Məhkəmə qərarları › İş №2(102)-2678/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2678/2025

23.09.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2678/2025 23.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 və digərlərinin Cavabdeh1 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: özbaşına tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-299/2025 nömrəli, 27 may 2025-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı3 tərəfindən birgə verilmiş kassasiya şikayəti üzrə işə 23 sentyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraa t qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli sərəncamı ilə Orucova (hazırda Hümbətova) Leyla Məmməd qızına fərdi yaşayış evi tikintisi üçün Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində 600 m2 torpaq sahəsi ayrılmışdır.

2. Bu sərəncam əsasında 2002-ci ildə iddiaçı Leyla Orucova (Hümbətova) və iş üzrə digər iddiaçılar olan ailə üzvləri adına həmin torpaq sahəsi ilə bağlı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə tərtib edilmişdir.

3. Leyla Orucova (Hümbətova) xx.xx.2007-ci il tarixli etibarnamə ilə həmin 0.06 ha torpaq sahəsi üzərində sərəncam vermək, satmaq, bağışlamaq, dəyişmək, ipoteka (girov) qoymaq və digər hüquqlarını iş üzrə cavabdehlər X2 və Cavabdeh1 etibar etmişdir. Etibarnamə 30 il müddətinə verilmişdir. xx.xx.2022-ci ildə İddiaçı1 bu etibarnamənin ləğvi ilə bağlı ərizə ilə notariat ofisinə müraciət etmişdir.

4. Mübahisə predmeti olan torpaq sahəsində iki fərdi yaşayış evi tikilmişdir. Həmin tikililərdə hazırda cavabdehlər yaşayırlar və torpaq sahəsi də onların istifadəsindədir.

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı1 icra sənədi üzrə borcunun icrasını təmin etmək məqsədilə məcburi icra tədbiri kimi mübahisəli torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

6. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “özbaşına tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılması” t ələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən onların mülkiyyətində olan, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və ailə üzvləri tərəfindən zəbt edilmiş Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 1589 saylı sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.06 hektar torpaq sahəsində tikilmiş özbaşına tikililərin cavabdehlərin hesabına sökülərək torpaq sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinadla tələbini belə əsaslandırmışdır ki, torpaq sahəsi Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il t arixli məktubundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin X8, X9, X6, X3 və İddiaçı5 Ramiz oğlunun adlarına JN-4860D saylı “Torpağın mülkiyyətinə verilməsinə dair” şəhadətnamə verilmişdir. Həmçinin Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi üzərinə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı və Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar “borclunun əmlakı üzərinə həbs qoyulması haqqında” Bakı şəhəri, Nərimanov rayon İcra Şöbəsinin icra məmurunun xx.xx.2020-ci il tarixli qərarı əsasında həbs qoyulmuşdur. İddiaçı1 tərəfindən "xxxx" MMC-yə müraciət edilərək, birgə mülkiyyətl ərində olan 0.06 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və həmin torpaq sahəsinin zəbt edilərək orada tikinti işlərinin aparılıb-aparılmaması barədə müvafiq mütəxəssis rəyinin verilməsini xahiş etmiş və "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli rəydən göründüyü kimi, mülkiyyətlərində olan torpaq sahəsində fərdi yaşayış evləri inşa edilmişdir. Buna görə də İddiaçı1 birgə mülkiyyətlərində olan torpaq sahəsinin zəbt edilməsi ilə bağlı şikayət ərizəsi ilə polisə müraciət etmiş və Bakı şəhəri, Suraxanı rayon Pİ-nin 32-ci Polis Bölməsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan da göründüyü kimi iddiaçılara məxsus torpaq sahəsi Cavabdeh1 və onun oğlu Cavabdeh2 tər əfindən qanunsuz olaraq zəbt edilməklə özbaşına tikililər tikmişlər. Həmçinin qeyd edilən qərarda mübahisənin mülki xarakterli olduğu üçün aiddiyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. 8. "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş mütəxəssis rəyinin nəticə hissəsindən görünür ki, Bakı şəhəri, Suraxanı rayon İHB-nin 27 oktyabr 2000-ci il tarixli sərəncamı ilə ayrılmış və Dövlət Torpaq Komitəsi tərəfindən verilmiş JN-4860 D saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İddiaçı1 (X4) mülkiyyətində olan 0.06 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edildi, rəyə əlavə edilmiş sxemdə qeyd edilir. Bakı şəhəri, Suraxanı rayon İHB-nın 27 oktyabr 2000-ci il tarixli sərəncamı ilə ayrılmış və Dövlət Torpaq Komitəsi tərəfindən veri lmiş JN-4860 D saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İddiaçı1 (X4) mülkiyyətində olan 0.06 ha torpaq sahəsində fərdi yaşayış evləri inşa edilmişdir.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş ekspert rəyinin nəticə hissəsindən görünür ki, göstərilən torpaq sahəsi sənəd üzrə 0.06 ha olsa da, faktiki olaraq hasar daxili 0.08 ha təşkil edir. Torpaq sahəsinin üzərində 2 ədəd bir mərtəbəli, 1 ədəd iki mərtəbəli yaşayış evləri və köməkçi tikililər mövcuddur. Ümumi hasar daxilində olan 0.08 ha torpaq sahəsinin üzərində yerləşən 3 ədəd yaşayış evlərindən 2 ədəd bir mərtəbəli olan evlər sənəd üzrə 0.06 ha torpaq sahəsində yerləşir (1 ədəd iki mərtəbəli yaşayış evi isə əlavə istifadə olunan sahədə yerləşir). Vahid elektron kadastr məlumat bazasında “Torpağın mülkiyyətə verilməsinə dair” JN-4860 D saylı Şəhadətnamənin baza məlumatı mövcuddur. “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin baza məlumatı ilə faktiki sahə arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur.

10. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-72/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Səlimə Miriyeva) iddia tələbi təmin edilməmişdir. Habelə həmin məhkəmənin 2(010)-72/2024 nömrəli, xx.xx.2024-cü il tarixli əlavə qətnaməsi ilə 50 manat məbləğində ekspertiza xərcinin iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qərara alınmışdır.

11. Məhkə mə qeyd etmişdir ki, iddiaçılar cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onlara məxsus torpaq sahəsini uzun illərdir zəbt etdiklərini, bununla da onların torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını pozduğunu iddia etmişlər. Cavabdehlər isə İddiaçı1 həmin torpaq sahəsi üzrə bütün hüquqlarını müvafiq etibarnamə əsasında onlara satdığını, qarşılığında pul aldığını, həmin vaxtdan bu sahədə ev tikib yaşadıqlarını, iddiaçıların torpaq sahəsi ilə heç bir əlaqələrinin qalmadığını, yalnız 2022-ci ildə İddiaçı1 icra sənədi üzrə borcu ilə əlaqədar sahə ilə maraqlanmağa başladığını, məqsədinin borcun onların hesabına ödənilməsinə nail olmaq olduğunu iddia etmişlər. Belə olan halda məhkəmə hesab etmişdir ki, mübahisənin mahiyyəti üzrə həll edilə bilməsi üçün cavabdehlərin iddiaçılara məxsus torpaq sahəsində yerləşməsinə əsas olmuş hallar araşdırılmalıdır.

