Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2672/2022 11.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedcisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh1 qarşı “kredit müq aviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1035/2022 nömrəli 19 yanvar 2022-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə 11 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ASC ilə Cavabdeh1 arasında 14 noyabr 2011-ci il tarixində kreditin verilməsi haqqında AK-302 saylı kredit müqaviləsindən müəyyən edilmişdir ki, Bank tərəfindən Cavabdeh1 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 69.5 kv.m olan 2 otaqlı mənzilin alınması üçün illik 12 faiz ödənilməklə, 95 ay müddətinə, 35.553,42 manat məbləğində kredit verilmişdir. 2. 14 noyabr 2011-ci il tarixli ipoteka müqaviləsindən müəyyən edilmişdir ki, 14 noyabr 2011-ci il tarixli AK-302 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 məxsus ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 69.5 kv.m olan 2 otaqlı mənzili 14.11.2011-ci il tarixli AK-302 saylı ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. 3. 05 mart 2010-cu il tarixli “Birgə fəaliyyət haqqında” müqavilədən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə “X4” ASC ilə İddiaçı ASC arasında bağlanmış müqaviləyə əsasən “X4” ASC Cavabdeh1 Bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. 4. 30.07.2021-ci il tarixli İddiaçı ASC-nin maliyyə ar ayışından müəyyən edilmişdir ki, 14 noyabr 2011-ci il tarixli AK-302 saylı kredit müqaviləsi üzrə 27 iyul 2021-ci il tarixə yaranmış tələb cəmi 52.319,54 manat – bundan 32.515,76 manat əsas, 5.552,75 manat faiz, 11.344,67 manat cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2.906,36 manat faiz borcu təşkil edir.
5. Azərbaycan Respublikasının 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)1541/2016 saylı 13 aprel 2016-cı il tarixli qərardadından görünür ki, ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir.
6. Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 ünvanladığı bildiriş pretenziyadan müəyyən edilmişdir ki, Cavabdeh1 kredit müqaviləsinə əsasən ö dənilməmiş kredit, faiz və cərimə borcunun ödənilməsi tələb olunmuş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə 5 gün ərzində kredit borcunun tam şəkildə qaytarılması tələbi ilə materialların hazırlanıb məhkəməyə göndəriləcəyi barədə cavabdeh xəbərdar edilmişdir. 7. 14 yanvar 2021-ci il tarixli “X2”nin SEM/Y 07-007/21 №-li ekspert rəyindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 69,5 kv.m olan, 2 otaqlı mənzilin likvid qiyməti 42000 manat təşkil edir. 8. 05 mart 2021-ci il tarixli 9/5354 №-li Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyindən müəyyən edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 14.11.2011-ci il tarixli AK-302 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh1 14.10.2019-cu il tarixə (müqavilə müddətinin bitmə tarixinə) banka olan borcu 42.997,32 manat məbləğində, müqavilə müddətindən sonra illik 5 faiz hesablanmaqla 04.03.2020-ci il tarixə banka olan borcu 43.653,87 manat təşkil edir. 9. 16 iyun 2021-ci il tarixli 9/3415 №-li Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyindən müəyyən edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 14.11.2011-ci il tarixli AK-302 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə X1 14.10.2019-cu il tarixə (müqavilə müddətinin bitmə tarixinə) banka olan borcu 42.997,32 manat məbləğində və müqavilə müddətindən sonra illik 5% hesablanmaqla 21.10.2020-ci il tarixə (sualda göstərilən tarixədək) banka olan borcu 44718,42 manat məbləğində müəyyən olunur. 10. 