Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-268/2021 15.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-268/21 (Açar sözlər: borc tələbi, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin qiyməti, ekspert rəyi) Bakı şəhəri, xx xxxxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən oğlundan tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Vəkil, Cavabde h1 oğlunun iştirakı ilə, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8783/2019 nömrəli, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı “xxxx” ASC-nin kassasiya şikayətinə 15 fevral 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “xxxx” İKB ASC ilə cavabdeh Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-cİ il tarixli, saylı müqaviləyə əsasən sonuncuya illik 22 faizlə 36 ay müddətinə 85000 manat məbləğində kredit verilmişdir
2. Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Orucəliyev küçəsi, ev 9/12, mənzil xx xxxx 2015-ci il tarixli ipoteka müqaviləsi ilə öhdəliyin təminatı kimi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir.
3. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ipoteka predmeti olan mənzildə yaşayırlar. a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı “xxxx” İKB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 “xxxx” İKB ASC-nin xeyrinə 2015-ci il 19 iyun tarixli kredit müqaviləsi üzrə banka 50544,69 ABŞ dolları əsas, 17804,12 ABŞ dolları faiz, 3296,22 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 71645,03 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yö nəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, Orucəliyev küçəsində yerləşən, 4 otaqlı, 138.2 kv.m ümumi, 86.3 kv.m yaşayış sahədən ibarət 9/12 nömrəli evin 164 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına “xxxx” İKB ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, tutma Cavabdeh1 məxsus olan mənzilə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 həmin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, o nların mənzildən çıxarılmaları, mənzilin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh1 ilə “xxxx” İKB ASC arasında bağlanmış xx xxxx 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 bank qarşısındakı öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Cavabdehin iddia tələbində göstərilən məbləğdə borcu xx xxxxxx 2018-ci il tarixinə hesablanmışdır.
6. İddiaçı tələbinin əsası kimi Mülki Məcəllənin 21, 317.1, 442, 445.2.1,448.1, 449.4, 465.2, 501, “İpoteka haqqında” Qanunun 34.1.1, 34.1.3 və 39.1-ci maddələrinə istinad etmişdir.
7. İş üzrə Cavabdeh1 yazılı vəsatət verərək, mühasibatlıq ekspertizası təyin edilməsini xahiş etmişdir.
8. Nərimanov Rayon Məhkəməsinin 15 may 2018-ci il tarixli q ərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qarşısında cavabdeh (borclu) Cavabdeh1 xx xxxxxx 2018-ci il tarixinə və müqavilə müddətinin sonu olan xx xxxx 2018-ci ilə borcunun nə qədər olması barədə suallar qoyulmuşdur.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 15038 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 “xxxx” İKB ASC-yə xx xxxxxx 2018-ci il tarixinə 58786,93 ABŞ dolları əsas, 9964,38 ABŞ dolları faiz borcu, müqavilənin bitdiyi xx xxxx 2018-ci il tarixinə 58.786.93 ABŞ dollar əsas və 11.785.85 ABŞ dollar faiz borcu vardır.
10. Cavabdeh1 qiymətləndirmə ekspertizasının təyin edilməsi, qiymətləndirmənin Legal Hüquq və Ekspert Mərkəzi” və Daşınar Daşınmaz Əmlakların Qiymətləndirilməsi MMC-lərinə t apşırılması barədə vəsatəti rədd edilmçişdir.
11. İddiaçı “xxxx” İKB ASC iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, müqavilənin ləğv tələbini çıxarmış, digər tələblər yerində qalmaqla, borc məbləğini dəyişdirməklə Cavabdeh1 “xxxx” İKB ASC-nin xeyrinə 2015-ci il 19 iyun tarixli kredit müqaviləsi üzrə banka 49044,69 ABŞ dolları əsas, 20616,87 ABŞ dolları faiz,12176,83 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx xxxx 2018-ci il tarixdən xx xxxxx 2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1944,55 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 83.832,94 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Dəyişdirilmiş iddia üzrə cavabdehin borcu xx xxxxx 2019-cu il tarixinə hesablanmışdır.
13. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-112/2018 nömrəli, xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 49.044,69 ABŞ dolları məbləğində əsas, müqavilə müddətinə hesablanmış 11.785,85 ABŞ dolları faiz borcu, müqavilənin müddəti bitdikdən sonra illik 5 faiz dərəcəsi ilə hesablanmış 1.994,55 ABŞ dolları məbləğində faiz, 1.000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 63.825,09 məbləğində borcun ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, habelə 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutma haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının tutularaq “xxxx” İKB ASC-yə ödənilməsi, tutmanın xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin təminatı qismində Cavabdeh1 tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Orucəliyev küçəsində yerləşən 9/12 nömrəli evin, 164 nömrəli mənzilinə yönəldilməsi, mənzilin açıq hərrac vasitəsilə satılması və satışdan əldə olunan vəsait hesabına yuxarıda göstərilən məbləğlərin ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyana – Cavabdeh1 qaytarılması, ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin 225 000 manat məbləğində müəyyən edilmə si, mənzil açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mənzildən çıxmazsa, onların məcburi qaydada çıxarılması qət edilmiş, iddianın qalan hissəsi rədd edilmiş, ekspertiza xərci Cavabdeh1 tutulmuşdur. (hakim Aytən Novruzova)
14. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, “xxxx” İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən “xxxx” İKB ASC tərəfindən Cavabdeh1 illik 22 faizlə 36 ay müddətinə 85.000 ABŞ dolları məbləğində kredit vermiş, Cavabdeh1 kredit müqaviləsi üzrə nəzərdə tutulmuş 85.000 ABŞ dolları məbləğində pulu bankdan almış və həmin kredit müqaviləsi üzrə tərtib edilmiş ödəniş cədvəlinə uyğun olaraq əsas borcun və razılaşdırılmış fa iz dərəcəsi ilə hesablanmış faizlərin, habelə gecikməyə yol verdiyi təqdirdə hesablanacaq cərimə məbləğinin ödənilməsi barədə öhdəlik götürmüşdür. “xxxx” İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Orucəliyev küçəsi, ev 9/12, mənzil 164-ü bank qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsi bağlanarkən mənzil 225.000 manat məbləğində qiymətləndirilmişdir. Bank tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl edilmişdir.
15. Məhkəmə həmçinin müəyyən etmişdir ki, xx.xx.2016-cı il tarixdə tərəflərin qarşılıqlı razılığı əsasında xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə dəyişiliklər e dilərək, tərəflər kredit məbləğinin qalığını illik faiz dərəcəsinin 18 faizlə hesablanması barədə razılığa gəlmişlər.
16. İşin müəyyən edilmiş digər hallarına görə Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə kredit müddəti xx.xx.2018-ci il tarixdə bitmişdir.
17. Birinci instansiya məhkəməsi əsas borcun məbləğini iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə üzrə, faiz borcunun məbləğini isə mühasibatlıq ekspertizasının rəyinə uyğun müəyyən etmişdir.
18. Belə ki, birinci instansiya məhkəməsi kredit müqaviləsi üzrə iddiaçı tərəfindən tələb edilən əsas və faiz borcu məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, həmçinin mühasibatlıq ekspertizasının xx.xx.2019-cu il tarixli ekspert rəyini mötəbər sübut kimi qiymətləndirərək, qeyd edib ki, ekspert rəyi ilə əsas borc qismində müəyyən edilmiş məbləğ hazırda tələb edilən məbləğdən artıq olduğundan və bu hal məhkəmə tərəfindən iddia tələbindən kənara çıxma kimi qiymətləndirildiyindən, iddia tələbi əsas borcun tutulması hissəsində tam təmin edilməklə Cavabdeh1 iddia üzrə tələb edilən 49.044,69 ABŞ dolları məbləğində əsas borc tutulmalıdır.