12. Məhkəmə qeyd etmişdir ki, xx.xx.2007-ci il tarixli etibarnamədən görünür ki, iş üzrə İddiaçı1 (həmin vaxt Orucova) mübahisəli torpaq sahəsi üzərində sərəncam vermək, satmaq, bağışlamaq, dəyişmək, ipoteka (girov) qoymaq və digər hüquqlarını iş üzrə Cavabdeh1 və onun mərhum əri (digər cavabdehin mərhum atası) Tofiq Allahverdiyevə etibar etmiş, etibarnamə 30 il müddətinə verilmişdir. Lakin xx.xx.2022-ci ildə İddiaçı1 bu etibarnamənin ləğvi ilə bağlı ərizə ilə notariat ofisinə müraciət etmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, İddiaçı1 tələbini əsaslandırarkən istinad etdiyi halları ağlabatan mühakimə əsasında inandırıcı hesab etmək mümkün deyil. Belə ki, iddiaçı müvafiq etibarnamədəki imzanın özünə məxsusluğunu mübahisələndirmədiyindən, imza sının cavabdehlər və (və ya) notarius tərəfindən saxtalaşdırıldığını iddia etmədiyindən məhkəmə bu etibarnamənin məhz iddiaçı tərəfindən imzalandığını qəbul edir və yalnız iddiaçının aradan keçən 17 il ərzində bu etibarnaməni tamamilə unutmasının ağlabatan olub-olmaması məsələsinə qiymət verir. Məhkəmə razılaşır ki, 17 il kifayət qədər uzun bir müddətdir və bu qədər uzun müddət ərzində yaş amili də nəzərə alınaraq, istənilən insanın illər əvvəl iştirakçısı olduğu əhəmiyyətli hadisələrin müəyyən epizodlarını unutması təbiidir. Lakin hazırkı iş üzrə iddiaçının iddia etdiyi odur ki, o, cavabdehlər, onlarla keçmiş tanışlığı, onlarla birlikdə notariat ofisinə getməsi, onlara etibarnamə verməsi ilə bağlı ümumiyyətlə heç nə xatırlamır və 2022-ci ildə torpaq sahəsi ilə maraqlanmağa başladıqdan s onra dəfələrlə üzləşmələrinə baxmayaraq, yenə də onlarla keçmiş münasibətləri barədə heç nə xatırlamamışdır. Məhkəmə hesab etmişdir ki, bu qədər epizodları olan belə bir hadisənin bütün detalları ilə tam unudulması inandırıcılıqdan olduqca uzaqdır.

14. Məhkəmə qeyd etmişdir ki, iddiaçının torpaq sahəsinin varlığını 2022-ci ilə qədər unutmuş olması ilə bağlı qeyd etdikləri də inandırıcı görünmür. İlk növbədə ona görə ki, iddiaçının iddia etdiyi kimi eyni dövrdə bir neçə yerdə fərqli torpaq sahələri əldə etmiş olsa belə (hərçənd bu sübut olunmur), bu, onun yaşadığı şəhərdə yerləşən özünə məxsus torpaq sahəsini tamamilə unutmasını, illər ərzində bir dəfə olsun xatırlamamasını başadüşülən edə bilməz. Üstəlik, nəzərə alınsa ki, həmin torpaq sahəsi tək İddiaçı1 yox, onun ailə üzvləri olan digər iddiaçıların da adına verilmişdir, belə başa düşülür ki, bənzər unutqanlıq bütün ailə üzvləri üçün keçərli olmuş, bu qədər illər ərzində onlardan biri belə bu sahə barədə heç nə xatırlamamış, digərinə xatırlatmamışdır. Bu vəziyyətdə məhkəmə hesab edir ki, əgər iddiaçı iddiasını əsaslandırarkən yuxarıda qeyd edilən səbəblərdən ağlabatan mühakimə əsasında qəbulu mümkün olmayan bu hallara istinad edirdisə, mövqeyini inandırıcı edəcək dəlilləri – həmin dövrdə sayını-hesabını itiricək qədər çox əmlak əldə etməsi ilə bağlı sübutları məhkəməyə təqdim etməli idi. Onun iddia etdiyi, lakin sübut etmədiyi bir neçə yerdə bir neçə əmlak əldə etməsi ilə bağlı qeyd edilənlər isə 20 ilə qədər müddət ərzində mübahisəli torpaq sahəsi ilə bir dəfə belə olsun maraqlanmamasını inandırıcı edə bilməz.