29 iyun 2021-ci il tarixli "xxxx"nin ƏEM/A 97653/21 №-li ekspert rəyindən müəyyən edilmişdir ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 69,5 kv.m olan, 2 otaqlı mənzilin likvid qiyməti 29 iyun 2021-ci il tarixə bazar dəyəri 55000 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanma Fondu cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh1 qarşı “ipoteka borcunun ödənilməsini əmlaka yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə və sonradan iddia tələbinin həcminin artırılması na dair ərizə ilə məhkəməyə müraciət edərək, cəmi 52.319,54 manat – bundan 32.515,76 manat əsas, 5.552,75 manat faiz, 11.344,67 manat cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2.906,36 manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və “X4” ASC-dən müştərək qaydada tutulması, tutmanın Cavabdeh1 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 69.5 kv.m olan 2 otaqlı mənzilə yönəldilməsi; həmin mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi və açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin 14 noyabr 2011-ci il tarixli, AK-302 nömrəli kredit müqaviləsi üzrə borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün k ifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehlər Cavabdeh1 və "X4” ASC-dən tutulması, ipoteka predmeti olan mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və evdə yaşayan digər şəxslərin mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi, onların həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 14 noyabr 2011-ci il tarixində kredit verilməsi haqqında AK302 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Bank tərəfindən Cavabdeh1 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 69.5 kv.m olan 2 otaqlı mənzilin alınması üçün illik 12 faiz ödənilməklə, 95 ay müddətinə, 35.553,42 manat məbləğində kredit verilmişdir. 14 noyabr 2011-ci il tarixli AK-302 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 məxsus ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 69.5 kv.m olan 2 otaqlı mənzili 14.11.2011-ci il tarixli AK-302 saylı ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Eyni zamanda kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə cavabdeh “X4” ASC ilə ‘Texnikabank" ASC arasında bağlanmış 05 mart 2010-cu il tarixli “Birgə fəaliyyət haqqında" müqaviləyə əsasən “X4" ASC Cavabdeh1 Bank qarşısında öhdəliklərin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Lakin borclu şəxs hazırkı iş üzrə Cavabdeh1 öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində borcu yaranmışdır. Bundan başqa, Bank ilə Borclu arasında bağlanmış ipoteka müqavilələrinə əsasən borc alan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəltmək hüququ vardır. Eyni zamanda kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə cavabdeh “X4” ASC ilə İddiaçı ASC arasında bağlanmış 05 mart 2010cu il tarixli “Birgə fəaliyyət haqqında” müqavilənin 2.12-ci bəndində qeyd edilmişdir ki: “Kredit müqaviləsi üzrə borcalan həmin müqavilə üzrə kreditin və onun faizlərinin ödənilməsi dövriliyini ən azı 2 dəfə 5 təqvim günündən çox pozduqda, “Bank” qeyd edilən pozuntu barədə dərhal “Şirkəti” məlumatlandırmalıdır. “Şirkət” məlumatlandırıldıqdan 30 iş gün ü ərzində borcalan tərəfindən ödənişlər bərpa edilmədikdə “Bank" ödənilməmiş krediti və ona hesablanmış faizləri “Şirkətin” bankda olan hesabından, ona xəbərdalıq etməklə silir. Bu halda “Şirkət” borcalanın “Bank” qarşısında icra edilməmiş öhdəliyi (kreditin qalıq məbləği və kreditdən istifadəyə hesablanmış faizlər) üçün zamin kimi çıxış edir (həmin öhdəliyin bank tərəfindən) və tərəflər arasındakı münasibətlərə qüvvədə olan mülki qanunvericiliyin zaminliyə dair müddəaları tətbiq olunur. "Şirkətin zaminliyi kredit müqaviləsinin qüvvəyə mindiyi tarixdən həmin müqavilə üzrə kreditin qalıq məbləği və kreditdən istifadəyə hesablanmış faizlər “Bank”a ödənilənə qədər qüvvədədir".
13. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, "Texnikabank” ASC ilə "xxxx " ASC arasında birgə fəaliyyət haqqında müqavilə bağlanılmış olsa da tərəflər arasında Zaminlik müqaviləsi mövcud olmadığı üçün iddia tələbinin onlara aid hissədə əsassız olduğunu və "xxxx" ASC-yə aid hissədə iddianın təmin olunmamasını xahiş etmişdir.
14. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim S.Ədilova, iş № 2(005)-196/2021) iddia qismən təmin edilərək, Cavabdeh1 14.11.2011-ci il tarixli AK-302 saylı kredit müqaviləsi üzrə 32.515,76 manat məbləğində əsas borc, 5.552,75 manat məbləğində faiz borcu, 2000 manat məbləğində cərimə borcu, Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2906,36 manat faiz borcu manat olmaqla, cəmi 17827,38 manat və 30 manat dövlət rüsumunun Ləğv prosesində olan “Texnikab ank" ASC-nin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri 300 manat məbləğində pulun Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi, qiymətləndirilmə ekspertizası tədqiqatının dəyəri olan 150 manat məbləğində pulun Ləğv prosesində olan “Texnikabank" ASC-dən tutularaq, "X2" MMC-nin hesabına keçirilməsi, qiymətləndirilmə ekspertizası tədqiqatının dəyəri olan 150 manat məbləğində pulun Ləğv prosesində olan “Texnikabank" ASC-dən tutularaq, "xxxx" MMC-nin hesabına keçirilməsi qət edilmişdir.
15. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli qərardadı ilə (hakim S.Ədilova, iş № 2(005)-196/2021) iddiaçı Ləğv prosesində olan İddiaçı ASC -nin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-196/2021 nömrəli, 14 sentyabr 2021-ci il tarixli qətnaməsində buraxılmış yalnışlığın düzəldilməsinə dair ərizəsinin təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-196/2021 nömrəli, 14 sentyabr 2021-ci il tarixli qətnaməsinə düzəliş edilməsi, qətnamənin nəticəvi hissəsinin ikinci abzası aşağıdakı kimi oxunması: “Cavabdeh1 14.11.2011-ci il tarixli AK302 saylı kredit müqaviləsi üzrə 32.515,76 (otuz iki min beş yüz on beş manat, 76 qəpik) manat məbləğində əsas borc, 5.552,75 (beş min beş yüz əlli iki manat, 75 qəpik) manat məbləğində faiz borcu, 2000 (iki min) manat məbləğində cərimə borcu, Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2906,36 (iki min doqquz yüz altı manat, 36 qəpik) manat faiz borcu olmaqla, cəmi 42.974,87 (qırx iki min doqquz yüz yetmiş dörd manat 87 qəpik) manat və 30 manat dövlət rüsumu Ləğv prosesində olan “Texnikabank" ASC-nin xeyrinə tutulsun.” qərara alınmışdır.
16. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbi üzrə 32.515,76 manat əsas borc, 5.552,75 manat faiz, Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2.906,36 manat faiz borcu Cavabdeh1 iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, 11.344,67 manat cərimə yaranmış borc məbləğinə mütənasib olmadığından həmin cərimə məbləği azaldılmalı, 2000 manata endirilməlidir.
17. Məhkəmə iddia üzrə tələb olunan məbləğin “X4" ASC-dən tutulması hissəsi ilə bağlı müəyyən etmişdir ki, “Texnikabank" ASC ilə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC arasında hər hansı zaminlik müqaviləsi bağlanmamış, onlar arasında müqavilə öhdəliyi yaranmamışdır. Belə olan halda tələb olunan məbləğin cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-də tutulması hissəsi ilə məhkəmə razılaşmamış və hesab etmişdir ki, həmin hissədə tələb rədd edilməlidir.
18. Məhkəmə tutmanın Cavabdeh1 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 69,5 kv.m olan, 2 otaqlı mənzilə yönəldilməsi tələbi ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında 29 mart 2010-cu il tarixdə ipoteka müqaviləsi bağlanmış olsa da, bu özü özlüyündə qanunvericiliyin tələblərinə zidd olmuşdur. Belə ki, ipoteka müqaviləsində yüklü edilməsi nəzərdə tutulan mənzil xüsusi mül kiyyət kimi dövlət qeydiyyatından keçməmişdir. Bu səbəbdən iddianın “tələbin Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 69.5 kv.m olan 2 otaqlı mənzilinə yönəldilməsi” hissəsi rədd edilməlidir.