19. Birinci instansiya məhkəməsi faiz borcu məbləği hissəsində xx.xx.2019-cu il tarixli ekspert rəyini mötəbər sübut kimi qiymətləndirib, belə hesab edib ki, həmin rəyə əsasən cavabdehdən 11.785,85 ABŞ dollarıdır.
20. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, kredit müqaviləsinin müddətinin başa çatdığı xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il ta rixədək illik 5 faizlə hesablanmış 1.994,55 ABŞ dolları məbləğində əldən çıxmış fayda da Cavabdeh1 bankın xeyrinə tutulmalıdır.
21. Birinci instansiya məhkəməsi ki, iddiaçının xx.xx.2019-cu il tarixinə hesablanmış 12176,83 ABŞ dolları məbləğində cərimə tələbi ilə bağlı işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, aparılmış ödənişləri və yaranmış borcun məbləğini nəzərə alıb hesab etmişdir ki, cərimə borcu müəyyən edilərkən tənasüblük qorunmamışdır. 22.Birinci instansiya məhkəməsi belə qənaətə gəlib ki, iddiaçı tərəfindən hesablanmış cərimə məbləği endirilməli və bu məbləğ 1000 ABŞ dolları həddində olmalıdır.
23. Məhkəmə hesab edib ki, öhdəlik Cavabdeh1 tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş Cavabdeh1 mülkiyyətində o lan mənzilə yönəldilməli, həmin mənzil açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməlidir.
24. Birinci instansiya məhkəməsi ipoteka predmetinin hərracda ilkin satış qiymətini ipoteka müqaviləsində razılaşdırılmış şərtə uyğun olaraq 225000 manat məbləğində müəyyən etmişdir.
25. Birinci instansiya məhkəməsinin mövqeyinə görə hüquqi nəticə etibarı ilə qətnamənin icrası qaydasında həll olunmalı olduğundan, iddia tələbi “satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi” hissəsində iddia təmin edilə bilməz.
26. Birinci instansiya məhkəməsi iddia tələbinin "cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mənzildən çıxarılması və mənzilin boşaldılması " hissəsi ilə bağlı qeyd edib ki, ipoteka predmetinin boşaldılması özündə həm həmin əmlakda yaşayan şəxslərin, həm də onların bütün əmlaklarının (onlara məxsus olan əşyaların) çıxarılmasını ehtiva edir.
27. Məhkəmə "İpoteka haqqında" Qanunun 59.4-cü maddəsinin tələblərinə istinadən vurgulayıb ki, qanunvericilikdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin məhkəmə qərarı ilə ipoteka predmetindən məcburi qaydada çıxarılması nəzərdə tutulmuş, lakin ipoteka predmetinin boşaldılması nəzərdə tutulmamışdır. Bu səbəbdən iddia tələbi bu hissədə qısmən təmin edilməli, ipoteka predmeti açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər həmin əmlakdan çıxmazsa, onlar məcburi qaydada çıxarılmalıdır.
28. Birinci instansiya məhkəməsi iddia t ələbinin "cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi və mənzilin banka təhvil verilməsi" hissəsi ilə bağlı belə qənaətə gəlib ki, bank bu tələblərlə iddia qaldırmaq hüququnun subyekti deyildir. Tərəflər arasında yaranmış müqavilə münasibətləri (kredit və ipoteka) çərçivəsində bankın tələb hüququna yalnız kreditin qaytarılması və bununla bağlı zərərin ödənilməsini tələb etmək, ipoteka predmetinə tutma yönəltmək, eləcə də ipoteka predmetində yaşayan şəxslərin mənzildən çıxarılması aid ola bilər. Nə Mülki Məcəllədə, nə də ki “İpoteka haqqında” Qanunda bankın cavabdehlərə qarşı mənzildən (ipoteka predmetindən) istifadə hüququnun itirilməsi, habelə mənzilin (ipoteka predmetinin) təhvil verilməsi barədə iddia qald ırmaq hüququ nəzərdə tutulmamışdır. Həmin hüquqlar ipoteka predmetinə tutma yönəldilərək mənzil özgəninkiləşdiriləcəyi halda yeni mülkiyyətçiyə məxsusdur.
29. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 269.1, 269.7, 317, 319.1, 385.1, 427.3, 439.7, 462, 465, 467, 442, 443.1, 448.1, 739.1-ci, “İpoteka haqqında” Qanunun 33, 34.1.1, 36.1, 36.3,47.2,47.4 və 59.3.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
30. Cavabdeh1 apelyasiya şikayəti verib, qətnamənin ləğv və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
31. Cavabdehin apelyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, məhkəmə proseslərindən məlumatı olmayıb. Ekspertizanın nəticəsi barədə ona məlumat verilməyib. Əmlak ekspert tərəfindən qiymətləndi rilməli idi, buna görə də qətnamə evin qiymətləndirilməsi hissəsində də əsassızdır. İpoteka predmetinin hazırkı dövrə bazar qiyməti 300000 manatdan çoxdur. İpoteka predmetinə tutma yönəldilməsi barədə bildirişə diqqət yetirilsə, görünər ki, ipoteka müqaviləsindəki imza ilə bildirişin alınmasını təsdiq edən poçt qəbzi arasında ziddiyyətli fərq vardır. Tələbin ipoteka yönəlməsi prosedurana əməl edilməyib. Ona görə də ekspertiza təyin edilməli və evin dəyərinin ABŞ dolları ilə nə qədər olduğu müəyyən edilməlidir. İddiaçının məhkəməyə yanlış məlumat verdiyinə görə və ekspert rəyi ilə borcun azalmasını nəzərə alaraq müqavilə müddəti bitdikdən sonra Bankın tələb etdiyi məbləği ondan tələb edə bilməzdi.
32. İddiaçı “xxxx” İKB ASC apelyasiya şikayəti verib, qətnamənin faiz və cərimə borcunun tutul ması hissəsində ləğv və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
33. İddiaçı “xxxx” İKB AS-nin apelyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, birinci instansiya məhkəməsi faiz borcunu müəyyən edərkən ekspert rəyinə istinad edib. Lakin ekspert rəyi ilə faiz borcu düzgün müəyyən edilməyib. Ekspert əsas borcu əsassız olaraq artırıb, faiz borcunu isə azaldıb. İddia ərizəsinə əlavə verilməsinə baxmayaraq, məhkəmə əlavədə olan faiz məbləğini yox, ekspert rəyi ilə müəyyən edilmiş faiz borcunu təmin edib. Təkrar ekspertiza keçirilməsi və ekspertin məhkəmə iclasına dəvət edilməsi barədə vəsatətləri rədd edilib.
34. Cavabdeh1 apelyasiya instansiyasına yazılı vəsatət verərək, ona məxsus olan əmlakın qiymətləndirilməsini xahiş etmişdir.
35. Bakı Apel lyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli qərardadı ilə ipoteka predmetinin qiymətləndirilməsi ekspertizası təyin edilmişdir.
36. «xxxx» MMC-nin xx xxxxxx 2019-cu il tarixli, H/01-PLS saylı hesabatlarına əsasən Cavabdeh1n məxsus Bakı şəhəri, Nərimanov rayonu, Orucəliyev küçəsində yerləşən, 4 otaqlı, 138.2 kv.m ümumi, 86.3 kv.m yaşayış sahədən ibarət 9/12 nömrəli evin 164 nömrəli mənzilin hazırki bazar qiyməti 227.000 (iki yüz iyirmi yeddi min) manatdır.
37. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8783/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, cavabdehin apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-112/2019 saylı xx xxxxx 2019-cu il tar ixli qətnaməsi qismən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hisssində dəyişdirilmiş, ipoteka predmetinin – Bakı şəhəri, Nərimanov rayonu, Orucəliyev küçəsində yerləşən, 9/12 nömrəli evin 164 nömrəli mənzilinin ilkin satış qiyməti 227.000 (iki yüz iyirmi yeddi min) manat müəyyən edilmiş, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Elnur Həsənov)
38. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi Cavabdeh1 qarşı kredit borcu tələbinin təmin olunmuş hissəsində mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. İddiaçının və cavabdehin apellyasiya şikayətlərinin bununla bağlı dəlilləri əsaslandırılmamışdır.
39. Apellyasiya instansiyası qeyd edib ki, kredit məbləği ilə bağlı ekspert rəyinin mötəbərliyini şübhə altına alan hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Ekspert məhkəmənin onun qarşısında suala cavab olaraq kredit müqaviləsi üzrə pulun verilmə müddətinin bitdiyi tarixə və maliyyə arayışının tərtib olunduğu tarixə görə rəy vermiş, məhkəmə haqlı olaraq müqavilə müddəti bitdiyi tarixə ekspert rəyi ilə müəyyən edilmiş faiz borcunu cavabdehdən tutulması barədə nəticəyə gəlmişdir.
40. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə birinci instansiya məhkəməsi kredit borcunun tutulması ilə bağlı mövqeyini kifayət qədər təfsilatı ilə əsaslandırmışdır. Cavabdeh1 kredit müqaviləsinin həqiqiliyini şübhə altına alan, habelə etdiyi ödənişlər nəticəsində daha az borcunun yarandığı barədə heç bir sübut təqdim etməmişdir.
41. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə tələb olunan faiz borcu və dəbbə pulunun təmin olunmuş hissəsi əsas borca mütənasib olduğundan iş üzrə təkrar ekspertiza keçirilməsinə zərurət yoxdur.
43. Apellyasiya instansiyası məhkəməsi cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verilməməsi barədə dəlillərinə münasibətdə qeyd edib ki, Cavabdeh1 məhkəmə prosesləri barədə məlumatlı olmuş, onun vəsatəti əsasında məhkəmə-mühasibatlıq ekspertizası keçirilmişdir. Cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamadığını bildirsə də, faktiki ünvanı barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə bildirişləri və digər məhkəmə sənədləri cavabdehin məhkəməyə məlum olan axırıncı ünvana göndərilmiş və müvaf iq reyestr işə əlavə edilmişdir.
42. Bununla belə, cavabdehin apellyasiya şikayəti üzrə apellyasiya məhkəməsi təyin etdiyi müstəqil qiymətləndiricinin rəyini nəzərə alaraq belə nəticəyə gəlib ki, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilməli, ipoteka predmetinin ilkin satış qiyməti 227000 manat müəyyən edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
43. İddiaçı “xxxx” ASC (xxxx” İKB) (vəkil Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
44. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsas landırılmış, şikayətdə faiz məbləğinin ekspert rəyi ilə müəyyən edilməsinin düzgün olmamasına, ekspert rəyinin təqdim etdikləri digər sübutlarla yanaşı qiymətləndirilməməsinə istinad edilmişdir.
45. İddiaçı sonradan kassasiya şikayətinə əlavə verərək, ipoteka predmetinin ilikin satış qiymətinin likvid dəyəri ilə müəyyən edilməli olmasını göstərmişdir. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
46. Kassasiya şikayətinə tərəflərin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
47. Məhkəmə kollegiyasının iclasında iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.
48. Cavabdeh1 vəkilsiz iştirak etdiyi üçün Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələb lərinə uyğun olaraq işin kassasiya baxışında onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Mülki Prosessual Məcəllə Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şə xsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdı rılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidl iyinin pozulmasıapellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
49. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kas sasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
50. Cavabdeh kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etsə də, şikayətin dəlillərindən və iddianın tam təmin edilməsi barədə xahişindən görünür ki, iddiaçı qətnaməni cavabdehdən tutulan faiz və cərimə borcunun məbləği hissəsində mübahisələndirir. Həmçinin birinci instansiya məhkəməsinin aktını da iddiaçı yalınız cərimə və faiz məbləği hissəsində mübahisələndirmişdi. Bu baxımdan, kollegiya apellyasiya məhkəməsinin aktını cavabdehdən tutulan faiz və cərimə borcu hissəsində yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq no rmaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissələrdə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
52. İddiaçının kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apelyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.