15. Məhkəm ə qeyd etmişdir ki, iddiaçıların bir halda bu sahəni həqiqətən unutması ağlabatan olardı. Belə ki, torpaq sahəsinə əmlak marağının itirilməsi halında (əmlakın məhv olması, satılması və s.) onun sonrakı taleyi ilə maraqlanmamaq başa düşüləndir. İşin hallarından və yuxarıda qeyd edilənlərdən belə görünür ki, hazırkı işdə də bu hal baş vermiş, İddiaçı1 həmin torpaq sahəsini qeyri-rəsmi qaydada etibarnamə əsasında cavabdehlərə “satdığından” sonradan sahə ilə nə o, nə də ailə üzvləri maraqlanmamışdır. Yalnız torpaq sahəsinin üzərinə onun borclu olduğu icra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbiri kimi həbs qoyulmasından xəbərdar olduqdan sonra iddiaçı həmin sahəni “xatırlamış”, cavabdehlərlə aralarında rəsmi alqı-satqının baş tutmaması səbəbindən torpaq sahəsinin formal ola raq mülkiyyətlərində qalmasından istifadə edərək, əvvəlcə müvafiq etibarnaməni ləğv etmiş, daha sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı1 özü də məhkəmə iclasında torpaq sahəsini illər sonra xatırlamasının həmin həbs qərarı ilə bağlı olduğunu bildirmişdir.

16. Məhkəmə belə nəticəyə gəlmişdir ki, İddiaçı1 mübahisəli torpaq sahəsini cavabdehlərə satmışdır. Lakin aralarında rəsmi alqı-satqı olmamış, “satış” etibarnamə əsasında baş tutmuşdur. Bu səbəbdən torpaq sahəsi formal olaraq iddiaçıların mülkiyyəti kimi qalmaqda davam etmiş, İddiaçı1 da icra sənədi üzrə borcunun ödənilməsinə nail olmaq üçün bu “mülkiyyət hüququ”ndan sui-istifadə edərək, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıların mahiyyətcə hüquqd an suiistifadə xarakteri daşıyan hazırkı iddiası təmin edilə bilməz. Məhkəmə, digər iddiaçıların bu illər ərzində torpaq sahəsinə mülkiyyət hüquqları ilə bağlı heç bir iddia irəli sürməməsini onların İddiaçı1 bağladığı “alqı-satqı” əqdini sonradan bəyənməsi kimi qiymətləndirərək, onlara münasibətdə də iddianın təmin edilməməli olduğu nəticəsinə gəlir. Odur ki, iddia rədd edilməlidir.

17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 180.2, 180.3, 357, 560.1, 560.2, 560.3, 560.3.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. İddiaçılar İddiaçı1 və İddiaçı3 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə q əbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir, belə ki, alqı-satqı müqaviləsi bağlanmamışdır, daşınmaz əmlakın şifahi alqı-satqısı qanunda nəzərdə tutulmamışdır.

20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – İkram Şirinov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və Elşən Kazımov) xx.xx.2025-ci il tarixli, 2(103)299/2025 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-72/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi onların apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia ərizəsi və apellyasiya şikayətindən görünür ki, iddiaçılar məhz torpaq sahəsinin alqı-satqısına dair yazılı müqavilənin olmamasına istinad etmişlər.

22. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, apellyasiya şikayəti əsassızdır. Belə ki, İddiaçı1 Cavabdeh1 və onun mərhum əri (digər cavabdehin mərhum atası) Tofiq Allahverdiyevə 30 il müddətinə verdiyi xx.xx.2007-ci il tarixli etibarnamənin yeganə ağılabatan izahı həmin torpaq sahəsinin onlara satılması ola bilər. Digər iddiaçıların isə bu illər ərzində torpaqla maraqlanmaması, cavabdehlərin orada iki ev tikərək yaşaması onu göstərir ki, onlar da həmin müqavilə ilə razılaşmışlar.

23. Bu baxımdan, məhkəmə kollegiyası qeyd etmişdir ki, məhz formal tələblərə riayət edilməməsi əsası ilə qaldırılan hazırkı iddia Mülki Məc əllənin 560-cı maddəsinə əsasən aşıq-aşkar və bariz şəkildə hüquqdan sui-istifadə olduğundan, vicdanlılıq və estoppel prinsipinin məqsədləri ilə uzlaşmayan hesab edilir. Odur ki, apellyasiya şikayəti əsassızdır və təmin edilməməlidir

24. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 180.2, 180.3, 357, 560.1, 560.2, 560.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 aprel 2023-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat K assasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

25. İddiaçılar İddiaçı1 və İddiaçı3 (Vəkil4) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, kassasiya şikayətinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

26. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi yalnız cavabdehin yanlış məlumatlarına əsaslanaraq həqiqətin müəyyən edilməsini təmin etməmişdir.Apellyasiya instansiyası məhkəməsi iddiaçıların hüquqlarının qorunmasını təmin etməmiş, formal və hüquqi baxımdan əsaslandırılmamış qətnamə qəbul etmişdir. Məhkəmə tərəflərin qanunla bərabərlik prinsiplərini pozmuş, obyektivliyi təmin etmədən, yanlız cavabdeh tərəfin dəlillərini əsas tutaraq qə tnamə qəbul etmişdir. Nəticəfə iddiaçılara münasibətdə bərabərlik prinsipi və hüquqları pozulmuşdur. Qətnamədə işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks edilməmiş, cavabdehlərin şifahi mülahizələrinə sübut kimi qiymət verilmiş, iddiaçıların mülkiyyət hüquqlarını təsdiq edən sübutlara isə qiymət verilməmişdir. Beləliklə qətnamədə göstərilən hallar iş materiallarına uyğun deyildir. Kassasiya şikayətində həmçinin qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, iş materiallarına əlavə olan İddiaçı1 0.06 ha ölçüdə olan torpaq sahəsinə dair verdiyi etibarnamənin unudulması ilə bağlı qeyd edilmişdir ki, etibarnamə çox guman ki torpağın sənədləşdirilməsi məqsədi ilə X2 və X1xx.xx.2007-ci il tarixdə verilərkən, torpaq sahəs ini sənədləşdirmək üçün digər ailə üzvlərinin də etibarnamə verilməsinin vacib olduğundan, eyni zamanda etibarnamədə tikinti işləri aparmaq, tikinti işləri apararaq orada yaşamaq kimi səlahiyyətlər verilmədiyindən, digər ailə üzvlərinin razılığı olmadan satışı da mümkün olmadığından həmin etibarnamə əhəmiyyətsiz sənəd kimi unudulmuşdur. Bir payçı tərəfindən məhdud səlahiyyətlərlə verilmiş etibarnamənin mövcudluğu cavabdehlərə münasibətdə bütün mülki qanunvericiliyin tələblərindən üstün bir hüquq kimi tanınmamalıdır. Məhkəmələrin bu cür qətnamə qəbul etməsi vergidən yayınmaq üçün vətəndaşlara şərait yaradaraq, hüquq sistemində böyük bir çaşqınlığa səbəb olur. Məhkəmələr vətəndaşları aralarında baş vermiş qanunazidd əməllərdən çəkindirməli, onları qanunun tələblərinə riayət etməyə yönəltməli və qanunun aliliyini qorumalıdır. Torpaq sahəsini iddiaçı övladlarının gələcəyi və onların öz istəklərinə uyğun olaraq tikinti işləri aparması və ya onların istəyinə uyğun satıb, başqa hazır ev almaları fikri olduğundan,eyni zamanda özləri tərəfindən tikinti aparılmasının marağında olmadığından uzun müddət ora baş çəkilməmiş və uzun illər xatırlanmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

28. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

29. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

30. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

31. Maddə

357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə mal ikdir. Maddə

560. Hüquqdan sui-istifadənin qadağan edilməsi.

32. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

33. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

34. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır:

35. Maddə 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməl idir

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Ka ssasiya baxışının hədləri

41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. İddiaçılar İddiaçı1 və İddiaçı3 birgə vermiş olduqları kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

43. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

44. İddiaçılar İddiaçı1 və İddiaçı3 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onların bu dəlilləri ilə razılaşmır.

45. Belə ki, apellyasiya in stansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçılar cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onlara məxsus torpaq sahəsini uzun illərdir zəbt etdiklərini, bununla da onların torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını pozduğunu iddia etmişlər.