19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.4, 269.5, 269.7, 271.1, 307.3, 309.1, 317.1, 319.1, 385.1, 442, 445.2, 448.1, 458.1, 465.2, 467, 471, 472.1, 472.2, 477.0.4-cü maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1, 34.1.1, 34.1.3, 34.1.4, 36.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2(005)-196/2021 saylı qətnaməsinin qismən ləğv edərək, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər A.İmanov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və V.Sadıqov, iş № 2(103)-1035/2022) iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanma Fondunun apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-196/2021 saylı 14 sentyabr 2021-ci il tarixli qətnaməsinin iddia tələbinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid rədd edilməsi hissəsində ləğv edilməsi, idd ia tələbinin həmin hissədə qismən təmin edilməsi, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən müştərək qaydada 14.11.2011-ci il tarixli AK-302 saylı kredit müqaviləsi üzrə 32.515,76 manat məbləğində əsas borc, 5.552,75 manat məbləğində faiz borcu, 2000 manat məbləğində cərimə borcu, Azərbaycan Respiblikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2906,36 manat faiz borcu manat olmaqla, cəmi 42.974,87 manat və 30 manat dövlət rüsumunun Ləğv prosesində olan “Texnikabank" ASC-nin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri 300 manat məbləğində pul cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən müştərək tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkə zinin hesabına keçirilməsi, qətnamənin mübahisələn qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti zamin qismində öhdəliyin icrası ilə bağlı əsas borclu ilə birgə məsuliyyət daşıyacağı barədə müqavilə bağladığından ona münasibətdə iddianı təmin etməməkdə birinci instansiya məhkəməsi haqlı olmamışdır. Tərəflər arasında qarışıq müqavilə bağlanmaqla orada birgə fəaliyyət göstərilməsi, kreditin verilməsi öhdəliyi və zaminlik müqavilələrinin ünsürləri əhatə olunmuşdur. Göstərilən müqavilə, işdən göründüyü kimi, yazılı şəkildə, onun iştirakçıları tərəfindən imzalanmaqla bağlanmış və orada zaminin öhdəlikləri aydın şəkildə göstərilmişdir. “Şirkət” həmin müqavilə çərçivəsində hərəkət edərkən satdığı mənzilə görə onun hesabına köçürülmüş kreditin məbləğindən, kreditin müddətindən və ona hesablanmış faizlərdən və digər şərtlərdən tam xəbərdar olmuş və zamin kimi bank qarşısında öhdəlik daşımışdır.
23. Məhkəmə kollegiyası cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddia müddətinin tətbiqi barədə ərizəsi ilə bağlı qeyd etmişdir ki, qanunda zaminlik müqaviləsi üçün göstərilən müddət kəsici müddət olduğundan onun tətbiqi üçün ərizə verilməsinə lüzum olmasa belə, kollegiya hesab edir ki, ərizə əsaslı sayıla və təmin oluna bilməz. Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi 95 ay müddətinə 14 noyabr 2011-ci il tarixdə bağlanmışdır. Belə olan halda iddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə münasibətdə məhkəməyə 14 oktyabr 2020-ci il tarixədək müraciət etmək hüququ var. İddiaçı da öz hüququndan istifadə edərək məhkəməyə 10.06.2020-ci il tarixdə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı qanunla müəyyən edilmiş iddia müddətini ötürməmişdir.
24. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.4, 269.5, 269.7, 271.1, 307.3, 309.1, 317.1, 319.1, 385.1, 390.4, 390.5, 390.6, 390.7 442, 445.2, 448.1, 458.1, 465.2, 467, 470.1, 470.2, 472, 500.1-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1, 34.1.1, 34.1.3, 34.1.4, 36.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 ya nvar 2022-ci il tarixli, 2(103)-1035/2022 saylı qətnaməsinin tamamilə ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1, 390, 402, 470, 471, 472-ci maddələrinin, Mülki Prosessual Məcəlləsinin 88, 217.1, 217.3-cü maddələrinin tələbləri üzrə qanun pozuntularına yol vermişdir. Belə ki, Apellyasiya Məhkəməsi tərəflər arasında “birgə fəaliyyət haqqında” müqavilədə zaminlik müqaviləsinin bəzi müddəalarının əks olunduğunu əsas götürərək onu qarışıq müqavilə kimi qiymətləndirərək Nərimanov Rayon Məhkəməsinin qətnaməsini dəyişdirərək, iddianı Akkorda aid hissədə təmin etməklə səhvə yol vermişdir. Mülki Məcəllənin 390.2-cı maddəsində deyildiyi kimi müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Qanunvericilik zaminlik müqaviləsinin yazılı formada olmasını birbaşa tələb edir. Yəni tərəflər arasında mütləq zaminlik müqaviləsi mövcud olmalıdır. Eləcə də 390.5-ci maddəsinə görə müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Tərəflər arasında bağlanılmış 5 mart 2010-cu il tarixli “Birgə fəaliyyət haqqında” müqavilə ilkin müqavilədir və zaminliklə bağlı bəzi müddəalar oraya salınarkən gələcəkdə Akkordun müraciəti əsasında ondan mənzil alan alıcılara zamin olacağı bildirilmişdir. Birgə fəaliyyət haqqında müqavilə isə 2 tərəf arasında Akkord və İddiaçı ASC arasında bağlanılmışdır. Tərəflər arasında “Birgə fəaliyyət haqqında” müqavilə mövcud olsa da Akkord ondan mənzil alan və İddiaçı ASC-dən kredit götürən bəzi alıcılara görə 3 tərəfli zaminlik müqaviləsi də bağlamışdır. Zaminlik müqaviləsi olmadığı halda məhkəmə əsassız olaraq tərəflər arasında mövcud olan “Birgə fəaliyyət haqqında” müqaviləni qarışıq müqavilə kimi qəbul edərək, zaminlik müqaviləsi kimi qiymətləndirmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
28. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanı n əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.
29. Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır;
30. Maddə 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur.
31. Maddə 269.7. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən ü stün qaydada təminat alsın.
32. Maddə 271.1. Əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140-cı və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir.
33. Maddə 307.3. İpoteka müqaviləsində ipotekanın predmeti olan əşyanın hansı hüquqa əsasən ipoteka verənə mənsub olduğu və ipoteka verənin bu hüququnu qeydə almış dövlət orqanı göstərilməlidir. İpoteka müqaviləsində ipoteka ilə təmin edilmiş öhdəlik, onun məbləği, əmələ gəlməsi əsasları və icra müddəti göstərilməlidir. Bu öhdəliyin hansısa müqaviləyə əsaslandığı hallarda həmin müqavilənin tərəfləri, bağlandığı tarix və yer göstərilməlidir. Əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəy yənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir.
34. Maddə 309.1. Daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır.
35. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
36. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdə liklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.
37. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
38. Maddə 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan m üqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir.
39. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.
40. Maddə 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir.
41. Maddə 390.7. Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə mü əyyənləşdirilir.
42. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
43. Maddə 445.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
44. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
45. Maddə 458.1. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən b aş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər.
46. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
47. Maddə
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
48. M addə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
49. Maddə 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər.
50. Maddə
472. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
51. Maddə 500.1. Əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu
52. Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 (doxsan) təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.
53. Maddə 36.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
55. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
56. Maddə 76.2. Bu m əlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
58. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
59. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
60. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər.
61. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
62. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri 63 Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilə rək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.
64. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinin dəlillərinə uyğun tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqey i
65. İş materiallarından görünür ki, bankla tikinti şirkəti arasında 05 mart 2010-cu il tarixdə birgə fəaliyyət haqqında müqavilə bağlanmış və həmin müqavilədə şirkətin inşa etdiyi və verəcəyi yaşayış binalarındakı mənzillərin satışının bank tərəfindən kreditləşdirilməsi yolu ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur.
