Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-267/2025 19.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətin müdafiəsi, özbaşına tutulmuş torpaq sahələrinin boşaldılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin boşaldılması, qanunsuz tikililərin sökülməsi və torpaq sahəsinin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-242/2024 nömrəli 23 sentyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 19 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 7/348 nömrəli qərarının Milli Arxivdə saxlanılan nüsxəsindən çıxarışdan görünür ki, 210 saylı bağ-tikinti kooperativinin şəxsi heyəti 20 nəfər sayında təsdiq edilərək onlara müəyyən edilmiş qaydada bağ sahələri ayrılması qərara alınmışdır. Siyahıda İddiaçı adı qeyd edilmişdir.
2. İşdəki Bağlar təsərrüfatının inkişafı və X14 bağlar sahəsindəki 210 nömrəli kooperativin 15 nömrəli orderində İddiaçı Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 7/348 nömrəli qərarı əsasında Ləhiş bağlar sahəsində 210 nömrəli BTK nəzdində 0, 12 ha torpaq sahəsi olan 5412 nömrəli bağ ayrıldığı qeyd edilmişdir.
3. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 23 noyabr 2011-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Bakı şəhər X13 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 7/348 nömrəli qərarı ilə Sabunçu rayonu, Ləhiş qəsəbəsi, 210 nömrəli BTK üzvlərinin siyahısında İddiaçı adı göstərilmişdir, lakin bağ sahəsinin nömrəsi və sahəsi qeyd edilməmişdir. Həmçinin İddiaçı adına 210 nömrəli BTK nəzdində Ləhiş bağ massivində bağ sahəsinin ayrılmasına dair sənəd (15 nömrəli order) İdarənin arxivində aşkar edilməmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5412 saylı bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir.
4. Sabunçu ra yonu, Nardaran Bələdiyyəsi tərəfindən xx.xx.2016-cı il tarixdə tərtib edilmiş istifadə olunan torpaq sahəsinin sxemindən, Nardaran Bələdiyyəsinin xx.xx.2017ci il tarixli yerli büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnaməyə əsasən 516 kv.m torpaq sahəsi Cavabdeh1 istifadəsindədir və o, vergi ödəyicisi kimi uçota alınmışdır.
5. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, bağlar massivində yerləşən, sahəsi 516 kv.m olan torpaq sahəsi və üzərində tikilmiş evi X4 tərəfindən 43000 manata Cavabdeh1 satdığına dair 27 iyul 2016-cı il tarixli Səlahiyyətli orqanlara notarial qaydada təsdiq edilmiş ərizə vermişdir.
6. Bakı şəhəri Sabunçu rayonu Nardaran bələdiyyəsinin xx.xx.2016-cı il tarixli qərarı ilə X3 uzun illər istifadəsində olan lakin heç bir hüquq müəyyən edici sənədi olmayan Nardaran qəsəbəsinin inzibati ərazisində yerləşən bağ massivindəki 250 kv.m torpaq sahəsi və sxemi vergiyə cəlb edilmək üçün uçota alınıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin boşaldılması, qanunsuz tikililərin sökülməsi və torpaq sahəsinin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağlar sahəsində yerləşən 5412 saylı bağ sahəsindən məcburi qaydada çıxarılmaları, həmin bağ sahəsində inşa edilmiş qanunsuz tikililərin sökülməsi, həmin bağ sahəsinin boşaldılması və ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdi r.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 7/348 saylı Sərəncamına əsasən İddiaçı Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İnkişafı və X14 bağlar sahəsindəki ərazidən 0.12 ha torpaq sahəsi olan 5412 saylı bağ sahəsi ayrılmışdır. İş üzrə cavabdehlər onun bir müddət bağa gəlməməsindən sui-istifadə edərək, ona qanuni əsaslarla ayrılmış bağ sahəsində qanunsuz olaraq evlər tikərək orada yaşamağa başlamışlar. Cavabdehlərin ona məxsus bağ sahəsində qanunsuz tikinti aparmalarından məlumatsız olmuş, xəbər tutduqda isə artıq gec olmuşdur. Cavabdehlərə torpaq sahəsinin ona məxsus olduğunu dedikdə, cavabdehlər həmin torpaq sahəsini aldıqlarını və qanuni əsaslarla yaşadıqlarını bildirmişlər. Cavabd ehlərin qanunsuz olaraq ona məxsus bağ sahəsini zəbt etmələri bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına mane olur. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci maddəsinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış e vlərinin, həyətyanı sahələrinin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Cavabdehlərin onun mülkiyyətində olan bağ sahəsində tikililəri hər hansı razılıq alınmadan və qanunsuz olaraq inşa edildiyi üçün, onlar özbaşına tikinti hesab edilir və bu səbəbdən sökülməlidir. Beləliklə, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları sahəsində yerləşən 5412 saylı bağ sahəsi qanunsuz olaraq cavabdehlər tərəfindən zəbt edildiyindən və onlar tərəfindən orada qanunsuz olaraq tikililər inşa olunduğundan, həmin tikililər cavabdehlərin hesabına sökülməli, cavabdehlər torpaq sahəsindən çıxarılmalı, torpaq sahəsi boşaldılmalı və iddiaçıya təhvil verilməlidir.
