Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-268/2023 17.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və "xxxx" MMC-yə və Azərbaycan Respublikası ƏMDK yanın da DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və digər tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 avqust 2022-ci il tarixli, 2(103)1316/2022 saylı qətnaməsindən Cavabdeh2 kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2 bağ sahəsi, 501 a saylı bağ sahəsitorpaq sahəsi xx.xx.2017-ci ildə X3 adına xüsusi mülkiyyət kimi RX seriyalı, ******* saylı DƏDRX çıxarışı əsasında qeydiyyatdan keçmişdir.
2. Cavabdeh2 xx.xx.2017-ci il tarixli kredit müqaviləsi ilə X5 80.000 AZN manat məbləğində borc vermişdir. 3. xx.xx.2017-ci il tarixli ipoteka müqaviləsi əsasında Bakı şəhəri, Sabunçu ray onu Vişnyovka-2 Bağ sahəsi, 501A saylı bağ sahəsi xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üçün ipoteka ilə yüklü edilmişdir.
4. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-919/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən 14 noyabr 2017-ci ildə Bakı şəhəri 9 saylı Notariat X1, X14 və Cavabdeh2 arasında bağlanmış, reyestrdə 3M-1491 nömrə ilə qeyd edilən ipoteka müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-8274/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-919/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçı X4 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və 9 saylı Notariat Konturuna qarşına Bakı Şəhəri 9 saylı Notariat Konturunda onunla cavabdehlər arasında bağlanmış, 14 noyabr 2017-ci il tarixli, reyestrdə 3M-1491 nömrə ilə qeyd edilən ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddianın təmin edilməməsi qət edilmişdir.
5. Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2 bağ sahəsi, 501 A saylı bağ sahəsitorpaq sahəsi xx.xx.2021-ci ildə Cavabdeh3 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir.
6. Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2 bağ sahəsi, 501 a saylı bağ sahəsi keçmiş X2 və İstismarı Birliyi ilə X6 arasında xx.xx.2007-ci il tarixli, 18205 nömrəli müqavilə bağlanılmışdır. Həmin müqavilə və xx.xx.2017-ci il tarixli, 7E-3263 reyestr nömrəli ərizə əsasında 0.057 hektardan ibarət olan 501a saylı bağ sahəsi xx.xx.2017-ci il tarixdə X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra sözüg edən bağ sahəsi Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi» MMC hərracın nəticələri haqqında Y-115 nömrəli xx.xx.2019-cu il tarixli müqaviləsi əsasında xx.xx.2020-ci il tarixdə Cavabdeh2 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, 0,057 hektardan ibarət olan 501a saylı bağ sahəsi Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu X7 tərəfindən təsdiq edilmiş 4Ə-1427 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli bağışlama müqaviləsi əsasında xx.xx.2021-ci il tarixdə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. 7. xx.xx.2018-ci il tarixli icra qeydinə əsasən xx.xx.2017-ci il tarixli, 3M/1491 reyestr nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka saxlayan ünvan 1 ünvanında qeydiyyatda o lan Cavabdeh2 tələbi ilə ipoteka qoyana məxsus ipoteka predmeti olan ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə İddiaçı verilmiş **********84 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.057 ha olan torpaq sahəsindən ibarət əmlaka tutma yönəldilməsinə dair icra qeydi aparılmışdır. 8. "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatına əsasən əmlakın dəyəri 17.000 manat müəyyən edilmişdir. 9. "xxxx" MMC-nin hərracın nəticələri haqqında Y-115 №-li protokoluna əsasən, Suraxanı rayon İcra şöbəsinin sifarişi əsasında Bakı şəhəri 9 saylı notariat kontorunun 8i1260 saylı xx.xx.2018-ci il tarixli icra qeydinin icrası ilə əlaq ədar İddiaçı mülkiyyətində olan ünvan 2 13770 manata Cavabdeh2 satılmışdır.