66. Həmin müqavilənin 2-ci maddəsinə görə şirkət kreditin verilməsi üçün zəruri olan sənədlərin “banka” təqdim olunmasını təmin edir (həmin sənədlərin siyahısı müqavilənin 2.2-ci bəndində nəzərdə tutulmuşdur), satışı bank tərəfindən kreditləşdirilən mənzilin alıcısının müvafiq tələblərə cavab verməsini (şəxsiyyət vəsiqəsinin olması, qeydiyyatının olması, 18 yaşına çatması, fəaliyyət və əmək qabiliyyətinin olması, mənzilin bütün bədbəxt hadisələrdən sığortalanması) yoxlayır.
67. Müqavilənin 2.4 və 2.5-ci bəndlərinə əsasən mənzilin satışının kreditləşdirilməsi şərtləri bankın yalnız öz mülahizələrinə əsasən mənzilin alıcısı ilə bağlayacağı kredit müqaviləsi ilə müəyyən olunur və bu zaman bank krediti ən çoxu 20 il müddətinə qədər və kreditin illik istifadə dərəcəsinin 12 faizdən çox olmamaqla verir.
68. Müqavilənin 2.10-cu bəndinə görə kredit müqaviləsinə əsasən mənzilin alıcısına verilən kreditin məbləği təyinatı üzrə istifadə olunmaq üçün alıcının bank hesabından tikinti şirkətinin bankda olan cari hesabına köçürülür.
69. Müqavilənin 2.12-ci bəndinə əsasən kredit müqaviləsi üzrə borcalan həmin müqavilə üzrə kreditin və onun faizlərinin ödənilməsi dövriliyini ən azı 2 dəfə 5 təqvim günündən çox pozduqda bankın tələbi ilə 20 iş günü müddətinə borcalan tərəfind ən ödənilmiş kreditin və hesablanmış faizlərin şirkətin bankda olan hesabından xəbərdarlıq edilmədən silinməsi öhdəliyini “şirkət” öz üzərinə götürür. Bu halda “şirkət” borcalanın “bank” qarşısında icra edilməmiş öhdəliyi (kreditin qalıq məbləği və kreditdən istifadəyə hesablanmış faizlər) üçün zamin kimi çıxış edir və tərəflər arasındakı münasibətlərə qüvvədə olan mülki qanunvericiliyin zaminliyə dair müddəaları tətbiq olunur. “Şirkət”in zaminliyi kredit müqaviləsinin qüvvəyə mindiyi tarixdən həmin müqavilə üzrə kreditin qalıq məbləği və kreditdən istifadəyə görə hesablanmış faizlər “bank”a ödənilənə qədər qüvvədədir.
70. Müqavilənin 2.14-cü maddəsinə əsasən “Şirkət” borcalanın (mənzilin alıcısının) “Bank” qarşısında icra edilməmiş, öhdəliyini zamin kimi tam icra etdikdə kredit müqavilə si üzrə bütün hüquqlar “Şirkət”ə keçir. 71. “Birgə fəaliyyət haqqında” müqavilənin məzmunundan görünür ki, onun iştirakçıları arasında müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlanmışdır.
72. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasında qarışıq müqavilə bağlanmaqla orada birgə fəaliyyət göstərilməsi, kreditin verilməsi öhdəliyi və zaminlik müqavilələrinin ünsürləri əhatə olunmuşdur.
73. Göstərilən müqavilə, işdən göründüyü kimi, yazılı şəkildə, onun iştirakçıları tərəfindən imzalanmaqla bağlanmış və orada zaminin öhdəlikləri aydın şəkildə göstərilmişdir. 74. “Şirkət” həmin müqavilə çərçivəsində hərəkət edərkən satdığı mənzilə görə onun hesabına köçürülmüş kreditin məbləğindən, kreditin müddətindən və ona hesablanmış faizlərdən v ə digər şərtlərdən tam xəbərdar olmuş və zamin kimi bank qarşısında öhdəlik daşımışdır.
75. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
76. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətn aməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
77. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
78. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1035/2022 nömrəli 19 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.