9. Məhkəmə iclasında Cavabdeh2 nümay əndəsi və vəkili Vəkil2 iddiaya etiraz edərək izahatında bildirmişdir ki, iddiaçının ümumiyyətlə həmin iddia tələbi ilə çıxış etmək üçün subyektiv hüququ yoxdur. Belə ki, İddiaçı bir dəfə də olsun nümayəndəsi olduğu Cavabdeh2 ilə əlaqə saxlamamışdır. Ona görə də, torpağın ona məxsus olması barədə dəfələrlə cavabdehlə əlaqə saxladığını bildirməsi tamamilə yalandır. Yalnız bir dəfə 2022ci ilin sentyabr ayında, gecə saat 22 radələrində quldurcasına spirtli içki qəbul etmiş 3 kişi qapını döyərək torpağın onlara məxsus olduğunu bildirmiş, bu barədə DİN-in “102” xidmətinə şikayət etdikdən sonra oradan uzaqlaşmışlar. İddiaçıya bağ sahəsinə dair order həqiqətən verilsə idi, ona eyni zamanda torpaq sahəsinin yerləşdiyi yer barədə və bağ sahələrinin nömrələnməsi ilə çəkilmiş torpağın plan-sxemi də t əqdim edilməli idi. Nümayəndəsi olduğu Cavabdeh2 hansı əsaslarla həmin torpaq sahəsindən istifadə etməsinə gəldikdə isə onu qeyd edilməlidir ki, onun istifadəsi tam qanuni və əsaslıdır. Belə ki, Sabunçu rayonu Nardaran bələdiyyəsinin 08 saylı, xx.xx.2016-cı il tarixli iclas protokolundan çıxarışdan görünür ki, Nardaran qəsəbəsinin inzibati ərazisində yerləşən Bağ massivində 250 kv.m torpaq sahəsi uzun illər Cavabdeh2 istifadəsində olmuşdur. Həmin əsasla da torpaq sahəsi uçota alınmış və onun sxemi tərtib edilmişdir. Daha sonra onunla Nardaran bələdiyyəsi arasında “Vergi ödəyicisinin uçota alınması haqqında” 519 saylı, xx.xx.2018-ci il tarixli müqavilə bağlanmışdır. Həmin vaxtdan o, vergiləri vaxtıvaxtında ödəməkdə davam edir. İddiaçının Cavabdeh2 qanuni istifadəsində olan torpaq sahəsinə h üququnun olması barədə hər hansı bir sübutu yoxdur.
10. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, o, mübahisə predmeti olan torpaq sahəsini və üzərində tikilmiş evi 2016-cı ildə 43.000 manat ödəməklə X1 almışdır. 5 ildir ki, ailəsi ilə bərabər orada yaşayır. Həmin şəxs bununla bağlı ona notarial qaydada ərizə vermişdir. O, aldığı həmin yerdə abadlaşma işləri aparmış, kommunal xətlər çəkdirmiş, bu barədə müqavilələr onunla bağlanmışdır. Bundan əlavə, bələdiyyə onun torpaq sahəsini qeydiyyata almışdır. Mütəmadi qaydada kommunal və bələdiyyə ödənişlərini edir. Həmin ərazidə 20-30 ilə yaxın yaşayan şəxslər həmin torpağın aldığı X2 məxsus olduğunu təsdiq etmişlər. Həmçinin Nardaran bələdiyyəsi ilə aralarında müqavilə bağlanarkən araşdırma aparılmışdır. Müba hisəli torpaq sahəsi heç vaxt iddiaçıya məxsus olmamışdır, həmin torpaq sahəsinin yolunu belə tanımır, bir dəfə belə olsun, oraya gəlməmişdir. İddiaçının yeganə əsaslandığı orderin əsli mövcud deyildir. İddiaçı adına 210 nömrəli BTK nəzdində Ləhiş bağ massivində bağ sahəsinin ayrılmasına dair sənəd mövcud deyildir. Bu da onu təsdiq edir ki, iddiaçı onların həmin torpaq sahəsindən çıxarılmaları barədə iddia ilə məhkəməyə müraciət etməzdən əvvəl özünün həmin torpaq sahəsinə hansı hüquq ilə bağlı olduğunu sübut etməlidir. Başqa şəxsin torpaq sahəsindən çıxarılması barədə iddia qaldırılması üçün həmin torpaq sahəsinin ona məxsusluğu barədə, yəni sahəsi, qeydiyyatı, dəqiq koordinat ölçüləri, planı, sxemi göstərilməlidir. Bunların heç biri mövcud deyil, yalnız onun evinin fotoşəkilləri əsasınd a iddia qaldırılmışdır. Bundan başqa, iddiaçı ona məxsus torpaq sahəsinin 0,12 ha olduğunu göstərmişdir, lakin ona məxsus torpaq sahəsi 516 kv.m təşkil edir, digər cavabdeh olan şəxsə məxsus olan torpaq sahəsi isə 250 kv.m təşkil edir. Bu, bir daha onu təsdiq edir ki, fərqli torpaq sahələridir. İddiaçı qanunsuz olaraq yalnız onlara hədə-qorxu gələrək pul tələb etmək üçün bu iddianı qaldırmışdır. İddiaçının tələb etdiyi 5412 saylı torpaq sahəsinin mövcudluğu belə, qeyri-dəqiqdir, elə bir bağ sahəsinin Nardaran qəsəbəsində mövcudluğu barədə heç bir sübut yoxdur. Nəhayət, iddiaçı iddia qaldırmaq üçün bütün müddətləri ötürmüşdür. Yeganə olaraq əsaslandığı orderin verilməsindən 32 il keçmişdir. Bu qədər vaxtda iddiaçının həmin torpaq sahəsi ilə maraqlanmaması real deyil.
11. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-226/2023 saylı, 18 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim Həqiqət Mahmudova) iddia tələbi rədd edilmişdir.
12. Şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, X21 küçəsi ünvanında 20-25 ildir ki, yaşayır. Cavabdeh1 onun qonşusudur. Cavabdeh təqribən 100 metr məsafədə yerləşən hazır evi almışdı. Digər Cavabdeh2 da qonşu kimi tanıyır. Belə ki, həmin şəxs 2010-cu ildən onunla qonşuluqda yaşayır. Xatirə adlı qonşunu isə tanımır, heç vaxt görməmişdir. İddiaçı sənədi ilə mübahisəli əraziyə Kamran, Anar və Xalıq adlı şəxslər gəlmişlər.
13. İşə birinci instansiya qaydasında baxılarkən iş üzrə ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.20 22ci il tarixli, 10/6062 saylı ekspert rəyinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********98 saylı mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunmuşdur: -Bakı şəhəri İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 7/348 nömrəli qərarı ilə Bakı şəhəri, Sabunçu rayonu, 210 nömrəli BTK nəzdində Ləhiş bağ massivində İddiaçı ayrılmış torpaq sahəsinin yerləşmə yerini müəyyən etməyə imkan verən təsdiq edilmiş texniki sənədlərin təqdim edilməməsi səbəbindən ayrılmış bağın sərhədlərini və sahəsini müəyyən etmək mümkün olmamışdır. Lakin Cavabdeh1 və Cavabdeh2 (o cümlədən digər şəxslərin) faktiki istifadəsində olan torpaq sahələrinin hər birinin ayrı-ayrılıqda olmaqla sərhədləri və faktiki sahələri müəyyən edilmişdir. Ca vabdeh1 faktiki istifadəsində 488 kv.m, Cavabdeh2 faktiki istifadəsində 258 kv.m torpaq sahəsi mövcuddur. -Bakı şəhəri İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 7/348 nömrəli qərarı ilə Bakı şəhəri, Sabunçu rayonu, 210 nömrəli BTK nəzdində Ləhiş bağ massivində İddiaçı ayrılmış torpaq sahəsinin yerləşmə yerini müəyyən etməyə imkan verən təsdiq edilmiş texniki sənədlərin təqdim edilməməsi səbəbindən ayrılmış bağın sərhədlərini müəyyən etmək mümkün olmamışdır. Lakin iddiaçının nümayəndəsinin iddia etdiyi və naturada göstərdiyi şərti sərhədli torpaq sahəsinin 488 kv.m hissəsi Cavabdeh1 faktiki istifadəsində olan torpaq sahəsi ilə, 258 kv.m hissəsi Cavabdeh2 faktiki istifadəsində olan torpaq sahəsi ilə, 506 kv.m hissəsi isə digər istifadəçilərin istifadəsində olan torpaq sahələri ilə üst-ü stə düşür.
14. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 10/6062 saylı ekspert rəyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********98 saylı mütəxəssis rəyinə əsaslanmış, həmin rəylə isə İddiaçı ayrılmış torpaq sahəsinin yerləşmə yerini müəyyən etməyə imkan verən təsdiq edilmiş texniki sənədlərin təqdim edilməməsi səbəbindən ona ayrılmış bağın sərhədlərini müəyyən etməyin mümkün olmadığı göstərilmiş, bununla belə mütəxəssis işin nəticəsində maraqlı olan iddiaçının nümayəndəsinin ona göstərdiyi şərti sərhəd əsasında cavabdehlərin faktiki istifadəsində olan torpaq sahələrinin həmin “şərti” torpaq sahəsinin “sərhədi” və “sahəsi” ilə üst-üstə düşməs i qənaətinə gəlmişdir. Bu isə, özü-özlüyündə həm mütəxəssis, həm də ekspert rəyinin obyektivliyini şübhə altında qoyur.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3-cü maddələrinə, Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarına istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. İddiaçı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırdığı apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edi lməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-242/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər X8 (sədrlik edən və məruzəçi) X10 və X11) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
18. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3723/2023 saylı, 16 oktyabr 2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023cü il tarixli mütəxəssis rəyi də nəzərə alınmaqla məhkəmə tikinti-texniki ekspertizası təyin olunması qərara alınmışdır.
19. Məhkəmə tikinti-texniki ekspertizanın 3-16-16/2-10/8407 saylı, 19 dekabr 2023-cü il tarixli rəyində qeyd edi lmişdir ki, bağ sahələrinin naturada yeri bağların bölgüsünə dair sxematik xəritəyə və qonşuluqda yerləşən qeydiyyatdan keçmiş bağ sahələrinin nömrə ardıcıllığına uyğun olaraq müəyyən edilir. İddia edilən sahənin dövlət mülkiyyətində olmaqla bağ sahələrinin ərazisi olması, Bakı şəhəri İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 7/348 nömrəli qərarı ilə Bakı şəhəri, Sabunçu rayonu, 210 nömrəli BTK nəzdində Ləhiş bağ massivində İddiaçı 15 nömrəli orderlə ayrılmış, 0.12 ha torpaq sahəsi olan 5412 nömrəli bağ sağ sahəsinin qonşuluğunda yerləşən digər qeydiyyatdan keçmiş bağ sahələrinin nömrələrinə uyğun olaraq iddia edilən yerdə yerləşməsi müəyyən edilmişdir. Bağların bölgüsünə dair sxematik xəritəni keçmiş bağ sahələrinin yerləşməsi ilə bağlı baza məlumatlarını Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinə müraciət etməklə əldə etmək olar.
20. Bundan sonra, məhkəmə iclasına Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin eksperti X7 dəvət olunmuş və ekspert hər iki rəyin onun tərəfindən verildiyini və verdiyi rəyləri təsdiq etdiyini bildirmişdir.
21. Həmin məhkəmə iclasında Cavabdeh1 iddiaçıya aid orderin hansı üsulla hazırlanmasının, üzərində möhürün vurulmamışdan əvvəl hansı yazıların, vurulandan sonra hansı yazıların icra olunduğuna, möhür əksinin başqa bağ sahələrinə aid sənədlərin üzərində olan möhürlərin əksləri ilə eynilik təşkil edibetməməsinə dair ekpertizanın keçirilməsini xahiş etmişdir.
22. Apellyasiya insyansiyası məhkəməsi tərəfindən cavabdehin vəsatəti də nəzərə alınaraq, o cümlədən iş üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən 2 mütəxəssis rəyi və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən 2 ekspert rəyi arasında ziddiyyətlər olduğu müəyyən edildiyindən kompleks məhkəmə tikinti-texniki və sənədlərin texniki ekspertizası təyin edilmişdir.
23. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 05 aprel 2024-cü il tarixli rəydə qeyd edilmişdir ki, iddiaçının iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən əraziyə baxış keçirilib, naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. Naturada müəyyən edilmiş koordinatlara əsasən ölçülmüş ərazi baza məlumatlarına əsasən araşdırılmışdır. Bakı şəhəri, Sabunçu rayonu Ləhiş bağ massivində yerləşən faktiki iddia olunan torpaq sahəsinin 488 kv.m hissəsi Cavabdeh1, 258 kv.m hissəsi Cavabdeh2, 506 kv.m hissəsi (ondan 0.98 kv.m hissəsi xüsusi mülkiyyətdədir) isə digər şəxslərin istifadəsindədir. Faktiki iddia olunan torpaq sahəsinin 0.0120 ha hissəsi qeydiyyata alınmış 5413 saylı bağ sahəsinin bir hissəsidir. Faktiki iddia olunan torpaq sahəsinin 0.0114 ha hissəsi isə 5422 nömrəli bağ sahəsi tərəfindən hasarlanmış ərazi daxilində qalıb. Ümumi ərazidə yerləşən bağ sahələrinin hasarlanma işlərinin sxematik xəritəyə və cizgilərə uyğun olaraq 25x48 metr ölçüdə qeydiyyata alınmaması, ərazinin 0.0120 hissəsinin 5413 saylı bağ sahəsi tərəfindən qeydiyyata alınması və 0.014 hissəsinin isə qonşu hasarı daxilində olması səbəbindən dəqiq olaraq 0.12 ha torpaq sahəsinin koordinatlarının təyini mümkün olmamışdır.
24. R əydə 5412 saylı bağ sahəsinin yerləşməsi ilə bağlı qeyd edilmişdir ki, faktiki iddia olunan sahənin cənub sərhəd qonşuluğu 5413 saylı bağ kimi qeydiyyata alınmışdır.
25. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 3-1616/25/169/2024 saylı, 29 aprel 2024-cü il tarixli sənədlərin texniki ekspertizası rəyində qeyd edilir ki, tədqiqata təqdim edilmiş Bakı şəhər İcraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və X14 bağlar sahəsindəki 210 nömrəli kooperativin İddiaçı adına 15 nömrəli orderinin blankın, əlyazılar, möhür əksi və imza elektrofotoqrafik çap qurğuda (surətçıxaran, çoxaldıcı qurğu və s.) çap edilmişdir. Tədqiqata təqdim edilmiş Bakı şəhər İcraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və X14 bağlar sahəsindəki 210 nömrəli kooperativin İddiaçı adına 15 nömrəli orderinin surətində olan möhür əksinin təsviri ekspertizaya təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 210 nömrəli BTK-yə aid qovluğda olan Bakı şəhər İcraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin möhürün sərbəst əks nümunələri ilə eynilik təşkil etmir.
26. Məhkəmə tikinti-texniki ekspertizasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 3-16-16/2-10//1043 saylı, 15 iyul 2024-cü il tarixli rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 7/348 nömrəli qərarı ilə Bakı şəhəri, Sabunçu rayonu, 210 nömrəli BTK nəzdində Ləhiş bağ massivində İddiaçı 15 nömrəli orderlə ayrılmı ş, 0.12 ha torpaq sahəsi olan 5412 nömrəli bağın ərazisinin 488 kv.m hissəsinin Cavabdeh1 faktiki istifadəsində olan torpaq sahəsi ilə, 258 kv.m hissəsi Cavabdeh2 faktiki istifadəsində olan torpaq sahəsi ilə, 506 kv.m hissəsi isə digər istifadəçi(lər)nin istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşdüyü və mübahisəli (iddia edilən) sahənin 5412 nömrəli bağ sahəsinin ərazisi olduğu müəyyən edilmişdir.
27. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil1 elektron kabinet vasitəsilə məhkəməyə təqdim etdiyi ərizədə hazırkı iddia tələbindən qismən – cavabdehlər tərəfindən aparılmış tikililərin onların hesabına sökülməsi hissəsindən imtina etdiklərini bildirmiş və imtina nəzərə alınaraq həmin hissədə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
28. Bakı Apellyasiya Mə hkəməsinin 2(103)-242/2024 saylı, 23 sentyabr 2024-cü il tarixli qərardadı ilə iddiaçının ərizəsi təmin edilərək iddia tələbinin cavabdehlər tərəfindən aparılmış tikililərin onların hesabına sökülməsi hissəsindən imtina qəbul edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir.
29. Məhkəmə iddiaçı tərəfindən sübut qismində təqdim edilmiş orderin mötəbərliliyi ilə bağlı qeyd etmişdir ki, sənədlərin texniki ekspertizasının rəyində qeyd edilənlərə əsasən orderin saxta olduğu, yəni sonradan saxtalaşdırılaraq tərtib edildiyi müəyyən edilir. Bakı şəhəri X13 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 7/348 nömrəli qərarı ilə Bakı şəhəri, Sabunçu rayonu, 210 nömrəli BTK üzvlərinin siyahısında İddiaçı adı göstərilsə də, həmin qərarda bağ sahəsinin nömrəsi və sahəsi qeyd edilmədiyindən, e ləcə də “15 nömrəli order”in əslinin İdarənin arxivində və iddiaçı tərəfdə aşkar edilmədiyi təsdiq olunduğundan bu hallar da iddianın rədd edilməsi üçün müstəqil əsas sayılır. Buna görə də, hətta iddia olunan ərazi 5412 nömrəli bağ sahəsinin bir hissəsi olsa və üst-üstə düşsə belə məhz həmin ölçülü və nömrəli bağ sahəsinin iddiaçıya ayrıldığı nəzərdə tutulan bağ(torpaq) sahəsi olduğu heç bir sübutla təsdiq olunmur. Ona görə də məhkəmə tikinti-texniki ekspertizasının təqdim olunmuş məlumatlara və mülki işin materiallarına əsasən verdiyi rəylərdə iddia olunan ərazinin 5412 nömrəli bağ sahəsinin bir hissəsi olması həqiqi və mötəbər olsa belə yenə də bu hallar qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün bilavasitə əsas ola bilməz. Çünki müəyyən edilməsi tələb edilən hallara dair məlumatlar, yəni daşınmaz əmlaka, o cümlədən torpaq sahələrinə dair arxiv məlumatları, digər zəruri sənədlər və məlumatlar yalnız İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində yaxud publik hüquqi şəxsin müvafiq ərazi idarələrində mövcud olduğundan mübahisəli torpaq sahələrinin yerləşdiyi ərazini və sərhədlərini də ancaq o qurumların mühəndisi (mütəxəssisi) tərəfindən müəyyən edilir. Hazırkı işdə də Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin yuxarıda qeyd olunan bütün rəylərində də yalnız Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məlumatlarına və mütəxəssis(mühəndis) rəylərinə istinad olunmuşdur.
30. Göstəril ənlərə baxmayaraq, Bakı şəhəri X13 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 7/348 nömrəli qərarı ilə Bakı şəhəri, Sabunçu rayonu, 210 nömrəli bağ-tikinti kooperativinin şəxsi heyəti 20 nəfər sayında təsdiq edildiyindən və onlara müəyyən edilmiş qaydada bağ sahəsi verildiyi qərara alındığından İddiaçı da adı həmin siyahıda olduğundan ona həqiqətən hansısa sxematik xəritəyə əsasən nömrəsi və ölçüsü bəlli olan bağ sahəsi verildiyi müəyyən edilərsə və həmin bağ sahəsinə olan hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına nail olarsa, həmin torpaq sahəsi ilə bağlı hüquqlarının pozulması ilə əlaqədar istənilən şəxsə, o cümlədən hazırkı iş üzrə cavabdehlərə qarşı yeni əsasla məhkəmə müdafiəsi hüququndan istifadə edə bilər.
31. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139, 148.2, 152.1, 152.5, 157.1, 157.2, 157.4, 157.8, 158.4, 164.1, 164.2, 165.1, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1ci maddəsinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
32. İddiaçı kassasiya şikayəti verərək (Vəkil1) qətnamənin ləğv edilməsi iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini, bu mümkün olmadığı halda işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə gö ndərilməsini xahiş etmişdir.
33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsi Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 7/348 saylı Qərarına əsasən ayrıldığı üçün tələbin qanuni əsasının ilkin şərtləri torpaq sahəsinə dair qərar verilən vaxt qüvvədə olan maddi hüquq normaları əsasında müəyyən edilməli idi. İddiaçıya torpaq sahəsi ayrılarkən 01 yanvar 1971-ci ildən qüvvəyə minmiş Azərbaycan SSR Torpaq Məcəlləsi qüvvədə olmuşdur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən torpaq sahələrinin istifadəyə verilməsi torpaq ayırmaq qaydası ilə həyata keçirilir. Torpaq sahələri Azərbaycan SSR Nazirlər Sovetinin və ya Naxçıvan MSSR Nazirlər Sovetinin Qərarı, yaxud müvafiq zəhmətkeş deputatları Soveti İcraiyyə komitəsinin Qərarı əsasında, bu Məc əllənin 18, 19 və 20-ci maddələrində nəzərdə tutulmuş qaydada ayrılır. 1-ci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayan apellyasiya instansiya məhkəməsi tələbin qanuni əsası kimi Mülki Məcəllənin 139-1.1, 139-1.1.8, 148.2, 152.1, 152.5, 157.1-ci maddələrinə, Torpaq Məcəlləsinin 111-ci maddəsinə istinad etmişdir. Göründüyü kimi, məhkəmə kollegiyası maddi hüquq norması kimi hazırkı işdə ilk növbədə sərəncam verilən vaxt qüvvədə olan SSR Torpaq Məcəlləsinin müddəalarını tətbiq etməli idi. Məhkəmə kollegiyası qətnamənin 46-cı bəndində qeyd etmişdir ki, ilk növbədə iş üzrə təqdim edilmiş 15 nömrəli orderə hüquqi qiymət verilməli və həmin orderin mötəbərliyi yoxlanılmalıdır. Halbuki qeyd olunan SSR Torpaq Məcəlləsinin 13-cü maddəsinə əsasən torpaq sahəsinin ayrılmasına əsas olan sənəd o rder deyil, qərar hesab edilir. Bu səbəbdən hazırkı işdə orderin deyil, torpaq sahəsinin ayrılmasına əsas olmuş qərarın mötəbərliyi əsas tutulmalı idi. Digər tərəfdən, orderin idarənin arxivində tapılmaması faktı, iddiaçının torpaq sahəsi üzərində olan hüquqlarının itirilməsi, yaxud ona qanuni olaraq ayrılmış bağ sahəsinin nömrəsinin müəyyən edilməsinin qeyrimümkünlüyünə hüquqi əsas kimi qəbul edilə bilməz. Belə ki, iddiaçının təqdim etdiyi digər hüquq müəyyənedici sənədlər və mövcud sübutlar, mübahisəli torpaq sahəsi ilə bağlı hüquqlarının müdafiəsini təmin etmək üçün kifayət edir.
34. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən orderin idarənin arxivində aşkar edilmədiyi barədə məlumat təqdim olunmuşdur. Lakin arxivdə sənədin tapılmaması faktı, sənədin həqiqiliyinə dair qəti şübhə yara tmaq üçün kifayət qədər əsaslı deyil və bu, yalnız mübahisəni həll edən orqan tərəfindən təqdim olunan digər sübutlarla birlikdə dəyərləndirilməlidir. Orderin əslinin bir nüsxəsi iddiaçıda mövcud olmuşdur. Bundan əlavə, elektron məhkəmə sistemində həm orderin əslinin, həm də notariat qaydasında təsdiq edilmiş surətinin “skan” edilmiş nüsxələri yerləşdirilmişdir. Lakin buna baxmayaraq, qətnamənin 46-cı bəndinin son cümləsində orderin əslinin iddiaçıda aşkar edilmədiyi qeyd edilmişdir. Bu, məhkəmə kollegiyasının işdə orderin əslinin mövcud olduğu halda, onun olmadığı qənaətinə gəlməsi ilə nəticələnmişdir. Məhkəmə kollegiyası heç bir məhkəmə iclasında orderin əslinin məhkəməyə təqdim edilməsi ilə bağlı nə iddiaçının vəkilinə müraciət etmiş, nə də hər hansı tələb irəli sürmüşdür. Bu hal, məhkə mənin prosessual vəzifələrinin yerinə yetirilməməsinə işarə edir və sübutların tam və hərtərəfli araşdırılması prinsiplərinin pozulmasına səbəb olmuşdur. Ümumiyyətlə, orderin əslinin mövcud olub-olmaması ilə bağlı məhkəmə iclaslarında heç bir müzakirə aparılmamış və bu barədə hər hansı bir mübahisə yaranmamışdır. Sonuncu iclasdan qabaq, yəni iddiaçının nümayəndəsi və vəkili tərəfindən təkrar ekspertizanın keçirilməsi ilə bağlı vəsatət verildiyi vaxt, cavabdehlərdən biri olan Cavabdeh1, orderin hazırlanma üsulunun yoxlanılması üçün ekspertizanın təyin edilməsinə dair vəsatət vermişdir. Məsələyə məntiqi cəhətdən yanaşdıqda görünür ki, cavabdehin orderin hazırlanması ilə bağlı ekspertizanın təyin edilməsi barədə verdiyi vəsatət və məhkəmə kollegiyasının həmin vəsatəti təmin etməsi hüquqi baxı mdan əsassız və məntiqə uyğun gəlməyən qərardır. Belə ki, orderin hazırlanma üsulu ilə bağlı ekspertizanın keçirilməsi yalnız orderin həqiqiliyinə dair əsaslı şübhələrin mövcud olduğu hallarda mümkün ola bilər. Halbuki hazırkı işdə belə şübhələrin yaranması üçün heç bir əsas təqdim edilməmişdir. Belə ki, hər hansı möhürlü sənədin, xüsusilə də hazırkı işdə mübahisələndirilən orderin həqiqiliyinə dair şübhənin yaranması üçün ilkin olaraq həmin sənədin əslinin mövcudluğu və onun şəxs tərəfindən əyani olaraq görülməsi tələb olunur. Sənədin əslinin olmaması halında isə şübhə yalnız ciddi və obyektiv əsaslara əsaslanmalıdır. Hazırkı işdə belə əsasların mövcudluğu sübut edilməmişdir. Əgər orderin əsli məhkəmənin qətnamədə qeyd etdiyi kimi nə iddiaçıda, nə də ki, Əmlak Məsələləri Dövlət Komitəsini n arxivində mövcud olmamışdırsa, bu halda orderin hansı üsulla hazırlanmasının yoxlanılmasına zərurət nədən irəli gəlməsi sual doğurur. Görünən odur ki, kserosurət əsasında təyin olunacaq ekspertizanın hansı nəticə verəcəyi qabaqcadan bəlli olmuşdur. Təbii ki, kserosurət sənəd üzərində aparılmış ekspertiza tədqiqatının verdiyi rəy də heç bir vaxt doğru ola bilməzdir. Nəticə də məhz elə olmuşdur.
35. Məhkəmə daha dəqiq və konkret faktlara istinad olunan ekspert rəylərini qiymətləndirmək əvəzinə, heç bir araşdırmaya söykənməyən, ehtimal və şübhəli xarakter daşıyan mütəxəssis rəylərini əsas tutmuşdur. İddiaçı ona ayrılmış torpaq sahəsinə dair bütün zəruri sənədləri təqdim etmişdir və həmin sənədlər əsasında torpaq sahəsinin yerini dəqiq müəyyən etmək mümkün idi. Bununla yanaşı, iddiaçı ilə bi rgə qərarla 19 nəfərə bağ sahəsi ayrılmışdır. Həmin şəxslərin torpaq sahələri artıq dövlət qeydiyyatına alınmışdır. Mütəxəssis, digər mülkiyyətçilərin sənədlərinə əsaslanaraq iddiaçının torpaq sahəsinin koordinatlarını müəyyən edə bilərdi. Lakin mütəxəssis, bu araşdırmanı aparmaqdan və iddiaçı tərəfindən təqdim olunmuş sənədlər əsasında obyektiv rəy verməkdən imtina etmişdir. Bunun nəticəsində idarənin məsuliyyətsizliyi və ya itirilmiş (və ya lazımi qaydada axtarılmamış) sənədlərin olmaması ilə əlaqədar mənfi nəticələr əsassız şəkildə iddiaçının üzərinə qoyulmuşdur. Yəni faktiki olaraq iddiaçı dövlət orqanında itirilmiş sənədlərə görə qanuni istifadəsində olan torpaq sahəsi üzərində olan hüquqlarının müdafiəsindən məhrum edilmiş və onun gözlənilən mülkiyyət hüququ demək olaraq ləğv edilm işdir. Bütün bu hallar mütəxəssisə işin faktiki hallarına uyğun olaraq rəy verilməsi üçün kifayət olsa da, nəzərə alınmamışdır. Bu səbəbdən də həmin mütəxəssis rəyləri natamam və işin faktiki hallarına uyğun olmayan rəylər kimi hesab olunmalıdır.
36. Məhkəmə Ekspertiza Mərkəzinin ekspertinin verdiyi rəyə nəzər saldıqda, aydın olur ki, ekspert, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin mütəxəssisindən fərqli olaraq, iş üzrə təqdim edilmiş sübutlardan istifadə etmişdir. Ekspert, həmçinin qanunla ona təqdim edilən texniki imkanlardan istifadə edərək, iş üzrə əsaslandırılmış rəy vermişdir. Bu fakt bir daha göstərir ki, mütəxəssis iddiaçı tərəfindən təqdim olunmuş sübutları və digər mövcud materialları lazımi səviyyədə araşdırmamışdır. Eyni zamanda, mütəxəssisin sərəncam ında olan daha geniş imkanlardan istifadə etməməsi və yaxud bu imkanları düzgün tətbiq etməməsi, onun rəyinin obyektivliyi və əsaslılığı ilə bağlı ciddi şübhələr doğurur. Ekspert isə təqdim edilmiş sənədlər və mövcud texniki məlumatlar əsasında torpaq sahəsinin koordinatlarını müəyyən edərək mübahisəli məsələnin həlli üçün hüquqi və texniki baxımdan əhəmiyyətli bir nəticəyə gəlmişdir.
37. Kassasiya şikayətində eyni zamanda MPM-nin 77.1, 88, 103-cü maddələrinin pozulduğu, qərarın Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(102)-3616/2023 saylı *** qərarına uyğun olmadığı qeyd edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
38. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
39. Maddə 139- 1.1 Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 40. 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 41. 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimi yyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.
42. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
43. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikasının xx.xx.1971-ci ildə qəbul edilmiş xx.xx.1991-ci il tarixədək qüvvədə olmuş Torpaq Məcəlləsi
44. Maddə
59. Şəhərlərdə, qəsəbələrdə və kənd yaşayış məntəqələrində yaşayan, şəxsi yardımçı təsərrüfatla və kəndli (fermer) təsərrüfatı ilə məşğul olmaq üçün torpaq sahələri olmayan vətəndaşlara rayon şəhər xalq deputatları Sovetlərinin qərarı ilə kollektiv bağçılıq ortaqlığının təqdimatı üzrə onun üzvlərinin payları bəlli olan kollektiv mülkiyyətinə torpaq sahələri verilir.
45. Maddə
29. Müvafiq rayon, şəhər X13 tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
46. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
50. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
51. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nətic ələnə bilsin. Kassasiya baxışının hədləri
52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
53. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
54. Kassasiya instansi yası məhkəməsi hesab edir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz
55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz(Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları).
56. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 7/348 nömrəli qərarına əsasən 210 saylı bağ-tikinti kooperativinin üzvü kimi bağ sahəsi ayrılmışdır.
57. İddiaçı məhkəməyə surəti notarial qaydada təsdiq edilmiş 15 nömrəli order təqdim etmiş və həmin orderə əsasən ona ayrılmış bağın sahəsinin 0,12 ha, nömrəsinin isə 5412 olduğunu, bağ sahəsinin əvvəllər onun sahibliyində olduğunu, uzun müddət bağa gəlmədiyindən cavabdehlər tərəfindən zəbt olunduğ unu iddia etmişdir.
58. Məhkəmələr tərəfindən işdə olan sübutlara, mütəxəssis və ekspert rəylərinə əsasən müəyyən edilmişdir ki, 2016-cı ildən iddia olunan torpaq sahəsinin (bağ sahəsinin dəqiq yerləşmə yeri barədə sənəd olmadığından) 488 kv.m hissəsi Cavabdeh1, 258 kv.m hissəsi Cavabdeh2 faktiki istifadəsindədir.
59. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının təqdim etdiyi Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 7/348 nömrəli qərarı bağ (torpaq) sahəsi üzərində hüququnu təsdiq edən sənəd kimi qəbul edildiyindən məhkəmə kollegiyası hesab edir ki, qətnamədə torpaq sahəsi ayrılarkən qüvvədə olmuş Azərbaycan SSR Torpaq Məcəlləsinin istinad edilməməsi pozuntu kimi qiymətləndirilə bilməz.
60. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiy i nəticə ilə razılaşaraq qeyd edir ki, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 7/348 nömrəli qərarında iddiaçıya ayrılmış bağ sahəsinin nömrəsi və sahəsi öz əksini tapmadığından iddiaçının tələbi yalnız həmin qərar əsasında təmin edilə bilməz.
61. Kollegiya kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçıya Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 7/348 nömrəli qərarına əsasən ayrılmış bağın məhz 5412 saylı bağ olması və sahəsinin 0,12 ha olması 15 nömrəli orderdə öz əksini tapdığından həmin orderin mötəbərliyi iddiaçı tərəfindən sübut edilməli idi. İşdən görünür ki, “15 nömrəli order”in əsli arxivdə aşkar edilməmiş, mübahisələndirildiyi halda sənədin əsli iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş, işdə olan nüsxə üzərində sə nədlərin texniki ekspertizası üzrə tədqiqat aparılarkən sənədin saxtalaşdırıldığı müəyyən edilmişdir.
62. İddiaçı kassasiya şikayətində ekspertiza tədqiqatının sənədin kserosurəti üzərində aparıldığına istinad edərək bu səbəbdən ekspert rəyinin məhkəmə tərəfindən sübut kimi qəbul edilməli olmadığını göstərsə də, işdən görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixli məktub göndərilərək ekspertin vəsatətinə əsasən 15 saylı orderin əslinin ekspertiza üçün təqdim edilməsi təklif edilsə də (bu məktub xx.xx.2024-cü il tarixdə iddiaçıya çatmışdır) iddiaçı sənədin əslini nə ekspertiza tədqiqatından əvvəl, nə də sonra məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən ekspertizanın iş materiallarında olan sübutlar əsasında həyata keçirilməsi pozuntu hesab edilə bi lməz.
63. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçıya bağ sahəsi ayrılarkən qüvvədə olmuş Torpaq Məcəlləsinin 29-cu maddəsində müvafiq rayon, şəhər X13 tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqlarının yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə mindiyi nəzərdə tutulmuşdu.
64. Eyni zamanda hazırda qüvvədə olan Torpaq Məcəlləsinin 68-ci maddəsində nəzərdə tutulur ki, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qayd ada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 67-ci maddəsinin 4-cü hissəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.
65. Göründüyü kimi, həm əvvəlki torpaq qanunvericiliyində, həm də hazırda qüvvədə olan Torpaq Məcəlləsində torpaq üzərində hüquqların yaranması və müdafiəsi üçün bu hüququn ilk öncə torpaq sahəsinin yer quruluğu orqanları tərəfindən naturada ayrılması, sərhədlərinin (koordinatlarının) müəyyənləşdirilməsi və dövlət kadastrında hüquq sahibi barədə qeydiyyatın aparılması nəzərdə tutulmuşdur.
66. İddiaçının iddia etdiyi torpaq sahəsi üzərində hüquqları nə əvvəllər, nə də hazırda qüvvədə olan Torpaq Məcəlləsi qəbul edildikdən sonra dövlət torpaq kadastrında qeydə alınmad ığından, o cümlədən sahənin yerləşmə sxemi (koordinatları) olmadığından iddia etdiyi və hazırda cavabdehlərin istifadəsində olan torpaq sahəsinə istifadə hüququ olduğunu müəyyən etmək mümkün olmamışdır.
67. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
68. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-242/2024 nömrəli 23 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.