10. Suraxanı rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə icra sənədi üzrə tələb təmin edildiyindən 8İ-1260 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdehlər Cavabdeh2, Cavabdeh3, "xxxx" MMC-yə və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək Y-115 saylı hərracın yekunları barədə protokolun, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməs i barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı mövqeyini belə əsaslandırmışdır ki, 14 noyabr 2017-ci ildə X11 ilə Cavabdeh2 arasında kredit müqaviləsi bağlanılmışdır. Həmin müqavilə tamamilə saxta qanunsuz əməllərini pərdələmək üçün Vasif tərəfindən 9 saylı notariusun işçiləri tərəfindən əlbir olaraq saxta şəkildə tərtib olunmuşdur. Həmin müqaviləyə əlavə olaraq X8 aldatmaq yolu ilə ipoteka müqaviləsi rəsmiləşdirilmişdir. Həmin notariusun işçiləri barədə cinayət işi hal-hazırda istintaqda davam edir. Hacıyev Vasif də həmçinin beynəlxalq axtarışdadır. X10 ümumiyyətlə nə Cavabdeh2 nə də ki, Hacıyev Vasifi tanımır onu etibarnamə vermə adı ilə notarius çağırıb sənədlərə qol çəkdirmişdirlər. Daha sonra Hacıyev Vasif digər notarius işçilərindən Hüquq Mühafizə orqanlarına şikayət veri lmiş həmin şikayətlər və digər başqa şəxslərə etdikləri əməllərə görə barələrində cinayət işi açılmışdır. İddiaçı həmin ipoteka qoyulan evdə (Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka2 Bağ sahəsi 501A saylı bağ evində) qeydiyyatda olmaqla daim yaşayır. 20 dekabr 2020ci ildə evinə gəldikdə evə kiminsə girdiyi məlum olmuşdur. Həmin hadisəni oğurluq hadisəsi kimi bilib polisə şikayət etmişdir. Polis gözlədikləri vaxt polis formasında bir şəxs evə gəlib həmin şəxsə hadisə barədə danışan zaman həmin şəxs evin onun olduğunu evə o girdiyini bildirdi. Daha sonra 14-cü polis bölməsinin əməkdaşları gəlmiş, həmin şəxsləri 14-cü Polis bölməsinə aparmışdır. Daha sonra 17 yanvar 2021-ci ildə evə gəldikdə həyət qapısının dəyişildiyini görmüş, belə bir halın olması heç bir məntiqə sığmayan bir şeydir, çünki əgər oğru girirsə hansı məntiqlə həyət qapısını dəyişərdi. Tərəfindən polis çağrıldı, hadisə yerinə gələn polislər həmin evə girən şəxslərlə danışdı. Daha sonra polislər tərəfindən onlara bildirilib ki, həmin şəxslərin evə dair sənədləri var. Sənədlər təqdim etmələrini tələb etdikdə və onlara hərracın yekunları barədə protokolu təqdim etmiş və bildirmişlər ki, evə öz adlarına çıxarış almaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət ediblər. Həmin hərracın yekunları barədə yekun protokola baxdıqda məlum olur ki, xx.xx.2018 il tarixli notarius icra qeydi əsasında xx.xx.2019-cu il tarixli Suraxanı İcra və Probasiya şöbəsinin sifariş məktubu əsasında hərracda satılmışdır. Həmin hərracda əmlak tam qanunsuz saxta sənədlər əsasında satılmış hərracın yekunları barədə protokol tərtib o lunmuşdur. Həmin keçirilmiş hərraclardan İddiaçı ümumiyyətlə xəbəri olmamışdır. Elə bir şeyin olma ehtimalını belə fikirləşməmişdir. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Bununla bağlı qeyd edir ki, 20 dekabr 2020-ci ilədək həmin şəxslərdən Qasımov Nərminə heç bir bildiriş, heç bir məlumat və ya hər hansı bir yazılı və ya şifahi xəbər gəlməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsin ə ən geci 30 (otuz) gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Göründüyü kimi, qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsini (həm də müəyyən müddət daxilində göndərilməsini) müəyyən etməklə, onsuz da ipoteka qoymaqla, məhrumiyyətə məruz qalmış borcluya (ipoteka qoyana) müəyyən müddət verməklə, məhz onun özü tərəfindən ipoteka predmetinin alınmasına şərait yaradır. Hərracın təşki latçısı tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əməl olunmaması (bildirişin göndərilməməsi və ya lazımi qaydada göndərilməməsi) ipoteka qoyanı qanunvericilik tərəfindən ona verilmiş bu imkandan məhrum edərək, bu normanı əhəmiyyətsizdir. Digər bir qanunsuzluq ondan ibrətdir ki, ipoteka müqaviləsinə əmlakın dəyəri 90.000 göstərilsə də, hərracın yekun protokolundan görünür ki, əmlakın ilkin satış qiyməti 17.000 manat müəyyən olunub. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifa rişi verə bilərlər. 13. 16.05.2021-ci il tarixdə iddiaçının nümayəndəsi dəqiqləşdirmə ərizəsi verərək cavabdehlər Cavabdeh2, Cavabdeh3, "xxxx" MMC-yə və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Y-115 saylı hərracın yekunları barədə protokolun, hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Bakı şəhəri Səbail Rayon Məhkəməsi (bundan sonra birinci instansiya məhkəməsi) (hakim Ş.Ə.Süleymanova) e-2(009)-607/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə, iddianın təmin edilməsi və "xxxx" MMC-nin Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, 501 A saylı bağ sahəsinə da ir Y-115 saylı, xx.xx.2019cu il tarixli hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və həmin protokol əsasında xx.xx.2020-ci il tarixdə Cavabdeh2 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış 4Ə-1427 saylı reyestrində qeydə alınmış xx.xx.2020-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh3 adına verilmiş xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu Cavabdeh2 və Cavabdeh3 tutulması qət edilmişdir.
15. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən irəli sürülmüş tələ bdən görünür ki, cavabdeh "xxxx" MMC tərəfindən keçirilən hərracda mülkiyyətində olan fərdi yaşayış evi bazar dəyərindən çox aşağı qiymətə satılmışdır. Eyni zamanda keçirilən hərracdan onun xəbəri olmamış və hərrac təşkilatçısı tərəfindən hərracın keçirilməsi ilə bağlı ona hər hansı məlumat verilməmişdir. Bu səbəbdən iddiaçı həmin hərracın və onun nəticələrinin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. İpoteka predmetinə tutma qanunvericiliyin tələblərinin pozulması ilə yönəldilmişdir. Həmçinin hərracın təşkilatçısı tərəfindən mübahisəli bağ sahəsini ipoteka qoyan İddiaçı verilməsini təsdiq etmə üsulu ilə müvafiq bildiriş göndərməyib və ümumiyyətlə mülki iş materiallarında bildirişlərin ipoteka qoyan İddiaçı göndərilməsini özündə ehtiva edən heç bir mötəbər yazılı sübut yoxdur. Cavabdeh tərəfindən təqdim edilmiş bildirişlərdən isə İddiaçı çatdırıldığı təsdiq edilmir. İddiaçı hərracın keçirilməsindən məlumatsız olub və mənzilinin hərraca çıxarılmasına dair keçiriləcək ilkin və təkrar hərraclarda iştirakı təmin edilməyib.
16. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən hərracın etibarsız hesab edilməsi ilə məhkəmədə tələb irəli sürmək üçün bir illik müddət ötürülməmişdir. Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, həmin tələblər hərracın yekunları barədə protokolun, bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və hərracın yeni qiymətlə yenidən keçirilməsi ilə bağlıdır. İş materiallarından görünür ki, iddiaçı hüquqlarının pozulmasını xx.xx.2020-ci il tarixdə (bu hal Cavabdeh3 məhkəmə iclasında verdiyi izahatında da öz təsdiqini tapır) bilmiş, bildiyi andan qanunla nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət etdiyindən məhkəməyə müraciət etmə müddətini ötü rməmişdir.
17. Məhkəmə öz mövqeyini «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunununun (köhnə redaksiya yəni 28 dekabr 2018-ci olan dəyişikliyə qədər) 35.1.1,36-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 36.2, 36.3, 36.4, 36.5, 36.6, 38.1, 38.2, 41.1, 41.4, 354, 354.1, 354.2, 372.1, 372.2, 373, 415.2, 416.1, 416.2-ci maddələrinə, «İpoteka Haqqında» Qanunun 44-cü maddəsinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsi xx.xx.2021-ci il tarixli e-2(009)-607/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
19. Məhkəmə Ekspertiza Mərkəzinin 18 iyul 2022-ci il tarixli, 10/1841 saylı rəyi ilə fərdi yaşayış evinin 2019-cu ilə olan orta bazar qiymətlərinə uyğun ümumi dəyərinin təqribən 246.200 manat məbləğində, 10 faiz azalma əmsalı tətbiq edilməklə isə likvid dəyərinin təqribən 221.580,0 manat məbləğində olduğu, eləcə də bağ sahəsi ərazilərinə yaxın yerləşən torpaq sahələrinin 2019-cu ilə olan orta bazar qiymətlərinə uyğun ümumi dəyərinin təqribən 34.200,0 manat (5,7 sot x 6000) məbləğində, 10 faiz azalma əmsalı tətbiq edilməklə həmin torpaq sahəsinin likvid dəyəri təqribən 30780,0 manat məbləğində olduğu müəyyən edilmişdir.
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) (hakimlər A.Ə.İsgəndərov (sədrlik edən və məruzəçi) İ.Ə.Kərimli, E.C.Kazımov) xx.xx.2022-ci il tarixli, 2(103)-1316/2022 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə 03 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
21. Apellasiya instansiya məhkəməsi mövgeyini belə əsaslandırmişdır ki, iddiaçı hərracın keçirilməsində iştirak etmək, icra icraatının tərkib hissəsi olan həmin mərhələdə əmlakın ilkin satış qiymətini mübahisələndirmək, yaxud əmlakı hərracdan əldə etmək imkanlarından məhrum olmuş, nəticədə onun əmlakı real dəyərindən əhəmiyyətli dərəcədə aşağı qiymətə tələbkar tərəfindən əldə edilmişdir. Mülki qanunvericilik, o cümlədən, ipoteka haqqında qanunvericilik hərrac zamanı ipoteka predmetinin yenidən qiymətləndirilməsini və hərraca daha yüksək ilkin satış qiyməti ilə çıxarılmasını qadağan etmir. İpoteka predme tinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən məhkəmənin üzərinə həmin əmlakın ilkin satış qiymətini müəyyən etmək vəzifəsi qoyan “İpoteka haqqında” Qanun məhz ipoteka qoyanın mənafelərinə xidmət etməklə, əmlakın real dəyərindən aşağı qiymətə satılmasının qarşısını alır və ipoteka qoyanın əmlakının satılması zamanı onu sui-istifadə hallarından qoruyur. Bununla yanaşı, müəyyən səbəblərdən hərracın keçirilməsi mərhələsində əmlakın yeni qiymətləndirməsi zərurəti ortaya çıxa bilər. Buna misal olaraq məhkəmə aktının qəbul edilməsindən uzun müddətin keçməsi, əmlakın yerləşdiyi ərazidə onun bazar dəyərinə əhəmiyyətli təsir edən infrastruktur dəyişikliklərinin baş verməsi və s. halları göstərmək olar. Belə hallar mövcud olduğu təqdirdə heç şübhəsiz ki, ipoteka saxlayanın hərrac barədə məlumatlı olması və yenidən qiymətləndirmə keçirilməsi barədə məsələ qaldırmaq imkanına malik olması vacib əhəmiyyət daşıyır.
22. İşin mübahisəsiz və texniki pasporta əsasən müəyyən olunmuş hallarından görünür ki, fərdi yaşayış evi 2 mərtəbəli olmaqla ümumi sahəsi 246,2 kv.m.-dir. Torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydə alınmış olsa da, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Fərdi yaşayış evi ipoteka predmeti olan torpaq sahəsinin üzərində yerləşdiyindən və bu baxımdan ondan ayrılmaz olduğundan mübahisəli torpaq sahəsi hərracda satılarkən onun üzərindəki ev də tələbkarın sahibliyinə keçmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, 5,7 sot sahəyə malik torpaq sahəsinin və üz ərindəki 246,2 kv.m. sahəyə malik təmirli fərdi yaşayış evinin 17.000 manat qiymətləndirilərək hərracda 13.770 manata satılması ağlabatan olmamışdır.