53. İddiaçı apellyasiya şikayətində cavabdehdən tutulan faiz borcunun ekspert rəyi ilə müəyyən edilmiş məbləği və cərimənin azaldılması ilə razı olmamışdır.
54. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi kredit borcunun tutulması ilə bağlı mövqeyini kifayət qədər təfsilatı ilə əsaslandırmış, faiz borcu ekspert rəyi ilə müəyyən edilmiş, iş üzrə təkrar ekspertiza keçirilməsinə zərurət olmamışdır.
55. Həmçinin cərimə borcunu apellyasiya instansiyası məhkəməsi əsas borca mütənasib hesab etmişdir.
56. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi bu nəticəni işin müəyyən edilmiş hallarına və tətbiq edilən qanunvericilik normalarına uyğun hesab edir. Belə ki, borcun məbləğini müəyyən etmək üçün birinci instansiya məhkəməsi ekspertiza təyin etmiş və kredit müqaviləsinin müddətinin sonuna faiz borcu da məhz ekspert rəyinə əsasən müəyyən edilmişdir.
57. İddiaçı ekspert rəyinin əsassızlığını göstərsə də, məhkəmələr, o cümlədən apellyasiya məhkəməsi bunu müəyyən etməmişlər.
58. Ekspert rəyi məhkəmələr tərəfindən MPM-in 88 və 103.1-ci maddəsinə uyğun qiymətləndirilmişdir.
59. İddiaçı apellyasiya şikayətində ekspert rəyi ilə razı olmamasını, təkrar ekspertiza keçirilməli olmasını göstərsə də, apellyasiya məhkəməsi həmin dəlili əsassız hesab edərək iş üzrə təkrar ekspertiza keçirilməsinə zərurət görməmişdir.
60. Məhkəmə kollegiyası da qeyd edir ki, qanunvericilik əlavə və ya təkrar ekspertiza keçirilməsini şərtlətini müəyyən etmişdir. Mübahisə tərəfinin ekspert rəyi ilə razı olmaması özü-özlüyündə əlavə və təkrar ekspertiza keçirilməsi üçün əsas sayıla bilməz. Bütün hallarda mübahisə tərəfi ekspert rəyi ilə razı olmamasını əsaslandırmalı və bunun üçün Mülki Prosessual Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan şərtlər mövcud olmalıdır.
61. İpoteka predmetinin dəyərinin likvid qiyməti ilə müəyyən edilməli olması barədə kassasiya şikayətinə əlavədə göstərilən dəlilə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, ipoteka predmetinin hərracda satış qiymətini birinci instansiya məhkəməsi 225000 manat müəyyən edərkən məhz bazar qiymətini əsas götürmüş, iddiaçı isə həmin hissədə qətnaməni apellyasiya qaydasında mübahisələndirməmişdir.
62. Apellyasiya instansiyası isə həmin qiyməti 227000 manat müəyyən etməklə, cəmi 2 min manat artırmışdır ki, bu da ipoteka predmetinin qiymətinin də elə də böyük artım deyil.
63. Bu baxımdan, bir halda ki, iddiaçı ipoteka premetinin ilkin satş qiymətinin ilkin satış qiymətini bazar dəyəri ilə müəyyən edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya qaydasında mübahisələndirməyib, apellyasiya məhkəməsi də bu qiyməti cəmi 2 min manat artırıb qeyd edilən dəlillər əsaslı sayıla bilməz. Həmçinin apellyasiya baxışının predmeti olmayan hallar kassasiyada baxışında araşdırılmır.
64. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
65. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: “xxxx” ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8783/2019 nömrəli, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.