46. Cavabdehlər isə İddiaçı1 həmin torpaq sahəsi üzrə bütün hüquqlarını müvafiq etibarnamə əsasında onlara satdığını, qarşılığında pul aldığını, həmin vaxtdan bu sahədə ev tikib yaşadıqlarını, iddiaçıların torpaq sahəsi ilə heç bir əlaqələrinin qalmadığını, yalnız 2022-ci ildə İddiaçı1 icra sənədi üzrə borcu ilə əlaqədar sahə ilə maraqlanmağa başladığını, məqsədinin borcun onların hesabına ödənilməsinə nail olmaq olduğunu iddia etmişlər.

47. Belə olan halda apellyasiya instansiyası məhkəməsi qe yd etmişdir ki, xx.xx.2007-ci il tarixli etibarnamə ilə müəyyən olunur ki, iş üzrə İddiaçı1 (həmin vaxt Orucova) mübahisəli torpaq sahəsi üzərində sərəncam vermək, satmaq, bağışlamaq, dəyişmək, ipoteka (girov) qoymaq və digər hüquqlarını iş üzrə Cavabdeh1 və onun mərhum əri (digər cavabdehin mərhum atası) Tofiq Allahverdiyevə etibar etmiş, etibarnamə 30 il müddətinə verilmişdir.

48. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı1 tələbini əsaslandırarkən istinad etdiyi halları ağlabatan mühakimə əsasında inandırıcı hesab etmək mümkün deyil. Belə ki, iddiaçı müvafiq etibarnamədəki imzanın özünə məxsusluğunu mübahisələndirmədiyindən, imzasının cavabdehlər və (və ya) notarius tərəfindən saxtalaşdırıldığını iddia etmədiyindən apellyasiya instansiyası məhkəməsi bu etibarnamənin mə hz iddiaçı tərəfindən imzalandığını qəbul etmişdir.

49. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, 17 il kifayət qədər uzun bir müddətdir və iddiaçının mübahisəli torpaq sahəsinin varlığını 2022-ci il tarixədək unutmuş olması inandırıcı görünmür. İlk növbədə ona görə ki, iddiaçının iddia etdiyi kimi eyni dövrdə bir neçə yerdə fərqli torpaq sahələri əldə etmiş olsa belə (hərçənd bu sübut olunmur), bu, onun yaşadığı şəhərdə yerləşən özünə məxsus torpaq sahəsini tamamilə unutması, illər ərzində bir dəfə olsun xatırlamaması ağlabatan görünmür.

50. İşə baxan məhkəmələr müəyyən etmişlər ki, İddiaçı1 əslində mübahisəli torpaq sahəsini cavabdehlərə satmışdır. Lakin aralarında rəsmi alqı-satqı olmamış, “satış” etibarnamə əsasında baş tutmuşdur. Bu səbəbdən torpaq sahəsi formal olaraq id diaçıların mülkiyyəti kimi qalmaqda davam etmiş, İddiaçı1 da icra sənədi üzrə borcunun ödənilməsinə nail olmaq üçün bu “mülkiyyət hüququ”ndan sui-istifadə edərək, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda iddiaçıların mahiyyətcə hüquqdan sui-istifadə xarakteri daşıyan hazırkı iddiası təmin edilə bilməz, çünki formal tələblərə riayət edilməməsi əsası ilə qaldırılan hazırkı iddia Mülki Məcəllənin 560-cı maddəsinə əsasən aşıq-aşkar və bariz şəkildə hüquqdan sui-istifadə olduğundan, vicdanlılıq və estoppel prinsipinin məqsədləri ilə uzlaşmayan hesab edilir.

51. Apellyasiya instansiyası məhkəməsi, digər iddiaçıların da bu illər ərzində torpaq sahəsinə mülkiyyət hüququ ilə bağlı heç bir iddia irəli sürməməsini onların İddiaçı1 bağladığı “alqı-satqı” əqdini sonradan b əyənməsi kimi qiymətləndirərək, onlara münasibətdə də iddianın təmin edilməməli olduğu nəticəsinə gəlmişdir.

52. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, iddiaçılar İddiaçı1 və İddiaçı3 birgə verdikləri kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəy işdirilmədən saxlanılmalıdır.

53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: İddiaçılar İddiaçı1 və İddiaçı3 birgə verdikləri kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 may 2025-ci il tarixli, 2(103)-299/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar