa qoymamaqla müşayiət olunan qərəzli hərəkətlərə son qoyulması tələbi qanunvericiliyin tələblərinə tam uyğundur. Çünki mübаhisəsi gedən tоrpаq sаhəsinin cavabdeh tərəfindən istifadə olunması qarşılıqlı razılıq və ya hər hansı müqavilə əsasında bаş verməmiş və iddiaçı tərəfin irаdəsinə uyğun оlmamışdır
22. Apellyasiya instansiya məhkəməsinin qənaətinə görə cavabdehlərin etiraz ərizələrində qeyd etdiyi məsələ yalnız tərəflərin qarşılıqlı razılaşması yolu ilə həll oluna bilər. Cavabdehlər hər hansı hüquqi əsas, o cümlədən mülkiyyətçinin razılığı olmadan onun mülkiyyətində olan torpaq sahəsinin az bir hissəsindən də istifadə etməklə dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən mülkiyyət hüququnu kobud şəkildə pozular.
23. Apellyasiya instansiya məhkəməsinin qənaətinə görə iddiaçının xüsusi mülkiyyətində olan, barəsində mübahisə gedən torpaq sahələrindən istifadə və sahibliyə yönəlmiş torpaq sahəsinə daxil olmağa qoymamaqla müşayiət olunan qərəzli hərəkətlərə son qoyulması tələbi qanunvericiliyin tələblərinə tam uyğundur. Çünki mübаhisəsi gedən tоrpаq sаhəsinin cavabdeh tərəfindən istifadə olunması qarşılıqlı razılıq və ya hər hansı müqavilə əsasında bаş verməmiş və iddiaçı tərəfin irаdəsinə uyğun оlmamışdır.
24. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 152.1, 152.5, 157.2, 157.4, 170.2, 180.20-ci, Torpaq Məcəlləsinin 48.2, 55, 67.1, 68, 83.1, 84.1, 84.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh1 (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, mübahisə edilən maddi hüquq normasının tələblərini pozaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsi ilə faktiki istifadəsində olan torpaq sahəsi arasında uyğunsuzluqlar olduğundan, hazırkı iddia tələbinin predmeti olan iddiaçının xüsusi mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları müəyyən edilmədən həmin torpaq sahəsinin (bir hissəsinin) Cavabdeh1 tərəfindən zəbt olunmasının müəyyən edilməsi qeyri mümkündür. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəllə si
28. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
29. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının həd ləri
35. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.
36. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiy i hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, Cavabdeh1 iddiaçıya məxsus olan torpaq sahəsini n 0.0206 ha hissəsini qanunsuz sahibliyində saxlamaqla, həmin hissədə iddiaçının öz mülkiyyətindən sərbəst istifadə etməsinə maneçilik törədir. Belə olan halda iddia adıçəkilən cavabdehə münasibətdə qismən əsaslıdır.
39. Mülki Məcəllənin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
40. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və Cavabdeh1 dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qə naətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
41. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyi ndən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas təşkil etmir.
43. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
44. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-608/2023 nömrəli, 11 dekabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.