23. Məhkəmə kollegiyası hesab etmişdir ki, ipoteka predmeti hərracda real dəyərindən dəfələrlə aşağı qiymətə satışa çıxarılmaqla ipoteka qoyanın mülkiyyət hüququna ziyan vurulmuşdur. Bu baxımdan birinci instansiya məhkəməsi hərracın yekunları barədə protokolu etibarsız hesab edib, həmin protokol əsasında Cavabdeh2 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı ləğv etməkdə haqlı olmuşdur. Həmçinin məhkəmə Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli bağışlama müqaviləsini etibarsız hesab etməkdə və Cavabdeh3 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı ləğv etməkdə haqlı olmuşdur. Məhkəmə k ollegiyası bu qənaətə gələrkən Cavabdeh3 Cavabdeh2 oğlu olduğunu, bütün məsələlərdən əvvəlcədən məlumatlı olduğunu, bağışlama müqaviləsinin əvəzsiz əqd olduğunu, həmin əqd üzrə hər hansı vəsait ödənilmədiyini və s. halları nəzərə alır.
24. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirsə də, cavabdehlər həmin iddiaya etirazlarını əsaslandırdıqları faktları sübut edə bilməmişlər.
25. Məhkəmə öz mövqeyini «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunununun (köhnə redaksiya yəni 28 dekabr 2018-ci olan dəyişikliyə qədər) 35.1.1,36-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 36.2, 36.3, 36.4, 36.5, 36.6, 38.1, 38.2, 41.1, 41.4, 354, 354.1, 354.2, 372.1, 372.2, 373, 415.2, 416.1, 416.2-ci maddələrinə, «İpote ka Haqqında» Qanunun 39.3.3, 42.1, 44-cü maddəsinə, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
26. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-1316/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
27. Şikayət onunla əsaslandırılmışdır ki,apellyasiya instansiyası məhkəməsinin qətnaməsi əsassızdır. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində, qeyd edilir ki, “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsi hərracın təşkilatçısının üzərinə hərracın keçirilməsinə dair ipoteka qoyan a verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərmək öhdəliyini qoyur. Lakin hazırkı işdə olan materiallarla Hərrac Mərkəzi tərəfindən həmin öhdəliyin yerinə yetirilməsi təsdiqlənmir. Belə ki, işə baxan məhkəmə tərəfindən mübahisəli əmlakın açıq və təkrar hərracı barədə iddiaçıya bildiriş göndərilibgöndərilməməsi barədə sorğu verilmiş, "xxxx" MMC-nin müvafiq cavab məktubu ilə belə bir bildirişin göndərilmədiyi müəyyən edilmişdir. Bununla da iddiaçı hərracın keçirilməsində iştirak etmək, icra icraatının tərkib hissəsi olan həmin mərhələdə əmlakın ilkin satış qiymətini mübahisələndirmək, yaxud əmlakı hərracdan əldə etmək imkanlarından məhrum olmuş, nəticədə onun əmlakı real dəyərindən əhəmiyyətli dərəcədə aşağı qiymətə tələbkar tərəfindən əldə edilmişdir Məhkəmənin bu qənaəti düzgün olmamı şdır.Çünki Suraxanı rayon icra və probasiya şöbəsinin 18-161092-6 nömrəli xx.xx.2019-cu il tarixli sifariş məktubuna əsasən ünvan 3 ünvanında 0,057 ha torpaq sahəsinin açıq hərracı və təkrar hərracı barədə 337 nömrəli xx.xx.2019-cu il tarixli və 449 nömrəli xx.xx.2019-cu il tarixli bildirişlər tələbkar Cavabdeh2 ilə yanaşı, borclular X11 və İddiaçı da göndərilmişdir. Bu faktı "xxxx" MMC-nin məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli məktub da təsdiq edir. Həmin məktubdan göründüyü kimi "xxxx" MMC tərəfindən "xxxx" MMC sürətli poçt xidməti vasitəsilə xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə X11 və İddiaçı məktub göndərilmişdir. Qeyd edilən bildirişlərin göndərilməsini təsdiq edən sübutlar birinci instansiya məhkəməsində iddia ərizəsinə etiraza əlavə edilərək məhkəməyə təqdim edil mişdir. Həmçinin, iş materiallarına təqdim edilmiş "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli məktubundan da görünür ki, "xxxx" MMC tərəfindən "xxxx" MMC sürətli poçt xidməti vasitəsilə xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixdə X9 və İddiaçı məktub göndərilmişdir. Qeyd olunan göndərişlərin ünvançıya çatdırılıb-çatdırılmaması ilə bağlı məlumat üçün tərtib edilmiş qaimələrin saxlanılma müddəti bitdiyi üçün kserosurətləri məhv edilmişdir. Göründüyü kimi, hərrac və təkrar hərracın keçirilməsi barədə İddiaçı vaxtında lazımi şəkildə məlumat verilmişdir. Bundan başqa, iddiaçı bundan əvvəl ipoteka müqaviləsini məhkəmə qaydasında mübahisələndirmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin olunmaqla qeyd edilən ipoteka müqaviləsi etibarsız hesab edilsə də, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia rədd olunmuşdur. Həmin işdə iştirak edən iddiaçı artıq əmlakın hərracda satıldığını bilirdi, hətta verdiyi apellyasiya və kassasiya şikayətlərində də buna istinad etmişdir. Məhkəmə iclasında bu barədə bildirilsə də, apellyasiya instansiyası məhkəməsi buna əhəmiyyət verməmişdir.
28. Kassator şikayyətinin hüquqi əsası kimi Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 386, 418.1,418.3, 418.5-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1, 354.2, 418.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
30. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
31. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
32. Maddə 415.2.Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 (otuz) gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.
33. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
34. Maddə 416.2.Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunununun (köhnə redaksiya yəni 28 dekabr 2018-ci olan dəyişikliyə qədər)
35. Maddə 35.1.1 İpoteka predmetinə məhkəməyə müraciət edilmədən tutmanın yönəldilməsi ipoteka müqaviləsində nəzərdə tutulduğu halda əsasında yönəldilə bilər.
36. Maddə 36.İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. «İpoteka Haqqında» Qanun
37. Maddə 36.2. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; icra olunmalı öhdəlik barədə məlumat; bildirişin tarixi, bildiri şi verən şəxsin adı və imzası.
38. Maddə 36.3.İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır.
39. Maddə 36.4. Tutmanın yönəldilməsi proseduru bu hallarda davam edə bilməz: tutmanın yönəldilməsi haqqında bildiriş verildikdən sonra 7 təqvim günü ərzində qeydiyyat ərizəsi ipotekanının dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə; tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda.
40. Maddə 36.5. İpoteka saxlayan tutmanın yönəldilməsi haqqında bildirişi bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat orqanına təqdim etmədikdə, o, ipoteka qoyan, hər hansı başqa ipoteka saxlayan və ipoteka predmeti üzərində hüquqları olan digər şəxs (şəxslər) qarşısında onlardan hər hansı birinə bununla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.
41. Maddə 36.6. İpoteka saxlayan ipoteka predmetinin satışının başlanılmasınadək tutmanın yönəldilməsi haqqında bildirişin ləğv olunması barədə qeydiyyat orqanına müraciət edə bilər.
42. Maddə 38.1. Məhkəməyə müraciət edilmədən ipoteka predmetinə tutmanın yönəldilməsi qaydası ipoteka müqaviləsində nəzərdə tutulduğu və ya ipoteka kağızının verildiyi və ya rəsmiləşdirildiyi hal larda əsas öhdəlik bu Qanunun 40-cı maddəsində göstərilən müddətdə icra edilmədikdə tutma notariusun icra qeydi əsasında həyata keçirilir.
43. Maddə 38.2. Bu Qanunun 36.2.3-cü maddəsinə uyğun olaraq məhkəməyə müraciət edilmədən ipoteka predmetinə tutma notariat qaydasında təsdiqlənmiş razılaşma əsasında yönəldilə bilər. Razılaşmada tərəflərin adı və yaşayış (olduğu yer), ipoteka predmetinin adı, ilkin satış qiyməti, təsviri və yerləşdiyi yer nəzərdə tutulur. İlkin satış qiyməti ipoteka saxlayanın razılaşması əsasında, ilkin satış qiymətinin müəyyən edilməsində razılıq olmadıqda isə tərəflərin tapşırığı ilə müstəqil qiymətləndirici tərəfindən müəyyən edilir. İpoteka saxlayana ödənilməli məbləğ, əqd bağlanarkən həmin əşyanın tərəflərə məlum olan əvvəlki və ya sonrakı ipoteka saxlayanları v ə həmin əşya barəsində üçüncü şəxslərin hüquqları, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin satılmasında əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, tərəflərin saydıqları digər şərtlər qeyd edilir.
44. Maddə 41.1. İpoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər.
45. Maddə 41.4. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər.
46. Maddə 39.3.3. Məhz ipotek a qoyanın mənafelərinə xidmət etməklə, əmlakın real dəyərindən aşağı qiymətə satılmasının qarşısını alır və ipoteka qoyanın əmlakının satılması zamanı onu sui-istifadə hallarından qoruyur.
47. Maddə 42.1. Hərracın təşkilatçısının üzərinə hərracın keçirilməsinə dair ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərmək öhdəliyini qoyur.
48. Maddə
44. Bu Qanunla müəyyən edilmiş qaydalan pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu
49. Maddə 29.1.Müvafiq olaraq icra icraatı üzrə tərəflərin icra zamanı əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
52. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
55. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfində n qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
56. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
58. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilmiş və məhkəmə həmin qiymətləndirmə ilə tam razılaşır.
59. Belə ki, apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddiaçı hərracın keçirilməsində iştirak etmək, icra icraatının tərkib hissəsi olan həmin mərhələdə əmlakın ilkin satış qiymətini mübahisələndirmək, yaxud əmlakı hərracdan əldə etmək imkanlarından məhrum olmuş, nəticədə onun əmlakı real dəyərindən əhəmiyyətli dərəcədə aşağı qiymətə tələbkar tərəfindən əldə edilmişdir.
60. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin mübahisəsiz və texniki pasporta əsasən müəyyən olunmuş hallarına əsasən fərdi yaşayış evi 2 mərtəbəli olmaqla ümumi sahəsi 2 46,2 kv.m.-dir. Torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydə alınmış olsa da, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Fərdi yaşayış evi ipoteka predmeti olan torpaq sahəsinin üzərində yerləşdiyindən və bu baxımdan ondan ayrılmaz olduğundan mübahisəli torpaq sahəsi hərracda satılarkən onun üzərindəki ev də tələbkarın sahibliyinə keçmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edib ki, 5,7 sot sahəyə malik torpaq sahəsinin və üzərindəki 246,2 kv.m. sahəyə malik təmirli fərdi yaşayış evinin 17.000 manat qiymətləndirilərək hərracda 13.770 manata satılması ağlabatan olmamışdır. İpoteka predmeti hərracda real dəyərindən dəfələrlə aşağı qiymətə satışa çıxarılmaqla ipoteka qoyanın mülkiyyət hüququna ziyan vurulmuşdur.
61. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hərracın keçirilməsinin mühüm şərtidir. Həmin qiymətin düzgün müəyyən edilməməsi artıq hərracın keçirilməsi qaydalarının pozulmasına səbəb olur və keçirilmiş hərracın etibarsızlığı üçün əsasdır.
62. Məhkəmənin mövqeyinə görə birinci instansiya məhkəməsi hərracın yekunları barədə protokolu etibarsız hesab edib, həmin protokol əsasında Cavabdeh2 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı ləğv etməkdə haqlı olmuşdur. Həmçinin məhkəmə Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli bağışlama müqaviləsini etibarsız hesab etməkdə və Cavabdeh3 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ı ləğv etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası bu qənaətə gələrkən Cavabdeh3 Cavabdeh2 oğlu olduğunu, bütün məsələlərdən əvvəlcədən məlumatlı olduğunu, bağışlama müqaviləsinin əvəzsiz əqd olduğunu, həmin əqd üzrə hər hansı vəsait ödənilmədiyini və s. halları nəzərə alır.
63. Kassasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçının hərracın keçirilməsi vaxtı və yeri barədə məlumatlandırılmasını göstərmiş olsa da bununla bağlı iş materiallarında hər hansı sübut mövcud deyil.
64. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
65. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 avqust 2022-ci il tarixli, 2(103)-1316/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.